Erməni mənəvi terroru

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Armenian Acts of Cultural Terrorism
Armenian Acts of Cultural Terrorism
E-book
7,10 
Szczegóły
Czcionka:Mniejsze АаWiększe Aa

Ermənilər mədəni oğurluğu ən çox musiqi sahəsində gerçəkləşdiriblər. Çox sayda Azərbaycan mahnı və oyun havasını, adını belə dəyişdirməyə gərək görmədən, özlərinə aid imiş kimi təqdim etməkdədirlər. “Sarı gəlin”, “Köçəri”, “Uzundərə”… Ayrıca seçilmiş türk yallıları (Anadolu və Naxçıvan yallıları), erməni folklor qruplarının repertuarında önəmli yer tutur.

Çağdaş erməni bəstəkarlarının – özəlliklə A. Xaçaturyanın yazdıqları opera və balet əsərlərində Azərbaycan xalq musiqisindən çox geniş şəkildə istifadə olunub. Ermənilər Şərqdə çox yaxşı bilinən və tanınan Azərbaycan muğamlarına da sahib olmaqdan çəkinməyiblər. Adlarından da anlaşıldığı kimi, türklərə aid olduğu hesab edilən musiqi alətlərinə də sahib çıxmaqdadırlar. Ney, zurna, kaman, tar

Bu durum bir yandan erməni xarakterində olan oğurluğu, digər yandan orta əsrlərdə türk hakimiyyəti altında erməni musiqisinin üstün türk musiqi mədəniyyəti qarşısında davam gətirə bilməməsi üzündən öz-özlüyündə unudulmasının nəticəsidir…

Dekorativ əl sənətlərində, özəlliklə türklərə aid olan xalçaçılıq sənətində erməni təxribatı çox böyükdür. Xalçaçılıq ayrıca araşdırma sahəsi olmaqla bərabər qeyd edilməlidir ki, işğal altındakı Azərbaycan kəndlərində toxunmuş türk xalılarının oğurlanaraq Ermənistana aparılması və Yerevandakı Xalça muzeyində erməni əl sənəti kimi sərgilənməsi ermənilərə başucalığı gətirmir.

İndi də türk nağılları, atalar sözləri, bayatı və dastanlarının adları dəyişdirilməklə erməni folklorunun yaradılmasına başlanılıb. Ünlü “Koroğlu” dastanımızın ermənicə tərcüməsi artıq orijinal bir əsər kimi təqdim edilir. Ən acınacaqlısı isə odur ki, ermənilərin illərdir sürdürdüyü açıq-aşkar və həyasızcasına oğurluq hallarına qarşı Azərbaycanda heç bir zaman mübarizə aparmaq ehtiyacı duyulmayıb.

Mədəni irsimizə daxil olan tarixi memarlıq və arxeoloji abidələr erməni mənəvi terroru proqramında daha önəmli yer tutmaqdadır. Çünki bu abidələr yerləşdikləri ərazinin kimlik və mülki tarixi sənədləridir. Ermənilər qonşu ərazilərə hər zaman acgözlüklə baxdıqları üçün “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmə yolunda qonşu memarlıq abidələrini ermənilərə aid imiş kimi göstərməyə həmişə çox böyük önəm veriblər.

XX əsrin əvvəllərində V. L. Veliçko belə yazırdı: “Ermənilər gürcülərin tarixini arxeoloji baxımdan vicdansızcasına talan etdilər. Abidələrdəki gürcü yazılarını qazıb pozdular. Əski pravoslav kilsələrini soydular”.[2]

Ermənilər Qafqaz torpaqlarında özlərini xristian mədəniyyətinin tək varisi olaraq qəbul edirlər. Onlar Azərbaycan ərazisində xristian-türk mədəniyyətini təmsil edən Qafqaz Albaniyası abidələrini öz abidələri imiş kimi araşdırıb sonuclarını beynəlxalq səviyyədə yaymaq, təbliğat yoluyla köklü mədəniyyətə sahib bir toplum olduqları fikrini, düşüncəsini yaratmağa çalışmaqdadırlar.

Azərbaycanda xristian-türk memarlığının güclü ənənələrinin olduğu məlumdur. Qafqaz Albaniyası ərazisində qalan zəngin xristian memarlıq irsi bu ənənələrin əsasını təşkil etməkdədir. Hətta İslamın ən güclü çağlarında – XIII əsrdə xristianlığı qəbul etmiş Elxanilərdən bir neçə xan və onların xanımları Azərbaycan torpaqlarında çoxlu sayda kilsə, monastr tikdirmişdir.

Xristianlığı himayə edən Elxanilər 1272-ci ildə Marağa, 1282-ci ildə Təbrizdə yeni kilsələr tikdirmişlər. Ayrıca 1294-1301-ci illər arasında Marağanın quzeyində böyük bir monastr inşa etdirmişlər. Elxanilər sülaləsində ordugahdakı hökmdar otağı yanında çox zaman bir kilsə qurulurdu. Onların həmin dövrdə çox sevdikləri yaylaq yeri – Qarabağda da kilsə və monastrlar inşa edilmişdi… Qarabağın əski məzarlıqlarında üzərində atlı türk-monqol təsvirləri olan xristian məzar daşları (xaçdaşlar) məhz xristian Elxani ordu başçılarının qəbirləridir.

Elxani sülaləsinin qurucusu Hulaku xan böyük xanımı, Kereit elindən olan Doqquz Xatunun xristian inancına sayğı göstərirdi. Bu məqsədlə xanımının istəyinə uyğun ölkənin bütün vilayətlərində kilsələr tikdirmişdi.[3] Gecələdiyi yerlərdə səyyar kilsə qurdurduğu deyilən Doqquz Xatunun tikdirdiyi kilsələrin ən önəmlisi Dağlıq Qarabağ ərazisindəki Gəncəsər monastrıdır. Bu tarixi abidə bütün Qafqazlarda ən gözəl türk-xristian abidəsi kimi qəbul edilir. Kitabələrində Doqquz Xatunun adı olan və memarlıq üslubunda türk ənənəsi, dəst-xətti açıqca görünən kilsənin bəzədilməsində türk bəzək sənətindən istifadə edilmiş, İsa peyğəmbər isə Turani tipdə təsvir edilmişdir. Sözügedən kilsə Ermənistanda erməni abidəsi olaraq tanıdılmaqdadır.

Erməni mütəxəssislərinin iştahası sadəcə Qafqaz Albaniyasının (Azərbaycanın) bir bölgəsinin xristian memarlıq irsi ilə qurtarmır. Onlar Ermənistan hesab etdikləri Qərbi Azərbaycan ərazisində yerləşən müsəlman-türk abidələri olan qalalara, körpülərə, karvansaralara və türk evlərinə də sahib çıxmaqdadırlar. Naxçıvanın Kirnə kəndindəki Səlcuq məscidi ilə üstündə memarın, onu inşa etdirənin, tikilmə tarixinin olduğu türk memarlıq tarixinin incisi Möminə Xatun türbəsini də erməniləşdirmək istəyən tədqiqatçıların hansı insaf, hansı məntiq və əxlaq anlayışı ilə hərəkət etdiklərini anlamaq mümkün deyil.

Azərbaycan ərazisindəki türk-alban abidələrini erməniləşdirmə saxtakarlığının tarixi də qədimdir. Zaman-zaman bu abidələrdəki albanlara aid nümunə və yazılar qazılaraq yox edilmiş və ya erməni memarlıq element və yazıları əlavə olunaraq özəlləşdirilmişdir. Bu əməliyyatlar üçün onillər boyu Ermənistandan özəl ekspedisiya qrupları və təxribatçılar göndərilərək Azərbaycan torpaqlarındakı xristian-türk abidələri tamamilə erməniləşdirilmişdir.

Ötən əsrin 70-ci illərində Gədəbəydə bir kənd müəllimi mənə belə bir hadisə danışmışdı:

– Bir gün buralarda bir sərsəri erməni peyda oldu. Bir əlində balta, çiynində torba olan bu “səyyah” erməni harada daş, divar görsəydi, orada tez bir xaç qazıyırdı.

Mən ona dedim ki, bu erməni sərsəri deyil Azərbaycana xüsusi olaraq göndərilmiş hiyləgər bir təxribatçıdır. Gerçək sərsəri, bu təxribatı anlamayan, qəflət yuxusunda olan rayon rəhbərliyi və yerli hüquq-mühafizə orqanlarıdır.

İllərlə Azərbaycanın kommunist liderləri bu təxribatlara göz yummuş və beləliklə, erməni mənəvi terrorçularına şərait yaratmışlar, Azərbaycanın sadəcə mədəni irsini deyil, torpaqlarını da satmışlar. Erməni təxribatını Azərbaycanda dəstəkləyənlər təkcə Azərbaycanda yüksək vəzifələrdə çalışan ermənilər deyil, həmçinin anası, arvadı, yaxud katibəsi erməni olan yüksək səviyyəli məmur və işçilər idi. Beləcə, əlibaltalı sərsəri ermənilər Qarabağ, Kəlbəcər, Gədəbəy, Qazax, Qubadlı bölgələrində rahat şəkildə türk-xristian abidələri üzərində erməniləşdirmə əməliyyatları aparmış, memarlıq irsimizə düzəldilməsi mümkün olmayan təxribatlar edərək ciddi ziyan vurmuşlar.

2Yenə orada, s. 68
3Rəşidəddin Fəzlullah, “Cəmi üt-Tarix”, III cild, Bakı, 1957, s. 16-24