Czytaj tylko na LitRes

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Czytaj książkę: «Silsilə qətllər törədən qatillər»

Czcionka:

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

Teymur Fərzi, Nəbi Hacıyev

SİLSİLƏ QƏTLLƏR

TÖRƏDƏN QATİLLƏR

a r a ş d ı r m a

1

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

Mündəricat

Silsilə qətllərə gedən yol.............................................9

* “Qarındeşən Cek”............................................................11

* “Avtostopçu qatil” (Eylin Karol Uornos)..................... 14

* “Boston qəssabı” (Albert De Salvo).............................. 19

* “Boz adam, Bruklin qaniçəni, xortdan”

(Albert Hamilton Fiş).................................................... 19

* “Rostov qaniçəni”, “Vətəndaş iks”, “Qırmızı kabus”

(Andrey Romanoviç Çikatilo)..................................... 27

* “Pullu kişi fahişəsi” (Endryu Kyunenen)..................... 34

* Taq Bəhram.................................................................... 38

* Karl Pançram................................................................. 40

* Çarlz Millz Menson...................................................... 43

* Çarlz Reymond Starkvezer......................................... 48

* “Semin oğlu”, “4.4 kalibrlik qatil”

(David Berkoviç)........................................................... 50

* Denis Endryu Nilsen................................................... 53

* “İblis Holms” (Henri Hovard Holms)........................ 57

* “Qorilla Qatil”, “Qaranlıq boğucu”

(Erl Leonard Nelson)................................................... 60

* Edmund Kemper......................................................... 63

2

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

* Eduard Qeyn................................................................ 66

* “Qanlı qrafinya” (Yelizaveta Batori)................................ 70

* “Hannover vampiri”

(Fridriks (Friç) Henrix Karl Harman) ............................76

* “Bütün şübhələrdən uzaq qatil”

(Harold Fredrik Şipman)................................................. 79

* “Qatil fotoqraf” (Harvi Qlatman)..................................... 82

* Henri Li Lukas.................................................................. 84

* “Miluoki canavarı” (Cefri Damer)................................... 93

* “Kloun qatil” (Con Qeysi)................................................97

* “And dağları canavarı” (Pedro Alonso Lopez).............. 99

* “Düsseldorf vampiri” (Peter Kürten)............................. 102

* “Gecə ovçusu” (Riçard Ramires).................................... 105

* “Sakramento vampiri” (Çeyz Riçard Trenton).............. 108

* “Snayper”

(Con Allen Muhammad ) (Li Boyd Malvo)............... 110

* “Xarizmatik qatil” (Teodor Robert Bandi).................... 113

* “Zodiak qatil”...................................................................122

* “Ölüm mələyi”, “Gözəl Canavar”

(İrma İda İlza Qreze)..................................................... 125

* “Artvin canavarı”, “Baltaçı qatil” (Adnan Çolak)........ 127

3

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

Ön söz əvəzi

Bu kitabda insanın potensial qəddarlığının nə qədər sonsuz olduğunu görəcəksiniz və əhvalınız bir az pozula-caq. Kitabı oxuduğunuz zaman ürpərməmək mümkün deyil. Çünki bu kitabdakı bütün hadisələr həqiqətən də baş

verib. Qeyd edilən bütün qatillər, qurbanlar, şahidlər və detektivlər hamısı bizim dünyamızın insanları idi.

Dünya tarixi siyasi və ya şəxsi zəmində işlənmiş silsilə

qətllərlə doludur. Silsilə cinayətlər digər cinayət motivlərin-dən fərqlidir. Bu cinayətlər XX əsrdə daha çox artmış və

yüksələn tempdə davam etmişdir.

Tarixdə öz izini qoymuş bu çirkin əməllərin altında müxtəlif səbəblər yatır. Silsilə qətlləri törədən qatillərin ümumi spesifikasına baxsaq onlardan bəziləri qeybdən səs-lər eşidir, kimisi uşaqlıqda yaşadıqlarının intiqamını alır, kimisi də qurbanlarının bu dünyadakı çəkdiyi əzabların qar-şısını aldığını düşünür. Bu qətllərdən bir çoxunun sadəcə

cinsi istək və pozğunluqlara görə törədildiyini də görə bilə-rik. Qatillərin bəziləri ilk qurbanlarını öz ailəsindən seçir.

Demək olar ki, əksəriyyət qatillərdə oğurluq və siyasi motivlər olmur. Onlar əməllərini fərdi istəklərinə görə törədirlər.

4

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

Silsilə qətllər törədən qatillərin bir çoxunda şeytani inanclar da ön plana çıxır. Həbs olunduqları zaman onlar bunu açıq şəkildə etiraf edirlər. Kiçik yaşlarından başlayaraq heyvanlar üzərində müxtəlif cinsi və ağlasığmaz əməllər törədirlər.

Adətən qatillərin törətdiyi cinayətlər uzun müddət sonra tapılır və ictimaiyyət bu iddiaları günlərlə müzakirə edir.

“Bilinməyən izlər seriyası”na daxil olan bu kitab normal insanların silsilə qətllər törədən qatil olmasına aparan ünsürləri sizə göstərəcək.

Teymur Fərzi, Nəbi Hacıyev

5

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

Silsilə qətllərə gedən yol…

Mütəxəssislərin araşdırmalarına görə silsilə qətllər törədən qatillərin fərdi xüsusiyyətləri aşağıdakılardır:

– Bir-birinə oxşayan ən az 3 cinayət törətmiş olmaları;

– Həbs edilənəcən öldürməyə davam edirlər. Bu günə

qədər qətillər silsiləsinə ara verən qatil olmayıb;

– Bir neçə cinayətdən sonra fasilə verirlər. Bu müddət bəzi qatilə görə bir neçə gün, bəzilərinə görə də bir-iki il, istisna hallarda isə uzunmüddətli olur;

– Qatil fasilə verdiyi zaman cinayəti yaddaşında canlan-dırmaq üçün bilmək üçün qurbana aid bir əşya götürür;

– Bəziləri istisnalar olsa da, əksəriyyəti cinayətləri tək-başına törədirdilər;

– Bir çoxunda cinsi davranış pozğunluqları və intihara meyllilik olur. Böyük əksəriyyəti də spirtli içki və ya narkotik aludəçisidir;

– Yaddaşları zəifdir. Gerçəklikləri qəbul etməkdən boyun qaçırırlar. Heyvanlara işgəncə vermək xasiyyətləri var;

– Qurbanlarını öz yaş qruplarından seçirlər, lakin sosial təbəqələrə fərq qoymurlar (varlı və ya kasıb olması);

– Bəziləri qurbanlarının ətini yeməyi xoşlayır;

– Cinayət törədərkən nə etdiklərinin fərqində olurlar;

– Özlərinin güclü olduqlarını sübut etmək üçün öldü-rürlər. Öldürmək istəklərini şiddətləndirən çox vaxt cinsi ehtiyacları olur;

– Yaşları 20-40 arasında dəyişir və 90%-i kişi cinsinə

mənsubdur;

6

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

– Əksəriyyəti ağ bədənli, heteroseksual və dindardırlar;

– Heç biri xarici görünüşünə görə qatilə bənzəmir. Dai-mi bir işdə işləyənlər 1 faiz təşkil edir. Çoxu tüfeyli həyat tərzi keçirənlərdir;

– Əksəriyyət qatillər ağır uşaqlıq keçirmiş və ya cinsi təcavüzə məruz qalmışlar;

– Zəka səviyyələri normadan yuxarıdır. 30 faizi güclü zəkaya sahibdir;

– 81 faizinin pornoqrafiyaya, 79 faizinin masturbasi-yaya, 71 faizinin gizlincə kimisə izləməyə və 7 faizinin də fe-tişizmə marağı var;

– 80 faizi 18 yaşına çatmazdan əvvəl qadınlara və ya ki-şilərə təcavüz etmə xəyalı qurur;.

– Kişi qatillərin çoxuna uşaq ikən qız paltarları geyin-dirilib.

7

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

* * *

“Qarındeşən Cek”

“Tarixə nəzər salanda XX əsri mənim başlatdığımı görəcəklər”.

“Qarındeşən Cek”in 1888-ci ilin 13 oktyabr tarixində Londonda nəşr olunmuş təsviri.

Qurbanların sayı: 5 (20-yə qədər olduğu ehtimal edilir) Cinayətlərin tarixi: 1888-ci il Ölkə (ərazi): Böyük Britaniya

əhşətli hadisə 31 avqust 1888-ci ildə səhər saat-larında başlayır. Saat 03:45 radələrində Londo-D nun İst-End bölgəsindəki kimsəsiz küçədə

gedən hambal Corc Kros linoleuma sarılı bir şeyə toxunur.

Yaxından baxanda bu bükülünün hissələrə bölünmüş qadın 8

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

bədəni olduğunu anladı. Sonralar qadının 42 yaşında olan Meri En Nikols adında pozğun qadın olduğu məlum oldu.

Boğazı kəsilib qarnı cırılmışı və cinsi orqanında bıçaq yaraları var idi.

O zamanlar heç kim fərqinə varmasa da, Meri En Nikol-sun bu qorxunc ölümü cinayət tarixində dönüş nöqtəsi olacaqdı. Bu cinayət əvvəlcə London, sonra da bütün dünyaya təsir dalğaları yayacaq cinayətlər çənbərinin ilk halqası idi. Eyni zamanda çox daha əhəmiyyətli bir şeyə işarə idi: silsilə seks cinayətlərinin müasir dövrü artıq başlamışdı.

Nikols cinayətindən bir həftə sonra ilk cinayət yerindən 800 metr uzaqlıqda pansionat olaraq istifadə edilən bir binanın arxasında vərəmdən əziyyət çəkən 47 yaşında fahişə

olaraq tanınan Anya Çapmanın parçalanmış cəsədi tapıldı.

Çapmanın başı az qala bədənindən qopmuşdu, qatil onun əzələlərini kəsmiş və onurğasını da qoparmışdı. Daxili orqanları da qarnından çölə çıxarılmışdı.

Qatilin gerçək kimliyi hələ məlum deyildi. Bir neçə həf-tədən sonra şəhər polisinə məktub gəldi. Məktub günahkar olduğunu etiraf edən şəxs tərəfindən yazılmış və ləqəblə im-zalanmışdı. Bu andan etibarən Vaytçapel qəssabı “Qarındeşən Cek” ləqəbi ilə axtarılacaqdı.

Bu məktub aşağıdakı kimi idi:

“Hörmətli şef!

Qulağıma tez-tez polisin məni tutduğu ilə bağlı xəbərlər gəlir, amma məni uzun bir müddət tuta bilməyəcəklər. Ağıllı və

doğru yolda olduqlarını deyəndə çox gülürəm. Mənə fahişələr lazımdır və tutulana qədər onları deşməyə davam edəcəyəm. Son cinayətim çox möhtəşəm idi. Qadına bağırmasına belə fürsət ver-9

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

mədim. Məni indi necə tuta bilərlər?! İşimi sevirəm və yenidən başlamaq istəyirəm. Yaxında mənim gülməli oyunlarımı yenidən eşidəcəksiniz. Bıçağım dözümlü və itidir. Əgər şansım olsa, yenidən başlamaq istəyirəm. Sizə uğurlar!

Bütün səmimiyyətimlə Qarındeşən Cek”

Polisin “qarındeşən”dən məktubu almasından iki gün sonra qatil Yelizaveta küçəsində yaşayan isveçli fahişə qadının boğazını kəsdi. Qurbanın üzərində başqa əməlləri edə

bilmədən yaxınlaşan avtomobilin səsi ilə işini yarıda qoy-maq məcburiyyətində qaldı. Oradan cəld qaçan qatil Kate-rina Eddouz adında küçədə sərxoş tapıldığı üçün polis bölməsinə aparılaraq ayılana qədər orada saxlanılan, sonradan evə buraxılan 43 yaşındakı başqa bir pozğun qadına rast gəldi. Onu sakit yerə apardı və orada boğazını kəsdi.

Sonra qadının üzünü tamamilə parçaladı, qarın nahiyəsini yarıb bağırsaqlarını çölə çıxardı və sol böyrəyini götürüb uzaqlaşdı.

“Qarındeşən” tərəfindən törədilən son cinayət eyni zamanda ən qorxuncu idi. 9 noyabr gecəsi 3 aylıq hamilə

olan 25 yaşındakı irlandiyalı fahişə ilə cinsi əlaqədə olmaq üçün onun otağına getdi. Gecə yarısı onu yataqdaca öldürdü, bir neçə saat boyunca cəsədi parçaladı, daxili orqanlarını çölə çıxardı, burnunu və döşlərini kəsdi, qıçlarının dəri-sini soydu.

Bu hadisədən sonra Vaytçapel cinayətləri birdən-birə

dayandı. “Qarındeşən” sonsuza qədər yox oldu, sanki real-lıqdan çıxıb əfsanələr aləminə qarışdı. O gündən bəri qatilin kim olması haqqında adi qəssabdan ingilis taxt-tacının vəliəhdinə qədər şübhəlilər irəli sürdülər. Bu deyilənlərin 10

Silsilə qətllər törədən qatillər

Teymur Fərzi, Nəbi Hacıyev

çoxu heç bir reallığı əks etdirmirdi. “Qarındeşən”in gerçək kimliyi yüz ildən artıqdır ki, məlum olmadı və sirr olaraq da qaldı.

Qatilin sonuncu qurbanı Meri Kellinin necə halda tapıldığı haqqında 1888-ci il tarixli bir qəzetdə yazılanlar aşağıdakı kimidir:

“Boğaz bıçaqla kəsilmiş, baş bədəndən az qala ayrılmışdı.

Qarın qismən parçalanıb cırılmış və hər iki döşü də kəsilmişdi.

Burun kəsilmiş, alnındakı dəri üzülmüş və ayaqlarına qədər ətlər sümükdən aralanmışdı. Bağırsaqlar və bədənin digər hissələri yox idi, ancaq qaraciyəri bu yazıq qurbanın ayaqları arasına qoyulmuşdu. Budunun ətləri, döşləri və burnu qatil tərəfindən stolun üstünə qoyulmuş və qadının əllərindən biri mədəsinin içinə soxul-muşdu.”

Hamısı fahişə olan qurbanlardan beşinin eyni adam tərəfindən öldürüldüyü rəsmən öz təsdiqini tapmışdır.

Ancaq Qarındeşən Cekin törətdiyi güman olunan təxminən iyirmiyə yaxın cinayət vardır.

399 ₽
4,67 zł