Czytaj tylko na LitRes

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Czytaj książkę: «Tanrı və dövlət»

Czcionka:

MİXAİL BAKUNİN

TANRI VƏ DÖVLƏT

Mixail Aleksandroviç Bakunin, 1814-cü ildə doğulan 19-cu əsrdə anarxizm, görkəmli rus inqilabi təşviqatçı, baş propaqandaçı və siyasi yazılar müəllifidir. Karl Marks ilə mübahisəsi onların ölümdən uzun sonra inqilabi sosialist hə-rəkatının anarxist və marksist qanadlara parçalanması ilə nə-ticələndi.

Bakunin Tver vilayətində kiçik torpaq sahibinin bö-yük oğlu idi. O, Sankt-Peterburqda Topçu Məktəbinə gön-dərildikdən sonra Polşa ilə həmsərhəd bir hərbi hissəyə tər-xis olunduğu vaxtdan həyatının etirazçı dövrü başladı. 1835-ci ildə o, məzuniyyətdə olmadığı halda ordudakı vəzifəsini tərk etmiş və onu son anda fərarilik ucbatından həbsə salın-maqdan xilas edən istefa qərarını vermişdir. Növbəti beş il ərzində o, zamanını Alman filosoflar İohan Fixte və Fridrix Hegelin yaradıcılığı ilə tanış olduğu Premukhino və yazar Turgenev, publisist Aleksandr Herzen və tənqidçi Vissarion Qriqoryeviç Belinskinin ədəbi çevrəsinin olduğu Moskva arasında bölüşdürüb. 1840-cı ildə Bakunin hələ də dəyişkən və qeyri-sabit düşüncələrlə təhsilini tamamlamaq üçün Berli-nə yola düşür. Orada o, Hegelin radikal ardıcılları olan Gənc Hegelçilərin təsiri altına düşür. Drezdenə gəldikdən sonra Bakunin, 1842-ci ildə hazırda çox məşhur olan “Məhvetmə ehtirası da yaradıcı ehtirasdır" aforizmi ilə bitən ilk inqilabi kredosunu radikal jurnalların birində nəşr etdirir. Bu, ona Rusiyaya qəti qayıdış göstərişi verilməsinə və onun öz imti-nası əsasında pasportundan məhrum olmasına səbəb oldu. İsveçrə və Belçikada qısa müddət yaşadıqdan sonra, Baku-nin Parisdə məskunlaşdı və burada o, Pyer Jozef Prudon və Karl Marksın da daxil olduğu fransız və alman sosialistlərə qoşulmuş, slavyan xalqlarının milli azadlıq uğrunda inqi-lablarına dəstək olmaq üçün onu ruhlandıran çoxsaylı Pol-şalı immiqrantlara dəstək olmuşdur. 1848-ci ilin fevral inqi-labında Parisdə şövqlə iştirak etdiyi ilk meydan döyüşlərinin dadını duyduqdan sonra o, bir neçə gün sonra Almaniya və Polşada da inqilab alovunu görmək ümidiylə şərqə doğru səyahət etdi. 1848-ci ilin iyununda Bakunin Praqada Avstri-ya qoşunlarının şəhəri bombalaması ilə sona çatan slavyan konqresində iştirak etdi. Daha sonra, həmin il, əsas əks-inqi-labi qüvvə kimi burjuaziyanı pislədiyi, Habsburqlar sülalə-sini devirmək üçün çağırış etdiyi, mərkəzi Avropada Azad Slavyan federasiyasının yaradılmasını ideyasını irəli sürdü-yü, kəndliləri, xüsusilə də, rus kəndlilərini gələcək inqilabın dağıdıcı qüvvəsi kimi gördüyü ilk böyük manifesti olan “Slavyanlara Müracəti” yazdı.

Hərəkətsizlikdən bezmiş Bakunin bir daha may 1849-cu ildə Drezden üsyanında inqilabi çəkişmələrə qoşuldu və həbs edildi. Bakunin Saksoniya hökumətinin göndərişi ilə Avstriyaya göndərilərək həbs edildi və oradan da Rusiyaya gətirildi. 1851-ci ilin mayında o yenidən geridə – rus torpaq-larında, Sankt-Peterburqdakı Peter-Paul qalasında idi. Polis müdirinin dəvəti ilə o, 1921-ci ilə qədər çap olunmayan mü-əmmalı bir “etiraf” yazdı. Bu yazı günahlarının bağışlanması diləyi, mərhəmət istəyi və həmçinin çar tərəfindən maraqla və təqdirlə qeyd olunan düşüncələri – almanlara nifrət və slavyanlara bağlılığından ibarət idi. Buna baxmayaraq, yazı Bakunini azadlığa qovuşdura bilmədi və o, üç il Peter-Paul qalasında, üç il digər bir qalada – Şlisselburqda qaldı və bu müddət ərzində onun səhhəti sürətlə pisləşdi. 1857-ci ildə azad edilərək Sibirdə yaşamağına icazə verilir və Bakunin Polşalı bir tacirin qızı ilə formal bir nikaha daxil olur. Şərq Sibir valisi Bakunin anasının əmisi oğlu idi və məhz bu qo-humluğa görə, guya ticarət üçün aşağı Amura səyahətə 1861-ci ildə icazə əldə etdi. Rusiya gəmisi ilə sahilə çatan Ba-kunin Yaponiyaya bağlı bir Amerika gəmisi ilə Amerika Bir-ləşmiş Ştatlarından Böyük Britaniyaya mühacirət edir.

1861-ci ilin sonunda Bakuninin Londona gəlişi onu sonuncu dəfə 1847-ci ildə Parisdə görüşdüyü və artıq Kolo-kol qəzetinin redaktoru kimi nüfuz qazanan Herzenlə qo-vuşdurdu. Bakuninin 14 aylıq London həyatı onunla gəncli-yinin inqilabi arzularından çoxdan vaz keçmiş və yazıçı və tənqidçi Nikolay Çernışevski və digər yüksəlməkdə olan ekstremal radikallar nəsli ilə təzad yaradan Herzen arasında uçuruma gətirib çıxardı. Herzen artıq Bakuninin iqtisadi və siyasi mövqeyini dözülməz hesab edirdi. 1863-cü ilin əvvə-lində Polşa üsyanı başlanan zaman Bakunin həyəcanla Polşa könüllülərini Baltikə aparan gəmiyə mindi, lakin gəmi yal-nızca İsveçə qədər gedə bildi. 1864-cü ilin əvvəlində o, dörd illik yaşayış yeri olacaq İtaliyaya gəlib çatdı. İtaliyada olar-kən o, ömrünün qalan hissəsini sistemsiz, lakin fasiləsiz enerji ilə təbliğ etdiyi anarxist məsləyin əsas konturlarını cız-maqla keçirdi. Bura onun qismən real, qismən də mücərrəd olan, üzvlərinin bütün enerjisini özündə cəmləşdirən və on-ları hipnoz edən gizli inqilabi cəmiyyətlər şəbəkəsi yaratdığı yer idi.

Bakuninin sonrakı illərinin ən məşhur epizodu Karl Marks ilə mübahisəsi idi. 1868-ci ildə Cenevrədə yaşadığı za-man o, fəhlə partiyalarının kapitalist cəmiyyətləri sosialist birliklərə çevirmək və son nəticədə onları vahid bir federasi-yada birləşdirmək məqsədi daşıyan Birinci İnternasionala qoşulmuşdu. Baxmayaraq ki, Bakunin, eyni zamanda öz ar-dıcıllarını inqilabi avanqard hesab edilən, qismən gizli bir Sosial Demokratik Alyansda birləşdirmişdi. Birinci İnternasi-onal bu iki güclü və zidd şəxsiyyəti birlikdə saxlamaq iqti-darında deyildi və bu mübahisələrlə əlaqəli bir intriqaya gö-rə Marks, 1872-ci ildə Haaqa qurultayında, Bakuninin və onun ardıcıllarının İnternasionaldan qovulmasına nail oldu. Avropa və Amerika Birləşmiş Ştatlarında inqilabi hərəkatın bölünməsi uzun illər davam etdi.

Bakuninin əsas iki əsərində, "Alman imperiyası və Sosial İnqilab" (1871) və “Tanrı və Dövlət” (1873), bilavasitə Marks ilə münaqişəsi öz əksini tapmışdır. Bakunin Marks ki-mi kompromissiz bir inqilabçı idi və mövcud olan sistemin zorakı vasitələrlə dağıdılmasını hər zaman təbliğ etmişdir, lakin o, siyasi nəzarəti, mərkəzləşməni, hakimiyyətin subor-dinasiyasını rədd edirdi. O, tipik alman düşüncəsini və təş-kilatlanmasını qınayır və Rusiya kəndlilərində təcəssüm ta-pan saf üsyan ruhunu üstün hesab edirdi. Bakuninin anar-xizmi son nəticədə, Marksın kommunizminin əksi kimi for-malaşdı. Bakunin həm şəxsən, həm də nəzəri, olaraq bütün marksistləri tənqid edirdi. Onun inqilabi hərəkatın ilk məq-sədi kimi dövlətin ləğvi düşüncəsi və tənqid etdiyi Marksın sosializm əldə olunanadək dövləti qorumaq ideyasının son nəticədə dövlətin bürokratik zülmünün gətirdiyi tiraniyanın inqilabi dəyişikliklərə təkan verəcəyi düşüncəsinin çox uzaq-görən bir ideya olması öz təsdiqini tapdı.

O İsveçrədəki son illərində Mərkəzi və Şərqi Avro-pada əvvəlki məşhurluğunu yenidən əldə etdi. Bakunin rus, polyak, serb və rumın immiqrantlarla yoldaşlıq edirdi və on-ların arasında onun xeyli ardıcılları var idi, yazılı bəyanna-mələr və planlı inqilabi təşkilatlar yaratmışdı. Lakin onun səhhəti daha da pisləşmişdi və maliyyə problemləri kəskin-ləşmişdi, hətta bir neçə italyan və İsveçrəli dostlarından asılı vəziyyətdə idi.

Prudon və Bakunin 19-cu əsrdə anarxizmin təsisçiləri kimi qəbul edilirlər. Bakuninin doktrinasının ardıcıl deyildi və onun irihəcmli və güclü yazıları tez-tez yarımçıq qalırdı. Lakin, onun şöhrəti və şəxsiyyəti çoxsaylı və geniş səpələn-miş ardıcıllarına ilham vermişdir. Anarxist qruplar, Böyük Britaniya, İsveçrə, Almaniyada mövcuddurlar və onlardan ən güclüsü anarxo-sindikatlaşdırılmış qanad Fransız həm-karlar ittifaqlarını Bakuninin davamçıları hesab olunurlar. Bakuninlə bağlı olan anarxist hərəkatlar İtaliyada və xüsusən də, 1936-cı ilə kimi anarxistlərin ən güclü inqilabi partiya ol-duğu İspaniyada xüsusilə davam etmişdir.

GÜNÜMÜZDƏ BAKUNİNİ OXUMAQ

Türkiyəyə sosialist düşüncə eynilə əksər inkişaf etmiş texnologiya məhsulları kimi “kənardan” gəldi. Bu vəziyyətin təbii nəticəsi, bəhs olunan bu düşüncənin tarixi inkişaf gedi-şatını öz təbii axınında izləyə bilməmək və modadan təsir-lənmək oldu.

“Moda”, bir vaxtlar, dünyada rəqibsiz görünən “So-vet Sosializmi” idi. Daha sonralar buraya yenə də xaricə in-deksli başqa dəbdə olan cərəyanlar əlavə edildi.

Bunu qeyd etməklə, keçmişdə ölkənin bir mərhələsi-nə öz damğasını vuran “sosialist” cərəyanların sadəcə bir dəb olduğunu qeyd etmək istəmirəm. O cərəyanların maddi əsasını əmələ gətirən ictimai hərəkat əlbəttə ki, bu ölkənin şərtlərindən doğulmuşdu və tələbləri etibarilə haqlı bir hərə-kat idi. Lakin, bu hərəkat öz ideyalarını sosialist hərəkatın o dövrdə dünyada “dəb” olan cərəyanları mənimsəyərək ifadə etdi.

İctimai cəhətdən baxıldıqda, bu bəlkə də zərurət idi. Lakin, o dövrün “dəbdə olan” cərəyanları və bunlara əsas ol-an rejimlər bugün artıq çökmüşdülər.

***

Bu heç də “sosializmin” başqa cür desək, bu cərəyan-da öz ifadəsini tapan haqlı ictimai istəklərin çökməsi, yaxud bitməsi demək deyil. Bu vəziyyət, daha çox bir “hesablaş-manı” labüd edir.

      Sosializmin inkişaf dövrü mübahisələrini bilmək və bunları müxtəlif ictimai müxalif cərəyanlarla əlaqələndirərək qavramaq bu hesablaşma dövrünün əsas xarakteristikaların-dan birini təşkil edir.

***

Məsələyə Anarxizm nöqteyi-nəzərindən baxıldığı za-man isə, bunu demək olar. Bu cərəyan, keçmişdə, ölkəmizdə, Sosialist hərəkatın, yaxud başqa cür desək, işçi hərəkatının “içində” olan bir cərəyan şəklində görülmədi.

Halbuki, Anarxizm (dünyadakı bəzi anarxist cərə-yanların mənimsədiyi və ölkəmizdə hökmran məşhur ifadə-də göstərildiyi kimi) bəzi terror tərəfdarı, gözü dönmüş in-sanların mənimsədiyi bir mübarizə üsulu deyil, kökləri fəhlə sinifi hərəkatından əvvələ dayanan və Sosializm deyiminin xaricində (məsələn, Xristianlıq anlayışının daxilində belə) öz ifadəsini tapmış bir cərəyan idi.

Bir bənzətmənin ehtiva etdiyi bütün yalnışlıqları nə-zərə alaraq desək, Marksizm və Anarxizm arasındakı əlaqə, burjua inqilabları dövrünün “radikal” və “liberal” cərəyanla-rı arasındakı ziddiyətin bir davamı səciyyəsi daşıyırdı.

***

Aşağıda bir hissəsini oxuyacağınız əsər, fəhlə hərə-katı çərçivəsində, daha konkret desək, ilk beynəlxalq fəhlə təşkilatı olan İnternasional daxilində “dövlətin rolu” mövzu-lu bu konkret məsələdə bir tərəfin görüşlərini ehtiva edir.

Müzakirənin digər tərəfində dayanan Marksizm, (ən azından Marksist olduğunu iddia dən partiyalar və rejimlər tərəfindən) dünyanın heç də kiçik sayıla bilməyəcək bir his-səsində tətbiq edilmə imkanı tapdı. Anarxizmin isə onsuz da “bir iqtidar ifadəsi“ olması mümkünsüz idi.

      Məsələyə bu nöqteyi-nəzərdən baxıldıqda, Bakuninin fikirləri, Marksist olduğunu iddia edən rejimlərin çöküş sə-bəblərinin müzakirəsi (məsələn, dövlət, demokratiya, elm və dinə münasibət) baxımından faydalı ola biləcək “tənqidi bir deyim” olaraq, bu gün ölkəmizdə də oxunmağa və müzakirə olunmağa layiqdir.

Təbii ki “o komanda qazanmadı, indi də bunu dəs-təkləyək” məntiqini bir kənara qoyub, bu cərəyanın ideyala-rını da “tənqidi düşüncənin” həlledici və konversiya gücü-nü də cərəyana tətbiq etməklə.

SİNAN ERGÜN

TANRI VƏ DÖVLƏT

Kim haqlıdır? İdealistlər, yoxsa materialistlər?

Məsələ bir dəfə bu formada irəli sürülübsə, hər for-mada tərəddüd imkansız olur. Heç şübhəsiz, idealistlər haq-sız, materialistlər haqlıdır. Bəli, materiya ideyalardan əvvəl yaranıb, bəli, Proudhonun qeyd etdiyi kimi, ideal, kökləri varlığın maddi şərtlərində olan bir çiçəkdən başqa bir şey deyildir. Bəli, bəşəriyyətin bütün tarixi, intellektual və əxla-qi, xronoloji və məntiqi baxımdan, yalnız onun iqtisadi tari-xinin bir imikasıdır.

Müasir elmin gerçək və obyektiv elmin bütün sahə-ləri bu böyük, əsas və təyinedici reallıq əsasında birləşir: Qlobal dünya, daha doğrusu, insanların dünyası, qısaca in-sanlıq yalnız heyvanlığın ən yüksək təzahürünün sonuncu və ən üstün (ən azından planetimizdə və bildiyimiz qədəriy-lə) inkişaf mərhələsidir. Lakin, hər bir inkişaf məcburi ola-raq özünün əksini, yəni əsasını və hərəkətverici başlanğıcını da yaratdığına görə, insanlıq eyni zamanda və əsas etibarilə insandakı heyvani tərəfin tədricən və mərhələli şəkildə inkar edilməsidir. İdeal olanı, intellektual və əxlaqi inanclar dün-yasını, ideyaları əmələ gətirən və yaradan, sözsüz ki, təbii ol-duğu qədər rasional və bir dəfə tarixi və məntiqi hala gəldiyi zaman dünyadakı bütün təbii qanunların inkişafı və gerçək-ləşməsi qədər qaçınılmaz olan bu inkardır.

Bəli, bizim əcdadlarımız, Adəm və Həvvalarımız, əgər qorillalar deyilsə, onların yaxın qohumu olan və digər heyvan növlərindən düşünmə gücü və üsyan arzusunun əmələ gətirdiyi iki dəyərli bacarığın daha üstün bir inkişaf dərəcəsinə malik olmaqla ayrılan, hər şeyi yeyən, ağıllı və vəhşi varlıqlardır. Onların tarixi inkişafı ilə çulğaşan bu ba-carıqlar heyvanlıqdan insanlığa keçid, müsbət inkişaf mər-hələsinin mənfi gücünü formalaşdıran əsas faktoru təmsil edir və nəticə etibarilə, insanın varlığında insanlığı meydana gətirən hər şeyi bu bacarıqlar yaratmışdır.

Olduqca maraqlı, insan zəkası və fantaziyasının möv-cud olan ən qədim təzahürlərindən biri olmaqla, bəzi mə-qamlarda çox dərin bir kitab olan İncil, ilk günah əfsanəsin-də bu həqiqəti çox sadəlövh bir şəkildə ifadə edir. İnsanlar tərəfindən sitayiş edilən bütün yaxşı tanrıların heç şübhəsiz ən qısqanc, ən təkəbbürlü, ən vəhşi, ən ədalətsiz, ən qana susamış, ən despot və insanın hörmət və azadlığına ən düşmən olan tanrı Yehova özünün hansısa kaprizini təmin etmək üçün, əlbəttə, əbədi xəbis tənhalığının içində ağır bir yükə çevrilən can sıxıntısından xilas olmaq, ya da bəzi yeni qullara sahib olmaq niyyətilə Adəm və Həvvanı yaradır. Bütün meyvə və heyvanlarla birgə dünyanı səxavətlə onların əmrinə tabe edir. Lakin bu yararlanmada tək bir istisna vardı: Bilgi ağacının meyvələrinə toxunmaq açıq şəkildə yasaqlanmışdı. Beləliklə, özünüdərk bacarığından məhrum olmuş insanın əbədilik bir heyvan kimi qalması, əbədi Tanrısı, yaradıcısı və ağası önündə daima dörd ayaq üzərində sürünməsi istənilmişdir. Lakin, bu məqamda Şeytan, əbədi üsyankar, dünyanın ilk azad düşünən xilaskarı peyda olur. O, insanın öz heyvani cəhalət və itaətindən utanmasına səbəb olur, onu xilas edir, itaətsizliyə və bilginin meyvəsini yeməyə məcbur edərək, alnına azadlığın və insanlığın damğasını vurur.

Daha sonra olanlar hamımıza məlumdur. Müqəddəs səciyyələrindən biri olan hər şeyi öncədən bilməyinin onu əvvəlcədən xəbərdar etməli olduğu xeyirxah Tanrı, qorxunc və əbləhcə bir qəzəbə düçar olur. Eynilə qəzəblənmiş uşaqlar kimi, öz yaratdığı şeyi yerə çırpar, Şeytanı, insanı və öz ya-ratdığı dünyanı lənətləyər; üstəlik, bu lənəti əcdadlarımızla məhdudlaşdırmayıb, onların etdiyi bu yanlışa görə günah-kar tutula bilməyəcək gələcək nəsillərə də yayar. Bizim Ka-tolik və Protestant teoloqlarımız isə sırf olduqca ədalətsiz və axmaqca olduğuna görə, bu nağıla çox dərin və ədalət dolu bir hekayət kimi baxarlar. Lakin, sonradan yalnızca intiqam və qəzəb tanrısı deyil, həm də sevgi tanrısı olduğunu xatır-layaraq, təbii ki, bu bir neçə milyard yazıq insana əzab verib onları əbədilik cəhənnəm həyatına məhkum etdikdən sonra, qalanlara mərhəmət etmək və həmişə qurban və qan arzula-yan əbədi və müqəddəs qəzəbini yenə əbədi və müqəddəs sevgisi ilə taraz saxlamaq üçün dünyaya başqalarının güna-hının cəzasını çəkəcək bir qurban kimi insanlar tərəfindən öldürülməsi mümkün görünən sevimli övladını göndərir. Bütün xristian dininin təməli olan Qurtuluşun (Redemption) sirri deyilən şey məhz, budur. Təbii ki əgər bununla müqəd-dəs xilaskar bəşəriyyəti xilas etmişsə! Lakin, bildiyimiz kimi İsanın vəd etdiyi cənnətə girə bilmək üçün seçiləcək insanla-rın sayı yenə də çox azdır. Qalanlar keçmiş və gələcək nəsil-lərin böyük əksəriyyəti, cəhənnəmdə əbədiyyən yanacaqdır. Yeri gəlmişkən, həmişə ədalətli, həmişə xeyirxah olan Tanrı, bizə təsəlli vermək üçün dünya işlərinin idarəçiliyini III Na-poleonların, I Vilhelmlərin, Avstriyalı Ferdinandların və Ru-siyalı Aleks andrların hökumətlərinə həvalə etmişdir. Bütün XIX əsr boyunca Avropanın bütün məktəblərində idarəçili-yin aşkarcasına yönləndirməsi ilə söylənən və öyrədilən əca-ib dokrtinalar məhz bunlardır. Buna xalqı itaətkarlaşdırmaq deyirlər! Bütün bu hökumətlərin başlıca məqsədi xalqı küt-ləşdirmək olan sistemli zəhərsaçanlar olduğu açıqca bəlli de-yilmi?

Bir qədər mövzudan kənara çıxdım, çünki, bu adam-ların xalqı daha asanlıqla yoluna bilsinlər deyə daima kölə saxlamaq məqsədilə istifadə etdikləri vasitələr ağlıma gələn-də qəzəbimi saxlaya bilmirəm. Özlərini xalqın qoruyucuları və ataları kimi adlandırmağa cəsarət edə bilən bu şəxslərin bəşəriyyətə qarşı açıq şəkildə bütün dünyada hər gün etdik-ləri bu xəyanətin günahı ilə müqayisə edildikdə, bütün Tropmannların günahı nədir ki? Yenidən ilk günah əfsanəsi-nə qayıdıram.

Tanrı, itaətsizlik etməyə təhrik etdiyi insanlara bunun müqabilində bilgi və azadlıq vəd edən Şeytanın Adəm və Həvvanı aldatmadığını, başqa cür desək, Şeytanın əslində haqlı olduğunu İncildə yazılan alma yemə əhvalatının ardın-ca dediyi bu sözlərlə qəbul edir: “Baxın, insan yaxşı və pisi dərk etməklə tanrılardan biri oldu. Buna görə də, onu əbədi həyatın meyvəsini yeməkdən məhrum et ki, bizim kimi ölümsüz olmasın”.

İndi bu hekayətin nağılvari tərəfini bir kənara qoyub, olduqca açıq görünən həqiqi mənası üzərində dayanaq. İn-san özünü xilas etdi; özünü heyvanlar aləmindən ayırdı və bir insan olaraq yenidən yaratdı. İtaətsizliklə və elmlə, başqa cür desək, üsyan və dərketmə ilə özünəməxsus tarixi və inki-şafı başlatmış oldu.

Bu üç şey, ya da üç əsas anlayış tarixdə fərdi, yaxud, kollektiv bütün insan inkişafının əsas şərtlərini əmələ gətirir: 1-insanın heyvani olması; 2-düşüncə və 3-hərəkət. Bunlar-dan birincisi fərdi və kollektiv iqtisadiyyata; ikincisi elmə; üçüncüsü isə azadlığa uyğun gəlir.

Aristokratiya və ya burjua, dinşünas və ya metafizik, siyasətçi yaxud əxlaqçı, dindar, filosof və ya şair bildiyimiz kimi “idealın” sərhəd tanımayan sitayişçiləri olan liberal ekonomistləri də unutmayaq bütün idealistlər bütün o bö-yük zəkası, ali düşüncələri və sərhədsiz istəkləriylə, insanın dünyada mövcud olan digər bütün şeylər kimi, maddədən başqa heç bir şey, sadəcə adi maddənin bir məhsulu, təza-hürü olduqlarını onlara dedikdə bundan narazı olurlar.

Buna belə cavab vermək olar: Materialistlərin barə-sində danışdıqları maddə, öz-özlüyündə və əbədi olaraq hə-rəkətli, aktiv, çoxalan, kimyəvi ya da bioloji olaraq müəyyən edilmiş və mexaniki, fiziki, heyvani və qaçınılmaz olaraq ona aid olan zehni xüsusiyyətlər ya da güclər vasitəsilə təzahür edən maddədir; bu maddənin, idealistlərin adi maddəsilə or-taq heç bir xüsusiyyəti yoxdur. Bu, axırıncısı realda onların yanlış mücərrədləşdirmələrinin bir nəticəsindən, ən kiçik bir bir yaratma gücünə belə malik olmayan axmaq, ruhsuz, hə-rəkətsiz bir şeydən, bir “caput mortuumdan” Tanri adi veri-lən xoş məfhumun əksini təmsil edən çirkin bir məfhumdan başqa bir şey deyildir. Bu üstün varlığın əski olaraq maddə, onun həqiqi təbiətini əmələ gətirən xüsusiyyətlərdən məh-rum edilmiş olan bu maddə, məcburi olaraq ali heçliyi təmsil edir. Onlar, maddədən idrakı, həyatı təyinedici bütün xüsu-siyyətləri, aktiv əlaqələri və ya gücləri, o olmadan maddənin bir çəkiyə belə sahib ola bilməyəcəyi hərəkətin özünü də içindən çəkib çıxarmışlar; geriyə nüfuz edilməzlik və kainat-da mütləq bir hərəkətsizlikdən başqa heçnə qoymamışdırlar; daha sonra, bütün bu təbii gücləri, xüsusiyyətləri və təzahür-ləri onların mücərrəd obrazlaşdırmaları tərəfindən yaradıl-mış xəyali bir varlığa mənsub etmişlər; bunun ardınca rolları dəyişərək təxəyyüllərinin məhsulu olan bu xəyali varlığı, heçnə olan bu Tanrını “üstün varlıq” kimi adlandırmış və nəhayət, məcburən həqiqi varlığın, maddənin, dünyanın bir heç olduğunu elan etmişlər.

Bütün bunlardan sonra, bizə ciddi-ciddi bu maddə-nin hər hansı bir şey yaratma gücünə sahib olmadığını özü-özünü hərəkətə gətirə bilməyəcəyini və nəticə etibarilə də, onların Tanrısı tərəfindən yaradılmaq məcburiyyətində ol-duğunu anlamışdırlar.

Bu kitabın sonunda, istər fərdi bir varlıq, yaradıcı və dünyaların təşkilatçısı, istərsə də fərd halına bürünməmiş, amma bütün kainata yayılmış və beləliklə, onun əbədi qanu-nunu yaratmış bir növ müqəddəs ruh, yaxud da dünyada həmişə mövcud olan və təsirli, hər zaman maddi və müəy-yən olunmuş varlıqların bütünü olaraq təzahür edən sonsuz və müqəddəs bir ideya olaraq görünsün, Tanrı ilə əlaqəli bu obrazlaşdırmanın, insanı qaçınılmaz olaraq sürükləyəcəyi yanışlıqları müəyyən etdim. Burada, bu məqamlardan yalnız biri üzərində dayanacağam.

Təbii heyvan yaşamı və fərdi yaxud, ictimai insanın tarixi şəkildə formalaşan irəliyə istiqamətlənən zehni inkişafı qədər maddi dünyanın mərhələli inkişafı da bütövlüklə an-laşılan bir şeydir. Bu, sadədən mürəkkəbə, aşağıdan yuxarı-ya, adidən aliyə doğru təbii bir hərəkətdir. Bu hərəkət, gün-dəlik təcrübələrimizlə və nəticə etibarilə də, təbii məntiqim-izlə, yalnızca bu eyni təcrübələrimizin köməyilə formalaşan və inkişaf edən ağlımızın özünəməxsus qanunları ilə vəhdət-dədir; başqa cür desək, bütün bunların zehni, əqli olaraq ye-nidən yaradılmış və əks olunmuş xülasəsidir.

399 ₽
6,58 zł
Ograniczenie wiekowe:
0+
Data wydania na Litres:
16 listopada 2022
Objętość:
180 str. 1 ilustracja
Właściciel praw:
Hədəf nəşrləri
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst PDF
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst PDF
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Tekst
Średnia ocena 0 na podstawie 0 ocen
Audio
Średnia ocena 4,9 na podstawie 7 ocen
Tekst, format audio dostępny
Średnia ocena 4,4 na podstawie 11 ocen
Audio
Średnia ocena 4,4 na podstawie 25 ocen
Tekst
Średnia ocena 5 na podstawie 5 ocen