Günahsız günahkar. Roman. Hissə – 2

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Czcionka:Mniejsze АаWiększe Aa

Aylın -Tahirə: planımızın batmaması üçündə rəyisə bu haqda, burda hər şeyin hazır olduğundan sora evinə gedib deyəcəksən. Bizdə gecədən buna görə demi əlləşirik burda dostum? Tahir öz – özünə: mənə niyə öncədən bildirmədi axı? mən onun yanında idim bütün günü işdən ayrılana kimi. Aylın – Tahirə: plan nəyə deyillər? bəzi şeylərdə dəyişiklik ola bilir, məndən yaxşı bilirsən. Sən burda mənimlə şüphə dolu söhbət edincə get qalanlarıda qur, birdə gözdən keçir hər şey düzdürmü. Əgər mənə inanmırsansa götür özün zəng et rəyisə soruş. Tahir çox çətində olsa Aylına inandı, çantadan başqa partlayıcı cihazları götürüb getdi. Aylın dərindən nəfəs alıb Tahirin ardınca, səndə məni bir gün bağışlayarsan dostum, yalan danışmaq zorunda qaldım.

Sərdar saat 6 – da oyandı, qalxıb getdi vannaya, Aylının getdiyindən xəbərsiz idilər. Geçə atasıla dartışmışdılar və sonunda planın bu dəfə baş tutmayacağına qərar vermişdilər. Atasıda gecə yata bilmədiyindən qalxmamışdı hələ yerindən. Sərdar yuyunub gəldi, divanda oturub qolundakı saatına baxdı. Öz – özünə: atamın planı baş tutmadı deyə incimiş məndən, yoxsa çoxdan oyanardı. Yat ata yatmağın yaxşıdı mənimlə davalaşmağındansa, həmdə bu gün bazardı dincəlmiş olarsan. O alçağı isə başqa yolla mən ələ keçirəcəm, söz verirəm sən heç ürəyini sıxma. İndiyə qədər sən deyəni etdim, artıq özüm quracam planı sənsiz, qalxıb getdi mətbəxtdə qəhvə hazırlamağa.

Hər şey yerində idi, Tahir cihazları partladacaq pultunü verib – Aylına: bax bura basdığında hammısı birdən göyə sovrulaçaq. Ətrafa baxıb – Aylına: buda səninlə əlaqə yaradacağımız mikrafondur, Aylının üstünə yerləşdirdi. Basdığında səsini duyacağıq, basmasan səsin gəlməz anladınmı? Aylın Tahirin dediklərinə diqqətlə qulaq asırdı. Tahirin üzündən necə həyəcanlı olduğu anlaşılırdı. Tahir – Aylına: burda partlayış anı qalsan nələr olacağını bilirsən, sənə yetişməmizçün ən azı 10 dəqiqə filan lazımdır. Biz çox kənarda dayanacağıq, oların bizidə görməmələri lazımdır. Sən bizə buranın və özün haqda məlumatını verəcəksən. Cox aşağı səslə, pıçıldayaraq anladınmı? – Tahirə: anladım dostum bu haqda dostun öyrədib məni, get artıq vaxtdır. Aylın -Tahirə: Tahir, Tahir baxıdı – Aylına: buyur Aylın xanım. Aylın gülümsəyərək, -Tahirə: burax xanımı filan, hər şeyçün cox sağol sən yaxşı dostsan. Sərdarı heç vaxtdı tək qoyma, – Aylına: elə danışırsan bir daha görüşməyəcəyik kimi. Səndə gərçəkdən mərd qızsanmış halal osun sənə bizə kömək edirsən. Aylın Tahirin boynunu qucaqladı, bir anlıq Tahir baxa qaldı, öz – özünə gülümsədi Aylının sadəliyinə və saf ürəyinin olmasına. Özüdə qucaqlayıb bağrına basaraq – Aylına: biz axşama görüşəcəyik, danışdıqmı? dostuna söz verdin unutma. Aylın Tahirin baynunu buraxıb gülümsəyərək, – Tahirə: danışdıq dostum, geci – tezi görüşəcəyik söz. Tahir ətrafa göz gəzdirib saatına baxdı, saat 7 – ə işləyidi, mənim burdan çox ehtiyatlı çıxmamğım lazımdır. Gedirəm rəyisə bildirim hər şeyin hazır olduğunu, olar axşama gələcəklərsə gözətçiləri az vaxtdan burda olacaqlar, yerindən çıxma. Aylın keçib yerində əyləşdi daşların ardında. Tahir Aylının oturduğu yerə birdə baxdı qıraqdan, – Aylına: görsənmirsən, silahın üstündədir demi? Aylın tapancanı göstərib işarə etdi ki, get artıq. Tahir gedincə – Aylına: bax əlindəkiyə ehtiyatlı ol, burdan özün çıxmamış basmaq yoxdur, -Tahirə: get artıq. Tahir boş çantanı götürüb getdi, Aylın dərindən nəfəs alıb öz – özünə: çox şükür inandıra bildim bunuda. Telefonu çıxarıb Ramizə – Kamilə – Sadiqə – Nərgizə, mesaj göndərdərməkçün nə isə yazmağa başladı.

Ramizin telefonuna mesaj gəldi, telefonunu götürüb baxdı mesaj Aylınan idi. Açıb oxudu, birdənəm salam sabahın xeyir necəsən? axşam yuxumda səni gördüm, yaxşısanmı? birazdan həkimlərin müyanisindən keçəcəm telefonum sönülü olsa bağışla. Mənim tək bir varlığımsan sən bu həyatda, səni çox istəyirəm öpürəm. Ramiz geri cavab yazıb göndərdi – Aylına: doğum günün mübarək canım, səni çox istəyirəm məndə. Mesaj çatmadı Aylına, Ramiz öz – özünə: müayinəyəmi çağırdılar? telefonu yerinə qoyub gülümsəyərək, öz – özünə: vah – vah ordakı yazıq həkimlərin halına. Səni necə müayinə edirlər görəsən? gülümsəyib, baxdı.

Kamilədə, Nərgizədə, Sadiqədə, Şahnaz xanımada, mesaj gəlmişdi Aylından, hamıyada müayinədən keçəcəyini yazmışdı, geri cavab yazsalarda, kimsənin mesajı çatmadı Aylına.

Qapının zəngi basıldı, atasıda gəldi oyanıb divanda əyləşdi, Sərdara öz – özünə: kimdir səhər – səhər? qalxıb getdi qapıya. Gəlib qapını acdığında Tahir görüb, xeyirdimi qardaşım səhər – səhər? – Sərdara: atan evdədirmi? Sərdar hə evdədir. Tahir tez içəri getdi Sərdarı gözləmədən,

gəldi rəyisi əyləşmiş görüb həyəcanla baxdı. Sərdarda gəldi ardınca – Tahirə: qardaşım nə olub sənə? rəngin yenə qaçıb gecə yuxuda Aylınımı görmüsən? güldü. Tahrin çiyninə vurub keçib əyləşdi, Tahir baxa qalmışdı, heç Sərdarın rəyisin üzlərindən plan haqda məlumat olana oxşamırdı. Tahiri tər basdı öz – özünə: aman Allahım bircə düşündüyüm olmasın. Rəyis – Tahirə: sabahın xeyir oğlum, nədir o düşündüyün kimi olmayacaq? Tahir – rəyisə: mənə güvənmirsinizmi siz? rəyislə Sərdar Tahirə şaşqın baxışlarla baxdılar. Sərdar – Tahirə: nə olur səhər – səhər sənə? doğru düzgün anlatsana. Tahir – rəyisə: tapşırığınızı yerinə yetirdik Aylınla. Atası Sərdara baxdı təcüblə, rəyis -Tahirə: oğlum sən nədən danışırsan anlatacaqsanmı? Aylın gecədən plan qurduğumuz yerdədir, hər şey hazırdır bildirməyə gəldim. Sərdarla, atası ikisi birdən, nəə? sən nə danışırsan? rəyis ayağa qalxdı. Tahir çaş – baş baxa qaldı, – rəyisə: Aylın zəng edib sizin dinləndiyinizi və izləndiyinizi dedi. Mənim onu aparmağımı tapşırdığınızı dedi, Sərdar geri divana əyləşib – Tahirə: sən nə etdin qardaşım, başını tutdu əlləri ilə. Tahir – rəyisə: anlamadım mən, bu sizin əmriniz deyildimi? rəyis baxa qalmışdı Aylının etdiyindən şokda idi. Tahir anladı Aylının özünü aldatdığını öz – özünə: Aylın sən məni aldatdınmı? Sərdar Tahirə baxıb başını narazılıqla sirkələdi. Rəyis – Tahirə: nə etdin oğlum sən, necə mənə demədən başqasına inana bilərsən? Tahir qaldı baxa, çox üzüldü Aylının özünü aldatmasına. Tahir – rəyisə: siz dediyinizdə Aylına özünüzdən çox inanırsınız məcbur inandım, Tahir pis oldu bu duruma düşməsindən. Sərdar qalxıb Tahirə yaxınlaşdı. Qardaşım onu mən tanıyıram atam onu mələk bilsədə, mən bu yalanlarına görə onu sevmirdim. Rəyis – oğluna: tez ora lazımı qrupları yolla, hər kəs iş başına. Orda qızın həyatı təhlükədədir, sən burda onun kim olub – olmadığından danışırsan, – atasına: sən ki əvəldən bilirdin ora getdiyində qızının həyatı təhlükədə olacaq, indi bu nə həyəcanıdır? Sərdar tez gedib maşının açarını, silahını götürdü. Atasıda pencəyini telefonunu götürüb çıxmaq istədikdə Tahirin hələdə getmiyib dayandığını görüb, – Tahirə: oğlum özünə gəl artıq. Tahir – Sərdara: birdə bir problemimiz var. Sərdar pencəyini geyinərək -Tahirə: dünyada ən böyük problem Aylın adlanır qardaşım, anladıq. Tahir – Sərdara: mən o binaya partlayıcı cihazlar yerləşdirdim, pultuda Aylındadır.

Rəyis geri dönüb baxdı, Sərdar şaşqın baxışlarla baxdı Tahirə ki, bu qədərdə səhv olmaz qardaşım, rəyis inana bilmədi eşitdiyinə -Tahirə: nə etdin nə etdin? Tahir zorla cavab verdi. Aylın dedi ki siz tapşırmısınız ora cihazarı yerləşdirim, rəyis dizlərinə vurub – Tahirə: oğlum sən dəlisənmi? nə cihazı, nə pultu? biz birinci gündən vaz keçmişdik o plandan. Tahir başını tutub özünə baxan Sərdara baxdı, Sərdar tez Aylına zəng etməkçün telefonunu çıxardı, telefonun ekranında Aylından gələn mesaj vardı idi, açıb oxudu. Sizi aldatdığımçün məni bağışlayın, atanı üzmə özünədə yaxşı bax Sərdar bəy. Tahirə acıqlanmayın onun günahı yoxdur, birdə bunu deyim sizin mənədə borcunuz yoxdur, demişdim sənə borcumu neçə ödəyəcəyimi. Mənə bu həyatdan gərçəkdən heç bir şey gərək deyil, dediyim kimi anamın yanına getmək istəyirəm çox yoruldum. Sərdarın gözləri doldu bi ixtiyar, – atasına: evdən tək – tək çıxaçağıq ətrafdakıları şüphələndirmədən. Sərdarın gözlərinin yaşarması atasının gözündən qaçmadı – oğluna: o zaman siz Tahirlə öndən çıxın, mən biraz sonra çıxaçam. Tahirllə Sərdar çıxdılar evdən, atası divara söykənib öz – özünə: sən niyə belə edin qızım? kövrəldi.

Sadiqlə anası Aylının müalicə aldığı xəstəxanaya getməyə hazırlaşırdılar. Anası – Sadiqə: oğlum qızım şad olacaq, birinci təbrik edən biz olaçağıq, – anasına: bir həftə çox zor keçdi dostumü üçün. Anası gülümsəyərək, – Sadiqə: yaxşı ki küçüyünüz var, yoxsa Aylınsız darıxdğını kimin üstünə atardın? Sadiq dərindən nəfəs alaraq – küçüyünə: dostum Aylın başqa insandır. Kimsəyə bənzərliyi yoxdur, ona öncədən yaxşı davran ki sonra peşman olma. Anası oğlunun saçını qarışdırıb – Sadiqə: bu məsləhətlərindən birazınıda özünə saxlasaydın oğlum. Sadiq anasının sözünə gülümsəyib, – anasına: Aylına ən böyük hədiyyə olacaq bunu gördüyündə, küçüyü öpüb yerə buraxdı. Anası yaxınlaşıb başını oğlunun sinəsinə qoyub, – Sadiqə: mən bilirəm sənin ürəyini oğlum, sən deməyə çətinlik çəksəndə kövrək ürəyini oxumaq heçdə çətin deyil. Sadiq anasını sınəsinə sıxıb öpdü alnından, məni tək bir canım anam anlayır, birdə Aylın. Anası oğlunun sinəsindən öpüb oğluna baxıb gülümsədi, – anasına: yəni o da anlayır mənasında dedim. Sadiqin xasiyyəti belə idi anası yaxşı bilirdi, başını narazılıqla sirkələyib -Sadiqə: mən baxım əksik qalan şeylərimiz varmı, getdi.

Kamillə Ramizdə maşınla gedirdilər Aylının yanına xəstaxanaya, Kamil darıxırdı tez – tez saatına baxırdı, off çatmırıqmı? sıxıldım mən. Ramiz – Kamilə: döz uşaq deyilsən ki? istəyirsən saxlayım maşını hava al biraz, – Ramizə: yox gərək deyi. Heç belə sıxılmazdım nə oldu mənə? Ramiz maşını idarə edirdi. Bilmirəm məndə axşam elə olmuşdum, yata bilmirdim yuxumuda qarışdırdım, səhər Aylın mesaj atdığında rahat oldum. Kamil – Ramizə: elə bil ürəyim indi çıxacaq yerindən, elə çırpınır oyandığımdan. Ramiz telefonunda baxdı nə qədər yol qalıb deyə, – Kamilə: az qalıb dostum döz. Kamil ofuldayıb köynəyinin yaxasını dartıb yola baxdı. Ramiz dərindən nəfəs alıb, paçkadan siqaret götürüb alışdırıb çəkdi.

 

Sərdar Tahirlə Aylınla əlaqə yaradacaqları maşına gəldilər, maşının qapısını açıb əyləşdilər. Sərdar maşındakı başqa – oğlana: tez Aylınla əlaqə yarat. Oğlan Aylınla əlaqə yaradıb qulağına taxan cihazı Sərdara verdi, Sərdar tez götürüb taxdı qulaqlarına cihazı. Aylın məni eşidirsənmi? Aylın yavaş səslə – Sərdara: eşidirəm Sərdar bəy. Biraz yavaş danış yuxumu dağıtdın, Sərdar Aylının səsini eşidib biraz rahat oldu. Sərdar – Aylına: bu etdiklərinin cavabını mənə sonra tək – tək verəcəksən, sən ehtiyatla ordan çıx gəl indicə səni gəlib mən götürəcəm. Aylın – Sərdara: mənim qərarım qətidir Sərdar bəy, dostumla bu qədər hazırlıq etdikdən sonra planı pozmaqmı istəyirsən? – Aylına: qulaq as mənə plan pozulmayacaq, sadəcə başqa vaxt olacaq bu gün deyil. Aylın – Sərdara: başqa gün yoxdur mənimçün bu gün var, mən burda qalıram sizdə oralarda durun, gəldiklərini bildirin mənə. Sərdar əsəbi idi, ancaq yaxşıda bilirdi ki Aylına bağırsa hər dediyini əksinə edəcəkdi. Özünü toplayıb mülayim olmağa çalışdı – Aylına: bax canım qulaq as böyük sözü dinlə, dediyimi et anlaşdıqmı? – Sərdara: yox dedim. Sərdar yenə özünü saxlaya bilmədi, bağırdı! – Aylına: dedim çıx ordan gəlib götürürəm səni, bəlkədə oralarda biriləri vardır mən sənin həyatını təhlükəyə atmaq istəmirəm. İnan yoxsa bu dəqiqə səni ora gəlib, özünə baxan Tahirə oğlana gözü sataşdı, sözünün ardını demədi. Aylın – Sərdara: mən artıq məşqimi bitirdim Sərdar bəy səninlə, mənimlə yüksək səslə danışma anladınmı? sən heç danışma başqası əlaqə saxlasın mənimlə. Əgər bura bir nəfər yaxınlaşarsa məni götürmək adıyla, cihazın pultu əlimdə hazırdır, bilirsən basaram gözümü qırpmadan göyə sovuraram buranı. Sərdar Aylını saktdəşdirməyə çalışdı – Aylına: anladım tamam sakit ol, bir dəqiqəlik dayanıb gözlərini yumub düşündü. Sərdar – Aylına: anlaşdıq dediyin kimi olsun qal orda, ancaq səninlə mən əlaqə saxlayacam anlaşdıqmı? dediklərimi edəcəksən. İş hələ bitmədi Aylın xanım, o üzdən dediklərimi etməyə məcbursan, Aylın yavaş səslə – Sərdara: bax belə axıllı olsan anlaşarıq.

Rəyis gəldi maşına əyləşdi oğluna baxdı, Sərdar qulağından cihazı çıxarıb verdi atasına, atası cihazı alıb taxdı qulağına – Aylına: qızım məni eşidirsənmi? Aylın rəyisin səsini eşidib şad oldu. Eşidirəm yoldaş rəyis, bağışlayın sizə demədən gəldim bura. Axşam Sərdarla çox dartışdınız, sonunda anladım ki plan ləğv olunacaq, biz bu şansı əlimizdən qaçıra bilməzdik, elə deyilmi yoldaş rəyis? son qoyulmalı idı bu işə. Həmdə məndə o qədər vaxtdı hazırlaşdım dözdüm oğlunuzun bağır – çığırlarına gülümsədi. Rəyis -Aylına: sözüm yoxdur qızım sənə, mən səninlə qurur duyuram bunu bilməni istəyirəm, oğlumda nə qədər bağırıb – çığırsada sənin xətrini çox istəyir. Sənin həyatın bizə çox qiymətlidir, dediklərimizi edəcəksən və sadəcə səssiz olaraq gizlin qalıb çək oları yetər. Sübut əldə etdiyin an bildir, ora həmən yollanacağıq adamlarımızla. Nə olur – olsun qaldığın yerdən çıxma, tamammı qızım? – rəyisə: tamam yoldaş rəyis narahat olmayın, rəyisin gözləri yaşardı. Qulağından cihazı çıxarıb veri oğlana, maşından düşdü. Sərdar atasını kövrək görüb – atasına: nə oldu? – Sərdara: mən birdə yoxlayım hər şeyi, getdi. Sərdar əlini maşına vurub öz – özünə: Allah cəzamı verdi artıq, bunda ötəsi olarmı? tez maşına qalxıb əyləşdi. Sərdar – Tahirə: hər kəs gözünü dört açın, məni xəbardar edin hər dəqiqə. Tahir getdi maşından düşüb, qulağına cihazı taxaraq Aylınla əlaqə yaratdı, – yaxşısanmi? Aylın pıçıltılı səslə – Sərdara: bura iki nəfər silahlılar gəldilər, baxıllar hər yerə. Sərdar pərt oldu – oğlana: tez Tahiri çağır bura, oğlan Tahirlə əlaqə saxladı maşından gəl tez.

Sərdar təlaşlanmağa başladı – oğlana: niyə görmədilər bəs oları bizimkilər? oğlan çiyinlərini çəkdi. Tahir gəldi qapını açdı, Sərdar – Tahirə: adamlar getmişlər burunlarının ucandan xəbərləri yoxdu buların. Hara baxır olar orda? – Sərdara: hər kəs yerindədir, anlamadım bu necə ola bilər ki? Sərdar əsəbləşdi, – Tahirə: bilmirəm tapşır sonra gözlərini çıxarmayım oların. Tahir getdi əlqə açıq qalmışdı, Aylın yavaş səslə – Sərdara: Tahiri acılama. Sərdar Aylının səsini eşidib – Aylına: Tahirin hayındasanmı sən orda? Aylın yavaş səslə – Səradara: birisi mənə tərəf gəlir. Sərdar həyəcanlandı yavaş səslə – Aylına: silahını hazır tut qorxmadan, həyəcanlanmadan, lazım oldugunda vur gəbərt.

Aylın səssiz dayandı, Sərdar anladı kiadam yaxınındadır, Aylının bir kəlməsini duymaqçün gözləyirdi həyəcanla, o bir neçə dəqiqə ərzində üzünə təri axdı. Danışmağada qorxurdu ki, Aylının yerini biləllər. Aylın yavaş səslə – Sərdara: buları gəbərtsəm o birləri gəlməzlər, şükür görmədi. Sərdar elə bil nəfəsini tutub saxlamışdı, dərindən – dərindən nəfəs almağa başladı, şükür canım çox şükür. Sən yerində qal, üzünün tərini silib – Aylına: istəyirsənsə oranı əhatə edək, olarıda gəbərdək çıxaraq səni. Aylın əsəbləşdi – Sərdara: bəsdi yetər nə çıxarmaq? Sərdar Aylını sakitləşdirdi, tamam – tamam anladım çıxarmaq filan olmayacaq, sakit qal xayiş edirəm. Sərdar nə edəcəyin bilmirdi, oturduğu yerdə üzündən su kimi axırdı təri üzünə. Aylın üçün gəbər deyən Sərdar. indi özündən asılı olmayaraq elə həyəcan kecirirdi ki, özünün halından özünün xəbəri yox idi.

Sadiqlə anası xəstəxanaya çatdılar, Sadiq anasının əlindən tutub maşından düşməsinə yardım etdi. Şofer – Sadiqə: Sadiq bəy mən maşını uyğun bir yerdə saxlayım, gəlirəm. Sadiqlə anası xəstəxanaya getdilər, Şahnaz xanım çox şad id, i gülümsərək, – Sadiqə: qızıma syurpriz olacaq oğlum gəməyimiz.

Ramizlə Kamildə çatdılar, Ramiz maşını kənarda saxlayıb – Kamilə: çatdıq buradır. Kamiı tez maşından enib – Ramizə: sıxıldım vallah. Ramizdə maşından enib – Kamilə: dostum hazır gəlmişkən sənidə həkimə göstərək, nədir bu narahatlığın? – Ramizə: mənim narahatlığım ürəyimdəndir dostum bilirən sən, zarafatlaşaraq xəstaxanaya tərəf getdilər.

Günorta olurdu, Aylına Sərdar xəbər verdi hazır ol gəlirlər. Aylın yerindən ehtiyatla baxaraq – Sərdara: mən hazıram, bunlar axşam gəlməyəcəkdilərmi? tez gəlmələri dahada yaxşı oldu, gəlsinlər şərəfsizlər, burda ayaqlarımı hiss etmirəm artıq. Sərdar – Aylına: ehtiyatlı ol danışdığımız kimi çəkdikdən sonrada qal yerində. Aylın yavaş səslə – Sərdara: tamam, onsuzda ayaqlarımı hiss etmirəm, çətin harasa gedim. Binaya maşınlar, minibüslər daxil oldular, maşınlardan adamlar töklüşdülər ətrafa baxıb maşının arxa qapısını açdılar, 60 – 65 yaş ortalarında bir kişi endi, ətrafını silahlı adamları sardılar. Başqa maşından düşüb gələn 50 yaş arasında olardı, gəlib görüşdülər bir – biri ilə, Aylın gizlincə oları çəkirdi kameraya. Biraz danışdıqdan sonra adamlar yüklü maşınları açdılar, bir maşında pul var idi, adamın birisi paçkanı götürüb baxdı, deyəsən yoxlayırdı saxdadır ya gərçəkdirmi, başıyla razılığını bildirdi. O birlərdə başqa maşından poketdə nə isə gətirdilər, pıçaqla cırıb dilinə varub baxdı, başıyla razılığını bildirərək nə isə dedi, danışıqları eşidilmirdi aydın.

Arxadan bir neçə maşınlarda gəlib dayandılar, qapılar açıldı maşınlardan töklüşdülər silahlarla, yaşlı adamın yanında dayandılar. Aylın yavaş səslə – Sərdara: burası qarışacaq deyəsən. Məncə atanın dediyi şərəfsizdir, əlavə adamlarıda gəldilər. Sərdar – Aylına: danışma sus, Aylın sakit çəkirdi, birdən aralarından bir nəfəri vurdular, silah səsinə Sərdar səksəndi oturduğu yerdə. Aylını səsləməyədə sanki çəkinirdi, birdən səsinə hay verməz deyə çox qorxurdu! – Aylına: yaxşısanmı? Aylın yavaş səslə – Sərdara: yaxşıyam, içlərindən birini vurdular. Yenə bir maşın gəldi, çatan kimi düşüb qapılarını açdılar, maşın silahla dolu idi. Aylın – Sərdara: bularla sizinkilər arasında çatışma olsa çox adam həyatını itirəcək, çox silahları var bunların əllərində. Hələ maşınlarda doludur silahla, – Aylına: sən yerində qal, beş dəqiqədən əmir edəcəyik hucuma keçəcəyik, anladınmı? Aylın Sərdarı çağırdı. Sərdar, Sərdar Aylının özünü belə çağırmasından qorxdu! heç vaxtı Aylın onu belə səsləməmişdi. Sərdarın canı titrədi – Aylına: eşidirəm canım, – Sərdara: mənim son istəyimi yerinə yetir, məni anamın yanında basdır, səndən tək bir xayişim budur. Buların öfdəsindən ancaq quraşdırılmış cihazlar gələr. Kiminsə anası – bacısı gözü yaşlı qalmasın artıq bunlar səbəb olub.

Sərdar Aylından qorxduğu sözü eşitdiyində şok oldu, tez özünü ələ alıb – Aylına: bax canım biz danışdıq sən söz verdin mənə. Aylın – Sərdara: yox söz vermədim, sadəcə anlaşdıq dedim müvəqqəti. Sərdarı həyəcan basdı, bir anda nə edəcəyini bilmədi, titrək səslə – Aylına: Aylın, canım bax dinlə məni. Sən oranı partlatsan sağ çıxmassan bunu bilirsən, etmə bunu ananın ruhunun xətrinə yalvarıram. Aylın yavaş səslə – Sərdara: bu gün mənim ata – anamsız birinci doğum günümdür ki tək qeyd edirəm. Mənimçün nə gözəl andır bil bilsən, az vaxtdan olara qovuşacam buranı şərəfsizlərlə qarışıq göyə sovuraraq, dostumun qurduğu cihazlarda fişəng əvəzi doğum günümün hədiyyəsi olsun. Sərdarın gözlərindən yaş süzüldü üzünə, zorla kövrək səslə – Aylına: Aylın məni qorxuzma! nə olar qurban olum dediyimi et indi gəlirik gözlə, Aylın gülümsəyərək, – Sərdara: özünə atana yaxşı bax. Mənim yerimi Tahir bilir, kamera yanımda olacaq, birdə Sərdar mən sizdən icazəsiz ananında rəsmini almışdım yanımda. Bu gün onun ruhununda şad olacağı gündür, mən gərçəkləri duymuşdum atanla danışdığınızda. Sənin anasız qalmana səbəbkar olan bu şərəfsizdir, bu dəfə ona qurtuluş yoxdur məndən, sizdə haqqınızı halal edin öpdüm, öz – özünə: canım anam gəlirəm yanınıza. Sərdar bağırdı! Aylın etməəə, bir anlıq dayandı baxdı ki, Aylının yenə özünü incitdiyini düşündü, öz – özünə: zarafat et canım söz incimərəm, acıqlanmayaçamda. Sərdar tez xəbər verdi – başqalarına: əməlyata başlayın, sözü ağzından bitməmiş ardıcıl güclü partlayış səsləri eşidildi, səsdən maşındakı cihazlarda sirkələndi. Sərdar oğlana baxdı həyəcanlı baxışlarla, öz – özünə: yox – yox sən bunu edə bilməssən. Tez maşından enib qaçdı başqa maşına əyləşib, getdi sürəətlə hadisə yerinə.

Rəyisdə başqa maşında idi, partlayış səsindən qalmışdı şok vəziyyətdə, Tahir maşını idarə edirdi Ayının olduğu yerə tərəf həyəcanla, binaya doğru tibbi yardım maşınları və polis maşınları gedirdilər. Yaxınlaşdıqca partlayış yerindən qalxan qara tüstü görsənirdi, hadisə yerinə çatdılar, hamı silahlarla töklüşdülər maşınlardan. Partlayış o qədər güclü olmuşdu ki, hər yer tüstü toz duman göyə sovrulmuşdu, daş qırıqları ətrafa səpilmişdi. Əmir verdilər içəri girdilər əllərində hazır silahlarla, binaya daxıl olduqlarında hər kəsin bir tərəfə cansız sərildiyini gördülər. Nəfəs zorla almaq olurdu, çətin görsənirdi içəridə hər şey. Rəyis əlində tapancayla gəldi içəri,

Sərdarda qoluyla ağzını – burnunu tutub girdi içəri, ətrafa baxdılar sağ qalan yox idi. Sərdar səslədi Tahiri bağıraraq! Tahirr, Tahirdə gəldi öskürə – öskürə. Sərdar – Tahirə: Aylın hardaydı? Tahir tələsik Aylının olduğu tərəfə qaçdı, ardınca Sərdarda qaçarq gəlib baxdı. Tahir – Sərdara: burdaydı, tez dağılmış daş qırıqlarını kənara atmağa başladı, Sərdar başqalarına bağırdı! bura gəlin, gəldilər. Sərdar özüdə Aylını axtarmaqçün daş qırıqlarını kənara ataraq, – olara: nə baxırsınız? axtarın qızı tez olun. Polislərdə tələsərək uçan dağılan şeyləri kənara atmağa başladılar. Hamı öskürə – öskürə dağılmış şeyləri kənara atırdılar, birdən birsi səsləndi, tapdım buradadır. Sərdar tez gəldi, Aylın idi gərçəkdəndə, yazığın üstünə toz zibil tokülmüşdü. Sərdar tez Aylını səslədi! Aylın canım, Aylın üzü aşağı qalmışdı, Sərdar tez çevirdi Aylını özünə tərəf qollarında tutdu, üzünü təmizlədi nəfəs ala bilsin deyə. Tahirdə gəlib yardım etdi, Ayının üstündən xırda daş qırıqlarını tozu qırağa təmizlədi. Aylının əlində kamera vardı, özünə sıxıb üstünə yatmışdı ki, zədələnməsin. Səradar – Aylına: canım, əlinə Aylının harasındansa axan qanı bulaşdı, qana baxdı həyəcanla yanındakılara bağırdı! həkim çağırın tez olun, həkimi çağırırdılar qacaraq gəldilər. Sərdar qucağında dizi üstə Aylınla qalmışdı, tez gəlib Aylın baxıb həkim bağıraraq – yanındakılara: tez təmiz havaya çıxarın, Aylını götürüb apardılar tələsərək dışarı.

Sərdar keyləşib qalmışdı dizləri üstə yerində, kameranı Tahir götürmüşdü. Aylının əlindən düşüb yerdə qalmış rəsimlərdə var idı, Sərdar rəsimləri götürüb üz tərəflərini çevirib baxdı, birisi öz anasının rəsimi idi. Sərdar kövrək səslə rəsimə baxıb, ana deyə çağırdığında atası oğlunun səsinə dönüb baxdı həyəcanlı baxışlarla! Sərdar ayağa qalxmağa çalışdı, az qaldı yıxılsın. Tahir tez tutdu Sərdarın qolundan, Sərdar özündən ketmək üzərə idi havasızlıqdan. Atasıda gəldi, Sərdarın qollarını Tahirlə boyunlarına salaraq dışarı apardılar köməkli. Rəyislə Tahir oğlunu tibbi yardım maşının yanına çatdırıb, maşının açıq qapı yerində otuzdurdular, rəyis ürəyini tutub dayandı. Həkim gəlib Sərdarın gözlərinə işıq salıb baxaraq – rəyisə: tüstü udmuş qorxulu bir şeyi yoxdur, təmiz havada az vaxtda normal olacaq.

Aylını yerə uzadıb süni nəfəs verirdilər ağızları İlə, sinəsini masaj edərək yartım edirdilər, elektro şok cihazlarınıda gətirdilər, həkim götürüb – yanındakılara: çəkilin. Aylına tok verərək özünə gətirməyə çalışırdılar, hammının gözü Aylında idi. Aylına bir neçə dəfə tok verməyinə baxmayaraq, özünə gətirə bilmədilər. Həkim başını narazılıqla sirkələdi, rəyis ürəyini tutub yavaş səslə – Aylıana: qızım nə olar ölmə. Tahir başını ikki əli ilə tutub aşğı çöküb baxdı, həkimlər Aylından qırağa çəkildilər. Üzgün baxışlarla rəyisə tərəf baxdılar, gətirib Aylının üstünə örtük çəkdilər.

 

Sərdarın üzünə su vurdular biraz özünə gəldi atasına baxdı, atasının gözlərindən yaş gəlirdi, bir əli ilə ürəyinin üstən tutub maşına söykənib kiməsə baxa qalmışdı. Sərdar ayağa qalxıb, dönüb atasının baxdığı tərəfə baxdığında, yerdə üstü örtülü uzadılmış Aylını tanıdı, dərindən – dərindən nəfəs aldı. Başını ikki əlləri ilə tutub Aylına baxa qalmaş dostuna baxdı, çox ürək ağrıdıcı idi hər kəsin çarəsiz durumu. Sərdar Aylına tərəf addımlayıb, gəlib yanında dizi üstə çökdü. Əsən əlləriylə Aylının üzünü açıb baxdı, nəfəsi kəsilirdi həyəcandan, gözlərinin yaşı Aylının üzünə damcılayırdı. Aylını qucaqlayıb qollarına aldı, özünə sıxıb – Aylına: mən öl deməmiş ölmək yoxdur eşidirsən? bağırdı! Aylının üstündən örtüyü kənara atıb öz – özünə: ölmədin sən, ölmədin. Aylına sünü nəfəs verərək, sinəsinə əllərini qoyub masaj etməyə başladı. Sərdarın bu halına hammı pis olmuşdu, burdakı hər bir hərbici bilirdi ki Aylın özlərinin həyatını qurtarmışdı, öz canını qurban verərək. Aylına hörmət əlaməti ilə başlarından papaqlarını çıxarıb üzgün baxışlarla baxdılar, binadan ölmüş meyitlərini çıxarırdılar şərəfsizlərin. Sərdar Aylının ürəyinin üstünə yumuruq vuraraq, bağırdı! aç gözlərini açç dedim. Dostunun bu halına baxa bilmirdi Tahi, r gözlərindən yaş süzülürdü üzünə, özü səbəbkar olmuşdu Aylının ölümünə, çətin vəziyyətdə qalmışdı ortalıqda. Sərdar Aylını vurmaqdan, masaj etməkdən, həyəcandan, halı qurtarırdı, alnını Aylının sinəsinə qoyub dayandı, dərindən – dərindən nəfəs aldı.

Gözləri yaşlı atasıda gəlib oğlunun yanında dizi üstə çökdüb Aylına baxdı. Atası gözlərinin yaşına hakim ola bilmirdi, bağışla qızım bağışla məni. Sərdar birdən yanında çökmüş – atasına: sən öldürdün onu, sən öldürdün, duyursanmı? atasının sinəsinə vurub ağlamağa başladı. Atası oğlunu bərk – bərk özünə sıxıb tutdu, Sərdar elə ağlayırdı ki, atasının Tahirin və ətrafdakıların ürəkləri göynəyirdi. Gəlib Aylının üstünü örtüb, apardılar maşına qoydular. Sərdara ayağa qalxıb mane olmaq istəsədə, yaxındakı polis dostları gəlib tuturaq qoymadılar. Tibbi yardım maşının qapılarını bağlayıb, Aylının ölmüş cansız bədənini həmişəlik aparıb getdilər. Sərdar polislərin əllərindən çıxa bilmədi, nə qədər bağırsada, ağlasada buraxmadılar, maşın uzaqlaşdıqdan sonra Sərdarı buraxıb kənara çəkildilər. Sərdarın başını atası sinəsinə sıxıb ağlayırdı. Sərdarda atasına qısılıb hönkürüb ağlayırdı bağıraraq, Tahir çox pis olmuşdu Ayının sözünə inandığına görə. Baxdıqca ürəyi sızlayırdı, Sərdarın Aylının ölümünə bu qədər üzüləcəyini heç axlına gətirməzdi, sanki Sərdarın canını alıb aparırdılar əlindən.

Xəstaxanada Ramiz gilnən Sadiq və anası rastlaşdılar. Kamil oları görüb – Ramizə: buların nə işləri var burda? Şahnaz xanım yaxınlaşdı – Ramizə: salam oğlum, Aylın haqda bizə məlumat vermillər. Çağırmıllar onu bura, yada bizi buraxmıllar ona, nələr olur burda? Ramiz gilədə gözləyin demişdilər. Sadiq anasından bir neçə metra arxada dayanmışdı, Kamil Sadiqə baxırdı kinli baxışlarla. Ramiz – Şahnaza: bizədə gözləyin dedilər, bu gün səhər Aylın mesaj yazmışdı müayinə edəcəklər deyə. Ancaq bu qədər vaxt çəkməz ki? Şahnaz – Ramizə: mənədə yazmışdı oğlum, hamısı bir – birinə baxdılar şüphəli baxışlarla.

Sadiq əsəbləşib gedib məlumat verənlərlə davalaşdı, niyə çağırmırsınız Aylını bura? hanı Aylın? olar – Sadiqə: bir dəqiqə cavan oğlan, dedik sizə məlumat verəcəklər. Sadiq – olara: bura xəstəxandırmı yoxsa hərbi çasdırmı? siz nələr qarışdırırsınız? bu vaxtdı arxadan səs eşidildi.

Bağışlayın, hamı dönüb baxdılar orta yaşlı bir kişi idi, Sadiqin dediyi gərçək olmuşdu sanki, hərbi geyimdə idi. Sadiq – kişiyə: hərbi dedik o dəqiqə peyda oldu, anasına baxdı, kişi görünür sözünü deməyə çətinlik çəkirdi. Həkimlərdə gəldilər, Kamil – Ramizə: nə olur doğurdanda burda? sanki bizə indicə saldıracaqlar. Şahnaz xanım yaxınlaşıb şüphəli baxışlarla baxaraq – kişiyə: qızıma bir şeymi olub, siz kimsiniz? Nədən susursunuz. Kişi çox çətinliklə – Şahnaza: Aylın bu xəstəxanada yatmadı heç bir saatda olsa, o başqa yerə işlə əlaqəli getmişdi, polislərə yardımçı olacaqdı gizli planda. Ramiz Kamilə baxıb, bu nə danışır? biz hər gün Aylınla danışırdıq, o burda müalicə olunurdu.

Sadiq yaxınlaşdı – kişiyə: nə demək itəyirsiniz siz? Şahnaz xanım qalmışdı baxa, qorxurdu bir kəlmə soruşmağada, duymağada. Kişi dərindən nəfəs alıb – bunlara: Aylın biraz qabağa dediyim gizlin planda iştirak etmiş, başqalarının həyatlarını qurtararaq özü qəhrəmancasına şəhid olmuş. Başınız sağ olsun çox üzgünük, Ramiz – Kamilə: bu Aylının bizə ad gününün hədiyyəsidirmi? bax dostum yəqin Şahnaz anasının gələcəyini nəzərə almayıb, bizi incitmək istəyib. Həkimlərin özünə yaxınlaşdıqlarını gördüyündə gərcək olduğunu anladı. Yazıq arvad özünü itirərək həyəcanlandı, qızım, yox yalandı, məni qızım tərk etməz, doğru deyil. Yazıq arvad elə hala düşdü ki bir sanyədə, özündən keçinərək yıxılacaqdı, tez həkimlər tutaraq yardım edib yerə uzandararaq iynə vurdular ki sakitləşsin. Ramiz dəli kimi öz – özünə güldü, bu bir zarafatdı elə deyilmi? Kamilə baxdı, Kamil baxa qalmışdı. Sadiqin bədəni əsdi, həkimlər tez gəlib tutub otzdurdular yerə yavaşca, Sadiq danışa bilmirdi, anasına iynə vurduqlarını görürdü. Kamil yavaş səslə öz – özünə: necə qıydın sən bizə? gözlərindən yaş süzüldü yanaqlarına. Ramiz başını tutub bağırdı! doğru deyil, ola bilməz yalandır. Aylınnnn hardasan? de zarafatdır, nə olar çıx yetər üzdün ürəyimizi. Rami ətrafa baxıb axtarmağa başladı, Aylın bu bir zarafatdı bilirəm. Bax ancaq xoş zarafat olmadı, çıx gəl hardasan, gəl canım, hər yerə nəzər salıb, gəlib kişinin qabağında dayandı.

kişinin gözlərinin yaşardığını görüb – kişiyə: de gərçək deyil. Kişiyə hucum çəkərək yaxasından yapışıb bağırdı! siz kimsiniz? planınız batsın özünüz qarışıq, hanı Aylın bağırırdı! var gücüy ilə. Ramzi tutub saxlamağa çalışırdı ətraflarına toplaşmış həkimlər. Kamil yıxılmamaqçün əlini yerə qoyub əyləşdi yerdən, öz – özünə: Allahım bu bir pis yuxu olsun, nə olar gerçək olmasın. Səs küydən artıq qulaqları heç kimin səsini eşitmirdi, ürəyi sıxıldı, köynəyinin yaxasını dartıb Ramizə baxdı. Son dəfə onun qollarından tutub saxlamağa çalışdıqlarını gördü. Oturduğu yerdə böyrü üstə yıxıldı yerə, başqa biriləri gəldilər Kamilə yardıma. Dəhşətli bir səhnə idi, Sadiq danışa bilmirdi, əlləri – ayaqları yığılırdı həyəcandan.

Aylını xəstəxanaya gətirdilər, Aylını yoxlayan həkim yanından keçərkən elə bil ürəyinə nə isə damdı, baxdı gətirilən ölü kimdir. Aylını xəstəxananın həkimlərinə təhvil verirdilər. Həkimi gəlib yanlarında dayanıb – gətirənlərə: yol qəzasındamı ölmüş? gətirənlər – həkimə: bu qız qəhrəmandır, şəhitdir. Binanı partlatmış canına qıymış, sayəsində çox polis işçilərini ölümdən qurtarmışlar, ən təhlükəli bandit dəstəsini zərərləşdirmiş tək başına. Çox təssüflər olsun özüdə həyatını itirdi yardım edə bilmədik. Həkim şüphə ilə yaxınlaşıb Aylının üzünü açıb baxdı. Aylının olduğunu görüb içini çəkərək pis oldu, – Aylına: off sonunda sən canınamı qıydın? yanındakılar – həkimə: sizə tanışdırmı doktor? həkim Aylının üzünü örtüb, heçnə demədən getdi.