Czytaj książkę: «Həyat hekayələri̇m»

Czcionka:

© Rza Əli oğlu Mirzadə, 2023

ISBN 978-5-0059-9805-7

Создано в интеллектуальной издательской системе Ridero

Dəyərli Oxucularım!

Bu balaca kitabda, bir insan kimi fərmalaşmağımda mənə böyük kömək olan nəslimin dəyərli nümayəndələrinin bəziləri haqqında qısa məlumat və həyatımın müxtəlif vaxtlarnda yaşadığım həyat hekayələrimi toplamışam.

Qiymətli vaxtınızı ayırıb oxuduğunuza görə sizə təşəkkür edirəm.

Kitab haqqında fikirlərinizi şərhdə yazarsanız, məni çox sevindirərsiniz.

Dərin hörmətlə,

Rza Mirzadə

Babam – Seyid Müseyib Seyid Hüseyn oğlu Mirzadə

Babam, Seyid Müseyib Seyid Hüseyn oğlu Mirzadə 1885-ci ildə Laçın rayonunun Seyidlər kəndində anadan olmuşdur.

Seyid Müseyib bölgənin sayılan seyid nəsillərindən biri olan Rzalar nəslinin nümayəndəsidir. Atası Seyid Hüseyn və babası Seyid Məşədi Mirəli bölgənin ən tanınmış simalarından biri olmuşdular. Mirzadə ailəsi həm də bölgənin ən varlı ailələrindən biri olmuşdur.

Seyid Hüseynin həyat yoldaşı, yenə bölgənin ən hörmətli şəxslərindən biri olan Seyid Kərbalayı Məhəmmədin qızı Seyid Pəri olmuşdur. Burda xatırlatmalıyıq ki, deyilənə görə, o dövrdə Qubadlıda yaşamış xalq qəhrəmanı Qaçaq Nəbinin «Boz at”ını ona Seyid Kərbalayı Məhəmməd bağışlamışdır. Seyid Kərbalayı Məhəmməd bölgənin ən tanınmış din xadimlərindən biri olmuşdur.

Seyid Müseyibin atası Seyid Hüseynin 5 övladı olmuşdur. Bunlar yaş sırasıyla Seyid Həmid, Seyid Müseyib, Seyid Muxtar, Seyid Zeynal və Seyid Səriyyə idilər.

Seyid Müseyibin böyük qardaşı Seyid Həmid 1905 və 1918-ci illərdə ermənilərin Azərbaycan Türklərinə qarşı başlatdıqları xəyanətkarcasına basqınların qarşısını almaq üçün silahlı dəstə təşkil etmiş və uzun illər mənfur düşmənə qarşı qəhrəmancasına mübarizə aparmişdir. Seyid Həmidin dəstəsində özündən kiçik qardaşları Seyid Müseyib və Seyid Muxtar da qəhrəmancasına vuruşmuşdular. Dəstənin silah-sursat və ərzaq təchizatını Seyid Müseyib təşkil etmişdir.

Məhz Seyid Həmid və bölgədəki bir neçə başqa xalq qəhrəmanlarına aid dəstələrin qəhrəmanlığı sayəsində erməni quldurları Laçın bölgəsində məhv edilmiş və mənfur düşmən torpaqlarımızdan qovulub çıxarılmışdır.

Düşməni torpaqlarımızdan qovub çıxardıqdan sonra, Seyid Həmid Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzası rəhbərliyində yer almışdır. Azərbaycan dövlətinə qarşı çıxan daxili quldurlara qarşı amansız olmuş, onlarla axıra qədər mübarizə aparmışdır. Seyid Həmid həm də qəzanın bir neçə bölgəsində, tikinti işlərinə rəhbərlik etmiş, Laçının bir çox kəndindəki mühüm obyektlərin tikintisini o təşkil etmişdir.

Seyid Müseyibin böyük qardaşı Seyid Həmid 1938-ci ildə sovet höküməti tərəfindən (kqb) Şuşa rayonunun Turşsu kəndi yaxınlığında öldürülmüşdür. Qədirbilən yerli camaat sovet quldurlarının təqibinə baxmayaraq, gecə vaxtı Seyid Həmidin meyidini gizlicə vurulduğu yerdən götürərək, qayalıqların arasında dəfn etmişlər. Seyid Həmidin məzarı dəqiq bilinməməklə yanaşı, təxmini olaraq Laçın rayonunun Köhnəkənd kəndi ətraflarındadır.

Seyid Müseyibin özündən kiçik qardaşı Seyid Muxtar, AXC dövründə polis olmuş və 1919-cu ilin yayında Laçın rayonunun Uzunyal adlanan yaylağında dövlətə tabe olmayan, camaata zülm edən quldurlarla çıxan döyüşdə, həmin quldurlar tərəfindən öldürülmüşdür. Məzarı Laçın rayonu, Seyidlər kəndində, kənd qəbiristalığındadır.

Seyid Müseyibin kiçik qardaşı Seyid Zeynal isə bir neçə il Bakıda neft hasilatı ilə məşğul olan şirkətlərdən birində çalışmışdır. Təəssüf ki, Seyid Zeynal çox gənc yaşlarında burada xəstələnmiş, öz doğma kəndinə qayıtmış və təxminən 1917-ci ildə Seyidlər kəndində vəfat etmişdir. Məzarı Seyidlər kənd qəbiristanlığındadır.

Seyid Müseyibin bacısı Seyid Səriyyə 1984-cü ildə Laçın rayonu, Alıqulu kəndində vəfat etmiş, Alıqulu kənd qəbiristanlığında dəfn olunmuşdur.

Seyid Müseyibın həyat yoldaşı, yenə bölgənin ən varlı şəxslərindən biri olmuş, Seyid Hacı Mirəziz oğlu Seyid Həsənəlinin qızı Seyid Zəhra idi.

Seyid Müseyib və Seyid Zəhranın 4 övladları olmuşdur. Bunlar, Seyid Hüseyn (1923—1947), Seyid Pəri (1926—1986), Seyid Əli (1929—2019) və Seyid Zeynal (1931—2015) idilər.

Seyid Müseyib Ağdam şəhərində dini təhsil almiş və orta təhsilli din xadimi olmuşdur. Təhsili orta olsa da, ali təhsilli din xadimləri səviyyəsində elmə yiyələnən Seyid Müseyib, siyasi cəhətdən də çox fəal olmuşdur.

Seyid Müseyib Mirzadə o vaxtlar Azərbaycan siyasi mühitində xüsusi yerə sahib olan Azərbaycan İttihad partiyasının Zəngəzur qəzasında partiyanın qurucularından biri olmuşdur.

O, 1931-ci ildə siyasi fəaliyyətinə görə həbs olunmuşdur. Ağdam şəhərində 4 ilə yaxın həbsdə qaldıqdan sonra, 1934-cü ildə öz doğma yurduna qayıtmış və siyasi fəaliyyətinə qaldığı yerdən davam etmişdir.

Seyid Müseyib Seyid Hüseyn oğlu Mirzadə, 1937-ci ilin avqust ayında Laçın rayonunda həbs olunmuş və həmin il, sentyabr ayının 26-da, Xankəndində (o vaxt Stepanakert adlanırdı), Azərbaycan SSR XDİK üçlüyünün qərarı ilə həbs olunaraq 8 il müddətinə sürgün edilmişdir.

O xalqımızın düşmənləri – Kaqan, Popov, Sayadyan vs tərəfindən mühakimə olunub həbs olunmuşdur.

1960-cı ilin iyunun 14-də, Azərbaycan SSR Ali Məhkəməsi, 1937-ci ilin sentyabr ayının 26-da Azərbaycan SSR XDİK üçlüyünün, Mirzadə Seyid Müseyib Seyid Hüseyn oğlu ilə bağlı aldığı qərarı ləğv edərək, işlərin sübuta yetmədiyi üçün, xətm olunmasını qərara almışdır.

Bu haqda akademik Ziya Bünyadovun, 1993-cü ildə nəşr olunan «Qırmızı terror» kitabının 254-262-ci səhifələrində ətraflı məlumat verilmişdir.

Azərbaycan Qadınının tariximizdə yeri

Bu hadisəni, hadisənin iştirakçısı olan mənim Zəhra nənəm (atamın anası – Seyid Zəhra Seyid Həsənəli qızı Mirzadə) anama danışıb. Anam da mənə (Rza Əli oğlu Mirzadə) nəql edib.

Təxminən 1919-cu ilin payızı olardı. Erməni-Türk müharibəsi davam edirdi. Seyidlər kəndinin bütün əli silah tutanları Seyid Həmidin dəstəsində, Laçının Hoçaz, Sadınlar, Malıbəyli, Qarıqışlaq, Minkənd və s ətraf kəndlərində düşmənə qarşı döyüşürdülər.

Ermənilər rusların da köməkliyi ilə (indi olduğu kimi – RM) bizimkilərdən daha yaxşı silahlansalar da, xalqımızın qeyrətli oğulları onların irəliləməsinə imkan vermir, düşmənə layiq olduğu cavabı verirdilər.

Müharibənin qızğın vaxtlarıydı. Bir neçə gün əvvəl xəbər almışdıq ki, düşmən güclü müqavimət göstərir və Hoçaz istiqamətində irəliləməyə çalışır. Ancaq son iki-üç gün idi ki, cəbhədən heç bir xəbər almırdıq.

Kənddə ən çox narahat olan, üç oğlu (Seyid Həmid, Seyid Müseyib, Seyid Muxtar) döyüşdə olan qaynanam Seyid Pəri idi.

Seyid Pəri çox ağıllı, qoçaq, güclü və qürurlu bir qadın idi.

Elə hey evin qabağına çıxar (Seyidlər kəndindəki evimiz kəndin ortasındaydı. Evin qabağından kəndin Laçın tərəfdən girəcəyi, Qaraçöllük və Bilildüz kəndindən gələn yol görünürdü), var-gəl edər, öz-özünə nəsə danışar və əllərini göyə açıb dua edərdi.

Günortadan sonra, daha doğrusu, axşama yaxın idi, Seyid Pəri xala evin qabağında gəzinirdi. Mən də qapıda oturub müharibədəki igidlərimizi fikirləşirdim. Kəndin qabağından bir atlının gəldiyini gördüm. Seyid Pəri xalaya atlını göstərdim və sevincək, «inşallah bizimkilərdən yaxşı xəbər gətirər», dedim.

Atlı novlu bulağın yanından keçib kəndin ortasına çatdı. Cəbhədən xəbər gözləyən kənd əhli sürətli şəkildə kəndin ortasına yığışdı. Bizim ev onsuz da kəndin ortasında idi. Seyid Pəri xalayla mən atlının kim olduğunu öyrənmək üçün onun dayandığı yerə daha da yaxınlaşdıq. Amma, bu atlı bizimkilərdən deyildi. Çünki, onu heç kim tanımırdı. O isə bizim kəndi və kənd əhlini tanıyırdı.

Üzünü Seyid Pəri xalanın dayandığı yerə tərəf tutub: «Ay Seyid Pəri xala, məni Seyid Həmid göndərib. Cəbhədə vəziyyət çox pisdi. Düşmən bizə güc gəlir. Sabaha, birisi günə bura çatarlar. Seyid Həmid dedi ki, nənəmə və kənd əhlinə de, yüngül əşyalarını götürüb üzü çay aşağı qaçsınlar».

Atlının bu sözlərini eşidən kənd əhli, biz də daxil olmaqla, həyacanlanmağa, narahat olmağa başladıq. Təşvişə düşmüşdük. Atlı bu xəbəri çatdırıb, gəldiyi istiqamətdə də gözdən itmişdi. Əşyaları toplamaq və hazırlaşmaq üçün hərə öz evinə dağıldı. Mən də, ağır-ağır evimizə tərəf yönələn Seyid Pəri xalanın arxasınca getməyə başladım. Evimizə çatdıq. Seyid Pəri xala qapıda var-gəl edirdi. Ağbəniz çöhrəli bu cəsur qadının sifəti qap-qara qaralmışdı.

Seyidlər kəndini isə qadınların həyacanlı səsləri, uşaq çığırtısı bürümüşdü. Məlum ki, hamı kənddən çıxmağa hazırlaşırdı.

Birdən Seyid Pəri xala nəsə tapmış kimi, özünəməxsus cəld hərəkətlə üzünü mənə çevirdi. «Get mənim çuxamı gətir, özün də qalın geyin. Heç bir yerə çıxmayacağıq. Uşaqlardan xəbər gələnə qədər kəndin girişlərində keşik çəkəcəyik. Düşmən gəlsə ölənə qədər onlarla vuruşacağıq».

Mən, bu cəsur qadına bələd olsam da, belə çətin vəziyyətdə bu qərarı alacağını gözləmirdim. Üzünü mənə çevirib bayaq dediyini bir də təkrar etdi: «Sən içəridən iki balta da götür, əynini qalın geyin gəl kəndin ortasına. Heç kim kənddən çıxmayacaq». Həmişəki kimi qətiyyətli və özünəməxsus sərt idi.

Özü kəndin mərkəzinə keçib kənd əhlini yenidən ora yığdı. Mən tələsik qalın paltarlarımı geyindim. Seyid Pəri xalaya da isti paltarlar götürdüm. İki baltanı əlimə alıb, camaatın yığışdığı yerə gəldim.

Hamının yığışdığını görən Seyid Pəri xala sözə başladı: «Ay camaat, mən bayaq gələn o gədəyə inanmadım. Əgər vəziyyət onun dediyi kimi pis olsaydı, Həmid onu yox, öz döyüşçülərindən birini göndərərdi. Burda nəsə düşmən barmağı var. Gedin əyninizi qalın geyinin, uşaqları sakitləşdirin əlinizə nəyiniz varsa; balta, dəhrə, yaba və s alın gəlin bura. Bu gecə sabaha qədər kəndin girəcəklərində keşik çəkəcəyik. Düşmən gəlsə ölənəcən onlarla vuruşacağıq. Seyidlərə erməni ancaq bizim hamımız öldükdən sonra girə bilər».

Seyidlər kəndinin camaatı, həm özü, həm də həyat yoldaşı Seyid Hüseyn (Seyid Hüseyn Seyid Məşədi Mirəli oğlu) mötəbər bir ailədən olan Seyd Pəriyə inanır və onun hörmətini saxlayırdı. Ona görə də kənd camaatının heç biri dillənmədi. Hərə sakitcə evlərinə dağıldı.

Darmowy fragment się skończył.