Czytaj książkę: «Doğma evin astanasında»

Zespół autorów
Czcionka:

TÜRK DÜNYASI YAZARLARI

DOĞMA EVİN ASTANASINDA

cib kitabları silsiləsi – 5

(hekayələr)

İÇİNDƏKİLƏR

İmdat Avşar Türkiyə

Qarabağ qaçqınları

Rüqəyyə Kəbiri İran

Mavayıl

Zulfira Asılbekova Qırğızıstan

İntizar

Seyran Süleyman Özbəkistan

Doğma evin astanasında

İslam Beytullah Erdi Bolqarıstan

Xoşbəxtlik uğrunda

Davran Kuat Qazaxıstan

Buynuz daraq

Muttalip Beppayev Karaçay-Malkar

Qaçaq

İmdat Avşar

(Türkiyə)

Qarabağ qaçqınları

Türkcədən uyğunlaşdıran: Səhər

Budaqları dar bir küçəyə əyilmiş salxım söyüdün altında dayandım. “Müəllimlər Evi”-nin zalından hələ də tar səsi gəlirdi. Bu səs başqa səslərə hökm edib, hamısını bir-bir sil-mişdi küçədən. Bir az da uzaqlaşsam, bulvara çıxsam, sanki çox qədimlərdən, əsrlərin arxa-sından gələn bu təranə uğultular içində itəcək, bir-birinə söykənmiş yöndəmsiz binalara, əy-ri-üyrü yollara, döngələrə dəyib parçalanacaq-dı.

Kim bilir, hansı aşiq ürəyinin yanıq nəğ-mələrini tökmüşdü bu tara, hansı ürək alov-landırmışdı bu melodiyaları!?. Bir ürək yanğı-sıydı bu səs, minlərlə fəryaddı… Elə yanıq, elə içdən, ölgün, elə bezgin, dərdli ki… Dinlədik-cə məni özünə çəkir, nəhəng bir dalğa kimi udur və kimsəsiz bir sahilə sürükləyirdi. O sa-hildə yalnız bir səs, bir melodiya vardı bu tarın səsi.

Geri qayıtdım. Ruhumu oxşayan o sehrli səs ilıq bir külək kimi məni apardıqca güney küləyi dəymiş qar tək əriyirdim.

Pillələri iki-iki çıxıb, pilləkənin başında dayandım. Şah pərdədə titrəyən, çırpınan bir mizrab, hər məqamda ayrı bir kədərə batır; şur, segah, muğam… Salonun qapısına söy-kəndim, içəri girməyə çəkinirdim.

Kiminsə məlahətli səsi tellərin yanğısını, tellərdə böyüyüb çoxalan hüznü sözə tökmə-yə başladı: "Dost baaağıııııındaaa açılııııbdı güüüül, Güləəə sarıııılıbdı bülbül…" Tar o sözlərin hər bir hecasına uyğun səslənirdi.

Tar susdu. Salondan ucalan yüksək ritmli bir nağara səsi qarmonun incə, cəld səsinə qa-rışdı. O hüznlü səs isə coşğun bir sevgi nəğ-məsi oldu, bir çağırışa çevrildi: "Mehribanım, Mehribaaaan, gəl oynaaa, gül oynaaa. Gözəəəl oğlan, göözəl qıııız, çal-oyna…"

Sonra bütün səslər susdu. Bir anlığa sükut bürüdü salonu. Və giley dolu bir səs parçala-yıb dağıtdı o sükutu:

"Olmur, e! Olmur! Olmuuuur!" Ay Özgə! Sən neynirsən? Roluna hardan başlayırsan?.. Tamer, həmişə demirəm, niyə qızın qabağına çatanda qollarını aşağı salırsan? Budur, bax, belə etməlisən.”

Qapını yavaşca açıb, ayaqlarımın ucunda içəri girdim. Salondakı gənclər bütün diqqə-tiylə şikayətlənən o adamı dinləyirdilər. Bəstə-boy bir kişiydi… Səsi elə amiranə idi ki, bir-dən "sən nə gəzirsən burada, çıx çölə!" – desə, heç etiraz etmədən sivişib aradan çıxacaqdım. Salondakı o hüzn, o yanğı, coşğu, dəvət… sehrli bir pərdənin arxasında qalmışdı. Salon-dakıların hamısı, özünü didib-parçalayan o adamı dinləyirdi. Başıpapaqlı, beli xəncərli, dəri çəkmələri diz qapaqlarına qədər çıxan ca-vanlar, rəngarəng ipək şallar içində gözləri sürməli, ceyran kimi gənc qızlar… hamısı bu adamı dövrəyə almışdı.

Çalğıçılar da qulaq kəsilmişdi. Qarmonçu ayaq üstə, qarmonu da boynundan asılı idi. Nağaraçı nağarasını qucağında tutub gözlə-yirdi. Tar onların yanındakı kürsünün üstün-də idi. Gövdəsi sədəf işləməli bu tar bir az əv-vəlki səslərin sahibiydi. Qəribə, məlul, qəmli-qəmli yatırdı kürsünün üstündə, bir uzaq di-yarda, qürbətdə idi sanki.

Deməli, bu balacaboy adam çalırdı bu ta-rı. İndi isə gah qızlara səslənib min bir işvəylə nazlanır, gah da kişilərə sarı sərt və cəld hərə-kətlərlə alıcı quşlar kimi fırlanır, qanadlanır, süzürdü. Bu yaşda adam işini elə şövqlə gö-rürdü ki…

Əynindəki uzun, az qala palto kimi görü-nən pencəyinin qollarını biləklərindən geriyə doğru qatlasa da, pencəyin qolları yenə də uzun idi. Qollarını aşağı endirəndə birdən əl-ləri itir, bu uzun pencək onun kiçik qollarını udurdu. Sağ yanağında dərin yara izləri var-dı. Bəlkə buna görə azacıq uzanmış ağ saq-qallını kəsməmişdi. Sağ gözü digər gözündən çox iri görünürdü, sanki bir az çölə doğru çıx-mış kimiydi. Ağ saçları geriyə daranmışdı və tez-tez qolunu çirmələyib bir əlini alınına apa-rır, saçlarını arxaya doğru tumarlayırdı. Uca-dan danışanda ağzının sol yanında qızıl bir diş parlayırdı. Bu qızıl diş az qala qaralmış, seyrək, toxunsan düşəcəkmiş kimi dayanan digər dişlərin arasında çox qəribə görünürdü. Üzündəki dərin qırışlar bu adamın dünyanı neçə ildir addımladığından xəbər verirdi.

Tarzən hər kəsi xəbərdar edib, neyləmək lazım olduğunu bir-bir izah etdi:

Oldu? Bir daha başdan, dedi yüksək səslə.

Oturuşumu dəyişdirdim, özümü yığışdır-dım. Sanki mənə də nəsə tapşırmışdı bu adam. Sanki mən də nəsə edəcəkdim…

Gənc qızları, cavanları yenidən səhnəyə düzdü. Sürətlə gəlib tarı əlinə aldı və oturdu. Sağa-sola bir daha baxdı, birdən gözlərini mə-nə dikdi, baxışlarını üstümdə gəzdirdi bir müddət. Yuvasından atılmış iri gözündə na-məlum bir fəlakətin izləri vardı. İçim titrədi. Çölə doğru atılacaqmış kimi dayanan gözü boş və mənasız baxırdı, o gözünün görmədi-yini hiss etdim. Yaxından baxanda üzündəki yara izlərinin çox dərin olduğunu anladım.

Tarzən dönüb nağaraçıya başıyla işarə et-di və tarı sinəsinə basdı. Tara elə sarılmışdı ki… bu adamla bu tar arasında sanki sirli bir doğmalıq, ilahi bir eşq, bir bağlılıq vardı.

Hər kəs hazır idi, hətta mən də… nağara "düm tək, düm tək" deyə bir səs çıxardı, adamın kiçik əlləri tarın tellərində gəzməyə başladı. Qarmonun səsi çox dərindən gəlirdi. Yenə o ağır, hüznlü parçanı ifa etməyə başla-dılar.

İpək geyimli qızlar səhnənin ortasında bir başqa qızı dövrəyə almışdılar. Kişilər də onla-rın ətrafında idi. Musiqi başlayan kimi qızlar duru bir suda, qamışların arasında nazlanan sonalar kimi sanki sürüşərək kənara çəkildi-lər. Ortada incə, zərif, boylu-buxunlu bir qız qaldı. Birdən cəld hərəkətlərlə səhnəyə çıxan cavan oğlan o qızın ətrafında fırlanmağa baş-ladı. Yalvarırmış kimi hərəkətlər edən cavan bir şahin kimi qollarını iki yana salıb qızın ət-rafında pərəstişkarlıq edirdi. Elə bil, qız mavi ipəklər içində bir göy qumru, bir göyərçin idi. Qız elə nazlanırdı ki, kişi rəqqas ətrafına baxıb əllərini iki yana açır, bir çarə axtarır, hərdən-bir əllərini yuxarı qaldırıb Tanrıya yalvarırdı. Qız başından sallanan tülün bir kənarı ilə ağı-zını bağladı, əliylə oğlana "get" işarəsi etdi. Oğlan qızdan uzaqlaşdı, xəyali bir güzgüyə baxıb “bəzəndi”, “saçını-başını düzəltdi” və çevik hərəkətlərlə yenidən qızın ətrafında fır-lanmağa başladı. Qız duvağını açdı, güldü. O an tarın hüznlü səsi itdi, nağaranın ritmi sü-rətləndi, qarmon coşdu. O kiçik adamın səsi də, ifası kimi cazibədardı: "Mehribanım, Meh-ribaaaan, gəl oynaaaa, çal oyna. Gözəəəl oğ-lan, göözəl qıııız, çal oyna…"

Səhnədə bir toy başladı. Oğlan nazlanan qızın əlindən tutdu, digər rəqqasələrin alqış-ları arasında səhnənin dörd bir tərəfini dolan-dılar. Sanki birlikdə toya gələnləri salamlayır-dılar. Gənc qızlar, oğlanlar, səhnənin dörd ya-nından rəngarəng bir sel olub axdılar, axdılar, axdılar…

Tarı buraxdı bəstəboy adam. Səhnəyə gəl-di.

Bəsdi, yaxşıdı, dedi, yaxşıdı, bax be-lə ey!

Gənclər çölə çıxarkən uzun boylu, qəşəng geyinmiş bir nəfər girdi içəri. Cibindən üç də-nə “onluq” çıxardı, çalğıçılara payladı. Tarzən boynunu büküb:

Uşaq xəstədi, dedi, dərman alıb apa-racağam, iki lirə də ver. Gələn həftə əskik ve-rərsən.

Mənə deyilən budu, dedi, adam. Başqa pul vermədi…

***

Səhəri gün tezdən qapımızın zəngi çalın-dı. Xanım mətbəxdən qışqırdı:

Qapıya baaax!

Qalxdım, tələsik qapını açdım. Yaşlı bir qadın idi, yanında da on yaşlarında bir qız uşağı… Qız anasıydımı, nənəsiydimi, qadı-nın ətəyindən möhkəmcə yapışmışdı. Mən qa-pını açanda üzünü qadının ətəyində gizlətdi. Uzun bir hörüyü var idi, hörüyünün ucunda da solğun, rəngi bilinməyən bir lent… Qadın nəmli gözlərini qaçırdı məndən. Gözlərində anlaşılmaz bir narahatlıq vardı. Yelpiyinin ucunu əliylə gözlərinə apardı. İncə, əsmər, zə-if əlini uzatdı, boğuq bir səslə:

Oğul, dedi, oğul, Qarabağ qaçqını-yıq, yəqin “o, oğul, bir kömək edərsənmi” de-yəcəkdi… Dedimi, mən eşitmədim, yoxsa de-yəmi bilmədi?..

Bu sözlər dediyi də, demədiyi də, bir bı-çaq kimi batdı ürəyimə. Qanım içimə axdı…

İçəri gəlsəydin, xala, dedim, gəl, so-yuqdu, uşaq da qızınar bir az…

Yox, balam, dedi, çox sağ ol, gedək…

İncə, zəif, əsmər əlini yumub, binanın ya-rıqaranlığında bir kölgə kimi geriyə döndü qadın. Qız da ətəyə bağlıymış kimi, qadının sovrulan balağıyla birlikdə dönüb getdi. Qızın üzünü görə bilmədim. Bir bəhanəylə gözlərini görmək istədim, qapıdan sallanıb, arxasınca ümidsizcəsinə çağırdım.

Kiçik qız, adın nədi sənin?

Qız çevrilib baxmadı, qadının ətəyinə bir az da qısıldı. Qadın bir neçə pillə aşağıdan səsləndi, səsi mənə qədər güclə çatdı və soyuq divarlara çırpılıb çilikləndi:

Pünhanə, balam, Pünhanə…

Günlər, gecələr boyu o qızı düşündüm, uzun gecələri danışdım o qızla:

"Pünhanə! Gözlərin nə rəngdi sənin? Bəs əllərin, əllərin?… O kiçik ayaqlarınlamı qaç-dın güllələrin, bombaların qarşısından? O ki-çik addımlarınlamı aşdın dağları? Üşümədin-mi Pünhanə? Üşümədinmi? Üzün niyə uşaq üzü deyil, nə üçün bu qədər yanıb Pünhanə? Bombaların, güllələrin səsini eşitdimi qulaq-ların? Bəs gözlərin, gözlərin nə rəng idi Pün-hanə? Axan qanı gördümü o gözlərin? Qanlar sıçradımı evinizin divarlarına? Divarların di-bində ağlayıb qaldınmı heç? Bir ceyran kimi qorxudan böyümüş gözlərinlə qan içən kaftar-lara baxdınmı? Onda neçə yaşında idin, Pün-hanə? Məktəbə gedirdinmi? Bəs qələmin, dəf-tərin, boyaların? Oyun oynayarkənmi, tək ayağının üstündə səkərkənmi düşdü bomba-lar? Yoldaşların, öldümü, Pünhanə? Qanamı batdı oyuncaqların? “

Heç bir gecə, heç bir suala cavab vermədi o qız, heç baxmadı üzümə, heç görmədim gözlərini…

Gecə sulu bir qar səpələyirdi. Pəncərədən çölə baxırdım. Göy guruldayır, şimşəklər ça-xırdı dalbadal. Bəlkə şimşək deyildi, bəlkə ye-nə uzaq şəhərlərə, kəndlərə bombalar yağırdı. Ətraf gah işıqlanır, gah zülmət bir qaranlığa qərq olurdu. O bir anlıq işıqda, işıqlarla bir-likdə bir qız uşağı gəlib dayandı qarşımda. Uzun bir hörüyü vardı bu qızın, hörüyünün ucunda da solğun, rəngi bilinməyən bir lent. Şüşəyə yaxınlaşdıqca itirdi üzü. O uzaq şə-hərlərdən qaçmışdı yəqin ki. İslanmışdı, pəri-şan, yorğun, qorxaq və ürkəkdi… Elə bil əlimi uzatsam, qızın əllərini tutacaqdım. Amma əl-lərimi uzadanda, əllərim boşluqdan asılı qa-lırdı. Əlimi tutmurdu, əlləri yox idi bu qızın. Qaşları, gözləri, ağzı, burnu, yanaqları yox idi… Bir hörük və bir lentdən ibarət idi bu qız. Lent qana batmışdı, qıpqırmızı idi. Qızın üzündə bir işıq parlayırdı, ağ bir işıq. Və o hö-rük də, o lent də əriyir, itirdi bu işığın içində.

Sonra əsmər, zəif bir əl uzandı şüşəyə. O əl uzandı, uzandı, şüşəni deşib gözlərimin önünə qədər gəldi. Həmin qadının əli idi və bu əsmər, zəif əllərdən qan axmağa başladı. Sonra bu əlin arxasında bir qadın silueti mey-dana çıxdı… Qaranlığın içində qara bir kölgə kimi dayanan qadının da üzü yox idi, amma səsini eşidirdim. Səsi bir fəryad idi:

"Oğul" dedi, "oğul, Qarabağ qaçqınıyıq… ”Oğul, bir kömək et deməliydi, yəqin, demə-di!"

***

Gecəni yata bilmədim, səhər erkəndən qalxdım. İşə gedəndə binanın ağsaqqalı Kəl-bayı kəsdi yolumu.

Müəllim, binanın qapıçısı çıxıb gedib, daha gəlməyəcək, cavan bir xidmətçi tapmı-şam, indi gəlməlidi. Sən danış onunla, binanın idarəçisi sənsən də müəllim, xəbərin yoxdu? Dünən mən yandırmışam qazanı…"

Yaxşı, gəlsin Kəlbayı, dedim gəlsin baxarıq…

Binanı guya Kəlbayı ilə mən idarə edir-dik. Mən hesab işlərinə baxardım, o da odun, kömür, təmir işlərinə… Hər ay bir hay-həşir qopurdu bizim binada. Gah lift işləmir, su kə-silir, elektrik xətləri yanır, gah da yanacaq do-nur, kanalizasiya tutulur, qapıçı pulu ödən-mirdi…

Təməli xarabdı bu binanın dedi Kəl-bayı, bu saqqalımdan utanıram, yoxsa bun-ların hamısını verəsən qılıncın qabağına…

Az qaldı, bu qışı da ötürək, ilk işim baş-qa bir yerə köçmək olacaq.

Biz Kəlbayı ilə danışanda incə, çəlimsiz bir gənc yaxınlaşdı.

Sabahınız xeyir.

Xidmətçi gəldi, müəllim, budu xidmət-çi, dedi Kəlbayı.

Gələn on beş-on altı yaşlarında bir cavan idi. Səhər tezdən gəlib dirənmişdi qapıya. Tez tez əsnəyir, gözlərindən yuxu axırdı. Mən çaşqın – çaşqın uşağı süzürdüm və elə bil ağır kömür torbalarını öz kürəyimdə hiss edirdim. Böyük vedrələrlə qazanxanadan kül çıxarır-mış kimi dizlərim bükülürdü. Yıxılıb qalırdım zirzəminin qaranlıq pillələrində. Qazanı yan-dırarkən boğulurdum tüstüdən, danlayırdılar məni, hirslənirdilər, söyürdülər…

Dünyanın hər üzünü görmüş qoca Sal-man dayı dözə bilməmişdi bu binanın əziy-yətinə, çıxıb getmişdi… Üstəlik, hər iş gəlirdi Salman dayının əlindən. Elektriki, suyu, qa-zanı özü təmir edərdi… Bu çəlimsiz uşaq, hələ yeniyetmə bir cavan nə edəcəkdi? Hələ ana uşağıydı axı?.. Soyuq səhərləri necə oyana-caqdı erkəndən, necə qalayacaqdı qazanı, o ağır vedrələri necə qaldıracaqdı? Necə?..

Əlacsız qalıb soruşdum:

Sən… sən, öhdəsindən gələ bilərsənmi, çətindir axı…

Uşaqdan əvvəl Kəlbayı cavab verdi:

Hə, cavan xidmətçidi də, müəllim, niyə bacarmasın? Mən bunun yaşında olsam, daşı əzib un eləyərəm.

– Hələ çox gəncdi, Kəlbayı, hələ uş…

– Bacararam, abi, bundan qabaq başqa bi-nalarda da işləmişəm.

“Olmaz” deyə, geri qaytara bilmədim uşağı. Zirzəmiyə endik. Hər tərəf his, rütubət, kömür qoxusu, nəm qoxusu… Küncdə qapı-çıların qaldığı uçuq-sökük bir daxma… Çürü-müş, su sızdıran borular, bir-birinə calanmış, hardan gəlib hara getdiyi bilinməyən elektrik kabelləri, bir küncə yığılmış böyük kömür tor-baları, iri odun kötükləri…

Kəlbayının "daşı əzsə un edən cavan xid-mətçi" dediyi oğlandan soruşdum:

Adın nədi?

Seyfəddin.

Seyfəddin, səhər saat altıda qazanı yan-dırmalısan, odun və kömür burdadı.

Oldu.

Saat yeddidə isti suyu verməlisən, su vannaları odur ordadı.

Oldu, abi.

Aman, diqqətli ol, bacarmadığın bir iş olsa, əlini vurma sən.

İşlərini başa saldım, yüzlərlə əmr sırala-dım Seyfəddinə.

"Edəcəksən, edəcəksən, gedəcəksən, gə-ləcəksən, tutacaqsan, atacaqsan, yatacaqsan, qalxacaqsan… oldumu?

Oldu, abi, oldu abi.

Seyfəddin qalacağı daxmaya baxdı. Sal-man dayıdan qalma köhnə bir yorğan, taxta bir stul, kiçik bir balon, kirli bir stəkan, hisli bir tava, bir küncdə əl fənəri, vintaçan, yanmış elektrik sığortaları, kəlbətin, çəkic…

Seyfəddin qalacağı yeri qaydaya salmalı idi. Mən insanı boğan, əzən, acı qoxuyan zir-zəmidən yuxarı çıxdım, dərin bir nəfəs aldım, Kəlbayıya "Xudahafiz, uşağa kömək elə" de-yib iş yerinə üz tutdum.

***

Axşamüstü evdən axtardılar.

Çox soyuqdu, qızdırıcılar yanmır, elek-triklər də kəsilib, hardasan?

Hava qaralırdı, qızdırıcılar çoxdan yan-malıydı. Görəsən, Seyfəddin elə ilk gündən çı-xıb getmişdimi? Görəsən Seyfəddin? …Bu fi-kirlərlə avtomobilə mindim, evə nə vaxt çat-dığımı bilmədim. Binanın girişində Hacı Se-vəm nənə qarşıladı məni, şikayətlərini sırala-dı:

Ay oğul, donmuşuq axı. Niyə yanmır bu qızdırıcı?

Baxarıq, Sevəm nənə, yandırarıq indi, yeni qapıçı çox cavandı, bəlkə yandıra bilmə-yib, düşüm bir baxım.

Zirzəmiyə doğru bir neçə pillə endim, qa-tı bir kif qoxusu vurdu üzümə. Qapını itələ-dim, cırıldayaraq açıldı. İçəri zülmət qaranlıq idi. Bir – iki pillə də enib çağırdım:

Seyfəddin! Seyfəddin!

Cavab gəlmədi. İçəridə heç nə işləmirdi. Nə qızdırıcının səsi, nə suyun… “Yəqin çıxıb gedib, haqlıdı uşaq" dedim içimdə, "burada kim qalar ki…? “

Evə qayıdıb əl fənərini götürdüm, təkrar endim aşağı.

Seyfəddin! Seyfəddin!

Qızdırıcı qazanına doğru bir neçə addım atdım. Qazan yanmırdı. Qazanın önünə odun və kömür yığılmışdı. "Yandıracaqmış, sonra fikrindən daşınıb çıxıb gedib," dedim öz-özü-mə. Daxmaya üz tutdum, fənərin işığını dax-manın içinə saldım. Heç kim yox idi. Fənəri sağa-sola çevirib ətrafıma baxarkən birdən yan tərəfimdən can hayında inləyən, yalvaran, boğuq bir səs gəldi. Ürpərdim, geriyə çəkil-dim.

Abiii!

İşığı səsin gəldiyi tərəfə tutdum. Qaran-lıqda parlayan iki göz gördüm. Tir-tap yerə sərilmişdi Seyfəddin. Sol əlini irəli uzatmışdı, kömək istəyirdi. Çətinliklə “abi” – dedi yeni-dən. Sürünərək qapıya doğru gəlmək istəmiş, taqəti tükənib eləcə də qalmışdı. Bir az əvvəl ordan keçəndə necə fərq etməmişdim?

Seyfəddindən bir az qabaqda ilan kimi qıvrılmış bir elektrik kabeli vardı. Beynimdən vurulmuşa döndüm. Seyfəddini qucaqladım, sağa-sola çırpa-çırpa özümü çölə atdım. Yazıq uşağın cılız bədəni yarıcanlı, ikiqat çiynimdə yellənirdi. Əli, üzü, üst-başı kömür tozuna bu-lanmışdı. Kürəyimdən düşməsin deyə iki əlin-dən möhkəmcə tutmuşdum. Sağ əlində qəribə bir soyuqluq vardı, üzünün sağ tərəfi büzüş-müşdü. Nəsə demək istəyir, amma danışa bil-mir, inildəyirdi:

Abiii…

Sevəm nənə dizlərinə vura-vura gəldi:

Ay quzum, buna nə olub?

Avtomobilin qapısını açıb qoydum uşağı. Bir çuval kimi yıxıldı avtomobilə, başını tuta bilmirdi, kresloya aşdı Seyfəddin.

Sevəm nənə:

Cavan uşaqdı, ay Allah, sənə tapşırı-ram, deyə dualar tökdü arxamızdan. Sevəm nənənin çığırtısına toplaşan qonşuların arasın-dan sürətlə sürdüm avtomobili.

Haralıyıdı bu uşaq? Onu hansı çovğun sovurmuşdu buralara? Hardan gəlib hara ge-dirdi? Kimin kimsəsiydi o?.. Anası-atası kim idi..? Səhər sapsağ olan oğlanın indi yarıcanlı bədəni və bir də adı vardı: Seyfəddin! Aman Allah, avtomobilin arxasında can verən bu ye-niyetmə yaşayacaqmı? Tez-tez dönüb arxaya baxırdım. İki kilometrlik yol uzandıqca uza-nırdı. Səhvmi gedirdim? Xəstəxana hansı tə-rəfdə idi? Bu şəhər niyə bu qədər dəyişmiş-di?…

Xəstəxanaya nə vaxt çatdım? Seyfəddini necə qucaqlayıb xərəyə atdım? Sistemi kim taxdı? Xəstəxana niyə qaranlıq idi, yoxsa hələ zirzəmidə idimmi? Bilmirəm…

Nəfəsi tıncıxırdı, bir az sonra tənəffüs ci-hazına bağladılar. Gözlərini açdı bir ara, fikrə getdi, sonra sakitcə yumdu gözlərini. Yatmış-dımı?

Ayaqqabılarının biri qara, biri qəhvəyi idi, xəstəxanada fərq etdim. Boynunda qara iplə bağlanmış bir dua vardı. Əlləri, üzü, üst – başı kömür qarasıydı. Üzü… Allahım bir ya-nağı nə üçün belə kiçilmişdi!? Elə bil sağ ya-nağı zəifləmiş, qurumuşdu.

Həkim: "pencəyini çıxarın" dedi. Tibb bacıları pencəyini çıxaranda iç cibindən nim-daş bir pulqabı, pulqabının içindən də bir ne-çə kağız parçası və bir fotoşəkil düşdü. Sey-fəddinə bənzəyən bir gəncin yüngülcə gü-lümsəyən ağ-qara fotoşəkli idi. Uzaqlara ba-xırdı fotoşəkildəki gənc. Uzaqlara, çox uzaq-lara… Pulqabısını, rəsmi və üstündə ünvanlar, nömrələr yazılmış kağızları yığdım yerdən…

Sağ tərəfi iflic olub, dedi həkim, şok-dadı, özünə gələ bilər, amma çətin ki…

Nədənsə, birdən tərpəndi, gözlərini açdı Seyfəddin. Sağ əlinə, sağ ayağına baxdı, göz-ləri yaşardı, səssizcə ağladı. Sağ yanı işləmir-di, hiss etmişdi bunu.

Düzələcək, həkim elə söylədi, dedim, qorxma.

Abi, dedi, atam… atama xəbər ver.

Burdadımı atan, harda qalır? Eviniz hardadı?

Valilik yolunda, məktəbin qabağında, yaşıl bina… zirzəmidə…

Seyfəddin, Seyfəddin…

Eşitmədi. Ancaq bunları deyə bildi, nəfəsi kəsildi, gözləri yumuldu yenə. Otaqdan çıx-dım. Söylədiyi ünvanı düşünürdüm. Tərif et-diyi yerdə bir dənə məktəb vardı zatən, o bö-yük bina olmalı idi. Avtomobilə doğru get-dim. Arxamdan bir səs:

Bəyəfəndi, bəs bunun xərcləri…? Yaz-mağımız lazımdır axı, adı-soyadı nədir bu-nun?

Yalnız adı vardı bu uşağın, adından başqa heç bir şeyi yoxdu. …Öz adımı söylədim. Tibb bacısıya kimliyimi uzatdım, "sən qeyd elə, mən gəlirəm" dedim.

Kürəyimdə qara xəbərin tonlarla ağır yü-küylə Seyfəddinin tərif etdiyi yerə gəldim. Qarşıma çıxan adama nə deyəcəkdim? "Sey-fəddini elektrik vurdu, iflic oldu… Çətin!..” Necə deyəcəkdim? Mən nəyi idim bu insanla-rın? Az sonra qapısını döyəcəyim insanlar kim idi?..

Binaya girdim, işığı yandırdım, zirzəmiyə enən pillələrdən yavaş-yavaş aşağı endim. Üstdən sızan sular divarlarda kirəcləmiş, be-ton divarlar bəzi yerlərdə ağarmışdı. Aşağıda köhnə-külüş əşyalar, karton qutular, qırıq kreslolar, kürsülər… İşıq söndü, ayaqlarım nə-yəsə ilişdi, əlimi divara sürtə-sürtə irəlilədim. Bir az kənarda taxta qapının aralığından zəif bir işıq süzülürdü. Kandarda dayandım. Qa-pını döyməyə qorxurdum, bir neçə dəfə əlimi uzadıb geri çəkdim. Görəsən gerimi dönüm? Bəs uşaq oyanmasa!? Sonra bütün cəsarətimi toplayıb qapını döydüm.

İçəridən ayaq səsləri gəldi, qapı açıldı. Ki-çik bir qız açdı qapını. Qarşıdakı otağın qapısı da açıq idi və otağın qarşı divarı görünürdü. Qız çaşqın-çaşqın gözlərimə baxdı. Birdən itdi qızın gözləri. Əli, ayağı, üzü, bütün bədəni it-di qızın. Qapıda əriyib itən qızın hörüyü və lenti qaldı gözlərimin qarşısında. O anda bir qadın çıxıb gəldi otaqdan. Əsmər, zəif bir qa-dın. Əlləri tanış idi qadının, əlləri yorğun, əl-ləri möhtac… Mənə baxdı və əsmər, zəif əlləri iki yanına düşdü. Kiçik qız geriyə dönüb üzü-nü qorxuyla gizlətdi bu qadının ətəyində. İki günahkar kimiydik. Qadın da danışa bilmirdi, mən də. Otağın qarşı divarına sataşdı gözüm. Divarda, gövdəsi sədəf işləməli bir tar asıl-mışdı. Tarın yanında, ortasında ay – ulduz olan mavi, yaşıl, qırmızı rəngli bir bayraq və ağ-qara bir fotoşəkil… Seyfəddinin pulqabı-sındakı fotoşəkil! Qarşı otaqdan kişi səsi gəldi və az sonra üzünün bir tərəfi yaralı, bir gözü kor həmin tarzən göründü. O otaqdan çıxanda kiçik bir uşaq ağladı arxasınca.

Söyləyəcəklərim boğazıma düyünləndi. Kəkələdim, udqundum, danışa bilmədim.

Seyfəddin dedim, Seyfəddin yıxı-lıb… Yaralanıb… Qorxmayın, xəstəxanadadı…

Üzümdəki narahatlıqdan bir fəlakət sezdi qadın, iki əlini havaya açıb yalvardı:

Seyfəddin! Seyfəddin! Düz deginən, ay oğul! Nə olub?

Kişi söylədiklərimə inanmaq istəyirmiş kimi, qadına tərəf döndü:

Deyir heç nə yoxdu, qorxma, xəstəxa-nadadı. Tez elə, qıza xəbər ver, gəlsin uşaqla-rın yanında dursun.

Qadın:

Birini Qarabağda basdırdım, ay Allah! Bunu məhruma bağışla! deyib, sinəsinə dö-yə-döyə çıxdı.

İçəri girdik. İçəridəki uşaq dayanmadan ağlayırdı. Deməli, bu uşağa dərman alacaqdı tarzən. Lentli qız kiçik qardaşını ovutmağa ça-lışırdı. Bir alov qarsmışdı qızın sifətini, yan-mışdı üzü, üzü yox idi. Ata çarəsiz var-gəl edirdi otaqda…

Uzaqdımı, dedim, kaş ki avtomobillə aparaydım xalanı.

Yaxındı, qızımı burada ərə vermişəm, indi gələrlər.

O soyuq, o pərişan otağın divarları üstü-mə gəlirdi. Otaq sanki çökür, divarlar başıma aşırdı. Divarda fotoşəkildəki gənc uzaqlara dikmişdi gözlərini. O gənc birdən o şəkil çər-çivəsindən əllərini çıxardıb yanında asılmış ta-rı götürdü, tar acı-acı inləməyə başladı. Tarın səsi, ağlayan uşağın səsi, yıxılan divarların sə-si… Divardakı bayrağın rəngləri əridi, saraldı, soldu… O bayraq, sanki qandallanmış bir məhbus idi, tərpənə bilmirdi, sanki bir külək gözləyirdi. Tar havasında çox uzaqlardan gə-lən bir Qarabağ şikəstəsi vardı, eşidirdim…

Kişi heç nə soruşmur, mən heç nə deyə bilmirdim. Zaman dayanmışdı, saatlar don-muşdu, hər dəqiqə bir ilə dönmüşdü…

Dəhlizdən təlaşlı səslər gəlməyə başladı, qapı açıldı. Otağa əvvəl qadın, arxasınca iri gözləri olan dünyalar gözəli gənc bir qız girdi, yanında da zırpı, qırx-qırx beş yaşlarında bir adam… Bu yekəpər kişi bu qızın əri idi yəqin.

Darmowy fragment się skończył.

2,11 zł
4,23 zł
−50%
Ograniczenie wiekowe:
0+
Data wydania na Litres:
16 listopada 2022
Objętość:
70 str. 1 ilustracja
Właściciel praw:
Hədəf nəşrləri
Format pobierania:

Podobne książki