Hüzur küçəsi

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Uşaq olandan sonra isə artıq mənə heç kim heç nə edə

bilməz. Onu yaxın bir zaman içində özümə ram edib dostlarımın yanında siqaretimi yandırmaq üçün çaxmaq çıxaran centlmen halına gətirməsəm, mənə də Feyza deməsinlər.

Qızlar:

– Vallah, səndən qorxmaq lazımdır, Feyza. Dəhşətsən. -

deyə gülüşməyə başladılar.

Bu əsnada Feyzanın dayəsi Ayişə xanım masadakı stə-kanları yığışdırırdı. Qızların danışdıqlarını üzündə məm-nuniyyətsiz bir ifadə ilə dinləmişdi. Nəhayət ağ örtüklü başını kədərlə yelləyib:

– Allah hamınızı hidayət etsin, nə deyim? – dedi – Bizim vaxtımızda qızlar ağızlarına "Ər" sözünü gətirməyə utanırdılar.

Bir neçə gün sonra …

Feyza səhər- səhər yataq otağında, əynində gecəlik, çarpayısında kürəyi üstə uzanıb. Əllərini başının altına keçirib, gözlərini tavana dikib. Komodun üstündəki radioda yüngül bir rəqs musiqisi çalınır…

Gənc qız bir ara yavaşca yerindən qalxdı və heç kimin olmadığı qonaq otağına keçdi. Pəncərənin tül pərdələrini çəkib Bilalgilin pəncərəsinə baxdı. Lakin Bilalgilin pəncərəsi bağlı idi.

Feyza bir müddət eləcə pəncərənin qarşısında dayandı.

Sonra qəmli bir şəkildə yenidən yataq otağına qayıtdı. Və

102

yenə çarpayısına uzandı. Nə edəcəyini bilmirdi, uzanıb əlindəki ipək dəsmalın ucunu dişləməyə başladı. Sonra komo-dunu doğru uzanıb əsəblə radionu bağladı, təkrar düşünməyə başladı.

Elə bu zaman otağının qapısı açıldı və içəri Ayişə xala girdi. Feyzanın heç vecinə də olmadı. Başını döndərib baxmadı da. Qadın yavaş-yavaş çarpayıya yaxınlaşdı, qızın yatağına oturdu və sakit bir tərzdə Feyzanın saçlarını sığallamağa başladı.

Sonra yavaş, pıçıltılı bir səslə:

– Bu vaxta kimi sən məndən heç nə gizlətməzdin axı –

dedi. – Sən yenə o qarşıdakı evdə yaşayan oğlanı düşünürsən?

– Hardan bildin, xala?

Ayişə xala Feyzanın kiçik burnuna barmağı ilə bir neçə

çırtma vurdu:

– Lap kiçik yaşlarından bəri əlimdə böyütdüyüm Fey-zamın ürəyinin dərinliklərindəki nədir, bilirəm. Amma, lap mən olmayım, dəqiqəbaşı qonaq otağının pəncərəsinə qaçan və dəqiqələrlə qarşıdakı yaraşıqlı cavan oğlanın yaşadığı evin pəncərəsinə baxan bir qızın dərdini və sirrini anlamağa nə var?

– Ay xala, gör nəyə fikir verirsən? Deməli, sən işini–

gücünü atıb məni güdürsən?

Sonra isə birdən birə soruşdu:

– Xala, de görüm, Allah xatirinə, o mənimlə evlənər?

– Qız evində toydur, oğlan evinin xəbəri yox. Uşaq dərslərindən başqa heç nəyə fikir vermir.

– Məni gördü axı…

– Necə yəni?

103

– Gördü də… Və iki dəfə uzun- uzadı baxdı üzümə.

Halbuki, bizim qızlar deyirlər ki, heç bir qıza baxmırmış …

Ayişə xala bir müddət diqqətlə Feyzaya tamaşa etdi.

Sonra qəfil soruşdu:

– De görüm, onu sevirsən?

– Hər an onu görmək istədiyimə görə, hər halda sevirəm. Sevgi deyilən şey budur, xala?

– Bilmirəm, qızım, yəqin ki… Amma bu imanlı cavan oğlan, evlənəcəyi qızın da dindar olmasını istəyər yəqin. Sən heç namaz da qılmırsan.

Feyza başının altına bir yastıq da yerləşdirdi və:

– Təki, problem elə o olsun – dedi. – Dedim də, onun arvadı olana kimi namaz qılan dindar bir qız kimi görü-nəcəyəm. Evlənəndən sonra onu da namazdan uzaqlaş-dıraram mən. Əsas məsələ bir-birimizi sevməyimizdir.

Amma əminəm ki, o da məni sevir. Eşqi yolunda namazı tərk etmək belə çətindir?

Ayişə xala özündən asılı olmadan titrədi:

– Sübhanallah… Mənlə olsa, sənə odla oynama deyərəm, Feyzam… Uşağı həm yoldan çıxaracaqsan, həm də dindən-imandan da edəcəksən? Boş yerə deməyiblər ki, qadın şeytan kimidir…

– Off! Xala, sən də ki… Onsuz da o boyda kimya mühəndisi olacaq belə mədəni və yaraşıqlı bir gənc, ancaq namaz qıldığına görə sadə bir məhəllə qızı ilə evlənməyəcək ki… Əlbəttə, təhsilinə, dünyagörüşünə uyğun, mənim kimi mədəni, müasir bir qızla evlənəcək. Sən də görəcəksən bax, həm də çox yaxın zamanda …

Dayə qalxdı, qapıya tərəf getdi və qapını açmamışdan əvvəl:

104

-Qızım, – dedi – Allah böyük – böyük danışanları həmişə

yanıldar, onları ziyana salar, bunu heç vaxt yaddan çıxarma, quzum!…

Dedi və qapını açaraq çıxdı …

Feyza yenə qurduğu xəyal aləminə daldı…

Yağışlı, soyuq bir gün … Qara-qara buludlar, yağışın daha möhkəm yağacağına bir işarədir. Halbuki, bir az bundan əvvəl hava günəşli idi. Allahın hikmətinə qarışmaq olmaz. Bir saat keçməmiş hava tutuldu və möhkəm yağış

yağmağa başladı. Getdikcə daha da möhkəmlənən yağış, şə-hərdəki nazənin canlar üçün cansıxıcı əziyyət idisə, şəhər-lilərin ruzusunu yetişdirmək üçün çalışıb əziyyət çəkən kəndlilər üçün bir rəhmət idi. Çünki susamış dodaqlar üçün bir qurtum su nə qədər qiymətli idisə, qurumuş, çatlamış

torpaq üçün də yağan yağış o demək idi. Küçədəki bütün uşaqlar oyunlarını yarımçıq qoyub, evlərinə qaçmışdılar.

Xeyri dədənin pişikləri də evlərin damında gizlənib yağışın kəsilməyini gözləyirdilər …

Binanın zirzəmisindəki kiçik otaqda Feyza yaşlı qadınla nəsə danışır… Hal və hərəkətlərindən hiss olunur ki, ona nə-sə tapşırır. Elə ki, yaşlı qadın "olar" mənasında başını yellədi, Feyza onun ovcuna bir az pul qoydu, sevinclə yanağından öpdü və qaça-qaça pilləkənləri çıxmağa başladı.

Elə birinci mərtəbənin pilləkənlərini çıxırdı ki, Ayişə

xala da gizləndiyi yerdən çıxıb, qaranlıq dəhlizləri keçib ağır-ağır, lakin görünməməyə diqqət edərək, onun arxasından pilləkənləri çıxamağa başladı. Yağış bütün gücü ilə

yağmağa davam edirdi. Bilal, hələ evə gəlməmişdi. Evin ən təravətli və qonaq qəbul etməyə ən uyğun otağı Bilalın otağı idi. Yerdən qoyulan döşəkçələrnin üstündə Bilalın anası ilə

105

üz-üzə oturan qarşıdakı binada çalışan yaşlı qadın tipik bir Anadolu şivəsi ilə:

– Ah, gözəl bacım, – dedi. – Elə gəlmək istəyirdim, gəlib sizi görmək istəyirdim, qismət olmurdu heç cür. Qar-şıdan baxıb-baxıb sizin üçün darıxırdım…

Bilalın anası çox təvazökar bir xanım idi.

– Sağ ol bacım, heç çəkinmə. Həmişə gələ bilərsən -

dedi… – Görürsən də, bütün gün evdə təkəm. Oturub, danışıb, vaxtımızı keçirərik.

– Ah, bacım, Hardadır məndə o vaxt? Qulluqçu deyiləm? "Zəhra, qaç mağazadan onu al. Zəhra, uşağı məktəbə

apar. Zəhra, zibilləri apar at, binanın qabağını sil… " kimi əmrlərlə ora-bura qaçırıq bütün günü. Eh, yenə də şükür Allaha …

Bu vaxt aşağıdan küçə qapısının açılan səsi eşidildi.

Bilalın anası:

– Mənim də həyatda varım-yoxum tək bir oğlum var.

Allah sizinkiləri də saxlasın,bacım, – dedi. – O da gəldi …

Qulluqçu qadın həyəcanlanmışdı. Süni bir hərəkətlə:

– Mən də yavaş-yavaş durum gedim. Haydı, sağ ol, xanım. – deyə ayağa durmaq istəyəndə Bilalın anası:

– Sən onun nənəsi sayılırsan. Otur Allah eşqinə… – qadını təkrar yerinə oturtdu və əllərində kitablar qapını açan Bilala:

– Gəl, oğlum gəl, çəkinmə, – dedi. – Xanım bacımız qarşı binanın qulluqçusudur. Biz onu ziyarətə getməli ikən, sağol-sun, özü durub bizim ziyarətimizə gəlib.

Bilal irəlilədi, əvvəl yaşlı xadimənin, sonra da anasının əlini hörmətlə öpdü. Kitablarını dolabın üstünə qoyub o da döşəkçələrdən birində oturdu və qadının əhvalını soruşdu.

106

Qadın həyəcanını ört-basdır etmək üçün saxta bir təbəssümlə qarşılıq verdi. Hal-əhvaldan sonra Bilalın anası:

– Mən düşüb bir qəhvə hazırlayım, bir yerdə içək. Siz xalanla bir az söhbət edin, Bilal … – dedi və otaqdan çıxdı…

Anası otaqdan çıxar çıxmaz yaşlı qadın vaxt keçirmədən Bilala tərəf əyilib, yavaşca:

– Bax, övladım, – dedi. – Anan gəlmədən deyim də sənə.

Mən əslində bura səninlə mühüm bir məsələni danışmaq üçün gəlmişəm. Amma gərək əvvəlcə mənə aramızda qala-cağına dairsöz verməlisən…

Bilal güldü:

– Nədir, yoxsa mənə dövlət sirri açacaqsan, xala? De görüm, nədir sənin sirrin?

– Yox olmaz … Əvvəl söz verməlisən …

– Yaxşı, yaxşı söz verirəm; de görüm…

Qadın həmişəki süni halı ilə:

– Ah, övladım, gözümün nuru, – dedi. Bizim binada Feyza adında gözəl bir qız yaşayır. Pəncərəsi də elə sizin evə

baxır…

– Hə… Nolub ki,ona?…

– Soruşma oğlum, soruşma. Yazıq elə bir dərdə düçar olub ki, sirrini heç kimə deyə bilmir. Təkcə mənimlə danışır.

Göz yaşları yanaqlarına süzülür yazıq qızın…

– Yaxşı, xala, bəs dərdi nədir yazıq qızın? …

– Nə olacaq, kor sevda, mənim balam… Daha da açıq deyim: qız sənə vurulub… Həm də bir könüldən min könülə… Yazıq qız gündən günə əriyir şam kimi… Mənə

deyib ki, bu məsələni heç kim bilməsin. Amma yenə də mənim ürəyim dözmədi. Yazıqdı da… Sənə bütün bunları danışdığımı eşitsə, Allah göstərməsin qovdurar məni işdən…

107

Bilal fərqində olmadan həyəcanlanmışdı. Soruşdu:

– Yaxşı, xala, bunu mənə niyə deyirsən? Mən neyləyə bilərəm ki onun üçün?..

Qadın pıçıltı ilə danışmağa başlamışdı artıq:

– Övladım, bəlkə sən də bu gənc qızın halını başa düşər-sən. Ona görə dedim sənə. atalar necə deyib: çox sevən çox xoşbəxt edə bilərmiş. Ondan sonra… Nə bilim, sən gözəl, o gözəl… Bir- birinizə çox yaraşırsınız.

Bilal istər-istəməz həyəcanlanmışdı. Bir qız kimi həya-dan qızarmışdı:

– Bax, xala, dedi. – Hələ təkcə anama yox, həm də özümə də etiraf edə bilmədiyim bir şeyi, sənə etiraf edəcəyəm.

İnan ki, mən də Feyza xanımı ən az onun məni sevdiyi kimi sevdiyimi hiss edirəm. Ancaq həyatda elə şeylər var ki, ən böyük sevgini də bire anda məhv edə bilər. Məsələn, mən, müsəlman bir kişi kimi, xanımımın da ən az mənim kimi dini əmrlərə riayət etməsini istəyərəm. Halbuki Feyza xanımgilin həyat tərzi ilə bizim İslami yaşayışımız arasında dağlar qədər fərq var …

Qadın öz rolunu müvəffəqiyyətlə oynayırdı:

–Yox, övladım, yox. Sən səhv bilirsən. Görünüşə niyə

baxırsan? Sən onun açıq-saçıq paltarına baxma. Ailə ənə-nəsidir də… Amma özü çox imanlı bir qızdır. Feyza gündə

 

beş dəfə namazını qəzaya salmadan qılır. Və "əgər onunla evlənsəm, tam ona layiq, onun istədiyi kimi bir qadın olacağam" – deyir …

Bilal heyrətlə:

– Düz deyirsən xala? – dedi. – Feyza xanım dedi bunları?

108

– Əlbəttə, övladım… Amma sənə qurban olum, mənim sənə bunları danışdığımı kimsə bilməsin. Dedim də, qiyamət qoparar, məni atarlar bayıra, Allah göstərməsin…

O əsnada Bilalın anası əlində qəhvə fincanları olan sini ilə içəri girdi.

– Üzr istəyirəm. Fikirliydim, birinci dəfə qəhvə daşdı, sonra yenidən dəmlədim.

Daha sonra qonağa və oğluna qəhvələrini verdi, özü də

fincanını götürüb əvvəlki yerində oturdu … İki qadın, həm qəhvələrini içir, həm də ordan-burdan söhbət edirdilər. Bi-lal əlindəki fincanın titrəməyinə mane ola bilmirdi heç cür …

Böyük bir həyəcan içində dalğın və düşüncəli idi. Danışılanları eşitmirdi də… Bir müddət sonra yaşlı qadını, ana -

oğul, küçə qapısından yola saldılar. Qadın qapıdan çıxanda Feyzagilin bir pəncərəsindən aralanan pərdə arxasından isə

Ayişə xala qadının yolunu gözləyirdi.

Qapıçı qadının zirzəmidəki otağında yaşlı qadın hərarətlə Feyzaya baş verənləri danışır, Feyza isə demək olar ki, həyəcanından yerində dayana bilmirdi.

– Yaxşı, o nə dedi, Zəhra xala, o nə dedi?

– Ah, orda olub görməli idin, qızım. Sözümün axırında sənin də namaz qıldığını, evlənəndən sonra əsl ona layiq bir xanım olacağını deyəndə necə həyəcanlandı. Səni sevdiyini deyəndə üzü qıpqırmzı oldu utandığından.

Feyza:

– Mənim canım, Zəhra xalam. Sən mənə dünyaları versəydin, bu qədər sevinməzdim, – deyib sevinclə qadının boynuna sarıldı. Və yanaqlarından öpərək yenə otaqdan çıxdı…

Mahnı oxuya-oxuya, qaça-qaça pilləkənləri çıxmağa başladı.

109

Ayişə xala zirzəmidəki eyni yerində, geniş sütunun arxasında gizlənmişdi yenə. Gizləndiyi yerdən çıxanda, alnında dərin bir kədərin izləri görünürdü.

Eyni gecə…

Feyza, gecə lampasının zəif işıqlandırdığı yarıqaranlıq yataq otağında ipək örtüklərlə bəzənən çarpayısında əllərini başının altına qoyub, arxa üstə uzanıb… Gözlərini tavana dikib düşünür, üzündə son dərəcə məsud, lakin eyni zamanda zəhlətökən bir ifadə var. Zaman sürətlə ötür, düşüncələr bir-birini qovurdu:

–Sevir … O da məni sevir, – deyirdi öz – özünə. – Lap mənim düşündüyüm kimi. Mənim də istədiyim belə bir sevgi idi onsuz… Sonradan artıq gözləri məndən başqa heç nəyi görməyəcək… Namazı da hətta… Əminəm bundan…

Bilal da eyni anlarda başının üstündəki kiçik gecə lampasının solğun işığı altında, yatağının içində gözlərini dikib, arxa üstə uzanmışdı. O da xoşbəxt idi. Amma düşüncəli idi eyni zamanda… Düşünürdü …

– Deməli, o da məni sevirmiş… Amma ən əsası namaz qılmasıdır, – deyirdi… İmanlı bir qız… Heyrətləndirdi məni.

Belə bir zamanda … Üstəlik, belə bir qız… Evlənəndən sonra əsl mənim istədiyim kimi bir xanım olacağını deməyindən görünür ki, içində olduğu həyatdan onun da xoşu gəlmir.

Onu o həyatdan xilas etmək lazımdır. Amma necə?!

O, belə dərin-dərin düşüncələr içində ikən, yatmaq üçün hazırlaşan anası içəri girdi… Əlində bir dolça su və bir stəkan var idi:

– Suyunu təzələmək istəyirdim, mənim balam. Gecə çox su içirsən, – dedi. Əlindəkiləri oğlunun çarpayısının yanına qoydu:

110

– Allah yuxunu şirin eləsin, oğlum … Gecən xeyrə.

–Xeyrə qarşı.

Qadın elə qapıdan çıxmaq istəyirdi ki, Bilal:

– Ana! – deyə səsləndi. Anası geri qayıtdı:

– Nəsə istəyirdin, mənim balam?

– Səninlə bir məsələ haqqında danışmaq istə-yirdim, anacan.

Qadın ürəyi döyünə-döyünə qapını bağladı, geri qayıtdı. Oğlunun yatağının kənarında oturdu:

– Danış görüm, oğlum, nəsə dərdin var?

Bilal susurdu… Bir müddət başını əydi, danışmadı. Sonra anasının israrlı baxışları qarşısında dözə bilmədi:

– Ana, müasir bir həyatın içində, o həyatın qaydalarına uyğun yaşayan, lakin yaşadığı bu həyat tərzini bəyənməyən, mənimsəməyən təmiz bir gənc qızla evlənib, onu istəmədiyi o həyatdan xilas etmək daha savabdır?… Yoxsa kiçik yaşlarından bəri dini əmrlərə riayət edən bir gənc qızla evlənmək?…

– Əlbəttə yaşadığı həyatı mənimsəməyən və o həyatdan xi-las olmağa çalışan bir qızı o həyatdan xilas etmək və onu islah etmək daha böyük bir savabdır. Amma oğlum, bunu niyə məndən və məhz indi soruşdun?

– Heç, anam… Oğlunun belə bir qızı xilas edib, belə bir savab işləməyi səni sevindirər, ana?

Qadın heyrətini gizlətməyə çalışaraq:

– Təbii ki, sevindirər, mənim balam, – dedi. – Amma bu zamanın qızları elə etibarsızdılar ki… Yoxsa, nəsə elə bir şey var ki, Bilalım?..

Bilal xəcalət çəkə – çəkə cavab verdi:

111

– Var, anacan… Lakin bu, elə etibarsız qızlardan deyil…

Eşitdiyimə görə, çox imanlı imiş və gündə beş dəfə namazını da qılırmış.

– Qəribədir. Demək həm açıq – saçıq, həm də dəstəmazlı, namazlı ..

– Elədir, anacan… Üstəlik də bir şahzadə kimi gözəl …

Qadın diqqətlə oğlunun üzünə baxdı:

– Bəhs etdiyin o qız kimdir? Sən də onu çox sevirsən deyəsən… Görəsən, o da səni bu cür sevirmi?

– Həm də bütün həyatını dəyişdirəcək qədər anacan…

Yaşlı qadının üzündə narahat kölgələr yaranmışdı.

– Yaxşı, sən məzun olmadan evlənməyi düşünmürdün axı?

– O əvvəlki düşüncəm idi, anacan … Onsuz da indi bu dəqiqə evlənmirəm ki… Əvvəl “həri” olar, nişanlanarıq…

Məzun olandan sonra da evlənərik…

– Amma Şükranla bağlı mən sənə eyni təklifi edəndə

"Mən elə uzun müddət nişanlı qalan insanlardan deyiləm" –

demişdin …

– Bu Şükran məsələsi kimi deyil, anacan. Dərhal həll olunmalıdır… Həm də ki, Şükran haqqında danışmasan, çox daha yaxşı olar məncə… O, mükəmməl bir insanla evlənib.

Və ürəyinə görə axtardığını da tapıb. Bilirəm, sən Şükranda ilişib qalmısan, amma inan mənə, gələcək gəlinin də onun kimi olacaq…

Anası kədərini hiss etdirməməyə çalışdı:

– Vallah, nə bilim övladım, sən hər şeyi uzun-uzadı düşünüb bir qərar qəbul edə bilən insanlardansan. Düşün və

bir qərara gəl. İnşaallah, bu məqamda səhv etməzsən. Səninçün xeyirlisini istəməkdən başqa əlimdən nə gəlir ki?

112

Yazıq qadın, boğazının quruduğunu hiss edirdi. Çarəsiz addımlarla qapıya tərəf getdi:

– Gecən xeyrə qalsın, mənim balam…

– Xeyrə qarşı, anacan …

Saatlar sürətlə ötüb keçirdi… Bilal hələ də yatmamışdı.

Yatağın içinə qor dolmuşdu elə bil. Sağa-sola çevrilirdi.

Müxtəlif ziddiyyətli düşüncələrin onu sıxması ilə daha da çox narahat olurdu. Görəsən bu cür düşünməklə səhvə yol vermirdi ki? Hissi davranmırdı ki? Amma məntiqi düz -

əməlli işləmirdi. İradəsi əlindən alınmış, düşünmə qabi-liyyətini itirmişdi elə bil. Halbuki düşünməli, məntiqindən həmişəkindən daha çox istifadə etməli idi… Bu, həyati bir məsələ idi… Verəcəyi qərar həm dünyası, həm də axirəti üçün çox böyük əhəmiyyət daşıyırdı…

Və bütün səyini toplayaraq düşündü, düşündü … Saatlar bir-birini əvəz etdikcə Bilalın üz cizgiləri get-gedə də-yişirdi… Nəhayət, saatlarla davam edən nəfs və vicdan mü-barizəsinin sonunda yerindən qalxıb ayağa durdu, çaşqın və

pərişan bir halda qapıya tərəf getdi. Bir azdan sübh azanı oxunacaqdı…

Qapını açdı, pilləkənləri yavaş-yavaş enib aşağıda, anasının bağçaya baxan otağının qapısına tərəf getdi… Yaşlı qadının qapısının altından incə bir işıq süzülürdü çölə doğru.

Demək ki, onun da gözünə yuxu getməmişdi… Bilal qapını yavaş bir hərəkətlə döydü, qapını açıb içəri girdi. Anasının gözünə yuxu getməmişdi. Qadın, qapının ağzında da-yanan oğlunu görəndə yataqdan durdu.

–Ana! ..

– Gəl, oğlum, gir içəri… Gəl, çəkinmə …

113

Bilal qapını örtdü, gəlib anasının yatağının qırağında oturdu …

– Sən, “bu müasir qızlar etibarsızdır” – demişdin, elə deyil, anacan? Bu sözlərdən sonra gözümə yuxu getmədi… Elədir, birdən mən onu xilas etməyə çalışanda, o məni yolumdan uzaqlaşdırmaq istədi?! Onda nə olacaq? Allahın köməkliyi ilə məni heç kim öz yolumdan döndərə bilməz…

Amma həyatım zindan, yuvam da pərişan olar… Evləndikdən üç gün sonra dəyişməyəcəyinə, fikir dəyişdir-məyəcəyinə, lüks və əyləncəli bir həyat istəməyəcəyinə kim təminat verə bilər?.. Söylə ana, bəlkə düz demirəm? Cavab ver mənə… Səhv düşünürəm bəlkə?

Yaşlı qadın şəfqətlə oğulunun dağınıq saçlarını sığalladı və:

– Mənim yazıq balam. Eşq, səni məntiqindən istifadə

edə bilməyəcək qədər sehrləyib yəni? – deyə soruşdu…

Bilal ani bir hərəkətlə, anasının başında gəzən əlini ovu-cuna alaraq, bu müşfiq əli minnətdarlıqla öpdü, öpdü. Sonra ana-sına sevgi yüklü nazarlarla baxaraq:

– Ana, dedi … Bir az əvvəl dediyim sözləri unut, yaxşı?

Bütün gecə bu məsələni hərtərəfli düşündüm. Bir-birinə zidd fikirlər içində əzab dolu saatlar yaşadım… İndi, sənin yanında daha rahat düşünə bilirəm. Xeyr, xeyr, anacan … Heç bir zaman şübhələr altında yaşayıb təhlükəli oyunlarla dünya və axirət həyatımı zindan halına gətirmək istəmirəm mən… Sən fikir eləmə, anacan, oğlun tam sənin istədiyin ki-mi bir gəlin tapacaq sənə …

– Bəs eşqin, övladım? Onu məğlub edə biləcəksənmi?

Bilal gəldiyi qərardan sonra bir balaca rahatlamışdı: 114

– Anacan, oğlunun namusuna, dünya və axirətdəki ra-hatlığına görə, bu qasırğa kimi birdən mənliyini bürüyən, günlərdir onu alt-üst edən bir eşqi fəda edəcək qədər şüuru qalıb hələ …

– Yaxşı, bəs sənə ümidini bağlamış, səni sevən o qız nə

edəcək?..

– Əgər həyatından həqiqətən məmnun deyilsə, o həyatdan səmimi olaraq xilas olmaq istəyirsə, Allah onun da ürəyinə görə verəcək yəqin, anacan… Səni gecə vaxtı belə üz-düyümə görə, məni bağışla … Nə qədər böyüyürəmsə böyüyüm, yenə də hərdənbir belə uşaq olmaq istəyirəm…Yaxşı, sən dincəl anacan, bir azdan demək olar ki, sübh azanı oxunacaq …

Qadın oğluna heç nə demədi… Oğlunun arxasınca uzun-uzadı baxdı… Qəlbində yeganə övladına görə dərin bir narahatlıq hissi var idi…

Kristal çilçıraqdan süzülən işıqların altında qurulmuş

möhtəşəm süfrədə Feyza anası, atası və qardaşı Teoman ilə

birlikdə yemek yeyirdi. Qulluqçu süfrəyə xidmət edir, süfrə

ilə mətbəx arasında gedib gəlirdi. Süfrəyə can sıxıcı bir sakitlik hakim idi… Hər kəs öz işləri haqqında düşünürdü. Feyzanın atası Nəcməddin bəy, yaxında Avropaya baş tutacaq səfəri haqqında düşünür, anası Emel xanım zehnində həf-təsonu proqramını dəqiqləşdirirdi. Feyza isə durmadan Bilalı, təkcə onu düşünürdü…

Bu səssizlikdən ən çox ürəyi sıxılan şübhəsiz ki, balaca kiçik Teoman idi… Nəhayət dözə bilmədi və qəfildən çəngəli qabın kənarına vura-vura başladı danışmağa:

– Bu qarşıdakı evdə yaşayan Bilal əmi var ey…

Məhəllənin bütün uşaqları onu çox sevirlər… Bilal əmi 115

həmişə onlarla oynayırmış… Çox vaxt onların oyunlarında hakimlik edirmiş. Amma uşaqlar danışırlar ki, indi çox dəyişib. Artıq əvvəlki kimi onlarla zarafat da etmir. Bütün gününü aşağıda, dəniz kənarındakı qayalıqlarda keçirir…

Feyza ilə Ayişə xala bir anda qeyri–ixtiyari qışqırdılar:

– Necə, dəniz kənarında?

– Hə… hə… Uşaqlar elə deyir…

Emel xanım olanlardan heç nə anlamamışdı… Canı sıxılmış bir halda:

– Əşşi ,indi nə mənası var onun-bunun uşağından danışmağın? Mövzu qəhətdir başımıza? – dedi və ərinə döndü:

– Həyatım, səyahətə gələn həftə gedəcəksən? Bu dəfə

birlikdə getsək, olmazmı?

Bu əsnada, şirin və kədərli azan səsi otağa pərdə-pərdə

yayıldı … Feyzanın əlindəki şorba qaşığı qabın içinə düşdü…

Gənc qız, ata – anasının heyrət dolu baxışları arasında bir anlığına azana diqqətlə qulaq asmağa başladı. Elə bil yuxu aləmində idi… Qeyri-ixtiyari danışmağa başladı:

– Onun səsi!… Azanı o verir…

Emel xanımla Nəcməddin bəy əvvəl bir-birlərinə heyrətlə baxdılar … Sonra ikisi birdən qızlarından soruşdular:

– Kimdir ki, o, Feyza?

– O da… O… Bilal!…

Süfrədəkilərin hamısı çaşıb qalmışdı. Otaqda qəribə bir atmos-fer hakim idi. Feyza bu qəribə baxışlardan sı-xılmış

bir vəziyyətdə salfetlə ağzını sildi, süfrədən qalxdı və

otağına girib içəridən qapını bağladı… Ayişə xala onun arxasından baxıb:

– Sübhənallah!.. Bu qız son günlər çox qəribə aparır özünü… Allah axırını xeyir eləsin!…

116

Teoman həqiqətən haqlı idi. Bilal aldığı qərara baxmayaraq, ürəyindəki alovu söndürə bilmirdi heç cür. Çox vaxt məktəbə də getmirdi. Artıq bir qəribə ağırlıq çökmüşdü üstünə. Çox vaxt evlərindən bir xeyli aşağıda dəniz kənarında, sahildəki qayaların üstündə oturub uzun-uzadı düşünürdü sadəcə…

Məntiqi Feyza ilə evlənməsinin əsla doğru olmadığını deyirdi, lakin ürəyinə söz keçirməyi demək olar ki, qeyri-mümkün idi. Haradan gəlmişdi bu qız, üstəlik düz pəncərələri biizm pəncərəyə baxmalı idi elə bil mütləq? Bu sözdən sonra bir xeyli düşündü: Bu dünyaya nə üçün gön-dərilmişdi o? Həyatı həmişə belə gözəl, belə hamar və belə

 

cilalı keçəcəkdi yəni? Onda bəs "imtahan"ın nə mənası var idi? Xeyrin qarşısında şəri görmədən, şirinin yanında ağunu dadmadan, səadətin yanında kədəri hiss etmədən o imtahanın nə qiyməti qalardı? Allah qulunu, özü də belə

imanlı qulunu şərlə, ağrı ilə, kədərlə imtahana çəkməli idi.

Bu işdən alnıaçıq çıca bilmək idi əsas məsələ… Bəs nəfsinin əsiri olsa? O zaman cəhənnəmin əsfəli-safilinə süründürülüb fəlakət vadilərinə diyirlənmək qalırdı sadəcə… Və ya nəfsini zəncirə vurub, ona qələbə çalaraq nəfsini özünə qul edib ən yüksək mərtəbələrə qalxmaq…

Bilala görə məqbul olan əlbəttə ikincisi idi … Lakin, insanın o nəfsi, o lənətlənmiş nəfsi zəncirə vurmağı, ona qələbə

çalmağı, onu özünə kölə etməyi şeytanı zindana vurmaq mənasına gəlirdi. İndi onun da bu gün saatlardır bu qayaların üstündə öz-özünə etdiyi şey nəfsi ilə apardığı mübarizə idi…

Axşamın sərin küləyi, Bilalın qara saçlarına sığal çəkirdi. Yavaş-yavaş şəhərə qaranlıq çökürdü … Göy qübbəsində bütün 117

ehtişamı ilə parıldamağa başlayan ay, dənizin duru suları içində sanki tərtəmiz yuyunmaqda idi…

Bilal, həmişəki kimi qayalardan ən böyüyünün üstündə

oturub, gözlərini dənizin dərinliklərinə dikib düşünürdü.

Arxasından yaxınlaşan ayaq səslərinin fərqinə belə varmadı… Birdən ona çox doğma olan bir səslə diksindi:

–Bilal bəy! ..

Bilal heyrətlə və inanmayan gözlərlə arxasına dönüb baxdı. Bəli, bəli, yuxu görmürdü. Yuxu deyildi bu… Qarşısında bütün gözəlliyi və göz alıcılığı ilə Feyza dayanmışdı.

Üstündə incəcik, iri naxışlı bir ipək paltar var idi… Saçları həmişə olduğu kimi çiyinlərindən aşağı bir şəlalə kimi tökülürdü. Və gözləri … Qapqara uzun kirpiklərin əhatə etdiyi o ovsunlayıcı yosun yaşılı rəngli gözlər, ay işığında daha da füsunkar görsənirdi. Bilal bircə hərəkətlə yerindən durdu, qıza yaxınlaşdı. İki gənc bir müddət üz-üzə dayandılar və

baxışdılar. İkisinin də ürəyi yerindən çıxacaqmış kimi döyünürdü. Nəhayət Bilal yavaş-yavaş bu sehrin cazibəsindən xilas oldu:

– Burada nə işiniz var, Feyza xanım? ..

Feyza gözəllik abidəsi kimi ayaq üstə dayanmışdı. Ay işığının bərq vurduğu üzündən həyəcanlandığını görmək dərhal mümkün idi. Pıçıltılı bir səslə:

–Mən də bilmirəm Bilal bəy, – deyə cavab verdi. – Təkcə, bu qədərini söyləmək istəyirəm ki, artıq dözə bilmədim və

elə gördüyünüz kimi sizinlə bir neçə kəlmə kəsmək üçün artıq burdayam. Bir-birimizdən daha çox gizlətməyə nə ehtiyac var, Bilal bəy, ikimiz də bir-birimizi sevirik… Bu açıq-aşkar belədir… Elə isə nə üçün hislərinizi bir-birimizdən gizlədirik axı?

118

Bilal bir balaca da olsa özünə gəlmişdi. Özünü yığışdıraraq sərt bir şəkildə danışmağa başladı:

– Sizə ilk öncə onu deməliyəm ki, heç vaxt qızlarla belə

tənha yerlərdə görüşməmişəm və görüşməyəcəyəm də. Belə

hərəkət mənim inancıma və prinsiplərimə ziddir, Feyza xanım. Sizə gəldikdə isə, gənc bir qız kimi şər qarışandan sonra belə kimsəsiz yerdə bir cavan oğlanla görüşməyiniz, daha doğrusu onun arxasınca gəlməyiniz nə dərəcə düzdür, deyə

bilərsiniz? Çox təəssüf!!!… Halbuki mən, sizi çox daha ağır və əxlaqlı gənc bir qız kimi xəyal etmişdim!..

Bu sözlər Feyzaya çox pis təsir etmişdi. Gənc qız şoka düşmüş, olduğu yerdə bir heykəl kimi hərəkətsiz dayanmışdı… Bilal fərqində olmadan səsini yumşaldaraq sözünə

davam etdi:

–Əyniniz də çox nazikdir. Hava isə sərindir. Soyuqlayıb xəstələnəcəksiniz…

Bunu deyəndən sonra əynindəki plaşını çıxarıb Feyzaya uzatdı:

– Alın, geyinin… Və birbaş evinizə qayıdın. Təmiz bir gənc qız üçün ən doğru yol budur …

Feyzanın əsəbdən yumruqları sıxılmışdı. Dişi bağırsa-ğını kəsirdi. Birdən gözlərindən yaşlar süzülməyə başladı.

Dodaqları büzüldü və ani bir hərəkətlə Bilalın uzatdığı plaşı əliylə itələdi. Arxasına döndü və ağlaya-ağlaya qaçaraq uzaq-laşdı. Bilal ay işığında getdikcə kiçilən və nəhayət gözdən itən gənc qızın arxasınca bir xeyli baxdı… Sonra Feyzanın daşların üstünə atdığı plaşı yerdən götürüb əyninə

geyindi və eyni istiqamətə doğru yavaş-yavaş getməyə baladı.

Ertəsi gün …

119

Bilal yenə eyni sahildə və eyni qayanın üstündə oturub, qarmaqarışıq olan hislərini təhlil etməyə çalışırdı. Feyza ilə

bir gün əvvəl etdiyi söhbət onun yenidən alt-üst olmasına kifayət etmişdi. Həm onun bu qədər sərbəst və cəsur bir qız olduğu üçün əsla istədiyi kimi həyat yoldaşı ola bilməyəcəyini düşünür, amma eyni zamanda onun gözəlliyi və cazibədarlığı qarşısında daha çox dözə bilməyəcəyini anlayırdı.

Lakin? Arxasından yenə getdikcə yaxınlaşan ayaq səsləri gəlirdi. Bilal arxasına dönüb baxmağa fürsət tapmamış

arxadan onu bir qadın səslədi:

–Bilal bəy!…

Bilal qəfil diksindi və geri döndü. Gələn Feyzagilin dayəsi idi. Lakin bu nə idi belə? Bir kişinin üstünə bir gənc qızın bu qədər düşməsi, nə ilə bağlı ola bilərdi? Bilal bu dəfə

lağ edərcəsinə:

– Buyurun, xanım, – dedi. – Feyza xanım bu dəfə də sizinlə xəbər göndərib?

Ayişə xala kədərli bir şəkildə başını yellədi:

–Yanılırsan, övladım … Mən, min bir yalan-palanla, pul alıb sənin zehnini zəhərləyən o qapıçı qadın kimi deyiləm.

Əgər Feyza onun səadətini pozmaq üçün buralara gəldiyimi bilsə, heç vaxt üzümə baxmaz!

– Səadətini pozmaq üçün dediniz? Feyza xanımın səadətini pozmaq üçün? ..

– Bəli, balam. Sənin səadətini qorumaq yolunda … İllərdir zəhmətini çəkdiyim, əlimdə böyütdüyüm və öz qızım kimi sevdiyim Feyzanın səadətinə mane olmaq məcbu-riyyətindəyəm. Sən imanlı bir gəncsən, övladım… İba-dətində, həlim-səlim, ciddi bir insansan sən. Bizim Feyza 120

isə… Ah, ərköyün qız, ah!.. Gözüm görə-görə sənin odda yanmağına razı olarammı, övladım?

– Sağol, xala. Allah razı olsun, amma Feyza xanım da imanlı, dəstəmazlı, namazlı gənc qız deyil ki?

Dayə boynunu bükdü:

– Kaş, elə olaydı, övladım. Amma elə deyil axı… Ötən axşam mənə sənin haqqında düşüncələrini danışanda ürəyimdən qara qanlar axdı, övladım. Nəbadə, onun sözlərinə inanasan!

Bilalı maraq bürümüşdü:

– Məsələn, nə dedi ki, xala?

– Ah övladım. Mənim üçün bunu demək olduqca çətindir. Amma sənin kimi bir müsəlman gənci yandırmamaq üçün açıq danışacağam. Feyza deyir ki: “O vaxta kimi dəstəmazını alıb namazını qılan, tam onun istədiyi dindar bir qız kimi görünüb, evlənərəm. Evləndikdən sonra onun istədiyi kimi həyat yoldaşı olacağıma söz verərəm. Evləndikdən sonra isə, onsuz da o, mənim olacaq. Eşitməmisiniz nə deyirlər: qadının məkri həmişə kişilərə qalib gəlir. Qadın nəyisə istəsin. Gec-tez əldə edəcək. O məni düz yola gətirdiyini hesab edəcək, amma əslində özü mənə uymaq məcburiyyətində qalacaq”. Fikri nədir bu qızın, başa düşmürəm.

Bilal heyrətdə idi. Eşitdikləri qarşısında donub qalmışdı.

– Allah Allah … Deməli, belə – deyə mızıldadı. – Allah səndən razı olsun…

Hərçənd belə bir evliliyin olmayacağına dair mən qərarımı vermişdim. Amma, yenə də zaman – zaman hislərimə məğlub olub qərarımı dəyişdirdiyiniz olurdu.

Məni oyandırdığın üçün sənə nə qədər təşəkkür etsəm azdır, xala…

121

Dayə gülümsəyərək:

– Sənə etmiş olduğum bu yaxşılıq, mənim vicdan borcum idi, oğul. Amma hökmən mənim məmnun olmağımı istəyirsənsə, bu gün bura gəlib səninlə danışdığımı heç kimə

demə, kifayət edər. Haydi, Allaha əmanət ol, övladım…

Allah sənin bəxtini versin… – dedi və gəldiyi istiqamətə tərəf dönüb uzaqlaşdı.

Cağaloğlu qızlar yataqxanasının xarici bir aləm, daxili isə tamam başqa bir aləmdir… Küçə qapısının ağzında şalvarlı, mini yubkalı tələbə qızlar, Allah bilir neçənci dəfə də-yişdirdikləri sevgililəri ilə söhbət edərkən, içəridə qonaqları qəbul etmək üçün olan otaqlarda müasir romeo-culiyettalar əl-ələ, göz gözə, diz-dizə, üz-üzə oturub, bir-birlərinə artıq çürümüş eşq nağılları oxuyurdular. Qızlar siqaretlərini tüs-tülədir, qızların qəhqəhələri burda daha gur eşidilir, qızların şitliyi və sərbəstliyi az qala kişiləri utandırır burda…

Anadoludan gələn ayişələr, fatmalar, həcərlər burada nazənin kübar cəmiyyət üzvlərini təqlid edib, açıq-saçıq hərəkətləri ilə bir-birlərinə acıq verirdilər sanki…

Yataqxananın otaqlarından birindəyik… dörd- beş tələbə

qız, gecəlik və yataq dəstləri ilə yataqlarının içində oturub, bir-birlərinə, üz qızardan, bir-birindən ədəbsiz lətifələr danışırdılar. Lətifələr nə qədər açıq-saçıq olsa, qızlar o qədər çox qəhqəhə ilə gülürdülər. Yalnız aralarından bir nəfər onların bu söhbətlərinə fikir vermir. Bu, Anadoludan yeni gəlmiş, valideynlərindən əla tərbiyə görmüş əxlaqlı bir gənc qızdır. Danışılanlar ona o qədər bəsit və gülünc gəlir ki, üzü rəngdən rəngə girir və gənc qız utancından yatağının içində

büzüşdükcə büzülürdü. Bunu görən digər qızlar, gənc qızın utancağlığını, həyasını ələ salır, ona gülürdülər. Həya, utan-122

maq, üzü qızarmaq?.. Ha, ha, ha… Utanmalı şeylərə gülmək onların “müasir qızlıq fəlsəfəsi” sayılırdı.

Bir başqa otaqda iki rəfiqə kədərli əhvalatlar danışırdılar bir-birinə. Qızlardan biri üzüüstə çarpayısına uzanıb hıçqıra-hıçqıra ağlayır. Digər qız isə ona təsəlli verməyə çalışır. Yataqdakı qız, dayanmadan ağlayır, hıçqıra–hıçqıra danışırdı: