Günahsız günahkar. Roman. Hissə – 1

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Czcionka:Mniejsze АаWiększe Aa

Aylın çarpayıda oturub gözlərinin yaşını silib öz – özünə: yox mən sabah gedəcəm burdan bu belə olamyacaq, qapı döyüldü. Aylın tez göz yaşlarını silib gəl deyə səsləndi, qapını Ramiz açdi, gələ bilərəmmi? buyur əlbətdə özünü toparlamağa çalışdı üzünü – gözünü sildi. Ramiz qapını örtüb gəlib yanında əyləşib üzünə baxdı üzgün baxışlarla. Aylının agladığı hiss olunurdu, Ramiz dərindən nəfəs alıb – Aylına: bax canım sənə nə deyəcəm qulaq as mənə xayiş edirəm. Aylın Ramizin sözünü yarımçıq kəsdi, heçnə demə birdənəm tamammı? çox xayiş edirəm demə. Ramiz başa düşürdü, haqlıydıda kim olsa incıyərdi qəbul etməzdi belə haqsızlığı. Ramiz yavaş səslə – Aylına: tamam deməyəcəm, sadəcə bilməni istəyirəm atamın ürəyi xəstədir. Anam onun ürəyini xəstə etdi belə mərəfətsiz hərəkətləri ilə. Ramiz ayağa qalxıb – Aylına: indi axlında olanı bilirəm, ancaq dedim ki bilərsən dayının ürəyinin ciddi xəstə olduğunu. Gecən xeyirə deyərdim, belə gecənin mən sözünün ardını gətirmədi, əsəblə otaqdan çıxıb getdi. Aylının gözləri yaşardı, dayısının xəstə olmasını duyduğunda çox pis oldu, ümidlərinin qalanıda alt – üst oldu bir anda. Dayısının xəstə olması getməsini əngəlləyirdi, iki əlləri ilə başını tutub öz – özünə: Allahım mən nə günah işlədim bu günlərə düşdüm? nə etdim mən axı bu qədər zülüm çəkirəm. Çarəsiz oturduğu yerdə gözlərindən yaş yanaqlarına süzüldü, sən mənə yol göstər məni çarəsiz buraxma anacan nə olar. Baxın mən artıq sizsiz nə günlərə qaldım, sakit – sakit ağladı içinə səsini salaraq.

Səhər açılmışdı, Aylın tezdən yerindın qalxıb həyətə çixdı, elə sakitçilik idi. Dərindən nəfəs alıb, çox zor üzünə açılan səhərin təmiz havasından ciyərlərinə aldı. Sanki axşamdan bu yana aldığı nəfəsidə zəhər olmuşdu canına, həyətin qapısına tərəf gedirdi arxadan səs eşitdi, xeyir ola? dayandı, qızım xeyir ola belə tezdən? Aylın bir anlıq dönmədən səsin kimı ayid olduğunu anlamağa çalışdı. Səsin Məlik kişiyə ayid olduğunu anladığında, dönüb baxdı üzgün baxışlarla. Sabahın xeyir Məlik dayı, balacalığımdan vərdişimdir səhər tezdən qalxıb təmiz hava alaraq dolaşmaq. Məlik yaxınlaşıb – Aylına: sabahın xeyir qızım, məndən nə qədər gizlətməyə çalışsada, üzündən bəllidir qızım kefsizliyin – üzgünlüyün, axşam olanları eşitdim. Xanımın acı sözlərini duydum sənə dediyində, bu qədər günüh işlədir sabahını düşünmədən. Aylın – kişiyə: siz nədən tez qalxmısız Məlik dayı? kişi anladı Aylın özünün üzülməməsiçün söhbəti başqa tərəfə dəyişdi. Dərindən nəfəs alıb ah çəkdi, – Aylına: özüm tək yanaram deyirsən qızım, eləmi? anladım yaşının az olmasına baxmayaraq, dərdini bölüşmədən tək çəkənlərdənsən. Aylın dərindən nəfəs alıb baxışlarını kişidən qaçıraraq, sualını cavablandırmadan susaraq ətrafa nəzər salıb baxdı üzgün – peşman. Məlik – Aylına: sən indi qaçırsan hər kəsdən, başqalarına yük olmamaqçün tək götürmək istəyirsən bütün yükü çiyinlərinə. Başqalarını üzməməkçün, bütün gücunlə dişinə sıxıb dözməyə çalışırsan haqsızlıqlara. Hər kəsdən qıraqda qalaraq, zalım dünyada sakit yaşamaqçün yol axtarırsan. Belələrinə tək yananlar, tək çəkənlər deyillər qızım eyni sənin kimi. Məni soruşursansa niyə belə tez oyanmışam? mən yuxu nədir unutdum oğlumu – arvadımı itirdikdən sonra. Hər gün gecənin tez ötüb keçməsini oturub gözləyirəm səbirsizliklə, sübh tezdən oğlumun və anasının ziyarətınə gedirəm. Olarla salamlaşıram və, olarsız üzümə daha bir mənasız səhərimin açıldığını deyirəm.

Bilirsən artıq xasiyyətini, xanım oyandıqdan sonra burdan ayrılmağım biraz çətin olur, o üzdəndə tez gedib – gəlirəm ki, söz – söhbət etməsin. Axşam xanımın sənə dediklərini duydum, çox üzüldüm qızım. Ürəyimə azacıqda olsa rahatlıq gəldi, bilirsənmi niyə? Aylın susaraq baxdı, dayınla – Ramizi sənin tərəfində olduqlarını görməyim, bu yaralı ürəyimi azaçıqda olsa sakitləşdirir. Məsəl var, haqsızlığa çoxluq həmişə qalib gəlmiş demişlər. Haq olanlar burda yanında səninləyik, Aylın yavaş səslə – Məliyə: mən ana – evladın və ya əriylə aralarında dava olmasını istəmərəm. Ramiz çox yaxşıdır axşam danışdıq tanış olduq, anasına gərçəkdən bənzəmir pis xasiyyətindən. Mənimdə eyni sənin kimi yaralı ürəyimə azacıqda olsa məlhəm oldu Ramizin ona bənzəməməsi, əks halda dayım çox yazıq olardı əllərində qalardı. Bu ailənin mənə görə dağılmasını və davalaşaraq bir – birinə girməsinə razı ola bilmərəm. Mən səninlə doğmalarını ziyarətə gələ bilərəmmi? kişinin gözləri yaşardı Aylının sözlərini duyunca. Əlbəttə qızım bilərsən, yol yoldaşı olarıq bir – birimizə, birazda söhbət edərik dərtləşərik səninlə. Xanım oyanınca qayıdarıq, – Məliyə: o zaman gedək yubanmayaq bizim əjdaha oyanınca, Aylınla həyətdən çıxıb getdilər.

Kamildə tezdən yerindən qalxıb sportivni paltarını geyinib, idman etməkçün yola çıxıb qaçmaga başladı. Xeyli qaçdıqdan sonra dayanıb saatına baxdı, saat 6:20 – ni göstərirdi, yenə qaçmağa davam etsədə, fikrindın heç çıxmirdı Aylının dərtli üzü. Çox qaça bilmədi, dayanıb əllərini dizlərinə tutub əyilib başqa bir şey haqda düşünməyə çalışsada alınmırdı. Axlından çıxara bilmirdi, dərindən – dərindən nəfəs alıb yenə qaçmağa başladı.

Aylınla Məlik məzarlığa çatmışdılar, Aylın məzar daşına əl çəkib yavaş səsələ, mənim anam – atamda sizin olduğunuz yerdədirlər. Baxın mənim kimi Məlik dayıda tək qalmış həyatda bi çarə, nədən sevdiklərinizi yarı yolda buraxıb getdiniz. Məlik oğlunun məzar daşiı öpüb ağladı, sabahın xeyir oğlum, sabahın xeyir hər zaman gözəl ürəyə sahib olmuş can yoldaşım, yenə gəldim gördüyünüz kimi heç bir şey dəyişməmiş. Sizinlə hər sabah görüşüb – salamlaşıb bu mənasız həyatda yaşamağa davam edirəm, əgər buna yaşamaq demək olarsa. Aylın göz yaşlarına hakim ola bilmirdi, süzülüb yanaqlarından axırdı sel kimi, necə içi yandığını anlayırdı, alın yazıları çox oxşardı. İkisidə sevdiklərini ərkən itirmişdilər, eyni dərtdən alışıb yanirdılar məzarlara baxıb. Məlik göz yaşlarını silib – Aylına: qızım bəzən bu həyat çox qəddardir deyirik, ancaq başqa tərəfindən baxarsaq, insanlarıda acımasız – imansızdırlar və çox qəddardırlar. Bax sevdiklərimizi əlimizdən gözlərini qırpmadan aldılar apardılar o dünyaya. Qızım söz ver mənə, ananın ruhunun xətrinə and et ki kimsınin qarşısında sınmayacaqsan – yixılmayacaqsan. Oları sənə, sənidə olara həsrət qoyan şərəfsizi taparaq layiqi cavabını verəcəksən. Mənim gücüm yetmədi oğlumun qatilini tapım, yaşlı olduğumçün bacarmadım. Ancaq o kimdirsə hiss edirəm, çox imkanlılardan biri məndən aldı oğlumu vaxtsız. Mən onu Allahıma tapşırdım bildiyi kimi etsin inşallah, ancaq sən o şərəfsizi tapıb cəzalandırılmasını tələb edəcəksən qanundan. Günahsız valideyinlərinin qanı yerdə qalmayacaq, söz ver dediklərimdən güc alaraq həyata küsüb enilmədən, hər çətinliklərə sinə gələcəksən. Bəzən bizə təsəlli verməkçün bu imtahandır deyillər. Həyatda alnımıza yazılan qismətimizdir deyillər, çox inanmaq istəyirəm sənə, məndən fərqli olaraq sən yazılmış səhv və haqsız qismətlərin üstlərindən xətt çəkərək, haqq olana doğru addımlayacaqsan.

Həyat imtahanı məktəb imtahanına bənzəməz, çox çətindir keçilməsi bilirəm. Ancaq bütün gücünü toplayıb inamla ayaqda qalmağı bacaracaqsan, bu dediklərimi bir böyüyün kimi məni dinləyərək qulağında sırğa edərsənsə, inan bir gün mütləq çatacaqsan haqq olana. Bax bizi nələrlə həyat sınaga çəkir, zalımla – zalım ol, tək bir özünə qarşı zalim olma bu həyatda. Əks halda mənim kimi yıxılarsan, ümidlərin qarışıq məhv olarsan. Nə olar ümidlərini puça vermə sinə gəl qarşındakı hər pisliklərə, o ananın dediyi adının mənası olan parlaqlıqlığı – işığı gözlərində gərçəkdən görürəm mən sənin. Heç vaxtdı bacarmaram demə, ananda demədi bu sözü sağlığında.

Aylın yaşlı gözlərini silib – Məliyə: sən bacararsanmı sinə gəlməyə yerimdə olsan? ama sözlə demək çətin deyil, elə deyilmi? ürəyimizin yerindəki daş olsaydı bəlkə bacarardıq. Kişi oğlunun məzarına baxıb – Aylına: evlad dərdi başqa dərtlərə bınzəmir qızım, onun yanğısı tam başqadır inan mənə. Xanımımla bir olduğumda güclüydüm, azda olsa o mənə həyatda qalmağıma güc verirdi. Oda məni tərk etdikdən sonra, qalan gücümüdə – ümüdümüdə aldı əlimdən apardı özüylə. Yəni təslim oldum yıxıldım məhv oldum mən. Sən cavansan – güclüsən, nə qədər göz yaşı axıtsanda, mən o göz yaşlarının içindən sənin gözlərində olan cəsarətli – mərdliklərini tam aydın görürəm. Sənin görəcəyin yaxşı – pis günlərin qarşıdadır, sən o günlərinə doğru addımlayacaqsan başını dik tutaraq qürurla. Bu dediklərimi etmiş olsan, bil ki mənimdə günahsız cavan həyatından getmiş oğlumun ruhunu şad etmiş olacaqsan. Mənim edə bacarmadığımı sən edərək, onunda nahaq tökülmüş qanını yerdə qoymayacaqsan. Aylın anlamadı niyə kişi özünə belə deyirdi? kimdən almalı idi onun oğlunun nahaq tökülmüş qanını? fikirləri qarışdı. Aylın anlamadı, başıyla yox deyə işarə edib – kişiyə: sən mənim gözlərimin içindəki parlaqlıqlığı görə bilərsən Məlik dayı. Ancaq icimdən xəbərin yoxdur, çoxdan param – parcadır ürəyim. Nahaqdan vurulmuş yaraların qanı içimə axır acıtır, – Aylına: qızım sənin anan güclü bir qadın idi. Bəlkədə bunu sən mənim qədər bilməssən, yazığın həyatında tək arzusu yetim uşaqlara yardım etmək idi. Hər zaman haq olanları önə yürüdərək, çarəsiz yavruları hər tərəfli qorumağa çalışmaqdı, yaşadığı sürəcə kimsəsiz uşaqlar evlərinə yardım edirdi. Yuxarılarda oturanlardan belə evlərə pul ayırsınlar deyə tələbləri olurdu. Lazım olan dəstəkləri tələb edərək, uşaqların dışarda qalıb diləndirilmələrinin əleyhinə idi. Həmişə məmurlarla dava edərdi ki vaxtında yardım ayırılmır, bəzi dırnaq arası bi qeyrət vijdansızlar, belə halları görə – bilə göz yumurdular. Sözü gücünə çox uşaqların həyatlarını qurtara bilmişdi. Mərd insanlardı sənin valideyinlərin, və səndə oların yolunu davam edəcəksən, oların bitirə bilmədiyi işlərinə nöqtə qoyacaqsan mən inanıram sənə. Anan sonuncu dəfə bura gəldiyində mənə dedi ki, az qalıb arzusuna yetişməsiçün, bu dəfə özüdə borc alıb yardım edəcəkdi yeni açılaçaq uşaq evinə. Ancaq onun dediyi az qalıb sözündə başqa bir şeydə vardı hiss etmişdim, soruşmağa imkan vermədi dediyin o evdəki tək başlı əjdaha. Bilmirəm yazığı sıxan nə idi elə çox, o uşaqlar haqda danışdığında göz yaşlarına hakim ola bilmirdi, hər dəfə ağlayırdı. Məlik gözlərini oğlunun məzarına dikib fikirə dalaraq – Aylına: bilirəm dünyamız haqsızlıqlarla doludur, ancaq onu sıxan tam başqa bir şey vardı, mən buna iki gözüm kimi əminəm. Aylın – Məliyə: nə idi, demədimi sizə? Məlik əlini üzünə çəkib gözlərini bir nöqtəyə zilləyib baxdı, – Aylına: yox demədi qızım, bəlkədə deyərdi imkan tapmadı. Hər dəfə o haqda söruşduqda tam deyəcəkdi dərdini, ancaq sözü ağzında yarımcıq qaldı, o anda xanım peyda oldu imkan vermədi. Aylına çox maraqlı gəlmişdi, nə idi anasının araşdırdığı və ya gizlin bildiyi sirri? bunu öyrənməsi artıq bəlkədə qeyri mümkün idi. Məlik – Aylına: biz bu dünyada müvəqqəti qonağıq qızım, geci – tezi bir gün sevdiklərimizə bizdə qovuşacağıq, artıq yazan – yazmış qismətimizi belə acılı – üzücü. Ancaq bütün bu dediklərimi onların ruhlarının xətrinə sən edəcəksən, elə deyilmi qızım? Aylın Məliyə baxdı şüphəli baxışlarla, sanki kişi bilirdi anasının sirrini demirdi özünə. Aylın yavaş səslə öz – özünə: qələmi qırılsın belə qismət yazanın. Məlik Aylının dediyini eşitdi – Aylına: qarğış etməyək qızım, Allaha ağır gedər. Aylın – Məliyə: sənin günahın nə idi bu qədər çəkdirdi sənə? mənim günahım nə idi bütün sevdiklərimi aldı əlimdən. Belə haqsız yazı olarmı sən de, bir insana bu qədəri yazılarmı – çəkdirilırmi? İman – insaf yoxmuş bunu yazanda. Məlik yaxınlaşdı – Aylına: məndə razı deyiləm bütün bu haqsızlıqlarla, dərindən nəfəsini alaraq yuxarı göy üzünə baxıb, vardır bidiyi Allahımın ona qarşı heç bir söz deməyə haqqım yoxdur. Gedək qızım, mən artıq inanıram bəzlərinə qarşı olan nifrətinlə irəli addımlayacaqsan. Aylın Məlikdən şüphələnməyə başladı, sanki bunları deyərək içində bilmədiyi şeylərə qarşı addımlamasını istəyirdi. Məlik Aylının qolundan tutub, çox qaldıq gecikməyək gedək, əks halda xanım oyandıqda qatacaq hər şeyi bir – birinə. Aylın Məliklə yanaşı gedə – gedə ona şüphəli baxışlarla baxırdı, tam əmindi vardı kişinin bildikləri, çox üstü örtü sözlər deyirdi anlamaq çətin idi.

 

Kamil evə gəlib duş alıb sacıni qurulaya – qurulaya gəlib divanda əyləşdi, anası gəldi – Kamilə: sabahın xeyir oğlum, – anasına: sabahın xeyir ana, anası mətbəxtdə getdi. Atasıda gəlib Kamilin yanında əyləşib sabahın xeyir oğlum, – atasına: sabahın xeyir ata, sən artıq unutmusan səhər idmanında mənimlə qaçmırsan, nə oldu sənə belə Nadir bəy? atasıyla zarafat etdi. Atası – oğluna: oğlum aramızda qalsın mən artıq yaşlaşmışam, arvadının səsi eşidildi mətbəxtdən – ərinə: axır ki boynuna aldın əzizim artıq yaşlandıgını. Kamil gülümsədi, atasının bu vəziyyətdən necə çıxacağını və anasına nə cavab deyəcəyini gözlədi. Əri – arvadına: yox – yox canım biz oğlumla başqa şey haqda danışırdıq səhv duydun, nə yaşlanmağıdır? arvadı əlində çay dolu sinini gətirib masaya qoyub gülümsədi. Hə canım mən yaşlaşdım o zaman qulaqlarım səhv eşitməyə başlayır. Kamil özünə gülür deyə atası qoluyla dümsəklədi ki gülmə halıma, Nərgizdə gəlib hər kəsin sabahı xeyir olsun. Anası – atası, – qzına: sabahın xeyir qızım, Nərgiz qardaşının yanında əyıəşib – Kamilə: bu gün məni gəzməyə aparacaqsanmı qardaşım? Kamil bacısına təcüblə baxıdı. İmtahanlarını verdikdən sonra aparacam demədimmi, indi hardan çıxdı gəzmək? bacısı kefsiz oldu. Anası – oğluna: Aylınıda dəvət et oğlum gedin gəzin birlikdə, özün dedin qız çox üzgündür, biraz ürəyi açılar fikri dağılar yazığında. Yaxından tanış olarsıznız söhbət edərsiniz, bacınlada tanış olar çəkinməz buralar ona yad bir yerdir. Nərgiz anasının uzatdıgı çayı göturub, Aylın kimdir ana? qardaşımın sevgilisidirmi. Kimdir mən niyə tanımıram? Kamil bacısının qoluna vurdu ki sus deyə, bacısı ofuldayıb – qardaşına: nə dedim ki? niyə vurursan. Anası – qızına: axşam danışmışdıq qızım unutdunmu? Ramizin başqa şəhərdən yeni gəlmiş bibisi qızıdır Aylın. Nərgiz xatırladı, ayy çox yazığım gəldi mənimdə. Adı Aylındı eləmi? – qardaşına: aparacaqsanmı qardaşım Aylınla bizi gəzməyə? Kamil öz – özünə fikirləşdi, dünəndən onu görməyə istəsədə qalmışdı nə bəhanə ilə gedib yaxından tanış olmalıydı? artıq bir ümid yeri oldu getməkçün. Ancaq o andada xatırladı dünən Aylına arvadın dediklərini, tezdə kefi qaçdı üzünün ifadəsi dəyişdi. Anası – oğluna: nə oldu oğlum fikrimi bəyənmədinmi? Kamil dərindən nəfəs alıb – anasına: Allah bilir qıza nə gün yaşadır Sənubər xanım, heç inanmıram belə tez icazə verər şəhərə çıxmağa ona. Atası – oğluna: sən get maraqlan oğlum qızın yanında olun yazıqdır, mən o qızı görmədim, ancaq sən danışdıqdan sonra hələdə ürəyim göynəyir. Yetim qalması bəs deyilmiş kimi, dayısı arvadıda gün verməyəcək ona. Belə sayqısızlıqmı olar? insaf yoxmu o qadında? bizimlədə tanış et mütləq o qızı, tamammı? anası əyləşdi sinidə qalan çayları uzatdı oğluna – ərinə. Dərindən nəfəs alıb – olara: inşallah yaxşı olar hər şey, bizdə yanında dəstək olarıq qıza. Artıq üzülmə mənim yaraşıqlı oğlum, hər şey yaxşı olacaq Allahımın yardımı ilə. Kamil çayıni icərək üzgün baxışlarla baxaraq, – anasına: inşallah ana inşallah, ümid edirəm olar yəqin ki, Nərgiz sevindi uşaq kimi, urrraa qardaşımın sevgilisiylə gəzməyə gedəcəyik. Kamil bacısına tərs – tərs baxıb başını narazılıqla sirkələdi. Nərgiz çayını içib anasına baxdı gülümsəyərək, anası işarə etdi ki qardaşını incitmə.

Yol gələrkən Aylın – Məliyə: Məlik dayı mən mağazaya gedib gəlirəm, varmı istədiyin bir şey? – Aylına: yox qızım sağol. get al lazım olanı mən burda gözləyirəm səni. Aylın – Məliyə: mən tez qayıdıram, getdi yaxındakı magazaya. Biraz vaxtdan qayıtdı əlində yeyəcək bir şeylərlə, gedək Məlik dayı aldım, Məlik Aylının özünə yemek aldığını görüb pərt oldu. Məlik – Aylına: qızım sən yeməkmi aldın özünə? Aylın əlindəki su şüşəsni kişiyə uzatdı. Məlik – Aylına: yox sagol içmirəm mən qazlı suları, sən niyə yemək aldın ki qızım? yoxsa gəldiyindən bir şey yemədinmi? birdən kişinin üzünün ifadəsi dəyişdi öz – özünə: Allah məni öldürsün necə anlamadım bunu. Hələ bir soruşuram əlbətddə ki yemədin, off qızım off, Aylın şüşəni açıb biraz su içdi, – kişiyə: narahat olma Məlik dayı elə demə inciyərəm, sənin günahın yoxdur. Mən uşaq deyiləm mənidə yedirdərsən, Ramiz yetdik yük olur sənə içib gəldiyində başından ayrılmırsan, kişi başını narazılıqla sirkələdi. Gəldiyindən xanım səni acıladı, sonrada başım Ramizə qarışdı unutdum sənə göz – qulaq olmağı, sən gəldiyindən heçnə yeməmisən deməli, xəçalət oldu kişiyə, axx qızım axx. Aylın kişini sakitləşdirməyə çalışdI, hər şey yaxşıdı Məlik dayı üzülmə sən. Mənim o evdə boğazımdan heçnə keçməz qüsura baxama, versəndə yeyə bilmərəm. Gecə səhərimi zor açdım, heçdə rahat olmaz onunla bir masada yemək yemək, yeməkdə bir kənara qalsın, o əjdahayla üz – üzə oturmağımızı belə axlıma sığışdıra bilmirəm. Məlik – Aylına: indicə evə çatan kimi mənimlə yemək yeyəcəksən başqa söz eşitmək istəmirəm qızım, anladınmı? məni üzməyəcəksən. Mənimlə keçər boğazından yemək, elə deyilmi? mən öz qaldığım həyət evində yeyirəm yeməyimi. Dayın bunu bilsə yaxşı olmayacaq, Aylın yavaş səslə – kişiyə: elə edərik dayım bilməz, o zaman mən səninlə yeyərəm Məlik dayı, gülümsədi.

Həyətin qapısına çatdılar, Aylını elə bil geri zindana qaytarırdılar evə deyil. Məlikdə anlayırdı üz ifadəsindən könlündən keçənləri, – Aylına: gəl qızım bu haqda artıq danışdıq, mənimlə indicə yeməyə gedirik. Aylın könülsuz kişinin ardınca girdi həyətə, c gəldiyi bu az vaxtda artıq diksinməyə başlamışdı o evdən və arvadın murdan üzüdən.

Kamil yeməyini yeyib ayaga qalxdı, anası – Kamilə: zəng et bax Ramizdən soruş hal xəbər al, – nasına: yaxşı ana indi edərəm zəng, otagına getdi. Əri arvadına baxıb gülümsəyərək, oğlun deyəsən vurulub qıza hiss edirsənmi əzizim? arvadı ərinə baxıb, mənim oğlum kövrək ürəkdir eyni atası kimidir, gözəl ürəkli mərhəmətli. Sənubərin qızı acılamasına çox üzülmüş oğlumda, həqiqətən yazıqdır bütün ailəsini itirmiş qız, künah deyilmi belə edir acılayır? günahsız insanı acılamaq özü böyük günahdır. Allahdan qorxusu yoxmu bu qadının? oğluna baxsan necə gözəl ürəkli uşaqdır, heç bənzəməmiş anasına. Nərgiz masanın üstündəki qabları toplayıb mətbəxtdə apardı, əri arvadının üzüldüyünü görüb mehribanlıqla, canım tək deyil qız dayısı var, Ramizdə yaxşı oglandır dediyin kimi. Qoymazlar onu tək, bizimlədə yaxınada tanış olar bizdə dəstək olarıq qıza üzülmə sən. Arvadı dərindən içini çəkərək – ərinə: eh canım mən yaxşı bilirəm nahaqdan deyilən söz insanın ürəyinə ox kimi necə batır, yaralayır. Unudulmur illər keçsədə, ananda məni həmişə nahaqdan acılayaraq günümü qara edərdi, ərı arvadının yanına yaxın oturub qolunu boynuna salıb özünə sıxdı. Keçdi canım o vaxtları xatırlayıb üzülməyək, tamammı? arvadı ərinə baxıb, tamam canım tamam. Əri arvadının saçlarından öpüb – arvadına: hər şey yaxşı olacaq inşallah.

Her kəs oyanıb masa arxasında səhər yeməyini yeyirdilər. Aylının hələ yatdığını düşünüb oyatmaq istəməmişdilər, axaşam olanlardan sonra heç kimin kefi yerində deyildi. Ramizin telofonuna zəng gəldi, telefonunu çıxarıb baxdığında atası tərs – tərs baxdı ki, heç yerə getməyəcəksən qızı bu ilanla tək qoyub anlamında. Ramiz – atasına: Kamildir, alo Kamil eşidirəm. Biraz qulaq asıb evdəyəm gəl, yox gedəcək yerim yoxdur, getsəmdə bibim qızıyla çıxacam şəhərə gəzməyə evdə sıxılmasın çox, anasına baxdı tərs – tərs, axşam etdiklərindən hələ əsəbiydi ona qarşı. Atası oğlunun sözlərindən razı qaldı, Ramiz – Kamilə: tamam gəl gözləyirəm hələlik, telefonu söndürub masanın üstə qoydu. Anası oğlunu əsəblə süzdü, oğlunun Aylının tərəfində olmasından razı deyildi heç, sançmağa imkan axtarırdı ikisinidə. Atası – Ramizə: mənim işlərim çoxdur bu aralar, evə sən göz – qulaq olacaqsan anladınmı? Aylina telefon ver telefonsuzdur qız. Özüylə tez – tez əlaqə saxlaya bilim ki canını sıxan olmasın, nömrəsinidə mənə mesajla atarsan, telefonlarımada cavab ver eşitdinmi? Ramiz – atasına: tamam verəcəm söz. Aylının dışardan gəldiyini görüb dayısı təcüblə baxdı, hardaydın qızım? Ramizdə dönüb baxdı Aylına. Dayısı – Aylına: biz sən yatırsan deyə düşünmüşdük oyatmaq istəmədik. Aylın nəsə demək istəyirdi arvad başladı dirildamağa, – olara: sizin hələ haranızdır? bugün bacın qızını yatmış bilirsən, ama səhər tezdən dışardan gəlir evə. Sabahda gecə yarısı gələcək, indidən deyim heç şaşaırmasın dayısı. Sənində – mənimdə başımızı aşağı edəcək xəbərin olsun, görəcək günlərin qabaqdadır Həsən bəy. Əri acıqlandı arvadına bir sus qadın, susmağıda öyrən dırıldamağa öyrəndiyin kimi, dilinə yiyəlik et bəsdi əsəbimi oynatma səhər – səhər, bəsdir dedim sənə. Aylın dayısının yemək üstə əsəbləşdiyinə görə xəcalət çəkdi. Arvad susmadı Aylın tərəf dönüb, hansı cəhənnəmdəydin xanım əfəndi bilmək olarmı? nə durmusan gözlərini günahsız quzu kimi zilləyib üzümə. Cavab ver hardaydın tanımadığın – bilmədiyin yerdə səhər tezdən nə gəzirsən? bura bax məni yaxşı dinlə, mən başqasını bilmərəm maraqlıda deyil heç, mənim evimin rahatlığını pozmana imkan vermərəm qulaqlarından sırğa et bu sözümü. Ramiz əsəbləşdi – anasına: bəsdi bir sus imkan ver qıza danışsın, anası – Ramizə: mənə bax səndə əsəblərimlə oynama haa, sənidə elə bir susduraram ki, özünü unudarsan. Sən dünən gələn yetimin qabağında mənimi susdurursan?

Məlik gəldi – olara: sabahınız xeyir, Aylın mənimlə idi xanım. Arvad Məliyin üstünə bagırdı, rədd ol gözümdən bir sən qalmışdın məni susdurmağa. Onun zibillərini gizlətməyəmi başladın? burda fədakar qəhrəmanları azmış kimi, yuyulmamış qaşıq kimi ortadan çıxma. Məlik başını aşağı salıb susdu, Aylın – arvada: tezdən oyanmışdım vərdişimdir tezdən oyanmaq, həyətə çıxdım ki biraz nəfəs alım təmiz havadan. Aylın arvada o qədər əsəbi idi ki, yazıq Məliyi kobutladığıçün, sözünü dişlərinə sıxıb zorla deyirdi. Məlik dayıda oyanmışdı ailəsini ziyarətə getdiyini dedi, məndə onunla getdim məzarlığa. Sizi oyadıb narahat etmək istəmədim gedəcəyimi deməkçün, birdə ki gəzməyə getmədik ziyarətə getdik ailəsini. Dayısı – arvadına: sənin o dilin necə qurumur bilmirəm, yersiz – yersiz bu qədər danışırsan. Utan biraz mərəfətsiz, özündən böyük adamın üstünə necə səsini yüksəldirsən? ay vijdansız sən insan deyilsənmi? dayısı – Aylına: gəl qızım əyləş səhər yeməyini ye, sən fikir vermə buna. Məliyin ailəsi bizim ailəmizin ən yaxın üzvülərindən sayılırdılar. Allah rəhmət eləsin hər birinə, yaxşı etmisən qızım savabın artıq olsun, hər kəs sənin kimi qanacaqlı olsaydı, dünya cənnətə dönərdi. Bizim xanım anlamaz elə şeylərdən, qüsura baxma bu özünün kimilərini insan sayır, ancaq yanılır belələri insanlıqdan nə anlarlar ki? başqalarına nə hörməti var, nədə imanı – dini, əsəblə baxdı. Aylın – dayısına: sən demişdin Məlik dayıya etibar edə bilərəm, o üzdəndə səhər yeməyimizi birlikdə onunla yedim. Ancaq dayısının sözündən çıxmadı, keçib Ramizin yanında əyləşdi. Məlik getdi üzgün dışarı, arvad Aylın əyləşdiyində ayağa qalxıb – ərinə: bəli mən özümün səvyəsində olanlarla oturmağı daha üstün tuturam, anladınmı? getdi quyruğu basılmış ilan kimi zəhərinidə yeməyin içinə töküb. Dayısıyla – Ramizə, anasının dediyi bu düşünçəsiz söz çox pis təsir etdi, İkisidə utandılar Aylının qarşısında xəcalət çəkdilər. Aylın dayısı üzülməsin deyə söhbəti dəyişmək istədi. Dayı mən Məlik dayıyla gedə bilərəmmi ara – sıra məzarlığa? – Aylına: hə qızım bilərsən. Məliklə hara desən gedə bilərsən, ən güvəndiyim insandır o mənim. Xadimə gəlib Aylına çay süzdü təşəkkür etdi, xadimə – Aylına: nuş olsun Aylın xanım, getdi. Ramiz Aylına çörəyə pasta sürtüb uzatdı, çarəsiz üzmədi götürüb – Ramizə: çox sağol dayı oğlu, yalandan gülümsədi. Dayısının necə üzüldüyünü görürdü, dərdinin üstə dərt gəlirdi. Özünə baxdıqlarını gördüyündə, çarəsiz verdiyi çörəkdən dişlədi ki dayısıyla Ramiz çoxda üzülməsinlər. Aylının yediyini gördüyündə, dayısının ürəyi biraz rahat oldu. Oğlunun Aylına qarşı olan hörmətindən razı idi, Aylında çarəsiz çeynədiyi tikəni çox zor uda bildi, o qədər arvadın sözləri təsir etmişdi ki, bəlkədə əsəbindən yeyirdi dişinə dilni sıxıb susurdu. Dayısı – Aylına: Ramizlə şəhərə çıxın gəzin qızım evdə çox vaxdınızı keçirməyin, görürsən ilan quyruğu basıldı – basılmadı sancır adamı. Sənə telefon – nomrə verəcək Ramiz, mənim zənglərimə cavab verin ikinizdə, aydındırmı? Aylın yalandan gülümsəyə çalışdı – dayısına: tamam dayı aydındır. Ramiz – Aylına: birazdan Kamil gələcək gedərik birlikdə həm gəzərik, həmdə sənə telefon və nömrə alarıq, bizim şəhərlə tanış olarsan. məncə bəyənəcəksən. Atası – Ramizə: Kamilə təşəkkür edə bilmədim o günü bizi qarşıladığına görə, sənin mühüm işin çıxmışdı oğlum yadındadırmi? gələ bilməmişdin. Ramiz Aylına baxıb, aydaa yenə söhbət döndü – dolaşdı mənə gəldi. Atası – Ramizə: aydaa demə, üzünə vururam ki evimizin durumu əvəlki kimi deyil anla o səhvləri təkrarlama, xoşum gəldi mərəfətli oğlana oxşayır. Ramiz – atasına: tam əmin ola bilərsən ata çox mərəfətlidir, hətta məndəndə çox mərəfətlidir. Atası – Ramizə: buna şuphəm yoxdur oğlum, sübut etdi o günü bizi qarşılayaraq, deməyinə gərək yoxdur. Ramizin hər dəfə başına çaxırdı qarşısına gəlmədiyinə görə, artıq gününü qara etmişdi hər defə deyərək. Aylın altdan – altdan baxdı atasının Ramizi danlamasına.

 

Atası ayağa qalxdı, mən işə gec qalmayım işim çoxdu bu aralar, gəlib Aylının üzündən öpüb – Aylına: sizə nuş olsun qızım. Dediklərimi unutmayın tamammı? Aylın ayağa qalxıb – dayısına: işin – günün ugurlu olsun dayı. Dayısı – Aylına: sağol qızım, sənin kimi başqalarıda bu evdən məni hər gün işə gözəl sözlərlə uğurlasaydılar dərdim olmazdı, axşama görüşərik getdi. Aylın dayısının getdiyi an masanı tərk etməyə çalışırdı, Ramiz qolundan tutub çəkib otuzdurdu yanında. Ramiz – Aylına: hara gedirsən? atam getdi iş bitmədi, mən varam burda qaçma yanımdan. Aylın hiss edirdi sıxılırdı, düşünürdü indi arvad gələcəkdi Ramizlə dava – şava edəcəkdi yenə, düşündükcədə az qalırdı hər şeyi buraxsın başını götürüb qaçsın o evdən. Ramiz dərindən nəfəs alaraq – Aylına: bax canım belə olmayacaq, səni istəməyənin gözü önündə olacaqsan ki alışsın anlasın varlığına, problemdən qaçmaga çalışma heç vaxtı. Bilirsənmi niyə? Aylın əsəblə – Ramizə: niyə? – Aylına: niyəsi budur canım, qaçsan həmişə ya gözünün önündə olacaq o həll etmədiyin problemlərin və bəlaların, yada kölgən kimi ardınca sürünəcək. Sinə gəlmən lazımdır üstünə sənə tərs gələnə, möhkəm ol bu həyat zəyiflərçün deyil, bilirsən uşaq deyilsən artıq. Aylına bu sözləri Məlkdən demişdi bu sabah. Ramizdə onun yanında böyüdüyüçün, görünür qavramışdı dilinə alışdırmışdı Məliyin vəsiyyətləri. Aylın – Ramizə: bu sözləri bu gün ikinci dəfədir təkrar eşidirəm, Ramiz Aylının Məliklə məzarlığa getdiyində duya biləcəyini anladı. Ramiz – Aylına: bax dahada yaxşı oldu ikinci dəfə duymağın, söz ver mənim xətrimə, atamın xətrinə güclü olacaqsan. dişinə sıxacaqsan az vaxtlıq. Aylın dərindən nəfəs alıb – Ramizə: yaxşı birdənəm söz çalışacam möhkəm olum bu zalım həyatda büdrəməyim – yıxılmayım. Hər şeyə sinə gəlim nağıllardakı qerkulesəm axı mən, pəhləvan kimi enilmərəm heç vaxtdı söz. Ramiz Aylının əsəbləşərək dediyi sözərə gülümsədi, – Aylına: sənin bu birdənəm sözün tam başqadır bilirsənmi? axşamdan bu yana həsrət gedirəm nə vaxtı təkrar deyərsən deyə. Gərcəkdən mənə çox xoşdur bu sözün. Aylın dərindən nəfəs alıb – Ramizə: xoş olan bir kəlmə söz insana məlhəmdir, bunuda sən bilirsənmi? elə bilmə sən Məlik dayının sözlərini – məsəllərini mənimsəmisən deyə, başqaların ehtiyat söz yatağı yoxdur.

Arvad gəldi sifətindən zəhrimar yağırdı, kobutca əmir etdi – Aylına: çıx yuxarı evin təmizlik işləriylə məşğul ol, sonra mətbəxtdə qabları yuyacaqsan. Narahat olma tapşırmışam xadiməyə axşamdan qabları yumağa qoymamışam, başın işə qarışsın ki, boş yerə çənə döyməyə vaxtın az qalsın. Aylın ayağa qalxdı, – arvada: anladım dediyin işlərlə məşğul olacam, getmək istəyirdi Ramiz ayağa qalxıb Aylının qolundan tutub saxladı. Heç yerə getməyəcəksən, anladınmı məni? bu vaxtdı Kamildə gəldi. Dayanıb baxdı nələr olurdu yenədə? Ramiz – anasına: o bura nökər gəlməyib bu bir, ikinci yetdik evdə çalışan işçilərin var bunu axşam atamda dedi sənə. Bir daha məndə deyim unutma, üçüncü o artıq bu evin üzvüdür – xanımıdır, qəbul et ki sənində xətrinə dəyməyək ana. Anası Ramizə elə bağırdı kəs səsini yerini bil, məni bu yetimin qabağında alçaltmağa kim ixtiyar verdi sənə? mən sənin ananam unutdunmu? halal etmərəm sənə etdiklərimi. Ramiz acıqlandı – anasına: ötən axşamdan utanıram sənin kimi anam olduğundan, bilirsənmi niyə? düşünürəm səndə gərçəkdən iman – insaf yoxmu? ürəyinin əvəzinə daşmı gəzdirisən içində? bəsdir əl çək qızı rahat burax. Aylın acıqlandı, – Ramizə: bu nə sözdür anana deyirsən? o sənin anandır danışma onula mənə görə belə, qolunu dartdı Ramizin əlindən. Xalam sayılır məni stəməsədə, bir daha səndən anana qarşı belə söz eşitməyim. Aylın istəmirdi Ramiz anasıyla özünə görə pis düşsün, Ramizin ürəyi göynəyirdi. Anladı Aylının fikrini nəyçün elə deyirdi, anlayırdı ki qanacağı olan hər insan bu durumda Aylının kimi düşünərdi. Ancaq təssüf ki qarşısındakı anası bunu anlamırdı, yada anlayırdı anlamaq istəmirdi. Aylının dediyi sözdən incimədi Ramiz. Arvad Aylına yaxınlaşdı əsəblə quduz it kimi, o qədər yaxın gəldi ki, burnunun ucuna dirənib əsəbindən öküz kimi fisqıra – fısqıra nəfəs alırdı. Mənə bax döşəmə dəsmalı, mən sənin xalan filan deyiləm, bir daha bu sözü dilinə gətirmə ki dilini kəsməyim, anladınmı? Aylın arvadın murdar niyyətli gözlərinin içinə birinci idi ki belə yaxından baxirdi. Kamil yerində heykəl olub qalmışdı duyduqlarından dəhşətə gəlmişdi, “ düşünürdü bir insanın gözündə günahsız qıza qarşı nə qədər haqsız nifrət dolu baxışları olarmış? arvada baxdıqca nə qədar qəddar olduğunu anlayırdı, və nifrət etməyə başlayırdı». Aylın yavaş səslə – arvada: mən sizə nə pislik etdim? xala deməyimi belə istəmirsiniz. Hətta məni birinci görürsünüz, bəlkədə xatırlamıram sizi gördüyümü bu günə qədər. Hardandır sizin ürəyinizdə mənə qarşı bu qədər nifrət – kin? varmı etdiyim bir pisliyim sizə. Arvad bağırdı – Aylına: mənə xala demə, şükür mənim qan dogmalarım var, olarçün xalayam anladınmı? sənin sözünə qalmadım. Haranın qanıda bizə çatmayan yetiminə xala olmağa ehtiyacımda yoxdur.

Kamil eşitdiklərindən dəhşətə gəlmişdi əliylə ağzını tutub baxdı, artıq dözmədi Ramiz anasının qarşısına keçdi dayandı, nifrətlə baxdı. Anasına söz demədən əsəbi baxışlarla baxırdı gözlərnin içinə. Aylın Ramizin arxasında qalmışdı, o qədər pis olmuşdu ki ayaqda zor dururdu, sanki yıxılacaqdı indi sarsılmışdı. Yazıq çarəsiz başını Ramizin kürəyinə qoyub dayandı, ağlamaq – sınmaq istəmirdi arvadın önündə. Məliyin bu səhər dediyi sözləri necədə gərəyi olmuşdu indi onuçün. Ramiz Aylının sarsılaraq çarəsiz öz kürəyinə alnını qoyub dayandıgını hiss etdi, gözləri yaşardı bir ixtiyar bir anda anda. Anası oğlunu əsəbi baxışlarla süzüb getdi artıq söz demədən. Ramiz o qədər pis vəzyyətdə qalmışdı ki, dönüb Aylının üzünə baxmağa cürəəti qalmamışdı, utanırdı xəcalət çəkirdi anasının əvəzinə. Ramizdə Məliyin məsəllərini xatırladı, aglamamaqçün özünü toparlamağa çalışdı. Birdən qıraqda dayanıb şok halda özlərinə baxan Kamilə gözü sataşdı, carəsiz baxışlarla dostuna baxıb, bələ olmur mənasında başıni sirkələyərək işarə etdi. Çürəətini toparlayıb, çevrilib kürəyinə söykənib qalmış Aylını qucaqlayıb özünə sıxıb tutdu. Aylın içinə salıb qalmışdı səsini ağlayada bilmirdi arvadın duymasını istəmirdi, birdən Ramizi qucaqlayıb səssiz – səssiz aglamağa başladı içini çəkərək. Əlləri ilə Ramizin qollarından bərk – bərk sıxıb tutdu, elə yanmışdı ki nahaq sözlərdən – davranışdan. Yazıq içini çəkə – çəkə aglayırdı, ürəyinə güc olurdu səsini içinə salaraq ağlaması. Ramiz gözlərini yumub dayandı bir anlıq. Kamildə çox pis oldu Aylının halını görüb kənara baxdı, Aylının agladıgını Məlikdə eşidirdi qapıda dayanmışdı gözləri yaşlı uşaq kimi. Məlik yavaş səslə öz – özünə: of qızım bağışla qarşında dayana bilmədiyimçün, insafsız qadın Allahın yoxmuş sənin, göz yaşları üzünə süzülürdü.