Kukaraça

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

– Buyurun. Əminəm ki, iş gedib pianonun müsadirəsinə çıxmayacaq… Qozlara gəlincə, sizə təmizlənməşini verərəm. Ümumiyyətlə, heç ağlıma gəlməzdi ki, bu çömçəquyruqlar Sovet İttifaqında qanunla qorunur.

– Yox, elə deyil, hörmətli Aniko. Balıqların ancaq partlayıcı və zəhərləyici maddələrlə ovlanması qadağandır. Yox, əgər tilovla tutmaq istəyirsənsə, buyur tut, halal xoşundur.

– Bəs, siz nəynən tutmusuz? – anam məndən soruşdu.

– Onlar əzib suya tulladıqları göy qozlarla balıqları qırıblar.

Anam mənə yaxınlaşıb əliylə çənəmi qaldırdı:

– Düzdür?

Mən təsdiq elədim. O, qulağımdan yapışıb elə burdu ki, ağrının gücündən az qaldım bağıram, amma Kukaraçadan utanıb, cəzamı içimdə çəkdim.

– Əlbəttə, düzdür! – deyə Kukaraça təsdiq elədi.– Mən axı, hər şeyi öz gözlərimlə görmüşəm!

– Axı belə kim edər? – anam incidi. – Görmüsünüz, özü də susmusunuz? İndi də gəlib burda bizə əxlaq dərsi keçirsiniz?

– And içirəm, Anna İvanovna, balığı kal qozla ovlamaq oyununu ömrümdə birinci dəfəydi ki, görürdüm! Çox izlədim. Başa düşəndəsə, artıq gec idi… Ən pisi də odur ki, axar boyu aşağılarda külli miqdarda balıq tələf olub. Belə ki, bu işdə mən sizin oğlunuzdan az təqsirkar deyiləm. Məni də tənbeh eləyin! – və o başını anamın qarşısında əydi.

– Səfeh! – anam gülümsəyib mətbəxə keçdi.

– Hə, başa düşdün hər şeyi? – Kukaraça mənə tərəf döndü, – Səninçün tilov gətirmişəm. Gələn səfər balıq tutmağa getsəniz, məni də özünüzlə apararsız. İstəyirsən ikilikdə gedək? Soxulcanı da heyvanxana hasarının dibindən yığarıq, orda zebrlərin peyini doludur, içində də soxulcan nə qədər desən. Amma bu balıq milçəyə daha çox gəlir. Belə, belə işlər… – Durdu, kitabı gizlədib anamı səslədi:

– Anna İvanovna, qalan balığı müsadirə eləməyimə dəyməz, yaxşısı budur onu özüm həzm-rabedən keçirim. Əgər bir stəkan çaxıra da qonaq etsəniz, lap qiyamət olar. Onsuz da bu işdə mən onlarla əlbirəm!

Anam o saat bir şüşə çaxır, stəkan gətirdi, Kukaraçanı stola dəvət elədi. Özü isə onunla üz-üzə əyləşdi, çənəsini əllərinə söykəyib baxmağa başladı:

– Bəs çörək?

– Sağ olun, lazım deyil… – Kukaraça balığın quyruğundan tutub onu bütöv ağzına basdı.– Əla balıqdı. – Sonra özünə çaxır süzdü, axıracan içdi və üz-gözünü bürüşdürdü, daha sonra ayağa qalxıb, bütün ömrüm boyu yadımdan çıxmayan bir tost söylədi:

– Əziz Anna İvanovna, elə ki, siz gülə-gülə əlinizdə şərab bu otağa girdiniz, bilirsiniz mənim anama necə oxşadınız… Çox sağ olun ki, siz mənə anamı xatırlatdınız!..

– Sənin neçə yaşın var, Kukaraça?– anam soruşdu.

– İyirmi iki.

– Deməli, mən səndən cəmi-cümlətanı səkkiz yaş böyüyəm, yaman qəribə adamsan, – anam bunu deyib əlini dən düşmüş saçlarında gəzdirdi.

– Məni bağışlayın… – Kukaraça pərt halda anamın əlini öpdü. Anam qızarıb yöndəmsiz halda gülümsündü və otaqdan çıxdı.

Özünü itirmiş Kukarça bir az dayanıb, sonra çevrildi, cəld otağı tərk elədi.

Milis rəisi Kukaraçanı çağırtdırdı. Beş dəqiqədən sonra o, David Sabaşvilinin kabinetindəki stolun arxasında əyləşmişdi.

– Hə, bu da mən, gəlmişəm. Hə məsələdir?

– Bura bax, sən qayda-qanunu nə vaxt gözləyəcəksən? Necə yəni «bu da mən, gəlmişəm?.» Polisə necə raport vermək lazımdır? Yoldaş mayor, leytenant Tuşuraşvili sizin əmrinizlə gəlmişdir». Başa düşdün? – deyə David narazı halda qovluğu yana qoydu.

Kukaraça yerindən sıçradı, dartındı, əlini gicgahına aparıb başladı:

– Yoldaş mayor…

– Yaxşı, yaxşı, əyləş daha!

Leytenant əyləşdi:

– Qəribə adamsan e, – deyə o incik halda dilləndi, – kənar adamların yanında mən az qala səni general qədər böyüdürəm… Heç olmasa, sənlə insan kimi, dost kimi təklikdə danışmağa ixtiyarım var, ya yox?

– Dostluq öz yerində… Evdə, küçədə, restoranda… Buyur… Amma qardaşım, burda olmaz, qulluqdur bu!.. Nə isə, günaşırı bir anonim uydururlar məndən yuxarıya – guya, Sabaşvili öz həndəvərinə dost-tanışlarını yığıb…

David papiros alışdırdı, birini də Kukaraçaya uzatdı.

– Çəkmirəm!

– Hə vaxtdan?

– Dünəndən…

– Nədir, yoxsa sağlam ölmək istəyirsən? – David gülümsündü və indicə alışdırdığı papirosu külqabıya basıb söndürdü.

– Kimdir səndən şikayət eləyənlər?

– O qədər köpəkuşağı var ki… Kim tənbəllik eləmirsə, kim yazmağı bacarırsa, onlar!

– Sən də onlara de ki, «Nə istəyirsiz, köpəkuşağı, yəni deyirsiz ki, mən milisə tanımadığım yad adamları gətirim, silahlandırım?!»

– Sənə nə var ki, sən deyərsən, – Sabaşvili əlini yellədi. – Hə qayğın var, nə ağlın… Al oxu bir… Kollektiv ərizə… Yoxla.. Çağır o qızı… Danış onunla…

Kukaraça ərizəni götürdü.

«Tiflis şəhəri, Orconikidze rayon milis idarəsinin rəisi D. Sabaşvili yoldaşa.

Kobulet yoxuşu, 137 №-li evin sakinlərindən kollektiv ərizə

Məlumat veririk ki, bizim qonşumuz İnqa Laliaşvili nalayiq həyat tərzi keçirir. Siqaret çəkir. Gecə saat ikidə, üçdə, dörddə onun mənzilindən stəkan cingiltiləri, ayıblı sözlər və mahnılar eşidilir. O dəfələrlə mühakimə olunmuş Murtalo adlı birisiylə intim münasibətdədir (əsl ad-famili məlum deyil). Düzdür, onun dediyi kəlamları təkrarlamaq bizimçün ayıbdır, ancaq nə edək ümumi işin xeyrinə həmin əxlaqsızlıq yuvasından yayılan sözləri və mahnıları yazmağa məcburuq.

Sözlər: Faişə, alçaq, atanda, barıqa, qancıq, şmon, xaza, zibil, axmaq və s.

Mahnılar: Hop, dayan, Zoya…

 
Ey, hakim, fırıldaqçı itoğlu,
Səni görüm öləsən.
Niyə iş kəsdin mənə?
Günahım nəydi de sən?
 
və s.

Artıq dərəcədə xahiş edirik ki, biz heç, heç olmasa, bizim gələcəyimizə rəhminiz gəlsin (yəni uşaqlara), bizi bu biabırçılıqdan və ozğunçuluqdan xilas edin».

Ərizənin altında səkkiz imza vardı – onların biri qırmızı qələmlə yazılmışdı. «Bax, elə bu yazıb!» – deyə Kukaraça düşündü və ucadan güldü.

– Nə kişnəyirsən?

– Heç, elə-belə…

– Burda gülməli şey yoxdur. Həmin o İnqanı mən tanıyıram. Bir pozğunla gəzir. Sən də tanıyırsan o Murtalonu7. Heç cür onu cinayət başında yaxalaya bilmirik, əclaf yaman hiyləgərdi…

– İcazə verin gedim, yoldaş mayor! – Kukaraça ayağa durdu.

– Get… Səndən də nə ölüyə hay verən çıxar, nə də diriyə pay, – deyə Sabaşvili mızıldandı və kağız-kuğuzun üzərinə çökdü.

İnqa növbətçi idi. Gecə saat on ikiyə yaxın aptekə orta boylu, qəşəng, sarımtıl geymiş, üz-gözündə sərt, həyasızcasına rişxəndli təbəssümlər oynayan cavan bir kişi daxil oldu.

İnqada elə ilk baxışda bu adama qarşı ikrah hissi oyansa da özünü o yerə qoymadı, dərman şüşələrini səliqə-sahmanla düzməyə davam elədi.

– Xoş gördük, qız! – deyə naməlum şəxs hazır dərmanlar buraxılan pəncərənin qabağındakı piştaxtaya dirsəkləndi.

– Salam! – İnqa başını qaldırmadan cavab verdi.

– Sizi bir dəqiqə olar? – müştəri gülümsədi.

– Eşidirəm! – İnqa pəncərəyə yaxınlaşdı.

– Təksən?

– Yox, müdir burdadır. Bir də baş əczaçı, – deyə İnqa yalan danışdı.

– Hər ikisini çağır! – bu sözlər əmrlə deyildi.

– Əgər siz hazır dərman istəyirsinizsə, mən özüm də buraxa bilərəm, yox əgər reseptlə gəlmisizsə, qoyun qalsın düzəldərik.

– Nə deyirlər, onu elə!

İnqanın ürəyi düşdü. «Bunlar hardan gəldi ağlıma, – deyə düşündü. – Nola kimsə gələydi, gah müştəri əlindən başımızı qaşımağa vaxt tapmırıq, gah da oturub milçək qovuruq».

O qapıya baxdı. Naməlum adam onun baxışlarını izlədi, sonra qapıya tərəf yaxınlaşdı və onun şüşəsindən asılan ağ karton lövhəni çevirdi.

– Bax, belə. «Bağlıdır»! Şabaş! Hə, indi get müdirlə baş əczaçının dalınca.

İnqa arxa otağa sarı addımladı. Naməlum şəxs də onun dalınca.

– Siz hara gedirsiz?

– Səni ötürürəm!

Onlar kabinetə girdilər. Otaq bomboş idi.

– Hə, bəs hanı onlar?– deyə naməlum şəxs gözlərini qıydı.

– Gediblər… Heç özüm də görməmişəm… – İnqa titrək səslə bunları deyib kresloya çökdü.

– Çox əla! Deməli, indi əsl xozeyinsən.

– Sizə nə lazımdır? Nəhayət, deyin görək. – İnqanın alnını soyuq tər basmışdı.

– Morfi! – deyə naməlum adam sərt cavab verdi.

– Siz nə danışırsınız? Məndə morfi nə gəzir? O, seyfdə olur… Müdirsiz… Sabah gələrsiz… – İnqanın qurumuş dili ağzında güclə tərpənirdi.

– Morfiyə nə «sabah». Ya indi, ya da… – İnqa bu naməlum şəxsin gözlərindəki dumanlı baxışlarla rastlaşanda anladı ki, qarşısındakı başkəsəndir. – Onda qoyun zəng eləyim… Soruşum… – Titrək əliylə telefon dəstəyini qaldırdı.

Naməlum şəxs bir addım irəliləyib, cibindən bıçaq çıxardı. Şaqqıltı eşidildi, elə bil ilan idi, bıçaq dəstəyinin içindən iki tərəfi də iti tiyə sıçradı. Özünü itirmiş İnqa qışqırmaq istədi, amma heç cınqırını da çıxarmağa macal tapmadı, naməlum şəxs ovcuyla onun ağzını möhkəm-möhkəm qapadı.

– Sus! Özü də qorxma! – o bıçağın bir hərəkətiylə telefon məftilini qırdı.

– Hə? Hanı morfi?… Tələs, qız!

İnqa yuxudaymış kimi otağın dərinliyindəki stola yaxınlaşdı, siyirməni açdı, morfi dolu iki ampula götürüb naməlum şəxsə uzatdı. O kresloya çökdü, çibindən iki qramlıq şpris qutusunu çıxartdı, cəld hərəkətlə ampulaların uclarını qırıb, şprisi morfiylə doldurdu, sol qolunu dirsəkdən yuxarıyacan çırmayıb, iynəni ustalıqla şişmiş venasına batırdı… Sonra şprisi səliqəylə qutusuna qoydu, cibində gizlətdi. Başını dala söykəyib uydu.

7Murtalo – oğru ləqəbi, hərfi mənası: pozğun, çirkin
To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?