Qara pişik

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Mən erkən ailə həyatı qurmuşdum və həyat yoldaşımla oxşar meyllərimiz ol-duğu üçün çox xoşbəxt idim. Ev heyvan-larına olan marağımı müşahidə edən hə-yat yoldaşım onların ən xoşa gələn növ-lərini almaqdan ötrü heç bir fürsəti əldən verməzdi. Bizim quşlarımız, qızıl balığı-mız, qəşəng bir itimiz, dovşanımız, kiçik meymunumuz və pişiyimiz vardı.

Sonuncu qapqara, xeyli böyük, gö-zəl və heyrətamiz dərəcədə hissiyatlı bir heyvan idi. Pişiyin həssaslığı məsələsi or-taya gəlincə, zərrə qədər də olsun xurafa-ta inanmayan arvadım bütün qara pişik-lərin əslində pişik cildinə girmiş cadugər olması barədə inanca eyham vurardı. De-mirəm ki, o bu mövzuda ciddi idi, sadəcə birdən yadıma düşdü. Pluton (pişiyimin adı belə idi) evdə mənim sevimlim və oyun oynarkən yoldaşım idi. Mən onu təkbaşına yemləyirdim və evin hansı küncünə getsəm o mənimlə idi. Bəzən kü-çədə belə məni izləməsi dözülməz olur-du.

Bu minvalla bizim dostluğumuz davam edirdi. Lakin əyyaşlığa düşkünlü-yüm (etiraf etməyə belə xəcalət çəkirəm) nəticəsində mənim xasiyyətim kəskin də-yişdi. Günü-gündən daha hüznlü, dalğın, əsəbi və başqalarının duyğularına qarşı laqeyd olmağa başladım. Arvadımla da əyyaşcasına danışıb, kobudluq edir və bundan əzab çəkirdim. Hətta bir gün mən ona əl də qaldırdım. Əlbəttə ki, heyvanlarım təbiətimdəki dəyişikliyi hiss etməmiş deyildilər. Nəinki onlara baxmırdım, hətta onları istismar edirdim. Plutona gəldikdə isə, mən ona olan rəğbətimi hələ də saxlamışdım ki, bu da məni ona qarşı pis davranmaqdan çəkindirirdi.Halbuki mən tərəddüd etmədən, təsadüfən, ya da istədikləri üçün qarşıma çıxan meymuna, dovşanlara, hətta köpəyə qarşı kobudluq etməkdən çəkinmirdim. Lakin alkoqola düşkünlüyümün xarakterimdə buraxdığı acı nəticələr artıq yaşlanmaqda olan Plutondan da yan keçmədi.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?