Ləlin nağılı

Tekst
Autor:
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Padşah ortancılına dedi:

– De, görüm, sən necə dedin və nədən bildin ki, bu kişinin dəvəsi kordu?

Ortancıl qardaş dedi:

– Mən gördüm ki, dəvə yatdığı yerin sol tərəfini qoyub, sağ tərəfini otlayıb. Ona görə dedim, dəvə sol gözdən şikəstdi.

Padşah kiçiklərindən soruşdu:

– Bəs sən nədən bildin ki, bu kişinin dəvəsi boğazdı?

Kiçik qardaş dedi:

– Mən dəvənin yatan yerinə baxdım, gördüm ki, dəvə çox zərbinən yeri eşələyib. Ona görə dedim ki, bu kişinin dəvəsi boğazdı.

Padşah dedi:

– Bir məcməyi gətirin, üstü örtülü olsun.

Padşahın əmrini yerinə yetirib, məcmeyi gətirdilər.

Padşah dedi:

– Yeriyin irəli, bir-bir deyin, görək, bu məcməyinin içindəki nədi?

Böyük qardaş dedi:

– Girdə bir şeydi.

Ortancıl dedi:

– Özü də sarıdı.

Lap kiçiyi dedi:

– Yəqin ki, narıncdı.

Padşah bu işə lap məəttəl qaldı. Üzün dəvəçiyə tutub dedi:

– A kişi, get, axtar, gör dəvən hardadı. Bunlar dəvə oğrusu deyil.

Dəvəçi yazıq kor-peşman getməyində olsun, eşit padşahdan.

Padşah bunları qonaq çağırdı. Axşam oldu, süfrə salındı, araya xörək gəldi, padşah baxıb gördü ki, qonaqlar əllərini süfrəyə uzatmırlar. Adam yolladı ki, qonaqlarım niyə xörək yemirlər. Vəzir gəlib bunlardan sual elədi:

– Padşah deyir, niyə xörəkdən yemirlər?

Böyük qardaş dedi:

– Bu düyü yaxşı düyüdü, amma vəxim yerdən çıxıb.

Ortancıl dedi:

– Bu quzu şirməst quzusudu, hayıf ki, it südü əmib.

Lap balacaları dedi:

– Padşahımız ədalətli padşahdı, hayıf ki, atasından xəbəri yoxdu.

Xəbər getdi padşaha ki, bəs qonaqlar belə deyir.

Padşah qəzəblənib durub getdi anasının yanına, dedi:

– Ana, bu saat de, görüm, məni haradan almısan?

Anası dedi:

– Oğul, eşit və agah ol, mən neçə il idi ki, qız doğurdum. Bir gün ərim mənə dedi ki, əgər qız doğsan, səni öldürəcəyəm, oğlan doğsan, səninlə işim yoxdu. Ay gəldi, başa çatdı, bağbanın bir oğlu oldu, mən də qız doğdum. Mən tez mamaya bir az pul verib dedim, mənim qızımı apar bağbanın oğlu ilə dəyiş. İndi oğul, bağbanın həyətindəki qız mənim qızımdı. Sən də bağbanın oğlusan.

Padşah əmr elədi, rəncbəri çağırdılar.

Padşah dedi:

– Bu düyünü harda əkmisən?

Rəncbər dedi:

– Qurbanın olum, neçə vaxtdı ki, düyü əkirdim, bütün əkdiklərim hədər gedirdi. Axırda belə məsləhət gördüm ki, builki düyünü vəxim olan yerdə əkəm. Əkdim düyü də çox oldu.

Padşah dedi:

– Sən də get. Çoban gəlsin.

Çobanı padşahın hüzuruna gətirdilər. Padşah çobana dedi: