Dəlixanadan gələn sevgi məktubları

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Dəlixanadan gələn sevgi məktubları
Czcionka:Mniejsze АаWiększe Aa

Meyxoş Abdullah

Dəlixanadan gələn sevgi məktubları

© Meyxoş Abdullah / 2022



© Köhlən Nəşriyyatı / 2022



* * *

Şəhərdən bir qədər aralı, daş hasarlarla əhatə olunmuş və xarici aləmlə heç bir əlaqəsi olmayan bu yer çoxları üçün qorxunc və lənətlənmiş bir məkan təsiri bağışlayırdı. Nəinki uşaqlar, hətta, şəhərin yaşlı sakinləri də, bu tərəflərdə gəzib-dolanmağa ehtiyat edirdilər. Əslində, daş hasarlarla çəpərlənmiş və içində ruhi xəstələr dolaşan bu səs-küylü, baraklara bənzəyən düşərgə çoxlarının zehnində “Dəlilər məskəni” kimi ilişib qalmışdı. Analar öz övladlarını cəzalandırarkən bu yerlərin sakinlərini onlara xatırladıb: – “Özünüzü ağıllı aparmasaniz, siz də allahın qəzəbinə düçar olub, bu zavallılar kimi ömürünüzün axırına qədər beləcə yaşamağa məcbur olacaqsınız” – deyərək onları qorxudurdular.



Gecələr şər qarışanda bu dairədən eşidilən əcaib və tükürpədici qadın səsləri hamını vahiməyə salardı. Xaraba və viran olmuş bu diyardan eşidilən vahiməli səslər, sanki gecənin qaranlığında ağız-ağıza verib ulaşan bir sürü çaqqal ulartısını xatırladardı.



Şəhər sakinləri bu yerlər haqqında qəribə və sehirli əfsanələr uydurmaqdan çəkinməzdilər. Onlar söyləyirdilər ki, guya bu yerlər vaxtilə böyük şəhər olubdur. Şəhərin əhalisi allahın buyuruqlarından çıxıb, yollarını azdıqlarına görə tanrı onların hamısının ağıllarını başlarından almış və dəli etmişdir.



Amma həqiqət başqa cür idi. “Vellas” adlandırılan və ruhi xəstələr üçün nəzərdə tutulmuş bu düşərgə min doqquz yüz otuz ikinci ildə salınmışdı. Müharibə vaxtı faşistlər bu xəstəxananı ələ keçirərək bütün xəstələri güllələyəndən sonra buradan hərbi düşərgə kimi istifadə etmişlər. Hərbi əsirlərin “Ölüm vadisi” adlandırdıqları düşərgə sonradan ruhi xəstələr üçün daimi bir məkana çevrilmişdi. Şəhərin yaşlı sakinlərinin və müharibə vaxtı burada cəza çəkənlərin söylədiklərinə görə, düşərgənin bir hissəsində tikilmiş ikimərtəbəli və iyirmialtı otaqdan ibarət olan binada o vaxt işgəncələrə dözməyib ağıllarını itirən ruhi xəstələr saxlanılırdı. Həmin xəstələrin üzərlərində aparılan ağlagəlməz cərahiyyə əməliyyatları alman səhiyyəsinin inkişaf etdirilməsinə xidmət edirdi.



Esterqom şəhərinin əlli kilometirliyindəki Bakon dağlarından əsən sərin meh şəhər əhalisinin ruhunu oxşasa da, “Vellas” düşərgəsinin daimi sakinlərinə bu zərrə qədər də təsir etməzdi. Çünki onlar insanların və tanrının yaddaşından silinmiş biçarə varlıqlar idilər. “Vellas” xəstəxanasının qəribəliklərindən də biri o idi ki, burada ancaq ruhi xəstə olan qadınlar müalicə olunurdular. Deyilənə görə, vaxtilə burada kişilər də saxlanılırmış. Sonradan kişiləri ayıraraq başqa bir yerə köçürürlər. Kişilərin başqa yerə köçürülməsinin səbəbi xəstəxana nəzarətçilərinin səhlənkarlığı və maymaqlığı ucbatından xəstə qadınların, özləri kimi ruhi xəstə olan kişilər tərəfindən zorlanaraq hamılə qalmaları və hər kəsin nəzərindən düşmüş bu biçarələrin siflis xəstəliyinə yoluxmaları idi. Baş verən bu hadisələr o vaxt xəstəxana rəhbərliyini ciddi düşünməyə vadar etmişdi.



“Vellas” xəstəxanasında yerləşdirilmiş yüz altımış beş nəfər ruhi xəstəyə yeddi həkim, onbir tibb bacısı, altı mətbəx işçisi, beş xadimə, bir ocaqçı, iki gözətçi, iki nəfər sürücü və iki nəfər də kilsə xadimi xidmət edirdi. Baş həkim, onun müavini, gözətçilər və sürücüdən başqa yerdə qalan işçilərin hamısı qadın idilər. Xəstəxanaya Requli Darvoş adlı məşhur psixiatr həkim rəhbərlik edirdi. Yöndəmsiz və kobud bədən qurluşu olan Requli Darvoşdan, nəinki işçiləri, hətta ruhi xəstələr də çəkinirdilər. O, xəstəxanada ciddi qayda-qanun yaratmışdı. İşçilərdən heç biri onun qoyduğu qaydaları pozmağa cəsarət etməzdilər. Çünki Requli hər hansı kiçik bir səhvi də bağışlamağı bacarmırdı. O xəstələrə qarşı da diqqətli olduğu qədər rəhimsiz idi. İtaətdən çıxan xəstələri əyinlərindəki xalatlarının uzun qolları ilə arxadan bağlatdırar, hətta yemək vaxtı da onların qollarını açmağa icazə verməzdi. Tibb bacıları onları körpə uşaq kimi öz əlləriylə yedizdirərdilər.



Xəstəxanada mənbəyi müxtəlif olan psixi pozuntulu xəstələr müalicə olunardılar. Bunların arasında irsi psixi pozuntuları olanlar üstünlük təşkil edirdilər. Bu xəstələr əlacı olmayan xəstələrdi. Ölkənin bir sıra yerlərində bu tip xəstəxanalar fəaliyyət göstərsələr də, burada ancaq əlacı olmayan xəstələr yerləşdirilmişdi. Bunu xəstəxanadan bir azca aralıda salnmış və ildən-ilə artıb çoxalan, üstündə xaç nişanları olan qəbirlər də təsdiq edirdi. Əslində, buraya yerləşdirilmiş xəstələr buradan bir daha götürülmürdülər. Onlar ömürlərinin axırına kimi burada qalıb müalicə olunmağa məhkum olunmuşdular.



Xəstəxananın ərazisi çox böyük idi, kilometirlərlə uzanıb gedirdi. Çoxlu meyvə və bəzək ağacları ilə əhatə olunmuş xəstəxananın həyəti nə qədər gözəl görünsə də, buranın sakinləri bu gözəllikləri duymaqda və qiymətləndirməkdə aciz idilər. Onları yalnız yemək, özlərindən müştəbehlik və bir-birlərini cırmaqlamaqdan başqa bir iş maraqlandırmırdı.



Xəstəxananın dəmir darvazasından asfalt yola qədər olan bir kilometirlik məsafə ot-ələf və kol-kosla həmişə örtülü olardı. Sanki bu yolla heç bir ins-cins gəlib getmirdi. Əslində də beləydi, xəstəxanada işləyənlər yalnız on beş gündən bir növbə ilə evə buraxılardılar. Qalan vaxtlarda onlar xəstəxananın həyətindəki iki mərtəbəli binada yaşayırdılar. Qoca Requli Darvoş isə buranı özünə daimi məskən seçdiyindən bütün vaxtını elə buradaca ruhi xəstələrin arasında keçirərdi. O, yalnız zəruri ehtiyac yarandıqda, dərman və yaxud da ərzaq çatışmamazlığı yarandığı zaman, onda da bir-iki saatlığa şəhərə gedərdi. Uzun müddətdən bəri xəstələrlə oturub durduğundan onun özünün hərəkətlərində də, qeyri-dəqiqlik yaranmışdı. Tez-tez hirslənər, dəhliz boyu o baş-bu başa var-gəl edib öz-özünə danışar, bəzən də əlini daz başına çəkərək heç bir səbəb olmadan gülərdi.



Requli xəstələrin dilini çox gözəl bilirdi. Saatlarla onların arasında dolaşmaqdan bezikməzdi. Qadınların əksəriyyəti ona vurulduqlarını söyləyirdilər. Hətta, ona aşiq olub, şeir yazan qadınlar da tapılırdı. O da mehribanlıq göstərərək, onların könlünü oxşayar və həmişə işlətdiyi sözləri təkrar edərdi: – “Əlbəttə, əlbəttə… Başqa cür də ola bilməz. Mən də səni sevirəm, mənim gözəl seniyoram” – deyərdi. Requli bu sözləri hər gün təkrar etməkdən yorulmazdı. Bunların hamısı xəstəxanada mualicə olunan ruhi xəstə qadınların könlünü almaq üçün Requli tərəfindən uydurulan təlxək sözlər idi. Həkim özü də xəstə idi. Yaş, artiq öz işini görmüşdü. İki həftə bundan qabaq