Czytaj tylko na Litres

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Основной контент книги Kor Bayquş
Tekst

Objętość 100 stron

16+

Kor Bayquş

Czytaj tylko na Litres

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Niedostępne w sprzedaży

O książce

Modern İran ədəbiyyatının parlaq imzalarından olan Sadiq Hidayətin bu romanı öz ölkəsində qadağan edilmişdi. “Kor bayquş” kitab kimi ilk dəfə 1937-ci ildə Hindistanda çap olundu. Əsərdəki hadisələr zaman və məkan xaricində cərəyan edir. Həmçinin hamı bir nəfər, bir nəfər hamıdır. Bir-birilə həm bağlı, həm də ayrı olan bir kişi və bir qadın qəhrəmanın həyati təsvirləri mifik psixoloji düşüncələr arasında əriyir, oxucunu mürəkkəb insan yaşantılarının dərin qatlarındakı sirli detalların təsirinə salır. İndi və keçmiş, yaddaş, xatirə və xəyallar görünməz tellərlə birləşərək hadisələrin həqiqətlə mücərrədlik arasındakı axınına şahidlik edir.

Yaralar var həyatda… Yalnızkən ruhu cüzam kimi içdən-içdən, asta-asta, yeyən və gəmirən yaralar…

Bu dərdləri kimsəyə söyləmək olmur. Çünki bu inanılmaz dərdləri nadir baş verən qəribə hadisələrdən hesab edirlər. Biri çıxıb bunları söyləsə və yaxud yazsa, insanlar cəmiyyətdə hakim olan əqidəyə, özlərinin ağıllarına əsaslanaraq, istehzalı və şübhə dolu bir gülümsəmə ilə qarşılayacaqlar. Çünki insan oğlu hələ bunlara bir çarə, bir dərman tapa bilməyib. Bircə dərmanı var, o da şərab vasitəsi ilə unutmaqdır, tiryək və narkotikin gətirdiyi süni yuxudur. Ancaq təəssüf ki, bu cür dərmanların təsiri keçicidir, sakitləşdirmək əvəzinə bir müddətdən sonra ağrı-acıların şiddətini daha da artırır.

Görəsən, bir gün kimsə bu qeyri-təbii hadisələrin sirrinə – ruhun kölgəsinin bu yansımalarının gizlinliklərinə, onun ölüm və yaşam, yuxu və ayıqlıq arasında cilvələnməsinə aydınlıq gətirə biləcəkmi?

Öz başıma gələnlərdən yalnız biri haqqında, məni şiddətlə sarsıdan və heç vaxt unutmayacağım bir hadisə haqqında danışacağam. Nə qədər ki yaşayıram, əzəldən əbədiyyətə kimi, insanın anlayışından və dərkindən uzaq yerlərə yetişənə kimi, onun uğursuzluğu həyatımı mənə zəhər edəcək. “Zəhər” yazmışam, ancaq demək istəyirdim ki, onun çəkdiyi dağ hər zaman sinəmdə idi və belə də qalacaq.

Mən yadımda qalanları, baş verənlərlə bağlı zehnimdə olanları, bəlkə onlar barəsində ümumi bir mühakimə yürüdə bildim deyə, yazmağa çalışacağam. Yox, sadəcə əmin olmaq, özümə inana bilmək üçün yazacağam… Çünki başqalarının inanıb-inanmayacağının mənim üçün heç bir əhəmiyyəti yoxdur. Qorxum ancaq bir şeydəndir; özümü tanıya bilmədən sabah ölə bilərəm. Öz həyat təcrübələrimdən bu nəticəyə gəlmişəm ki, mənimlə başqaları arasında qorxunc bir uçurum var. Bunu da başa düşmüşəm ki, səssiz qalmalıyam, mümkün olduğu qədər öz fikirlərimi özümə saxlamalıyam. Yazmağa qərar verməyim, ancaq özümü divarın üzərində əyilmiş və acgözlüklə bütün yazdıqlarımı yeyib udan kölgəmlə tanış etmək istəyimlə bağlıdır. Ona görə də, bir təcrübə keçirmək istəyirəm, bəlkə bir-birimizi daha yaxşı tanıya bildik. Çünki başqaları ilə bütün əlaqələrimi kəsdikdən bəri, özümü daha yaxşı tanımaq istəyirəm.

Boş-boş fikirlər! Qoy olsun! Ancaq hər hansı bir həqiqətdən mənə daha çox əzab verir. Görəsən, bu mənim ehtiyaclarıma və istəklərimə sahib olan, zahirən mənə oxşayan insanlar məni aldatmaq üçün deyillər ki? Görəsən, bu bir ovuc kölgə məni ələ salmaq və aldatmaqdan ötrü ortaya çıxmayıb ki? Görəsən, bu hiss etdiklərim, gördüklərim, ağır-yüngül etdiklərim başdan-ayağa fantastik deyil, həqiqətdən çox fərqlənmir ki?!

Mən yalnız kölgəm üçün, çırağın işığında divara düşən kölgəm üçün yazıram; özümü ona tanıtmalıyam.

Tekst
Средний рейтинг 4,9 на основе 316 оценок
Audio
Средний рейтинг 4,1 на основе 1073 оценок
Audio
Средний рейтинг 4,7 на основе 365 оценок
Tekst
Средний рейтинг 4,9 на основе 1492 оценок
Szkic
Средний рейтинг 4,6 на основе 52 оценок
Tekst
Средний рейтинг 5 на основе 36 оценок
Tekst, format audio dostępny
Средний рейтинг 4,2 на основе 128 оценок
Audio
Средний рейтинг 4 на основе 65 оценок
Audio
Средний рейтинг 4,6 на основе 1101 оценок
Szkic, format audio dostępny
Средний рейтинг 4,8 на основе 320 оценок
Zaloguj się, aby ocenić książkę i dodać recenzję
Książka Садека Хедаят «Kor Bayquş» — czytaj online na stronie. Zostaw komentarze i recenzje, głosuj na ulubione.
Ograniczenie wiekowe:
16+
Data wydania na Litres:
30 grudnia 2022
Objętość:
100 str.
ISBN:
9789952380576
Właściciel praw:
Аудиокитаб ООО
Tekst Przedsprzedaż
Средний рейтинг 0 на основе 0 оценок