Dəlixanadan gələn sevgi məktubları

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Qoca həkim danışdıqca Yuxas ətrafına öğrun-oğrun nəzər salırdı. Burada hər şey adama qorxunc görünürdü. Elə bil qəbiristanlıq xofu dolaşırdı buralarda. Sanki bura ölmüş adamların ruhlarının məskəni idi.

Onlar binanın qarşısına çatanda ətrafda dolaşan tibb bacıları bir anlıq ayaq saxlayıb, əlində çamadan tutmuş gənc və yaraşıqlı oğlana diqqətlə baxırdılar. Yuxas da gözlərini onlardan ayırmayaraq, maddım-maddım onların üzünə baxırdı. “Bəlkə də, qızlar məni bura göndərilmiş ruhi xəstə kimi qəbul edirlər”. – deyə Yuxas fikrindən keçirtdi.

Həkim Requli Yuxası öz otağına apardı. Bura çox da böyük olmayan, iç-içə tikilmiş arakəsməsi olan iki kiçik otaqdan ibarət idi. Otaqların birində çarpayı qoyulmuşdu. Çarpayının yanındakı stolun üstünə atılmış pijamadan hiss olunurdu ki, bura qoca həkimin yataq otağıdır.

Yuxas, hələ də əlində çamadan donub ayaq üstündə qalmışdı. Doktor Requli isə otaq boyu o baş-bu başa var-gəl edərək nə haqdasa danışırdı. Gənc oğlan onun səsini eşitsə də, nə barədə danışdığını ayırd edə bilmirdi. Çünki onun fikirləri dolaşıq düşmüş kələf kimi pırtlaşıqdı. Otaqdan ölmüş siçan iyi gəlirdi, bu o qədər kəskin və zəhlətökən iy idi ki, az qalırdı adamın beyni çatlasın. Yuxas özünü ürəkbulanmasından zorla saxlayırdı. Bu anda o, öz taleyi barədə düşünürdü, belə bir şəraitdə qalıb işləmək ona necə də əzab verəcəkd. İlk dəfə olaraq o, seçdiyi həkim peşəsinə acığı tutdu.

Requli birdən addımlarını yavaşıdıb, donba gözlərini gənc həkimin gözlərinin icinə dikərək, bir xeyli beləcə donub qaldı. Sanki o, gənc həkimin ürəyindən kecənləri oxumaq fikrindəydi.

Otaqda yaşanmış ölü sükunət Yuxası darıxdırdı. O, gözlərini döşəməyə dikərək, kecirtdiyi iztirabları qoca həkimdən gizlətməyə calışdı. Requli sanki bunları duyurmuş kimi birdən-birə səsləndi:

– Sən mənim xoşuma gəlirsən, cavan oğlan. Ona gorə də, mən sənə bəzi mətləbləri açmaq istəyirəm. Əgər söylədiklərimə əməl edə bilsən mən bu dünyadan rahatca köçə bilərəm.

Yuxas onun dediklərinin nədən ibarət olacağının fərqinə varmadan könülsüz halda qoca həkimi dinləməyə məcbur oldu.

Requli Yuxasa yaxınlaşıb ikiəlli onun çiyinlərindən yapışdı və xırıltılı səslə:

– Özünü bəlaya salmısan, cavan oğlan. Səni qorxutmuram, amma həqiqəti də səndən gizlətməyə ixtiyarım yoxdur, necə olsa biz kolleqayıq axı. İlk vaxtlar bura sənin üçün çox darıxdırıcı keçəcək, amma vəd də etmirəm sonradan hər şey yoluna düşəcəkdir. Yox, bu bir az qəliz məsələdir, nə bilim, bəlkə də sən bu ağırlığa tablaşa bilməyib, bir gün şələ-şüləni də yığışdırıb çıxıb gedəcəksən. Bilmirəm, bu sənin dəyanətindən aslı olacaqdır. Mən də o vaxtlar belə düşünürdüm. Qaçmaq, bu cəhənnəm kahasından uzaqlaşmaq istəyirdim. Amma get-gedə bu kaha məni özünə elə bağladı ki, mən özümü bir dəqiqə də olsun bu xəstəxanasız təsəvvür edə bilmirdim. Hətta, elə vaxtlar olurdu bəzən qorxurdum ki, birdən məni başqa bir yerə göndərə bilərlər, onda mən nə edərəm? – Bunları sənə xatırlatmaqda sənin yerinə qərar çıxartmaq fikrim yoxdur, amma işdir burada qalmalı olsan sənə bir-iki məsləhətim olacaq, gərək sən də mənə söz verəsən ki, onlara mütləq əməl edəcəksən.

Yuxas bu qoca həkimin danışıqlarını sayıqlamaq kimi başa düşdüyündən istehza ilə gülümsədi. Onun bu hərəkəti Requlinin gözlərindən yayınmadı.

– Himm… Mənə gülürsən, cavan oğlan? – Hə, düz eləyirsən. Mən qoca sarsağın söylədikləri, doğurdan da, sayıqlamaqdan başqa bir şey deyildir. Amma mən sənə həqiqiəti söyləmək istəyirəm. Bəzən cinayət etmiş birisi həbsxanaya elə öyrəşir ki, oradan azad olunandan sonra da, yaşadığı həyata öyrəşə bilmir. Onun üçün, divara bərkidilmi soyuq və yöndəmsiz taxta yataq, yumuşaq və rahat yorğan-döşəkdən üstün gəlir. Dostları tanışları, hətta ailəsi də onu islah edib, azad yaşamağa öyrəşdirə bilmirlər. O yenə də darısqal, günəş işığı düşməyən nəm və rütubətli həbsxana divarları arasında keçirtdiyi həyatı üçün darıxır. Bu dəhşətli bir vərdişdir insan üçün. Sən elə düşünmə ki, o insanlığını və düşüncəsini itirmiş bir manyakdır. Yox, əzizim, düzgün fikirləşmirsən, bu belə deyildir. Sadəcə olaraq, o, bunlara vərdiş etmişdir, əzabla dolu həbsxana həyatına öyrənmişdir. Necə ki, mən də uzun müddətdir buna vərdiş etmişəm. Sən də bunlara öyrəşəcəksən, nədənsə mən bu fikirdəyəm, – deyə qoca həkim dərindən köks ötürdü. O bir qədər susduqdan sonra əlavə etdi:

– Ona görə də, məsləhətlərimə qulaq as, yadından heç vaxt çıxartma ki, buradakı qadınlar bir çox vərdişlərindən mərhum olsalar da, güclü ehtiras və qadınlıq hissi onları hələ tərk etməmişdir və tərk etməyəcəkdir də. Çünki ehtiras və şəhvət hissi qadınların özləriylə birlikdə ana bətnindən xaric olunurlar. Unutma, qadın elə bir məxluqdur ki, mahir hekəltaraşın yonduğu onun çılpaq heykəli də ətrafdakıları ehtirasa gətirə bilər. Çünki qadın hər vaxt, hər yerdə qadındır. – Gor əzabsız, yataq qadınsız təsəvvür olunmaz – deyiblər. Burada işləməli olsan sən bunların hamısına göz yummalısan, çünki sən həkimsən, onlarsa ruhi xəstə olan qadınlardır. Buradakı xəstə qadınlar hər şeylərindən, ailə səadətindən, doğmalarından hətta analıq hisslərindən mərhum olanlardırlar. Bir sözlə, bədbəxt biçarələrdirlər. – Hə, nə deyirsən, söz verirsən ki, sən onların sönməkdə olan arzu və istəklərinə bir ümid işığı olasaqsan? – deyə Requli əlini Yuxasın çiyininə qoydu.

Yuxas qoca həkimin sözlərini tam mənada başa düşməsə də, anlayırdı ki, bu adam uzun illərdən bəri burada böyük bir həyat təəccürbəsi qazanmış və canına-qanına hopmuş bu xəstəxana divarları arasında sürdüyü mənasız ömrünün həyat şərqisinin acı notlarını züm-zümə edir. Bu qırıq-qırıq səslənən həyat şərqisi, bəlkə də qoca Requlinin sona çatmaqda olan öz ömrünə oxuduğu son vida himniydi ki, onu kimlərsə başa düşməkdə aciz idilər.

Yuxası hələ qarşıda hansı çətinliklərin gözləyəcəyinə baxmayaraq, o, öz-özünə fikirləşdi ki, elə bu dəqiqə bu ixtiyar yaşlı həkimə söz verməli onu razı salmalıydı. Qoca Requlinin bulanıq gözlərində sönən həyat eşqi gənc Yuxası bir azca təpərli olmağa vadar etdi. O, dərindən köks ötürüb:

– Əlbəttə…əlbəttə, bu belə də olmalıdır. Başqa cür də ola bilməz.

Yuxasın bu sözlərinə qoca həkim dodaqucu gülümsəyərək başını buladı:

– Mən sənə inanmaq istəyirəm, oğlum, sənin gözlərindəki o parlaq işartılar məni fikrimdə yanılmadığımı söyləyir. – Hə, yadımdaikən sənə maraqlı bir lətifə danışmaq istəyirəm. Bunu hökmən yadında saxla, işdir əgər çətinə düşsən gərəyin ola bilər – deyə qoca həkim gülümsədi. Deyir; – “kecmiş zamanlarda bir məmləkətin kralı həkimini yanına çağırıb ona tapşırır ki, elə bir dərman hazırla həmən dərmanı caamata içirəndə onlar ağıllarını tamam itirsinlər və onları idarə etmək asan olsun.

Həkim çox baş sındırandan sonra dərmanı hazırlayıb gətirir. Kral əmr edir ki, kim bu dərmandan icməsə onun dərhal boynu vurulacaqdır. Canlarının qorxusundan caamat başlayır dərmandan qəbul etməyə. Kimin ki, dilinə bu dərmandan bir azca dəyirsə o dəqiqə ağlını itirir. İş o yerə gəlib catır ki, bütün məmləkət bu dərmanı qəbul edib ağılsız bir kütləyə çevrilirlər. Bircə, kralla həkimdən başqa, onlar əvvəlki vəziyyətlərində qalırlar. Bir müddət ölkəni idarə etmək krala çox asan olur, o nə deyirsə camaat da onun əmrini can-başla yerinə yetirirlər. Bu minvalla bir müddət beləcə ötüb keçir. Bir gün necə olursa, dəli olmuş caamatın krala qəzəbi tutur və onu daş-qalaq etmək üçün saraya tərəf üz tuturlar. Məsələni krala çatdıranda o qorxusundan bilmir ki, nə etsin. Vəziyyəti belə görən kral tez həkimə əmr edir ki, bir çarə tapsın, yoxsa qəzəblənmiş kütlə onu öldürəcəkdir.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?