Son qazıntı

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Baş təsdiqi.

– Biz axtarıb tapacağıq?

Təsdiq.

– Sənin, yolunu s…rəm q…bənin balası!

Xeyri Ata, iki ardıcıl yumruq və yaşıl sahələrdə “plase” olaraq təbir edilən, sərt təpik ilişdirdi. Özünü cilovlaya bilməyib girişdi. Sonra boş akvariumun önünə getdi, gözlərini yumub iki barmağıyla burun kökünü ovarken bu p…xu çıxan müəmmaya bir məna verməyə çalışdı. 7,5 yaşında bir uşaq, həyatda ən çox sevdiyi o üç varlığı, gözəlim Yapon balıqlarını, akvariumdan götürüb gizlətmişdi. Harada, niyə? Xeyri Ata düşünməyə ara verib iki yumruq da atdı.

– Susma len! Danış len! Hara qoydun balıqları?

Xeyri Atanın ardınca xidmətçi Rakım Əfəndi və bir baxıcı – sanki Red Kit onların atacağı yumruğu gözləyir və ona görə danışmırmış kimi– növbəylə şanslarını sınadılar.

On beş dəqiqə sonra Xeyri Ata, baxdı ki, olmayacaq, bütün internatı ayağa qaldırdı. Dörd mərtəbəli yurdda dörd tərəfdən, həyəcanlı bir Yapon balığı axtarma fəaliyyəti başladı. Qorbaçov Həsən və Pembo daxil olmaqla internatda qalan bütün uşaqlarla, xidmətçidən pedaqoji təhsil almış baxıcısına qədər bütün müqaviləli və heyət personalı internatı didik-didik etdilər.

Arada Xeyri Ata otağına qayıdır, “Maltepe”sindən acgözlüklə tüstünü ciyərlərinə çəkərkən Red Kitə iki yumruq eşq atır, sonra yenə işlərə qatılırdı. Gün batanda Yapon balıqlarının izinə rast gələn olmamışdı. Amma bu axtarış sayəsində, internatda bir çox saxlanc aşkara çıxmış; iyirmi dörd qutu siqaret, on şüşə şərab, bir kiçik rakı və müxtəlif ölçüdə əlli dörd parça kəsici və dəlici alət kolleksiyası ələ keçirilmişdi.

Xeyri Ata, Red Kiti döyməkdən yorulunca taktika dəyişdirdi; ən şəfqətli obrazlara büründü, geri çəkildi, bütün “Çokomel”ləri “Al ye, len," deyərək önünə səpdi.

Bütün “Milliyyət – Uşaq” "Al oxu len," deyərək önünə düzdü, hətta heç kəsə hiss etdirmədən yalvardı-yaxardı. Utanmasa ağlayacaqdı. Nəhayət, bezdi:

– Madam elədir, – dedi. Sən balıqları gizlətdin, mən də səni gizlədirəm.

Red Kiti internatın zirzəmisindəki qaranlıq otağa saldılar. Uşaqların özaralarında qəbiristanlıq adını verdikləri bu otağa salınmaq ən kriminal cəza idi. Red Kit, haqqında müxtəlif rəvayətlər uydurulan bu otağının düşüncəsindən belə ürkərdi. İşıqsız, pəncərəsiz otağa girincə hələ qapı üstünə bağlanılmadan, qorxudan az qaldı ağlını itirsin. Qapı bağlanıb tünd qaranlığın içində qalınca ağladı, qışqırdı, divarları yumruqladı. Bir saat sonra Rakım Əfəndi qapını aralayıb:

– Söyləyəcəksənmi? – dedi. Red Kit, Rakım Əfəndinin zəif işıqda parçalı-buludlu görünən qorxunc sifətinə kinlə baxdı, dilini dişlədi.

* * *

Rakım Əfəndi bir həftə sonra, 10 noyabr səhəri, Xeyri atanın otağındakı Atatürk büstünü mərasim üçün yerindən qaldıranda müəmma çözüldü. Büstün içində, kafelərdə “duble çay” istəyincə gələn milli su stəkanını gördü əvvəl – Paşabahçe Palaks, – sonra, yarısına qədər su dolu stəkanın içində cansız üç Yapon balığını.

Xeyri Ata balıqlarını o halda görüncə otağının qapısını kilidləyib gizli-gizli ağladı. Balıqların tapılmasına, daxilən sevinmişdi. Heç olmasa müəmma sona çatmışdı, öldülərmi, yaşayırlarmı, haradalar kimi suallar cavablarını tapmışdı.

Günlər keçdi. Xeyri Ata özünə yeni balıqlar aldı. Hətta birinin adını, ən sevdiyi balığının xatirəsini yaşatmaq üçün Hafiz 2 qoydu. Red Kit cəza olaraq, gündüzləri bütün internatı paspaslayır, gecələri qəbiristanlıqda yatırdı. Yəni bir yandan canı çıxır, digər tərəfdən qorxudan ödü-p…xuna qarışırdı. Belə ki, Qorbaçov Həsənin belə ona yazığı gəldi, paspas çəkməyə gizlicə kömək etdi. Pembo da ikidənə “Pembo” saqqızı verdi həmrəylik duyğularını göstərmək üçün.

– Bu cəza nə qədər davam etdi? – Professor soruşdu.

– Bir ilə yaxın.

– Sonra nə oldu? Xeyri ata insafa gəldi?

– Xeyr, başqa yerə təyin etdilər.

– O yaşda uşaq üçün çox ağır bir cəzadır.

Red Kit gözlərini otağının içində gəzdirdi.

– Təmizlik vərdişi yaxşıdır. – dedi. Heç bir şey öyrətməsə də, arxanda lazımsız iz buraxmamağı öyrədir.

Professor bu təmizlik obsesiyasını beynin bir küncünə qeyd etdi.

– Qaranlıq da yaxşıdır, – Red Kit dedi. Niyəsini bilmirəm amma yaxşıdır.

Professor görüş dəftərini açıdı.

– Anlayıram, – dedi.

– Nəyi?

Professor dirsəyini masaya söykədi.

– Əfəndim?

– Nəyi anlayırsan?

– Yəni bir uşağın qaranlıqdan qorxmamağı öyrənməsi yaxşıdır. Bunu demək istəyirdin.

– Xeyr, mən sadəcə qaranlıq yaxşıdır, – dedim. Ondan qorxub qorxmamaq başqa bir mövzudur.

Professor gülümsədi.

– O biri görüşü nə vaxt edək? – dedi.

– Beş gün sonra, 19 fevral uyğunmu?

– O gün bazar ertəsi deyilmi?

– Bəli.

– O gün bir işim var. Əgər uyğunsa sabahısı gün edək.

7

Bazar ertəsi yolların tıxacı qorxunc idi. Behzat Ç. Dikməndən enərkən təpə lampasını taxdı amma boş yerə; Kuğulu qovşağındakı iş səbəbiylə ortalıq elə kordüyün olmuşdu ki, polisə belə yol verəcək yer qalmamışdı. Sıhhıyyəyə qədər sürət şkalası on beş kilometri keçmədi. Sink rəngli, yüngül sisli, ayazı qulaq qızardan standart bir Ankara səhəri idi. Torosu səkinin ortasında buraxıb Gənclik parkına ana qapıdan girdi. Solmaz Kılıçtepe Polis bölməsinin qarşısında növbətçi olan polis, şəhadət barmağıyla qrupun olduğu yeri göstərdi. Behzat Ç. gözünü parkın içində gəzdirdi amma çayxanalara çəkic endirən işçilərdən başqa kimsəni görə bilmədi. Növbətçi:

– Nikah salonunun arxasındalar, – deyə qışqırdı.

Suyu çəkilmiş, beton döşəmədə dəniz velosipedlərinin dayandığı absurd gölməçəyə doğru getdi. Hər yerdə daş yığınları vardı. Kəmərli körpünün üstündən keçib nikah salonuna döndü. Yenə heç kəsi görə bilmədi. Nəhayət, lunaparkın qarşısından əl edən Hayaleti gördü. Pərakəndə gəzinti masalarının olduğu lunapark divarının önündəki açıqlıq sahədə bir ekskavator, bir operator və yarısından çoxu formalı on beş polis vardı. Öz bürosundakı işçiləri otuz metrdən tanıdı, digərləri hərhalda şənlik var deyə hadisə yerinə axın edən Solmaz Kılıçtepe Polis bölməsi polisləri idi. Akbaba yerə çöməlmiş, əlləriylə torpağı yoxlayırdı.

– Sən əminsənmi burada olduğundan? – Harun soruşdu.

– Əminəm.

– Haradan bilirsən?

Akbaba qırmızıya çalan qorxunc sifətiylə Haruna baxdı:

– Bilirəm!

Cövdət də onun yanma əyilib torpağı yoxladı:

– Burada qazıntı izini xatırladan şeylər var.

– Endirin o zaman çömçəni, – Hayalet dedi. Adam bizi ələ salmırsa, tabutun içindəki hələ yasağ ola bilər.

– Allahdan parkı dağıdırlar, ekskavatoru hazır tapdıq. – Harun bunu deyincə güldülər.

Nə qədər çalışsalar da hadisəni ciddi qəbul etməkdə çətinlik çəkirdilər. Operator ekskavatorun sükanın arxasına keçdi. Tam çömçəni endirmək üzrəykən Səlim qaçaraq gəldi. Saçları saga-sola yellənərdi.

– Durun! – deyə qışqırdı. Red Kitdeyilən adam zəng edib, yeri söylədi. Lunapark divarının yanına basdırıb.

– Lan onsuz dalunapark divarının yanındayıq, – Harun dedi.

– Siz haradan bilirsiniz burada olduğunu? – Hamısı birlikdə Akbabaya baxdılar.

Akbaba başını tərpədib dişini ağartdı. Səlim, Akbabanın olduğu yeri göstərib.

– Amma orada deyil, – dedi. Toqquşan avtomobillərin xəttin dəymiş. Bu səfər də ciddi qəbul etməsəniz mən daha nə edim, deyir.

Səlimin toqquşan avtomobillərin xətti dediyi yer, Akbabanın göstərdiyi yerini iyirmi metr kənarında idi. İyirmi hektarlık parkda iyirmi metrlik səhv təbii idi. Behzat Ç., Səlimin göstərdiyi yerə getdi. Əvvəl naməlum qazıntı izlərini gördü, sonra da balaca bir məqbərə. Kamuflyaj etmək üçün çalışıldığı məlum idi. Əlini manqal yellər kimi sürətlə yelləyib ekskavator operatorunu çağırdı. Behzat Ç.-nin bu əl işarəsindən sonra, hadisənin ciddiliyi üzərindəki son şübhə qırıntıları dasilindi.

Ekskavator mexaniki donquldanmalar çıxararaq yaxınlaşdı.

– Çox dərindən girmə, – Akbaba dedi. Tez ol.

Tam çömçə torpağa dəymək üzrəykən nikah salonunun qarşısından "Duruuuğğğğğnn! Duruuuuğğğğğğnnn!" deyə bir qışqırıq yüksəldi.

Ekskavator operatoru, kəsiləcək nikaha son anda bir etiraz gəlmiş kimi dayandı. Etirazın sahibi, otuz metrdən diqqətli baxınca Təməl Rəisi xatırladırdı. Qaçaraq yaxınlaşdı, önlərində dayandı.

– Sən kimsən qardaşım? – Harun üzünü turşudub dedi.

– Ankara Böyükşəhər Bələdiyyəsi Təbiəti qoruma rəhbərliyi Park və Bağçalar Müdirliyi… Təməl Rəisin vəzifəsi bitmək bilmirdi.

– Kəs, – Harun dedi. Onsuz da beş gündür artıq işləməkdən sinirlərim pozulub.

– Nə istəyirsən? – Akbaba soruşdu.

Təməl Rəis bir müddət nəfəsini dərdikdən sonra qollarını sinəsində qovuşdurub:

– Buranı qaza bilməzsiniz, – dedi.

– Qazaram yoldaş, məlumat daxil olub, – deyə çıxış idi.

– Qaza bilməzsən! Nazirdən kağız gəlməsi lazımdır.

– Ey, siz üç ildir parkda qazılmamış yer qoymadınız. Bir az da biz qəzalsaq nə olacaq!

– Düzgün danış!

– Düzgün danışmazsam nə olar?

Kabasakala3 bənzəyən iki-üç bələdiyyə işçisi gəlib Təməl Rəisin arxasında dayandı. Təməl Rəis onları görüncə ispanaq yemiş kimi cəsarətləndi, əzələlərini şişirdi, ekskavator operatoruna:

– Sən en görüm oradan, – dedi. Polis-molis dinləmirəm mən, nazirdən kağız gəlmədən qaza bilməzsiniz!

Harun, Təməl Rəisi özünə çevirib:

– O nazirin var ha, – deyə başladı. A…na qoyaram! Sənin də başına oyun açaram. Sən kimsən lan polisə molis deyirsən?

Arxadakı Kabasakallardan biri “Şşşttt! Tərbiyəsizlik…" Ehtimalla, “etmə” kimi bir feillə bitirəcəkdi cümləsini amma diafraqmasına Behzat Ç.-nin sol yumruğunu yeyincə nəfəsi kəsildi, cümlə yarımçıq qaldı. Kabasakal ilk qarışıqlığı üstündən atmadan Behzat Ç. ASELSAN ratsiyanı çənəsinə keçirmişdi.

Cinayət yerində Behzat Ç., itkin yaxınlarını döyən on Robokop gücündədir deyərlər. Kabasakal yerə yıxılanda ayağının çölüylə elə bir təpik ilişdirdi ki, görənlər istər istəməz Hami Mandıralının vuruşlarını xatırladılar. Kabasakal öz oxu ətrafında dönüb qıvrılarkən Behzat Ç., Təməl Rəisi axtarmağa başladı. Təməl Rəis qaçırdı, arxasınca düşdü, nikah salonuna doğru otuz metr qovdu, iş təcili olmasa bir az da qovardı. Nəhayət, Cövdətə işarə etdi tutması üçün. Eyni sürətlə ekskavator operatorunun yanına dönüb işarə barmağıyla qazması lazım olan yeri göstərdi. Operator başıyla təsdiqləyib heç dayanmadan çömçəni torpağa saldı.

 

Bir metrlik dərinliyə endikdən sonra taqqıltı səsi gəldi. Çömçə dayandı. Akbabayla Hayalet çuxura atlayıb torpağı eşelediler.

– Tabut, – Akbaba qışqırdı. Hamınız bura toplaşmayın, kürək tapın.

– Kürək! Küreeeeğğk! – Polislər qışqıraraq parka dağıldılar.

– Kürək yox, çəkic var!

Tabutun qapağına çatdıqlarında Akbaba, Hayaletə:

– Sən çıx, – dedi. Ordan daş parçaları gətirin!

Akbaba, daş parçalarını çökmə olmasın deyəçuxurun tərəfinə düzdü. Daşların üstündən uzanıb tabutun qapağını açdı.

* * *

Qış günü, tərk edilmiş bir lunapark. Üstü üstə yığılmış toqquşan avtomobillər, pas tutmuş Gondol, qollarını açmış Balerina, mənasız bir “çərxi-fələk”. Behzat Ç. gözünü lunaparkın kəsavətindən ayırıb heç cür əlindəki vəsiqəyə diqqət edə bilmirdi. Yenə ONU gördü. Yerində sayan fırlanğıcın üstündə, qırmızı paltosuyla oturmuş, sevinclə əl yelləyirdi. Bu görünüşü özünün uydurduğunu hiss edirdi amma ağılından qovacaq gücü yox idi. Gözlərini yumanda gicgahının oyulduğunu hiss etdi. Boğazı düyümləndi, başını lunapark dəmirlərinə söykədi. Qaçmaq istəyirdi amma barmağını oynadacaq gücü yox idi. Hayalet qoluna girib kənara çəkdi.

– Gəl ağbi belə, – dedi. Bir şüşə su uzatdı. Behzat Ç. suyun yarısını içdi, qalanıyla üzünü yudu. Tabutdan çıxan cəsədin yanına getdilər.

Təcili yardım və Hadisə Yeri Araşdırma şöbəsi gəlmiş, Akbaba çoxdan şəridi çəkmişdi. Behzat Ç. vəsiqəni oxudu: Nəcmiyyə Qarapınar. 1937, Ankara. Adı haradansa xatırlayırdı, amma yerdə yatan, adın sahibi yaşlı qadın heç tanış deyildi.

Hadisə Yeri Araşdırma şöbəsindən gələn mütəxəssis Sidqi, qadının üstünə əyilmiş, qara çantasını eşəlyirdi. Nəcmiyyə Qarapınarın əlləri-ayaqları yapışqanlı lentlə bağlanmışdı, boyu normaldan uzun idi.

Harun, “Coco Starın” qabını açan Sidqidən:

– Nə işdir, qardaş? – deyə soruşdu.

– Asfiksiya.

– O nə ki?

– Havasızlıqdan ölüb. Dodaqlarda və üzdə göyərmə. Çənə aşağı sallanıb, dil çöldədir.

– Yəni diri-diri basdırılıb?

– Hələlik elə görünür.

Sidqi qadının gözündən bir toxuma götürdü.

– O nədir ki? – Harun yenə soruşdu.

– Ətrafında qızarıtı var. Göz yaşardıcı sprey ola bilər.

– Hərhalda zərərsizləşdirmək üçün vurublar, – Cövdər dedi.

Harun, “Coco Starı” çeynəyərkən əlindəki qabı Cövdətə atıb.

– Lan kələm mühəndisi, – dedi. Yetmiş yaşındakı qadının nəyini zərərsizləşdirəcək? Cövdət, bu kələm mühəndisi sözündən incidi, bir az uzaqlaşıb Harunla bir dahadanışmamağa qərar verdi. Sonra birdən fikrindən daşındı:

– Top-top-torpaq, – deyəkəkələdi. Torpaq donub. Qazmaq üçün kompressor istifadə edilmiş ola bilər. Bəlkə səs eşidən olub, soruşaqmı?

– Harun ikinci “Coco Star”ı açarkən:

– Afərin! – dedi. Sənin bu kələm məlumatın ilk dəfə bir işə yaradı.

Cövdət nə isə deməyin mənasız olduğunu başa düşüb bir iki heca kəkələdi, sonra imtina edib içinə atdı yenə. Süni gölməçənin ətrafındakı çayxanalara doğru getdilər. Harun, ekskavatorun çömçəsinin çatmadığı, ölü nöqtədə qalmış bir divar parçasına çəkic endirən fəhlənin başının üstündə dayanıb “İşiniz irəli," dedi, fəhlə, başıyla soyuq şəkildə salam verdi, çəkici divara ilişdirdi. Suvağın altında, çatlayan kərpicdən tox bir səs çıxdı.

– Bu səhər kompressor səsi eşitdinmi buralarda?

Çəkic təkrar divara endi, az əvvəl zərbə kərpic un kimi oldu. Fəhlə, boşdakı əliylə, bir az kənarda yandırdıqları ocağın ətrafında toplanmış pomidor-çörək yeyən yoldaşlarını göstərdi. Onların yanına doğru getdilər. Fəhlələrin briqadiri əllərini ovuşturaraq yaxınlaşdı:

– Buyurun amirim.

– Bu səhər lunapark tərəfdən kompressor səsi eşitdinizmi?

– Vallah komissarım biz burada bir-birimizi çətinliklə eşidirik.

Behzat Ç., Səlimə vəsiqədəki adı yazdırıb tabutun çıxdığı yerə geri döndü. Necmiyyə Qarapınarı cəsəd torbasına qoymuşdular, Sidqi zəncirbəndi çəkdi. Behzat Ç. gözünü yumub iki barmağıyla burun kökünü ovdu. Bu həngamədə hal şahidi tapmaq çətin idi. Dəqiqədə altmış çəkic enib qalxırdı. Ağıl işlətməyə ən sadəsualla başladı. Tabut parka haradan girib? Lunapark divarının dibindən ən yaxın çıxışa doğru getdi. Harun da arxasınca düşmüşdü. Tələt Paşa prospektinə baxan avtodayanacağa çıxdılar. Buradan tabutun olduğu yerə 100-150 metr olardı. Parka avtomobil girişi olmadığına görə buradan aparılması ağıla batan ehtimal idi. Hətta bu yaxınlarda bir hal şahidi də tapıla bilərdi.

Behzat Ç.-nin düşündüyünü on beş dəqiqə əvvəl düşünən Hayalet, otuz metr kənardan əl etdi. Yanında bir səyyar satıcı vardı. Onlara doğru getdilər.

– İndi, – Hayalet dedi. Adamlar, ehtimal ki, Cəlal Bayar Bulvarından, Havaqazı Fabrikinin qarşısından gəliblər.

– Hansı Havaqazı Fabriki?

– Bu sökdükləri Havaqazı Fabriki yoxdur?

– Hə, başa düşdüm.

– Bax oradan gəlib avtomobili bu avtodayanacaqda saxlayıbla, buradan tabutu aparıblar.

Harun cəm şəkilçisini sual şəkilçisi kimi istifadə etdi:

– Adamlar?

– Tək adamın edəcəyi iş deyil bu.

Polislər danışarkən səyyar satıcı mütəmadi olaraq əlindəki ördəyin başına basır, başına basıldıqca vaqqıldayan yaşıl ördək, qırmızı dilini çıxarırdı.

– İşin irəli, – Harun dedi.

Ördəkçi çəp olduğundan Behzat Ç.-yə baxdı, başıyla könülsüz bir salam verdi:

– Vaq-vaq.

– Sən nə zamandır buradasan?

– Səhər səkkizdən bəri. Vaq-vaq.

– Buralarda şübhəli bir maşın gördünmü?

– Şübhəli nəyə deyirsiniz? Vaq-vaq.

– Nə bilim, belə içindən tabut çıxan, ətrafında qazma-kürəkli adamlar olan.

– Vallah amirim, – ördəkçi dedi. Saat doqquza doğru belə yük maşını kimi, vaq-vaq… Sərnişin daşıyan maşın kimi vaq-vaq… şey idi. Elə bir yarım saat dayandı, sonra getdi.

Behzat, Ç.-nin gözləri ördəyə dikilmişdi. Harun onun gərildiyini görüncə, ikinci bir səyyar satıcı müharibəsi yaşanmaması üçün:

– Bunu belə etmədən danış, – dedi.

– Necə yəni? Vaq-vaq…

– Bu ördəyi deyirəm, vaqqıldatmadan danış.

– Yaxşı da komissarım, ördək vaqqıldamasa olmaz. Bizim müştərimiz səsə baxır. Üç ay əvvəl də belə maqnitli daşlar vardı. Cız-cız atıb tuturduq. Yaxşı qazanmışdıq.

– Tamam qardaşım! İki dəqiqə səsini kəs, bir şey olmaz. "

Bazar iznində olduğunu saç təraşından bəlli olan bir əsgər yanaşıb:

– Ördəklər neçəyədir? – deyə soruşdu. Polisləri də hər halda ördək üçün yığılan müştərilər sanmışdı.

– İki lirə.

– İki dənəsi üç lirə olarmı?

– Olmaz. Üç yarım olar. Vaq-vaq.

Birlikdə gəzdiyi yoldaşı on metr kənardan:

– Gəlsənsənə lan, – dedi. Ördəyinə edəcəksən?

– Qalsın, – Əsgər uzaqlaşdı. Səyyar satıcının üzü tutuldu.

– Yük maşını necə idi, – Hayalet soruşdu. Ördəkçi, Behzat Ç.-yə baxıb:

– Vallah orta ölçülü yük maşını idi, – Ördəkçi deyə şərh etməyə başladı. Nəqliyyat üçün olan yük maşınıları var ha, elə bir şey idi. Amma rəsmi maşın idi, xüsusi deyildi.

– Necə rəsmi?

– Vallah Su İdarəsimi, vaq-vaq… Qaz İdarəsimi, vaq-vaq… Bələdiyyəmi desəm vaq-vaq… Yol idarəsimi desəm…

Behzat Ç. səyyar satıcının boğazından yapışmazdan əvvəl tərpənən Harun ördəyi darıtıb aldı. Ördəkçi qorxuyla Hayaletə baxdı.

– Kamyonetin içindəkiləri gördün? – Hayalet soruşdu.

İşin ciddiləşdiyini görən ördəkçi:

– Görmədim, – dedi. – İşimdə-gücümdəyəm, o qədər diqqət yetirmədim.

Səlim qaçaraq yaxınlaşdı. Sağa-sola sovrulan saçları görən Harun hirslə boynunu şaqqıldatdı. Səlim polisləri bir küncə çəkdi.

– Qadın bizim TEM-dən təqaüdə çıxmış Memduh Ağbinin anasıymış, – dedi. –Memduh Qarapınar.

Behzat Ç. və Hayalet bir anlıq göz-gözə gəldilər. Hayalet ikisinin ağılından keçən sualı verdi:

– Bizim Avarel Memduh?

– Bəli.

Harun ördəkçini dirsəyindən tutub:

– Sən bura gəl, görüm, – dedi. – Nə gördüm demişdin?

– Vaqq-vaqq…

8

Eskişehir yolundan Balqata vardılar. Nəcmiyyə Qarapınarın evi Dostlar binasında idi: Sayıştayın qarşısı.

Qara buludlar, beton və avtomobil yığını. Bir müddətdir telefonla danışan Harun, tək əliylə sükanı idarə edərkən Behzat Ç.-yə döndü:

– “Dünən saxladığımız ördəkçini nə edək, buraxaqmı?” deyirlər, – deyə soruşdu. Behzat Ç. biləyini sağa-sola çevirib, ya buraxın ya buraxmayın mənasına gələ biləcək bir hərəkət etdi. Harun telefona, – Buraxın, – dedi. – Amma əlaqəni kəsməyin, gələcəkdə lazım ola bilər. Behzat Ç. “bardaçok”dan aspirin qutusunu çıxardı, titrəyən barmaqlarıyla açmağı çətin oldu bir az. Aspirini çeynəməyə başlayanda evin qapısına çatmışdılar. Qapını açan təqaüdçü polisi hardansa tanıyırdı.

– Xatırladınmı Cenk Ağbini? TEM-dən təqaüdə çıxan ağbini xatırlamışdı, əl sıxışdılar. Cenk Ağbi vurğulamağa diqqət yetirdiyi bir kədərlə, – Coşğun Ağbi də gəldi, içəridədir, – dedi. Terrorla Mübarizədən təqaüdə çıxan bütün ağbilər evə dolmuşdu. Salona keçdilər. Coşğun Ağbi iki qolunu açıb yaxınlaşdı, Behzat Ç.-nin yanaqlarından öpdü.

– Sən Cinayətdəsən deməli. Biz işdən çıxdığını eşitdik, – dedi.

– Qısa bir ara verdi, sonra döndü, – Harun açıqladı.

Coşğun, Behzat Ç.-nin kürəyinə yumruq ilişdirdi:

– Yaxşı, yaxşı, – dedi.

– Sənin kimi Cinayətçi asan yetişməz.

– Memduh Ağbi buradamı? – Harun soruşdu.

– Mətbəx balkonunda, siqaret çəkir. Burada çəkməyə icazə vermirlər.

Baxışlar, Behzat Ç.-nin əlindəki “216”ya zilləndi. Behzat Ç., dərin qullam aldıqdan sonra, ən yaxın dibçəyin torpağına basdırdı köhnə dostunu.

– Sizin Hayalet da burada idi az əvvəl, – Çoşğun dedi. Azalan əşyaları soruşdu.

– Azalan əşyalar?

– Dünənki həngamədə söyləməyi unutmuşdular. Evə girən qəhbə balaları, qonaq otağından mebel götürüblər, kreslolar filan. Bir də bufetin üst qisimini.

– Nəcmiyyə xalayla birlikdə kresloları da aparıblar, – Cenk dedi. Yəni götürdükləri əşyalar neçəyədir ki? İki kreslo bir bufet. Oğurluğa oxşatmağa çalışıblar?

– Yox, – Harun dedi. Oğurluğa oxşatmağa çalışsan, ortalığı dağıdarsan, zinət əşyalarını filan götürərsən.

– Təbii canım, – Coşğun dedi. Kresloları yüklənməzsən, bufeti daşımazsan. Başqa bir şey var bu işdə.

Behzat Ç. pəncərəni açdı, bir-iki dəfə dərindən nəfəs alıb beton həyətdə mini futbol oynayan gənclərə baxdı. Komandanın biri, üçüncü küncdən zərbəni endirib penalti qazanmağa çalışırdı. Coşğun, arxasınca səsləndi.

– Sən nə deyirsən bu işə? Behzat Ç. heç nə demədi. Bu qədər təqaüdçü polisin arasında içinə izah olunmaz bir ağırlıq çökmüşdü.

– Ağbi məndən soruşsan, – Cenk Coşğuna baxaraq dedi. Bir az Hizbullah işinə bənzəyir bu. Yadına gəlirsə bir ara bunların məzar evləri-filan vardı.

– Görüntü olaraq bənzəyir amma ola bilməz, – Çoşğun dedi. Hizbullah, yetmiş yaşında, dindar bir qadını niyə basdırsın?

Divardakı zəngli saat saat 10-u vuranda, mexaniki bir quş, başını uzadıb cikkildəməyə başladı. Hamısı birlikdə quşa fokuslandılar. Cenk, quşun onuncu cikkiltisindən sonra:

– Biz vaxtında bir Hizbullah əməliyyatı etmişdik, – dedi. Xatırlayırsanmı?

– Eee. . .

– Yəni onun üçün filan. . .

Salon qapısının şüşəsi buzlu idi. Arxasında qaraltı meydana çıxdı, Əxlaq Büro amiri Əkrəm, bir əli qapı qolundaykən:

– Hizbullahın tərzi deyil bu, – dedi. Hərəkat təcrübəsində də belə bir şey yoxdur onsuz da.

– Hər yerdə bəlli edəcəksən köhnə Terrorla Mücadiləçi olduğunu! – Coşğun dedi. O qədər bilirdin niyə Əxlaqa keçdin? Əkrəm, bir yas yerində nə qədər mümkündürsə, o qədər gülümsədi. Coşğun, Haruna dönüb Əkrəmi təqdim etməyə ehtiyac duydu.

– Mənim yanımda başladı bu. Sonra baxdı güllələr havada uçuşur, bizdən küsdü, Əxlaqçı oldu.

– “Megane”lardan razısınız? Harun, hazır Əxlaq Büro amirini tutmuşkən, soruşdu.

– Məmnunuq, – Əkrəm, biləyinə düşən qol saatını köynək qolundan içəri soxduqdan sonra dedi. Sizə hələ verməyiblər?

– Baxaq, bu ay gözləyirik.

Coşğun 160 santimetrə yaxın boyu olan bir adam idi, Harunla arasında bir qulaca yaxın boy fərqi vardı. Səssizcə yaxınlaşdı, qəşəng bir jestlə cinayətçiləri salonun bir küncünə çəkdi:

– Varmı bir ehtiyacınız? Bizim uşaqlara deyim?

– Yox ağbi, sağ ol, – Harun dedi.

– Sən niyə danışmırsan? – Coşğun, Behzat Ç.-ni diqqətlə süzərək soruşdu.

– Səs tellərində bir problem var, – Harun dedi. Danışması qadağandır.

– Keçmiş olsun. Coşğun səsini alçaldıb.

– Qulağıma bir it basdırılma hadisəsi çatıb amma dedi. Hadisə ilə əlaqəsi varmı onun?

 

– Araşdırırıq ağbi, bir yenilik olsa bildirərəm.

Coşğunun qaşları çatıldı, Harunun qoluna girdi.

– Bax indi Haruncuğum. Sən hələ gəncsən. Neçə ildir Cinayətdəsən?

– Səkkiz.

– Səkkiz çox deyil, bizə görə hələ dünən başladın sayılar. Ona görə “bir yenilik olsa bildirərəm filan”, demə bizə. Bir yenilik olsa biz onsuz da eşidərik.

– Haqlısan ağbi. Üzr istəyərəm.

– Coşğun gözlərini Behzat Ç.-yə tikmişdi.

– Memduha edilmiş səhv, bizə edilmişdir. Biz bir-birimizin kürəyini qoruduq illərcə, bu dövlət üçün döyüşdük. Arxasına döndü, – Əkrəm də bizlə idi, – dedi. Elə deyilmi Əkrəm?

– Bəli ağbi, – Əkrəm təsdiqlədi.

– Eynilə, – Harun dedi. Hamımıza edilmişdir. Mətbəxə yönəldilər. Avarel Memduh onları görüncə döndü, ağlamaqdan qızaran gözlərini ovuşturdu. Narahat bir səssizlik oldu. Behzat Ç.–nin səssizliyi pozmağa niyyəti yox idi amma Harun nə deyəcəyini bilmirdi. Avarel Memduh, “Hanımeller” biskviti – şokoladlı – yeyirdi. Paketin dibində qalan iki biskviti polislərə uzatdı, Harundan başqa alan olmadı. Avarel son biskviti ağızına atdıqdan sonra boş paketi əzişdirərkən Behzat Ç.-dən soruşdu:

– Hadisə sənindirmi? Baş komissar başıyla təsdiqlədi.

Nikotin ehtiyacı səbəbindən beton həyətə baxan balkona çıxdılar. Pimapenle örtülmüş balkonun bir küncündə gurhagur çalışan bir kombi vardı. Gənclərin, küncdən qazandıqları penaltiylə gələn qol sevinci, kombi səs-küyünə qarışdı.

– Dörd qardaşıq, – Avarel Memduh dedi. Anam ən çox məni sevərdi. Atam öldükdən sonra “Gəl bizdə qal,” dedim, “yox” dedi. Bura bizim ata evimizdir.

Behzat Ç. bir “216” yandırdı.

– Bu iş çox uzanarmı? – deyə soruşulunca, başını xeyr mənasında yuxarı qaldırdı. Avarel Memduh, Behzat Ç.-nin pencəyinin yaxasından tutdu:

– Niyə bir şey söyləmirsən?

– Problemi var, – Harun dedi. Qadağandır.

– Problemi nədir? – Avarel soruşdu.

Evdən çıxarlarkən Əxlaqçı Əkrəm, Behzat Ç.nin qoluna girdi:

– Mənə baş çək imkan olanda. Danışmaq istədiyim şeylər var.

Addımını çölə atınca rahat nəfəs aldı. Bu söhbətdən ağırlaşmışdı.

– Eee, Haradan başlayırıq? – Harun soruşdu. Behzat Ç. baş barmağıyla aşağı mərtəbəni göstərdi. Hər mərtəbədə iki mənzil vardı. Nəcmiyyə xalanın evi ikinci mərtəbədə idi. Aşağı mərtəbəyə endilər. İki mənzil də boş idi.

Üst mərtəbəyə çıxdılar. Harunun dizlərinə çatan, dörd yaşlarında bir uşaq qapının sonuna qədər açdıqdan sonar:

– Kimdir? – deyə qışqırdı. Harun, uşaq onu görsün deyə əyildi. – Atan evdədirmi?

– Yox.

– Anan?

– Dükana getdi.

– Evdə kimsə varmı?

– Bacım var.

– Yaxşı, çağır bacını.

Uşaq içəri qaçdı. Bacısı özündən üç santimetr uzun və daş çatlasa bir yaş böyük idi. Ələ-ələ tutuşub gəldilər.

– Nə edirsiniz içəridə? – Harun soruşdu.

– “Ninza tısbağaları” seyr edirik.

– Yaxşı, qapını ananızdan başqasına açmayın.

Dördüncü mərtəbənin ikinci mənzilindəki qapı da sonuna qədər açıldı, ağızı qulaqlarına çatan yeddi yaşlarında bir uşaq dəli kimi baxdı.

– Mən Çelik, Arçelik, – dedi. Bəs sən kimsən?

– Polis, – Harun dedi. Atan evdəmi?

– İşdədir.

– Anan?

Uşaq qiyaməti qopardı:

– Anaaa!!! Anaaa!!!

Əlindəki qab-qacaq köpüyünü önlüyünə silən bir qadın yaxınlaşdı.

– Bəli?

– Polis, – Harun dedi, başqa bir şey deməyə fürsət tapa bilmədi.

– Dünən səhər, – Qadın danışmağa başladı. Bir yük maşını gəldi mənzilin önünə. Mətbəxdə nahar hazırlayarkən, uşağı məktəbə göndərərkən gördüm. Bir şeyi yükləyib apardılar.

– İkiyə keçmişəm mən. – Uşaq qışqırdı.

– Afərin, – Harun uşağın yara bantlı alınını oxşadıqdan sonra qadınadan soruşdu: – Nə apardılar?

– Kreslo filan. Amma bunları danışdım?

– Kimə danışdın?

– Bu gün bir polis gəlmişdi.

– Kim? Hayalet?

– Yox, normal mülki polis. Balacaboy idi.

– Anlayıram. Yük maşını necə idi?

– Orta ölçülü yük maşını.

– Hansı rəng? Markası nədir?

– Markadan anlamıram. Rəngi də, sizi yanıltmayım, ağ ola bilər.

– Daşıyanlar neçə adam idi?

– O qədər diqqətli baxmadım. Belə normal daşınma əməliyyatı idi. Hamballar-filan.

– Mənzilin içində bir səs eşitdinmi?

– Yox, mən onsuz da qarşıdakı mənzildən bəzilərinin köçdüyünü düşündü.

– Bu binada başqa kimsə yoxdur?

– Gündüz vaxtı hər kəs işində-gücündə, uşaqlar məktəbdə-filan.

– Bizim müəyyimimiz xəstələndi! – Uşaq, Behzat Ç.-nin pencəyindən sallanıb qışqırdı. Biz tətilə çıxdıq bu gün. Behzat Ç. uşağın başını oxşadı.

– Nəysə, – Harun dedi. Biz yenə gələrik. Qadının telefonunu qeyd etdikdən sonra, – Bu Hayaletdə, – dedi. Bir gün də koordinasiyalı çalışaq demədi adam!

* * *

Kuğulu parkdakı qu quşları və ördəklər narahat idi. Hovuzun ortasındakı daxmalarına çəkilmiş, qorxulu gözlərlə saga-sola baxırdılar. Ətrafdakı qovşaqda gedən iş səbəbiylə ortalıq toz-duman idi. Akbaba, taksi dayanacağı tərəfindəki kolların arasında əyilmiş, ovuc içləriylə torpağı yoxlayırdı.

– Sən əminsən burada olduğundan? – Harun soruşdu. Akbaba cavab vermədi. Bu göstərdiyi səkkizinci yer idi. Arxasında bir ekskavator, bir operator və irili-xırdalı yeddi çuxur vardı.

Harun, Behzat Ç.-yə dönüb dedi:

– İti də çıxarmayaq o zaman. Nə edək yəni?

– Olarmı – Cövdət çoxbilmiş ədayla dedi. O da bir dəlildir.

– Sən bir sus, – Harun onu susdurdu. Get bu bufetdən “Panço”al, mədəm qazındı. İş ciddiləşdiyindən Tahsin də parka gəlmişdi. Siqaretin yerini tutmayan təsbehi, sinirlə Haruna yellədi.

– Sən sus! – dedi. Sənin üzündən olur bunlar. Telefon avarası deyə dərhal adamı acılamasaydın, bir dinləsəydin, məsələni anlamağa çalışsaydın yaxşı olardı.

– Yetər, – Harun əlini yelləyib dedi. Hovuzun önündəki kiçik çatlara doğru getdi, kiçik addımlarla gəzişən ördəklərə dikdi gözlərini.

– “Doritos Alaturka” olsun? – Cövdət kənardan qışqırdı.

– Əşşi bildiyin “Panço”– dedi. Üstümə gəlməyin!

– Mənə də bir milyonluq tum al, – Tahsin, Cövdətin arxasınca səsləndi.

Akbaba bütün bu mübahisəyə qulaqlarını tıxamış, diqqətini torpaq üstündə cəmləşdirmişdi. Əyilib qalxmaqdan şalvarı pencəyi palçıq içində idi.

– Sən tapa biləcəksənmi bu iti? – Tahsin soruşdu.

– Taparam tapmağına, – Tahsin dedi. Basdırıldığından dörd gün keçib, bir az vaxt alacaq dedi. Ekskavator operatoruna son yoxladığı nöqtəni göstərib.

– Buradan gir, – dedi. Çox dərin olmasın.

Çömçə torpağa dəymək üzrəykən adamın biri, Tunalı Helmi bəyin heykəlinin qarşısından:

– Qazıntın qazıntın! – deyə qışqırdı.

Arvadı, adamı qolundan çəkişdirdi.

– Sən qarışma Tuncay, sus!

Operator əhəmiyyətsiz hesab etdi, alışmışdı artıq tam çömçə torpağa dəymək üzrəykən gələn səslərə. Torpağa yaxınlaşdı, çömçə ilə torpağı yardı.

Tuncayın susmağa niyyəti yox idi.

– Qazın, qazın, – deyə təkrarladı. Onsuz da bu Ankaraya qazma vurmayan bir polis qalmışdı. Siz də qazın.

– Sus, lan! – Harun olduğu yerdən dönüb qışqırdı.

Tuncay altda qalmadı, daha bas bariton bir səslə:

– Sən mənə landeyə bilməzsən, – deyə cavablandırdı. Mənim ödədiyim vergilərlə maaş alırsan.

– Kəs, lan, – Harun dedi.

– Düzgün danış! Sən mənə lan deyə bilməzsən.

Harunun gözləri qaraldı, əli-qolu titrədi:

– Lan deyirəm lan, nə var lan, – deyə qorxuducu yanıltmac deyib heykələ doğru getməyə başladı.

– Tuncay sus lütfən!

Tuncay arvadının əlindən xilas oldu, desibeldən qənaət etməyə niyyəti yox idi.

– Deyə bilməzsən qardaşım! Sənin pulu mən verirəm. Mənim ödədiyim vergilərlə maaş alırsan.

Harun, uzun müddətdir ilk dəfə öz səsindən daha gur bir səs eşidirdi, adamın yaxasından yapışdı:

– O zaman vergi ödəmə!

Tuncayın arvadı alto səslə qışqırdı, əks-sədası Buğday küçəsinə qədər çatdı.

Tahsin çatıb Harunu çəkdi, gəldiyi yerə itələdi. Tuncaya dönüb:

– Sən də kiçik hərflərlə danış qardaşım, – deyə qışqırdı.

– Sən mənə kiçik hərflərlə danış deyə bilməzsən.

Qadının gözləri dolmuşdu:

– Tuncay, Allahını sevsən sus!

Tahsin, iki əliylə iki xəyali basket topunu sektirmeye başladı, bədən dilinə görə hərhalda “sakitləşək” mənasını verirdi.

– Tamam. Reaksiyanı dilə gətirdin. Yetər!

– Nə yetər!

Tuncayın ətrafında ona haqq verən bir kütlə yığılmışdı.

– Tamam qardaşım, – Tahsin dedi. Məlumat gəlib, qazırıq daha çox danışma.

– Danışaram.

Dəstək verən kütlədən “Danış! Danışar!” səsləri yüksəldi.

– Danışaram! Bu parkı qaza bilməzsiniz, gəzinti sahəsidir.

– Bir sus, lan!

– Susmuram!

Tahsin basket toplarını səbətə atıb.

– Yaxşı, – dedi. Götürün bunu.

Qadın yenidən qışqırdı. Cövdət, “Panço” paketini Haruna atıb adamın yaxasından çəkdi. Səlim gəldi, qolunu qatladı. Qadın önlərinə atlıb ərini qurtarmağa çalışarkən Cövdətin üzünü cırdı.

– Bunu da götürün, – Tahsin dedi. Onu da götürdülər.

– Siz də dağılın lan! – Harun ətrafdakıları itələyib bağırınca dəstəkçilər də dağıldı.

Tahsin çömçənin yanına qayıdıb bütün bu həngaməyə qarışmayan Behzat Ç.-nin yanında dayandı. Əli qolu rahat dayanmayan bir adam, Tahsinə yanaşıb əlini uzatdı. Tahsin də əlini qeyri-ixtiyari uzadınca qucaqlaşdılar.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?