Günahsız günahkar. Roman. Hissə – 5

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Czcionka:Mniejsze АаWiększe Aa

Aylının səsinə, xalasıyla anasıda qaçaraq gəldilər, gördüklərindən dəhşətə gəldilər. Tez gəlib yardım edərək, Nicatı Sərdardan çəkdilər qırağa. Nicatın gözü başqasını görmürdü. Dartındı ki, yenə Sərdarı vursun, xalası üzündən tutarlı bir şillə gəldiyində, ayıldı baxdı xalasına. Əsəbdən gözlərini qan bürümüşdü. Xalası əsəblə – Nicata: axlını oynatdığını anladıq oğlum, ancaq bu qədəri çox oldu, yetər dedilər duymadınmı. Nicat dərindən – dərindən nəfəs alıb, özünə təcüblə və incik baxışlarla baxan Aylının anasını gördüyündə, etdiyinə peşman oldu. Artıq geç idi, anasının qarşısında etibarını itirdiyini anladı. Anası tez yaxından, bir şey götürüb Sərdarın qan axan burnunu sildi. Əsəblə – Aylına: evi tərk etsin bu cavan oğlan həmən. Xalası peşman baxışlarla baxaraq, Aylına işarə etdi ki, mən aparacam sən qal. Xalası qolundan tutub, Nicatı çıxardı otaqdan apardı.

Anası – Aylına: get ilıq su gətir, yazığın üzündə sağ yer qalmamış. Bu nə mərəfətsiz birisidir?

Aylın tez otaqdan çıxıb getdi, Nicata çox əsəbləşmişdi. Anasının ürəyi sızladı, burnunun – dodağının qanını silib – Sərdara: bu heç Afət xanıma bənzəmir. Xalası mələk kimi qadındır, qızım bunula dostluğuna son qoyacaq, bu dəqiqədən sonra. Yaramaz uşağın etdiyinə bax bir, can oğlum of off döz, indi su gətirsin siləcəm yaranı. Arvadın canı acıyırdı bu halına Sərdarın. Həm burnundan qan gəldiyinə, həmdə Nicata qarşı olan əsəbindən danışa bilmirdi. Arvadın əlindən mehribanlıqla tutaraq zorla, siz narahat olmayın anam yaxşıyam mən, keçər boş şeydir.

Aylın əsəblə gəlib, vanna otağından qaba su doldurub öz – özünə: axx Nicat axxx. Əsəblə vanna otağından əlində su qabıyla çıxarkən, gözü qarşıda dayanıb, özünə üzgün – peşman baxışlarla baxan atasına sataşdı, dayandı. Aylının içində, özündən bi ixtiyar hər şeyi unudaraq, atasına qarşı kövrək bir hiss oyandı. Atasının gözlərindən yaş sel kimi süzülürdü üzünə.

Özünə baxıb nə isə pıçıldadı, səsi duyulmasada, Aylın atasının dodaqlarının tərpənişindən oxudu, özünə deyilən bağışla qızım sözünü. Aylında Nicatın etdiyindən çox pis olmuşdu, sanki dərdinə ilac atasında gördü. Əlindəki qabı kənara atıb, qaçaraq gedib atasının boynuna sarıldı, ağladı. Atası qızını bağrına basaraq, qucaqlayıb təkrar – təkrar opərək, bağışla qızım deyib ağlayırdı. İnsan olan kəs, heç bir zaman istəməzdi ki, günahsız ata – balanın həsrətdən belə canları yanaraq, göz yaşlarında boğulsunlar. Atası qızını öpə – öpə qucaqlayıb ağlayırdı, içi acıyırdı – yanırdı odsuz – alovsuz. Bu günahsızların vəzlərinə, kaşki bu vayisliyə səbəb olan günahkar yansaydı. Kənardan anası qızına, ərinə, baxaraq, ağzını tutub ağlayırdı. Evladına həsrət bi çarə qoyanın, Allah cəzasını verəydi inşallah. Aylın atasının çiyninə üzünü qoyub, göz yaşlarını axıdırdı.

Bu dünyada gərçəkdən cəzasız qalmır edilən pisliklər, geci – tezi cəzalarına çatırlar. Kimsənin bilmədiyi bir yerdə, Fazil alçağının əlləri – qolları bağlı, qandallı quduz it kimi saxlanılırdı. Ona göz – qulaq olan, əvəllər Aylına yardım edən etibarlı taxsi şoferi idi. Aylın o xayini ancaq o insana etibar edə bilərdi, çünki o insan sözünə – etibarına sadiq birisi idi. Əvəllərdə Aylının işinə yaramışdı. Qarşısında ayağını – ayağının ütünə aşıraraq, otuub qəhvə içirdi. Fazil itinin qandallarda bağlı, necə zülüm çəkdiyinə baxıb, həzz alırdı.

Beləcə gün axşam olmuşdu, Ümiddə işdən gəlmişdi. Aylının ailəsində, uzun zamanlar yaşanmayan bir sevinc – şadlıq hiss olunurdu. İllər qabaq ürəklərində – ailələrində əksik qalmış yerilərini, qızı dönərək sevinclə təkrar doldura bilmişdi. Hər kəs masa arxasında əyləşmişdilər.

Sərdarıda yerindən qaldırıb, yardım edərək qardaşı masa arxasına gətirdi. Sərdara yardımçün atası – anası tez qalxaraq, yardım edib otuzdurdular. Sərdar olara təşəkkür edib, Aylına baxdı razı baxışlarla. Artıq Aylının tərbiyəsi – mərəfəti ilə, kimlərə bənzədiyi aydın olurdu. Sərdarın üzündə – dodağında qanamış yerlər bilinirdi. Ümid keçib atasının yanında əyləşdi. Anası Sərdarçün yemək çəkdi, Sərdar təşəkkür etdi. Aylında qalxıb, atasının – qardaşının boş qablarına yemək çəkib qoydu qarşılarına, olarda Aylına təşəkkür etdilər.

Atası birinci başladı yeməyə, görünür son bu bir ayda normal yeməmişdi yazıq, ac idi. Masa arxasında olan hər kəs çətin günlər yaşasalarda, artıq xatırlamamağa çalışırdılar. Anası gördü Sərdar halsızdır, həmdə yeməyə çəkinir, tez qaşığı götürüb mehribanlıqla uşaq kimi yedirməyə başladı.

Anası – Sərdara: ye mənim yaraşıqlı oğlum. Aylın Ümidlə – atasının necə iştahla yemələrinə baxıb gülümsəsədə, içində Fazil itinə qarşı olan kini – əsəbi, ürəyini rahat qoymurdu. Sərdar Aylının nə isə fikirləşdiyini artıq üzündən oxuyurdu.

Sərdarın özünə baxdığını görüb gülümsəyərək, iştahı olmasada baş qatmaqçün, yeməyini yeməyə çalışdı. Aylın anasına tam olaraq, Sərdarın kim olduğunu anlatmasada. Sərdar anasına, Aylının başına gələn hər bir hadisələri tək – tək anlatmışdı. Sərdarın dürüstlüyündən anasının çox xoşu gəlmişdi. Sərdarında kiçiklikdən anasının üzünə həsrət qaldığını bildiyindən sonra, ürəyi ox acımışdı. Anasını əvəz edə bilməsədə, azacıqda olsa analıq hissini yaşadaraq, öz evladlarından ayırmadan onu uşaq kimi əliylə yedirərək, dayaq olmağa çalışırdı.

Səhər açılmışdı, Aylın Ramizə gəlmişdi, evdə xadimə vardı. Aylın gəlib balaca Sərdarı doya – doya öpərək, xeyli yatışını seyr etdikdən sonra, ehtiyatla otaqdan çıxıb qapını örtdü. Ramizin yataq otağına gəldi. Qapını ehtiyatla açıb baxdı, Ramiz başına yastığı çəkib yatmışdı. Yanında dolu çəkilib atılmış siqaret qabı var idi. Aylın qapını ehtiyatla örtüb, gəlib siqaret qabını götürüb kənara qoydu. Boşalmış siqaret qutularınıda götürüb, başını narazılıqla sirkələyərək öz – özünə: yaramaza bax, nə qədər çəkmiş. Başından yastığı götürüb – Ramizə: oğlum bu qədər siqaretmi çəkilər, canına yazıın gəlmirmi? o ciyərlərinlə nəfəs alırsan, niyə zülüm edirsən orqanlarına?

Ramiz gözlərini açıb baxdı. Anacaq gözlərinə inanmadı, yuxu gördüyünü sandı. Gözlərini təkrar yumaraq öz – özünə: nə olar acılaŞ nə qədər istəsən söz de, incimərəm. Bax zarafatlarınçündə çox darıxdım, yanımda qal getmə canım, nə olar yalvarıram. Aylın üzündən öpüb, üzünü – üzünə dayayıb – Ramizə: yuxu görmürsən birdənəm. Səni lazım olduğunda acılayaçağam bunuda bilirsən, elə deyilmi? gülümsədi. Ramiz əlini çəkinə – çəkinə Aylının saçlarına toxundurdu. Gözlərini tam açmağa qorxurdu, yuxu olduğunu sanırdı hələdə. Ramiz – Aylına: nə olar tərk etmə məni, axlımı oynadacam mən. Aylın anlayırdı, Ramiz çox qorxurdu özünü itirəcəyindən. Aylın – Ramizə: yadındadırmı? sizə birinci gəldiyimdə, məni ruh sanmışdın. Birdənəm sənin adətindir, qarşındakı sağ olan adamı ruh kimi görmək. Ramin canından üşütmə keçdi, gözlərini açıb baxdı. Sən? səsi titrədi, öz – özünə: yox – yox bu qədər gərçək yuxu ola bilməz. Səksənib tez yerində oturub, həyəcanlı baxışlarla baxdı. Ramiz – Aylına: canım bu gərçəkdən sənsənmi? gözlərindən yaş süzüldü üzünə. Aylının yazığı gəldi, çox həyəcan keçirdi. Aylın gülümsəyərək, əlini üzünə çəkərək – Ramizə: mənəm birdənəm, ölmədim döndüm qorxma. Ramiz dərindən – dərindən nəfəs alaraq, Aylına necə sarılıb ağladısa, Aylının ürəyi sızladı. Gözlərini yumub, hər dəfə sevdiklərinin göz yaşlarına səbəb olan, o Fazil alçağına nifrət hissi dahada artırdı. Ramizi sakitləşdirmək qeyri mümkün idi. Aylına sarılıb içini çəkə – çəkə yanaraq elə ağlayırdı ki, Aylında kövrəlib göz yaşlarına boğulurdu. Aylın hər kəsçün dəyərli olduğu kimi, Aylınçündə bütün sevdikləri – yaxınları çox dəyirliydilər. Heç vaxtdı istəmirdi, sevdiklrinin göz yaşlarını görsün. Ancaq bir alçaq səbəb olaraq, həyatları qorxulu – həyəcan dolu bir filimə dönmüşdü. Çox təssüflər olsun ki, bitmək – tükənmək bilmirdi acıları – sızlamaları. Ramiz Aylını bir daha itirəcəyini düşünərək, uşaq kimi bərk – bərk qucaqlayıb özünə sıxıb, qollarına sararaq ağlayırdı. Bu hallar Aylına çox tanış idi. Ramizin saçlarından öpüb, üzgün baxışlarla baxdı. Aylın – Ramizə: bağışla birdənəm, bağışla, yaşlı gözləriylə təkrarlayırdı pıçıltılı səslə, bağışlayın məni.

Beləcə aradan bir ayda ötdü keçdi. Aylının dönüşünə hər kəs sevinmişdi, şükür edirdilər. Sərdarda artıq sağalmışdı, başqa yerdə ev tutub qalsada, Aylının ailəsiylə tez – tez görüşürdü. Atasıda anasıyla barışaraq, öz evlərinə qayıtmışdılar. Qızının sağlam dönməyinə çox sevinmişdi və artıq hər kəs rahat nəfəs ala bilirdilər. Sərdar Aylının anasıyla çox yaxın olmuşdular, ana oğul kimi bir – birilərini şox sevirdilər. Aylın işə başlamağını bildirsədə, evdən kimsə izin verməmşdi, Hətta artıq anası, tək başına evdən çıxmağına izində vermirdi.

Kefsiz əyləşib televizor seyr edirdi. Anası əlində meyvə qabıyla gəldi – Aylına: qızım heç suratını sallama, dedim iş filan gərəyin deyil. Gəlib yanında əyləşib, qızının alnında öpüb meyvə qabını dizləri üstə qoydu. Meyvəni götürüb kəsərək qızına verdi, Aylın götürüb anasının üzündən öpüb, meyvəni yedi susaraq. Anası dərindən nəfəs alıb – Aylına: qızım nədir bu halın? uzun illər çalışdın. Bax başına gəlməyənlər qalmamış, anla məni. Səni bilə – bilə bir daha, işə filan buraxa bilmərəm. Sərdar bəy dedi ki, sən hara addımını atsan problemlər səni tapırmış. Problemlər səni tapmadığı zamanda isə, sən gedib problemləri tapırsanmış. Aylının üzünün ifadəsi dəyişdi. Bir anlıq Sərdara əsəbləşdi, öz – özünə: Sərdar bəy özüdə bir problemdir başıma düşmüş. Anası gülümsəyərək, – Aylına: Sərdar çox dentlimen, mərəfətli oğlandır qızım elə demə. Sərdarla danışıb, dərt – sərimi bölüşüb ürəyimi rahatlaya bilirəm. Bax, qardaşınla oturub bir kəlmə düzün danışa bildimmi bu günə kimi? əlbətdə xeyir. Hər zamanda yüz bəhanələr edib, söhbətdən qaçır. Aylın meyvəsini yeyib – anasına: qardaşım atamla çalışır, yazıq çox yorğun olur. Bax o üzdən gözəl anamla çox vaxt keçirə bilmir, icimə ondan. Anası yalandan gülümsəyərək, – Aylına: necədə xasiyyətindən atana bənzəyirsən qızım. Aylın gülümsəyib, – anasına: qısqanma anacan, mən sənədə bənzəyirəm. Bax mən səni heç qısqandımmı? mənim əlimə meyvəni verirsən, Sərdar bəyi isə əlinlə yedirdirsən. Anası qızını qucaqlayıb bağrına basıb, öpdü. Anası – Aylına: canım qızım, səni mən canımdan çox sevirəm, gözəl balam bircəçik qızım. Aylında anasını öpüb qucaqlayaraq, üzünü sinəsinə dayayıb gülümsədi. Aylın – anasına: Sərdar bəydən daha çox istəyirsənsə, mənidə əlinlə yedir anacan. Anası gülümsəyərək, meyvədən kəsərək, qızına əliylə yedirdi balaca uşaq kimi.

 

Aylın gülümsəyərək, – anasına: mmm bax indi dadını hiss etdim dadlıymış. Anamın əllərinə qurban olaram mən, əllərindən öpüb, telefonuna gələn mesajı oxudu. Dərindən nəfəs alaraq gülümsədi. Anası telefona tərəf baxıb – Aylına: qızım kimdəndir mesaj, tanıdığımdımı?

Aylın gülümsəyərək, – anasına: çox sevimlin Sərdar bəydəndir anacan. Anası gülümsəyərək, – Aylına: Sərdar bəy, bəy əfəndi oğlandır, onun yazmasından narazılığım yoxdur. Nicat etdiyi səhv hərəkətiylə, Aylının üzünü qara etmişdi anasının qarşısında.

Aylın çox üzülürdü, Nicatdan ayrı qalmışdı, günhakar özü idi. Dinləmədən, əsəblərinə hakim ola bilməməsi etdiyi səhvi, indi ikisinədə böyük dağ olmuşdu. Aylın məcbur anasından gizlətdi, mesaj Sərdardan deyildi, başqa adamdan olduğunu anlata bilməzdi.

Fazil şərəfsizi qandallarda bağlı çox pis vəziyyətə qalmışdı. Üzünü saqqal basmışdı, üstündəki paltarları cirklənib qoxurdu. Aylına sadiq çıxmış şofer ona göz – qulaq olurdu. Aylını gizlin mesajlarla məlumatlandıraraq, hər gün rəsimlərini yollayırdı.

Axşam olmuşdu, atasıyla – qardaşı evə dönmüşdülər işdən. Ramizdə kiçik qardaşını gətirib Aylına gəlmişdi. Aylın öpərək – uşağa: canım mənim, sən hər gün böyüyürsənmi? bax sən necədə böyümüş özü. Canım, nəfəsimmm, öpdü bağrına basdı, uşaq çox sevməli şirin idi. Ramiz baxıb gülümsəyərək, – Aylına: qardaşım üzdən mənə, xasiyyətdən isə sənə çox bənzəyir canım. Aylın uşağı təkrar – təkrar öpüb, – Ramizə: necə demişlər birdənəm, unutdunmu? atı – atın yanına bağlasan rəngi keçməsədə, mütləq xasiyyəti keçər. Aylının zarafatına hamı gülüşdü. Atası – Ramizə: oğlum, qızımdan gözəl xasiyyətlər keçmişdir kiçik Sərdar bəyə, əminəm. Ramiz zarafatla – atasna: Rəhim dayı, siz qızınızın bəzi tərs xasiyyətlərini hələki bilmirsiniz. Anası – Ramizə: bax oğlum, o xasiyyətlərindən qızım atasına çox bənzəyir, bu gün özünədə dedim. Atası gülümsəyərək, – arvadına: canım qısqanma, mən heç qısqanırammı? qızımın üzdündən – gözəlliklərindən sənə bənzəməsinə. Aylının sözünü atası təkrar etdi deyə, anası üzünü turşudaraq – ərinə: vallahi sözlərinizdə bənzərdi qızınla.

Aylın gülümsəyərək, – qardaşına: sən niyə danışmırsan? anam səndən şikayət etdi. Heç dinləmirmişsən, işdən vaxtın olmurmuş. Sən artıq dinlən, mən əvəzinə çalışaram, nə deyirsən?

Atası – anası ikisidə birdən – Aylına: yox qızım sən çalışmayacaqsan. Aylın ikisinədə təcüblə baxaraq – Ümidə: sonrada deyillər mən atama çox bənzəyiəm. Boş yerə deməmişlər, ər – arvadın torpağı bir yerdən götürülmüş. Baxsanız, sizdə bir – birinizə çox bənzəyirsiniz, sözünüzüdə birdən deyirsiniz. Ümidlə Ramiz, güldülər Aylının dediyi sözə.

Ümid qəhvəsini götürüb – Aylına: bağışla bacım, valideyinlərimə qarşı çıxa bilmərəm. Sən hələki dinlənəcəksən evdə, bu qədər. Ramizlə Ümidin özünə gülməsinə əsəbləşdi. Aylın – Ramizə: səndə sabahdan işə çıxırsan Ramiz bəy, bəsdir dincəldin evdə. Dilqəm şirkətdə tək qalmış, yazıq işi çatdıra bilmir. Ramiz – Aylına: sən mənimlə çalışmağa razı olsan çıxaçam işə, əks halda Dilqəm dostun tək çalışacaq. Aylın uşağın əlinə oyuncağı verib – Ramizə: oğlum mənə icazə yoxdur, sən çıx işə yazıqdır, qardaşın sayılır.

Anası – Ramizə: səhərdən işə gedirsən oğlum, narazılıq istəmirəm. Ümid gülümsəyərək, – Ramizə: anam çox az zarafat edir, ciddi say dediklərini. Anası – Ramizə: oğlum uşaq qalsın bizdə, sən rahat işinə get, biz ona gözümüz kimi baxarıq. Aylın – Ramizə: anam düz deyir, qalsın bizimlə dayım gəlincə, sən rahat işinə get – gəl. Ramiz biraz düşünüb – Aylına: mən ona çox öyrəşdim canım, ayrı qala bilmərəm. Aylın dərindən nəfəs alıb – Ramizə: məndə çox örəşmişdim, unutdunmu? Ramiz anladı nə demək istədiyini. Ramiz – Aylına: tamam canım, mən səhər işə gedib, axşamları görməyə gələrəm. Anası xadiməni səslədi, süfrəni hazırlayın axşam yeməyinə. Xadimə gəlib – anasına: baş üstə Sevda xanım, getdi tez mətbəxtdə. Anası telefonunu götürüb öz – özünə: harda qaldı Sərdar? zəng etməkçün nömrəsini yığdı.

Ramizin xoşu gəlmirdi Sərdardan, – anasına: budur Sevda xala Sərdar. Anası baxıb gülümsəyərək, – Ramizə: böyük Sərdarı deyirəm oğlum.

Aylın baxdı gülümsəyərək, uşaqla oynadı öpdü təkrar – təkrar. Atası qızına baxıb qürur duyurdu. Ancaq çox yaxşıda bilirdi ki, Fazil itinin yoxa çıxmasında qızının əli vardı. Atası – Aylına: qızım sən mənimlə gəlsənə, süfrə hazır olana qədər deyəcəklərim var. Anasının başı telefona qarışdığından duymadı. Aylın uşağı öpüb, ayağa qalxdı. Atasıyla gedərkən, qardaşının altdan – altdan baxıb nə isə işarə etdiyini görsədə, anlamadı nə dediyini. Ümid qalxıb uşağı qucağına götürüb, öpərək oxşadı. Anası – oğluna: sənində evlənəsi vaxtın çatıb oğlum. Ümid tez uşağı götürüb, anasının sualından qaçaraq otağına getdi. Anası narazılıqla ardınca baxaraq, – Ramizə: gördünmü oğlum, bax qaçdı evlənmək sözünü duyan kimi. Ramiz gülümsəyərək, – anasına: Sevda xala qoy subaylığını yaşasın, yazıqdır evləndirmə. Anası -Ramizə: düz deyirsən oğlum, o səndən kiçikdir, ən gözəli sən evlən. Ramiz qəhvəsini içirdi, az qaldı boğulsun öskürüb baxdı. Anası qaşlarını qaldıraraq – Ramizə: oğlum siz niyə bu qədər evlənmək dedikdə qorxursunuz? Ümid otağına qaçır, sən boğulursan. Ramiz öskürərək özünü toparlayıb, – anasına: Sevda xala düz deyirsən, Ümidi evləndirəsi vaxtı çatıb. Anası gülümsəyərək, başını narazılıqla sirkələyərək öz – özünə: ay mənim yaramazlarım. Sərdar telefona cavab vermirdi, qulağında telefonla gözləyirdi.

Aylınla atası otağında söhbət edirdilər. Atası – Aylına: qızım bax, mən istəmirəm ötənləri xatırlayım. Ancaq məni narahat edən bir sual var ürəyimdə, özün bilirsən, mənə nə qədər əzizsiniz hər biriniz. Aylın sözünü kəsərək, – atasına: ata narahat olma mənimçün. Sizdə canımdan dəyirlisiniz bilirsən, o bir daha ailəmizə yaxınlaşa bilməyəçək, ürəyini rahat tut sən. Atası dərindən nəfəs alaraq, – Aylına: bilməzmiyim qızım? sən bizimçün ölümünə bilə göz yumdun, həmdə bilərək. Sənin mərdliyin qarşısında qürur duyuram, sənin kimi evlad dünyaya gətirdiyimizçün çox şadam. Atasının bi ixtiyar gözləri yaşardı. Aylın – atasına: anam deyir mən xasiyyətimdən sənə çox bənzəyirəm, bu mərdlik sənin qanından keçmiş mənə. Atasının ürəyinə fərəh doldu, gözlərini silib – Aylına: qızım bax, bu günlərə kimi mənsiz başın çox dərtlər çəkmiş. Nə olar ver mənə o şərəfsizi cəzasını verim, rədd olsun. Aylın dərindən nəfəs alaraq – atasına: canım atam, məni boya – başa çatdıran valideyinlərim sayılan, o günahsız insanların ruhları qarşıarında min can borcluyam. Bax o şərəfsiz oları vaxtsız məndən aldı, qanlarına qəltan etdi. Söz verdim məzarları qarşısında ki, mən ondan etdiklərinin heyifini mütləq alacam. Xayiş edirəm bu son işim olsun yerinə yetirim, bəlkə ürəyim azacıqda olsa rahatlıq tapar. İzin ver, bizə yaşatdıqlarının heç olmasa yarısının zülümünü çəksin, ona rahat ölüm haramdır. Aylınında bi ixtiyar gözləri yaşardı. Aylın – atasına: neçə günahsız insanlar həyatlarını itirdilər mənə görə, bir bilsən ata ürəyim necə yanır odsuz – alovsuz. Atası qızını yaxşı anlayırdı. Atası ayağa qalxdı, Aylında yerindən qalxdı, atasına hörmət əlaməti olaraq. Atası gəlib qızının boynuna sarılıb, göz yaşlarını axıdaraq yavaş səslə, – Aylına: bilməzmiyim qızım. Sən mənim canım qızımsan, bir canıq – qanıq. Aylının üzündən öpüb, saçlarını sığallayıb öz – özünə: Allahım nə olar, məni artıq çəkə bilməyəcəyim sınaqlarına sınama.

Qapı döyüldü, qucağında uşaqla Ümid içəri baxdı. Anladı halarından, – olara: Rəhim bəy, Aylın xanım, anam sizi yeməyə gözləyir. Bilirsiniz gecikdiyində əsəbləşir, gəlin. Aylın üzünə baxaraq, atasının göz yaşlarını əliylə silərək, pıçıltılı səslə – atasına: məni anladığınçün təşəkkür edirəm atacan. Atası biçarə gülümsəyərək, qızının üzünə sığal çəkib – Aylına: artıq sən bizə döndün qızım, ürəyim rahatdır. Aylın atasının əllərindən öpərək, – atasına: anamı gözlətməyək, gedək yeməyə.

Ümid qapıda gözləyirdi. Atası yanından keçərkən qucaqından uşağı alaraq, öpüb – uşağa: gəl oğlum qucuma. Məni oğlum babalıq üzünə həsrət qoyub. Ümid – Aylına: aydaa, of – offf anamdan qaçdım, indi atam başladı. Aylın əlini qardaşının çiyninə qoydu. Uşaqla danışa – danışa gedən atasının ardınca baxıb – Ümidə: qardaşım duymadınmı? Olümdən, birdə evlənməkdən qaçış yoxdur demişlər, boşuna ofuldama. Ümid qolunu bacısının boynuna salıb, gülüdü. Ümid – Aylına: özündən bir saniyədə, yeni – yeni məsəllər düşünməyin hardandır?

Aylın gülümsəyərək, – qardaşına: səndən böyük olduğumdandır, canım qardaşım. Gedək anam indi bizi acılayacaq. Ümid bacısının üzündən öpüb, qol – boyun mehribanca getdilər atasının ardınca.

Səhər açılmışdı, Ramiz şirkətə işə gəldi. Dilqəm görüb çox sevindi, – Ramizə: qardaşım xoş gəldin. Quxaqlaşıb görüşdülər, – Dilqəmə: qardaşım, Aylın dostun sənin xətrini gör nə qədər istəyirmiş, əmir etdi ki, səhər işdə olum. Dilqəm gülümsəyərək, – Ramizə: Allah ondan razı olsun, dotsuz mənim günüm qaradır. Ramiz keçib əyləşdi yerinə – Dilqəmə: Nazlı yoxmu?

Diləm gəlib masaya söykənib – Ramizə: bacın bu gün izinlidir işdən. Ramiz gülümsəyərək, – Dilqəmə: bacım mənim gələcəyimi bilirdi, öncədən məndən izin aldı qardaşım, bilirəm. Dilqəm qaşlarını çataraq baxdı, – Ramizə: bax sən, sevgilim qardaşının gələcəyini bilmiş, məndən gizlətmiş. Axşam mən ona hesabını soraram, dayansın. Ramiz – Dilqəmə: qardaşım, deyirəm bəlkə artıq evlənəsinizmi? əmi olmaq istəyirəm. Dilqəm üzünü turşudaraq – Ramizə: qardaşım onu – bunu evləndirincə, sən öz başına çarə çəkib bizi sevindirsən pis olmazdı. Ramizin yaralı yerinə toxundu, üzünün ifadəsi dəyişdi. Ramiz – Dilqəmə: mən Aylından başqasını sevə bilmərəm, artıq bu sualı mənə vermə qardaşım. Dilqəm öz – özünə: aydaaa yenə başladı. Dilqəm – Ramizə: mən bir neçə telefon etməliyəm, tez otaqdan çıxıb getdi ki, Ramiz söhbəti unutsun. Ramiz dərindən nəfəs alıb, kresloya söykənib nə isə düşündü. Tez masadan telefonunu götürüb, Aylına mesaj yazıb göndərdi. Az vaxtdan cavab gəldi, tez oxudu Aylın yazmışdı. (birdənəm iş saatın başladı, işinlə məşğul ol qardaşına yardım et,) Ramiz gülümsəyərək, öz – özünə: özündən başqa hər kəsi düşünən canım mənim.

Axşamı yeməyə Sərdar Aylın gilə gəlməmişdi. Aylın gəldi, – anasına: ana mən birazdan Sərdarı gəzməyə çıxaracam. Sən gəlirsənmi bizimlə?

Anası – Aylına: sən Sərdarla danışdınmı? Aylın anasının öz sualına cavab vermədən, Sərdarı soruşmasına biraz təcübləndi. Aylın – anasına: yox danışmadım, nə olub? anası nə isə narahat idi. Anası – Aylına: axşam dedi gəlirəm çatıram, sonra zəng etdi ki, mühüm işim çıxdı anam bağışla gələ bilmirəm. Aylın çiyinlərini çəkərək, – anasına: burda narahat olacaq nə var ki, Sərdar uşaq deyil. Yəqin işi çıxmışdır. Anası şüphəli baxışlrla baxaraq – Aylına: çox maraqlıdır. Sərdar səhər tezdən bura kimi gəldi. Ancaq mənə uğramadan, atanla maşına əyləşib getdilər. Aylın dönüb getmək istəyirdi, birdən nə isə düşündü. Aylın – anasına: atamlamı getdi? – qızına: hə atanla getdi. Aylın narahat oldu, anladı ki, atası Sərdala, Fazil şərəfsizini tapmaq fikrinə gəlmişdilər. Tez otağına getdi, anası ardınca – Aylına: Sərdarla hara çıxacaqdınız? Aylın duymadı anasını.

Otağına gəlib, telefonunu götürüb Sərdara zəng etdi. Sərdar telefona cavab vermirdi, öz – özünə: aç, aç, bu zibili cavab ver. Otaqda oyana – buyana gəzərək, telefona cavab gözləyirdi. Əsəbləşdi, ax Sərdar bircə mənə bunu etmə. Sərdar telefona cavab vermədi. Aylın biraz düşünüb, pencərəyə yaxınlaşıb həyətə baxdı. Evdən qapıdan çıxsaydı, anası hara gedəcəyini soruşacaqdı, öz – özünə: bağışla anacan getməliyəm. Qapı döyüldü, içəri xadimə girib – Aylına: Aylın xanım, ananız Sərdar bəyi hara götürəcəyinizi soruşur. Aylın biraz düşünüb, – xadiməyə: gəl bura, sənə deyəcəklərim var. İndi dediklərimi edəcəksən, danışdıqmı? – Aylına: buyurun Aylın xanım, sizi dinləyirəm.

Sərdar Aylının atasını, babasının evinə gətirmişdi, oturub söhbət edirdilər. Babası gülümsəyərək, – Rəhimə: Rəhim mən dediyin adamın yerini, ancaq nəvəm məndən deməmi istəyərsə, sizə deyə bilərəm. Əks halda Aylın məndən inciyər. Sərdar dərindən nəfəs alıb, – babasına: nəvənin həyatı təhlükədədir, nə olar yardım edin. Mən çox araşdırdım, Aylın iz buraxmadan işini görmüş, tapa bilmədim. Babası gülümsəyərək, – Sərdara: bilirsən oğlum, Aylın işini dəqiq yerinə yetirəndir. Onu sən hazırlamısan, elə deyilmi? mənim yanıma gəlib soruşmaq əvəzinə, bəlkə onu izləsəniz rahat tapa bilərdiniz. Məndə çox axtardım, ancaq hələ bir xəbər yoxdur. Siz elə bilirsiniz, mən nəvəmi düşünmürəmmi? səhviniz var. Bax biraz səndən, biraz məndən, qalanınıda həyat təcrübəsindən öyrənmiş, artıq onun izinə düşmək çox çətin olmuş.

 

Atası narahat idi, – babasına: baxın Sərdar bəy dedi ki, sizin tapa bilməyəcəyiniz adam yoxdur. Qızımın telefonunu izlətsəniz? xayiş edirəm. Babası gülümsəyərək, – atasına: Rəhim, biraz öncə qızın pəncərədən enərək, anası görmədən evini tərk etmiş. İndi adamlarım hal hazırda ardınca izləyirlər. Sərdarla atası bir – birinə baxdılar. Atası inanmadı, öz – özünə: pəncərədənmi enib qaçmış? yox artıq. Babası qəh – qəhə çəkərək güldü. Babası – atasına: Rəhim, qızınçün bu sadə bir şeydir, elə deyilmi Sərdar bəy?

Sərdar dərindən nəfəs alıb, əlini üzünə çəkərək öz – özünə: ax Aylın axx.

Aylın şəhərin adam çox olan yerinə gəlib, taxsidən endi. Qapını örtüb, biraz kənara gedib mağaza aynasının qarşısında dayandı. Ozünü aynanın arxasında qoyulmuş, manikenlərin üstəki paltarlara baxan kimi göstədi. Əslində aynadan ardına baxaraq, izlənib – izlənmədiyinə əmin olmaq istəyirdi, anladı ki izinə düşmüşdülər. Mağazaya girdi, satıcı qız yaxınlaşıb – Aylına: xoş gəldiniz xanım. Aylın – qıza: xoş gününüz olsun, mənə başdan ayağa kimi geyinməkçün, seçimdə yardım edin. Qız gülümsəyərək, – Aylına: mağazamızda kefiyyətli, sizinçün çox gözəl yeni modalı geyimlərimiz var, siz bu tərəfə buyurun. Mən sizə yardım edəcəm seçimdə. Aylın yalandan gülümsəyərək, ətrafa nəzər salaraq, getdi qızla.

Aylını izləyənlərdən cavan bir oğlan mağazaya girdi. Başqa satıcı oğlan yaxınlaşdı, – ona: salam, mağzamıza xoş gəldiniz. Ozünüzçün geyimə baxmışsınızsa, düz ünvana gəlmisiniz, buyurun. Oğlan – satıcıya: mən xanımımçün hədiyyə almaq isəyirəm. Mənə satıcı xanımlardan birisi yardım etsinlər. Oğlan başıyla razılığını bildirib, – oğlana: bir dəqiqə gözləyin, getdi. Oğlan ətrafa nəzər salıb Aylını axtarırdı, görmürdü.

Az vaxtdan, yaxından Aylın başqa paltarda, gözlərində qara açkiylə getdi. Kassaya yaxınlaşaraq kartını çıxarıb, ödəniş etdi. Oğlan hələdə Aylını axtarırdı, tapmadığıçün əsəbləşir, hər çıxanlara baxırdı. Geyinməyə yardım edən qız, Aylının əynindən çıxarmış paltarlarını gətirib asdı başqa paltarların arasına. Aylın ödəniş edən arada, qıza baxaraq gülümsəyərək, razılığını bildirdi. Qızda gülümsəyib, razılığını bildirib getdi. Gözrünür Aylın qıza əlavə pul verərək, özünü gizlətməyə razı sala bilmişdi. Odənişini edib, mağazadan çıxıb zakaz etdiyi taxsiyə əyləşib, getdi.

Aylını izləyən oğlan, Aylının çıxmadığını görüb dözmədi. Paltar dəyişən yerlərə içazəsiz baxmağa başladı, bəziləri söydülər əyin dəyişilən yerdən. Hətta birisi, başına – belinə əlindəki paltarla vurub qovdu. Yazıq oğlan gülməli vəziyyətdə qalmışdı, Aylının izini itirərək.

Aylın taxsidə oturub yol gedirdi. Oz – özünə gülümsəyərək, telefonunu daşını çıxartdı. Telefonunu maşının şüşəsindən dışara atdı, anlamışdı babası tərəfindən çoxdan izləndiyini.

Babasına zəng gəldi, Sərdar həyəcanla nə dediklərini duymaqçün gözlədi. Babasının üzünün ifadəsi dəyişdi, bağırdı! yaramazlar, bir iş bacarmırsınız. Telefonunu izləyin həmən, bağırdı! təkrar olara. Əsəbindən adamı söyərək, telefonu masaya atdı. Babası – olara: görünür bizim… hiss etmiş, qaça bilmiş əllərindən. Telefonunu yolda atmış, izlənməsi qeyri mümkündür. Sərdar ayağa qalxıb getmək istəyirdi, babası – Sərdara: bu günlük buraxın qarışmayın. Aylın mənim tərəfimdən izləndiyini anlamış. Biz sizinlə plan quraraq, onu şaşırtmaqdan başqa çarəmiz qalmır. Atası dərindən nəfəs alıb, – Sərdara: oğlum bunu necə öncədən düşünmədik? niyə axlımıza gəlmədi evdən izləyək?

Sərdar – atasına: Rəhim bəy, Aylın bu qədər prafesyonalların əlindən – gözündən qaça bilmiş. Sizcə, bizim izləyəcəyimizi anlamazdımı düşünürsünüz? tez çıxıb getdi. Atasıda ayağa qalxıb, təşəkkür edib – babasına: siz yenədə düşünün. Bir plan qursanız, bizə bildirin biz hazırıq,. Mən bir daha qızımı itirmək istəmirəm, əlimdən gələni etməyə hazıram, getdi. Babasıda çox üzüldü, öz – özünə: təkrar izləyən adamlarını söydü.

Aylın xadiməyə tapşırmışdı, anasının başını bir neçə saatlığa qatsın. Evdə olmadığını bilməyə qoymasın. Xadimə hər dəfə anasına, Aylının ya vanna otağında, yada həyətdə telefonla danışdığını deyib, vaxtını keçirirdi. Yazıq özüdə çox qorxurdu, yalanının üstü açılar və işindən olardı.

Aylın Fazil şərəfsizinin yanına çatmışdı. Taxsi şoferi, Aylını onunla tək qoymaqçün – Aylına: mən buralardayam Aylın xanım, getdi. Aylın əlləri – qolları qandallı, pis qoxan Fazil itinə baxaraq, dərindən nəfəs alıb qarşısında əyləşdi. Aylın – Fazilə: bir vaxtdı bahalı ayaqqabılarına toz qonmazdı, indi nə haldasan Fazil şərəfsizi. Necədir, xoşuna gəlirmi belə yaşamaq? mənə yalvarsanda, səni öldürməyəcəyəm, bunu bilirsən. Sənə rahat ölüm haramdır, üzünü saqqal basmışdı, yolda – izdə yatan evsizlərə bənzəyirdi. Kinlə gülümsəyib baxdı. Fazil-Aylına: sən məndən pissən, bunu bilirsənmi? mən planlarımı illər öncə qurdum. Sən isə bir gündə, məndən fərqin nədir? səninlə biz oxşarıq. Aylına – Fazilə: sənə verdiyim cəzaya görə məni özünə bənzətirsənsə, mən səndən çox insaflıyam. Sən alçaq… hünərin çatmadı, heyifin olan insanın qarşısına çıxıb, mərdcəsinə savaşasan. İllərlə plan quraraq, neçə günahsız insanların qanını tökdün? vəhşi qansız. İnsandan bi kənar, mən səndən fərqli olaraq, başqalarını qatmadan, səninlə üz – üzə otururam. Mən səni kimi… qoxxağa, qarşımda durduğuna baxıb, sevə – sevə həzz alaraq seyr edirəm. Sənin illərlə quran planını, bir gündə başına yıxa bildim, bilirsənmi niyə? mənimçün ailəm çox dəyərlidir. Mən olarçün sənin qarşında rol gedə bildim, heç xəbərin belə olmadı. Mən ayaqda qalmaqçün gücü səndən alırdım. Yəni, bir nömrəli… düşmənimdən. Sənin planlarını başına yıxmaqçün, iana çox səbir etdim və sonunda qazandım. Fazil gülümsəyərək, – Aylına: qazandın hə? dəli kimi bərkdən güldü. Fazil – Aylına: sən məni özün öz əllərinlə, burdan açıb buraxacaqsan Aylın xanım. Bilirsənmi niyə?

Aylın – Fazilə: mənə gərək deyil niyəsi filan, artıq nələrisə bilməyim vacib deyil. Sənin xəyallarınıda boşa çıxaracağam, inan mənə. Fazil başıyla yox deyərək, kinlə gülümsəfi. Fazil – Aylına: səninçün ailənin nə qədər dəyərli olduğunu, çoxdan bilirəm mən. Sən düşünürsən, məni burda çürüdüb öldürıcıksən. Qəmli və təhlükəli həyatınıza son olaraq, əbədi nöqtə qoya biləcəksən? səhvin var Aylın xanım, çox böyük səhvin var. Bitmədi, əksinə bundan sonra başlayacaq ən əsasları. Mən boynuma alıram, hə sənə uduzdum. Bəs sənə maraqlı deyilmi. Sən məndən sonra, canından çox sevdiyin ailənə kimə uduzacaqsan? gülümsədi kinlə. Aylın gözlərini qıyaraq baxırdı, soruşmurdu, maraqlanmırdı. Aylın – Fazilə: mən sağkən, ailəmə zərər vermək istəyən hər bir şərəfsizin sonu, eyni sənin kimi olacaq, əmin ol. Bax, burda sənin qandallarında çürüyərək gəbərəcəksər. Sən ürəyini rahat tut, gəbərincə həyatının dadını şıxart. Ayağa qalxıb, bir – necə addım getmişdi.

Arxadan, – Aylına: bu gün bura gələrkən, səni izlədəndən xanını qurtara bildiyinün, mən hələki sağam. Aylın dayandı, dönmədən şüphəli baxışlarla baxaraq, düşüb nəyə işarə etdiyini anlamağa çalışdı. Fazil şərəfsizindən nə desən yalanlar gözləmək olardıda. Ancaq hardan bildi, özünün izləndiyini? ardına baxmadan getdi.

Gəlib şoferin qulağına nə isə pıçıldadı, ətrafa nəzər salıb baxdı. Şofer əlndəki çay fincanını masaya qoyub, qaçaraq getdi.

Ayın dərindən nəfəs alaraq, narahat və üzgün baxışlarla baxaraq, nə isə düşündü.

Aylının, atasıyla Sərdar evə gəldilər. Anası narahat olmasın deyə, yalandan gülümsəməyə çalışırdılar. Anası gəlib Sərdarı qucaqlayıb görüşdü. Anası – Sərdara: oğlum axşam yeməyinə gəlmədin, dedin mühüm işin var. Səhər bura kimi gəldin, Rəhimlə getdin heç mənə baş çəkmədən. Sərdar arvadı qucaqlayıb mehribanlıqla, – anasına: bağışla anam. Rəhim bəy, özüylə şirkətə gəlməmi xayiş etdi, tələsirdi. Rəhim tez Sərdara dayaq olmaqçün – arvadına: canım, Sərdarı mən apardım, o gəlmək istəyirdi. Gərçəkdən tələsdiyimə görə dedim ki, sonra gələrik birlikdə, bax gəldik.