Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.
Objętość 300 stron
16+
Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.
O książce
Solomon Northup-ın bu avtobioqrafik romanı Amerikanın 200 il öncəsinin müdhiş mənzərəsini açır. Romanı oxuduqca insanın sırf dərisinin rənginə, sosial təbəqəsinə görə başqa bir insana necə iztirablar verdiyini bütün çılpaqlığı və dəhşəti ilə görürsən. Romanda “ağlar” “qaralar”ı adam saymır, hətta onları ev heyvanlarından ayırmır, onları “danışa bilən heyvanlar” kimi səciyyələndirir, azacıq itaətsizlik göstərən kimi amansızcasına döyür, işgəncə verir, öldürürlər. Kitab Amerikada qara adam olmağın faciəsini hərtərəfli təsvir edir. Eyni zamanda bu kitabda 12 il əsirlikdə olan Solomonun yaşadıqları təsvir olunub. Məhz o, ağlının, intellektinin, iradəsinin hesabına əsirlikdən, köləlikdən xilas ola bilir. Yenə də ona sonda ağlar kömək edir. Romanda quldarlıq quruluşunun nə qədər anti-insani bir quruluş olduğu oxucular üçün parlaq şəkildə canlandırılıb.