Dünya tarixinin Turan Dövrü

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Oppert Tur sözünün turan dilində olduğunu və onun sonradan ari və sanskrit dilinə keçdiyi haqqında fikrini elmi əsaslarla sübut edir. Oppert linqvistik araşdırma əsasında Sumerlərin “Oda müraciət” himninin Sanskrit dilinə tərcümə edilərək sonradan Avestaya daxil edildiyini öz əsərində tərcümə mətnlərindən nümunələrlə sübut edir. Oppertin bu cəsarətli fikri ariyanizm tərəfdarlarının böyük narazılığına və ona qarşı hücumlara səbəb olmuşdur.



XIX əsr fransız assuroloqu Turan məsələsində Oppertlə həmfikir olan F.Lenorman da sumerləri turanlı xalqı hesab edir: “Qədim tarixi dövrlərdə Sumer, türkləri, finləri və tatarları öz tərkibində birləşdirən, alimlərin Turan adlandırdığı bəşəriyyətin böyük qoluna mənsub idi. Qədim dönəmlərdə Susiananın və Midiyanın da əhalisinin böyük hissəsi bu irqə mənsub idi Müasir etnoqrafiya elmi Turan xalqlarının köklərinin mərkəzinin şərqdə Aral dənizi ətrafında olduğunu qəbul etmişdilər. (F.Lenormant. Histoire des Peoples Orientaix. Pari. 1884. Səh. 47)



Lenorman da Akkad adlandırdığı sumerlərin qədim dini inanclarında Od allahının mühüm önəm daşıdığını, Avestanın qatlarında Veda himnlərində Oda sitayiş haqqında heç bir məlumatın olmadığını nəzərə alaraq oda sitayişin turanı xalqlarından götürüldüyü fikrini qəbul etdiyini yazır. (Lenormant F. 1877, Səh. 197)



J.Oppert Sumerin Turan olduğu haqqındakı fikrini əsasladıraraq yazırdı ki, özlərini “Sumerin və Akkadın hökmdarı” adlandıran Turan kralları burda Sumer sözünü öndə ifadə edirdilər. Ona görə ki, Sumer sonralar Assuriya adlanan ölkənin turanlı adı idi. İlk zamanlarda kiçik bir ərazidə istifadə olunan sami dilindəki Assuriya adı sonradan genişlənərək turanlı Sumer adını sıxışdırıb onu əvəz etmişdir. Ölkədə turan dilində yazan Turan hökmdarları öz ölkələrinin adını mənası “əsl ağaların ölkəsi” demək olan

Kienqi

 idoqramı ilə ifadə edirdilər. Lakin ölkəni ələ keçirən sami hökmdarlar bu adın yerinə sami dilində üç işarədən ibarət

A. qa. De

 – Akkad adını qəbul etdilər. (Weissbach P.N.Die Sumerische Frage. Leipzig 1898)



Bu şərhlərdən göründüyü kimi təkcə Y.Oppert deyil, eyni zamanda, F.Lenorman, P.Vaybax və digərləri də tarixi və linqvistik dəlillərə əsaslanaraq Mesopotamiyanın Assuriyadan öncə Turan adlandığını yazırlar.



Y.Oppert Sumer dilində bir çox anlayışlara aydınlıq gətirmişdir. Bibliyada bütün yer və şəxs adları samiləşdirildiyi kimi Sumercə Turqal adı da sami dilində Tidal şəklində əks olunmuşdur. Tidal Hammurapınin assurca mətnlərində Turxal adlandırılır. Tudxulu, yəni Turqalı müəlliflərin bir çoxu o cümlədən Şrader Qutilərin kralı kimi təqdim edir və Bibliyadakı “qoim” xalqının Qutilər olduğu fikrini irəli sürür. Tarixi mənbələrdə Turqal köçəri xalqların böyük hökmdarı kimi təqdim olunur. Quti hökmdarı Turqal/Tudxul Elam çarı Kudurlomerin Hammurapiyə qarşı müharibəsində onun dörd müttəfiqindən biri idi.



Assuriya dövlətində kraldan sonra ikinci şəxsin adı Sumercə iki mixi işarə ilə yazılır “Tur” və “Tan”, yəni TurTan, Tur-adam və oğul deməkdir, Tan-isə əzəmətli anlamındadır. Turtan Assuriya ordusunda hərbi yürüş zamanı kralı əvəz edən baş sərkərdə idi. Dövlətdə kraldan sonra ikinci şəxs olub baş sərkərdə və vəzir vəzifələrinə malik olan TurTan sözünün mənası hökmdarın əzəmətli oğlu anlamındadır. Bu titul assur-sami dilinə sumerlərdən keçmişdir və onun assurca qarşılığı “maru idlu” sözüdür.



Oppert yazır ki, Mesopotamiya ərazisində Kudur Naqhuntaya, Silhaka, Undas Armana, Umman Aldasa, Teummana və s. məxsus mətnlərdə olduqca çoxlu turanizmlər mövcuddur. Bu mətnlərdə “kik” göyüzü deməkdir, “murun” torpaq deməkdir, “eva” ev deməkdir, “atta” ata deməkdir, “khan-ik” qüdrətli deməkdir, “kuti” gətirmək deməkdir. Mada-sumercə ölkə deməkdir. Sumer dilində “e” ev deməkdir, “qal” böyük deməkdir. Bu söz sami və ibrani, aramey dilinə “hekal” şəklində keçmişdir və mənası böyük ev-saray, abidə deməkdir. Beləliklə, “hekal/ heykəl” sözünü samilər Turan dilindən almışlar.



Anarian mixi yazı sistemindən istifadə edən beş xalqdan biri olan samilər bu yazını kəşf etməmişlər. Bu yazını kəşf edənlər turanlı midiyalılar və Susianlar da deyillər, bu yazı öncələri kasdi-iskit, protoxaldey və akkadlı adlandırılan, əsl adları isə sumerlər olan xalq tərəfindən yaradılmışdır. Bu mixi yazı işarələrini kəşf edənlər bu işarələri elə öz danışdıqları dildə də ifadə edirdilər. (Oppert J. 1875, V-5, Səh. 493)



Mada

 Sumercə ölkə deməkdir.

El

 Sumer sözü olub, müqəddəs, kutlu deməkdir ki, “ellu” sözü də ondan yaranmışdır. Sumerlərin müqəddəs, kutlu anlamı daşıyan

Ellu

 sözü türk dilindəki Ulu sözü ilə ekvivalent təşkil edir.

An

-sumercə göyüzü, səma, Annu-tanrı, Dinqir deməkdir. Lenorman bu sözü Dimir sözü ilə eyniləşdirir. Su-(qatu) Turan sözüdür mənası baş, başçı deməkdir.



1851-ci ildə Assur kralı Assurbanipalın mətnlərini aşkar edən ingilis assuroloqu Ser Henri C.Rauilson bu mətnlərin yazıldığı hecalı mixi yazının Turani mənşəyə malik olduğunu ilk dəfə qeyd edərək Turanizmin əsasını qoydu. O zaman sumer mədəniyyəti hələ kəşf olunmamışdı. Assuriyalılar bu yazı sistemini min illər ərzində istifadə etdilər. Sumer dili aqqlütativ hecalı dildir və bu dil Turan irqinə məxsusdur.



Sumer və Kiengir adlarının mənası haqqında

Sumer adını etnik və linqvistik termin kimi tarixi ədəbiyyata gətirən Oppert olmuşdur. Oppert öncələr xaldey, kasdim və iskit dili kimi adlandırılan dilin məhz onun təklifi ilə Sumer dili adlandırmağa başlandığını, Sumer dilinin aqlütativ hecalı dil kimi Turan irqinə məxsus olduğunu və müzakirələrdən sonra səs çoxluğu ilə

Ki. En. Qi

 sözünün Sumer sözü ilə ekvivalent təşkil etdiyini yazmışdır. (Oppert J. 1875, V-5, Səh. 442–480)



Oppert onu bu məsələdə tənqid edənlərə cavab olaraq bildiridi ki, sumer-sinnar sözü kienqi sözünün fonetik dəyişikliyə uğramış şəklidir.



Lakin görkəmli assuroloqların bir çoxu, o cümlədən Oppertin dostu F.Lenorman Sumer adının əleyhinə çıxmışlar. Sumer termininin qəti əleyhdarlarından biri olan İngilis assuroloqu Leonid Vaddel yazırdı ki, “Sumer adı assuroloqlar tərəfindən uydurulmuş bir addır. İlk Assuroloqlar Mesopotamiyanın aşağısında yerləşən ərazini yanlışlıqla bir sami sözü olan Sumer adlandırmışlar. Onlar doqmatik şəkildə iddia edirdilər ki,

Kienqi

 ideoqramı fonetik qanunlara uyğun olaraq Sumer şəklində oxunur. Sumer adı uzun müddət assuroloqlar tərəfindən sami xalqı olan akkadlara aid edilirdi. Sonradan samilərin bu adı akkadla əvəz edildi. Artıq on illərdir ki Sumer Mesopotamiyanın ilk sivil imperiya insanlarının adı olaraq istifadə edildiyindən biz də onu bu şəkildə istifadə etməyə məcburuq”. (Waddell L. The Makers of Civilization in Race and History. London 1929, Səh. 5)



Sumerlər özlərini heç vax Sumer adlandırmamışlar. Onlar özlərini kienqir, ölkələrini isə Kalam adlandırmışlar. Sumer sami akkadların kienqilərə verdikləri addır. Sami akkadlar Sumeri işğal etdikdən sonra, akkad kralları həmin ölkəyə verdikləri ada uyğun olaraq özlərini Sumer və akkad kralı adlandırırdılar. Bu ənənəyə uyğun olaraq ölkədə yenidən hakimiyyətə yiyələnən Sumer hökmdarları və eləcə də kassi və kuti hökmdarları özlərini Sumer və akkad kralları adlandırırdılar.



Subir sözünün mənası Sumer dilində düzənlik xalqı deməkdir. Bu söz Eden ideoqramı ilə yazılırdı və mənası düzənlik deməkdir. Sumeru isə yenə də Akkad sami dilində Su xalqı və ya əhalisi deməkdir. Digər bir varianta görə isə Sumer sözünün ikinci hissəsini təşkil edən amaru və ya maru sözü ikiçayarası deməkdir. Sumer dili lüğətlərində yazıldığı kimi Sumer adının sami dilində digər bir anlamı çay xalqı, yəni çay sahilində yaşayan xalq deməkdir. Ki-en-qir sözünun mənası, Ki-ölkə deməkdir, En-ağa, sahib, hakim deməkdir, Qir sözü Ki=ir söz birləşməsindən yaranıb mənası sulu yer və ya bataqlıq yer mənasındadır. Digər bir variantda isə Qir sözünün mənası yerli, əsl deməkdir. (The Chicago Assyrian Dictonary, vol, 17, Ş part. III, 1992, P. 273–274; J. Halloran. 1999, Səh. 41.)



Yəni Kienqir sözünün mənası “ölkənin əsl sahibi, ağası” deməkdir. Bu söz gəlmə samilərdən fərqli olaraq sumerlərin yerli xalq olduğunu və ya onların bu ərazidə sami akkadlardan daha öncə məskunlaşmış olduqlarını təsdiq edən bir sübutdur. Bu Sumerlərin yalnız adında deyil, dillərinin adında da, öz əksini tapmışdır, sumerlər öz dillərini

eme-qir

 adlandırırdılar ki, onun mənası “yerlilərin və ya əsilzadələrin dili” deməkdir.



Maraqlı cəhət burdadır ki, turanlı sumerlər özlərini Lu Kienqir adlandırdıqları kimi Turan padşahı Əfrasiyab da Şahnamə və digər əsərlərdə bəhs edildiyi kimi Turanın Kanqli (mənbələrdə bu ad bəzən Kanqlı bəzən də Kenqer şəklində yazılmışdır, lı-li türk dilində mənsubiyyət şəkilçisi olduğu kimi, er/ər sonluğu da Sumer dilində olduğu kimi kişi, adam, şəxs anlamındadır) hakimiyyət sülaləsinə mənsub idi. Heç şübhəsiz Turan padşahı Əfrasiyabın mənsub olduğu kanqlı/kəngər hakimiyyət sülaləsi boyunun kökü Sumer kienqirlərinə bağlıdır.



Sumer etnoniminin kökünü Su etnonimi təşkil edir. Su xalqı həm Sumerin, həm Subir xalqının, həm də Mesopotamiyanın şimalında və Zaqros dağlarında məskunlaşmış Sutu və ya Su etnosunun kökünü təşkil edirdi.



Amerikan sumeroloq Vilyam Stibinq Sumerlərin özlərini Kienqir adlandırdıqlarını və sözün “əsilzadə ağaların ölkəsi” demək olduğunu, açılışını Ki-ölkə, En-ağa, qir-əsilzadə/alicənab kimi şərh edir. (William H.Stiebing, 1994)



Bəzi bilim adamları güman edirlər ki, sumerlər dəniz yolu ilə Bəsrə-Kəngər körfəzi üzərindən gələrək Mesopotamiyanın güneyində və ya doğusunda məskunlaşmışlar. Digərləri belə fikir yürüdürlər ki, onlar quzeydən hərəkətlə Xəzər dənizi yaxınlığından keçib İranın şərqindən quru yolu ilə gəlmişlər. V.Stibinqin bəyəndiyi fikir ondan ibarətdir ki, Sumerlər batı İran ərazisindən gəlmiş və sonra onlar samilərlə birlikdə Ubeyd və Uruk dövründə güney Mesopotamiyada məskunlaşmışlar. İlk öncə akkadlar sumer dilini yazı dili kimi istifadə edirdilər, lakin 2330-cu ildən etibarən onlar sumer mixi yazı sistemini akkad dili qaydalarına uyğunlaşdırdılar. Təxminən e.q. 2000-ci ildən gec olmayaraq akkad dili Mesopotamiyanın quzey-doğusunda Assuriya, mərkəzdə və güneyində isə Babil dialektinə bölündü. (William H.Stiebing, 1994)

 



Mixi yazı mətnlərini ilk araşdıran XIX əsr tarixçi və linqvistləri bu yazını kəşf edən və Ön Asiyada ilkin mədəniyyətin əsasını qoyan xalqları öncə iskit/saklar sonra isə ümumi adla turanlılar adlandıraraq onları siyasi səbəblər üzündən birbaşa türk adlandırmaqdan ehtiyat etmişlər. Lakin həmin dövrdə yeganə olaraq böyük alman assuroloqu F.Hommel siyasi amillərə məhəl qoymadan bu qədim Ön Asiya mədəniyyətinin ilkin yaradıcıları kimi türklər üzərində qoyulmuş tabunu sındırdı. Öncələri Turan nəzəriyyəsinin əleyhdarı olan F.Hommel sumerlərin ədəbi və tarixi abidələrini dərindən öyrəndikdən sonra Turan nəzəriyyəsinin əsas müdafiəçilərindən biri oldu və sumerlərin etnik kök və dil baxımından türklərlə qohumluğunu elmi və linqvistik dəlillərlə sübut etdi.



Assurologiya elminin gəlib keçmiş ən böyük sumerşünaslarından olan Hommelin fikirlərinin türklərin qədim tarixi üçün böyük elmi dəyərə malik olduğunu nəzərə alaraq onun əsərlərinin geniş şərhini verməyi lazım bildik.



Hommel 1885-1888-ci illər arasında qədim Ön Asiya tarixinə dair “Babillilərin və assuriyalıların tarixi”, “Qədim Şərqin tarixi”, “Antik dövrün tarixi və coğrafiyası”, 1915-ci ildə isə “Sumer və akkadlar Altay xalqlarıdırlar” adlı sumerşünaslığın şah əsərləri hesab olunan fundamental əsərlər və çoxsaylı elmi məqalələr həsr etmişdir.



Hommel sumerlərin türk mənşəli olduqları haqqında yazırdı: “Mərkəzi Asiyanın türk mənşəli xalqı olan sumerlər Xəzər dənizi üzərindən dağ silsiləsini aşaraq Babilin güneyində məskunlaşmış, tarixin başlanğıc dövründə böyük bir mədəniyyətin əsasını qoymuşdular. Onlar yeni vətənlərində ölkənin təbii şərtlərinə uyğunlaşdılar. Hommelə görə sumerlilərin özadlandırmaları olan Kienqi sözünün sumercə mənası ölkə deməkdir, bu ad sonradan Sinqir kimi ifadə edilmiş və nəhayət, Shumir və Sumer şəklini almışdır. (Hommel F. 1885, Səh. 220)



F.Hommel yazır ki, Sumer dilində türkcə mənası “yer” demək olan “Kur” sözü mövcuddur və bu söz ölkə mənasındadır. Bu söz eyni zamanda “dağ” anlamı da daşıyır və bu sözlə Babilin şərqində yerləşən dağlar nəzərdə tutulur. Bu aydın şəkildə onu göstərir ki, Midiya ilə sərhəddə və ondan arxada yerləşən dağ silsiləsi sumerlərin ilkin vətəni olmuş və onlar sonradan Babilin cənubunda məskunlaşmışlar. Onların bu əraziyə gəlmə olduqları belə bir dəlillə sübut olunur ki, sumerlərin dilində aslan, at, Palma, üzüm sözlərini bildirən ideoqramlar mövcud deyil. Sumerlər cənub ərazilərində bitən bitki adlarının ifadə olunmadığı dillərini özləri ilə Xəzər dənizinin arxasında yerləşən Orta Asiyadakı vətənlərindən gətirmişdilər.



Hommelin yazdığına görə Sumerlərin özləri ilə gətirdikləri din Mərkəzi Asiyada türk xalqlarının etiqad etdikləri şamanizm dinidir. Onların islama qədərki dinlərində Yer və Göy ruhlarına etiqad başda olmaqla çoxsaylı şər ruhlarına qarşı ovsun və dualarla mübarizə kultu mərkəzi yer tutur.



Sumerlər Babilin cənububda dəniz sahilində çay vadilərində məskunlaşdıqdan sonra onların dini inamlarında yeni etiqad formaları təşəkkül tapdı. Onların şamanist dinləri tədricən samilərin dini inanclarının təməlini təşkil edən yeni bir forma kəsb etdi. (Hommel F. 1885, Səh. 253)



Hommel Oppert və Lenormanla birlikdə Turanizm nəzəriyyəsinin qəti əleyhdarı olan J.Halevinin sumer dilinə qarşı kəskin yazılarına elmi arqumentlərə əsaslanan tutarlı cavablar verərək yazırdı: “Fəratın vadisində məskunlaşaraq orda kanallar çəkən, mədəniyyətin əsasını qoyan, mixi yazını kəşf edənlər samilər deyil, onlardan tamilə fərqli mənşəyə və dilə malik bir xalq olan sumerlərdir. Uzun illərdir ki, Parisli yəhudi əslli bilim adamı Halevi sumer dilinin canlı bir dil deyil, gizli bir şrift olduğu haqqında nəzəriyyə irəli sürmüşdür. Halevinin sumer dili haqqında gerçək olmayan nəzəriyyəsinə qarşı mən sadə faktlara əsaslanaraq sumer dilinin altay dilləri ilə qohumluğunu sübut edən dəlilləri bütün çılpaqlığı ilə ortaya qoyaraq sübut edirəm. Antropoloji tiplərinə görə samilərdən tamamilə fərqlənən Sumerlərin kəllə sümüyü uzunsov-dolixokefal, saçları qara, samilər isə yumrubaşlı braxikefal idilər”. (Hommel F. 1885, Səh. 241–242)



Hommel fikrinə davam edərək yazırdı: “Beləliklə, biz Babilin şimalında e.q. IV minilliyin başlarında bir-biri ilə əlaqəsi olmayan iki xalq görürük. Bunlardan birincisi öz qanları və dilləri ilə Asiyada geniş yayılmış qədim türk altay tayfalarından ibarət olan Sumer və akkadlar. İkincisi bu əraziyə köçəri olaraq gələn Sami Babillər idi ki, onlar sumer mədəniyyətinə qovuşmuş və onu sonradan inkişaf etdirmişlər”. (F.Hommel. 1885, Səh. 7)



F.Hommel dünyanın ən qədim mədəniyyəti olan sumer mədəniyyətinin yaradıcıları olan türklərin islam dinini qəbul etməklə ərəb sami mədəniyyətini mənimsəmələrini tarixin bir ironiyası hesab edərək yazırdı: “Sumerlər dünyada qədim mədəniyyəti yaratdıqları zaman onların qardaşları və əcdadları olan türk-tatarlar hələ də Asiyanın daxili çöllərində azad köçəri həyatı sürməkdə idilər. Türklərin Asiyadakı bu qədim qolu Orta əsrlərin başlarında sami ərəblərin islam mədəniyyətini qəbul etməklə ərəblərin türklərin azadlıq ruhunun simvolu olan qurda qalib gəlməsinə səbəb oldular. Ərəblərin İslam dinini qəbul edən türk-tatarlar bilmirdilər ki, Babil mədəniyyətinin müəllimi vaxtilə məhz onların özləri olmuşlar. Qədim sumer mədəniyyətini yaratmış olan türklərin ərəblərin sami mədəniyyətini qəbul etmələri tarixin bir ironiyası idi. (F.Hommel. 1885, Səh. 7)



Babil dövründən Sumer ərazilərində koloniyalar şəklində məskunlaşan və sumerlərlə bir o qədər də qaynayıb qarışmayan samilər sonradan assurlar adı ilə e.q. 1800-ci ildə meydana çıxdılar. (Hommel F. 1885, Səh. 6)



Qədim Mesopotamiya dillərinin və tarixinin görkəmli mütəxəssisi olan Artur Unqnad yazır ki, sumer dili bir çox dillərlə müqayisə edilsə də, bu dilin türk dilləri ilə müqayisəsində F.Hommelin əldə etmiş olduğu nəticə ən inandırıcıdır.



Ümumiyyətlə, assurologiya elmində sumer dilinin ari və sami dillərinə aid edilməsi cəhdləri ciddi tənqidlərə məruz qalsa da, bu günə qədər Hommelin sumer dilini elmi linqvistik əsaslarla türk dillərinə aid etməsini təkzib etməyə heç bir ciddi bilim adamı cəsarət göstərməmişdir.



Sumer dilinin araşdrıcıları sumerlərin “kienqi” adını yalnız ölkə deyil, həmçinin düzənlik anlamında da izah edirdilər. Bu məsələni şərh edən F.Lenorman yazırdı ki, Xaldey kralları “unqal Kienqi ki Akkad” ünvanı daşıyırdılar, bu Akkad və Sumer imperiyası krallarının daşıdığı ən yüksək ünvan idi. Uruk və digər şəhər kralları bu ünvanı daşımırdılar. M.Şrader bu titulu “Kienqi və Akkadın kralı” kimi oxudu. Burda Kienqi Sumer adının ekvivalentidir. Lakin “kienqi” sözü akkadca məhşur sözdür və mənası ölkə deməkdir. Mənə elə gəlir ki, ölkə və dağ kimi tərcümə olunan Kienqi və Akkad sözləri arasındakı əlaqə əslində düzənlik və dağ şəklində olmalıdır, çünki kienqi sözü həmçinin düzənlik anlamında da işlədilir”. (F.Lenormant. 1877, Səh. 233)



Digər bir assuroloq A.Spayserin fikrinə görə “Kienqir” ideoqramı danışıqda “Kemer” kimi ifadə olunurdu, sumerlər özlərini “kienqir” adlandırırdılar. Samilər bu adı Semir və Sumer şəklində ifadə edirdilər. Sumerlər isə öz ölkələrini Kalama, yəni ölkə adlandırırdılar. Lakin onun mənasını dəqiq müəyyən etmək mümkün olmamışdır, bu şəhər mənasında da ola bilər. (Spayser A. 1930, Səh. 56)



İngiltərənin Oksford universitetinin qədim dünya tarixinə həsr etdiyi samballı çoxcildlik əsərdə sumer dilinin mənşəyi məsələsinə münasibət bildrilərək yazılmışdır: “Sumer mədəniyyətinin aşkar edildiyi yüz il ərzində bütün araşdırma cəhdlərinə baxmayaraq, onların hər hansı bir xalqla qohumluq əlaqələrini müəyyən etmək mümkün olmamışdır. Avrasiyanın məlum olan dilləri içərisində onlara quruluş etibarı ilə ən yaxın olanı çoxlu şəkilçilərə malik türk dilləridir. Bu iki dil arasında bənzərliyi göstərən nümunə kimi əsasən türk dilindəki Tenqri adının sumer dilinin müxtəlif dialektlərində tanrı anlamındakı Dinqir, Dimmir və Tiher adları göstərilir”. (The Cambridge Ancient History, 1970, Səh. 151)



Görkəmli türk bilim adamı Prof. Yusif Ziya Özer “Arilər və Turanlılar” adlı əsərində sumerləri türk mənşəli olduqlarını, linqvistik və tarixi dəlillərlə sübut edir və Səmərqənd şəhərinin adındakı Samar sözünü Sumer sözü ilə əlaqələndirən Yusif Ziya türkcə Tur və Ur sözlərinin göy-səma kimi izah edərək onları Tanrı adı ilə bağlı ən qədim türk tayfaları hesab edir. Tur adının Tanrı anlamı daşımasını sübut edən amil tarixin ən qədim türk boylarından olan çuvaşların tanrını Tura adlandırmalarıdır. (Yusif Ziya Özer, 1932, Səh. 343)



Onun fikrincə Türklərin qədim Ur tayfası Sumerdə Ur və Uriq şəhər dövlətlərinin əsasını qoymuşlar. Urdun ölkəsinin adı da Ur tayfasının adından yaranmadır. Avropanın müxtəlif ölkələrində kökünü Ur sözünün təşkil etdiyi çoxlu yer adları mövcuddur.



İtil Bulqar tarixçisi Baxşi İman “Cafqar tarixi” adlı əsərində sumerləri etnik mənşə baxımından türklər olduğunu və Bulqar türklərinin bir hissəsinin 12 min il öncə Volqa-Uraldan Ön Asiyaya gedərək orda sumer xalqını meydana gətirdiklərini, bir hissəsinin isə sonradan köçüb Kiçik Asiyada yerləşmiş və türk xalqının kökünü təşkil etdiklərini və Volqa boyundakı Samar şəhərinin Sumerin bulqarca adı olduğunu yazır. (Бахши Иман. 1993)



İsmail Mizi-Ulu prototürklər adlandırdığı Sumerlərin ilkin vətəninin kurqan mədəniyyətinin geniş yayıldığı Volqa və Yayik (Ural) çayları arası ərazilər olduğu və onların e.q. IV minilliyin sonu və III minilliyin əvvəllərində Ön Asiyaya köçərək yerləşdiklərini yazır. O Sumer adının əslində “çay xalqı” demək olan Suv-ər sözünün samiləşdirilərək Somar-Sumər şəkli aldığı fikrini irəli sürür. (İsmail Mizi-Ulu. 1993, Səh. IX)



Əbülfəz Elçibəy Tövratın qədim ərəb dilindəki əlyazmalarında adı Cumər şəklində ifadə olunan Sumerin Məcuc, Maday, Yavan, Tubal, Maşak və Tirasla birlikdə Yafəsin oğlu olduğunun yazıldığını qeyd edir. Onu da əlavə etməliyik ki, tarixi ədəbiyyatda Yafəsin digər bir adı Türk oğlandır. Bu fakt sübut edir ki, Cumər/Sumer öz qardaşları ilə birlikdə türkdilli xalqlara mənsub olmuşlar. Cumərin də Əşkənaz, Rifas və Tuqarmə, daha dəqiq ifadə olunsa Turqama adlı oğulları olmuşdur. (Ə.Elçibəy. 2003, Səh. 28)



Bütün bu deyilənlərdən aydın olur ki, istər Sumer, istərsə də Subir adlarının kökündə Su kəlməsi durmaqdadır və sumerlərin və subirlərin eyni etnik kökə malik olduqlarını göstərir. “Sumeru” sami mənşəli akkadların özlərini Kienqir adlandıran Mesopotamiyanın güneyindəki sulu-bataqlıq ərazidə məskunlaşmış xalqa verdikləri addır. Əgər biz Sumer adını akkad dilinin etimologiyası əsasında izah etsək, o akkad dilində iki tərkibdən ibarət olub

Su-meru

 şəklində yazılır.



Osman Nedim Tuna sumer dilindəki Sumer etnoniminin kökünü təşkil edən “Su” sözünü su, sulu yer, bataqlıq kimi tərcümə edi

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?