Olan işdi

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

– Yaxşı, qoy İvan olsun, – deyə Katerina ah çəkdi.

– Hə də. Olan işdi.

– Kənd sovetinə get, uşağın adını yazdı, müavinəti də al, mənsiz də verərlər, mənsə gedim. Səni Sosnovkada gözləyəcəm. Nyuşkagildə çay içərəm. Pulu da arağa vermə!

– Yaxşı da! Mən nəyəm ki? Sizə çataram, yavaş-yavaş get!

İvan Afrikanoviç körpənin bələndiyi kürkü sahmanladı və kənd sovetinə tələsdi.

Katerina oğlunu evə gətirdi. Yolüstü Nyuşkagilə dəydi. Stepanovna samovarı odladı. Ordan-burdan danışdılar. İvan Afrikanoviç nədənsə gecikirdi. O, qəfil peyda oldu. Həmin vaxt Katerina uşaq qucağında eyvana çıxmışdı, Stepanovnayla Nyuşka da küçədəydi.

– Salam, Stepanovna, salam Nyuşka, – Afrikanoviç onlara təzim etdi.

– Bəri gəlin, burda yatarsınız, – Stepanovna dedi.

15

– Yatmaq nədi… Əlli dörd rubl… ələ qəpiyi də var… müavinətdən çıxdılar.

– Bəlkə samovarları özümüz götürüb düzəldək? – Stepanovna soruşdu. – Allah haqqı, götürmək lazımdı. Kömürçü Saşa samovarların lüləyini də lehimləyir. Bizim özümüzə də samovar lazımdı. O

birisini də özünüzə götürərsiniz.

– Yaxşı məsləhətdi. Götürüb düzəldərəm. Sən nə deyirsən, Katerina?

– Səni vurğun vursun! – Katerina başını bulayaraq dedi. – Atı özbaşına niyə buraxmışdın ki?!

İvan Afrikanoviç büzüşdü və susdu. Stepanovna Nyuşkayla doqqazda durub baxdı, onlar isə

yollarını tutub getdilər.

Hava, doğrudan da, qızmışdı. İlk dəfəydi ki, səma göyərmişdi, günəşdən şəfəqlənmiş şam ağacları təpəlikdəki bulaq başında qızınırdılar. Bura Sosnovkaya yaxınıydı. Katerina ilə İvan Afrikanoviç hərdən yolüstü bura burulur, qışın özündə belə bulaqdan su içirdilər. Nəfəslərini dərir, bir dəqiqəlik də

olsa dincəlirdilər.

Körpə qayğısızcasına kirşədə yatırdı. Günəşin döyəclədiyi şamlar da mürgüləyirdi, elə fərəhlə

yuxulayırdılar ki, ağappaq qar talaları adamın gözünə girirdi.

İvan Afrikanoviç Katerina ilə lal-dinməz gəlib bulağın qırağında oturdu. Birdən Katerina təbəssümlə ərinə tərəf dönüb soruşdu:

– İvanuşka, nə xəbərdi? Görürəm ki, kefin yoxdu. Tüpür hər şeyə. Böyük bir şüy olub, samovardı da!?

– Ay qız, sən nə danışırsan, əlli manat zarafatdı?

Bulaq elə də yekə deyildi, şam meşəliyinin arasından özbaşına süzülürdü. Yayda onun hər tərəfini ot basırdı, suyu yola axırdı. Qışda külək qarı onun böyür-başına yığırdı, sanki soyuqdan qorumaq üçün və o donmurdu. Su o qədər duruydu ki, elə bil yoxuydu.

İvan Afrikanoviç papiros çəkmək istədi, tütün kisəsilə birgə kağız da çıxardı. Bu, kənd sovetinin ona verdiyi kağızıydı. Karandaşla üzü köçürülmüş akt idi:

“Akt

Biz, aşağıda imza edənlər bu aktı imzaladıq. Bir tərəfdən selponun satıcısı, o biri tərəfdən isə

arabaçı Drınov İvan Afrikanoviç və üç şahid. Akt malın araşdırılması üçün tutulur. Bu ilin bu günündə

arabaçı İvan Afrikanoviç Drınov selponun anbarından mal aparıb, amma at ünvana onsuz çatıb. Həmin vaxt yoldaş Drınov İvan Afrikanoviçin harda olduğu naməlumdur. Fakturya görə mal yerində olub.

Yükü aparan at gecə vaxtı olması səbəbindən tövləyə daxil olub, kirşə aşıb. Həmin vaxt Drınov Sosnovka hamamında yatıbmış, o səbəbdən kirşədəki iki samovar yerə düşüb. 54 rubl 84 qəpiyə olan həmin samovarlar zədələnib, daha doğrusu: onların lüləkləri qopub, birinin böyrü əzilib. O biri samovar isə lüləkdən başqa zərər görməyib. Qalan malların hamısı faktura üzrə yerindədir, amma yoldaş Drınov təhvil-təslimdə iştirak etmədiyinə görə bu akt tərtib olunub”.

16

İkinci hissə

Uşaqlar

Altıhəftəlik adam öz kefindəydi. Çünki cəmi altı həftəydi ki, dünyada yaşayırdı. Əlbəttə, əgər anasının qarnındakı doqquz ayı saymasaq. Dünya onun vecinə deyildi. Doqquz ay, altı həftə əvvəl onun izi-tozu da yoxuydu.

Göbəyi kəsiləndən və anasının qanı ilə qidalanmaqdan məhrum olduğu gündən altı həftə keçirdi.

İndi onun öz balaca ürəyi və qalan hər şeyi vardı. Doğulanda o özünü qışqırığı ilə elan eləmişdi. Məhz həmin vaxt o bərklə yumşağı, istiylə soyuğu, işıqla qaranlığı duymuşdu. Səsləri də ayırd eləməyə

başlamışdı. Amma ən güclü duyğu aclıq hissiydi. Anasını əmib doyandan, qara baxıb sevinəndən sonra da bu hiss ondan əl çəkmirdi. Yuxuda da doymaq həvəsi ölmürdü.

O, beşikdə uzanmışdı, hər şey yaxşıydı, hərçənd ki, o bunu yalnız bədəniylə hiss eləyirdi. Bu

“yaxşıda” abstrakt təfəkkür deyilən bir şeyin heç gölgəsi də yoxuydu. Ayaqları nədənsə öz-özünə

hərəkət eləyirdi, barmaqları da gam yumruq kimi yığılır, gah açılırdı. Onunçün yuxuyla gerçəkliyin də

fərqi yox idi. Yuxuda da həyatdakı kimi yaşayırdı. Yuxu və gerçəkliyin heç biri körpə üçün mövcud deyildi.

Beşik yavaş-yavaş yırğalanırdı. Bir az yekə olsaydı, nənəsinin əlinin tüstü qoxuduğunu duyardı.

Nəhəng tavanın çatlarını görərdi, yaş yarımlıq Volodyanın çığırtısı onu xoşbəxt biganəlikdən ayırardı.

– Sən şeytansan, Voldya, əsl şeytan, – nənəsi Yevstolya nəvazişlə deyərdi. – Heç utanmırsan?

Volodka onun qucağında olanda da səsini kəsmirdi.

Yaşyarımlıq Volodya altı aylıq körpə ilə beşik üstündə qırğına çıxırdı.

Körpəyə qədər Volodya bu beşikdə yırğalanırdı, indi həmin yeri təzəcə doğulmuş qardaşı zəbt eləmişdi.

Volodya özü yeriməyi bacarırdı, çox söz bilirdi, nənəsinə mama, atasına papa deyirdi və beşikdə

yellənirdi. Birinci dəfə onu beşikdən düşürəndə etiraz eləmədi, hətta mərhəmət də göstərdi. Amma bircə dəqiqə keçməmiş bu ədalətsizliyə heyrətləndi və ağlamağa, sonra qışqırmağa başladı.

O, indi də beşiyi istəyirdi. Anasının yanında olmasını arzulayırdı. Anasının xiffəti beşiyi ələ

keçirmək həvəsini artırırdı.

Nənəsi körpəni bir az o tərəfə sürüşdürdü, Volodyanı da bu tərəfə qoydu.

Beşik yekəydi. Volodka dərhal sakitləşdi, körpənin isə yanında kimin olması vecinə deyildi.

Volodka əlini əmziyə uzatdı. Əslində o, çoxdandan əmziyə əlvida deməliydi, amma bu vərdişindən əl çəkə bilmirdi. Nənəsi əmziyə gah xardal çəkirdi, gah deyirdi ki, it aparıb, amma xeyri yoxuydu.

Volodka bu içi boş rezini ağzından çıxarmaq istəmirdi.

Volodka beşikdə məmnun və sakit idi. Təzə məxluq onun ayaqlarının uc tərəfində tərpəndi, amma Volodka bu narahatlığa öyrəşmişdi. O istəyirdi ki, beşik bərk yırğalansın, əvvəlkindən də bərk cırıldasın. Volodka gözlərini qıya-qıya kamodun şüşələrində sayrışan şüalara baxırdı.

O, doğma daxmalarının hər səsini eşitmişdi: xüsusən də qapının. Nənəsi əlində vedrə daxmadan çıxanda onun ürəyi xiffətdən az qala dayanırdı. Çox dərd çəkirdi. Göz yaşları sellənməyə hazırıydı, dodaqları da öz-özünə büzüşürdü.

Saniyələr çox uzanırdı. O, çığırmaq istəyirdi. Həmin qışqırıq boğazından çıxmaq istəyərkən qapı açılır bə nənəsi Yevstolya sağ– müsəlləm içəri girir və uşaqlara baxmadan sobanın yanına qaçırdı.

Sevinc və rahatlıq Volodkanın tənhalığına son qoyur, çığırtı və göz yaşları udulurdu. Bu hadisə çox təkrar olunurdu, xüsusən də nənəsi geyinib bəzənəndən sonra. O, buna alışa bilmirdi. Anasının yoxluğunun xiffəti ürəyini əzirdi, nənəsi gedəndə isə səbri tamam tükənirdi. Beşiyin yırğalanması da kara gəlmirdi.

17

Beşikdə uzanan qardaşların bacısı Marusya onların yanına gəldi, oyuncaqları şaqqıldatdı. Onun dörd yaşı varıydı, beşiyi də Volodkadan yaxşı tanıyırdı, hərdən özü də ora çıxmaq istəyirdi…

– Onları yırğala, Marusya, – nənəsi dedi, – yırğala, gözəl bala. Bax bu ipdən tut. Ağıllı bala.

Böyüyəndə səni maşında gəzdirəcəklər.

Marusya beşiyi ehmalca yırğaladı. Pəncərədən qar ağarırdı, günəş çıxmışdı. Anası bu qarın üstündən keçib getmişdi. Marusya yatanda anası getmişdi. Ata da yoxdu. Marusya daim susurdu və

heç kim onun nə fikirləşdiyini bilmirdi. O, doğulanda inəkləri Roqulya hələ buzovuydu, süd də

yoxuydu. Ona görə də Marusya dinməz böyüdü, daim fikirli oldu, heç kim onun nə fikirləşdiyini bilmədi.

Yevstolya nənə samovar qoydu:

– İndi ananız gələcək, çay içəciyik. Qrişkayla Vaskanı yuxudan oyadarıq, Katyuşkayla Mişka da, yəqin yatmaqdan doyublar.

Anasını xatırladanda Marusyanın sifəti işıqlandı. Sanki indi yadına düşdü ki, anası var və

sevincindən gözləri parladı. Fərəhlə ah çəkdi:

– Anam?

– Hə, ananız indi gələcək, – deyə Yevstolya nənə təsdiq elədi. – İnəkləri sağıb qurtaran kimi burda olacaq.

Marusya yenidən fikirli– fikirli çölə baxdı.

Mişkayla Vaska əkizdilər, altı yaşları var. Hər ikisi eyni zamanda yuxudan durub və evi ələk-vələk ediblər. Sonra eyni şalvarları geyiblər. Elə ki, biri şalvarı tərsinə geydi, səhərdən axşama kimi elə də

gəzəcək. Dörd keçə çəkmənin heç biri bir-birinə tay deyildi, qarışığıqdı: uşaqlar onları başqa çəkmələrin arasından seçirdilər. Nəhayət, çəkmələri tapır və geyirdilər. Yuxudan duran qardaşlar əl damına gedirdilər. Ora soyuq idi və saman iyi verirdi. Qardaşlar soyuqdan əsə-əsə uzağa dızqırtmaq üzrə yarışırdılar.

– İndi sizə göstərərəm, qulaqlarınızı dartıb qopararam! – Bu, nənələri Yevstolyanın səsiydi. –

Tülüngülər, divarların hamısını isladıblar, dəyirmandakı kimi donub.

Nənə vedrə əlində inəyin yanına gedir, qardaşlar isə daxmaya cumurdular. Səhərin izah olunmaz sevinci onları çuğlayır və sümüklərinə qədər işləyirdi. Qardaşlar gah zingildəmək, gah da uçmaq istəyirdilər, lakin soyuq onları daxmaya tərəf itələyirdi. Katyuşka, görən yatır, yoxsa durub? O, qardaşlarını həmişə yuyunmağa məcbur edir. Demək, yatır. Onlar səs eləmədən özlərini inandırırlar ki, yuyunmağı da unudublar.

Yemək istəyirlər. Arakəsmənin o tərəfindən qızardılmış kartof iyi gəlir, samovar qaynayır. Vaska barmağını samovara vurdu, Mişka da. Mişka da barmağına üfürdü, Vaska da.

Bu Volodka yenə də niyə ağlayır? O, Katyuşayla Qrişkanı da yuxudan oyadıb, elə hey çığırır.

Volodkaya baxa-baxa Marusya gözünü döyür.

Mişka ilə Vaska beşiyə yanaşdılar. Volodka səsini kəsmək bilmir. Bu təzə isə ağlamır.

Vaska və Mişkanın beşiyin yanında dayanmaq həvəsləri yoxuydu. Yeməyi gözləmədən papaqlarını qoydular, paltolarını mismardan qopardılar və haydı küçəyə…

 

Katyuşka dərhal yataqdan qalxdı, Volodkanı qucağına aldı. Volodka sakitləşdi. Yatmaq ölüsü olan Qrişka yerindən də qalxmadı. Katyuşka dərslərini dünəndən öyrənib, Qrişka bu günə saxlayıb. O, indi yerinə uzanıb, qalxmağa ərinir, ürəyi isə öyrənmədiyi dərslərə görə ağrıyır. Yazı işini onsuz da görməlidi, cümlə də qurmalıdı, məsələ-misalı da həll eləməlidi. Amma əzbərləmək… Vaskayla Mişkanın nə vecinədi, məktəbə getmirlər. Qrişka istəməsə də, yerindən durdu. O, bu il üçüncüyə gedir.

Katyuşka dörddə oxuyur. O, Qrişkanın nə elədiyini yaxşı bilir, qardaşını dinc buraxmır. Volodkanı sakitləşdirəndən sonra yenə də Qrişkanın üstünə düşüb, müəllim kimi göstəriş verir: onu elə, bunu eləmə və stola otuzdurur ki, misalları həll eləsin. Nənə isə samovar gətirir, indi stola qoyacaq.

…İvan Afrikanoviçin ailəsində səhər belə başlayır. Adi aprel səhəridir. Hamı yedizdirilib, geyindirilib. Katyuşka ilə Qrişka məktəbə getdi. Vaska ilə Mişka yenidən kəndə gəzməyə çıxdılar.

Marusyanı da özündən yekə çəkmə ilə başqa daxmaya gəzməyə göndərdilər. Evdə Volodka ilə körpə

18

qaldı. Onlar beşikdə yatırdılar, beşik astaca yırğalanırdı. Yevstolya nənə xama qarışdırırdı. Saat tıqqıldayır, döşəmənin altında isə siçanlar oynaşırdı. Yevstolya nənənin səhərki həngamələrdən başı ayılmamışdı ki, Marusya evə qayıtdı, onun dalınca Mişka ilə Vaska gəldi, özlərilə də altı yoldaş

gətirdilər.

Donmağa da macal tapmışdılar, üst-başlarında qar da gətirmişdilər, gəzib doymuşdular da.

– Müsibətdir! – Yevstolya növbə ilə onların burunlarını sildi. – Heç olmasa biri öləydi, hara ölürlər, ölməzlər. Kimgilə getmişdiniz? Peşexonlar!4 Onlar da sizin kimi pinti olublar. Yeməyinə yeyirdilər, amma yaşamağı bacarmırdılar.

– Nənə bizə nağıl danış, nağıl! – deyə Vaska bir ayağı üstə tullana– tullana nənəsinin ətəyindən dartdı.

– Hansı nağılı: peşexon nağılını, yoxsa pişik və mərcanı?

Hamı peşexon nağılını istədi.

Nənənin nağılları

– Biri vardı, biri yoxdu, qız hələ arvad olmamışdı, – deyə Yevstolya nənə aramla nağıla başladı. –

Vaska düz otur! Bəs sən Mişka? Düyməni yenə də qırmısan? Sonra sənə göstərrəm! Böyük bir kənddə, batalığın qırağında bədbin kişilər yaşayırdılar, bir sözlə peşexonlar. Kişilərin heç birinin işi gətirmirdi.

Kənd böyümüşdü axı, arvadlar da sobanı müxtəlif vaxtlarda qalayırdılar: biri səhər, o biri gündüz, bəzilərisə gecə yarısı. Yandırırlar, sonra da otururlar pəncərənin qabağında və kökələr qayırırlar.

Kündələr hazırlanır, kökələr bişir, soba ikinci dəfə qalanır. Soba ikinci dəfə qalanana qədər kündələr turşuyur. Yazıqlar səhərdən axşama kimi çalışırlar.

Yevstolya nənə bütün bunları hələ ötən dəfə, ayaq üstə danışmışdı. Bu dəfə isə stolu əskiylə sildi, xama qabını götürdü və taxtda oturdu. Uşaqlar hay-küy salmaq istədilər, amma nənə nağılı başlayan kimi səslərini kəsdilər.

– Uşaqlar tumançaq gəzirdilər. Qızlar və oğlanlar rəqs edə bilmirdilər. Qocalar və qarılar təmbəki iyləməyi sevirdilər. O qədər sevirdilər ki, qəpiyə qədər xərcləyirdilər. Onlar cavanları da bu işə

qoşurdular. Tütünü uzaqlardan gətirmək lazımıydı axı. Yükü necə gətirmək üçün qayda qoydular.

Bütün bunları Pavel fikirləşdi. “Hamımız bir yerdə getməliyik, – deyir. – Çünki birlikdə asandır”.

Bunları deyəndən sonra kişilərə tapşırdı ki, sabaha hazır olsunlar, atları vaxtında yemləsinlər, yəhərlər də təzə olsun, qırıq yüyənlər də bitişdirilsin. Peşexonlar uzanıb yatdılar. Gecə ayazıdı, daxmadakıların hamısı soyuqladı. Peşoxonlar bir-birilərinə qısıldılar. Səhər Pavel hamını oyatdı: “Atları qoşun!” Pavel hamıdan zirək və zəhmətkeş idi. Peşexonlar tərpəşdilər, gərnəşdilər. Qardaşlardan biri o birinə deyir:

“Hələ durmaq tezdi, hava da açılmıyıb”. O biri qardaş isə deyir: “Yox, qalxmaq lazımdır. O dey Pavel də belə deyir”. Bəs neyləsinlər. Belə qərara gəldilər ki, qonşuların yanına gedib soruşsunlar: duraq, yoxsa yox? Qonşuları durquzdular, dörd nəfər oldular. Qonşular deyir: “Doğrudan e, uşaqlar durmaq lazım deyil, çöldə də qaranlıqdı”. Küçənin ortasında dayanıb mübahisə edirlər. Bir tərəf deyir ki, qalxmaq lazımdı, o birilər isə deyir ki, qalxmaq lazım deyil. Bir nəfər də təklif edir ki, gəlin ordakı evdən soruşaq: O evdəkiləri də oyatdılar, altı nəfərə çatdılar. Yenə də bir fikrə gələ bilmirlər. Biri deyir ki, hələ tezdir, o biri qışqırır ki, qalxmaq lazımdır. Hamısı bir yerə yığışdılar, bütün mahalı oyatdılar, hay-küy saldılar. Nə edəcəklərini də bilmirlər. Ağıllı Pavel isə o biri tərəfdə kişiləri oyadır. “Uşaqlar atları qoşun, tütünə getmək lazımdı!” Neyniyəsən. O biri tərəfin kişiləri də qalxmağa məcbur oldular.

Martın adlı bir kişi anasından soruşur: “Mənim şalvarım hanı?” Şalvarımı hara qoyduğumu unutmuşam. Onun şalvarını tapdılar, geyindirmək də lazımdı axı. Martın qardaşına deyir, peşexonlar həmişə bir yaşayırdılar axı: “Petruxa sən şalvarı tut, mən düz onun içinə tullanacam”. Petruxa şalvarı əlində tutur, Martın tullanır, yalnız bir ayağı şalvara düşür. Təzədən taxta çıxıb tullanır. Bir neçə

4 Peşexonlar – qədim zamanlarda əfsanəvi cəmiyyət üzləri

19

cəhddən sonra hər iki ayağı şalvara düşür. O biri tərəfdə isə hələ də haray-həşirdi, yarmarkadakı kimi.

Kişilərin fikirləri haçlanır: bir tərəf deyir ki, qalxmaq lazımdır, o biri tərəf isə israr edir ki, hələ tezdi.

Onlar mübahisə edənə kimi ulduzlar hamısı yox oldu, yaxşı ki, dava düşmədi. Pavel ilk olaraq öz atını arabaya qoşdu, yola çıxdı, o biriləri də ona qoşuldu. Lukyanla Fedul da atı arabaya qoşdular. Fedul Lukyana deyir: “Lukyan, dostum, sən madyanı tut, mən onun başını boyunduruğa soxacam”. Lukyan madyanı tutur, amma Fedul ha əlləşir, onun başını boyunduruğa sala bilmir. Fedulu tər aparıb, amma məqsədinə çata bilmir. Madyan necə bezirsə, Fedula bir təpik ilişdirir və Fedulanın dişləri tökülür qarnına.

Yevstolya nağılı yarımçıq kəsdi, çünki uşaqlar gülməyək başladılar. Təkcə Marusya üzündə azacıq təbəssüm taxtda sakit oturmuşdu. Nənəsi onun başını sığalladı və davam elədi:

– Yola düşdülər. Amma gec tərpənmişdilər, hazırlıqları uzun çəkmişdi. Gedirlər, ətraf çöl-biyabandır, qışda da günün ömrü gödəkdi. Bir-iki tirə keçəndən sonra peşexonlar yatmaq istədilər.

Kənddə gecələməyə icazə verdilər. Bayram günləriydi. Buradakı cavanlar gecələr dinc durmurdular: kiminin odununu oğurlayırlar, kiminin sobasının borusuna papaq soxurlar, hətta qapının ağzına da su töküb dondururlar. Onlar peşexonların da yüklərinə əl gəzdirdilər. Atların qoşqularını açıb bostana adlatdılar, dişlələri çəpərdən keçirib yenidən atlara bağladılar. Peşexonlar səhər duran kimi yola düşdülər. Amma arabalar yerindən tərpənmir. Çəpərlər, doqqazlar yerindən oynayır, hay-küy qopur, ev sahibləri yerlərindən dik atılırlar və peşexonları əzişdirirlər. Əcəb işdi. Payalar sınıb, qapı-baca peşexonların dişlələrində gedib. Peşexonlar güc-bəla kənddən çıxdılar. Hətta zirək Pavelin də başına bir-ikisini ilişdirdilər. Bir-iki günü də bir təhər yola verdilər. Gecə düşdü, gecələmək üçün yenidən izn istədilər. Martın Pavla deyir: “Bu dəfə atları açmalıyıq ki, keçən dəfəki kimi olmasın”. Atlara su verdilər, qabaqlarına saman atdılar, özləri də dağ su içib yatdılar. Kəndin kişiləri gecə qonaqlıqdan qayıdırdılar, kirşələri əks tərəfə döndərdilər. Pavel hamını alaqaranlıqdan qaldırdı. Kirşələr üzü hansı tərəfə dayanmışdısa o tərəfə də qoşdular və ya allah, deyib yollarına davam elədilər. Gecə-gündüz gedirlər, bir-iki kənd keçdilər, tirə aşdılar. Məmnundular ki, tezliklə istədikləri yerə çatıb tütün alacaq, yenidən isti sobanın və arvadlarının yanına qayıdacaqlar. Yol düpbədüz idi. Peşexonlar yekə bir kəndə

gəlib çıxdılar. Marıtn deyir: “Lukyan, ay Lukyan, o hamam səninkinə oxşuyur, onun da damı yoxdu”.

“Yox, – Lukyan deyir, – bizim hamamın qapısı sağ tərəfdədi, bununku isə sol. Bizimkinə oxşamır”. –

“O de Pavelin də arvadı su gətirməyə gedir, – bu dəfə Fedulya deyir, sarafanı da çox oxşuyur!” –

“Yalan demə!” – “O de, dam da oxşuyur, allah haqqı!” – “Uşaqlar, – Pavel deyir, – bu bizim kənddi ki!

Allah haqqı, bizim kənddi, sadəcə baş– ayaq düşüb! Mən bilən, mən də Paveləm axı?” Pavel bu sözləri deyəndən sonra qulaqlarını dartışdırır, döyəcləyir. Paveldi, yoxsa yox? Yadından çıxıb ki, elə özüdü.

Evdən çıxandan sonra unudub. Əvvəllər Pavel necə də ağıllı-başlıydı. Bəs o birilərinə nə deyəsən? Heç nə.

Yevstolya nənə xamanı cidd-cəhdlə qarışdırırdı. Uşaqlar qulaqlarını şəkləyib, bərələ gözləriylə ona qulaq asırdılar. Onlar hər şeyi anlamasalar da, nənələrini maraqla dinləyirdilər.

– Bax, sən də, Vaska, peşexonlar kimi, şalvarı tərs geymisən. Sonrasını danışım?

– Danış, danış! – deyə uşqlar tərpəşdilər, gülüşdülər, yerlərini dəyişdilər.

Nənənləri qaba bir az da xama əlavə elədi və daxma yenidən monoton cingiltiyə qərq oldu.

– Nə əkirdilərsə, bitmirdi. Çovdar əkmirdilər, təkcə turp əkirdilər. Gicitkanı isə pəhriz yağıyla suluyurdular. Onları kim belə öyrətmişdi, bir allah bilir. Kim nə deyirdisə, onu da eliyirdilər. Bu peşexonlar tamam məsuliyyətsiz idilər. Bir kimsənin qabağında söz deməzdilər. Tək-tək hallarda özlərindən çıxırdılar, o da ki, sərxoş olanda. Bir dəfə vələmir kiseli qaynatdılar. Kisel yaxşı bişmişdi, qatıydı, onu qaşıqlamaq zamanıydı. Əvvəllər vələmirli kiseli südlə qarışdırıb qaşıqlayardılar. Ailədə

kişilərin sayı altı, ya yeddi olardı. Oturdular ki, südlə vələmirli kisel içsinlər. Kiseli stola gətirdilər, amma süd pəncərənin ağzında necə qalmışdısa, eləcə də durdu. Biri kiseli qaşıqladı, sonra qaçıb süddən hortuldatdı, sonra o biri. Beləliklə, qardaşların hamısı növbə ilə pəncərənin yanına qaçıb süd hortdatdılar. Əllərində qaşıq oturacaqdan adlıyıb gedirdilər axı. Üstləri nə gündə! Allah göstərməsin!

Yevstolya özü də güldü.

20

– Vaxt gəldi, peşexonlar bir həsir, bir Məmməd nəsir qaldılar. Heç nələri yoxdu: nə çörək, nə tütün.

Adamlar da azalıblar axı. Kimisi ölüb gedib, kimisini ayı meşədə parçalıyıb. Baxırlar ki, məsələ çox qəlizdi. “Uşaqlar, belə getsə, öləcəyik”, – biri deyir. “İşlər belə getsə, öləcəyik, allah haqqı öləcəyik”, – o biriləri deyirlər. İlk dəfəydi, fikirləri üst-üstə düşürdü. Oturub fikirləşirlər ki, nə eləsinlər, başlarına nə

çarə qılsınlar. Bəzilər deyir: “Bizə yaxşı rəhbər lazımdı, özü də içən olmasın. Yaxşı rəhbər olmasa qırılacağıq”. O biriləri isə belə deyir: “Gəlin, turpun əvəzinə, şalğam əkək. Şalğam bizim nicatımızdır!”

Pavelsə əvəzində deyir: “Belə yaramaz, dostlar, biz dünyanı gəzib öz qismətimizi axtarmalıyıq.

Hardasa bizim də payımız var”. Dedi və oturdu. “Yəqin ki, var!” – Bunu da Martın deyir. Fedula isə

yatıb. Çox çək-çevirdən sonra peşexonlar belə qərara gəldilər ki, dünyaya çıxıb öz qismətlərini axtarsınlar. Çörək qurutdular, dağarcıqlarını doldurdular və düşdülər yola. Gedərkən tanrıya dua da etmədilər. Gethaget, gethaget, axtarış da qurtarmır. Bir kisə yulaf unları var, qab– qacaq da yoxdu. Bəs nədə bişirsinlər? “Gəlin, gölə töküb qarışdıraq”, – deyirlər. Unu gölə tökürlər, qarışdır ki, qarışdırasan.

“İndi isə qaşıqlayın”. Nəyi qaşıqlasınlar? Nə var ki, sudan başqa. “Gərək, evdən çox un götürəydik”, –

deyirlər. Nə eləmək olar ki? Acqarına düşdülər yola. Gedirlər, gedirlər, yol qurtarmır, gecələməyə də

yer lazımdı. Dayandılar, “hər kol– kos yatmağa yer verər” dedilər. Peşexonlar meşədə məskən saldılar, dağarcıqlarını bellərindən açdılar. Yatmaq zamanı gəldi. Hamısı bir-birirnin yanına döşəndi, olar bir iyirmi nəfər, bu vədəyə kimi çoxları ölmüşdü. Qıraqda yatanlar tez-tez ortalığa cumur, heç kim qıraqda yatmaq istəmir. Canavardan-zaddan qorxurlar. Səhərə kimi belə edirlər: qıraqdakılar ortaya qaçır, ortada yatmaq istəyənlər qırağa sürüşdürülür. Kənardan keçən bir adam da onlara qoşulmuşdu. O

deyir: “Qardaşlar, gəlin vəziyyətdən necə çıxmağı sizə öyrədim. Elə eliyək ki, heç kim qıraqda yatmasın, hamı ortada olsun”. – “Öyrət, – deyirlər, – hərəmiz sənə bir altın5 verərik”. – “Onda, qardaşlar, gəlin arxamca”. Qərib adam meşədə yekə bir qarışqa yuvası tapır. “Hamınız başınızı yuvaya tərəf qoyub yatın, onda heç kim kənarda qalmayacaq, ortada olacaq”. Yuva da dairəvidi axı. Kəndlilər razılıq edirlər, hərəyə bir altın yığıb qərib adama verirlər və o dediyi kimi uzanırlar. Qərib adam özü isə şam ağacının altında yerini salır. Sohrası nə oldu, peşexonlar gecəni necə keçirdilər, bilmirəm, çünki bu hadisə çoxdan olub. Yəqin, səhərisi günü yollarına davam ediblər. Qarışqalar da onları gəmirikdən çıxarıb. Qismətlərini axtarmaqda davam eliyirlər. Yekə bir çaya çatırlar. “Uşaqlar, bu çaydı”, – Martın deyir. “Hə, çaydı”, – Lukyan onun dediyini təsdiqliyir. Söhbət bununla da bitir. Qərib adam yenə də

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?