Czytaj tylko na Litres

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Основной контент книги Ağlama, qələm eşidir
−50%
Tekst

Objętość 60 stron

16+

Ağlama, qələm eşidir

Czytaj tylko na Litres

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

4,19 zł
8,38 zł
−50%

O książce

Müasir Azərbaycan şeirində öz dəst-xətti, üslubu, havası və öz Sözü olan şairlərimiz çox azdır. İmzasını imza edənlər, tutduğu yolda – yazdıqları aşıq şeiridirmi, xalq şeiri üslubundadırmı, sərbəst şeirdirmi… – öz izini, cığırını tapanlar da həmçinin. Hətta müşahidələrimiz əsasında görür və heyrət edirik ki, bəzən uğurlu ifadələrlə zəngin şeirlər bolluğunda, şair ruhunun duyulduğu, göründüyü mətnlərdə, poetik tapıntıların çoxluğunda belə müəllifi aşkarlamaq, üslubu müəyyənləşdirən komponentləri üst-üstə qoyaraq, seçərək şairə doğru yol almaq çətin olur. Ruhun, ovqatın, hissin, düşüncənin ifadəsindəki eyniyyət, təsvirlərdəki oxşarlıq təkcə “hamımı eyni cür düşünürmüş” sualını deyil, eyni zamanda da “hamımı eyni cür ifadə edirmiş” sualını da çıxarır ortaya. Və görürük ki, çağdaş şeirlər də, çağdaş şairlər də yazdıqları (və duyduqları, düşündükləri) ilə bir-birinə çox bənzəyirlər. Və əlbəttə ki, ikinci və üçüncüdəki bənzərlik normal qarşılansa da, birincisi heç doğru deyil…

Həm də, ən pisi, bu, yalnız yaşanan ağrıların, ağrıyan ruhların, verilən qurbanların, itkilərin, sar­sıntı­ların eyniyyətindən, oxşarlığından doğan yaxınlıq deyil. Qəlibləşmiş forma, daşlaşmış ölçü, biçim, düşüncələrdə, təsəvvürlərdə özünə illərdir yer etmiş bir-birinə yaxın ifadə, təsvir modellərinin təkrar­lığından yaranan eyniyyətdir.

Xüsusilə də söhbət aşıq şeirindən, qoşmadan, gəray­lıdan, bir sözlə, hecadan gedirsə…

Çoxluq da bu istiqamətdədir, ağırlıq da…

Bununla belə, özünəməxsus üslubu, dil-ifadə kom­ponentləri olan, fərqli, dəyişik təsvir-düşüncə modeli yaradan müəlliflərimiz var və bu cür diqqətçəkən, seçilən imzalardan biri də İlham Qəhrəmandır. İllərdir ədəbi mətbuatda, jurnallarda, qəzetlərdə hər görünüşü fərqli, özünü yadda saxlayan tapıntılarla, şair ruhunun səmimiyyəti və sadəliyi ilə, yaratdığı poetik obrazların özünəməxsusluğuyla yadda qalıb. Həm sərhədləri daxilində “çalışdığı” formaya, onun qanunauyğunluğuna dərindən bələdliyi duyulub bu mətnlərdə, həm də (və daha çox) xalq ruhuna, təfəkkürünə, düşüncə və özünüifadə modelinə, vasitələrinə doğmalıq… Eyni zamanda da bu iki xüsusiyyəti qorumaqla Özü ola bilmək, özü kimi danışmaq, yazmaq bacarığı… Bir şair üçünsə bu cəhətlər çox vacibdir.

Gatunki i tagi

Zaloguj się, aby ocenić książkę i dodać recenzję
Książka «Ağlama, qələm eşidir» — czytaj online na stronie. Zostaw komentarze i recenzje, głosuj na ulubione.
Ograniczenie wiekowe:
16+
Data wydania na Litres:
07 grudnia 2022
Objętość:
60 str.
ISBN:
2000031127965
Właściciel praw:
Qanun