Erməni mənəvi terroru

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Armenian Acts of Cultural Terrorism
Armenian Acts of Cultural Terrorism
E-book
7,10 
Szczegóły
Czcionka:Mniejsze АаWiększe Aa

Ermənilər özlərinin uydurma böyüklük və qədimlik iddialarına dünyanı inandırmaq üçün keçən əsrdə xarici, əsasən də rus ziyalıları arasında tanınmış muzdlu adamlar tutaraq sözdə yad avtoritetlərlə mövqelərini gücləndirməyə çalışmışlar. Ermənilərin Azərbaycan-türk abidələri ilə özlərinə aid olmayan tarixlərini qədim dövrə calamaq yolunda çalışmaları son illərdə o qədər absurd şəkil alıb ki, buna artıq ermənilər tərəfindən pulla tutulan nüfuzlu elm adamları da tab gətirə, dözə bilmirlər. S. Ayvazyan adlı erməni “araşdırmaçısı” silsilə məqaləsində “M.Ö. XIX əsrdəki erməni heroqlif yazısı” ilə bağlı bilgilər verib. Bütün dünya əlifbalarının bu heroqlifdən qaynaqlandığını söyləyəcək qədər bəsirət və mühakiməsiz olan S.Ayvazyan Mesamor deyilən yerdəki daş və qayalardakı yazıları elmi sübut olaraq göstərib.[4] Halbuki şərqşünaslar bunların Kufi xətti ilə Əli Qasımxan, Məhəmməd, Əli və Həsən… adlarının yazıldığı, Azərbaycan türklərinə aid XIX əsrdən qalma məzar daşı olduğunu sübut ediblər. Bu məzar daşının olduğu yerin yaxınlığında Azərbaycan türklərinin yaşadığı Zeyvə kəndi vardı. Kimsənin tanımadığı erməni araşdırmaçı sağdan-sola oxunan ərəb əlifbasını soldan-sağa ermənicə oxumaq kimi miqyassız saxtakarlıqla 38 əsrlik bir yanlışlıq etmişdir. S. Ayvazyan belə fantastik yalanla, saxtakarlıqda tarixçi babalarının ölülərinə yəqin ki rəhmət oxutdurub. Gerçəklikləri təhrif etməkdə böyük tarixi təcrübə qazanmış olan hay-erməni tarixçiləri fəaliyyətlərini bu minvalla davam etdirməkdədirlər.

Ermənilərdə hökmranlığın ən önəmli simvollarından biri sayılan axçanın (metal pul) olmaması dövlət ənənələrinin yoxluğunun ən böyük dəlili hesab edilə bilər. Erməni alimləri bu boşluğu doldurmaq üçün erməni tərzinə uyğun elmi kəşflər axtarışındadırlar. B. Mkrtçyan soyadlı birisi 1967-ci ildə Çexoslovakiya dərgilərinin birində “M.Ö. XIX əsrdə hay sikkələri” başlıqlı ingiliscə məqalə yayımlamışdı. Yazıda sikkələrin üzərindəki sözlər də tərsinə oxunmuş, sonradan bu sikkələrin Eldəgizlərə (1133–1225) aid olduğu bəlli olmuşdur.[5]Erməni numizmatlarının (!) bu cür qədim pul ”axtarışları” hələ də davam etməkdədir.

Elm aləminin gözləri önündə cərəyan edən bu iki olayı ermənilərin tanınmış muzdlu elm adamlarından biri, arvadı erməni, özü isə erməni heyranı olan sankt-peterburqlu akademik B. Piotrovski bir yazısında izah etmiş, erməniləri belə nadan nəzəriyyələrdən çəkinməyə çağırmışdır. Mədəniyyət sahəsində psixi pozuqluq nümayiş etdirən erməni tədqiqatçılarının belə əcaib uydurmaları öz tərəfdarlarının çoxunu vaxtaşırı çıxılmaz olan bir duruma salır.

Erməni mənəvi terror proqramında ön yerlərdən birini tutan ən qəddar üsul əsrlərin miras olaraq zəmanəmizə daşıdığı sənət əsərlərinin və abidələrin vəhşicəsinə məhv edilməsidir. Ermənilər oğurlayıb, saxtalaşdırıb özəlləşdirə bilmədikləri memarlıq abidələrini tamamilə məhv edirlər. Bunlar əsasən İslam dövrünə aid olan sənət əsərləri və məzarlıqlardır.

XIX əsrdə İrəvan xanlığı torpaqlarını Rusiyanın işğal etməsindən sonra İrəvan şəhəri ətrafında erməni bölgəsi yaratmaq məqsədilə rusların və ermənilərin birlikdə yürütdükləri siyasət yerli əhali olan türkləri bu ərazidən çıxarmaq və onların yerüstü sənət əsərlərini və abidələrini məhv etməyə yönəlmişdir.

Azərbaycanın gənc şəhərlərindən olan İrəvan XVI əsrin əvvəllərində Osmanlı —Səfəvi savaşı əsnasında möhkəm bir qala olaraq inşa edilmişdi. Övliya Çələbi məşhur “Səyahətnamə”sinin “Asəfi Qala-ı Rəvan Azərbaycan” hissəsində belə yazıb: “…910-cu ildə (miladi tarixi ilə 1504) Şah İsmayıl Səfəvi orada bir qala binasını Rəvan Qulu xan adlı vəzirinə fərman verir. O da yeddi il ərzində qalanı tikib tamamlayır. Zəngi çayının cənubi-şərq sahilində kərpic və daşdan tikilmiş bir qalanı xatırladır, amma birqatdır”.[6]

Osmanlı-Səfəvi savaşlarında əldən-ələ keçən Rəvan qalasını 1582-1583-cü illərdə Osmanlı sərkərdəsi Fərhad paşanın yenidən bərpa etdiyi tarixdən hər kəsə məlumdur.[7] Türk şəhər və memarlıq ənənəsinin özəlliklərini daşıyan İrəvan şəhərində – Qala, Şəhər, Təpəbaşı, Dəmirbulaq, Təbriz qapısı, Şirvan qapısı, Körpü qapısı və s. vardı. 1864-cü ildən başlayaraq içərisində sadəcə müsəlmanların yaşadığı, tikiliş üslubu etibarilə Bakının İçərişəhərinə bənzəyən Rəvan qalası dağıdılmış, müsəlman məzarlıqları məhv edilmiş, əski məhəllələrin adları isə dəyişdirilmişdir.

Rus işğalı ərəfəsində İrəvanda nə qədər məscid olduğu haqqında bilgi yoxdur. Rusların 1828-ci ildən etibarən sürətlə erməniləşdirmə siyasəti yürütdüyü şəhərdə XX əsrin əvvəllərində səkkiz məscid qalmışdı.[8] Onlardan ən qədimi İrəvan şəhərinin yaşıdı olub və 1510-cu ildə Şah İsmayılın (1501–1524) əmri ilə tikilib. Səfəvi-türk xanədanı dövrünün mükəmməl camelərindən biri olan bu abidəni ermənilər 1918-ci ildə içərisinə müsəlman türklərini dolduraraq yandırmışlar. Cümə məscidini İrəvanı 1604-cü ildə Osmanlılardan alan I Şah Abbas (1587–1629) 1606-cı ildə tikdirmişdir. Memarlıq həlli baxımından da bir-birinə bənzəyən və eyni dövrdə inşa edilən İrəvan və Gəncə Cümə məscidlərinin memarı Şərqin tanınmış alimlərindən Şeyx Bahəddin olmuşdur. İrəvan qalasındakı Sərdar sarayının qərbində yer alan bu abidə məscid binası, mədrəsə, kitabxana, mehmanxana və onları əhatə edən geniş həyətdən ibarət möhtəşəm bir memarlıq kompleksi idi. Qanlı olayların cərəyan etdiyi 1918-ci ildə azərbaycanlı arxeoloq İsa bəy Əzimbəyov onu yarıdağılmış vəziyyətdə araşdırmışdı. Bir müddət sonra bu Tanrı evinin qalıqları da ermənilər tərəfindən acımadan yerlə yeksan edildi.

İrəvan qalasının içərisində Rəcəb Paşa (1725) və Abbas Mirzə (XVIII əsrin başlanğıcı) məscidləri də var idi. Ruslar İrəvanı işğal etdikdən sonra Rəcəb Paşa camesi dağıdılaraq yerinə rus pravoslav kilsəsi inşa olundu. Abbas Mirzə məscidi isə tamamilə məhv edildi. Qala xaricində, İrəvanın Şəhər adlanan hissəsində Zalxan (Şəhər), Novruzəli xan, Hüseynəli xan (Göy məscid), Xoca Cəfər bəy və Məhəmməd Sərtibxan məscidləri yüksəlirdi. Son 3 məscid dağıdılaraq yox edilmiş, Zalxan məscidi isə İkinci dünya müharibəsindən sonra rəsm və sərgi salonuna çevrilmişdir.

Bu gün İrəvanda yalnız Göy məscid adı ilə tanınan Hüseynəli xan məscidi türk-islam dövrünün şahidi olaraq öz varlığını qoruyur. Göy Məscid geniş həyəti (71x47 metr), ibadət yerləri, günbəzləri mavi çinilərlə bəzədilmiş tək minarəsi ilə dəyərli bir abidədir. Ancaq yaşlı irəvanlıların sözlərinə görə, came 4 minarəsi ilə möhtəşəm bir abidə olaraq xatırlanmaqdadır. Camenin 3 minarəsi İkinci dünya müharibəsindən sonra dağıdılmışdır.

4B. Piotrovski, “Redaksiyaya məktub”, Hanges Samsori, № 3, 1971
5“New Orient”, VI, 1967, № 3, s. 76
6Övliya Çələbi, “Səyahətnamə”, I cild, 1314, s. 271
7V. Arutyunyan, “Yerevan”, Moskva, 1968, s. 18
8Yenə orada, s. 31
To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?