Günahsız günahkar. Roman. Hissə – 4

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Czcionka:Mniejsze АаWiększe Aa

Aylın Ramizdən təkrar soruşmağa belə qorxurdu, qorxurdu ki səhv eşidərək və üzüləcəkdi. Ramiz Aylının çiyinlərindən tutub, – Aylına: deyirəm Nazlıya donur tapılıb, az öncə zəng edib bildirdilər. Aylın elə bil nəfəs almağa unutmuşdu. Ramizin dediyinin gərçək olduğuna əmin olduqdan sonra, dərindən – dərindən nəfəs alaraq baxdı. Gözləri doldu – Ramizə: gərçəkdənmi? Ramiz anladı Aylın şokdaydı. Nazlının xəstələndiyi gündən bu yana çox üzülmüşdü. Ramiz – Aylına: hə canım, bu gözəl xəbəri birinci səninə paylaşmaq istədim. Aylın Ramizə sarılıb ağladı, çox yorulmuşdu yazıq, elə bil dünyanı hədiyyə etmişdi Ramiz bu xəbərlə Aylına.

Ramiz Aylını qucaqlayıb özünə sıxıb tutdu bərk – bərk. Nicat kənardan oların nə danışdığını duymamışdı. Aylının Ramizə sarılması heç xoşuna gəlmədi. Ramizin üzü Nicata tərəf idi. Ramiz o arada qalmadı əməlindən geri. Aylını qucaqlayaraq saçlarından öpdü, qoxladı. Nicata baxdı kinli və acıq verən baxışlarla.

Aylın birdən Ramizdən ayrılıb, Nicata tərəf qacdı. Nicata yetişib yavaş səslə, Nazlıçün donur tapılmış, şükürlər olsun. Aylının həyəcadan səsidə batmışdı sanki. Nicat elə sevindi ki, – Aylına: bu yuxu deyil, elə deyilmi? Nicatında gözləri doldu bir anda. Aylın Nicatı daha çox anlayırdı, – Nicata: məndə elə sanmışdım, ama gərçəkdi. Nicatla Aylın biri – birilərinə sarıldılar, bu şad xəbər oları çox sarsıltmışdı. Nicatın sevincindən gözlərindən yaş süzülürdü. Aylını bərk – bərk qucaqlayıb, öz – özünə: çox şükürlər olsun Allahım sənə.

Ramiz tez getdi Dilqəmlə Nazlıya şad xəbəri vermək üçün. Aylınla Nicatın qucaqlaşmasına bir o qədərdə reaksiya vermədi. Gərçəkdəndə bu elə bir an idi ki, insan qarşısında olan düşmənini belə qucaqlayardı sevincindən. Niçatın sanki son gücü idi canında qalan. Aylının boynunu buraxmadan – Aylına: sənə demişdim, mən gücümü səndən alıram. Nə olar qal mənimlə biraz belə, buraxma məni. Aylın hiss etmişdi, Nicatı buraxsa yıxılacaqdı. Aylın – Nicata: tamam yanındayam, buraxmıram qorxma, üzündən öpdü Nicatın. Nicat Aylının saçlarına burnunu -üzünü dayayıb dayandı səssiz, çox üzülmüşdü yazıq.

Ramiz Nazlının yatdığı otağa gəldi, Dilqəm yanında əyləşmişdi, Nazlının əini alnın dayayıb dayanmışdı səssizcə. Ramiz Nazlıya baxıb gülümsədi, gözəl bacım mənim, yaxınlaşıb alnından öpdü. Nazlı Ramizin xətrini çox istəyirdi, Dilqəm yorğun – üzgün baxışlarla Ramizə baxdı. Ramiz Dilqəmin boynuna sarılıb, qulağına yavaşca pıçıldadı, qardaşım donur tapılmış. Dilqəm Ramizə baxırdı gözlərini qırpmadan, eyni Aylında olan şokdan idi Dilqəmdəkidə. Ramiz – Nazlıya: sənə donur tapılmış canım, çox şükürlər olsun. Nazlının gözləri yaşardı danışa bilmədi. Dilqəm ayağa qalxıb Ramizin gözlərinin içinə baxdı. Ramiz – Dilqəmə: düz eşitdin dardaşım, donurumuz tapılmış zəng edib bildirdilər. Dilqəm də danışa bilmədi, Ramizin boynuna sarılıb səssiz – səssiz hiçqıraraq ağladı, Ramizin ürəyi pis oldu. Dilqəmin kürəyinə əlini vuraraq sakitləşdirməyə çalışdı, – Dilqəmə: keçdi qardşım, keçdi sakit ol. Dəli rüzğarın gətirdiyi qara bulutlar idi, sonunda üstümüzən əsdi gurladı keçdi, çox şükürlər olsun Allahıma. Ramizdə ağlamamaqçün özünü zor tuturdu, Dilqəm ağladığını Nazlı görməsin deyə, Ramizin boynunu buraxmırdı. Ramizdə bunu çox gözəl anlayırdı, Nazlıya Dilqəmi işarə edib, gülümsədi.

Belecə bir ay keçdi, Nazlı artıq donurun sayəsində yaxşılaşmıdı evə buraxmışdılar. Dilqəm özlərinə gətirmişdi Nazlını. Nazlı evinə dönmək istəyirdi, ancaq anasına qaynanasının uyduraraq, Dilqəmlə qaçmış sözünə görə çox xəcalət çəkirdi. Aylın – Nazlıya: bax anan səni bağışlayacaq bilirəm, gedək çəkinmə bacım, o ev sənsiz boş görsənir, baxmayaraq biz orda yaşayırıq Nicatla. Nazlı əllərini ovuşdura – ovuşdura Dilqəmə baxdı. Dilqəm – Nazlıya: canım məndən olsa səni heç buraxmazdım bilirsən, az vaxtlığa səni anana göndərməyə məcburam. İnşalla tezliklə həmiəlik bu evin gəlini olacaqsan yaxınlarda. Ramiz Dilqəmin çiyninə əlini vurub, zarafata işarə etdib gülümsədi. Nazlı çox qəribə sual verdi, – Aylına: anam sən uzaq olsanda səni hiss edərdi hər zaman, xəstə olsan və ya sənə pis nə isə olsa, anlardı ürəyi titrəyərdi. Mənim xəstə olduğumu heçmi hiss etmədi? bir anda elə bil o sözü Aylına atıb daş kimi vurdular. Nazlıya nə cavab verəcəyini bilmədi, Aylın Ramizə – Dilqəmə baxdı təcüblə.

Nazlı gülümsəməyə çalışdı yaşarmış gözləriylə, -Aylına: o mənim canım anamdır, gedəcəm çətin olsada. Bahar anamın ona qaçmışam deməsini heç istəməzdim. Dilqəm – Nazlıya: canım anam o an başqa bir şey düşünə bilməmiş, nə etsin yazıq? hamımız şokdaydıq bilirsən. Nazlı dərindən nəfəs alıb ayağa qalxdı, Dilqəm Nazlının çantasını götürüb otaqdan çıxdılar.

Aylın yerində qalmışdı donub baxa, Nazlının dediyi söz çox təsir etmişdi Aylına, Ramizədə Nazlının elə deməsi çox qəribə gəlmişdi. Nazlı Aylını anasına qısqanırdımı? Ramiz – Aylına: gedək canım, Aylın Ramizə baxdı. Ramiz – Aylına: sən fikir vermə, Nazlı ağır bir xəstəlikdən döndü bilirsən, şokdan hələ yazıq özünə gəlməyib. Aylın əliylə üzünə çəkib baxdı, deməyə söz tapmadı, Ramizə çıxdılar otaqdan getdilər.

Nicat evdə Sərdar qucağında gözləyirdi Nazlının gəlməsini. Xalası – Nicata: oğlum nədən narahatsan sən? Nicat xalasına baxıb gülümsədi. Heç xalacan Aylını gözləyirəm, xalası gülümsəyərək, – Nicata: çox istəyirsən Aylını, gəlişini həyəcanla gözləyirsən. Nicat – xalasına: xala Aylını məndəndə çox sən istəyirsən, elə deyilmi? xalası gülümsəyərək, – Nicata: Aylın mənim işıq üzünə həsrət qalmış gözlərimin nurunu əvəz edir oğlum. Nicat – xalasına: Nazlı duymasın qısqanar xalacan, Nicatın söz ağzından bilmədən çıxdı. Nicatında belə deməsi bir qəribə oldu, xalasının üzünün ifadəsi dəyişdi Nazlının adını duyduqda. Xalası – Nicata: oğlum sən məndən nə isə gizlədirsənmi? Nicat sakit dayanıb dodağnı dişlədi. Xalası – Nicata: əğər bura Nazlı gələcəksə və ya gəlmək fikrindədirsə, əvəlcədən deyirəm gəlməsin. Bax birdə deyirəm, getdiyi yerdə qalsın gəlməsin tamammı? – xalasına: niyə elə deyirsən xalacan? Allahda bağışlamağı sevir deyən sən deyildinmi mənə. Xalası – Nicata: mən onu istəmədiyimdən demirəm gəlməsin, gəlməsin məni unutsun, getdiyi ailəyə uyğunlaşın. Artıq onun ailəsi olardadı və olara qulluq etsin, məni düşünməsin. Nicat narazılıqla başını sirkələyib baxdı, – xalasına: xala nə olar belə demə, Nazlı səni unutmadı inan. Nazlı səni canından çox istəyir bilirsən, xalası mənalı üz ifadəsiylə gülümsədi, – Nicata: şüphəm yoxdur oğlum. Sadəcə məni düşünməsin, xöşbəxt olsun yetər mənə. Nicat anlayırdı xalası Nazlıdan incimişdi dilində deməsədə, – xalasına: hə Nazlı gələcək Aylınla bura bir azdan.

Xalsı Nicatın səsi gələn tərəfə baxdı, – xalasına: mən Aylını tanıdığım gündən ona inanmışam, güvənmişəm. Aylının vardır bir bildiyi Nazlını bura gətirməyində, məsəl var səbəbsiz yerə barmaq kəsilməz. Aylın yaxşı bilir sənin Nazlıdan incidiyini və gəlməsini istəmədiyini, Aylın bir səbəbi olmadan sənin qarşına Nazlını gətirməz. Öncə dinlə xala, sonra istədiyini deyərsən qovarsan Nazlını, həyat çox qəribədir canım xalam mənim. Xalası şüphələndi Nicatın dediyi sözlərdən. Aylın məndən bu günə kimi bir sirr saxlamadı oğlum, həyatın qəribəliyi bundadır ki, doğma qızım məni atdı getdi, mənim kor olmamdan utanc duydu və sakitcə sevdiyinə qovuşdu. Baxsana mən Aylını dünyaya gətirmədim, onun beşiyini sallamadım, ona lay – lay demədim, başında dayanıb yuxuz gecələrdə keşiyini çəkmədim. Mənim qızım mənə uzaq oldu, əvəzində əziyyətini çəkmədiyim, böyütmədiyim, yad bir qız doğmam oldu. Nicatın ürəyi sızlayırdı xalası belə dedikcə. Qapının açılan səsinə Nicat – Sərdara: aslanım anan gəldi, xalası kefsiz dayandı, Nazlınında onunla gələçəyini bildiyində. Nicat xalasına baxaraq dərindən nəfəs alıb, getdi qucağında uşaqla qarşılamağa. Xalası əliylə alnını tutub dayandı sakit.

Nicat uşaqla gəldi oların qarşısına, Nazlı uşağı görüb sevindi, aman – aman kim gəlmiş məni qarşılamağa. Uşağı Nicatın qucağından almadan, öpü üzündən. Nazlı zəyifləmişdi xəstəlikdən sonra halsız idi, qorxurdu qucağına uşağı almağa. Anası Nazlının səsini eşitdi, ürəyi elə döyündü ki özündən bi ixtiyar, özləmişdi qızını çox dili yox desədə. Arxadan Ramizlə, Dilqəmdə, gəldilər. Nicat Ramizi sevməsədə, yeri deyildi biri – birilərinə girəcək. Ramiz uşağı Nicatın qucağından alıb, gəl oğlum, qucaqlayıb öpdü.

Aylın artıq Ramizin kapriziylə oynayacaq halda deyildi, bir tərəfdən Nazlının başına gələn gerçəyi deməliydi anasına. Bir tərəfdəndə axlından Nazlının dediyi söz çıxmırdı, Nicat anladı Aylının üzünün ifadəsindən, başqa nə isə olmuşdu. Nicat Nazlıya sarılıb qucaqladı, xoş gəldin canım bacım evinə, bir daha getmə bizdən. Nazlıda Nicatı qucaqlayıb təşəkkür etdi. Nicat Aylına baxdı çox üzgün idi. Aylın Ramizin qucağındakı oğluna baxıb gülümsəməyə çalışdı. Nicat Nazlının əlindən tutub apardı anasına, hər kəs oların ardınca getdilər.

Nazlı anasını küskün oturduğunu görüb pis oldu, gözləri yaşardı Nicata baxdı. Nicat işarə etdi ki, hər şey yaxşı olacaq. Nazlı ana sözünü deyə bilmirdi böğulub qalmışdı, Aylın gil arxadan gəldilər yanında dayandılar. Dilqəm arxadan Nazlının çiyinlərindən tutub sıxdı ki, burdayıq qorxma dayağıq mənasında. Nazlı yaş süzülən gözləriylə baxdı anasına, anası hiss etmişdi tək Nazlıyla Aylın deyildi, başqa gələnlərdə vardı.

Anası sakit səslə – Nicata: oğlum Aylından başqa gələnlərə adımdan de ki, mən küs deyiləm kimsəyə. Mən oları görməsəmdə olar məni gördülər, artıq gedə bilərlər. Nazlı anasının sözündən hönkürüb ağladı, Dilqəm arxadan bərk – bərk tutmuşdu Nazlını çiyinlərindən. Aylın dərindən nəfəs alıb, qabağa keçib Afətin dizlərinin yanında yerdən oturdu, Afət Aylını hiss edib, əliylə üzünə – başına sığal çəkdi. Aylının arvadın əlini tutub öpüb baxdı, – Aylına: qızlar belədirər, böyüyüb yaşa çatdılar quş kimi uçarlar başqa evə qonarlar, və başqa bir evdə yuva qurub yaşamağa davam edərlər. Həyatın qanunudur bu, hər anada evladının xöşbəxtlityini diləyər Allahından. Baxmayaraq qaçaraq evini – anasını tərk etsələrdə, ana ürəyi başqadır, bunu ancaq ana olduğunda biləcək mənim qızımda. Sən ana oldun qızım, Aylının əlini sıxdı, məni ondan daha çox sən anlayarsan indi. Aylının gözlərindən yaş süzülürdü, Nazlının özünü artıq baxışlarıylada qısqanması ürəyini çox sıxırdı.

 

Anasınında Nazlının qarşısında belə deməsi, Aylını dahada pis vəziyyətdə qoymuşdu. Aylın arvadın əlini sıxıb – Afətə: anam Nazlı səni atıb heç yerə qaçmadı, zalım bir xəstəliyə düçar oldu. Anasını elə bil tok vurdu, duyduğunda içini çəkdi. Aylının əlini bərk tutub baxdı həyəcanla, bunu sənə deyə bilmədik, cəsarət etmədik bağışla bizi. Allahım onu bizə bağışladı sağaldı döndü evinə, sənə qəbul et artıq qızın çox darıxdı səninçün, anası dəhşətə gəldi duyduğundan.

Aylının əlindən əlini çəkib, Nazlını axtardı danışa bilmədi. Nazlı anladı, anasını tez yaxınlaşıb qucaqlayıb sarılıb ağladı, anası qızının zəyifləmiş bədənini qucaqladığı an anladı, arıqlamışdı qızı. Nazlı ağlayaraq – anasına: anam mən səni ölsəmdə tərk etmərəm. Dilqəm yaşarmış gözlərini silib kənara getdi, baxa bilmədi ürəyi göynədi. Anası titrəyən əlləriylə qızına sarılıb, bir anlıq şokdan özünə gəldi, birdən ah çəkərək elə ağladı ki, hamının ürəyi göynədi.

Aylın ayağa qalxdı oturduğu yerindən zorla, Aylına hər şey elə təsir etmişdi ki, ayaqda zorla dururdu. Nicat anladı, tez gəlib Aylının qolundan tutub gətirdi mətbəxtdə.

Ramizdə gəldi Aylının yanına qucağında uşaqla, -Aylına: yaxşısanmı sən? Nicat tez su töküb içirtdi bir qurtum. Aylın titrəyirdi, üşüyürdü, Ramiz tez uşağı Nicata verib, əynindəki pencəyi çıxarıb Aylının çiyinlərinə salıb bükdü, qucaqladı. Ramiz – Aylına: canım sənin rəngində uçmuş yaxşı deyilsən sən, mən indi həkim çağırım. Telefonunu çıxarıb həkim cağırmaq istəyirdi, Aylın qolundan tutdu, başıyla yox çağırma deyə işarə etdi. Nicat qucağında uşaqla Aylının qolundan tutub qaldlrdı, qalx canım gedək biraz yat dincəl, yoruldun sən çox bu arada.

Cansu gəldi, tez uşağı Nicatdan alıb – Aylına: dediklərini aldım gətirdim Aylın xanım. Aylın zorla ayağa qalxıb – Cansuya: çox sağol, oğlumu gözdən qoyma. Cansu – Aylına: narahat olma Aylın xanım, Aylına baxıb üzüldü. Cansu artıq bilridi nələr olduğunu, çox kövrək ürəkli bir qadın idi. Nicat Aylının qolundan tutub apardı otağına, ardıncada Ramiz getdi.

Aylını otağına gətirib yatağına uzandırdı Nicat. Ramizdə Aylının yanına gəlib həyəcanla – Aylına: canım niyə qoymursan həkim çağırım? Aylın yerinə uzanıb, əlini alnına tutub gözlərini yumub dayandı. Məni tək qoyun, Nicat – Ramizə: çıx istirahət etsin çox yorğundur. Ramiz – Nicata: səndənmi soruşacam nə edəcəyimi? Aylın əsəbləşdi – ikisinədə: siz çıxmasanız mən qalxıb gedərəm burdan. Ramiz Nicata tərs – tərs baxıb, gözlərini qıyaraq dişlərini sıxdı. Ramiz – Aylına: sən dincəl canım mən buralardayam, otaqdan çıxdı əsəblə, ardıncada Nicat çıxdı.

Nicat qapını örtdüyü zaman, Ramiz yaxasından tutub divara qıstadı, – Niccata: mənə bax döşəmə dəsmalı, səninlə işim bitmədi. Bilirsən səni mən şikəst edəcəm görəcəksən, Aylına nəyinki yaxınlaşa biləcəksən, yerindən tərpənə bilməyəcəksən əclaf. Nicat Ramizin biləklərindən tutub, yaxasından əllərini kənar etdi, – Ramizə: unutma sən mənim evimdəsən. Aylının xətrinə toxunmuram sənə, o dediklərini sənin başına gətirərəm tip. Alçaq öz bibisi qızına meyil salan şərəfsiz, sənin mən … … özünü kişimi sanırsan sən? o sənin bacın sayılır. Ama bunu sənin boş başın düşünmə qabilyətinə malik deyil. Ramiz təkrar Nicatın yaxasından bərk – bərk yapışdı, divara dayadı. Bura bax axıllı, o mənə doğma deyil, bunu sox quş beyninə sən, bizim hec biri – birimizə qanımızda çatmır, anladın? bir daha o sözü ağzından duyarsam, dilini kəsərəm. Nicat nifrətlə baxıb – Ramizə: ona görəmi yazığa anan zülümlər vermişdi? doğma olmadığına görəmi evdən qovmuşdu? Ramiz dərindən – dərindən nəfəs alaraq, Nicatın gözlərinə baxdı. Qızı hətta zəhərləmiş duydum, atanda ondan imtina etmiş, sonrada sizdən imtina etmiş və tərk etmiş evinidə. Bravo nə idial bir ailəsinizmiş siz, gərçəkdən brabvo, sənin danışmağa belə yerin yoxdu. Ramiz – Nicata: sənin ailənmi idial olmuş? atan səni doğulduğunda doğum evində buraxıb getmiş, mənim ki məni heç olmassa böyütmüş atalıq haqqı var üstümdə. Sənin ki heç sənə ata dedirtməmiş, düzdə etmiş, sənin kimi tip böyüyəcəyini hiss etmiş. Sən ananın qatilisən qatıli, Nicta bu söz elə təsir etdi ki, dünyası məhv oldu sanki. Anan səni doğarkən ölmüş, günahını ödəməkçün indi atanı baxırsan gedib, atanda qarşısındakının doğmaca oğlu olduğunu bilmir, bravo çox idialsiniz sizdə. Nicat duymurdu Ramizin dediklərini artıq, ürəyi sıxıldı, heç Ramizin əllərinidə özündən qırağa çəkmədi. Ramiz nifrətlə baxırdı – Nicata: başqalarının ailəsini qurdalayıb çöp axtarma, öz gözündəki kötüyü gör. Nicat birdən özündən gedərək yıxıldı Ramizin qucaqına. Ramiz Nicatı tutsada, anlamadı özündən keçindiyini, – Nicata: nə edirsən sən? Nicatı sirkələdi, yerə uzandırdı. Nicatın gözləri yumulmuşdu, Ramiz Nicata baxdı biraz vaxt yumuruğunu sıxaraq. Aylının çıxıb görəcəyindən çəkinib, Nicatın çiyinlərindən tutub başqa otağa apardı sürüyüb.

Ramiz Nİcatı aparanda Cansu gördü, Ramiz barmağını dodaqlarına qoyub, sus deyə işarə etdi Aylın duymasın. Cansu gəlib pıçıltılı həyəcanlı səslə – Ramizə: nə oldu? Ramiz Nicatı gətirib yatağa uzatdı. Cansuda yanında baxıb qalmışdı, Ramiz Ncaatı sürüdüyündən dərindən – dərindən nəfəs alırdı. Ramiz – Cansuya: özündən keçinmiş sən qorxma, get su gətir, Cansu tez otaqdan çıxdı su gətirməyə. Ramizdə Nicata baxdı əsəblə. Öz – özünə yenədə pis sözlər işlətdi,… … olsun.

Cansu gəldi əlində bakal suyla, Ramiz suyu alıb Nicatın üzünə vurdu ki, ayılsın, Nicatı özünə gətirə bilmədi. Cansu – Ramizə: həkimmi çağıraq? Nicat bəy, səslədi Nicatı. Ramiz yenə sudan əlinə töküb Nicatın üzünə – sinəsinə vurdu, ayıl – ayıl səninlə oynamağa vaxtımız yoxdur. Cansu Ramizə baxdı təcüblə, mən Aylın xanıma bildirim, çıxmaq istəyirdi Ramiz tez qolundan tutub qoymadı, gərək yox. Aylın xanım yorğundur gördün, adın nə idi sənin? Cansudur. Ramiz – Cansuya: hə Cansu xanım, narahat olma sadəcə özündən keçinmiş, anladın? Cansu çarəsiz qaldı baxa Nicata.

Ramiz Nicatın üzünü şillələməyə davam etdi, ey aç gözlərini işimiz var dedik. Ramiz heç Nicatın özünə gəlməsini istəmirdi, çarəsiz Cansu görmüş deyə ayıltmağa çalışırdı. Az vaxtdan Nicat gözlərini açıb baxdı, Ramizi başının üstündə görüb, halsız – halsız baxdı ona nifrətlə. Cansu sevindi, Nicat bəy həkim çağıraqmı? necəsiniz. Nicat özünü toparlayıb qalxmağa çalışdı, Ramiz kobutca Nicata oturmağa kömək etdi. Nicat Ramizdən qolunu çəkdi, itələdi kənara özündən, çəkil toxunma. Ramiz – Cansuya: görürsən Cansu xanım, bəy dediyiniz birisi onada layiq deyil, belələrinə həyətda heç bir şey olmur. Səndə qorxub həkim çağırmaq istəyirdin, gördün gəldi özünə ilan. Cansu baxa qaldı Ramizin belə kobut rəftarına, Ramiz otaqdan çıxdı getdi.

Cansu tez Nicatın çiyninə əlini qoyub, Nicat bəy yaxşısınızmı? həkim çağırımı? Nicat – Cansuya: yox gərək yoxdur yaxşıyam, çox sağol. Sən Sərdarı tək qoyma, get o tipə göz qulaq ol. Cansu narahat oldu Nicat belə dediyində, – Nicata: narahat olma mən Sərdara baxıram, tez çıxdı otaqdan. Nicata Ramizin dediyi sözlər daş kimi dəymişdi, gözlərini yumub dayandı.

Ramiz Dilqəmin yanına gəldi, Dilqəmdə olanlardan çox sarsılmışdı, üzgün baxışlarla baxdı Ramizə. Ətrafa baxıb – Ramizə: hanı Aylın? Ramiz əsəblə yavaş səslə – Dilqəmə: olanlardan oda pis olmuş, biraz yatsın dincəlsin. Ramizin danışığından anladı Dilqəm, dinc durmamışdı yenədə qardaşı. Dilqəm dərindən nəfəsini alıb, əliylə alnını ovaraq Ramizə baxıb, başını narazılıqla sirkələdi.

Nazlı anasının dizlərinə başını qoyub oturmuşdu. Ramiz yaxınlaşıb çiynini sığalladı mehribanlıqla – Nazlıya: bax bacım, demişdimmi sənə dönəcəksən anana? Nazlı Ramizin boynuna sarılıb qucaqladı, ağladı. Anası əliylə axtardı Ramizi, tez Afətin əlindən tutudu, gözlərindən yaş sel kimi axdı. Afət – Ramizə: oğlum Allah sizlərdən razı olsun, siz olamasanız, sözünün ardını deyə bilməd ağladı. Ramiz Afətin əlindən tutub öpərək, üzünə tutudu. Mən ailəmi itirdim əvəzində sizi tapdım, siz artıq mənim ailəm sayılırsınız, başqa sözə ehtiyac yoxdur. Afət Ramizin əlini sıxaraq ağladı, Dilqəm kənardan baxırdı olara. Nazlı – Ramizə: səndə artıq bu ailənin evladısan qardaşım, yaxşı ki varsan. Ramiz bir əliylə Nazlını qucaqlayıb tutumuşdu, o bir əliylədə anasının əlindən turmuşdu. Ramiz – olara: mən son nəfəsimə kimi sizinlə olacam.

Nicat halsız – üzgün kənardan baxırdı olara, Dilqəm Nicatı görüb baxdı anladı, nə isə olmuşdu. Rəngi – ruhu uçmuşdu üzündən, Dilqəm üzgün baxışlarla baxdı Ramizə Nicata.

Axşam olmuşdu, Aylın yorğunluqdan yatıb qalmışdı, gözlərini açıb baxdı. Xatırladı halı pis olub yatıb qaldığını, dərindən nəfəs alıb yerində əyləşdi, əllərini üzünə çəkib, baxıb düşündü. Aylına bütün olanlar çox təsir edirdi, qalxıb otaqdan çıxıb getdi.

Nicatın otağının yanından keçdiyində qapı açıldı, Cansu cıxdı. Aylını görüb, yaxşısınızmı Aylın xanım? – Cansuya: yaxşıyam, oğlum kiminlədi? – Aylına: Nicat bəy yanında yatızdırdı Sərdarı, narahat olmayın. Aylın – Cansuya: sənədə çox əziyyət oldu bu aralar. Cansu mehribanlıqla – Aylına: siz narahat olmayın hər şey yaxşıdır, mən gedim Bahar xanımda gəlmiş, lazım olana yardım edim. Aylın bir söz demədi, üzünün ifadəsiylə razılığını bildirdi, Cansu getdi. Aylın ehtiyatla qapını açıb gəldi, Nicatla oğlunun yanına. Uşaqla Nicat yatmışdılar üz – üzə, Aylın olara baxıb gülümsədi. Cansu uşağın üstünü örtmüşdü, Nicatın üstü açıq idi. Aylın yaxından bir şey tapıb Nicatın üstünü örtdü ehtiyatla, əyilib yatmış oğlunu öpüb, otaqdan çıxdı ehtiyatla.

Dilqəmlə Ramiz getmişdilər harasa. Bahar xalasıyla Nazlı, anası əyləşib söhbət edirdilər. Aylın yaxınlaşdı, Bahar xala xoş gəldin. Bahar baxdı gülümsəyib, – Aylına: xoş günün osun gözəl qızım. Aylın – Nazlıya: sən heç dincəldinmi? Nazlı – Aylına: anamın yanında uzun bir ayadan sonra dincəldim. Aylın – Nazlıya: duydun həkimin dediklərini, vaxtı -vaxtında ilaclarını qəbul edəcəksən və dincələcəksən.

Nazlını anlamaq olmurdu, Aylına qarşı dəyişilmişdi, soyumuşdu. Aylın bunu yaxşı hiss edirdi, ama səbəbini anasına qısqandığını düşünürdü. Anası – Nazlıya: duydunmu qızım Aylını? qalx get otağına biraz dincəl ömrüm. Nazlı ayağa qalxıb anasını üzündən öpüb, tamam anacan sənin dediyinə görə gedib dincələrəm. Aylının yanından keçib getdi, Aylın Nazlının ardınça baxdı. Nazlının bu soyuqluğunu anasıda hiss etdi, Aylını səslədi, qızım gəlsənə, əlini uzatdı. Aylın gəlib Afətin əlindən tutaraq öpüb, əyləşdi yanında, – Aylına: qızım sən yatmışdın dedilər. Aylın – Afətə: heç özümdə bilmədən yuxuya dalmışam bağışla, anacan deməyə çəkindi sanki. Nazlı duyar deyə sözü ağzında qaldı, nədənsə heç özüdə bilmədən. Afət – Aylına: qızım nələr olur, Nazlıyla sənin aranızda? mən bir soyuqluq hiss edirəm, səbəbini bilə bilərəmmi? Aylın nə deyəcəyini bilmədi.

Aylın – Afətə: narahat olma sən yox bir şey, Bahar ayağa qalxıb – olara: mən Nazlıya baxım, getdi. Afət – Aylına: bax qızım məndən bir şey olubda gizlətsəniz, inciyərəm sizdən bu dəfə inanın. Aylın – Afətə: yox bir şey, sən o gözəl ürəyini boşa tələşlandırma. Nazlı ağır xəstəlikdən döndü, ola bilsin onun şokundandır anacan, oda keçəcək inşallah. Afət ahh çəkdi dərindən, Allahım mənim balamı bağışlamış mənə. Bax mən nələr düşünürdüm? balam zalım xəstəliklə mübarizə aparırmış orda. Mən necə anayam bunu hiss etmədim? Aylının elə bil başından qaynar su tökdülər. O bir əliylə alnını tutub baxdı, Afətin gözlərindən yaş süzülürdü yanaqlarına. Nazlıda bu sözü demişdi, Aylını yandırmışdı. Aylın özünü toparlayıb, Afətin göz yaşlarını sildi əliylə – Afətə: keçdi ağlama çox şükürlər olsun. Aylına sarılıb ağladı, Aylın Afəti qucaqlayıb çarəsiz – üzgün baxışlarla baxa qaldı. Cansu gəldi qəhvələr gətirib, oların durumunu görüb pis oldu gözləri doldu, qəhvələri masaya qoyub tez getdi.

Beləcə günlər keçdi, Nazlı artıq özünü yaxşı hiss edirdi, hər kəs çox şad idi Nazlının yaxşılaşmasına. Aylın Nicat bütün günü çalışırdılar şirkətdə. Ramizlə Dilqəmdə artıq işlərini birlikdə yönəltirdilər. Nazlının işə qayıtmasına Dilqəmlə – Ramiz razı olmamışdılar hələki. Aylında Sərdarı Cansuyla Nazlı gildə qoyurdu ki, anasının başı qarışsın uşaqla. Cansu tək uşağa baxmırdı, Nazlıyada yardım edirdi evdə. Aylının ürəyi azcıqda olsa rahatlanmışdı.

Aylının əlində kağızla Şəfaya yaxınlaşdı. Şəfa əyləşmişdi yerində, işə başı qarışmışdı, birdən Aylını görüb ayağa qalxdı. Buyur Aylın xanım, – Şəfaya: burda yazılanlara görə hər kəs çalışsın, tamammı? Şəfa kağızı götürüb – Aylına: tamam mən indi hamını məlumatlandıraram. Aylın – Şəfaya: bilirsəndə Ramiz çox əsəbidir, sən bizimlə çalışmağa gəldiyinçün. Şəfa gülümsəyib, – Aylına: mən sənsiz çalışmaq istəmirəm, burda nə var ki? siz narahat olmayın, məndən öz başımın çarəsinə baxaram. Aylın Şəfanın xətrini çox istəyirdi.

Qayıdıb gəldi iş otağına, NiCat telefonla danışırdı, tamam danışdıq sizdən xəbər gözləyirəm, sağolun. telefonu masaya qoyub Aylına baxdı, Aylın gəlib masasındakı kağızları götürüb diqqətlə baxırdı. Nicat anlayırdı, Aylının ürəyində nə isə başqa narahatlıq vardı. Niçat ayağa qalxıb yaxınlaşdı – Aylına: mənim bilmədiyim bir narahatçılığın var neçə gündür, düşünürəm ancaq tapa bilmirəm. Aylın kağızdan gözünü çəkib Nicata baxdı, – Aylına: nədir canını sıxan? – Niçata: yox bir şeyim. Böyük bir stress yaşadıq hamımız bilirsən, onun şokundan hələ tam çıxmamış ola bilərəm.

 

Nicat Aylının əlindən kağızları götürüb masaya qoydu, gəl əyləş canım. Aylının qolundan tutub kresloya otuzdurdu, – Aylına: bax mənə diqqətlə, Aylın Nicata baxdı. Nicat – Aylına: mənim gözlərimdən, hətta üz ifadəmdən sən hər şeyimi oxuya bilirsən söz demədən. Mən isə anlamağa çalışıram tapa bilmirəm, bu mənim ürəyimə toxunur. Aylın – Nicata: sən yaxşı dostsan, cansan, gözəl ürəkli bir insansan, dünyanın ən yaxşı iş yoldaşısan, iş ortağısan, sənin varlığın mənə yetir. Mən elə biriyəm ki, mənim nə dərdim bitər, nədə qəmim. Bax bir anlıq sevinərəm, düşünürəm bitdi dediyim o anda, dərt – qəm gələr məni tapar kley kimi yapışar. Üstümdən kənarlaşdırmaqçün yenədə uğraşmalı, güc gəlməli olaram çarəsiz.

Sən artıq öyrəşsən yaxşı olar mənim bu halıma durumlarıma. Yox bir şeyim deyəcəm yalan danışmış olacam, mən sənə hər şeyimi deyib səni yükləyə bilmərəm, alayırsanmı? – Aylına: yox anlamıram. Mən sənin yaxşı – pis hər şeyinə ortaq olmaq istəyirəm bu həyatda. Necə ki sən mənimlə hər şeyini yarı bölüşdün canım, ailəm ayilən oldu. Seçmədin doğmalarından bizi, bacım – bacın oldu, bax hətta o qəddar atamla birlikdə yaşadın mənim xətrimə. Sən mənim yuxusuz qalmama göz yuma bilmədin, nəyin var de mənə, gizlətmə xayiş edirəm.

Aylın dərindən nəfəs alıb kənara baxıb, – Nicata: bacın – bacım oldu dedin, hə doğrudur bacı oldu Nazlı mənə. Ancaq mən Nazlıyçün bacı olmadım dostum, təssüflər olsun. Nicat təcüblə – Aylına: niyə ki? anlamadım mən, Nazlı sənə bir sözmü deyib? Aylın ayağa qalxdı. Bax Nicat Nazlının nə dediyinin önəmi yoxdur mənə, önəmli olan hər kəs sağlam və xöşbəxt olmalarıdır. Nazlı məni qısqanır anasına, son günlər çox soyuq davranır. Nicat Aylına şüphəli baxışlarla baxıb, nəə? Nazlı səni anasınamı qısqanır? – Nicata: bilirsənmi mənədə çox qəribə gəlir doğrusu. Bəlkədə haqlıdır, bilmirəm fikirlərim qarışır. Nicat – Aylına: nədir sənə qəribə gələn? xalam səni çox istəyir öz evladı kimi. Anlamıram burda nə var ki, qısqanacaq? xalam mənidə öz evladı kimi sevir. Səni bilən – tanıyan, hər kəs sevir sənin o gözəl ürəyinə vurulur bi ixtiyar. Aylın – Nicta: Nazlının xətrinə deymiş, Nazlı mənə dedi ki, anam sən uzaqlarda olduğunda belə hiss edirdi, bir şey olduğunda. Anam nədən mənim xəstələndiyimi hiss etmədi, qaçdığımı düşündü? Nicat bir anlıq Aylına baxdı. Aylında Nicata baxdı üzgün baxışlarla.

Nicat gülümsəyib, – Aylına: dəli qızın düşündüyünə baxsana. Hansı ananın axlına gələr ki, belə zalım xəstəliyə evladının dücar olduğu? düşünməsi belə dəhşətdir, xalamçün də bir ana olaraq. Nazlı bunları düşünməmişdir, sən ondan incimə canım. Aylın – Nicata: Sərdarı itirdiyim anı hiss etmişdi xalan, hiss etmişdi ki, başıma çox pis bir iş gəlmişdi deyə. O günü zəng etmişdi mənə, o anda yanımda olmuşdu, gözləri yaşardı bi ixtiyar, Nicatda pis oldu. Aylın – Nicata: gərçəkdən niyə məni hiss edir? öz doğma qızını isə yox.

Nicat nə deyəcəyini bilmirdi, baxa qalmışdı. Bu yerdə Nazlı haqlıdır, hətta bunu xalan özüdə dedi mən, necə anayam ki, qızım xəstə olmuş hiss etmədim. Nicat – Aylına: niyə belə şeylər düşünüb üzülürsünüz boşa? səni xalamın hiss etməsi, sənə olan sevgisindəndir. Burda nə var ki? bax məndə hiss etdim sənin bir dərdin var, soruşdum. Sən mənim sanki canımdam ayrılmış cansan, hiss etməmək qeyri mümkündür. Xalamda səni elə hiss edir. Nicatın bu dediyi söz, dahada təsir etdi Aylına, Nicatda anladı bunu. Nicat üzüldü, off canım gəl bura, Aylını dartıb qucaqlayıb özünə sıxdı. Nicat – Aylına: mənimdə fikirlərim qarışdı bağışla, bilmirəm canım kim – kimi niyə hiss edir. Mən bir onu bilirəm ki, insan sevdiyi insanı dünyanın o bir uçunda olsada, hiss etməlidir.

Aylın Nicatın çiyninə başını dayayıb dayandı susdu, göz yaşlarını silib dərindən nəfəs aldı. Aylın – Nicata: tamam işimizə davam edək, – Aylına: mən ikimizədə qəhvə hazırlayım. Aylın üzünün ifadəsiylə olar deyə işarə etdi, danışsa sanki ağlayacağından çəkinirdi. Nicatda bunu yaxşı anlayırdı, – Aylına: tamam mən indi hazırlayım.

Gedib kofe makinsına yaxınlaşıb, Aylına baxdı altdan – altdan. Nicat hec istəmirdi Aylının üzülməsini – ağlamasını. Aylında yerinə əyləşib, kağızları götürüb gözdən keçirsədə, fikri başqa yerdə idi. Dərindən nəfəs alıb, gözlərini yumub dayandı bir anlıq. Nicatın gözü Aylında idi, qəhvələri süzərkəndə. Aylının bu halına daha çox üzülürdü baxıb.

Axşam olurdu, Ramiz telefonunu açarlarını götürüb masadan qalxdı. Dilqəm – Ramizə: mən Nazlıya gedəcəm, gəlmirsənmi? – Dilqəmə: biraz işim var, gələcəm sən get. Dilqəm Ramizə qaşlarını çataraq baxdı. Ramiz – Dilqəmə: asma suratını qardaşım, dedim gələcəm. Dilqəm başını narazılıqla sirkələyib, – Ramizə: dinc dayansaydın, birisinin şokundan çıxmadıq hələ. Ramiz gülümsəyib, tez otaqdan çıxdı ki, Dilqəm özünü acılamasın. Dilqəm dərindən nəfəs alıb Ramizin ardınca, of qardaşım off.

Aylınla Nicatda işdən çıxırdılar, maşına tərəf gəldilər. Nicatın üzünün ifadəsi dəyişdi, kimisə gördü. Aylın Nicatın baxdığı tərəfə dönüb baxarkən, Ramiz gəlib Aylını qucaqlayıb öpdü üzündən. Ramiz – Aylına: salam canım necəsən? necə keçdi iş günün? Ramizdən uzun bir zamandan sonra belə sözləri eşitməsinə, Aylın təcübləndi. Salam, pis keçmədi narazılığım yoxdur, sizin işiniz – gününüz necə keçdi? Nicat nifrətlə Ramizə baxırdı. Ramiz Nicata acığa Aylının üzünə sığal çəkdi. Ramiz – Aylına: sağol canım işdi həmişəki, ancaq mənim bir narazılığım var işimdən. Aylın Ramizə baxdı. Ramiz – Aylına: sən yoxsan yanımda işdə, o üzdən. Aylın – Ramizə: insan elə bir məxluqdur bu dünyada yaratılmış, vaxtla – zamanla hər şeyə alışır məcburən. Səndə alışacaqsan zamanla birdənəm. Ramiz Aylının sözünə gülümsədi, – Aylına: alışmaq istəmərəm bir ömür yaşasamda sənsizliyə.

Nicat – Ramizə: camaat sənin kimi bekar deyil, bütün günü çalışmış. Mənasız suallarınla yorma adamı. Ramiz – Nicata: vayy, səndə burdasanmışmı? heç fikir verməmişdim sənə. Aylın dərindən nəfəs alıb baxdı kənara, bilirdi Ramiz dava axtarırdı. Nicat – Aylına: canım sən keç əyləş maşına yorğunsan, gedək. Ramiz – Aylına: sən mənimlə gedəcəksən canım. Aylın Ramizə nə isə demək istəyirdi, Nicat – Ramizə: dedim sənə yorğunuq, zəhlə tökmə get burdan. Aylın səninlə bir addımınıda atmayacaq heç yerə, duydunmu manyak?

Ramiz Nicata bir addım yaxınlaşdı. Sənmi icazə verməyəcəksən? Nicatda Ramizə yaxınlaşıb gözlərinin içinə baxdı nifrətlə. Nicat – Ramizə: Aylın sənin axlında olan kimi biri deyil, onun özünün düşünmə qabilyəti, sənin düşünmə qabilyətindən çox – çox üstündür. Sən hər kəsi özünün quş beyini ilə bir tutma. Ramiz – Nicata: əlimdə qalmışdın o gün gecə, çox peşmanam səni boğub gəbərtmədiyimçün. İndi qarşımda durub dil uzatmazdın, elə deyilmi? Aylın baxdı Nicat şüphəylə. Nicat – Ramizə: niyə boğmadın? sən mən özümdə olmadığımda belə, məndən it kimi qorxursan boynuna al. Sənin hünərin deyil elə işləri etmək, edən oğlan soruşub etmir, cırrama qarşımda. Bilirsən sənin payını keçən dəfə necə verdim, qaşınırsansa yenə sənə yüngül vari əl hərləyərəm dəymərəm xətrinə.