Günahsız günahkar. Roman. Hissə – 5

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Czcionka:Mniejsze АаWiększe Aa

Hər kəsdən bir başqa, Sərdarın üzüntüsünü sözlə ifadə itmək qeyri mümkün idi. Üzünü saqqal basmışdı, yazıq özünə yer tapa bilmirdi, canı göynəyirdi. Hər keçən gününü – gecəsini, Aylının ölüb getmiş valideyinlərinin məzarlarının yanında oturaraq keçirirdi. Çox zəyifləmişdi, göz yaşlarıda qurumuşdu sanki. İnsan nə qəribə məxluq deyilmi? hər kəs deyirdi Aylınsız ölərik yaşamarıq, pərişan olsalarda, kimsə həyatından olmamışdı. Çətində olsa dözürdülər, yıxılsalarda qalxırdılar. İnsan dözən dərdi Allah daşa versəydi, daş dözməzdi param – parça olardı.

Bəlkədə Aylının ölüsünü görmədikləriçün, ümidləmi yaşayırdılar? heç kim bilə – bilməzdi. Oların ürəklərində olan yanğını – çarəsizliyi, təkcə özlərindən başqa kimsə bilməzdi. Sərdarın artıq kimsəsi qalmamışdı. Hər şeydən əlini üzüb küskün oturmuşdu, dizlərini qucaqlayıb məzarlara baxırdı sakitcə. Arxadan kiminsə səsi duyuldu, – Sərdara: qaraşım. Sərdar o qədər zəyifləmişdi ki, səsin kimə ait olduğunu axlına gətirə bilmədi, başını qaldırıb baxdı. Gələn Fəda idi, gördüyündə elə kövrəldi ki, ayağa qalxmağa çalışdı, halı olmadığından çətinlik çəkdi. Fəda tez gəlib qalxmağa yardım edib, baxdı. Fədanın gözləri yaşardı, – Sərdara: qardaşım etmə belə, Aylını acıtma- sızlatma. Fəda belə desədə, özüdə çox üzülmüşdü Aylının yoxluğundan. Tez Sərdarın boynunu qucaqlayıb özünə sıxıdı. Fəda gözlərinin yaşına hakim ola bilmədi, göz yaşları üzünə süzüldü. Sərdar zorla qollarını Fədanın boynuna sala bildi, gücü qalmamışdı. Çoxdandı ağlamırdı, Fədanı quşaqlayıb hönkürərək elə ağladı ki, Fədanın ürəyi yandı odsuz – alovsuz. Fəda – Sərdara: can qardaşım can. Sərdar ağlaya – ağlaya – Fədaya: Aylın yoxdur artıq, tərk etdi məni insafsız. Bax nə hala qaldım onsuz, burda oturub, səbirsizliklə ona qovuşacağım günümü gözləyirəm qardaşım. Fədanın bi ixtiyar gözlərindən yaş süzülürdü. Sərdarı bərk – bərk qucaqlayıb sıxıb tutdu ki, yıxılmasın.

Beləcə bir neçə günərdə keçdi. Fəda zorla Sərdarı otelə gətirib, həkimə yoxladaraq yatağına yatızdıra bilmişdi. Sərdar günü – gündən zəyifləyirdi, ayağa qalxmağa taqəti qalmamışdı Aylını itirdiyi andan. Fəda yanında oturub üzgün – çarəsiz, nə edəcəyini bilmirdi.

Ümid atasıyla söhbət edirdi, şirkətdə kefsiz oturmuşdular. Ümid – atasına: nə oldu tapa bildinmi, killerlərini? sözünü çox çətinliklə deyə bildi. Bacımı harda dəfin ediblər cümləsini, düzgün qurub deməyə çətinlik çəkirdi. Atasının ən yanıqlı yeri idi, toxunduqca qanayır, içinə damla – damla axırdı acısı. Fazil alçağı, sonunda qızının qatili olmasına yardım etmişdi. Atasəı – Ümidə: yox, adamlara tapşırmışam axtarıllar. Sanki elə bil yer yarılmış yerə girmişlər, birindən səs – soraq yoxdur. Ümid fikirə dalıb, – atasına: anam səni bağışlamayacaq, bunu bilirsənmi? bağışlamaz əsla. Atası üzgün – peşman baxışlarla baxaraq, – oğluna: niyə bunları mənə deyib, ürəyimi ağrıdırsan oğlum? azdırmı yaşadıqlarım. Ümid – atasına: bunda tək sən günahkar deyilsən ata. Sənin qədər məndə günahkaram, bilirsənmi niyə? kaş inanaydım onun doğmam bacım olduğuna. Sənə deməzdim, gizlin saxlayardım sirrini ömrümün sonuna qədər. Dilim quruyaydı sənə gəlib dediyim yerdə, bacımın qatili olmayaydıq. İkki əlləriylə başını tutub, yaşarmış gözləriylə baxaraq – atasına: hara oldu o şərəfsiz Fazil… alçağı? niyə bu qədər vaxtda ondan xəbərsiz olmusan sən.

Atası -Ümidə: o alçaq şərəfsiz düşman, səni lənətə gələsən ilan. Şərəfsiz… məndən evladımı oğurlayıb, illərlə gizlin saxlamış. Bu qədər illərdə plan qura bilmişsə, mən hardan bilə – bilərdim onun yaşadığını? mən o alçağı vurmuşdum gəbərsin deyə. Sən anlayırsanmı məni? murdarların neçə canı olurmuş, sağ qalmış pislik, əsəbləşib yumuruğunu masaya vurdu.

Anası başqa evdə yaşayırdı, ərindən – həyatından tam küsmüşüdü. Divanda oturub, həyatına üzgün – peşman fikirə dalmışdı, gözlərindən yaş süzülürdü. Qızına – özünə edilən haqsızlıqlardan yanmışdı yazıq qadın. Qapının zəngi basıldı fikirdən ayıldı, qalxıb qapıya getdi kefsiz – yorğun addımlarla.

Gəlib qapını açan zaman öz – özünə: oğlum evin açarlarınımı unutdun? açdı aqpını. Qapıdakının oğlu olmadığını görüb, yad baxışlarla baxdı qarşısında dayanana. Yörün səslə, – qarşısındakına: kimsiniz, kimə baxmışdınız? sizi mənə xadimə və ya aşpaz kimi ərim göndərdisə, bilin mənə kimsə gərək deyil, gedin yormayın mən. Qarşıdakı – arvada: məni kimsə göndərmədi, özüm gəldim. Mən bu həyatdda qalan günlərimi qulluğunuzda durmaq istəyirəm, mənə qarşılığında heç bir şey ödəmək gərək deyil. Mən nə aşpaz kimi, nədə xadimə kimi gəlmədim. İzin verib məni qəbul etsəniz, illərlə həsrət qaldığım üzünü doyunca görərək, istiliyini hiss edərdim başqa evladlar kimi.

Mən sənə gəldim anacan, qızın Aylınam. Anasının qapıdan tutumuş əli yanına düşdü, qulaqlarına inanmadı, həyəcanlandı. Gərcəkdən qarşısındakı doğma qızı Aylın idi, ölməmişdi şükürlər olsun. Anası bütün olanlardan – yalanlardan şok yaşamışdı, yazıq qalmışdı şaşqın baxaraq. Aylını heç görmədiyiçün, bilmirdi gərçəkdən qızıydımı – deyildimi. Nə isə demək istədi, danışa bilmədi. Aylın anasının boynuna sarılıb, qucaqlayıb ağladı. Aylın – anasına: ölmədim anacan, bu dəfədə ölmədim, səninçün həyatdda sağ qala bildim. Anası artıq anladı, qarşısındakı üzünə illər öncə həsrət qaldığı, doğma evladı idi. Qızım canım, balam, səsi titrədi əlləri əsdi. Aylına sarılıb elə ağladı ki, insan olan hər kəsin ürəyinə toxunardı ana fəryadı, ağlaşı, yanğısı, yazığı günahsız çox yandırmışdılar.

Aylını təkrar – təkrar üzündən – alnından öpərək, qoxlayıb qucaqlayaraq, yana – yana içini çəkərək ağlayırdı. Anası – Aylına: sən mənə döndün qızım, döndün məni tərk etmədin. Allahım dualarımı duydu, bu qədər haqsızlıq ola bilməzdi bizə qarşı. Allahım çox şükürlər olsun sənə, qızımı qaytardın mənə. Aylının üzündən ikki əllləriylə tutub, öpməkdən doymudu. Anası – Aylına: bağışla qızım, bağışla məni. Canım qızım bağışla, səni qoruya bilmədim pisliklərdən, haqsızlıqlardan. Qızının üzündən öpə – öpə qoxusunu alaraq, saÇlarını sığallayıb, təkrar bağrına basıb hönkürərək ağlayırdı.

Aylında göz yaşlarına boğulmuşdu, anasını sakitləşdirməyə çalışırdı. Qucaqlayıb bərk – bərk özünə sıxıb, üzündən – saçlarından, öpərək yaş süzülən gözləriylə baxırdı. Doymurdu anasının nur üzündən, qoxusundan. Sonunda anasının ürəyi dözmədi, özündən keçindi qızının qollarına düşdü. Aylın anası yıxılmasın deyə, qapıda yerə otuzdurub qucaqlayıb tutdu. Aylın – anasına: anacan nə olar özünə gəl, üzünü sığallayıb öpdü. Aylın qucağında qalmış anasını bərk – bərk uşaq kimi qucaqlayıb, özünə qısıb tutumuşdu.

Sanki əlindən alacaqlarından qorxurdu, illərin anasız həsrəti – qorxusu, özünü biruzə verirdi.

Axşam olurdu, Ümid – atasına: mən anama gedirəm. Allah bilir yenə heçnə yeməmiş, səhərdən axşama kimi. Atası üzülürdü, dərindən nəfəs alıb – oğluna: yanınada kimsəni qoymur, qəbul etmir. Qalan ürəyimizdə anan üzür bitirir, get bax mənə mesaj yaz necədir. Zəng etdiyimdə telefonumu açmır, qapını üzümə açmır, nə günə qaldıq Allahım. Ümid – atasına: başqa nə gözləyirdin ata? atasının yazıq – peşman baxdığını görüb, başqa söz demədi. Telefonunu açarlarını götürüb, çıxdı otaqdan. Atası öz – özünə: Allah mənim cəzamı versin. Daha bundan artıq nə cəza verə bilər ki? dərindən nəfəs alıb baxdı, nifrət dolu baxışlarla.

Nicat yatdığı yerdən ayağa qalxdı, başı döndü az qaldı yıxılsın, geri yerinə əyləşdi. Nazlı gəldi, – Nicata: gəl yardım edim gedək, anam gözləyir yeməyə. Nicat – Nazlıya: canım heçnə istəmir siz yeyin. Nazlı əl çəkmədi, zorla qolundan tutub qaldırıb – Nicata: elə şey yoxdur. Sən yeməsən bizdə yeməyəcəyik, gəl dedim. Zorla yavaş addımlarla otaqdan çıxardı.

Xalası süfrəni hazırlamışdı, ağladığıda hiss olunurdu gözlərindən. Nicatı görüb gülümsəməyə çalışdı, oğlum gəl sevdiyin yeməkləri hazırladım. Qolundan tutub oturmasına yardım etdi Nazlıyla. Yanında əyləşib, saçlarını – üzünü sığallayıb – Nicata: belə olmaz oğlum, yeməlisən ayaqda qalmançün. Nicatın gözləri yaşardı, – xalasına: kiminçün ayaqda qalmalıyam? Aylın artıq yoxdur xala. Onsuz həyatım söndü, məhv oldum mən. Xalası saçlarından öpdüb, göz yaşlarına hakim olmağa çalışırdı ki, Nicat dahada üzülməsin – qırılmasın. Xalası – Nicata: Aylın ölmədi, Nicat pərt xalasına baxdı.

Xalası yeməklərdən boş qablara çəkərək – Nicata: mən inanmıram qızım ölmədi. Bilirəm, ürəyim hiss edir, vardır bir planı. Görəcəksən bir gün gələcək, mənim qızım sağdır, ölmədi inanmıram. Mən görmədim ölüsünü yalandır, bilmədiyimiz bir şeylər var. Ürəyim məni Aylına qarşı heç aldatmadı, hər zaman düz çıxdı ona qarşı hiss etdiklərim. Baxarsınız bu dəfədə elə olacaq, qızım gələcək qıymaz, o bizi tək qoymaz, yemək çəkən əlləri əsdi.

Nazlı tez əlindən boş qabı götürdü, – anasına: ana nə olar özünü ələ al, etmə belə. Xalası çarəsiz – üzgün başını Nicatın sinəsinə qoyub, hönkürüb ağladı. Nicat gücsüz təqəti qalmayan qollarıyla, xalasının boynundan qucaqladı, özünə sıxdı. Xalasının saçlarından öpüb gözlərini yumdu, göz yaşları üzünə süzülrdü. Nicatın ürəyi – içi elə yanırdı ki, sözlə ifadə etmək qeyri mümkün idi. Nazlıda qoluyla göz yaşlarını silib, baxdı olara.

Ümid anasına gəldi, qapını özü açıb içəri girdi. Anasını səslədi, anaan mən gəldim, anasından səs gəlmədi.

Gəldi baxdı, anası mətbəxtdə yemək hazırlayırdı. Ümid qapının yanında söykənib, qollarını bir – birinə dolayıb anasına baxdı. Anasının son bir aydan sonra, yemək hazırlamağına şaşırmışdı. Ümid – anasına: ana yaxşısanmı? həyəcanlı idi. Anası dönüb oğluna baxdı, gülümsədi. Anası – Ümidə: canım oğlum gəldiyini duymadım, get əl – üzünü yu hər şey hazırdır. Axşam yeməyimizi bacınla birlikdə yeyək. Yeməyin dadına baxaraq, öz – özünə: Aylın qızımın xoşuna gələcək, bəh – bəh dadlı olmuş. Anasının bu hərəkətləri – danışıqları, Ümidi gərçəkdən qorxuzdu. Dahada həyəcanlandı, anasının axlını oynatdığını düşündü. Tez çevrilib həkim çağırmaqçün getmək istəyirdi, gözlərinə inanmadı, baxa qaldı yerində donub. Aylın gəlib qardaşının üzündən öpüb, – Ümidə: duymadınmı anamız nə dedi? get əl – üzünü yu, məndə acam. Mətbəxtdə keçib, anasını qucaqlayıb öpüdü. Yanında dayanıb, canım anam əllərinə sağlıq, nə gözəl qoxur yeməklərin off. Anası qaşıqla üfürüb, bişirdiyindən qızana yedirtdi uşaq kimi. Aylın yeyib – anasına: mmm çox dadlı olmuş, əllərinə sağlıq anacan. Anasının üzündən öpüb, boş qabları götürdü masaya qoydu.

 

Ümidi elə bil cəryan vurmuşdu, qalmışdı dili – dodağı söz tutulmuşdu, danışada bilmirdi, Aylın -qardaşına: qardaşım ruhmu gördün? gülümsəyib, boş qabları masaya qoydu. Ümid – anasına: ana mən görəni səndə görürsənmi? anasının kefi yaxşı idi. Anasə – oğluna: bacını deyirsənsə gərçəkdir, görməyimə elə xöşbəxtdəm ki, sözlə ifadə edə bilmirəm mənim yaraşıqlı oğlum.

Ümid sanki nəfəsdə alımırdı. Anasından bunu duyunca, udqunub əliylə alnını, üzünü, silib baxdı masaya çəngəl – qaşıq düzən bacısına. Aylın qardaşına baxmadan gülümsəyərək, masaya lazım olanları qoyurdu. Ümid əlini ağzına tutub, yavaş addımlarla bacısına tərəf gəldi, qarşısında dayanıb baxdı. Ümidin gözlərindən bi ixtiyar yaş süzüldü yanaqlarına. Ümid – Aylına: gərçəkdən sənsən, göz yaşları – qəhəri danışmağına əngəl olurdu. Ümid – Aylına: səni yenidən görməyimə, bir bilsən necə şadam canım bacım. Aylın qollarını açıb dayandı gülümsəyib. Aylın – Ümidə: bu hissi, mən səni birinci gördüyümdə yaşadım canım qardaşım. İnan səni yaxşı anlayıram, qolarını açıb dayandı. Ümid balaça uşaq kimi, bacısına sarılıb ağladı. Ümid – Aylına: bağışla bacım, bağışla məni. Aylında qardaşını qucaqlayıb, kövrəldi.

Qardaşınn üzündün, saçlarından, öpüb – Ümidə: oxxx nə gözəl qoxursan canım qardaşım. Zarafat etdi ki, özüdə ağlamasın, artıq anasının və sevdiklərinin göz yaşlarını görmək istəmirdi. Çox çəkmişdilər vaxtsız bu həyatarında. Anasınında özlərinə baxaraq, təkrar üzülüb ağlamasını heç istəmirdi. Ümid təkrar – təkrar bacısına baxıb, qucaqlayıb öpüb üzür istəyərək ağlayırdı. Aylın qardaşına çoxdandı həsrət idi, bu günü çoxdan gözləyirdi. Qollarından qardaşını, bir daha buraxmaq istəmirdi, döya – doya bağrına basıb, sarıla bilirdi artıq.

Anası gəlib ikisinidə öpüb, ağlayaraq bağrına basıb, mənim canlarım şirinlərim. Ümid anasınıda – bacısı qarışıq quşaqlayıb öpərək, özünə sıxıb sevincindən göz yaşlarına hakim ola bilmirdi.

Beləcə daha bir sabah açıldı hər kəsin üzünə. Kimiləriçün ən gözəl sabahlardan biri idi bu gün, kimiləriçün isə kədərli və üzün qəm – kədər dolu yeni bir gün idi. Bu gün xeyirli – sevincli bir sabah idi, xəbərsizdilər hələlik Aylının sağ olmasından çoxu. Aylın anasıyla yatmışdı qucaqlaşıb.

Ümid qapını açıb baxdı, yatdıqlarını görüb başını qaşıyıb, uşaq kimi yavaş – ehmal addımlarla gəlib, anasının bu tərəfinə pişik balası kimi sığınıb yatdı. Anası nə qədər vaxt idi, yorğunluqdan normal yuxu yatmamışdı, yazıq şirin yuxuda idi. Aylın qardaşının, anasını qucaqlayan qolunun üstünə əlini qoyub, gülümsədi. Ümid başını qaldırıb bacısının oyaq olmasına baxıb gülümsəyib, pıcıltılı səslə – Aylına: atama bildirimi?

Aylın başıyla yox deyə işarə edib, anasının qoluna üzünü qoyub nə isə düşündü. Ümiddə başını anasının bu bir qoluna qısıb, bacısının başqa planlarının olduğunu anladı, gülümsədi.

Nicat yerindən qalxıb gəlib, əl – qzünü yuyub vanna otağından çıxıb mətbəxtdə gəldi. Xalasının o halından sonra, özünü çarəsiz toparlamağa çalışırdı. Ozünə qəhvə süzüb əyləşdi, çox zəyifləmişdi -üzülmüşdü.

Az vaxtdan Nazlı gəldi, – Nicata: qardaşım sabahın xeyir, telefonuna zəng gəlirdi, bəlkə önəmlidir baxsanmı?

Nicat – Nazlıya: sabahın xeyir bacım, artıq mənə kimsənin araması önəmli deyil. Nazlı əlindəki telefonu Nicatın qarşısına qoyub, özünə qəhvə süzüb gəlib əyləşdi. Nazlı – Nicata: bu gün istirahət günümdür, çıxaqmı səninlə şəhərə? Nicatın baxışından anladı ki, çıxmayacaqdı. Nazlı öz – özünə: tamam qardaşım, bağışla demədim san. Nicatın bu durumu hər kəsi üzürdü, bunu yaxşı bilirdi ozüdə. Nicat – Nazlıya: mən buralardan getmək istəyirəm. Nazlı təcüblə baxaraq – Nicata: hara?

Nicat üzgün – yorgun dərindən nəfəs alıb, – Nazlıya: bilmirəm hara. Nazlını qorxudurdu onun belə deməsi. Nazlı – Nicata: bilirəm sənə bu haqda duymağın çox çətindir, ancaq deyəcəm ürəyimdə olanı sənə. Mən anamı əvəllər çox qısqandım, Aylını məndən çox sevir düşündüm, səhvlər etdim bilirsən səndə. Ancaq bu gecə anamın o dediyi sözünü çox düşündüm. Gərçəkdən Aylının sağ olub – olmaması şüphəli deyilmi səncə? nə düşünürsən bu haqda? Nicat üzgün baxışlarla baxıb, pıçıltılı səslə – Nazlıya: canım sağ olsaydı mənə bildirərdi, qoymazdı məni bu halda. Aylın bilirdi mən onu canımdan çox sevirəm. Nazlı – Nicata: bəlkə gərçəkdən başqa planı varmış. Aylını tanıyırıq, başqalarını təhlükəyə atmamaqçün dişinə sıxaraq, gizlin qalmasını məsləhət bilmiş. Nicatın telefonuna zəng gəldi. Nazlı dözmədi, – Nicata: açsana, bəlkə Aylındır?

Nicat özündən bi ixtiyar, tez telefonu masadan götürüb baxmadan, alo dedi, kefinin qalanıda pozuldu, zəng edən Dilqəm idi. Nicat – Nazlıya: al sevgilindir sən danış, telefonu uzatdı. Nazlı tez telefonu götürüb – Dilqəmə: bağışla canım, bilirsən qardaşımı son ayda danışmaq istəmir kiminləsə. Yox razı olmadı gəlməyəcək, tamam canım görüçərik, telefonu söndürüb masaya qoymaq istəyirdi, telefona mesaj gəldı. Nazlı – Nicata: icazə verirsənmi mesaja baxımı?

Nicat əliylə işarə etdi ki, maraqlı deyil bax istəyirsənsə. Nazlı mesajı açıb oxudu, gözlərinə inanmadı, təkrar səsli oxudu, canım səni sevirəm Aylın. Nazlı əliylə ağzını tutub baxdı. Nicat – Nazlıya: sən nə edirsən? hislərimlə oynamaq xoşunamı gəlir? Nazlı şoka düşmüşdü, gözləri yaşardı. Al oxu Aylın sağdır, dedimmi sənə? aman Allahıma çox şükürlər olsun. Telefonu masaya qoyub, tez anasını səsləyərək qaçdı xəbər etsin. Nicatın bir anlıq beyni dumanlandı inanmadı, Nazlının axlını oynatdığını düşündü. Həyəcanlı baxışlarla baxaraq, masadakı telefonuna baxdı. Ancaq telefonu götürüb baxmağa cəsarət etmədi. Yazıq qorxdu ki, yalan olar qalan ürəyidə qırılardı – üzülərdi. Dərindən – dərindən nəfəs aldı, ülkək baxışlarla telefona baxdı. Cəsarətini toplayaraq, əlini telefonuna uzatdı, əli əsdi həyəcandan. Telefonu götürüb mesajı oxumağa çətinlik çəkdi, baxmağa çəkinirdi, qalan ümidləridə məhv olardı yalandırsa. Çarəsiz bütün gücünü toplayıb telefonu gotürüb mesajı oxuduğunda, əlindən telefon masaya düşdü.

Arxadan sevinərək gələn xalasının, Nazlının, səslərini artıq qulaqları duymadı, ayağa qalxdı baxdı, xalası gözləri yaşlı özünə nə isə deyirdi. Ancaq ağzının tərpəndiyini görürdü, qulaqları duymurdu. Nazlınında sevinci bir başqa idi, tez telefonu masadan telefonu götürdü.

Anasına mesajı göstərib, – anasına: Aylındır deyən təkcə bu sözü dodqlarından oxuya bildi. Anasının gözlərindən yaş axırdı, nə isə deyirdi özünə tərəf baxıb. Nicatın artıq gözləridə qaraldı heçnə görmədi, yıxıldı.

Sərdar yenə səhər tezdən gəlib, məzarların yanında oturmuşdu, üzündən – gözlərindən yuxusuzluq – yorgünlüq axırdı. Kiminsə arxadan gəldiyini hiss etdi, ancaq dönüb baxmadı. Fədanın olduğunu düşündü, gəlib kim idisə arxasında dizləri üstə çökərək, əlini kürəyinə qoydu. Əlini kürəyinə çəkərək, – Sərdara: darıxdım, dönməyəcəksənmi? Sərdar şüphəli baxışlarla baxaraq, səsin Aylına ait olduğunu anlamağa çalışdı. Ürəyi döyündü həyəcan keçirdi, öz – özünə: Allahım nə olar canımdan öncə axlımı alma.

Üzünü kürəyinə dayayaraq – Sərdara: yadındadırmı? sən mənim əllərimi – ayaqlarımı qandallayaraq, cəza vermək isəmişdin. Məndə ehtiyatsızlığımdan çaya düşmüşdüm. Sonra səni dostum Tahir çayın qırağına gətirmişdi və sən, Aylın sözünü bitirməmiş Sərdar dönərək, Aylını qucaqlayıb içini çəkərək elə ağladı ki, Aylının canından – can getdi. İstəmirdi sevdiklərinin göz yaşlarını görsün. Sərdarı bərk – bərk qucaqlayıb özünə sıxıb, valideyinlərinin məzarlarına baxaraq göz yaşarında boğuldu. Aylın hiss edirdi, Sərdarın gücü – taqəti qalmamışdı. Aylın üzünü – üzünə qısıb, saçlarını sığalladı – oxşadı, necə zəyiflədiyini canına sarılmış qollarından hiss edirdi. Çox üzüldü Sərdarın bu halına. Sərdar qalan bütün gücünü toplayıb, Aylını qucaqlayaraq qollarına sarıb, titrəyirdi balaca uşaq kimi. Təkrar itirəcəyindən qorxurdu sanki. Sərdar – Aylına: canım mən sənsiz – ümidsiz burda ölümümü gözləyərkən, sən təkrar mənə döndün.

Mən unutmadım, o çayın qırağında çarəsiz oturduğum günümüdə. Sən gəldin mənə, gəldin canım, gəldin – gəldin şükürlər olsun gəldin, qurban olduğum gəldin.

Sərdar Aylının üzündən, gözlərindən, alnından, saçlarından öpərək ağlayırdı, yazığın ürəyidə – içi yanmışdı bu son bir ayda. Aylın Sərdarı qucaqlayıb yuxarı göy üzünə baxıb, Allahından yardım istəyirdi ürəyində. Sərdar qədərdə qorxmuş və acı çəkmiş Nacatda, huşunu itirərək yıxıımış halda ozünü gözləyirdi evdə.

Aylın anlayırdı, bundan sonra ona dahada çətin olacaqdı, iki sevdiyi ən dəyərli insanların ortalarında qalmaq, heç rahat olmayacaqdı. Arxadan olara qardaşı Ümid baxırdı. İnsan olanın bu duruma ürəyi yanmamaq qeyri mümkün idi, göz yaşlarını silib kənara baxdı. Sərdar bacısını qucaqlayıb elə ağlayırdı ki, bir kişinin belə ağlamasına iki səbəb ola bilərdi, ya sevdiyini itirdikdə, yada tapdığında.

Aylın qardaşı Ümidlə, Sərdarı anası yaşayan evə gətirərək yatağa yatızdırmışdılar, çox halsız idi. Anası – Aylına: qızım sən get yemək gətir, yazıq çox zəyifləmiş, mütləq yeməsi lazımdır. Sərdar susaraq, üzgün baxışlarla baxırdı. Aylın – Sərdara: Sərdar bəy anamı duydunmu? gülümsəyib, getdi yemək gətirməyə. Anası baxıb kövrələrək – Sərdara: oğlum özünə qəst eləmisən, yazıq olmuş sənədə. Sərdar – Sevdaya: Sevda xanım, mənə Aylınsız həyat gərək deyil. Arvad əliylə ağzını tutaraq, ağlamamaqçün özünü zor tutdu, – Sərdara: mən qızımı döğulduğunda itirdim sandım.

Heç üzünü görmədim, çox acıdı – sızladı ürəyim, illər keçsədə, qızımı heç bir gündə unutmadım. Sonra qızımın sağ olduğunu və atası tərəfindən vurulma əmrini verildiyini bildiyimdə, dünyam başıma yıxıldı. Gözlərindən yaş üzünə süzüldü, qızımı təkrar görməyimə bir bilsən necə şadam oğlum. Sərdar taqəti qalmamış əliylə arvadın əlindən tutaraq, – anasına: hər zaman düşünürdüm. Aylını kim dünyaya gətirmiş, o gözəl ananı görmək istəyərdim. Bir şərəfsiz alçaq səbəb olub, Aylında sizin üzünüzə mənim qədər həsrət qalmışdı, varlığınızdan xəbərsizdir yazıq. Şükürlər olsun, qızınıza sonunda qovuşa bildiniz. Aylın neçəncidir məni ölümdən qurtarır, həyatımı ona borcluyam, sizin qızınız bir mələkdir. Mən sizə təşəkkür edirəm, onu dünyaya gətirdiyinizçün, siz anaların ən gözəllərindənsiniz, əlindən öpdü. Arvad gözləri yaşlı Sərdarın saçlarını sığallayıb baxdı, danışa bilmədi qəhərindən.

Qapı açıldı, əlində sinidə yeməklərlə Aylın içəri girdi. Aylın zarafatla – Sərdara: inan ki, anamın hazırladqları yeməklərdən ölü yesə dirilərsə, bu yeməklərdən sonra axşama ayağa qalxmaq qarantin 100% faizdir Sərdar bəy. Gətirib sinini anasının dizləri üstə qoyub, – anasına: anacan məlhəmli yeməklrindən Sərdar bəyi yedirt. Mən birazdan gələcəm. Anasıyla Sərdar ikisi birdən – Aylına: xeyir ola? Aylın əllərini belinə qoyub öz – özün: vay arkadaş, gəl indi iki kamandir qarşısında cavab ver. Anası – Aylına: qızım nə dedim mən sənə? bundan sonra məndən icazəsiz heç yerə getməyəcəksən demədimmi?

Sərdar – anasına: düz deyirsən Sevda xanım. Nə olar bundan sonra sizdən izinsiz heç yerə çıxmasın, izin verməyin. Sərdar bilirdi Aylın Nicata gedirdi. Aylında bildi, Sərdar qısqandığından belə deyib, getməsinə əngəl olurdu. Aylın gözlərini qıyıb baxdı Sərdara.

Sərdar – Aylına: başına az iş gəlmədi, yetər mənə yaşatdıqların. Aylın insafın olsun etmə belə. Sən anandan izin alsanda, mən səni artıq tək bir addımda qoymayacam, duydunmu. Anası dönmədən – Aylına: duydun Sərdar bəyi qızım, elə deyilmi?

Aylının elə bil başından qaynar su tökdülər. Aylın -anasına: duydum anacan, tamam getmirəm heç yerə. Anası xörəkdən üfürüb qaşıqla yedirtdi, -Sərdara: ye oğlum çox zəyifləmisən. Aylın biraz baxıb, dərindən nəfəs alıb otaqdan getmək istəyirdi, anası səslədi. Qızım gəl gözüm gördüyüm yerdə əyləş ki, ürəyim rahat olsun. Üzünə illərlə həsrət qoydular məni, gəl gözəl qızım əyləş. Aylın anasını qıra bilməzdi. Keçib Sərdarın ayaqlarının yanında əyləşdi, və bilərəkdən əliylə qılçanı əzdi, canını acıtdı. Sərdar ofuldadı. Anası – Aylına: qızım ehtiyat et, yazığın canı qalmamış səndə ayağını acıtdın. Aylın yalandan gülümsəyərək, Sərdara baxaraq – anasına: bilmədim anacan. Aylın – Sərdara: canınımı acıtdım? gülümsədi əsəbdən. Sərdar – Aylına: tufanda batmışın, yağışdan nə qorxusu? hiss etmədim Aylın xanım, narahat olma. Anasının verdiyi yeməyi, zorla yavaş – yavaş halsız yedi. Aylın Sərdarın halına üzülürdü, fikridə Nicatda qalmışdı. Cibindən telefonunu çıxarıb, Nicata mesaj yazdı. ((canım anam icazə vermir çıxmağıma, səninçün çox darıxmışam).

Anası qaşıqla yeməkdən yedirdə – yedirdə qızına baxırdı. Anası – Aylına: kimə yazırsan qızım? sənin ətrafnda olan hər kəsi tanımaq istəyirəm bundan sonra. Aylın teleonu cibinə qoyub – anasına: tamam anacan, hər kəslə tanış edəcəm, oları səndə sevəcəksən. Anası uşaq kimi Sərdarın ağzını əliylə sildi. Anası – Aylına: mən çox sevinərdim, dediyin hər kəs Sərdar bəyin kimi olsaydılar. Qanacaqlı – mərəfətli, gözəl ürəkli. Aylın əlini üzünə çəkib, dərindən nəfəs alıb baxdı Sərdara.

 

Günorta olmuşdu, Ümid şirkətdə atasıyla çalışırdı. Atası – Ümidə: oğlum sənin nəyin var?

Ümid gözünü bilgisayrdan çəkmədən – atasına: heç bir şeyim. Atası oğlunun nədənsə dəyişdiyini, sanki olanları unutduğunu düşünürdü. Atası – Ümidə: oğlum burda içim qan ağlayır, sən isə orda bilgisayarın qarşısında oturub, telefonunla yazışaraq gülümsəyirsən. Bu nə deməkdir?

Ümid yenə gözünü bilgisayrdan çəkmədən – atasına: bacımla yazışıram ata. Atası birdən duyduğu sözdən pərt oldu. Atası – Ümidə: nəə? oğlum sən axlınımı oynatmısan? mənim hislərimlə oynamaq xoşunamı gəlir? bu qədər insafsız olma səndə mənə qarşı. Görürsən peşmanam canım acıyır, gözləri yaşardı bi ixtiyar. Ümid gülümsəyərək, üzünü qaşıyıb – atasına: hə axlımı oynatdım ata. Bilirsənmi nə vaxt? atası oğluna baxa qalmışdı. Axlımı oynatdım bildiyimdə ki, Aylın mənim doğma bacımdır. Sonra təkrar axlım oynadı, sən onun ölüm əmrini verib rahat evə gəldiyində. Birdə axlımı dünən axşam oynatdım, anama getdiyimdə bacımı sağ – salim masa hazırladığını gördüyümdə. Atası yerndən qalxıb əsəblə, – Ümidə: sənin axlında problem var oğlum. İndi bu nə deməkdir? qalx sənni həkimə aparacam eləcə indiçə.

Gəlib Ümidin qolundan tutub, ayağa qaldırıb – oğluna: ananı, bacını, itirdim. Sənidə itirmək istəmirəm, gedirik tanış həkimə indicə, Allahım bu nə cəzadır mənə versən. Ailəm gözümün önündə məhv oldu bir səhvimin uçbatından. Ümid atasının boynuna sarılıb, bərk – bərk quçaqlayıb gülümsədi. Ümid – atasına: canım atam şükürlər olsun, gərçəkdən bacım sağdır, anamla yaşayır dünəndən. Atası oğlunu boynundan çəkib, gözlərinə baxıb anlamağa çalışdı. Oğlunun bu dediyi gərçəkdimi? nələr olurdu. Ümid gülümsəyərək, – atasına: Rəhim bəy inanmırsansa mənə, get özün gör gözünlə yalandırmı, gərçəkdirmi. Mənim hələlik sənə deməyimə bacım razı olmamışdı, bax dözə bilmədim dedim. Baçım yazdı ki, anam artıq özünü izinsiz evdən bir addımda atmağa qoymur.

Atasını həyəcan bürüdü, udqunub bir anlıq duyduqlarının gərçək olmasını ürəyində dua etdi. Atası – Ümidə: əgər axlını oynatmadınsa, bəs bu bir ayda bacın hardaymış? necə qurtulmuş əllərindən. Ümid çiyinlərini çəkərək – atasına: mənə bu haqda heç bir söz demədi. Bacımın xasiyyəti sənə çox bənzərdi.

Ata bilirsənmi necə bənzərsiz? axlındakıları əgər demək istəmirsə, zor etmək mümükünsüzdür, bunu anladım mən. Atsı pis oldu başı döndü, gözləri qaraldı. Az qala yıxılacaqdı, Ümid tez tutdu yardım etdi, qolundan tutub gətirib kresloya otuzdurub, su töküb içirtdi. Ümid – atasına: keçdi ata özünü ələ al, anamın sevincini get öz gözlərinlə gör və sakitləş səndə artıq. Atasının gözlərindən yaş süzüldü, – Ümidə: nə üzlə gedə bilərəm ki? qızımın, ananın qarşısına. Hönkürüb üzünü Ümidin qarnına dayayıb, ağladı. Ümidin ürəyi sızladı atasının bu halına. Üzgün baxışlarla baxaraq, – atasına: anamda, bacımda səni çox sevirlər ata, get gör. Anlayarlar səni, sonunda bir can – qanıq. Atası balaca uşaq kimi dahada kövrəlib, peşman – üzgün ağladı.

Aylına Nicatla, xalası Afət gəlmişdilər. Nicat çox ağlamışdı Aylına sarılıb. Aylın anasının yanında Nicatla tək qalmaq fürsəti tapmırdı. Pıçıltılı səslə – Nicata: canım, anam bilmir səninlə bizim birlikdə yaşadığımı. Bunu ona deyə bilmədim, evdən dışarı izinsiz addım atmağa qoymur. Nicat Aylının saçlarını sığallayaraq, təkrar – təkrar öpərək – Aylına: əsası sən sağ döndün canım. Ananın cəzasına müvəqqəti qatlanarıq, qızlar anaları dinləməlidir. Aylın üzünə təcüblə baxaraq, yavaş səslə – Nicata: yox daha. Oğlum səndə üçünçü kamandirmi kəsildin başıma? Niçat gülümsədi. Aylını qucaqlayıb bağrına basaraq, dərindən nəfəsini alıb, qulağına nə isə pıçıldadı. Aylın gülümsəyərək, Nicatın sinəsinə başına qoyub sakit dayandı.

Xalası Aylının anasıyla söhbət edirdi, anasının xoşuna gəlmişdi, Afət xanımın danışığı – insanlığı. Aylın – Nicata: baxsana sanki bir – birini çoxdan tanıyırlarmış kimi, necə ürəkdən söhbət edillər. Nicat olara tərəf baxıb – Aylına: kimin xalasıdır? Aylının baxdığını görüb gülümsədi. Alnından öpüb – Aylına: kimin anasıdır? olar dünyanın ən gözəl ürəklərinə sahibdirlər canım.

Dilqəm gəldi, – Nicata: ivazə versən qısa zamanlıq Aylınla salamatlaşım gedim. Şirkətdə kimsə yoxdur, iş qalmış başıma tək yetişdirə bilmirəm. Aylın Dilqəmin boynuna sarılıb, – Dilqəmə: Ramizə heçnə demə, danışdıqmı?

Dilqəm qucaqlayıb gülümsəyərək, – Aylına: tamam dostum, sənin dediyin kimi olsun demərəm. Səni təkrar görməyimə bir bilsən necə şadam canım dostum, bir daha bizi tərk etmə, tamammı?

Aylın gülümsəyərək, – Dilqəmə: tamam dostum, danışdıq. Dilqəm Aylına baxıb gülümsəyərək, dərindən nəfəs alıb, o zaman tezliklə görüşmək üzərə dostum, getdi. Aylın Dilqəmin ardınca baxıb – Nicata: Nazlının bəxti gətirib, mənim gözəl ürəkli dostum sevgilisidir. Nicat Aylını özünə çəkib qucaqlayaraq, pıçıltılı səslə – Aylına: mənimdə bəxtim gətirib, sənin kimi sevgilim var canım. Aylının üzündən – saçlarından öpərək qoxladı, çox darıxmışdı.

Sərdarın qalxmağa halı yox idi, zorla yerində oturdu. Nicatın Aylınla yaxın olmalarını qısqanırdı, yumuruğunu sıxıb özünü ələ almağa çalışırdı.

Qapı açıldı, içəri Aylınla Nicat girdilər. Niçatda zəyifləmişdi, ancaq Sərdardan fərqli ayaqda qala bilmişdi. Nicat – Sərdara: özünü necə hiss edirsən? Sərdar tərs – tərs baxdıb – Nicata: səni gördüyümdə, dahada çox pis hiss edirəm. Nicat – Sərdara: əlbətddə haqlısan, məni gördüyündə özünü piss etməyə. Aylını burnunun ucaundan qaçırdılar… xəbərində olmadı, əsəbləşdi.

Aylın qarşısına keçib – Nicata: nə edirsən? sakit ol, anam duyacaq indi. Sərdarın günahı yoxdur, onun yerində səndə olsan qoruya blməzdin. Adamlar profesyonal biriləriydilər, işlərini çox dəqiq yerinə yetirdilər. Nicat anladınmı məni? kimsənin günahı yoxdur, mən ehtiyatlı olmalıydım. Nicat – Aylına: bu tipi məndən qoruma canım, öldürsəm canım soyumaz.

Sərdar – Ncata: bir az öncədə Fazil… aldanıb, denəmişdin bacarmamışdın. Nə ldu unutdunmu? məncə qalsın, ikinci dəfə biabır olma istəyirsənsə. Bu dəfə inan səni içəridən kimsə qurtarmaz, ömrünün sonuna kimi qalarsan orda. Gördüyüm qədəri, bu son bir ayda Aylının yoxluğu səni yıxmamış mənim kimi, heç pis görsənmirsən. Nicat dartındı ki, Sərdarı vursun Aylın qoyamadı. Aylın – Nicata: nə edirsən? sakit ol dedim. Nicat – Sərdara: inşallah bu son yıxılmağın olar, heç qalxmassan alçaq. Aylının əsəbinə toxundu Nicatın bu davranışı. Dişini – dişinə sıxıb, – Nicata: Nicat çıx tərk et otağı. Zorla qolundan tutub, Nicatı otaqdan çıxardı qapını örtdü.

Aylın – Nicata: sən nə edirsən? özünü ələ al, yaraşmır belə danışıqlar sənə. Nicat əsəblə əlini üzünə çəkib – Aylına: sən niyə o tipi qoruyursan axı? niyə qoymadın məzarlıqda gəbərsin rədd olsun həyatımızdan, dəyərsiz. Bu söz gərçəkdən Aylına toxundu. Aylın – Nicata: tərk et evi xayiş edirəm, özünə gəldiyində danışarıq, tamammı. Dedim sənə yaraşmır belə danışmaq, özünü toparla anam duymasın bu danışıqlarını. Mən səni tanıya bilmirəm, Nicat son vaxtlar çıxırsan cığırından. Kiminsə sözünə görə əlinə silah alıb, düşünmədən getmələrin filan, nələr olur? mən səni tanıdığımda belə deyildin sən. Nicat əsəblə – Aylına: həyat məcbur insanı dəyişir, axlını yerindən oynadır canım. Hələki bunun kimi… qarşına çıxdığında, qalan səbrində – axlında gedir. Aylın özünü ələ almağa çalışdı. Yavaş səslə – Nicata: sən gərçəkdən özündə deyilsən, nə danışdığını bilmirsən. Xayiş edirəm bir tərslik edib anamı üzmə, bax məni dinləməyib üzərsənsə, sözü ağzında yarımçıq qaldı. Niacat əsəblə otağa girdi. Gəlib Sərdarı tutub, sən alçaq, … vurdu yumuruqla. Aylın qaçaraq gəlib Nicatı Sərdardan çəkməyə çalışsada, alınmadı. Nicat halsız – gücsüz Sərdarı yumuruqla vururdu. Nicat – Sərdara: səni qalxmağa qoymayacam, alçaq gəbər. Aylın bağırdı! bəsdir Niacat vurma, duymursanmı məni? vurma dedim.