Qıpçaq çölünün yovşanı

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Rusun xristianlaşma “dumanı”

Rusun (Rusiyanın) xristianlaşmasında da çox dumanlı işlər var. Məsələni ümumiyyətlə bir ədəbsizlik “duman"ı bürüyüb. Bu vacib dövlət aktından danışılan, az qala, hər sözdə uydurma və fərziyyə var. Hətta xristianlaşmanın baş vermə tarixi haqqında nəhayətsiz mübahisələr gedir. Ancaq aydınlıq hasil olmur ki, olmur!

Kiyevin qurulacağı torpağa gəlmiş Andrey Pervozvannının haqqındakı əfsanənin yanında hər hansı mif yalandır. Görünür, XII əsrdə düzəldilib.

Yevsevi Kesariylinin Tarixində Apostol Andreyin fəaliyyəti haqqında çox nüfuzlu məlumat verilir. Ancaq orada Andreyin Skifiyaya3 gəlməsindən danışılır bura Qara dənizin şimal sahilləridir.

Neçə əsrdir ki, Rusda ona qibləgah kimi baxırlar guya Andrey Pervozvannı xristianlığı qəbul edən ilk slavyandır.

Müqəddəs Andreyin Qədim Rus “səyahəti” başdan-başa uydurmadır. L. Müllerin ifadəsilə “Bu, çoxdan Rusu dolaşan bir lətifədir”. Məsələn, İlmen slavyanlarının yanında apostol rusların buxar hamamına təəccüb edib. Əfsanəni düzəldənlərin ağlına gəlməyib ki, İlmen-göl ətrafına slavyanların gəlişi V-VI əsrlərdən o yana getmir. “Rus buxar hamamı”ndan necə söz gedə bilər?

Yorulmaz Müller “Rusun xaç qəbulu” kitabında bu əfsanənin necə yaranmasına diqqət yetirmişdir. Onu yaradanlar ancaq cəhalətdən ilham alıblar. Şayiəni kiyevlilər uydurublar, Novqorodlular onu qapmış və tamamlamışlar. Sonra qar topası kimi böyümüş, şimal-şərqə diyirlənmiş, xristian Kilsəsinin yayıldığı regionları tutmuşdur. Slavyanlara öz müqəddəs, tarixi kökləri lazım idi. Buyurun, müqəddəs apostol Andreyin Rusa “səyahəti” haqqındakı uydurmalar yeni təfərruatlarla şişir.

Qarşımızda tarixi sənəd yox, hətta Kilsənin də qəbul etmədiyi ədəbi əsər (apokrif) dayanır. Məsələ də budur ki, bu yaramaz uydurma Böyük Rusun tarixində bir ululuq səhifəsinə çevrilmişdir.

Alman tarixçisi “səyahətin” ilk variantının meydana çıxmaq tarixini də müəyyənləşdirib bu, Rusiya tarixinin cidd-cəhdlə yenidən yazıldığı Vladimir Monomaxın dövrüdür. 1102-ci ildə böyük knyazın nəslindən bir nəfərə Andrey adı verilir. Elə ondaca Rusda Andrey Pervozvannanın şərəfinə təqdis edilmiş kilsələr meydana gəlir. “Rusun ilk xristianı” şərəfinə dini mərasim ənənəsi yaranır halbuki əvvəllər bu haqda heç təsəvvür yox idi.

Bu açıq uydurma Rusa haradan gəldi? Görünür, Bizansdan, Ruslarınkından bir az əvvəl, IX əsrə yaxın bir apostol Andrey haqqında da əfsanə qurulmuşdu. O Andrey də gələcək Konstantinopol olacaq yerə gəlib guya ilk xristian icmasının əsasını qoyur, sonra da əzablı bir ölümlə dünyasını dəyişir. Ancaq Bizansda bu “zühur” çox az-az yada düşər. Görünür, bəzən elə siyasi səbəblər olur ki, onların xatirinə gözəl əfsanələr yaradıblar və yenə yaradırlar bir az sonra bunları tarix kimi qələmə verirlər.

Tarix elminin əlində belə bir məlumat yoxdur ki, yeni rus Kilsəsinin başında kim durur, ibadət hansı dildə gedib, Rusun xaç qəbulu necə olub, harada olub? Bu məsələdə mütləq söz demək yersizdir, bu, həqiqətə ziyan verər. Məlum deyil! Vəssalam!

Rusun rəsmi xaç qəbulundan xeyli qabaq Kiyevdə Xristian məbədləri vardı. Bu faktdır. Məsələn, Poçayn irmağı sahilində İlya Prorok Kilsəsi fəaliyyət göstərirdi bu barədə Bizans müəllifləri məlumat verirlər. Başqa kilsələr də vardı. Bunlar kimə xidmət edirdi?

Rusda “İlk xaç sahibi şəxs” haqqında bir söz gəzir. Mütəxəssislərin də etiraf etdiyinə görə bu versiya zəifdir. Ancaq axı var. Çünki belə bir fərziyəyə ehtiyac olub.

Konstantinopol patriarxı Foti (820-890) Dairə nəsihətnaməsində göstərirdi ki, varyaq-ruslar (bunlar kiyevlilərdir?) IX əsrin 60-cı illərində xristianlığın sirləri ilə ilk dəfə tanış olurlar. Həmin mətndən başqa bir şey də çatır bu nəsihətnamə yazılan ərəfədə artıq kiyevlilərin yepiskopu var idi. Bu, Vizantiya kilsə hakimiyyətinə məlum idi.

Kiyev Rusunda yepiskop uzunmu fəaliyyətdə olub? Böyük şəxsiyyət sayılıbmı? Onun Ağası (baş keşiş) kim idi? Hamısı qaranlıq qalır. İmperator Konstantin Baqryanorodnının əsərləri ilə Foti versiyasının müqayisəsi də buraya heç bir aydınlıq əlavə etmir. Konstantin babası I Makedoniyalı Vasilinin bioqrafiyasında Kiyevlilərin xristianlaşdırılması şərəfini öz babasının və patriarx İqnatinin ayağına yazır.

Yenə hər şey öz yerini almır. Bir “bəs axı” hər şeyə mane olur: bəs axı Foti bu hadisədən əvvəl yaşayıb. Əgər Kiyevdəki xristianlardan Foti yazıbsa, onda patriarx İqnati onları xaç suyuna çəkə bilməzdi.

Haqqında danışılan sənədlər çox mübahisəlidir, ancaq onlar bir mübahisəsiz nəticə çıxarmağa imkan verir: IX əsrdə Kiyevdə artıq xristian ənənələri var idi.

Bu ənənələr şəhərin Xelq (Oleq sözünün tarixi deyilişidir) tərəfindən tutulmasından sonra da qalırdı. 882-ci ildə, Rusun rəsmi xaç qəbulundan yüz il qabaq bu varyaq qulduru kiyevlilərə öz Odinova inancını zorla qəbul etdirməyə çalışmışdı. Onlar müqavimət göstərib, xristianlıqlarını daha yüz il da saxladılar bu müddətdə bütpərəst varyaqların özləri xaç qəbul etdilər.

Bəlkə elə buna görə Allaha sədaqətlərinə görə ukraynalılara “xaxol” deyirlər? “Xaxol” türkcədən tərcümədə “göyoğlu” deməkdir (xox-qoq-göl, ol isə “oğul” sözüdür bu gün də türk dillərində oğul mənasında ol//ul işlənir T.H.). Ölüm xofuna qarşı “göy oğulları” müqəddəs Georgi adasında toplaşıb Poçayn irmağı sahilindəki İlya Prorok Kilsəsinə gedirdilər. Hətta Kiyevi işğal edən knyazların rusların əhatəsində xristianlar meydana çıxırdı. Bu haradandı?

“İllər haqqında povest” əfsanəvi tarixi məqamlardan təkcə Rusun xaç qəbul etməsi haqqında məlumat vermir. Məsələn, Kiyev knyaginyası Xelqənin (Olqanın) Bizans imperatoru VII Konstantinlə “nişanlanması” haqqındakı məlumatı götürək. Bizans tarixini yaxşı bilən şəxs yəqin bu salnamə epizodunda da bir saxtakarlıq tapacaqdır. İş orasındadır ki, Kiyev knyaginyası yanına gəlincə Konstantin məlikə Yelena ilə evli idi, onun evlənmək problemi yoxdu. Bundan başqa, Xelqə Konstantinopola xristian kimi gəlmişdi. Onun Bizansda xaç suyuna çəkilməsi haqqında söz ola bilməz.

Ancaq faktlar… Knyaginyanı Konstantinopola aparan rus səfirliyinin heyətində Kiyev keşişi Qriqori atanın da adı var. Bu faktdan, sənəddən necə qaçmaq olar? (Deməli, Xelqə Konstantinopola xristian kimi gedir T.H.). Hələ bu da hər şey deyil. Kiyev knyaginyasının Konstantinopolda təntənəli qəbulu haqqında məlumat saxlanmışdır. Xelqənin imperator ailəsinə gəlişi, onun məlikə Yelena ilə qısa müddətli dostluğu barədə söhbət gedir. Bütpərəsi çətin ki, Konstantinololda belə qarşılasınlar.

Bəs Xelqə nə vaxt və harada xaç qəbul edib? L. Müller hesab edir ki, 944-cü ilin yazı ilə (bütpərəst ərinin ölümündən sonra) 946-cı ilin əvvəllərinə qədər ola bilərdi. Nəzərə alsaq ki, yaşlı adamın xaç qəbulu mərasimi aylarla çəkir, onda 945-ci il bu iş üçün kifayət edərdi.

Yaşlının xaç qəbuluna aid qədim pravoslav ayini beş ardıcıl aktdan ibarət idi. Birincisi elan etmədir: keşiş kilsə kandarında diz üstə çökmüş şəxsi üç dəfə xaçla örtür, ruhunun təmizlənməsi üçün dua oxuyur, ona İncili, Zəburu və başqa vacib duaları oxumaq hüququ verir. Bu ilk mərhələni keçən adam hələ xristian sayılmır.

İkinci elan Böyük pəhrizin 2-ci və 3-cü bazar gününə təyin olunur. Yenə şəxs diz üstə çökür, üzünü şərqə tutur və yenə üç dəfə xaçla örtülür. Ancaq bu dəfə xaç qəbul edən lüt olur, bu, abır-həyanı qavramaq üçündür Adəmin keçdiyi yol xatırladılır. Bu dəfənin kulminasiyası şeytanın qovulmasıdır.

Üçüncü aktda şeytandan üz döndərilir. Bu, axırıncı pasxa cüməsinə təyin olunur. Patriarxın duası altında xaç qəbul edən şəxs satanadan ayrılıb üzünü şərqə tutur və “İnanıram” duasını oxuyur.

Dördüncü akt xaç suyuna salınmadır, bu, ən təntənəli mərhələdir. Rəhmət bazar gününün və ya başqa bir böyük bayramın ərəfəsində icra olunurdu.

Beşinci akt yuyunmadır müəyyən olunmuş qayda ilə bədənə sürtülmüş zeytun yağı təmizlənir. Bu, xaç çəkiləndən sonra səkkizinci gün olur.

Beləliklə, bu mərasim bəziləri üçün dörd-beş ay, bəziləri üçün illərlə davam edib.

Xelqənin xaç qobulunun harada olması bilinmir. Ola bilər, Kiyevin ozundo olsun, ola bilər Korsunda, yaxud başqa bir şahərdə, məsəlon, Bryanskda (əsli: Brinçi) olub. Ancaq Konstantinopolda, Bizansda olmayıb (onun Konstantinolol safari qısa müddətdə olub T.H.).

Xelqənin Konstantinopola gəlişi ilə bağlı müəmmalar çoxdur. Getməyin məqsədi aydın deyil. Kiyev knyaginyası imperatorla nə danışığı apara bilərdi? Ola bilsin ki, cavan Kiyev-Rus dövlətinin beynəlxalq statusu haqqında söhbət gedib. Ola bilər, dini problemlərdən danışıblar təsadüfi deyil ki, gedişqabağı Knyaginya xristianlığı qəbul etmişdi və s.

Lakin Xelqənin Konstantinopoldan qayıtması ilə bağlı bir təfərrüat diqqəti cəlb edir. Rus tarixşünaslığında bu, yoxdur. Bu, Maqdeburq yepiskopu Adalbertin Xronikasında onun Kiyevə səfəri ilə bağlı qeydləridir. Yepiskopu Xelqə dəvət edibmiş. Şəhərlə tanışlıq çox maraqlı olub, ancaq yepiskopu heyrətləndirən odur ki, kiyevlilər onu tələmtələsik öz evinə qaytarıblar. Rədd ediblər.

Latınpərəst din xadimi, deməli, yerinə düşməyib.

Adalbertin xronikasından görünür ki, cavan xristian Xelqə üçün Şərq və Qərb Kilsələri arasında fərq yoxmuş. Niyə? Bu barədə düşünmək lazımdır. Bu, təsadüfidirmi ki, latınpərəst keşiş Kiyevə dəvət edilmişdi? (Ola bilər ki, Konstantinopoldakı qəbul Xelqəni təmin etməmişdir; dövlətlərarası münasibətlərdə dinin mühüm rol oynadığını görərək latınpərəst yepiskopun vasitəsilə öz ölkəsində Romaya katoliklərin dayağına rəğbət oyatmaq istəmişdir. Ancaq Knyaginyanın əhatəsi və xalqı bunu qəbul etməmişdir T.H.).

 

Məlum olduğu kimi, kiyevlilər qədim pravoslav ayinlərinin, Şərq Kilsəsinin tərəfdarı idilər, buna görə də yepiskop Adalberti qovmuşdular. Qədim pravoslavlıq budur Rusiyanın unudulmuş xristianlığının əsası.

Bütpərəst rusları, Kiyev knyazları Svyatoslav və Yaropolkun nəsil şəcərələrini təhlil edərək L. Müller daha bir aşkar yenilik tapıb. Alman tarixçisi belə bir məlum fakta xüsusi əhəmiyyət verir ki, Yaropolkun və qardaşı Vapdemarın (Vladimirin) anaları ayrı-ayrı adamlardır. Onların bioqrafiyasını addım-addım öyrənərək, müəyyən edib ki, X əsrin 70-ci illərində (diqqət yetirin: yenə Rusun xristianlaşmasından əvvəl) Kiyevin varyaq camaatında xristian ideyaları çox kütləvi imiş. Yaropolk Kiyevdə “oturmuşdu” və arvadı xristian idi. Valdemar Novqorodda slavyanlara knyazlıq edirdi. Halbuki X əsrin sonunda Novqorodda xristianlığın nə olduğunu bilmirdilər.

Knyaz Valdemarın (Vladimirin) hərəkətlərində bütpərəst psixologiyası özünü göstərir, Kiyevdə hakimiyyəti ələ keçirərək, xristianların kütləvi edamını təşkil edir. Eyş-işrətləri də bütpərəst qaydasınca edirdilər. Rusu xaça dəvət edən “kişi” tarixə belə düşüb.

987-ci ildə bu pozğun knyazın başına gələnlər bir daimi tapmacadır. “İllər haqqında povest”dən göründüyü kimi, həmin ildə o, yanına xristian, yəhudi və müsəlman nümayəndələri dəvət edir ki, din seçsin.

“İllər haqqında povest”, “Korsun əfsanələri”, mitropolit İlarionun “Qanun və bərəkət haqqında hekayətlər”, monarx İakovun “Knyaz Vladimirin barəsində xatirələr və mədhlər” əsərlərinin müqayisəsi göstərdi ki, bunlar bir çox rus tarixçilərinin güman etdikləri kimi, tarixi faktlar deyil. Bunlar sadəcə ədəbi əsərlərdir ki, Rusun xristianlaşması ilə bağlı versiyaları hər müəllif kefi istədiyi şəkildə verib.

Bununla belə seçmə problemi olub. Ancaq dini yox, geopolitik seçmə gedib: millətlərarası həyatda cavan Rus dövləti kimə arxalansın.

Əlbəttə, məsləhət üçün Valdemar heç kəsi dəvət etməyib, özü birbaşa Bizans kursunu götürüb. Knyaz doğru hesab edirdi ki, qərbdənsə, şərq təsiri altında olmaq Rus üçün daha çox arzu olunan siyasətdir.

Bəli, seçmə nədə göründü: Şərqlə Qərbdən birini, dünyanın müxtəlif dinlərindən birini qəbul etməkdə. Əvvəlki vəziyyətində qalmaq Rus üçün dünyəvi həyatdan, mədəniyyətdən, ticarətdən kənarlaşmaq demək olardı.

“Knyaz Vladimirin barəsində xatirələr və mədhlər” əsərinin müəllifi monax İakova elə mənbələr məlum olub ki, onlar bizə çatmayıb. Ancaq həmin mənbələrə Bizans müəllifləri də istinad edirlər. Monax İakov məlumat verirdi: Kiyev knyazı Valdemar Korsun yürüşünə iki il qalmış xristianlığı qəbul edib. Ancaq Rusiya tarixçiləri bunu qəbul etmirlər, başqa fikirdədirlər.

Xristian sərkərdənin başçılığı ilə rus ordusu Korsun məbədlərini xarabazara çevirdi. Bəlkə heç Korsunda xaç qəbulu olmayıb?

Maraqlıdır ki, Rusun xristianlığı qəbul etməsinin tarixi Bizans Kilsəsində heç qeydə alınmayıb. Bu faktı nəzərə almamaq mümkün deyil. Bəlkə buna görədir ki, Bizans yazıçıları (Psell və başqaları) Rusu bütpərəstlər ölkəsi adlandırırdılar. Yaxşı əgər Bizans Rusun xaç qəbulunu dərhal bilməyibsə, bəs Kiyev knyazı xristian xaçını kimin əlindən qəbul edib?.. Bu sirrin üstündə yeddi qıfıl var.

Tarixin üzünün köçürülməsi

Bilməcələr, sirlər… Axı məhz bu bilməcə və sirlərin içində yatır ki, Kiyev Rusu ilə Bizans arasında HƏ İSƏ olub şüurlu şəkildə bunu sirr dumanına bürüyüb rus oxucusundan gizlədirlər. Dəşti-Qıpçaq adlanan bu HƏ İSƏ tez-tez və güclü şəkildə Rusdakı hadislərə təsir edib. Həm də təkcə Rusdakı hadisələrə yox. Məhz buna görə də rus tarixinin ilk səhifələrindəcə bu hadisələrin şərhində qeyri-dəqiqliyə yol verirlər; adamın yadına cidanı çuvalda gizləmək düşür. O zamanlar planetin ən böyük dövləti sayılmış bir ölkəni əritməyi qərarlaşdırıblar. Başlanğıc üçün pis deyil.

Əsrarlı Dəşti-Qıpçaqdan əvvəl (onsuz da bu kitab ona həsr olunub)bir daha qeyd edək ki, ruslar (slavyan olmayan, əsl ruslar nəzərdə tutulur T.H.) varyaq adları daşıyırdılar bu belə də olmalı idi, onlar skandinaviyalı idilər. Bunlar sonralar sadədil salnaməçilər tərəfindən slavyan məxrəcinə salındı: Xelqə oldu Olqa, İnqvar-İqor, Valdemar-Vladimir4. Sənədlərdə X əsrdə Kiyevin bu hakimlərinin adları var: Xelqə, Xelq (sonra Oleq), Valdemar, Hunnar, Vermun, Fauler, İnqald.

Qədim Kiyevdə hakimiyyətdə slavyan olmayıb. 911-ci ildə Kiyev knyazları ilə Bizans arasındakı müqavilənin mətni bunu israrla təsdiqləyir.

Həmin müqavilə belə başlayır: “Biz-Rus nəslindən Karl, İnqelot, Farlov, Vərəmid, Rulav, Hudu, Raul, Karn, Flelav, Rüar, Aktutru, Lidulfost, Stemid…”. Buyurun, Rusu bunlar təmsil edirdilər, Rusun adından danışmaq bu adamlara etibar olunmuşdu. V. O. Klüçevski (1841-1911) yazırdı: “İlk rusların varyaqların və onların drujinniklərinin adları, ümumən, skandinav mənşəlidir”.

Şübhəsiz, iş yalnız onda deyil ki, bu sənədlər hansı dildə yazılıb və bu adamlar hansı dildə danışırdılar. Həmin müqavilənin 7-ci və 8-ci maddələrində şərt qoyulurdu ki, ruslar və yunanlar “qul kimi satılıb-alına bilməzlər”. Slavyanların adı çəkilmir. X əsrdə slavyanlar ruslar üçün “canlı əmtəə" və gəlir mənbəyi idi. Ruslar Bizansın və Şərqin qul bazarlarında slavyanları alıb-satırdılar. Bu qul alveri barəsində Bizans imperatoru Konstantin Baqryanorodnı da, başqa müəlliflər də yazıblar.

Buna görə də 911-ci il müqaviləsinin slavyan dili haqqında N.M.Karamzinin düşüncələri, yumşaq desək, özünü doğrultmur. Həmin müqavilənin rus mətni dünyanın istənilən dilində ola bilərdi, bircə slavyanca yox çünki hökmdarlar qul dilində yazmırdılar.

Daha münasibi belə olardı: müqavilənin ikinci, itmiş (itirilmiş daha düz olardı T.H.) nüsxəsi olsaydı, mütləq türkcə yazılmış olacaqdı bu, Dəşti-Qıpçağın hakim dili idi. Bizansın Skifiya ilə rəsmi iş yazışmaları beş əsr bu dildə aparılıb. Kiyevdə öz hakimiyyətləri dövründə varyaqlar da bu dili bilməyə bilməzdilər.

Rus salnaməçiliyinin bilicisi A. A. Şahmatov (18641920) vaxtilə aşkar etmişdi ki, “İllər haqqında povest” bu əsrlər müddətində ən azı iki dəfə əsaslı surətdə işlənib. Sonrakı tədqiqatçılar müəyyən etdilər ki, povestin ayrı-ayrı yerləri beş dəfə işlənib-köçürülüb. Nəticədə qara ağ olub, yaşıl da qızarıb. Nestorun əsərindən mahiyyətcə heç nə qalmayıb.

Xronoloji uydurmaları təhlil edən A. A. Şahmatov mümkün bilib desin ki, Rusun bu baş salnaməsində 945-ci ilə qədər cəmi dörd tarixi epizod tarixi gerçəkliyə uyğun gəlir. Qalanlarının babalı sonrakı müəlliflərin boynuna.

Şahmatovun fikrincə, Rusda salnamələr (başqa tarixi ədəbiyyatlar da həmçinin) “əxlaqi-tərbiyəvi məqsəd əvəzinə, dövlət siyasətinin məqsədinə” qulluq edib, bunun üçün də əfsanələr, uydurmalar, təbii ki, həqiqətdən daha çox arzu olunub.

P.N. Milyukovla razılaşmamaq mümkün deyil 1898-ci ildə yazırdı: “XV əsrin sonu və XVI əsrin əvvəllərində onlar (rus istorioqrafları M.A.) özlərinə müasir hadisələri tendensiyalı-qərəzli verməklə kifayətlənməyib, keçmişdəkilərin də işıqlandırılmasında istədikləri mövqedən yazırdılar.

Rus dövləti, Kiyev vərəsəliyi və nəhayət, Bizans imperatorlarının hakimiyyəti ilə bağlı Moskva hökmdarının, Moskva siyasi sərənçamlarının ədaləti barədə bir neçə əfsanə uyduruldu”.

Buyurun, “moskallıq nə vaxt doğulub: XV əsrin sonu, XVI əsrin əvvəli. Bə Rusiyanın “moskallıq tarixi” meydana gəlir. Bununla da üzünü köçürüb dəyişdirmə, quraşdırma normaya çevrilib.

Günəmuzd akademiklər Rusiyanın tarixini növbəti köçürərkən həqiqəti çığıran faktları qoyub salnamələrin miflərinə əsaslandılar. Saxta patriotizm yaratmağa çalışan akademiklər Rıbakovlar köhnələrlə kifayətlənməyib yeni miflər düzəldiblər. Yerevanda “bünövrə daşı” basdırıb Erebuninin tarixini e.ə. VIII-VII-ci əsrlərlə bağlayıb, Yerevanın 2500 illiyini keçirən ermənilərin əfsanəsini təkrar edərək, bu akademiklər Kiyevin yaşını dəyişmək istədilər. 1994-cu ildə, senzura buxovu zəiflədikdə ak. V.L. Yanin yazdı: "IX-XII əsrlərin hadisələri haqqında biliklərin mənbəyi salnamədir. Ancaq o, sonrakı yüzilliklərin redaksiyasında saxlanıb. XII əsrin əvvəllərində yazılmış salnamə əfsanəvi elementlərlə doludur. Sonrakı redaktələr onları daha da gücləndirib. Mifoloji elementlərin ikiqat şəklə düşməsi bunun nəticəsidir: salnəmədəki əfsanələrə tədqiqatçıların əfsanələri əlavə olunmuşdur".

Rusiyanın tarixi heç də, indi göstərildiyi kimi, qəhrəmanlıq “peyzajları” olmayıb. Bunu deməklə həmin Yanin min dəfə haqlıdır ki: “yalnız mənbələrin tənqidi təhlili yolu ilə kök salmış miflərin yaratdığı tarixi təsəvvürlərdən təmizlənmək mümkündür”,

Bütün bunların başlanğıcını Vladimir Monomax qoyub. 1116-cı ildə Peçer monastrından Nestorun Salnaməsini götürüb Vıdubis saray monastrına verdirir. Burada salnamə kişi monastrının başçısı (iqumen) Silvestrin əlinə düşür. O, ilk dəfə Rusun tarixinin üzünü köçürür.

Slavyancasına tərbiyələnmiş knyaz Vladimir burada slavyan Rusunun tarixini görməyib narazı qalır.

İki ildən sonra yeni mətn peyda oldu. Vladimir Monomaxın böyük oğlu knyaz Mstislav qətiyyətli bir rusçu redaktor kimi Salnamənin üstündə “çox əziyyət çəkmişdi”. İngilis kralının nəvəsi, isveç kralının kürəkəni, Novqorod boyarlığında tərbiyələnmiş knyaz Mstislav Rusiyanın tarixini öz ağlına gələn kimi yazdı: onun redaktəsində slavyan Novqorodu Rusdan daha məhrəm, daha doğma idi.

Knyazın qələmi ilə Novqorod Kiyevi kölgədə qoydu. Kiyevin rusların (skandinav rusları T.H.) fəthindən əvvəlki tarixinin üstündən xətt çəkildi. Kiyev təxminən üç yüz il cavanlaşdı. Beləliklə, tarixdə varyaqların rolu yeni şəkil aldı.

Daha Kiyevin Xelq tərəfindən işğalı yox idi. Heç Kiyev xaqanı Askoldun öldürülməsi də yox idi. Uydurulmuş Kiydən başqa heç nə yox idi.

Slavyan-norman redaktoru knyaz Mstislav özündən sonraya o qədər çəfəngiyyat qoyur ki, adam çaşır. Bu uydurmalar zaman-zaman Rusiya dövlətinin tarixinə çevrilir. O, Nestorun salnaməsində hər şeyi sildi-Kiyevin V əsrdə binası qoyulandan bəriki ilk tarixi orada qərar tuturdu. Yeni rusların (slavyan ruslarının) sələfi sayılan Kiyev ruslarına bir səhifə də yer qalmırdı.

Bu qəddar redaktor inandırıcılıq üçün hətta slavyan tayfalarının siyahısını tuturdu guya bu tayfalar Kiyev Rusunun əsasını qoyublar. Ona qədər belə slavyan tayfalarını heç kəs tanımırdı.

Hər halda Rus indi təsəvvür olunan ərazi deyildi.

Məsələn, indiki Rusiyanın göbəyi sayılan Moskvada o zaman fin-uqor mənşəli xalqlar sakin idilər. Ona şərqdən və cənubdan birləşən torpaqlarda türk (qıpçaq) xalqı yaşayırdı. Slavyanın vətəni Avropanın mərkəzində idi. Az qala XIII əsrə qədər vəziyyət belə idi.

Moskva çayının bir tərəfində vepslər, çeremislər və başqa fin-uqor xalqları, o biri tərəfində türklər-qıpçaqlar ömür sürürdülər. Cənab Allahın əmri belə idi.

Müxtəlif zamanlarda Moskva knyaz-varyaqlarının hakimiyyəti altına düşən bu yerli xalqlar indi “rus” adlanırlar, Moskva da Rusun paytaxtı sayılır.

Bizim öz köklərimizi bilməməyimiz naminə Rusiyanın tarixi elə ha fasiləsiz, təzədən-təzədən köçürülüb. Belə eləyiblər və yenə eləyirlər ki, biz özümüzü unudaq, əsl qohumlarımızı xatırlamayaq.

3Skifiya sözü yunanlarda daha çox coğrafi mənada işlənir. Qara dənizdən şimala uzanan ərazini və orada yaşayanları yunanlar belə adlandırırdılar. "Öz cahillikləri ucbatından" (ifadə N.M. Karamzinindir) yunanlar keltləri və skifləri öz adları ilə verirlər, bütün qalan xalqlara Avropanın Qərb və ya Şərq əhli deyirlər.
4Daha mötəbər fikir var ki, Oleq Uluğdan, İqor Uğurdan dəyişib, türk mənşəlidir – T.H.