Günahsız günahkar. Roman. Hissə – 4

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Czcionka:Mniejsze АаWiększe Aa

Aylın Ramizi qırağa çəkdi qolundan tutub. Bəsdirin, nə edirsiniz siz? burası iş yerinin həyətidir, millət keçir burdan. Ramiz bəsdir dava axtarma yetər, bir dəfə sordun halımı insan kimi sevindim, bir dəqiqə keçmədi icinə… qoydun. Ramiz özünün qolundan tutmuş Aylının əlinə baxdı. Aylın Ramizin qolundan əlini çəkdi. Ramiz – Aylına: canım nə etdim ki? hər dəfə məni danlayırsan dinləmədən, ağzımı açmağa imkan vermədi tip. Nazlıya hədiyyə almaq istəyirdim, gəldim səndən xayiş edim, gedək yardım et hədiyyə seçməyimə. Mən hər gedəcəyimiz yeri bu tipin qarşısında deməyə borcluyammı? Aylın Nicata baxdı. Nicat baxışlarıyla işarə etdi ki, razı olmasın. Aylın – Ramizə: gərçəkdən hədiyyəmi alacaqdın? – Aylına: hə fikrimdə var. Aylın – Nicata: baxsana fikirləriniz necə üst – üstə düşdü bir – birinizi sevməsənizdə. Bizdə Nicatla Afət Anama bir hədiyyə almağa gedəcəkdik. Aylın Nicata işarə etdi ki, təsdiqləsin sözünü. Nicat Ramizə elə əsəbi idi ki, çarəsiz Aylının dediyi ilə razılaşdı. Nicat – Aylına: canım mən düşünməmişdim heç, gözümün ağı – qarası olan bu başdan xarabla birlikdə gedəcəyik deyə. Aylın – Ramizə: birlikdə gedəyin seçəyin, Ramizlə Nicat biri – birilərinə nifrətlə baxdılar. İkisidə birdən – Aylına: keç əyləş canım maşına. Ramiz Nicata tərs – tərs baxdı. Aylını gülmək tutdu, özünü zorla saxladı. Aylın – olara: sizin təkcə fikirləriniz deyil, sözlərinizdə ağzınızdan eyni çıxır baxsanız. Aylın taxsiyə əl edib çağırdı. Niçatla Ramiz Aylana baxdılar təcüblə. Aylın – olara: … mağazasında görüşərik, getdi taxsiyə əyləşdib. Ramizlə Nicat biri – birinə əsəbi baxaraq, öz maşınlarına oturub taxsinin ardınca getdilər.

Nicat Ramizin qarşısından yolunu kəsərək maneçilik edərək getdi. Ramiz Nicata əsəbləşib, basdı qaza ardınca.

Aylın taxsidə oturmuşdu yol gedirdilər, taxsini Nicat kecdi maşınıyla qarşıya. Ardıncada Ramiz keçdi. Aylın baxdı olara ki nə edirlər. Ramiz Nicatla yanaşı sürməyə başladı maşını, biri – birilərinə baxırdılar nifrətlə maşınları idarə edərək. Aylın öz – özünə: … olsun sizlə gedəçək yerə. Taxsi şoferi – Aylına: sən bir dəlilərə bax nə edirlər yolun ortasında. Bilmirəm kim verir belə… sürüçülük vəsiqəsini, şofer olara acıqlanıb pis söz dedi. Aylın deyə bilməzdi ki, bizim dəlilərdi deyə. Əsəblə baxdı öndən gedən Ramizlə – Nicatın yaramazlıqlarına. Biraz getdikdən sonra, Ramiz Nicatın qarşısına keçdi. Şofer – Ramizə: bax sən nə edir axmaq, indi qəza edəcəklər, dəlidir bunlar. Aylın narahat idi, Nicat qəza etməməkçün bir təhər yığışdırdı maşını yolda.

Nicat əsəbləşib qaza basaraq, Ramizin maşının arxasından vurdu. Şofer telefonunu götürüb polisə zəng edib, dedi yolda olanaları. Aylın əliylə alnını tutub baxdırdı. Ramizdə Nicat onu vurduğunda qəzəblənib, Nicatın maşının yanından vurdu. Nicat rolu zor tutdu başqa maşınlara dəyməsin.

Aylın dodağını dişləyib baxdı olara, az vaxtdan arxadan polis maşınları gəlib yetişdilər. Ramizlə Nicata maşınlarını saxlamalarını bildirdilər. Polislər – olara: saxlamasanız atəş açacağıq, maşınların nömrələrini deyərək bir daha bildirdilər. Ramiz maşını sağa çəkib saxladı. Nicatda ondan biraz qabaqda saxladı. Polislər tez maşınlardan töklüşərək, gəlib kisinidə maşınlarından çıxarıb, qollarını arxalarına buraraq, qollarına kələbçələri keçiridilər.

Aylın taxsi – şoferinə: saxlayın burda, – Aylına: dediyiniz ünvana yetişmədik xanım. Aylın – şoferə: mən pulunuzu ödəyirəm narahat olmayın, burda enəcəm. Şofer – Aylına: baş üstə xanım, maşını çəkdi qarşıda sağa. Aylın pulu verib – şoferə: üstü qalsın, maşından endi tez, taxsi getdi.

Aylın gəlib yaxınlaşdı polislərə, Nicatla Ramizi polis maşınlarına otuzdurdular. Aylın yaxınlaşıb – polisə: hansı şövbəyə aparırsınız bunları? polis – Aylına: xanım siz yaxınları deyilsinizsə məlumat verə bilmərəm. Aylının baxışlarından anladı, – Aylına: siz bunları tanıyırsınızmı? Aylın xəcalət çəkərək – polisə: bəli tanıyıram. Polis – Aylına: … şövbəsinə götürürük indi oları. Aylın əlini üzünə çəkib baxdı, Nicatla Ramizi aparan maşınlara. Ramiz Aylına dodaqlarıyala öpüçük göndərdi, gülümsəyərək. Aylın başını narazılıqla sirkələyərək baxdı. Nicat Aylına işarə etdi ki, narahat olmasın getsin evə. Aylın dərindən nəfəs alıb, qollarını biri – birinə dolayıb baxdı ikisinində ardlarınca əsəbi.

Nazlı uşaqla oynayırdı, öpüb qucaqlayıb, oxx sən nə şirinsən? uşaqda öpdükcə gülür, özünü istədirdi. Cansu gəldi, – Nazlıaya: Aylın xanım tapşırıb ilaclarınızı vaxtında verim sizə, Nazlının yenədə xoşuna gəlmədi. Aylın deyib dediyində, – Cansuya: mən daha sonra qəbul edəcəm ilaclarımı.

Cansunu səslədi Afət, Cansu xanım baxarsınızmı? Cansu tez yaxınlaşdı, – Afərə: buyurun Afət xanım. Afət – Cansuya: çox gec olmadımı? Cansu saatına baxdı, saat 8:00 olur Afət xanım. Sənə bir zəhmət, Aylını yığ mənə ver. Cansu telefonunu çıxarıb Aylına zəng edib, verdi telefonu Afətin əlinə buyurun, Afət təşəkkür etdi. Biraz gözlədi Aylın cavab verdi, Cansu mən səni bir az sonra arayacam. Afət – Aylına: qızım mənəm, dur bir dəqiqə kəsmə əlaqəni, Aylın Afətin səsini duyub, buyur Anam. Afət Aylının səsindən anladı narahatdı, – Aylına: qızım nə oldu? səsində bir narahatçılıq hiss edirəm. Biraz qulaq asıb, nəəə? yaxşıdılarmı? qızım düzünü de yaxşıdılarmı? ahh çox şükür, gəlin tez evə. Nazlı anasına baxdı, Cansuda baxdı narahat oldu. Afət telefonu Cansu götürsün deyə uzatdı. Cansu – Afətə: Afət xanım hər şey yaxşıdırmı? Afət ahh çəkdib – Cansuya: bizim bu iki dəlilərimiz davalaşmışlar yolda, polislər aparmışlar. Aylına Dilqəm ikisinidə gətirib gəlirik birazdan dedi.

Nazlıyla Cansu biri – birilərinə baxdılar. Nazlı gəlib uşağı Cansuya verdib – anasına: ana kimləri deyirsən? – Nazlıya: NiCatla Ramiz deyirəm qızım. Nazlı – anasına: Ramizi günahlandırır hər kəs, ancaq Nicat qardaşımda heç düz etmir. Anası görməyən gözlərini qırpmadan, qızının dediyi sözlərə şüphə ilə baxdı. Anası – qızına: qızım anlamadım, nə deməkdi bu? – anasına: ana Aylını Ramiz qorumuş indiyə qədər, tək qoymamış. Bax hətta hər şeyini buraxıb, ardınca bura gəlmiş doğma şəhərindən. Nicat indi Aylını ondan almış, özünə yar etmiş, bu səncə düzdürmü? Ramiz sevir Aylını, bunu hər kəs bilir. Aylında bunu bilə – bilə Nicata göz qoymuş. Cansu Nazlının belə deməsindən xoşlanmadı, anasıda Cansu qədər qızının dediyi sözdən xoşlanmadı. Anası – qızına: qızım sən nə danışırsan? Aylın Nicatla iş ortağıdır, dost – sirdaş sayılırlar. Aylın bir mələkdir hər kəsçün, candır – sirdaşdır, səhv anlamayın siz onu. Aylın elə insan deyil ki, kiməsə başqa gözlə baxsın. Hə qardaşın Nicat sevir Aylını, bunu məndə bilirəm, ancaq qərar Aylınındır unutmayın. Hər qadın, yüksəkdə olan sevgiyə – hörmətə layiqdir bu həyatda.

Ramiz demi azarladı dəfələrlə yazığı, özündən soyutdu? qızım bir daha duymayım Aylın haqda belə sözlər səndən, anladınmı? – anasına: əlbətddə anacan. Aylın elə mələk olmuş ki, hər kəs onu hiss edir, biz küçələrdən götürüldük sanki. Nazlı sözünün deyib getdi əsəblə.

Anası Nazlının dediklərinə, təcüblü üz ifadəsiylə baxdı. Afət – Cansuya: Cansu xanım, qızım mənim Aylına olan sevgimimi qısqandı indi? Cansu qaldı çarəsiz baxa. Cansu – Afətə: Afət xanım hələ kiçikdir Nazlı. Anasına ərköyünlük edir, qısqanır sizi çox sevir, bölüşmək istəmir kimləysə. Afət öz – özünə: ey vahh, mən deyirəm nədir Aylını bu qədər üzən, narahat edən. Aylına olan qısqanclığındanmı dedi Nazlı indi belə? – Afətə: mən Aylını qısa zamandır tanıdığım Afət xanım. Bu qısa zamanda, onun xətrini çox sevdim. Aylın başqa bir insandır, Nicat bəylə çox oxşarlıqları var xasiyyətlərindən, davranışlarından. Afət – Cansuya: elədir Cansu xanım elədir, Aylın qızım bam – başqadır. Nazlı qızım düz fikrləşmir, onunla danışmağım lazımdır. Cansu uşağı qucağında oynadaraq, – Afətə: Afət xanım biraz vaxt verin, Nazlı əsəbidir bilirik olanlardan. Cansu deyə bilmədi keçirdiyi xəstəlikdən, Cansu sözlərində çox diqqətli idi. Afətdə anladı, – Cansuya: çox sağol Cansu xanım, Aylının bəxti gətirmiş sizin kimi dayə tapmış. Cansu gülümsəyib, – Afətə: qarşılıqlıdır bizim tanış olmağımız. Afət əlini üzünə dayayıb, işıq üzünə həsrət qalmış gözləriylə baxdı üzgün. Cansu – Afətə: mən Sərdarın yeməyini verim, ürəyiniz bir şey istəyirmi, gətirim? Afət təşəkkür etdi, yox sən uşağı yedir sağol. Cansu getdi mətbəxtdə.

Afət çox üzülmüşdü, qızının belə rəftarına Aylına qarşı. Yazığın ürəyi çox narahat oldu duyduqlarından sonra. Öz – özünə: Allahım sən yardım et mənə.

Aylın Nicatı, Dilqəmdə Ramiz aparmağa çalışırdılar şövbədən çıxarıb. Şövbədən çıxarkəndə bir-birilərinə girməsinlər deyə, Dilqəm Ramizin qolundan tutumuşdu, Aylında Nicatın. Dilqəm dişlərini bir – birinə sıxaraq, yavaş səslə – Ramizə: dinc dur qardaşım, dinc dur bir çıxaqda burdan sağ – salim. Aylın Nicatın qolundan tutub, söz demədən ara – sıra dartırdı ki, sakit ol anlamında. Ramizlə Nicat biri – birilərinə nifrətlə baxa – baxa çıxdılar şövbədən.

Aylın – Dilqəmə: apar qadaşını sakitləşdir evdə, Ramiz – Aylına: səndə apar onun soskasını ver ağzına. Yatızdır bəbişi, qorxmuşdur özüüü, mən sənə başqa vaxt lay – lay çalacam darıxma, Nicatı lağ etdi. Nicat – Ramizə: Aylın verən hər şey qəbuldur mənə, lay – lay çalacağın günü səbirsizliklə gözləyəcəm. Aylın Nicatı zorla aparıb, otuzdurdu taxsiyə, getdilər.

Ramiz dartınıb qolunu Dilqəmin əlindən çıxarıb, bağrdı! yetərrrr. Ramizi əsəbləşdirmişdi Nicatın dediyi söz. Aylının verdiyi hər şey qəbuldur, – Dilqəmə: bax niyə tutursan məni, niyə? Dilqəm Ramizə baxdı biraz dayanıb. Birdən qolundan tutub, dartaraq apardı maşınına otuzdurdu. Dilqəm – Ramizə: düz deyirsən yetər, gərçəkdən yetərrr qardaşım. Özünə gəl, nə edirsən sən? hər gün bir şey qatıb – qarışdıraraq, özündən uzaqlaşdırırsan qızı. Anlamırsanmı sən bunu? Ramiz əsəblə baxdı, Dilqəm qapını örtüb gəlib sükan arxasına əyləşdi. Dilqəm – Ramizə: heç mənə elə baxma qardaşım, anamızında hər şeydən xəbəri var. Evə gedirik və özün etdiklərinin Cavabını verərsən, maşının qazına basdı.

Aylınla Nicat gəldilər evə, Cansu uşaqla gəlib kecmiş olsun Nicat bəy. Nicat – Cansuya: sağol Cansu, təşəkkür etdi. Aylın oğlunu götürüb öpüb oxşadı, aslan oğlum mənimm. Nicatda Sərdarın başını sığallayıb, – Cansuya: xalam bilirmi olanları?

 

Aylın – Nicata: bilir Nicat bəy, mən dedim xalana və indi isə keç özün anlat, necə anladacaqsansa yolda etdiklərinizi. Nicat keçdi xalasının yanına, Aylında Cansu ilə getdilər ardınca.

Xalası eşitmişdi səslərindən gəldiklərini, – Nicata: gəl oğlum, gəl anlat nədir sizin dərdiniz bu qədər üzürsünüz Aylını. Nazlıda gəlib Nicatı qucaqlayıb -Nicata: kecmiş olsun, bir xəta olmamış çox şükür. Ramizlə danışdım indi, Nicat Nazlıya baxdı, bir söz demədi. Xalasını qucaqlayıb, əlindən öpdü yanında əyləşdi. Xalası əliylə Nicatın üzünü axtardı, xalasının əlini üzünə tutdu. Üzünü – saçlarını sığallayıb kövrəldi, – Nicata: oğlum sən mənə bacımdan qalan tək yadiğarsan, bilirsən. Sən düşünmədinmi? sənə bir şey olsa mənim ürəyim dözməz ölərəm, gözlərindən yaş süzüdü. Nicat xalasının əlindən öpüb, üzünə tutdub – xalasına: heç nə olmadı, narahat olma xalacan. Başını xalasının dizlərinə qoydu uşaq kimi.

Aylının qucağından götürdü uşağı Cansu, Aylın xanım gedin duş alın, yorğunluğunuz çıxsın. Aylın getmək istəyirdi, Nazlı dilləndi – anasına: niyə soruşmursan anacan, bütün bu olanların səbəbkarı kimdir? Aylın baxdı Nazlıaya üzgün baxışlarla. Nazlıda Aylına baxdı soyuq – kinli baxışlarla. Cansu Nazlının dediyi bu sözdən pis oldu, baxdı Aylına üzgün baxışlarla. Nicatın başında havada əli qaldı anasının, qızının bu sözünü duyduğunda. Nicatda başını qaldırıb baxdı, Nazlıya tərs – tərs. Nazlı susmadı, – Nicata: mənmi deyim qardaşım səbəbini?

Aylın Nazlıya yaxınlaşdı baxdı ki, anasını üzməsin səhv düşüncələrini dilinə gətirərək. Nazlıda Aylına baxdı, hər kəs bir anlıq susaraq gözlədilər, nə deyəcək Nazlı. Aylın – Nazlıya: əgər bir daha dilindən tərs bir söz duyarsam bacım, ağzının üstündən gələrəm şilləni, duydunmu?

Aylının bu cəsarətli, sözü, hər kəsin ürəyinə yağ kimi yaxıldı. Mən duş sonra qəbul edərəm, indi isə hər kəs masa arxasında, böyüyümüzün yanına əyləşsin. Axşam yeməyimizi yeyib, üstümüzdə sevgisi – əziyyəti olan tək anamızın hal – xəbərini alıb, ürəyini şad edəyin, tamammı? Nazlı Aylından çəkindi. Başını aşağı salıb getmək istəyirdi, Aylın əsəbləşdi – Nazlıya: Nazlı masa arxasına, ananın – qardaşının yanına dedim. Nazlı Aylına tərs – tərs baxıb, keçib əyləşdi masa arxasına sakitcə. Hər kəsin ürəyincə oldu, Nazlını tərbiyələndirməsi Aylının. Aylın uşağı Cansudan alıb, – uşağa: sən nənəylə qal, biz Cansu xalanla yeməyi gətirək. Uşağı verəcəyini eşidib, Afət əllərini açıb – uşağa: gəl mənim şirin balam, gəl nənəyə. Aylın uşağı gətirib Afətin qucağına otuzdurdu. Nicat Aylına baxıdı razı baxışlarla. Aylın Cansuyla getdi mətbəxtdə.

Aylının bu rəftarı, xalasına Nicata qürur – hüzür vermişdi. Aylın bu hərəkəti ilə, bir daha bu ailəçün yad olmadığını sübut etdi. Afət uşağı oxşayıb gülümsədi. Nicat əyilib uşağı öpüb, aslan parçam mənim. Nazlı dediyi sözə peşman olmasada, susmağa məcburdu. Nazlı Aylından nifrət etmirdi, sadəcə Ramizində xətrini çox istəyirdi qardaşı qədər. Ortada dolaşıb qalmışdı, şeytan yolunu şaşırtmışdı, özüdə xəbərsiz idi.

Ramizi evə gətirib gəlmişdi, Dilqəm gildə də oxşar mənzərə idi, anası danlayırdı ikisinidə. Dilqəm – anasına: ana məni niyə danlayırsan? ona de, – Dilqəmə: sus sən heç danışma. Sənilə deyildimi qardaşın? Ramiz özünə görə Dilqəmi nəyçün danlayırdı anası, yaxşı anlayırdı. Ramizin anası öldükdən sonra onu oğlundan heçdə ayırmırdı, Ramiz heç birisinin üzünə baxmadan, sakit dayanmışdı. Fikrində Nicatdan əvəz çıxmaq idi. Anası – ikisinədə: sabahdan bilərəm sizi necə tərbiyələndirmək lazımdır, siz dayanın. Anası qalxıb getdi əsəblə. Ramiz – Dilqəmə: qardaşım üzülmə, ana nə desə hə demək lazımdır. Ayağa qalxıb getdi otağına. Dilqəm qaldı baxa Ramizin ardınca, şaşqınlığından bir sözdə deyə bilmədi. Dərindən nəfəs alıb, başını divana söykəyib dayandı.

Ramiz otağına gəlib yatağına uzandı, telefonunu çıxarıb Aylının nömrəsininə mesaj yazıb yolladı.

Xalasıyla Nicat oturmuşdular, Aylın duş qəbul etməyə getmişdi, telefonu masanın üstündə idi. Telefonuna mesaj gəldi, Nicat elə bil hiss etdi Ramizdən olduğu, birdə mesaj gəldi telefona. Nicat telefonu götürüb, baxdı gələn mesaja. Ramiz yazmışdı – Aylına: (canım nə edirsən? bağışla səni qorxuzduğumçün, oğlum yatıbmı? mən səni sevirəm canım, darıxıram sənsiz. Bütün etdiklərim sənə olan sevgimdəndir, incimə məndən nə olar, cavabını gözləyirəm). Nicat cavab yazdı – Ramizə: (Aylın duş alır bir azdan gələcək yanıma, mən onun yanındaykən sən cavab gözləmə Aylından. Soskanı qoy ağzına yat, uşaqların saatı çoxdan keçib gecdir, qorxursansa işığı söndürmə. Gözünün önünə mən gəlirəm yuxun qaçır bilirəm, qarşıma çıxmasan rahat yatacaqcan, çalış gözümə görünmə). Nicat göndərdi mesajı, telefonu masaya qoydu. Xalası – Nicata: oğlum yardım et gedim məndə otağıma. Nicat tez qalxıb, xalasının qolundan tutub apardı otağına.

Ramiz mesajı oxudu, az qaldı dəli olsun, mən sənin… … mənim adım Ramiz olmasın. Sənin mən … … …,Ramiz Nicatın ardınca pis sözlər işlətdi. Əsəbindən yastığı atdıb çırpdı kənara. Dilqəm gəldi otağa, Ramizin hərəkətlərini görüb, aydaaa yenəmi? Ramiz – Diləqəmə: o… mənə Aylının telefonundan yazmış, … … alcaq səni öldürməsəm mənim ……

Diləqəm başını sirkələdi narazılıqla – Ramizə: sus anam duyacaq indi. Ramiz telefonunu Dilqəmə atdı, Dilqəm telefonu tutudu. Ramiz pis – pis sözlər deyərək Nicatın ardınca, – Dilqəmə: oxu bax nə yazmış şərəfsiz. Dilqəm açıb mesajı oxudu, gülməyi tutdu özünü zorla saxladı ki, Ramiz dəliyə dönməsin. Başını qaşıyıb baxdı kənara. Ramiz əsəblə – Dilqəmə: mən verəcəm onun ağzına soskasınıda… də. Dilqəm telefonu gətirib qoydu, Ramizin yanına əyləşdi. Ramizə baxıb səsiz dayandı üzgün, yorğun baxışlarla.

Sabah açıldı Aylın qalxıb mətbəxtdə gəldi, qapının döyüldüyünü duydu qapıya getdi. Nicatda gəldi Aylının ardınca baxsın kimdir gələn. Aylın qapını açd, ı qapıdakı Ramiz idi. Aylın dərindən nəfəs alıb baxdı Ramizə, axşam etdiyi oyunu hələ unutulmamışdı. Yenə bir şey qarışdıracağını bilirdi Aylın. Ramiz yalandan baxıb gülümsədi, – Aylına: sabahın xeyir canım. Aylın – Ramizə: gərçəkdən xeyirdimi? – Aylına: xeyirdi canım, göz vuraraq gülümsədi. Nazlıya gəldim, görüb gedəcəm işə. Nicat gəldi, Aylın döndü ki Ramiz gəlsin ardınca içəri, o anda Nicatla toqquşadular. Nicat Aylının belindən tutudu, Ramiz ardında idi. Nicat Ramizin səsindən bilmişdi, Aylınıda bilərəkdən tutdu ki, acıq olsun. Ramiz Nicatın əllərinə baxdı, Aylının belindən tutumuş. Aylın Nicatın sinəsindən arxaya çəkdi, dönüb – Ramizə: buyur keç, dedin Nazlıya gəlmisən, çalış səssiz davasız olsun bu dəfə.

Ramiz – Nicata: vay arxada gizlədirlər özünüüü, qorxdunmu? Aylın əsəbləşdi – Ramizə: Ramiz keç dedim. Ramiz Nicata baxa – baxa kedirdi, Nicatda dinc dayanmadı. Arxadan Aylının saçlarının qoxusunu aldı, Ramizə baxaraq. Ramiz Aylına baxıb kinlə gülümsəyərək, ketdi içəri.

Aylın dönüb – Nicata: mən tez hazırlanıram gedirik indi işə, danışdıqmı? Nicat Aylına üz ifadəsiylə bildirdi, mülayimcə hə deyə. Aylın getdi, Nicatın üzünün ifadəsi dəyişdi, ciddi oldu. Ramizin gəlməsinə çox əsəbləşmişdi.

Ramiz qapını döyüb, Nazlının otağına gəldi, Nazlı yeni oyanmışdı. Ramiz – Nazlıya: canım bacım mənim gülümsədi, Nazlı yerində oturdu. Ramizin gəldiyinə sevindi gəl qardaşım, Ramiz gəlib Nazlını qucaqlayıb öpüb, bağrına basdı. Nazlıda Ramizi qucaqlayıb tutudu, – Ramizə: çox qorxdum! sizə bir şey olmuş deyə. Ramiz Nazlını alnından öpüb, yanında əyləşdi – Nazlıya: qorxma bacım, heçnə olmamış görürsən. Dedimmi sən oyandığında yanında olacam? bax gəldim. Nazlı təkrar Ramizin boynuna sarılıb qucaqladı, – Ramizə: sənin haqqın üstümdə çoxdur qardaşım, ödəyə bilmərəm bir ömür yaşasam. Ramiz donuru tapmışdı Nazlıçün, onu deyirdi Nazlı. Ramiz gülümsəyib, ikki əlləriylə Nazlının üzündən tutub mehribanlıqla – Nazlıya: olurmu heç elə şey? sən mənim bacımsan. Həmdə qardaşımın sevgilisi, yəni artıq gəlinimiz sayılırsan. Bax bir daha belə söz demə, tamammı? Nazlı gülümsədi, tamam demədərm söz.

Ramiz cibindən çıxarıb Nazlıya aldığı hədiyyəni taxdı biləyinə, bilrəzik almışdı qızıl. Ramiz – Nazlıya: bunu sənə aldım, Nazlı baxıb sevindi, ayy cox gözəldir sağol. Sən gözəl ürəkli qardaşımsan, yadiğar saxlayacam hədiyyəni, Ramiz Nazlını qucaqlayıb bağrına basdı. Ramiz -Nazlıya: mənim sizdən başqa kimsəm yoxdur, canım qurbandır sizlərə. Nazlı Ramizin Aylınçün üzgün olduğunu anlayırdı, Ramizin üzünə baxdı. Nazlı – Ramizə: səni qırmalarının – üzmələrinin tərəfdarı deyiləm, inan mən sənin tərəfindəyəm bunu bil. Ramiz baxdı gülümsəyib, – Nazlıya: çox sağol canımın – canı, sən məni düşünmə özünə yaxşı bax. İlaclarını qəbul edirsənmi vaxtında? Nazlı başıyla hə deyə işarə etdi. Ramizin bu halına çox üzülürdü, danışsa ağlayacaqdı gözləri yaşardı. Ramiz Nazlının gözlərini sildi əliylə – Nazlıya: mən yenə gələcəm yanına. Dilqəmin salamı vardı sənə, darıxır səninçün. Nazlı – Ramizə: məni tezliklə işə götür nə olar. Ramiz Nazlının üzünə baxdı diqqətlə – Nazlıya: səni incidənmi var burda? de mənə nə oldu? Nazlı yaşarmış gözlərini silib – Ramizə: Aylın məni acılayır hər kəsin qarşısında.

Ramiz birinci inanmadı, Nazlının dediyinə şüphəylə baxdı, Nazlı axşam olanları danışmağa başladı Ramizə. Nazlı danışdıqca Ramizin üzünün ifadəsi dəyişirdi. Nazlı Aylının dediyini düzgün anlamamışdı axşam, səhv anlatırdı Ramizədə. Aylın anası üzülməsin deyə, Nazlıya bir kəlmə düzgün söz demişdi ki, anası Nazlıya acıqlanmasın və sonra səhv söğzündən üzməsin. Aylın yenə özünü atmışdı ortaya günahsız yerdə, bunu anlamağa Nazlıya çox vardı hələ. Ramiz Nazlı anlatdıqca çox üzülürdü. Ramiz dərindən nəfəs alıb – Nazlıya: sən heç üzülmə, mən Aylının cəzasını verəçəm söz. Nazlı – Ramizə: yox – yox heçnə demə ona nə olar, yenə mənə acıqlanacaq – danlayaçaq. Ramizin Nazlıya yazığı gəldi, bir anda ürəyi əsdi, Nazlının alnında öpüb ayağa qalxıb, otaqdan çıxdı.

Aylında evdən çıxıb Nicata tərəf gedirdi ki işə getsinlər, Ramiz səslədi arxadan, Aylın dayan. Aylın Nicata çatmağa bir necə addım qalmışdı, Ramiz yetişdi. Aylının qolundan tutub, özünə çəkərək şillə vurdu ağzından, Niçat tez yetişib Aylını tutudu ki, yıxılmasın. Aylın əliylə ağzını tutub baxdı Ramizə, Nicat Aylının qanamış dodağına baxdı, necə əsəbləşdisə Ramizə vurmaq istəyirdi, Ramiz bağırdı! Ramiz- Aylına: demişsən Nazlıya ağzından vuraram, deməyəcəkdin bunu ona, deməyəcəkdin Aylın. Nicatın əli göydə qaldı, bir anlıq duyduğunda Nazlıya görə Aylını vurdu Ramiz, dəhşətə gəldi. Nazlının bu satqınlığı Nicatı bir anda keylləşdirdi, əli qalmışdı yuxarda, Ramizi vura bilmirdi.

Aylın tez Nicatı sakitləşdirdi kənara çəkdi, sakit ol, Nicat sakit ol eşidirsən? mənim xətrimə, Allahın xətrinə gedək işimizə. Nicat Nifrətlə baxdı Ramizə. Aylın – Nicata: qırma məni gedək, Ramiz Aylını vurmasına çox peşman oldu, bir anlıq oldu olanlar. Ramizdə artıq Nicata baxmırdı, Ramiz baxa qalmışdı öz əlinə, necə Aylını vura bilmişdi?

Nicatı zorla apardı Aylın, dayanıb gözlüyən taxsiyə otuzdurdu, Aylında yanında əyləşib qapını ötdü, taxsi getdi. Ramiz hələdə özünün etdiyi hərəkətə baxa qalmışdı, əlini yumuruq sıxaraq, gözlərini yumub öz – özünə: Allahım nə etdim mən? əlim qırılaydı səni vurduğum yerdə bağışla, gözləri yaşardı bi ixtiyar.

Nicatla Aylın iş otağına gəldilər, hələ işçilər gəlməmişdilər. Nicat tez Aylının dodağına baxdı, eytiyatla yarasına toxundu, – Nicata: yox bir şeyim boş ver. Nicat ilac qutusunu götürüb, gətirib masaya qoyub açdı. İçindən ilacı – pambıqı çıxarıb, Aylının yaralanmış dodağına yavaş – yavaş toxundurdu. Nicat danışmırdı, çox üzülmüşdü Nazlının Ramizi qızışdıraraq Aylını vurdurmsına, Nicat özünü günühkar sayırdı. Aylın bunu yaxşı anlayırdı, Nicatın biləyindən tutdu, – Nicata: mənə bax asma suratını. Mən artıq şaşırmıram son zamanlar olanlara, səndə olduğu kimi qəbul etməyə çalış. Nicat Aylının gözlərinə baxdı üzgün baxışlarla – Nicata: mənim xətrimə, Nicat dərindən nəfəs alıb, Aylının dodağını silməyə davam etdi. Aylın Nicatın əlindən pambığı alıb – Nicata: sən bizə az şəkərli qəhvə hazırlasana. Nicat anladı, Aylın özünün başını qatmağa çalışırdı, söz demədən kofe makinasına yaxınlaşdı.

Aylın pambığı kənara qoyub, keçib əyləşdi masa arxasına, kampyuterini açıb işinə başladı. Aylın belə xırda – para yaralara fikir verən deyildi. Nicat iki fincan qəhvə hazırlayıb gətirdi, Aylına uzatdı. Aylın fincanı götürmək itəyirdi, baxdı Nicatın əlləri əsirdi, tez fincanı götürüb masaya qoydu. Obiri fincanda əlinə dağılar deyə, onuda əlindən götürüb masaya qoydu. Yaxındakı kreslonu çəkdi Nicatı otuzdurdu – Nicata: hələ iş vaxtımıza var, birlikdə içək qəhvəmizi. Nicat hələ özünə gəlməmişdi Aylının vurulmasından, Aylın qəhvəsini götürüb içdi, dodağının acımasına baxmayaraq, səsini belə çıxarmadı, ofulmadıda. Aylın – Nicata: əllərinə sağlıq, gözəl hazırlamışsan.

Nicat Aylına baxdı, dodağı qanamışdı yenədə hiss etmirdi. Nicat ehtiyatla qalxıb Aylının dodağının qanamış yerindən öpdü, dayandı az vaxlıq buraxmadan. Aylın əlində qəhvə fincanıyla qaldı şaşırıb, Nicatla dodaq – doğa. Nicat Aylının dodaqlarından – dodağını çəkib, – Aylına: qan belə daha tez kəsir. Aylın bir dəfə barmağıı kəsdiyində, Nicat barmağını ağzına alıb soraraq, qanın belə etdiyində daha tez kəsildiyini demişidi. Aylın xatırladı ciddiliyə almadı öpüşünü, – Nicata: barmağım kimimi? Nicat baxdı. Nicat yavaş səslə – Aylına: hə canım barmağın kimi, gözlərindən yaş süzüldü üzünə. Nicat çox pis olmuşdu Nazlıya, xalasına, Aylın bu qədər insan kimi davranarkən, Nazlı Aylının vurulmasına səbəb olmuşdu. Aylın Nicatın gözlərindən axan yaşı silib – Nicata: eyy, bir şilləylə ölmədik, sağıq. Sən yaxşı bilirsən mənim canımda qurbandır olara boş ver, Nicata yaxın əyləşdi, əlindəki qəhvədən içirtdi. Nicat yaş süzülən gözləriylə, Aylının verdiyi qəhvəni içirdi, qırmırdı Aylını. Aylında Nicatı çox gözəl anlayırdı, canı yanmışdı o üzdən ağlayırdı. Aylın – Nicata: bu gün görüşümüz var, yeni işlə əlaqədar hazırlanmalıyıq, Nicat cavab vermədi. Aylın – Nicata: belə zombi kimi dursan, dostum tək öftəsindən gəlmərəm mən. Nicat yavaş səslə – Aylına: mən burdayam canım, yanında olubda nə… dərmanam ki? bax qarşımda vurdu o… səni. Qaldım yerimdə donub, keyləşdi bədənim – əlim – ayağım, duyduğumda Nazlının adını.

 

Niçat Aylının əlini tutudu fincan qarışıq, ordan bu axşam çıxacağıq canım, qalmayacaqsan o evdə artıq. Aylın narazılıqla başını sirkələdi, – Nicata: vaxtı gəldikdə çıxaçağıq söz, ama hələ vaxtdı çatmadı. Nazlı tam sağalsın ilaclarını bitsin, xalanda keçirdiyi şokdan çıxsın, gedərik söz. Nicat – Aylına: sənin nə gözəl ürəyin var canım, sən həmişə başqalarıçün yandın, elə deyilmi? nədən. Aylın – Nicata: insan sevdikləriçün yanmalı, gərəkirsə canından keçməlidir. Nicat – Aylına: bəs olar səninçün necə? canlarından keçərdilərmi? – Niçata: bu sualının cavabını verməkdə zorlandırdın məni dostum. Nicat Aylına baxdı peşman – çarəsiz baxışlarla. Aylın Nicatın əlindən tutub, qəhvə fincanı əliə verib – Nicata: nə olursa olsun, öz kanturolunu itirmə heç vaxtdı. Əgər yıxılarsan qaldıranın olmaz, Nicat fincanı tutdu yenə əli əsirdi. Aylın Nicatın əsən əlinə baxıb, yavaş səslə – Nicata: mən harda varam, orda mütləq bir bəla vardır, öyrən istərsən artıq.

Qapı döyüldü içəri Şəfa girdi əlində pafkayla, – olara: sabahınız xeyirli – uğurlu. Birdən Aylının dodağına gözü sataşdı, olsun deyəcəkdim, yaxınlaşıb – olara: ancaq o qədərdə uğurlu olana oxşamır. Şəfa – Aylına: nə oldu dodağına? qəza filan keçirmədiniz demi?

Aylın – Şəfaya: sabahın xeyir gözəl insan, gəl yox keirmədik, Şəfaya işarə etdi ki soruşmasın. Anladı Şəfa, axıllı qız idi çox, o zaman bu günkü yeni iş haqda lazım olanları gətirdim. Pafkanı masaya qoydu, Aylının önünə. Nicat ayağa qalxıb, mən biraz hava alım otaqdan çıxdı. Aylın – Şəfaya: get onun ardınca bax, havasını başqa yerlərdə almaq fikrində olsa həmən mənə bildir. Şəfa – Aylına: tamam mən baxıram ona indi, çıxıb getdi ardınca tələsərək.

Aylın dərindən nəfəs alıb, pafkanı açıb baxdı kağızlara, fikri o qədər qarışıq idi ki, fikrini işə toplaya bilmirdi, əsəblə pafkanı kənar itələyib baxdı.

Ramizdə kefsiz işə gəldi, Dilqəm Ramizin halından anladı nəsə qarışdırmışdı. Dilqəm – Ramizə: qardaşım artıq soruşmuram nə etdin deyə, ama maraqlıdır, səhərin gözü açılmamışdan hardaydın? Ramiz yumuruğunu masaya vurdu əyləşdi. Ramiz öz – özünə: əlim qırılayı onu vurduğum yerdə. Dilqəm şüphəli baxışlarla baxdıb, – Ramizə: kimi vurdun? Ramiz dərindən – dərindən nəfəs aldı, – Dilqəmə: Aylını vurdum. Dilqəmin üzünün ifadəsi dəyişdi, nəə? Aylınımı vurdun? sən dəli olursan qardaşım. Bax etiraz istəmirəm, mənim səni həkimə mütləq göstərməyim lazımdır, Ramiz əlləriylə başını tutdu. Ramiz – Dilqəmə: səndə gəlmə üstümümə, Dilqəm telefonunu götürüb kiməsə mesaj yolladı, telefonunu masaya qoyub, Ramizə yaxınlaşdı. Ramizin əllərini başından götürüb üzünə baxdı, nə edirsən sən? Aylınıda vurdum nə deməkdir? sənin uşağındırmı o? o artıq bir uşaq anasıdır. A naya əl qaldırılırmı? sənin tərbiyən yoxmu, qardaşım yetmədimi. Deyirəm dəfələrlə acılayırsan onu özündən uzaqlaşdırırsan, yox yetməmiş getmiş vurmuş gəlmiş, bravo. Səni alqışda edimi? Ramizin əllərini kobutca əllərindən atdı Dilqəm. Vallahi billahi yetər dedikcə, sən hər şeyi məhv edirsən. Dilqəm elə əsəbləşmişdi, Ramiz artıq söz demirdi Dilqəmə, haqlıydı dediklərində. Ramiz əsəbləşib qalxıb getdi. Dilqəm Ramizi səsləsədə, cavab vermədən qapını çırpıb cıxdı. Dilqəm əliylə alnını ovaraq baxdı əsəblə.

Günorta olmuşdu, Aylınla Nicat yeni işlə əlaqədar gələn adamlarla, kabinetdə söhbət edirdilər. Aylın – adamlara: maraqlandım və sizin işinizdə ciddi olduğunuzu öyrəndim, bu sizinlə yeni işimizə imza ata bilməmizə etibar doğruldur. Adamlardan yaşlı birisi – Aylına: bizdə sizin haqda maraqlandıq Aylın xanım, haqqınızda ancaq qürur duyacaq sözlər eşitdik. Əvəllər… şirkətində çalışmışsınız, sizinlə iş birliyinə imza atmaq, bizimçündə qurur veriçidir, sizin kimi insanlar çox azdır indiki zamanda. Nicat – adama: Bayram bəy iş imzalanmamışdan bildirim ki, biz işimizi vaxtında təhvil alb verməyi sevirik, Aylın xanımla. Aylın Nicatın sözünə dəstək verdi. Nicat bəyin dediyi kimi, bizim işimizin etibarlarından biridə budur. Vaxtında alış – verişini yerinə yetirməyi sevirik, və qarşı tərəfdəndə bunun qarşılıqlı olmasını rica edirik. Adamlar razılığını bildirdilər.

Aylın qarşı tərəfin verdiyi iş üzrə dokumentinə imza atmaqçün qələmini götürdü, – olara: o zaman bəylər imzamızı atağın xeyirlə. Aylın imzasını atıb, qələmi kagızı Nicatın önünə qoydu. Nicatda imzasını atıb, kağızı qaytardı Aylına. Şəfa Aylının yanında dayanmışdı, kağızı götürüb pafkaya qoydu. Qarşı tərəfdə imzalarını atıb, yaındakı katibə xanımı kağızı alıb pafkaya qoydu.

Gələnlərin arasından cavan bir oğlanda vardı. Oğlan – Aylına: Aylın xanım sizinlə çalışacağıq bundan sonra, bir sualım var sizə işdən kənar, icazə versəniz. Aylın – oğlana: buyurun, oğlan gülümsəyərək, – Aylına: adım Fədadır. Siz ailəlisinizmi? yanında gələnləri verən sual narahat etdi. Aylın gülümsəyib, – Fədaya: bəli ailəliyəm, əgər yeməyə dəvət edəcəksənsə alınmaz, bil. Aylının zarafatına gülüşdülər yanındakılar.

Nicat Fədaya tərs – tərs baxdı, heç xoşlanmadı danışığından. Fəda – Aylına: ərinizin baxışından indi anladım, çox pardon Aylın xanım. Nicatın baxışlarından əri olan sandı. Aylın Nicata baxıb nə isə demək istəyirdi, Nicat – Fədaya: böyük xöşbəxlikdir can yoldaşınla və həyat yoldaşınla birlikdə çalışmaq. Bu hər kəsə qismət deyil, Aylın kimi bir xanımla calışmaq. Hələ yeməyə dəvət desən, qeyri mümkündür bil Fəda. Fəda – Nicata: artıq bizdə Aylın xanımla çalışmağa imza atdıq, azacıqda olsa qismətimiz varmış demək ki, gülümsədi. Nicatın heç xoşuna gəlmədi onun dediyi sözlər, yanındakılar hiss etdilər.

Bayram – Nicata: dedin Nicat bəy, hər kəsə qismət deyil Aylın xanım kimi bir yoldaşla calışmaq, inan ki dediyinin əksi mənim başımdadır. Mənim oğlumlada hər atanın qisməti olmasın birlikdə calışmaq, yanındakılar gülüşdülər. Fədanın atasıymış iş imzaladıqları, Bayram bəy idi anlaşıldı. Atası – Fədaya: yarı zarafatla yarı gerçəklə, adını Fəda qoydum peşman oldum. Bəzən düşünüb – düşünmədən, hər yerdə özünü Fəda edir bəzən. Adamlar yenə gülüşdülər. Nicat heç gülmürdü.

Aylın – Bayrama: Allah evladı ataya – anaya sınaq olaraq verir demişər, inşallah bir gün imtahanları – sınaqları bitər, üzülməyin. Bayram – Aylına: inşallah Aylın xanım, inşallah, oğluna narazı baxışlarla baxaraq, ayağa qalxdı. Bayram – Nicatla – Aylına: icazənizlə biz artıq sizi tərk edək, işimiz bitdi bu günlük.