Czytaj książkę: «Qu quşunun yuvası»

Czcionka:

© Köhlən Nəşriyyatı / 2019

* * *

Həmin gün mən vərdiş elədiyim kimi günəş doğ-mamışdan xeyli əvvəl yuxudan oyandım. Səssizcə otaq-dan sivişib çıxdım, hiss olunmadan dəhlizlə keçib, qapı-nı ehtiyatla taybatay açaraq, təbiətin səsləri ilə gicəllən-miş halda artırmada donub qaldım. Gah tez-tez, həris-liklə, gah da tədricən yalnız uzaqdan nəvazişlə və ismət-lə bir-birinə toxunaraq, gah da yenidən bir-birinə to-xunmağa tələsərək, təlaşla, bütün gücləriylə budaqları gövdədən qoparmaq ehtirasıyla alışıb yanaraq, yarpaq-lar ağaclarda lərzəyə gəlir, otlar güclə eşidiləcək tərzdə, nəfəsini tutaraq xışıldayır, sərçələr şənlənərək səsləri gəldikcə şirin-şirin və fədakarcasına cikkildəşirdilər.

İlahi, bəlkə də mən sübhdən oyanıb, otağın darıs-qallığından göyün hüdudsuzluğunun altına çıxmaq və artırmada bir anlığa günəş şəfəqləri kimi parlaq sevinclə donub qalmaqdan ötrü yaşayıram. Yalnız bir anlığa. Sonra isə səslərin müxtəlifliyi, səslərin çoxluğu, günəşin ovsunlayıcı hərəkəti və günün sakitcə sona çatması. Sonra isə mənim sabaha qədərki boz, fərəhsiz həyatım. Mən gərginliklə dartınmış boynumu fırlayıb sərçələri təqlid eləyərək cikkildədim. Əlbəttə, mənim səssiz ürə-yim və boğazım yalnız yeməyi içəri ötürmək üçün yara-dılıb, daha səs çıxartmaq üçün yox, amma sübhün bol səslərinə öz səsini qatmağı təsəvvür eləmək necə də şi-rindir. Əgər kimsə mənim gücsüz gücənmələrimi görər-sə gülməli görünməyim deyə özümü cuşə gətirmədim. Mən sadəcə gülümsədim – mənə belə yaxşı idi.

Arxacı açdım, gecə ərzində yorulub əldən düşmüş qoyunlar həyətə səpələndilər. Mən onları dağın ətəyinə doğru qovdum, adəti üzrə çoban ordan sürünü otlağa aparırdı.

* * *

Balaca təpənin üstündə iki qoca oturmuşdu, yanla-rında qoyunlar otlayırdı. Onlar da sürünü gözləyirdilər. Həmişə olduğu kimi gözlərini mənə zillədilər. Mən baş əydim, baxışlarımı endirdim, onların bütün sonrakı da-nışıqlarını eşitməyə məhkum edilmiş halda gözləyirdim.

– Salam, əzizim! – qocalardan biri cavab verdi.

– Salam, gözəlçə! – digəri dilləndi.

– Sən necə də şuxsan!

– Ona da olmasa, kimə şirin söz lazımdır…

– Bizim hər birimizə şirin söz lazımdır.

– Ona məxsusən, – ikinci qoca köks ötürdü.

– Niyə? – birinci qoca gözlərini qıydı.

– Onu Allah cəzalandırıb – laldır… Doğrudu, eşi-dir, amma hər halda dərdi böyükdür…

– Bəs bizim çərənləməyi bacarmağımızın nə faydası var?

– Sən qəribə adamsan…

– İnsanların başına bəla öz dillərindən gəlir, – bi-rinci qoca gülümsədi. – Belə ki, yaxşı düşünsən, onun xoşbəxt adam olduğunu görərsən.

– Sən də belə xoşbəxt olsaydın.

Birinci qoca sözünü deyərkən çeçəyib öskürdü. Sonra onlar səssizcə oturdular, bəd dillərin insanın başı-na gətirdiyi bəlalar haqqında kədərli xatirələrə daldılar.

– Mən bilirəm sən onunla niyə mehriban rəftar elə-yirsən, – birinci qoca hiyləgərcəsinə gözlərini qıydı. Gö-rünür revanş hərisliyi onun qocalmaq bilməyən heysiy-yatına rahatlıq vermirdi.

– Çərənləmə!

– Bilirəm. Bilirəm, niyə ah çəkirsən… – birinci qoca mənalı tərzdə sözünü uzatdı.

– Niyə? – ikinci qoca sadəlövhcəsinə soruşdu.

– Sən onu yoldan çıxartmaq istəyirsən! – ikinci qo-ca qalib halda səsləndi.

– Ox!.. Utanmaz it!.. Sən necə belə danışa bilər-sən?.. – ikinci qoca hirslə dedi və ayağa qalxaraq kənara çəkilib, nifrətlə tüpürdü.

Artıq sürü yaxınlaşırdı, çobanın səsi, qırmancının şaqqıltısı eşidilirdi. Mən qoyunlarımı sürüyə qoşdum və evə qayıtdım. Bir-birlərindən bir qədər aralıda dayan-mış qocalar arxamca boylanırdılar.

* * *

Mən evə yaxınlaşanda qardaşım Qasım yoncanı ça-lırdı. O mənə ötəri gülümsədi, mən də ona. Çardağın altına gedib quru çırpılardan sındırdım, ocağa hazırladı-ğım gözlükləri yığaraq kibriti alışdırdım. Çırpılar alov-lanıb yanmağa başladı.

Yanan ocağa baxmağı xoşlayıram. Əvvəlcə alışıb yanan çırpılar gücləri tükəndiyindən sanki sönür, amma iki-üç nazik çırpı alovlanır, çırpıların ətrafından qatı tüstü qalxır, sobanın girişini tutur və birdən alov sevin-cək, qarşısıalınmaz bir güclə çatırdayaraq, sarı-qırmızı rəngli dillərini göstərməyə başlayır, hər şeyə qalib gələn əsl alov. Mənə bu proses həmişə nəyisə xatırladır, amma nəyi – başa düşə bilmirəm.

Birdən ququ quşu quqquldadı. Bir, iki, üç… Sonsu-za qədər.

Şəfqətlə və qüssəli bir uzaqlıqda sanki əlçatmayan bir müdrikliyin zirvəsindən artıq açılan səhərə şəfəq sa-çan günün reallığında diqqətini cəlb eləməyəcək hansı-sa qüssəli həqiqəti xatırladır. Mən quqquldamağa başla-dım, əvvəlcə cəsarətsiz halda, utanaraq, amma özümü mənasız insanlıq xüsusiyyətlərindən ayırmadan, tədri-cən, alışıb yanaraq, fədakarcasına, bütün varlığımla uç-mağa çalışaraq, cəld, gözəl, lap elə kəsilmiş budaqların arasındakı özünü ifadə eləməyi də elə nəfəs almaq kimi bir xoşbəxtlik hesab edən quşa dönürəm.

Yəqin ki, kənardan mən ağlını itirmiş birisi kimi görünürəm: yaşı qırxa çatmaq üzrə olan qadın oturub və qatlanmış ayaqlarının üzərində özünü əsdirərək, başı-nı arxaya əyib, ağzını açıb yumur, hələ bir əllərini də quş qanadları kimi yelləyir. Bütün bu zaman ərzində də səsini çıxartmır!..

Amma neyləmək olar, səsimin tutulması mənim günahım deyil. Kimsə çiynimə toxunur. Boylanıb baxı-ram. Qardaşım arvadı Rəqiyyə gülümsəyərək mənə ba-xır. Onun əlində vedrə var.

– Qazanı su ilə doldur! – o dedi.

Mən başımla işarə eləyərək soruşdum: axı nəyə gö-rə?

– Saçını yu. Sonra paltarlarını dəyiş. Qonaqlarımız olacaq…

Mən çiyinlərimi çəkdim: bəs bunun mənə nə dəxli?

– Qonaqlar sənə görə gəlirlər, – Rəqiyyə mənalı tərzdə dedi.

Onun məni lağa qoyduğunu düşünərək gülümsə-dim. Amma Rəqiyyə mənə qüssəylə baxırdı və deyəsən zarafat eləyənə də oxşamırdı.

– Hansı qonaqlar? – mən baxışlarımla soruşdum.

– Görəcəksən, – o köks ötürdü.

* * *

Mən geyindirilmiş, keçindirilmiş halda öz otağımda oturmuşdum və həyətə baxırdım. Alma ağacının altında qonaqları gətirən madyan bir ayağını götürüb o birisini qoyurdu. Sobanın üstündə tüstülənən qazanın ətrafında qonşu qadınlar vurnuxurdular, gülürdülər, zarafat elə-yirdilər və bu bayram canlanması məni sıxırdı. Mənim üçün burda tək oturub qonaqların nə münasibətlə gəl-dikləri haqda düşünüb əzab çəkməkdənsə, qazanın ya-nında olmaq və ya bostana kartofun alağını eləməyə getmək daha asan olardı. Amma Rəqiyyə mənə həyətə çıxmağı qadağan eləmişdi. Otur, – o demişdi, – bu gün orda sənsiz də keçinərlər.

Qapının ağzında Rəqiyyə göründü.

– Gedək! – o dedi.

Biz qonaq otağına gəldik, burda qonaqlar oturmuş-dular.

– Otur! – Rəqiyyə dedi və mənimlə yanaşı oturdu.

Üzərinə araq şüşəsi və qəlyanaltı düzülmüş dəstər-xanın fəxri yerində qocalar oturmuşdular, qoca arvad və əlli yaşlı kişi.

Onlar diqqətlə mənə baxırdılar. Hamı susmuşdu. Qasım oturaraq üzünü məndən çevirmişdi və belə görü-nürdü ki, o bunu bilərəkdən eləyir. Sükut uzanırdı, otaqda boğucu bir ab-hava var idi.

– Demək, məsələ belədir, – Qasım öskürərək sözə başladı. – Bu mənim bacımdır. Allah ona hər şey verib: baş da, əl də, amma, – o dərindən ah çəkdi, – dilini alıb. Uşaqlıqda onu it qorxudub və beləcə lal olub… O vaxt-dan da mənim sevimli bacım… Eh!.. Hansı həkimlərin və ara həkimlərinin yanına getmədik, hə… – qardaşım ümidsiz halda əlini yellədi.

– Sən artıq yüzüncü dəfədi bu haqda danışırsan! – Rəqiyyə dedi. – İş haqda danış!..

Qoca kişi və qoca arvad başlarını razılıqla tərpətdi-lər, kişi isə sınayıcı baxışlarını mənə zillədi.

– Bermet! – Qasım dedi.

Mən ona baxdım, o isə qorxaqcasına baxışlarını ya-yındırdı.

– Bacarmıram! – o Rəqiyyəyə işarə eləyərək dedi. – Sən de!.. Axı sən onun üçün doğma anası kimisən…

– Bermet! – Rəqiyyə dedi və mən ona baxdım. O susdu, sözləri çətinliklə bir-bir seçərək birdən sözə baş-ladı. – Hə, sən özün de! Yoxsa adamlar elə düşünərlər mən baldızımı başımdan eləmək istəyirəm, amma Allah şahiddi, mən yalnız onun xoşbəxt olmasını istəyirəm!..

– Doğrudu, – qoca arvad astadan dedi. – Özün de!

– O hamısını eşidir, – Qasım qonaqlara tərəf dön-dü. – O quş kimidi.

– Qasım! – Rəqiyyə onun sözünü kəsdi.

– Bermet! Sənin üçün elçi gəliblər, – nəhayət mə-nim zavallı qardaşım deyə bildi.

Mən yandan qoca kişiyə, bu qoca şəhvətpərəstə baxdım. Bütün həyatım boyu mənim üçün ancaq ağıl-larını itirmiş qocalar elçi gəlirlər! Aman Allahım, onlar necə də məni boğaza yığıblar!.. Doğrudanmı mən bun-dan artığına layiq deyiləm?

Yəqin ki, mənim baxışlarım yaxşı heç nə vəd elə-mirdi, buna görə də qoca qurcuxdu və hətta əliylə mə-nimlə öz arasında bir pərdə çəkirmiş kimi hərəkət elədi.

– Nişanlı o deyil, mənəm! – kişi dedi.

Mən baxışlarımı ona doğru çevirdim. Bir anlığa biz bir-birimizə baxdıq, sonra kişi birdən göz vurdu və əliy-lə sinəsinə vuraraq baş barmağını yuxarı qaldırdı. Bunu gözləmədiyimdən şaqqanaq çəkdim.

Mənim arxamca digərləri də güldülər.

– Ay axmaq! – qoca yüngülcə kişinin kürəyini şap-pıldatdı. – Lap uşaqsan!..

Başını yırğalayaraq yenə də gülümsədi.

– Nəydi, olmaya sən elə güman eləyirsən o heç nə başa düşmür?! – Qasım özünü təhqir olunmuş hesab eləyirdi. – O hər şeyi başa düşür!..

– Bəyəm mən nəsə dedim? – kişi günahkar halda dilləndi.

– Onda nəyə görə sən dərhal onunla belə eləyirsən? – Qasım barmaqlarını aralayaraq tərpətməyə başladı.

– Hə, mən özümü itirdim… Onlar kimi necə danış-maq lazım olduğunu bilmədim, – kişi özünə haqq qa-zandırdı.

– Bəlkə sən onu ələ salmağı qərara aldın? – Qasım əl çəkmirdi.

– Bağışlayın məni, mən axmağı, – kişi başını aşağı saldı.

– Bir halda axmaqsan, onda nəyə görə…

– Qasım! – Rəqiyyə qardaşımı dümsüklədi.

– Gəlin gəlinin sağlığına içək! – qoca qədəhi qaldı-raraq onları tələsdirməyə başladı.

Hamı qədəhini qaldırdı və tələsik içdilər. Kişi bir qurtum da içmədən qədəhini süfrəyə qoydu.

– Bəs sən niyə içmirsən? – Qasım soruşdu. – Bəlkə gəlin xoşuna gəlmir?

– Çox xoşuma gəlir, – kişi qürurla cavab verdi.

Mən minnətdarlıq hissiylə ona baxdım və baxışla-rım onun baxışları ilə qarşılaşanda tutuldum.

– Onda axıra qədər iç! – Qasım əmr elədi.

– Hörmətli qaynım, siz televizora baxırsız? – kişi soruşdu.

– Hə, nə olsun?

– O olsun ki, əgər içərsənsə uşaqların alasəfeh olar-lar. Ya siz bacınız uşaqlarının alasəfeh olmalarını istəyir-siz?

– İstəmirəm!..

– Düz də eləyirsən!.. Mən də elə düşünürəm. Hör-mətli qaynım, mən əvvəllər ərköyünlük eləyərdim, belə deyim də, bu araqciyəzlə həddimi aşardım… Amma ev-lənməyi qərara alan gündən dilimə bir damcı da vurma-mışam!.. Artıq yarım ildir. Mən istəyirəm, – kişi mənə doğru boylandı, – bizim sağlam və ağıllı uşaqlarımız ol-sun.

Mənim sanki qulaqlarım tutulmuşdu. Uşaqlar… Mənə imkansız görünən arzum. Mən hələ də həyəcan-dan titrəyirdim.

– Mən hələ sənin qaynın deyiləm, – Qasım tərslik eləyirdi. – Sən elə güman eləyirsən məni bu madyanla satın aldın, bu idbar madyanla?!

Qasım həyətdə dayanan madyanı göstərdi.

– Qasım! – Rəqiyyə qışqırdı və qonaqlara doğru döndü. – Siz bizi bağışlayın, əziz elçilər! Adam kimi adamdır, amma içdimi, idarəolunmaz olur! Çərənləyir, ağzına nə gəldi danışır…

– Boş şeydi, – qoca dedi, – biz hamımız eləyik.

– Mənə vəkil lazım deyil! – Qasım adaxlıya tərəf döndü. – De görüm səni orda necə…

– Asan, – kişi yavaşdan dedi.

– Asan, de görüm sən nəyə görə lalla evlənməyi qə-rara aldın?

– Bütün həyatım boyu dilsiz-ağızsız qadınla evlən-məyi arzulamışam.

– Amma o tamam danışmır.

– Daha da yaxşı.

– Yalan deyirsən! – Qasım yumruğunu süfrəyə vur-du. – Birbaşa deyərdin, sənə pulsuz işləyəcək işçi lazım-dır!

– Aman Allah, mən səninlə neyləyim?! – Rəqiyyə ucadan səsləndi.

– Səsini kəs! – Qasım arvadının başına çımxırdı, sonra isə Asana doğru döndü, Asanın sirsifəti dəyişmişdi. – Bəlkə mən yalan dedim?

– Hə, – Asan qətiyyətlə dedi.

– Nəyə görə?

– Mən beş nəfərin əvəzinə işləməyə alışmışam. Uşaqlıqdan. Mənə arvad lazımdı, daha qul yox.

Qasım fikirli halda başını aşağı saldı və inamsız hal-da “hm” dedi.

– O əməkdar şaxtaçıdı. Bir yığın ordeni var, – qo-canın səsi eşidildi. – Təqaüdə çıxıb, onlarda təqaüdə tez çıxırlar, aulda elə bir ev tikib ki… Təsərrüfatına hamı həsədlə baxır…

– Bunu mən artıq eşitmişəm, – Qasım dedi. – Sən bağışla, amma anam rəhmətə gedəndə bədbəxt bacımın qayğısına qalmağı mənə vəsiyyət eləyib… Nə qədər əli-min altındadır, kimsə ona barmağını toxundura bilməz! Amma o indi ərə gedir və mən də bilmək istəyirəm, ki-mə gedir, bu adam nəyə görə onunla evlənməyi qərara alıb? Mən bunu bilməliyəm də?

– Hə, – xeyli sükutdan sonra Asan dedi. – Mən da-nışaram…

– Sən bir də bağışla, – Qasım dedi. – Özün də başa düşürsən, əgər o belə olmasaydı, mən bu sualları ver-məzdim…

– Başa düşürəm, – Asan onun sözünü kəsdi.

Qasım günahkar halda məni qıyqacı süzdü.

– Bu on-on beş il əvvəl olub, – Asan sözə başladı, – mən məzuniyyətdəydim və bir dəfə necə oldusa atla si-zin aulun içindən keçib gedirdim. Birdən qeyri adi gözəlliyi olan gənc bir qız gördüm. Qız vedrəylə su apa-rırdı və ayaq saxlayıb mənə yol verdi. Mən qızı nəzərdən keçirtmək üçün atı saxladım, qız tutuldu və qıpqırmızı oldu, baxışlarını yerə dikdi, mənimsə ürəyim sıxıldı, – o öskürdü, bir qədər susdu, sanki davam eləməyə dəyərmi deyə düşünürdü, sonra sərt şəkildə başını dik tutdu. – Hə, hə, mənim ürəyim sıxıldı və mən düşündüm – aman Allahım, bu qadın hansı xoşbəxt oğlanın qisməti-nə düşüb, hansı xoşbəxtin! Mən həmən adama hədsiz qısqanırdım, hədsiz… Sonra mən öyrəndim ki, qız laldır və heç vaxt ərdə olmayıb. Mən qıza yazığım gəldiyindən az qala ağlayacaqdım və ürəyimə elə bil tikan sancıldı. Nəyə görə, mən düşündüm, nəyə görə minlərlə qadının, qadının yox, hətta itin, bəd və dəyərsiz itin belə ona sa-diq olan əri, erkəyi var, onunsa yoxdu? Elə o vaxtdan da bu arzu ürəyimi deşir, həmən gənc qızı xatırlayıram və o tikan ürəyimi deşir.

Darmowy fragment się skończył.

5,33 zł
10,66 zł
−50%
Ograniczenie wiekowe:
16+
Data wydania na Litres:
29 października 2022
Data tłumaczenia:
2019
Objętość:
34 str. 1 ilustracja
Tłumacz:
Właściciel praw:
Köhlən Nəşriyyatı
Format pobierania:

Podobne książki