Balaca qırmızı balıq

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Balaca qırmızı balıq
Czcionka:Mniejsze АаWiększe Aa

Nazilə Cavadbəyli

BALACA QIRMIZI BALIQ

1

"Sonunu düşünən, qəhrəman olmaz…"

Gecə yarısı idi. Gölməçədəki bütün canlılar dərin yuxuya getmişdi. Səssizliyi yalnız arabir uzaqdan gələn qurd ulartısı pozurdu. Suda Sevimli Ayın əksi görünür-dü. Balaca Qırmızı Balıq yosunlar arasında dayanıb elə-cə gözlərini göylərə dikərək dərin düşüncəyə dalmışdı.



Yuxusu ərşə çəkilmişdi, nə qədər çalışsa da, gözləri-nə yuxu getmirdi. Birdən Sevimli Ay Balaca Qırmızı Ba-lığı yosunlar arasında görüb ona dedi:



– Salam, Balaca Qırmızı Balıq! Xeyirdir, yata bilmə-misən? Səhərə az qalıb, artıq yatmağa başlasan, yaxşı olar.



Balaca Qırmızı Balıq Sevimli Ayın onunla danışdı-ğını hiss etmədi. Bu dəfə Sevimli Ay yüksək səslə ça-ğırdı və Balaca Qırmızı Balıq bunu eşidib yerindən atıl-dı. O dəqiqə Aya baxıb:



– Salam, gözəl Ay! Sənsən?



Sevimli Ay gülümsəyərək dedi:



– Bəli, əlbəttə, mənəm. Sən ki bu saata qədər yatma-lı idin. Nəsə olub?



Balaca Qırmızı Balıq dedi:



– Son zamanlar fikirlərim yaman qarışıb. Həmişə nəsə düşünürəm.



Sevimli Ay maraqla dedi:



– Xeyirdir, səni bu saatlara qədər düşündürən mə-sələ nədir elə?



Balaca Qırmızı Balıq yosunların arasından çıxıb su üzünə qalxdı. Aya baxıb dedi:



– Sevimli Ay! Sənə bir sualım var. Sən Balaca Qara Balığı tanıyırsan, eləmi?



Sevimli Ay Balaca Qara Balığın adını eşidən kimi həyəcanlandı. Balaca Qırmızı Balığın sualına nə cavab verəcəyini bilmədi. Balaca Qırmızı Balıq – niyə susdun? Yoxsa bu sualı verməklə səhv elədim? – deyə soruşduq-da, Sevimli Ay yumşaq bir səs tərzdə:



– Bəli, tanıyırdım. Həm də çox yaxşı tanıyırdım. Ürəkli və mərd idi. Özünü bu gölməçəyə məhkum elə-mədi. Üzüb suların axdığı əngin dənizlərə doğru getdi. Amma axırda…"



Balaca Qırmızı Balıq dözə bilməyib: "Bəli, axırda nə oldu", deyə soruşdu. Sevimli Ay isə ondan soruşdu:



– Sonrasını söyləməzdən əvvəl mənə de görüm, Ba-laca Qara Balığın adını haradan eşitdin?



Balaca Qırmızı Balıq hər axşam ona nağıl söyləyən nənəsinin bu gecə də Balaca Qara Balıqdan danışdığını,



hekayəni eşidəndən bəri gözlərinə yuxu getmədiyini, onun sonrakı taleyinin necə olması barədə düşündüyü-nü dedi.



Sevimli Ay: “Balaca Qara Balıq” hekayəsini can-dil-dən dinləyib yatmaq mümkündürmü ki? Səni çox yaxşı başa düşürəm. Amma bu vəziyyətdə nə edəcəksən? Da-im bunumu düşünəcəksən?" – dedi.



Balaca Qırmızı Balıq: "Mən də onun kimi əngin də-nizlərə çatmaq istəyirəm. Onun kimi dəniz balıqlarıyla birlikdə üzmək istəyirəm" – dedi. Ay, Balaca Qırmızı Balığı bu sevdadan çəkindirməyə çalışdı: "Bax, əziz dostum! Bu işlər çətin işlərdi. Həm də çox çətin… Qə-tiyyən göründüyü kimi deyil. Ancaq yuxularında görə bilərsən", dedi.



Balaca Qırmızı Balıq:



– Səbəb? – deyə soruşduqda, Sevimli Ay – Vaxtdır, getməliyəm. Birazdan qardaşım Günəş gələcək. Bu ba-rədə sabah axşam danışarıq. İndi get, yat. Yorma özü-nü.



Ay getdik