Hüzur küçəsi

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

necə gəldi geyinmiş birisi idi. İşin ən qəribəsi isə Tanju adlı bu avaranın qapqara, darmadağın saqqallı olması idi. Bir az bundan əvvəl "saqqallılara ölüm" – deyə çığırıb bağıran mini yubkalı qızlar bu qara-qura saqqallı Tanjunu aralarına oturdub, ona bir az daha gözəl görünmək üçün adətən əldən–ayaqdan gedirdilər.

Tanju qəfil:

22

– Qızlar, qərara almışam ki, saqqalımı kəsim, – dedi …

Qızlar isə hamısı bir ağızdan:

– Aa… Vallah Tanju, cinayət olar bu. Sənə elə yaraşır ki, saqqal.– deyə etiraz etdilər. Saçlarını alnına tökmüş, iri yaşıl gözlü bir qız Tanjuya hayıl–mayıl bir vəziyyətdə baxaraq:

– Bilirsənmi? – dedi – Belə baxanda Herakl kimi əzəmətli və heybətli görünürsən …

Bilal bu acınacaqlı məxluqların gülünc hallarına için-için gülməkdən özünü saxlaya bilmədi. Lakin bir tərəfdən də hər zaman olduğu kimi, ürəyində dərin bir guşə yenə

onlar üçün sızıldamağa başlamışdı. Onlar… Hərəkətləri qəlibləşmiş robot insanlar… Yazıqlar… Biçarələr…

İçində vurnuxduqları qəflətin dərinliyini belə düşün-məyəcək hala gətirilmiş qafil … qafil … qafil gənclər…

Sendviçindən bir dişləm də aldı. Ayranını içdi və kitabını oxumağa davam etdi. Kitaba elə dalmışdı ki, artıq nə

ətrafındakı səsləri, nə də o nifrət etdiyi hərəkət və davranışları görürdü.

Yanında və qarşısında boş dayanan stullara əllərində ki-tablarıyla üç gənc qızın oturduğunu hiss etmədi əvvəl… Bu qızlara universitet tələbəsi deməyə adamın dili gəlməzdi…

Barlarda vəzifələri könül əyləndirməkdən ibarət olan bar qızlarından ayırd edilməyəcək qədər aşağılıq bir vəziyyətdə

idilər … Bilal yalnız ancaq qızlardan birinin, onun üzünə

doğru üfürdüyü siqaret tüstüsü ilə onların masada otur-duqlarının fərqinə vardı. Lakin başını kitabından qaldırıb yanında və qarşısında oturan qızlara baxmadı da heç… Gözləri israrla kitabın üzərində gəzişirdi… Qızlar bir-birlərinə

mənalı bir tərzdə başları ilə Bilalı işarə edərək, onu ələ salacaq bir şəkildə göz–qaş işarəsi ilə öz aralarında gülüşməyə

23

başladılar. Bilalla üzbəüz oturan, saçları çılpaq çiyinlərindən aşağı tökülmüş, sarışın, iri yaşıl gözlü olanı, dərin bir ah çəkdi… Yataq içində gərnəşirmişcəsinə bir hərəkətlə arxasına söykəndi və başı önündəki kitaba əyili vəziyyətdə olan Bilala baxaraq yüksək səslə:

– Off … uşaqlar, – dedi. Canım elə sıxılır ki… Hər gün evdən məktəbə, məktəbdən evə … Evdə dərs, məktəbdə dərs…

Düşünürəm ki, biz bu dünyaya yalnız dərs çalışmaq, qaşqabaq sallayıb oturmaq üçün gəlmişik?! Düşünürəm, amma nə olsun? Haqsızam sizcə? Gəncəm, əylənmək istəyirəm. Bu dünyaya bir dəfə gəlmişik onsuz da… Təzədən gəlməyəcəyik ki. Amma kim qulaq asır bizə?..

Bilalın yanında oturan qız yoldaşına bir göz vuraraq:

– Canım, səni bağlayan var? – deyə soruşdu. – Get kinoya, get əyləncəli, rəqsli bir yerə. Ürəyin istəyən kimi əylən…

Bax o zaman çətinlik deyə bir şeyin qalar mı?

Sarışın qız bu dəfə söykəndiyi kürsüdən qalxdı, önə

doğru əyilib dirsəklərini masaya söykədi …

Gözlərini Bilaldan ayırmadan, sanki Bilalla danışırmış

kimi:

– Sıxıntımı hansı formada həll edə biləcəyimi mən də bilirəm, amma… – dedi və bir müddət eləcə dayandı… Sonra başını bir az da Bilala doğru yaxınlaşdıraraq, ərköyün bir əda ilə sözlərinə davam etdi:

– Bəli, bilirəm, amma nə olsun ki, sevgilisini kinoya dəvət edəcək və ya bir rəqsə aparacaq qədər centlmen bir kişi çıxmayıb hələ qarşıma …

Bilal əlindəki yarımçıq ayran şüşəsini bütün təhqirlərdən daha təsirli şəkildə sərt bir şəkildə masanın üstünə

qoydu. Yenə sərt bir hərəkətlə kitabı bağlayıb qızların üzünə

24

belə baxmadan, əsəblə yerindən durdu… Masaların arasından keçib ağır bir şəkildə, lakin üzündə gizlədə bilmədiyi utanc ifadəsi ilə qapıya tərəf getdi.

Qızlar kimi isə aşağılamağın yaratdığı ehtirasla Bilalın arxasınca qəhqəhə çəkib gülürdülər. Qadınlığın izzət və

təmkinini çirkin nəğmələr içində boğub qətl edən qəhqəhələr…

Universitetin tənha guşələrindən biri …

Bilal arxa tərəfə baxan geniş bir pəncərə qarşısında, dalğın və düşüncəli bir vəziyyətdə bayıra tamaşa edir… Gözləri boşluqda … Baxdığı yeri görmədən baxır sadəcə. Axtarış

içindədir. Müxtəlif düşüncələrlə zehni qarmaqarışıq … Bir az əvvəlki hadisənin ona bir xeyli təsir etdiyi hər halından görünür… Gözlərinin qarşısında bir anlığına anası canlandı.

Tərtəmiz gül kimi baş örtüyünün içində nurdan bir mələk kimi saf və təmiz idi… Sanki illərcə ayrı qalmışlar kimi, ürəyi dərin bir həsrətlə doldu …

– Mənim mələk anam…

Fərqində olmadan bu sözlər ağzından yüksək səslə çıxmışdı. O əsnada özlərinə tənha bir guşə axtaran bir cütlük, qol-qola Bilalın yanından keçirdilər…

Gözlərinə həddindən artıq sürmə çəkmiş, saçlarını bəsləmə quzular kimi kəsdirmiş gənc qız, yanındakı oğlana bir az daha yaxınlaşaraq səsini Bilala eşitdirəcək tərzdə:

– Vay, yazıq anasının quzusu… – deyib, yüksək səslə

qəhqəhə çəkdi. Uzaqlaşdılar. Bilal beyninə qızğın bir xəncər sancılıbmış kimi olduğu yerdə eləcə qaldı. Lakin bu kimi hallara elə alışmışdı ki özünü tez yığışdırdı. Bir dəfə də, lakin bu dəfə sanki pıçıltılı bir səslə:

– Mənim mələk anam… – dedi.

25

Ürəyi sakitləşmişdi… Həmişə belə edirdi o … Fakültədəki yüngülxasiyyət qızların – bu təhlükəli fəlakətlərin şərindən mühafizə edə bilmək üçün gözlərinin önünə anasını gətirdi … Onun o zəngin, şəfqət yüklü, mələk siması ətrafında olan bu qız və qadın qılıqlı şeytanlara qarşı özündə

güc tapmaq üçün kifayət edirdi. Qadın deyiləndə ağlına dərhal anası gəlirdi. Özünü tanıdığı gündən bu mübarək, fəzilətli qadını, daim vəfalı, daim fədakar, həyat yoldaşı və

uşağı üçün canını tərəddüdsüz fəda edən bir şəf-qət qəhrəmanı, lazım olmadan əsla küçəyə çıxmayan səadəti, dincliyi yalnız evində duyan, zövqü maddədən deyil məna-dan alan, iffət və izzət sahibi, möhtərəm bir varlıq olaraq görmüşdü. Atasının sağlığında ona qarşı göstərdiyi hörmət və itaəti, Bilala kiçik yaşlarında maraq və heyranlıqla oxuduğu İslam tarixində Ənsar qadınlarının fəzilətini, uca-lıqlarını xatırladır, kiçik ürəyi anasına qarşı böyük bir sevgiylə dolub daşırdı. Qısası, Bilal üçün anası bütün qadınlığa aid üstünlük və fəzilətləri özündə birləşdirən bir simvol idi. Bir də ətrafındakı qızları düşündü… Nədir? Bəlkə onları anası ilə müqayisə etsin? Özündən asılı olmayaraq acı-acı güldü … Üzlərindəki həya pərdəsi cırılmış, əxlaq və

namus anlayışlarının heç bir önəm kəsb etmədiyi, mədəni, müasir, qabaqcıl və aydın qadınlar ola bilmək üçün ən səviyyəsiz qiyafə və hərəkətlərlə qadınlıq izzət və şərəflərini ayaqlar altında tapdalayan bu Avropaya və qərblilərə oxşamağa çalışan bu əcaib varlıqlarla müqayisə edəcəkdi anasını?..

Bunun düşünmək belə ruhunu titrətdi. Zülmətin yanında nurun əzəməti, gecənin yanında gündüz şəhanəliyi, qışın yanında baharın rəngli ehtişamı nə qədər özünü gös-26

tərirdisə, ətrafındakı qız və qadınların səfilliyinin yanında, anasının mənəvi zənginliyi və fəziləti o dərəcə zahir bir şəkildə növbəti dəfə gözlərinin qarşısında canlandı. Və dodaqlarının arasından bir dəfə də:

– Mənim mələk anam… – sözləri çıxdı…

Bilalı ən çox üzən məqam, Anadolunun tərtəmiz ha-vasından yoğrulmuş, o təmizlik içində tərbiyə almış dürüst, əxlaqlı və fəzilətli gənc qızların, orta təhsildən sonra ali təhsil almaq üçün gəldikləri İstanbulda qısa müddət ərzində mühitə uyğunlaşaraq həm geyimlərinin və həm də əxlaqlarının dəyişməsi və pozulmasıydı. Bunlardan bir dənəsinin necə

uçuruma yuvarlandığına şəxsən şahid olmuşdu. Hadisələr bir film lenti kimi gözlərinin qarşısından keçməyə başladı.

Fakültəyə qeydiyyatını təzələdiyi günlərdən biri idi …

Uzun, hörülmüş saçları ilə utancaq və səssiz bir gənc qız, yanında qara çarşablı anası girib çıxan tələbələrin arasında çaşmış və utancaq bir vəziyyətdə dayanıb. Gənc qızın üzündə

heç bir boya izi yox… Sadə və təbii bir gözəlliyi var. Üzərində qolları uzun və manşetli, yaxası bağlı bir bluz, dizlərini tamamilə örtən rahat bir yubka olduğuna görə əxlaqlı, yəni başıaşağı bir gənc qız olduğu dərhal hiss olunurdu.

Hiss olunurdu ki, Anadoludan yeni gəliblər. Belə əl dəy-məmiş süd quzularını ac qurdlar görüb dayanarlarmı heç?

Bilalın qeydiyyatını aparan cığalı gənc də qalın qara çərçivəli eynəyinin altından otlaqda tək başına gəzişən bir quzu görmüş ac bir qurd kimi gənc qıza baxır … Bilal içdən içə əsə-biləşdiyini göstərmədən sadəcə müşahidə edir. Gözünün sə-kisi ilə gənc qıza fikir verir. Eynəkli gəncin israrlı baxışları qarşısında gənc qızın üzü qıpqırmızı olub. Bu nadir rast gəlinən həya və hicab nümunəsi qarşısında Bilalın içindən 27

gənc qıza qarşı dərin bir təqdir və şəfqət duyğusu yarandı…

Qeydiyyatı aparan eynəkli gənc, böyük bir tələsgənliklə işini bitirib Bilalı başından eləyib olduğu yerdən çıxaraq ana-qıza doğru irəlilədi və gənc qıza:

– Nə üçün bu qədər utancaqsınız? Universitetə qey-diyyatınızı etdirəcəksiniz, elə deyil? Amma burada bu qədər utanıb çəkinəcək nə var axı, canım? – deyə centlmen bir rəftarla yanaşmaq istədi. Lakin Bilal, bu nəticəni gözlədiyi üçün işi bitdiyi halda hələ ki, qapıdan çıxmamışdı. Prinsip etibarilə qadın və qızlara yanaşmaqdan daima qaçdığı halda bu himayəsiz qızı həqiqi bir qardaş mühafizəkarlığı ilə qorumaq barəsində düşünməyə başladı və dərhal da irəli atıldı.

İlahi bir hərəkətlə eynəkli gənclə qızın arasına girdi və

gəncə:

– Ey Adəm övladı, – dedi – Köməyinizə görə təşəkkürlər. Lakin bu qız mənim qardaşım qızıdır. Arxaya dönəndə gördüm ki, artıq gəliblər. Qeydiyyatı ilə özüm məşğul olacağam…

Eynəkli gənc "Bu da haradan çıxdı?.." – deyirmiş kimi hiddətlə yumruqlarını sıxdı. Sonra gənc qıza dönərək:

– Siz bu gənci tanıyırsınızmı? – deyə soruşdu… Gənc qızın cavab verməyinə ehtiyac qalmadı. Qızın anası dərhal dilləndi:

– Bəli, oğlum, qardaşı qızıdır. Sən öz işinlə məşğul ol…

 

Şorgöz qurd, əlindən ovunu kiməsə verməyə məcbur olmağın qəzəbi içində arxasını çevirib onlardan uzaqlaşdı. Qadının içində Bilala qarşı dərin bir etimad hissi yaranmışdı.

Çünki o, eynəkli modabaz gənci, heç bəyənməmişdi. Minnətdarlıq hissi ilə Bilala baxaraq:

28

-Allah səndən razı olsun övladım, dedi … Səni Allah çıxartdı bizim önümüzə. Qızım çox utancaqdır… Mən isə. Gördüyün kimi cahil bir qadınam, bu işlərdən başım çıxmır. Bu kağızları al, sən köməkçi ol bizə …

Bilal qadının uzatdığı kağızları aldı, qıza da birlikdə

gəlməsini söyləyərək qeydiyyat üçün növbə gözləyənlərin arasına daxil oldu. Gənc qız heç danışmırdı. Bu böyük şəhərin, bu tanımadığı yerlərin onu qorxutduğu dərhal hiss olunurdu. Yalnız "qardaşım qızıdır" deyərək ona sahib çıxan gəncin üzündəki ciddi cizgilər, ona bir az təhlükəsizlik hissi bəxş etmişdi…

Nəhayət sıra onlara gəldi. Eynəkli gənc, eynəklərinin altından tərs tərs Bilala baxırdı. Kağızları aldı, qeydiyyata başladı. Hər şey tamam olub giriş kağızını uzadanda lağ

edəcək bir şəkildə tək Bilalın duyacağı bir səslə:

– Baxsana, bu dünyada bizdən də açıqgözlülər varmış.

Biz o yalanı başa düşdük, amma nə isə nəsib səninmiş… -

deyə dodağının altında mızıldadı… Bilal bir hadisə yarat-mamaq üçün səbrlə dişlərini sıxdı, kağızı alaraq, gənc qızla birlikdə ayaqda onları gözləyən qadının yanına gəldi…

– Qızının qeydiyyatı tamamdır, xala …

Qadın Bilala əməlli-başlı mehrini salmışdı:

– Dedim də, övladım, – dedi. – Allah səndən razı olsun.

Həm də yüz min dəfə razı olsun. Allah heç bir muradını gözün-də qoymasın…

Sonra qızına döndü:

– Zeynəb, sən də təşəkkür et də qardaşına, qızım…

Gənc qızın yanaqları al-al olmuşdu. Başını önünə əyib:

– Təşəkkür edirəm… Sizə çox zəhmət verdik. – dedi.

Bilal söhbəti başqa səmtə yönəltmək istədi: 29

– Eviniz İstanbuldadır, xala?

– Xeyr, övladım, biz Elazığlıyıq.

– İstanbulda yaxın qohumlarınız filan var?

– Xeyr, yoxdur …

– Yaxşı , bəs qızınızı kimə əmanət edəcəksiniz bu böyük şəhərdə?

Qadın mütəvəkkil bir əda ilə ah çəkdi və:

–Qurbanı olduğum Allaha… – dedi.

Bilal:

– Doğrudur, nə qədər ata – ana, qızlarını oxutmaq üçün belə böyük şəhərlərdə tək başına qoyub, Allaha əmanət edirlər, amma onlar əvvəl-axır şeytana əsir düşürlər …

Qadın sanki yalvarırmışcasına:

– Sus oğlum sus … Yaramı deşmə bu sözlərinlə – dedi. -

Biz sənin o bildiyin ata-analardan deyilik, atası da mən də liseydən sonra qızımızı oxutmamağa qərarlı idik. Amma gəl gör ki, böyük danışmışıq; orta məktəbi bitirən kimi qız başladı ki, mən ali təhsil alacağam. Nə atası, nə mən, qarşısını ala bilmədik … Bütün sinif yoldaşları ali təhsil alanda bu niyə kənarda qalsın?! Ağladı, sızladı, razı olmadıq … Atası: "İstanbula gedib o oxumuş sürtüklərdən olacaqsan? " -

deyə icazə verməyəndə, qız "Mən namuslu, başıaşağı olandan sonra kimsə mənə heç nə edə bilməz", – deyə

ağlamsınırdı. Bir də gördük ki, qız kədərindən xəstələnib.

Çarəsiz qaldıq, oxumağını qəbul etdik … Artıq, qoruyucusu Allah olsun; nə deyək? …

Qadın islanan gözlərini dəsmalı ilə quruladı. Zeynəb, günahkar bir uşaq kimi gözlərini yerdən ayırmırdı. Bilal, içi sızıldaya – sızıldaya yenə qadından soruşdu:

– Yaxşı indi harada qalacaq bəs qızınız?

30

– Cağaloğlundakı tələbə yataqxanasına min bir çətinlikdən sonra qəbul etdirə bildik, şükürlər olsun…

Bilalın ürəyi növbəti dəfə ağradı. Bir neçə dəfə qarşısından keçmişdi bu yataqxananın. Keçəndə də qapı qarşısında burun-buruna sevişən cütlüklərin o həyasız davranışları ürəyini bulandırmışdı hər dəfə … Birdən Zeynəbin də

o qrupun arasında gördü elə bil… Əsəbi və tələsik bir vəziyyətdə:

– Nə isə, Xudahafiz, xala. Qızınızı Allah qorusun. Sizə

də müvəffəqiyyətlər arzulayıram, Zeynəb xanım… – deyib ana-qızın heyrət dolu baxışları arasında yanlarından ayrılıb çölə çıxdı…

Fakültələri eyni olduğu üçün Bilal Zeynəbi hər gün sinifdə görə bilirdi. Anası gedəndən sonra gənc qız tamamilə

ortada qalmışdı. Sinifdə heç kimə yaxınlaşa bilmir, əxlaqına və ciddiliyinə güvəndiyi üçün təkcə Bilalla danışır, hər çətin-liyini, hər müşkülünü ona açırdı. Yaşıd idilər, amma Zeynəb ona "Bilal abi" deyə xitab edirdi … Əsasən Bilal da bu saf və

təmiz gənc qıza qarşı özünü bir böyük qardaş mövqeyində

görürdü. Zeynəbin gündə beş dəfə namaz qıldığını da öyrənəndə isə ümumiyyətlə dünyalar onun olmuşdu …

İndi bacısı ilə bağlı narahat olan bir böyük qardaş kimi onunla yaxından maraqlanırdı artıq. Onu hər cür pis fikrə

qarşı mühafizə və müdafiə etməyə çalışırdı. Lakin ilin son-larına doğru, Zeynəb Bilalı böyük bir xəyal qırıqlığına uğ-ratdı. Geyimi yavaş-yavaş dəyişilirdi Zeynəbin. Artıq makiyaj da etməyə başlamışdı Zeynəb… Zeynəbin paltarları da get-gedə qısalmaqda idi… Zeynəb başqa bir Zeynəbə çevrilirdi artıq… Uzun hörülmüş saçlarını kəsdirmiş, bərbərdə

müxtəlif formalara saldırırdı qısa saçlarını… Artıq Bilala da 31

əvvəlki kimi yaxınlaşmırdı Zeynəb… Ətrafında bir çox qız və

oğlan tanışları var idi … Yoldaşları onu "Zeynoş" deyə çağı-rırdılar. Xülasə Zeynəb də həyatından məmnun idi …

Havalarda uçurdu sanki Zeynəb… Bilal ruhən darmadağın olmuşdu. Onu bu dəli, dünyapərəst və nəfspərəst qara-güruha qarşı qorumaq üçün apardığı bütün mübarizənin bo-şa getdiyini gör-mək pis təsir edirdi Bilala …

Bir gün, dərsdən sonra qapıdan çıxanda, tək qaldığı bir anda ona yaxınlaşdı:

– Zeynəb,– dedi … – Artıq günorta namazlarında məscidə

gəlmirsən… Yoxsa qəzaya saxlayırsan?…

Zeynəb, artıq o məhcub, o utancaq qız deyildi .. Sərbəst bir gülüşlə:

– Yox Bilal qardaş, qəzanı da qıla bilmirəm.

Dərslərimdən vaxt qalmır, vallah … Anlayacağın buraxdım namazı … Qoy bir məzun olum, o zaman düşünərik … – dedi.

Bir müddət heç nə danışmadan getdilər, sonra Bilal icazə istəyərək ayrıldı …

Aradan bir neçə gün keçmişdi …

Bilal həmişə olduğu kimi günorta namazını camaatla birlikdə Bayəzid məscidində qılırdı… Namaz bitib camaat dağılandan sonra adəti üzrə oradakı Qur'ani–Kərimlərdən birini götürüb, səssiz-səssiz oxumağa başladı. Bir ara arxa tərəflərdən bir qadın hıçqırığı yüksəldi. Hıçqırıq pərdə-pərdə yüksələrək, məscidin qübbələrində dərin əks-səda verərək ətrafa yayıldı. Bilal, "Məbədin ülviliyi qarşısında içi dolan bir möminədir … "düşüncəsi ilə oxumağa davam etdi…

Lakin hıçqırıqlar kəsiləcəyi yerdə get-gedə artmaqda, məscidin içinə dərin bir hüzn havası yayılmaqda idi .. Üstə-lik, 32

bu səs Bilala çox tanış gəlirdi. "Sədəqallahüləzim" – deyərək Quranı bağladı, arxasına döndü …

Lakin o nə idi elə?… Qadınlar bölməsində əlləri ilə

üzünü bağlamış, hönkürtüylə sarsılan, Zeynəb idi. Bilal, ona doğru yaxşıca yaxınlaşdı və:

–Zeynəb! … – deyə səsləndi …

Zeynəb, əllərini üzündən çəkmədən sarsılaraq ağlayırdı indi … Bilal heyrətlə bir daha səsləndi:

– Zeynəb!.. Nə olub?.. Sənə nəsə eləyiblər? Xahiş edirəm, cavab ver mənə…

Bu israrlı suallar qarşısında Zeynəb, bir anda əllərini üzündən çəkdi. Yanaqları göz yaşları ilə islaq, pərişan bir halda, dodaqlarını büzərək:

– Mən məhv oldum, Bilal abi!.. Məhv oldum mən! … -

dedi və əlləri ilə yenidən üzünü örtərək hıçqırmağa başladı…

Bilal onu çətinliklə razı salıb məsciddən çölə çıxardı. Universitetin bağçasına apararaq tənha bir yerdə bir oturacaqda oturtdu. Özü də oturacağın o biri tərəfinə keçdi… Hıçqıraraq hələ də ağlamağa davam edən gənc qızı çətinliklə sakitləşdirəndən sonra:

– İndi izah et görək, – dedi. – Amma əvvəlcə mənə olduğu kimi, həqiqətən də bir qardaşınla danışırmış danış hər şeyi.

– Utanıram, Bilal qardaş….

Bilal:

– O əvvəllər idi…. – dedi.

–…

Zeynəb yenə ağlamağa başladı:

– Düzdür, nə desən haqlısan… Amma nə olar əvvəl məni dinlə, ondan sonra mənimlə belə acı danış …

33

Və danışdı…. danışdı:

– Bilirsən ki, şeirə, ədəbiyyata qarşı son dərəcə bağlı bir insanam. Hətta bir neçə şeirimi də oxumuşdum sənə. Mənim bu zəif damarımı bilən yoldaşlar, musiqili bir şeir və

ədəbiyyat gecəsindən bəhs edib, məni bu gecəyə dəvət etdilər. Bir şeir gecəsində heç bir pislik olmayacağını düşünərək razılaşdım. Qız və oğlan tələbə yoldaşlarımdan bir qrup halında o yerə getdik. Bura, Beyoğlu arxa küçələrindən biri idi … Üzərində "Hacı baba" yazılı kiçik, taxta bir qapıdan ancaq belimizi bükərək keçə bildik … Birdən özümü dar və

qaranlıq bir dəhlizin içində gördüm… Dostlar, "Bir az da get gözlərin alışar" – deyə məni itələyirdilər. Nəhayət, ölgün, sarı və qırmızı işıqlarla işıqlandırılmış, son dərəcə balaca, kiçik bir salonda gördüm özümü … Yerlərdə ağacdan hazırlanmış

kubik masalar və oturacaqlar var idi … Divar kənarlarına Şərq stili ilə döşəklər salınmışdı. Divarlar həsirdən idi. Kiçik həsirsəbətlər

içində

rəngli

lampalar

qoyulmuşdu…

Divardakı həsirlərin üstünə dəstə-dəstə qarğıdalılar, sa-rımsaqlar və soğanlar asılmışdı … Dib küncdə yerdən bir qarış yük-səklikdəki kvadrat formasındakı səhnədə, müxtəlif Qərb musiqisi alətləri qoyulmuşdu. Qızlı oğlanlı qruplar, ağac taxtlarda və yerdən salınan döşəklərin üstündə oturub, astadan danışırdılar. Başqa bir küncdə isə yenə ağacdan hazırlanmış bir bufet var idi.

Biz də ağacdan hazırlanmış bir masanın ətrafında oturduq. Əvvəllər qorxduğum bu yer, bir müddət sonra mənə çox romantik və sevimli görünməyə başladı… Səhnədə

çox xoş bir musiqi çalınırdı. Yoldaşlardan soruşdum:

– Bu necə ədəbiyyat gecəsidir belə? Hanı bəs şeir oxuyan şairlər?

34

– Sən narahat olma, əvvəl bir az musiqi, sonra şeir … Be-lə daha orijinal olur, – dedilər.

Həqiqətən də bir az sonra bir-birinin ardınca səhnəyə

gənc şairlər çıxıb musiqi sədaları altında şeirlər oxumağa başladılar. Amma bunların hamısı da sənət dəyəri olmayan son dərəcə açıq, saçıq ədəbsiz sözlərlə dolu şeirlər idi …

Bu təhrik edici şeirlər oxuna-oxuna gənclər yanlarındakı qızlarla ayağa qalxıb musiqinin ritminə uyğun şəkildə masalar arasında rəqs etməyə başladılar … Mən təkrar soruşdum:

– Uşaqlar, doğrudan bu necə şeir gecəsidir belə? Mənim bildiyim axı şeir gecəsində rəqs edilmir.

Mənim bu sözlərimə Sevilin sevgilisi Erol cavab verdi:

– Bax Zeynoş … Həyatımız həmişə monoton keçməli deyil ki? Bir az da rəng qatmaq lazımdır həyatımıza… Bu gənclər də şeir gecəsini bu günə kimi alışılmamış bir şəkildə, rəqs və musiqi ilə qarışıq təşkil ediblər. Bizlər də həyatımızın hələ baharını yaşayan gənclərik. Əylənmək, gülmək, rəqs etmək bizim ən təbii haqqımızdır…

Bu sırada masamıza, böyük ağac dolçaların içində cürbəcür içkilər gəldi …

– İçki içmirəm, dedim.

Gülüşdülər …

– Şaftalı, üzüm, nar, qarışıq meyvə sularıdır bunlar… İç, iç, şəfadır… – dedilər …

Onların yanında heç bir şey bilməyən bir cahil vəziyyətinə düşüb gülünc olmamaq üçün içki dolu taxta dolçanı ağzıma apardım. Və boğazımı yandırmağına baxmayaraq sonuna qədər içdim, bitirdim. Yavaş – yavaş mənliyimi şipşirin bir istiliyin bürüdüyünü hiss edirdim. Bu 35

anlarda əlimdə olmadan Erolun sözlərinə haqq verməyə

başladım … "Elədi də, – deyirdim… – Mən də gəncəm …

Üstəlik həyatımın hələ baharını yaşayıram. Əylənmək, gülmək, rəqs etmək mənim də haqqımdır"

Daha sonra masamızdakı gənclərdən biri məni rəqsə dəvət etdi. Həyatımda ilk dəfə idi ki, bir kişi ilə rəqs edirdim.

Orkestr son dərəcə romantik bir mahnı çalırdı. Bu parlaq işıq altında musiqinin ritminə ayaq uydurmağa çalışanda elə bilirdim ki, yuxudayam. Uçurdum. Lakin qısa bir müddət sonra başım fırlanmağa başladı … Ətrafımdakı hər şey, hamı fırlanır, fırlanırdı… Qırmızı, yaşıl, mavi, sarı işıqlar … Orkestr …

Masalar … Dolçalar… Və insanlar … İnsanlar … İnsanlar …

Gerisini xatırlamıram… heç nə yadıma gəlmir. Gözlərimi açanda gördüm ki, jaluzilərindən bol günəş işığı süzülən son dərəcə lüks və komfortlu bir yataq otağındayam. Otaqda heç kim yox idi… Bura nə vaxt gəlmişdim? Nə üçün gəlmişdim?

… Bu geniş yataqda nə işim var idi?… Dəli kimi yerimdən sıçradım. Lakin çırılçılpaq olduğumu anlayanda dəhşətə

gəldim. Elə həmin an acı həqiqətlə üz-üzə qaldım. Və

həqiqəti başa düşdüm. Və pərişan bir halda təkrar yatağa yıxılaraq qışqıra-qışqıra ağlamağa başladım. Ağlamağın, fəryad et-məyin faydasız olduğunu bildiyim halda yenə də

ağ-layırdım.

Özümə gələn kimi sağa-sola atılmış paltarlarımı yığıb tələm-tələsik geyindim … Elə qapıdan çıxırdım ki, küncdəki kətilin üstündə bir qalstuk gördüm. Bu qalstuk dünən axşam kimin boynunda idi … Çingizin, Erolun, Əlinin bəlkə, yoxsa Turqutun? Heç bir şey xatırlamırdım… Qapını açdım, çölə, geniş bir dəhlizə çıxdım. Ağlayaraq səsimin çıxdığı qədər: 36

 

– Kömək edin mənə! … Kimsə yoxdur? – deyə qışqırıb evin dörd bir tərəfini gəzməyə başladım … “Qu” desən, qulaq tutulardı evdə. Evin qapısını açıb çıxmaq üçün əlimi qapıya uzadanda, qapının üstünə sancaqla yapışdırılan bir kağız gördüm və on an bütün dünyam alt–üst oldu. Ağlaya-ağlaya qapını açdım və hara getdiyimi özüm də bilmədən özümü küçəyə atdım. Gəzə-gəzə gəlib Bəyazid məscidinə

çıxdım. Başa düşürsən məni, Bilal qardaş? Mən məhv oldum. Mən o üzünə tüpürdüyümüz pis qadınlardan oldum artıq. Nə dayanmısan elə daş kimi qarşımda … Tüpür sən də

üzümə!… Tüpür!… Tüpür!…

Bilal gənc qızın insanın ürəyini paralayan hıçqırıqlarını hələ də xatırlayırdı. Ən qiymətli, ən müqəddəs dəyərini – iffətini, namusunu itirməyin faydasız çırpınışları içində

yenidən əsəbləri alt–üst olan Zeynəbin bundan sonrakı həyatı üçün gözəl bir nəsihət verməkdən başqa əlindən heç nə gəlmirdi. O da Zeynəbin bütün israrlarına baxmayaraq onun üzünə tüpürməmiş və ona sadəcə təsəlli verməklə

kifayətlənmişdi. İçi qan ağlamışdı həmin anlarda. Zeynəb onu dinləmişdimi, yoxsa yox, dəqiq bilmirdi, amma danışdığı müddətdə gənc qızın, yaşlı gözlərini çox uzaqlarda sabit bir nöqtəyə dikərək ölü bir sükut içində eyni nöqtəyə

baxması heç xoşuna gəlməmişdi. Gənc qızı qaldığı yataqxanaya kimi aparandan sonra bir balaca rahatlanmışdı.

Şübhəsində yanılmadığını iki gün sonra qəzetləri oxuyanda anlamışdı …

Zeynəb gecənin gec saatlarında özünü Sarayburnundan dənizə ataraq "hələ baharında olduğu"(!) ömrünü başa vurmuşdu! …

37

Həm də intiharın bir müsəlman üçün əbədi fəlakət qapısı olduğunu bilə – bilə…

Bilal, bu acı xatirənin əzikliyi içində bir müddət daha dalğın və düşüncəli pəncərədən bayıra baxdı. Bəli, Zeynəb məhv olmuşdu. Lakin Zeynəbin məhv olmasının içindəki gerçək, cəmiyyətin mahv olmasının bir rüşeymidir… Zeynəb, əxlaq, fəzilət, namus və iffətini itirməyinin ağrısı ilə intihar etmişdi … Bu intihar, əxlaq, fəzilət, namus və iffət məfhumlarından sıyrılan bir cəmiyyətin, mütləq məhvə

məhkum olacağı baxımından da ibrətlə düşünülməyə dəyər bir faktdır…

Zeynəb, bu təfəssüh etmiş, hər gün bir addım daha intihara doğru yaxınlaşmaqda olan özünü yeyib bitirən cəmiyyətin nə ilk qurbanıydı, nə də sonuncu … Və necə ağır bir həqiqətdir ki, əxlaq və mənəviyyat qeydlərindən günbəgün uzaqlaşmağı mədəniyyət kimi qəbul edən bu günkü müflis cəmiyyət, vermiş olduğu bu saysız-hesabsız qurbanları, yüksətmək (!) yolunda özünə pilləkən kimi qəbul etməyin qürur və əzəməti içində insanlığa sanki lağ edir …

Akifin "Mədəniyyət dediyin tək dişi qalmış canavar" de-yə bəhs etdiyi elə budur deyəsən… Bilal bütün düşüncələri beynindən ataraq, bir anda saatına baxdı; saat altıya işləmişdi. Halbuki yoldaşları onu saat 5-də gözləyəcəkdilər.

Qaça-qaça pilləkənləri endi. Qapıya tərəf gedəndə birdən bir qrup gəncin ona səslənməsi ilə addımlarını yavaşlatdı.

Bunlar da digərləri kimi həyatın yemək, içmək, yatmaq, gəzmək və əylənməkdən ibarət olduğunu sayan gənclərdən idilər. Lakin Bilal onları xətirlərinə dəymək istəmirdi.

Danışa-danışa gəlib fakültənin qapısına çıxdılar… Sonra 38

Bilal, ayrılmaq üçün hamısıyla bir-bir görüşməyə başladı.

Onlardan biri:

– Bilal, – dedi… – Sən də bizimlə gələ bilməzsən? Beyoğ-lunda bir az fırlanarıq, sonra da bir diskotekaya girib əylənərik, hə? …

Fırlanmaq … Diskoteka … Əylənmək … Saat altıya iyirmi dəqiqə işləyirdi artıq… Nəzakətlə:

– Üzr istəyirəm, uşaqlar, yoldaşlarla görüşməli idik.

Demək olar ki, gecikmişəm. Başqa vaxt, sağlıq olsun… -

deyib üzr istəmək istədi… Lakin bunlar sözdən anlamırdılar.

Belə ki, yoldaşları arasında qəribə paltarları ilə ad çıxaran Əsəd o hər zamankı əsəbi halı ilə özünü ortaya atdı:

– Yaxşı da, sən də çox mızmızısan ey… Nə vaxt desək ki, gəl bir fırlanaq, əylənək, o saat "Dostum gözləyir, ayıb olar"

deyib aradan çıxırsan. Biz də yoldaşlarının axı sənin!..

Erdal da elə Əsəd kimi düşünürdü:

– Düz deyir də, sənin bu həmişə görüşdüyün dostların kimlərdir axı, Bilal?

Sonra mənalı-mənalı göz vurdu və gülərək:

– Yoxsa … Yoxsa … həəəə? … Ha … Ha … Haaa … Bizdə

də var onlardan, qardaşım! …

Əlini də yellədi sonra:

–Özü də, bilirsən nə qədər?…

Bilal bunların baş aparmağına dözməyin mümkün olmadığını anladı:

– Dostlar, siz heç yaxşı şeylər haqqında düşün-mürsünüz? – dedi. – Sizə niyə yalan danışmalıyam.. İnanın, yoldaşlarım gözləyir. Həm elə sizin hesab elədiyiniz cinsdən yoldaşlar deyil.

39

Gənclərin hamısı bir ağızdan gülüşməyə başladılar. Erdal yoldaşlarının qollarından tutub uzaqlaşdırarkən arxasını dönüb yüksək səslə qışqırdı:

– Anladıq, qaqaş, anladıq. Yolçu yolunda gərək. Hər kəs öz kefinə baxsın, elə deyil?

Yüksək səslə gülüb danışaraq, əcaib əl-qol hərəkətləri edə-edə uzaqlaşdılar. Bilal, arxalarından uzun-uzadı, təəssüf dolu ifadə ilə baxdı… O əsnada yadına Eynşteynin bu sözləri düşdü: "Bu günün gəncləri tez iş görən bir maşın kimi ye-tişirlər. Lakin insan əsla bir maşına çevrilməməlidir. İnsanın yaxşı ilə pisi, gözəl ilə çirkini ayırd edəcək bir başı olmalıdır.

Mən bu günkü gənclikdə ən böyük əksiklik kimi bunu görürəm. Uşaqlarımıza başqa cür tərbiyə verək. Yoxsa təlim keçmiş itlərdən fərqlənməyəcəklər"…

Dostlarını daha çox gözlətməmək üçün sürətlə oradan uzaqlaşdı. Küçədə axının arasına qarışdı. Bir müddət getmişdi ki qolundan kimsə tutdu. Döndü baxdı, bir az əvvəlki ərköyün qrupun içində söhbətlərə heç qarışmamış Necatini gördü. Necatinin qaçmaqdan üzü qızarmışdı, qıpqırmızı olmuşdu … tövşüyürdü. Bilal soruşdu:

– Nə olub, Necati, sən də onlarla birlikdə deyildin? Nə

üçün qayıdıb gəldin?

Necati bu sözləri eşitməmişdi elə bil. O günə kimi Bilal heç belə bir hala təsadüf etməmişdi. Necati bir müddət heç nə danışmadı və Bilalın üzünə baxdı. Sonra başını günah-karmışcasına önə əydi. Sonra təkrar qaldırdı. Bilalla göz –

gözə gəldilər. Necati:

– Bax, Bilal, – dedi. – Səndən çəkinmirəm. İkimiz də

İstanbulluyuq. Lakin dostlarımız olduqca fərqlidir. Səndən yoldaşlarımın adından üzr istəyirəm.

40

Bilal çaşmışdı:

– Anlamadım, məndən üzr istəyəcəksən? Yaxşı, amma nə üçün? – deyə soruşdu.

Necati kədərli və mütəəssir:

– Bir az bundan əvvəl onların sənə qarşı olan kobud sözlərinə və nalayiq hərəkətlərinə görə, – dedi və ayaq üstü içini boşaltmaq istəyərcəsinə davam etdi:

– Bu günə kimi onlarla gəzdim, içdim, əyləndim. Lakin onların kim olduqlarını ancaq bu gün, sənin kimi təmiz və

vicdanlı bir gəncə qarşı davranışlarından sonra anladım. Və

etdikləri hərəkətdən sonra üzlərinə tüpürüb sənin yanına gəldim …

Necati bir anlığa susdu və sonra:

– Bilal – dedi – Məni də "yoldaşlarım" deyərək həmişə

bizdən ayrı tutduğun o həqiqi dostlarının arasına daxil edərsən?

Bilal gülümsəyərək əlini Necatinin çiyninə qoydu:

– Səni də həqiqi dostlarımdan biri kimi görmək? əlbəttə, olar. Amma bunun üçün Necati, bunun üçün sən də içində

olduğun mühitdən, dostlarından uzaqlaşıb hər halınla onlara bənzəməlisən, yaxşı?

Necati kədərlə başını önünə əydi, sonra anidən qaldırdı və:

– Məni də o dostlarının yanına apara bilərsən, Bilal? –

deyə soruşdu.

İki yoldaş dostca baxışdılar. Razılaşdıqdan sonra səmimiyyətlə əl verib qucaqlaşdılar və yan-yana addımlamağa başladılar …

Böyük bir binanın qarşısında Bilal zənglərdən birinə ba-sarkən Necati mənliyini qeyri – adi bir duyğunun bü-41

rüdüyünü hiss edirdi. Üstəlik böyük bir maraq da var idi içində: görəsən həmişə əxlaqına və fəzilətinə qibtə etdiyi, lakin heç cür onun kimi olmağı bacarmadığı Bilalın yoldaşları necə insanlar idilər?

Avtomatik açılan qapıdan içəri girdilər … İkinci mərtəbəyə pilləkəni qaça-qaça çıxdılar və bir evin açıq olan qapısından içəri daxil oldular… Bilal ayaqqabılarını çıxartmaq üçün əyiləndə, Necati, həmişə elədiyi kimi ayaqqabı ilə içəri keçmək istədi. Lakin Bilal arxasından pencəyini çəkərək:

– Ay qardaş, – dedi – Səninlə elə ilk dəqiqədən dalaşa-cağıq deyəsən! – dedi və güldü. Necatiyə bir cüt başmaq uzadıb:

– Gey bu başmaqları. Bir müsəlmanın evinə ayaqqabı ilə

girmək olmaz. – dedi.

Necati utanaraq ayaqqabılarının bağlarını açdı və Bilalın uzatdığı başmaqları geydi. İki yoldaş, qalın bir kişi səsinin eşidildiyi bir otağa tərəf getdilər və qapını yavaşca döyərək içəri girdilər. Bura gözəl döşənmiş, geniş bir otaq idi. İçəri olduqca izdihamlı idi. Saçlarına dən düşən orta yaşlı birindən başqa qalan hamısı tərtəmiz gənclər idi. Birinin əlində kitab vardı. Digərləri də elə oturduqları yerdən ona qulaq asırdılar. Bilal içəriyə girən kimi hamısı birlikdə: