Czytaj tylko na Litres

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

Основной контент книги AĞ İŞIQLI ŞƏHƏR
Tekst

Objętość 700 stron

0+

AĞ İŞIQLI ŞƏHƏR

autor
Asim
Czytaj tylko na Litres

Książki nie można pobrać jako pliku, ale można ją czytać w naszej aplikacji lub online na stronie.

7,03 zł

O książce

“…Elə indilərdə tarixin səmalarına (o səmalarda qədim bir şəhər var) merac edəcək gəmimizə minmək istəyən, yerdə gəz­məkdən yorulub hərdənbir də olsa gecələr ulduzlara ba­xan romantiklərin nəzərinə: Sizə təklif etdiyimiz “bəsirət ey­nəkləri”ni taxın, bu eynəklər müasir göz institutlarının laboratoriyalarında yox, qəlb akademiyalarında yaradılır, şüşələri ağıl rəngindədir. Buyurun, rica edirəm, eynəkləri taxın və başlayaq…”

Elə indilərdə kitab kimi açdığınız əllərinizin içindəki bu romanın bu ilk kəlmələrini oxuyar-oxumaz ürəyinizdə yaranacaq maraq qığılcımlarını görmək, o qığılcımların xəfif işığı ilə baxışlarınızın hərf-hərf, kəlmə-kəlmə irəliləməsini izləmək, o xəfif işığın hər bir sətirdə artıb üzünüzü, könlünüzü, ruhunuzu sardığını seyr etmək istəyirəm.

Mən əminəm ki, romanın ilk sətirlərində müəllifin sizə təklif etdiyi “bəsirət eynəkləri”ni elə həmin anlardaca qeyri-ixtiyri olaraq gözlərinizə taxdığınızı romanın ortalarına doğru addımlaya-addımlaya özünüz hiss edəcəksiniz.

Siz hiss edəcəksiniz ki, həqiqətən də müəllif sizin yol yoldaşınız və həmsöhbətiniz olaraq roman boyunca yanınızdadır.

Siz hiss edəcəksiniz ki, ayaqlarınızın altında ipisti səhra qumu, başınızın üstündə qaynar Günəş var, ətrafınızda bir-birindən maraqlı və müxtəlif xarakterli roman obrazları dolaşırlar. Onlar sizi görmədən, varlığınızdan xəbərsiz bir halda öz roman həyatlarını yaşamaqdadırlar.

Siz hiss edəcəksiniz ki, hərdən ayaqlarınızın altından yer qaçmaq istəyir, başınızın üstünə göy çökür sanki. Sevginizi qazanmış obrazlara qarşı sevginizi qazanmamış obrazların haqsız davranışları əzəcək ruhunuzu, həmən ətrfınızda baş verirmiş qədər real görünən hadisələrə müdaxilə etmək istəyiniz yaranacaq. Özünüz də təəccüb edərsiniz bu istəyinizin yaranma məqamlarına.

Bəzən ağlayacaqsız səssiz və səmirsiz.

Bəzən isə gülməyinizi saxlaya bilməyəcəksiz.

Gah da sadəcə su istəyəcəksiz. Sərin, saf, həyat dolu…

Və anlayacaqsız ki, səhradasınız, su istəyiniz sizi İlğım gör­məyə vadar edə biləcək qədər güclü ola bilər bəzən. Zatən tarix və ötmüş olan zaman səhra ilğımları qədər insafsız və cazibədar olur, bilirsiniz, deyilmi? Siz axı “ötən günə gün çatmaz, calasan günü günə” məsəlini əzbər bilənlərdənsiz, bilirəm.

“Baxın.

Aşiqlərin ayağının dəydiyi yer, eşq günəşinin işığıyla çimən torpaq həqiqətən Cənnətə çevrilir.”

“Baxın” deyir hər dəfə müəllif oxucusuna. Hər dəfə oxucusu roman oxuduğunu deyil, hadisələrin real iştirakçısı olduğunu hiss etdiyi məqamda bu bir kəlməlik qəfil xatırlatma diksindirir onu, ayıldır ilğım cazibəsindən.

Baxıb İslamın Günəşinin Məkkədə necə ilk dəfə doğmasını görür oxucu. Baxıb Quranın ilk ayələrinin necə yarandığını izləyir oxucu.

Və baxıb Allahın elçisinin ilk aşiqlərini tanıyır oxucu.

Gördükcə, izlədikcə, tanıdıqca aşiq olmaya bilmir.

Qeys kimi, Leyli kimi sevdiyini anlayır sonra.

Aşiqlərin ayağının dəydiyi yeri, eşq günəşinin işığıyla çimən torpağı hiss edir və bir də bundan başqa heç nəyi istəmədiyini…

Və roman bitir.

İnsafsızca qolunuzdan çəkib çıxardır sizi müəllif o zamanın, o məkanın içərisindən. Səsini eşidirsiz:

“Əzizlərim, sizinsə bu “bəsirət eynəkləri”nizdən xoşunuz gəldisə, onları heç çıxarmayın. Bağışlayıram sizə.

Mütləq görüşəcəyik!”

“Əlbəttə, mütləq görüşəcəyik” demək keçir könlünüzdən.

Daha yeni romanlarda, daha başqa məkanlarda, daha fərqli zamanlarda…

Cavi Dan

Zaloguj się, aby ocenić książkę i dodać recenzję
Książka «AĞ İŞIQLI ŞƏHƏR» — czytaj online na stronie. Zostaw komentarze i recenzje, głosuj na ulubione.
Ograniczenie wiekowe:
0+
Data wydania na Litres:
21 października 2022
Objętość:
700 str.
ISBN:
9789952361988
Właściciel praw:
Qanun