Czytaj książkę: «Ölüm qədər sadə»
Piter Ceyms
ÖLÜM QƏDƏR SADƏ
roman
ÖN SÖZ
Baxmayaraq ki, bir qayda olaraq yazıçı tək işləyir, əgər müxtəlif sahələrdən olan insanlar öz biliklərini mənimlə bölüşməsəydilər, bu kitab işıq üzü görməzdi. Elə onlara da, ən səmimi təşəkkürlərimi çatdırıram.
Mənim üçün cinayət axtarışları üzrə superintendent Deyv Geylorun köməyi həqiqətən, əvəzsiz oldu, hansı ki, dəfələrlə romanın əlyazmasını müxtəlif mərhələlərdə oxumuş, mövzuya uyğun bir çox cümlələr əlavə etmiş, həmçinin məni Susseks polisinin iş üsulları ilə ətraflı tanış etmişdi. Susseksi polisinin işçiləri mənə qarşı olduqca ürəyiaçıq idilər və səbirlə mənim çoxsaylı suallarımı cavablandırırdılar.
Onların arasında çavuş-xəfiyyə Kit Xalleti, müvəkkil-xəfiyyə Uilyam Uorner və baş müstəntiq Stüart Leonardı xüsusi qeyd etmək istərdim.
Pataloji anatomiya mütəxəssisi-həkim Naycel Kirkemə və morqun başqa işçiləri Brayton və Houvarda təşəkkür etmək istəyirəm.
Ümid edirəm ki, hələ uzun müddət burada sadəcə müsafir olaraq qalacam. Təşəkkürlərimi xeyirxah dostum Ceyms Simpson və birgə bir sıra film və telessenarilər yaratdığım Karina Koulmana çatdırıram. O, mənim qeyri-rəsmi redaktorum oldu və bir neçə parlaq fikir irəli sürdü. Mayk Harris, Piter Uinqeyi, Sol, Qrek Şeklton, polis həkimi, həkim-koroner Piter Din, həmçinin, ən kədərli günlərimdə mənə inam verən və yanımda olan, güc-qüvvət verən Şenstona minnətdarlığımı bildirirəm. Mənə olan inama görə yeni ecazkar ədəbi agentim Kerol Breykə razılığımı bildirirəm. Mən “Mak millon” nəşriyyatının heyətinin inanılmaz işinə heyranam. Xüsusilə Debug Kort və Ceff Daffrild, redaktor Stef Borvert isə əsl xəzinədir. Ceffri Barli və Toni Mallikenə səbir, tərəfdaşlıq və inama görə təşəkkürlər. Və həmişəki kimi itlərim vəfalı Berti və bir az gec peyda olmuş Fibə təşəkkürlərimi bildirirəm. Hər ikisi səbirlə, lakin həvəssiz şəkildə mənim nə zaman yazını bitirəcəyimi və onları gəzintiyə aparacağımı gözləyirdilər.
Piter Ceyms
Susseks, İngiltərə
1
Bir neçə çatışmazlığı nəzərə almasaq, onların bəxtindən “A” planı olduqca uğurla işləyirdi, sanki, onlarda “B” planı onsuz da yox idi.
Dostlar ümid edirdilər ki, mayın sonlarında saat 20:30-da hava hələ də işıqlı olacaq. Hər halda, dünən onlar özləri də tabut və dörd kürək götürüb bu yolu qət edərkən hər yan hələ də işıqlı idi. Lakin indi yaşıl “Ford Tranzit” mikroavtobusu Susseks kəndarası yol ilə şütüyürdü, yuyulmuş neqativ rəngli səmada isə, çiskin vardı.
– Axı nə vaxt çatacağıq? – Uşaq görkəmli Coş zarıdı.
– Hər yolçuluğa məxsus olan şüarı xatırla: ”Hara gedirsən get, lazım olan yerə çatacaqsan”, – Rabbo cavab verdi. Sükanda əyləşdiyinə görə, o, başqalarından daha ayıq idi. Son saat yarım ərzində onlar əsaslı surətdə üç yerdə oturmuşdular, dörd yerə isə yolüstü dəyib çıxmışdılar. Rabbo bildirdi ki, zəncəfilli sadə pivə içəcək, lakin buna baxmayaraq, iki bakal porter1 içmişdi. Onun inancına görə tünd içkidən sonra beyində aydınlanma olur və avtomobili idarə etmək asanlaşır.
– Deməli, biz lazım olan yerdəyik! – Coş sevindi.
– Kim şübhə edirdi ki!
Qaranlıqda üzərində maral təsviri olan xəbərdaredici yol nişanı göründü və o an da gözdən itdi. Avtomobilin fənərləri meşəyə gedən yoldakı parıltılı qara çınqıl örtüyünü işıqlandırdı. Onlar kiçik, ağ kottecin2 yanından ötüb keçdilər. Maykl arxada damalı xalça üzərinə sərilmişdi, başının altına isə balış əvəzi qayka açarını qoymuşdu. İçkinin təsirindən hər şey gözləri önündə fırlanırdı.
– Bir az da artırmaq lazımdır, – dolaşan dili ilə mızıldandı.
Əgər Maykl bir azca da olsun dərketmə qabiliyyətini saxlasaydı, dostlarının simasından nəyinsə qaydasında olmadığını anlayardı. Adətən o çox içmirdi, lakin bu gün həddi aşdı: birnəfəsə bir-birinin ardınca pivə pintalarını3 və araq qədəhlərini boşaldırdı. Bu qədəhlərin sayını isə xatırlamaq mümkün deyil. Maykl Harrison uşaqlıqdan onların dəstəsində baş təşəbbüsçü sayılırdı.
Bu öz-özünə belə alınmışdı. Deyirlər ki, həyatda müvəffəqiyyətin sirri, düzgün valideyn seçimindən asılıdır. Mayklın burada bəxti gətirmişdi. Anasından ona açıq rəngli saçlar və gözəllik, atasından cazibə və fərasət, zəka keçmişdi. Lakin, özünə qəsd edən vərdiş və xasiyyətlər ,dular. Mayklın 12 yaşı olanda, Tom Harrison qarajda qazdan zəhərlənib öldü və arxasında sadəcə borclar qoydu. Maykl tez böyümək məcburiyyətində qaldı.
Hələ məktəbli olan zaman o qəzet paylamaqla anasına güc-bəla ilə dolanmağa kömək edirdi. Bir az böyüdükdən sonra isə tətillərdə müxtəlif işləyərək pul qazanırdı. Odur ki, pulun necə çətinliklə qazanılması və necə asan xərclənməsi haqqında o sadəcə eşitməmiş, həm də görmüşdü.
İndi iyirmi səkkiz yaşında olarkən, onda səriştə və işə yovuşma formalaşıb: onu çox yaxşı oğlan kimi tanıyırdılar. Dostları onu sözsüz olaraq başçı qəbul etmişdilər. Lakin həyatda mükəmməllik yoxdur. Maykl hədsiz sadəlövh idi və kobud şəkildə zarafat etməyi sevirdi.
Bu gün sonuncu iki çatışmazlıq kəskin qəzaya zəmin yaratdı. Qisas günü gəlib çatdı.
Nə isə, Maykl bu barədə hələ ki, duyuq düşməmişdi. O, yenə ləzzət dolu bihuşluğa qərq oldu. Başında yalnız, əsasən nişanlısı Eşli ilə bağlı olan xoş fikirlər fırlanırdı. Həyat gözəldir! Anası yaraşıqlı kişi ilə görüşür, qardaşı universitetə qəbul olub, bacısı Karli məktəbdən sonra fasilə götürməyi qərarlaşdırıb və indi Avstraliyada dincəlir. Onun biznesi inkişaf edir. Ən əsası isə, üç gündən sonra o, sevdiyi qadınla ailə həyatı quracaq. Sevdiyi və məftun olduğu! O, öz yarısını tapıb. Eşli!
Maykl, mikroavtobus hər dəfə çala-çuxura düşdükcə cingildəyən kürəyə fikir vermirdi. Və onunla birlikdə arxada oturmuş dostlarının simasındakı qəribə ifadəni də sezmirdi. Onlar yırğalanaraq, köhnə radioqəbuledicidən eşidilən Rod Stüartın qədim “Yola düşmə” hitini yersiz təkrarlayırdılar.
Yanacaq çənindən benzin sızdığına görə, avtomobilin salonunu kəskin benzin iyi bürümüşdü.
– Mən onu sevirəm, – Maykl mızıldandı, – Mən Eşlini sevirəm!
– Həə, o bir əvəzolunmazdı, – Robbo təsdiqlədi.
Həmişəki kimi dəyirmi, qırmızı sifətli, seyrək hamarlanmış saçları və köynəyin altından çıxan böyük qarnı ilə Robbo ona kömək etməsəydi, uşaqların öhdəsindən gələ bilməzdi.
– Dəqiq!
– Yaxınlaşırıq, – Lyuk xəbərdarlıq etdi.
Döngədə Robbo əyləci basdı və yanında oturan Lyuka göz vurdu.
Şüşə silənlər yeknəsəq olaraq yağışın buraxdığı izi şüşədən təmizləyirdilər.
– Bilirsiniz mən onu necə sevirəm?
– Bilirik, bilirik, – Pit başı ilə təsdiqlədi.
Sürücü oturacağına yayxanmış Coş Pitin çiynindən tutdu, necə lazımdı pivədən içdi və şüşəni Maykla ötürdü. Avtomobil silkələndi və boğazından köpük axdı. Maykl hıçqırdı.
– Bağışlayın!
– Eşli elə buna görə səni sevir? – Coş üz-gözünü turşutdu.
– Böyük penisinə görə.
– Deməli, nə puluna, nə də gözəl gözlərinə görə yox? Bəlkə cazibəyə görə?
– Əlbəttə, ona görə də Coş, – ancaq, əsas o mənim penisimə heyrandır.
Robbo maşını anidən yana verərək döndü. Mikroavtobus sol tərəfə əyildi, gurultu ilə məftil çəpəri əzdi, ardınca ikincisini, birtəhər çuxura tərəf istiqamətləndi. Robbo tərləmiş şüşəyə baxa-baxa ən dərin çuxurları keçərək, bacardıqca sükanı hərləməyə çalışırdı. Təkərlərin altından dovşan sıçradı və kolluğa tullandı. Fənərlərin titrəyən işığı qaranlıqda yalnız uzanan sıx kolluğu işıqlandırırdı. Robbo radioverilişi dəyişəndə Mayklın səsi yüngülcə dəyişdi, onun əhlikefliyi öz yerini narahatlığa verdi.
– Biz hara gedirik?
–Yenə içki içə biləcəyimiz yerə.
– Əla! – Bir saniyədən sonra isə:
– Mən Eşliyə söz vermişəm ki, donuz kimi çox içməyəcəm.
– Bax, görürsən, hələ evlənməmisən, amma artıq ayaqaltı olmusan, – Pit qeyd etdi. – Axı sən hələ azad insansan – Hələ düz üç gün.
– Üç gün yarım – Rob lütfkarlıqla yada saldı.
– Bəs siz qızları sifariş etməmisiniz?– Maykl soruşdu
– Mən Eşliyə xəyanət etmərəm.
– Biz mütləq bunu nəzərə alarıq.
– Necə də əclafsınız!
– Əyilmiş mikroavtobus dayandı. Robbo avtomobili arxaya verdi, yenidən sağa döndərdi və nəhayət, Rod Steartla birlikdə mühərriki söndürdü.
– Çatdıq. – O, bildirdi. – Növbəti dayanacaq – “Qəbirqazan” pivəxanasıdır.
– Murdar addır, – Maykl mızıldandı. – Yaxşı olardı ki, pivəxana “Əriyən gözəlçənin yanında” adlanardı.
– Gözlə, sənin üçün gözəlçə də olacaq.
Kimsə arxa qapını açdı, kimin açdığını isə Maykl dəqiq bilmədi. Görünməyən əllər onun topuğundan dartdı, Robbo onun bir əlindən, Lyuk isə o birisindən tutdu.
– Ey, siz nə edirsiniz?
– Necə ağırdır, əclaf. – Lyuk donquldandı.
Maykl bütün ağırlığı ilə şappıltıynan yaş torpağın üstünə düşdü. Daxili səsi nahaq yerə ona səhər-səhər xəbərdar etməmişdi ki, sevimli idman gödəkcəsi və bahalı cins şalvar oğlan qonaqlığı üçün heç də yaxşı geyim deyil.
O qədər qaranlıq idi ki, göz gözü görmürdü. İşıq yalnız avtomobilin arxa fənərlərindən və cib fənərindən düşürdü. Yağış güclənmişdi, su axını ağzına, gözlərinə dolurdu. Saçları alnına yapışmışdı.
– Mənim paltarım…
Bu zaman onu əllərindən və ayaqlarından tutub yellədilər və harasa aşağıya çalaya atdılar.
Maykl bir az çaşdı. Qurudur, lakin nə üçünsə ətraf bütünlüklə ağ atlasdır.
– Siz… Siz nə edirsiniz? Ağlınız təmiz çaşıb?
İçkili, istehzalı mimikalı dörd sifət ona tərəf əyildi. Yuxarıdan qarnının üstünə şappıltı ilə bir jurnal atdılar. Maykl təzəcə jurnalın üz qabığındakı kürən gözəlçəni görmüşdü ki, ardınca viski şüşələri, fənər və ratsiya tulladılar.
– Uşaqlar siz neynirsiz? Təmiz…
Kimsə rezin iyi verən çubuğu onun ağzına soxdu. Maykl ağzındakını tüpürməyə macal tapmamış ani cırıltı eşidildi və dostlarının üzü qəfildən yoxa çıxdı. Tam sakitlik oldu. Ağac, təzə parça və yapışqan iyi gəlirdi. Bir saniyəlik isti və rahat oldu amma sonra o təlaşa düşdü.
– Ey, uşaqlar!
Bu vaxt ərzində Robbo vintaçanı çıxartdı, Pit isə fənərlə tabutun qapağını işıqlandırdı.
– Neynirsiz, vintləri bağlayacaqsız? – Lyuk təəccübləndi.
– Əlbəttə, – Pit başı ilə təsdiqlədi.
– Sizcə bu vacibdir?
– Ona heç nə olmaz, – Robbo əmin etdi. – Onun hava almaq üçün çubuğu var.
– Mənə isə elə gəlir ki, vintləri bağlamaq lazım deyil.
– Lazımdır, lazımdır yoxsa çıxa bilər.
– Ey, kişilər! – Maykl qalxdı. Lakin onu artıq heç kim eşitmirdi. Və o da başının üstündəki yüngül cırıltıdan başqa heç nə eşitmirdi.
Robbo həvəslə dörd vintin hamısını bağladı. Əl işi ilə yüksək səviyyədə hind palıdından hazırlanmış bahalı qəbirə tuncdan tutacaqlar düzəltmişdilər. Dostlar tabutu dəfn bürosundan götürmüşdülər. Robbo özü də, sənət sahibi olmaq üçün orada bir neçə cəhd etmişdi, mumiyalayıcının şagirdi olmuşdu. Əla, möhkəm tunc vintlər oduncağa yağ kimi girirdilər. Maykl başını arxaya əydi, demək olar ki, burnu qəbrin qapağına toxunurdu. Onu hər tərəfdən fil sümüyü rəngli ipək əhatə etmişdi. O, ayaqları ilə yeri təpikləməyə çalışdı, lakin yer yox idi. Əlləri ilə itələməyə çalışdı, lakin, yenə nəticə vermədi.
Bir neçə saniyə fikirləşdikdən sonra Maykl birdən harada olduğunu anladı.
– Ey, ey qulaq asın! Məndə klaustrafobiya4 var. Bu gülməli deyil. – Ey! – Vərdiş etmədiyi özünün boğuq səsini eşitdi.
Pit mikroavtobusun qapısını açdı və fənərləri yandırdı. Onlardan iki metr aralıda onların qazdığı qəbir görünürdü. Yanda bir yığın torpaq və əvvəlcədən ehtiyat üçün götürülmüş iplər var idi. Yaxınlıqda əyri-üyrü dəmir parçası və iki kürək atılmışdı.
Dörd dost qəbirə yaxınlaşdılar və baxdılar. Gözlənilmədən özlərini pis hiss etdilər. Onlar qisas planını hazırlayanda olduqca şən idilər, lakin indi məsələ işə çatanda. İndi çala daha dərin, daha qaranlıq görünürdü… O, elə, həqiqətən, oxşayırdı… bəli, bəli, qəbirə oxşayırdı…
Fənərin zəif işığı dərinlikdə oynadı.
– Fikir verin orada su var, – Coş qeyd etdi.
– Nə olsun ki, yağış damcılayıb, – Robbo laqeyd yanaşdı.
Coş üzünü turşutdu:
– Yox bir, yağış damcılayıb. Orada gölməçə var. Yəqin biz yeraltı su mənbəyini zədələmişik.
– Sənin ananı! – Hər zaman hətta işlə bağlı olmasa da, dəbli qısa kəsilmiş saçları, bahalı kostyum, parıldayana qədər təmizlənmiş ayaqqabıları ilə sözsüz səliqəli görünən “BMW” satışı üzrə agent Pit özünü saxlaya bilmədi:
– O, daim özündən əmin idi. Lakin indi bütün lovğalığın, təkəbbürün külək uçurtdu.
– Buna bax! – Robbo çiyinlərini çəkdi. – Cəmi bir neçə dyümdür5
– Biz belə bir çuxuru qazmağı necə bacarmışıq? – Təzə vəkil Lyuk təəccübləndi. O, yenicə evlənmişdi, baxmayaraq ki, gəncliyi ilə vidalaşmaq istəmirdi, artıq başa düşməyə başlamışdı ki, həyat heç də “alma piroqu” deyil.
– Qəbirdən qəbirə fərq var, düzdür? – Robbo donquldandı. – Biz onu müvəqqəti basdırmağı qərarlaşdırdıq, – Coş gözlərini qıydı.
Yağış daha güclü yağırdı.
– Bəs birdən su qalxsa?
– Ey oğlan! – Robbo əsəbiləşdi. – Çalanı biz dünən qazmışıq və iyirmi dörd saat ərzində cəmi bir neçə düym su yığılıb. Həyəcanlanmaq lazım deyil.
Coş fikirli halda başını tərpətdi
– Birdən onu çıxarda bilməsək necə?
– Burda bacarmamalı nə var ki? – Qapağı götürəcəyik və iş bitdi.
– Onda iş başına, – Lyuk əmr verdi.
– O donuzdu, buna layiq idi, – deyərək Pit dostlarını ruhlandırdı. – Lyuk yadındadır o sənin qonaqlığında nə etmişdi?
Lyuk başı ilə təsdiqlədi. O, öz toyqabağı “oğlan qonaqlığını” ömrünün sonuna qədər unutmayacaq. Uzun sürən içki gecəsinin səhəri o Edinburqa gedən qatarın kupesində ayıldı. Nəticədə növbəti gün o öz toyuna düz qırx dəqiqə gecikdi. Hə, Maykl onda məsələni çox uzatmışdı.
Pitin də yada salmalı xatirələri çox idi. Nikah mərasimindən əvvəlki günü Kliftof dərəsində veyillənərək keçirmişdi. Maykl onu əl qandalı ilə asma körpünün barmaqlıqlarına bağlamağı düşünmüşdü, əyninə isə nəzərəçarpacaq ölçüdə şəffaf büzməli tor şalvar geyindirmişdi. Yazıq Pit yanğınsöndürən dəstə onu xilas edənə qədər sallandı.
– Mark isə həmişəki kimi, – Pit güldü. – Alçaq! – özü bizi həvəsləndirirdi, indi isə kolluğa qaçdı.
– Heç yerə gedə bilməz. Bizi növbəti pivəxanada gözləyəcək. O, dayanacağı bilir.
– Eləmi?
– O, mənə zəng vurmuşdu. Artıq yoldadır.
Robbo üz-gözünü turşutdu:
– Lidsdə hava dumanlıdı. Onun reysini təxirə salıblar. Özünə əla yer eləyib.
– Biz, “Şah palıd”ında görüşəcəyik.
– Hiyləgər alçağa bax! – Lyuk başını yellədi. Bütün çirkli işləri həmişə bizə yükləyir.
– Əvəzində şənlikdir, – Pit etiraz etdi.
– Şənliyə bax ha! – Lyuk dişlərini qıcadı. – Meşədə leysan yağışın altında qalmışıq. Şənlikdir? Ay səni zarafatcıl! Qoy bircə gecikməyə cürət eləsin, Mayklı təkbaşına qazıb çıxardacaq. – Dostlar tabutu çiyinlərinə qoydular, səndələyərək qəbirin kənarına gəldilər və ağır şappıltı ilə dartılmış iplərin üzərinə buraxdılar. Qapağın altından boğuq “ay” səsini eşidib, hamısı bir yerdə qəhqəhə çəkdilər. Maykl yumruqları ilə tabutun qapağını döyəclədi.
– Bəsdirin! Eşidirsiz? – Pit cibindən yığcam ratsiyanı çıxartdı.
– Yoxlama məni necə eşidirsən? – Qəbul!
Onun səsi tabutun qapağının altında uzaqdan eşidilirdi.
– Yoxlama! Yoxlama!
– Bəsdirin, gicbəsərlik elədiniz.
– Həyəcanlanma Maykl! – Pit məsləhət verdi. – Həyatdan zövq al.
– Məni burdan buraxın, qoyunlar! Mən qaytarmaq istəyirəm. – Pit qəbuledicini söndürdü və “Babur” firmasının bahalı gödəkcəsinin cibinə qoydu.
– Biz onu necə sallayacağıq?
– İplərlə, – Robbo izah etdi. – Kənarlarından tutun. Pit qəbuledicinin düyməsini şıqqıldatdı.
– Hamısı bərkidilib Maykl! Narahat olma – Ələ salaraq söz atdı və cavab gözləmədən qəbuledici ilə əlaqəni kəsdi.
Dörd nəfərin hamısı güldülər və kəndirlərdən yapışdılar.
– Bir, iki, üç, – Robbo qışqırdı
– Ay səni, ağırlığa bax! – Lyuk kəndiri dartıb özünü düzəldərək deyindi. Astaca təkanlarla əyilərək, sanki vurularaq zədələnmiş gəmi kimi tabutu dərin çalaya salladılar. Tabut çalanın dibinə dəyəndə dostlar qaranlıqda güc-bəla ilə onu sezə bilirdilər. Pit fənərlə aşağını işıqlandıranda, onlar tabutun qapağında açılmış kiçicik deşikdən nəfəs çubuğunu gördülər.
Robbo qəbuledicini ondan aldı.
– Maykl jurnal xoşuna gəldi?
– Yaxşı zarafat etdiniz bəsdir, məni buradan çıxardın.
– Biz striptiz kluba gedirik. Çox təəssüf ki, sən bizimlə olmayacaqsan. – Robbo Mayklın cavabını gözləmədən, əlaqəni kəsdi, kürəyi götürüb çalanı torpaqla doldurmağa başladı. Birinci torpaq yığını tabutun qapağına dəyəndə, Robbo qəhqəhə çəkdi.
Pit ah çəkərək, ikinci kürəyi götürdü və kömək etməyə başladı. Bir neçə saniyə hər ikisi həvəslə işləməyə başladı. Tezliklə torpağın altından tabutun kiçik bir hissəsi görünürdü, tədricən onlar da itdi. İki dost yorulmadan işləyirdilər – spirtli içki onlara güc verirdi. Tezliklə onlar qəbiri tam iki futluq doldurdular. – Odur ki, hava çubuğunun ucu güclə torpağın altından görünür-dü.
– Qulaq asın bəsdir! – Lyuk narahat oldu. Axı biz onu iki saatdan sonra hələ qazıb çıxartmalıyıq da. İndi qəbri nə qədər çox doldursanız, sonra o qədər də çətin olacaq.
– Axı o elə bil ki, qəbirdədi! – Robbo at kimi kişnədi. – Biz isə qəbirqazanıq və qəbiri torpaqla doldururuq.
Lyuk kürəyi onun əlindən aldı.
–Yetər! – O, qətiyyətlə bildirdi – Mən bütün gecəni içmək istəyirəm, palçığın içində eşələnmək istəmirəm. Aydındır?
Robbo başını tərpətdi. O heç vaxt dostlarına qarşı çıxmırdı. Tərdən islanmış Pit kürəyi tulladı.
– Elə bilməyin ki, mən bu işlə çörəkpulu qazanmağı qərarlaşdırmışam, – O donquldandı. Əzilmiş dəmir təbəqə ilə qəbirin üzərini örtən dostlar bir neçə saniyə sakit dayanıb, yağış damcılarının metal üzərində döyəcləməsinə qulaq asdılar.
– Yaxşı, nəhayət ki, – Pit dedi, – tərpənirik burdan.
Lyuk əllərini cibinə saldı.
– Bəlkə lazım deyil? – Qərarsızlıqla soruşdu.
Biz ki onu necə lazımdır cəzalandırmağa qərar vermişik.–Robbo yada saldı.
– Birdən, məsələn, o bu qutunun içində boğuldu?
– Ona heç nə olan deyil, o qədər də çox içməyib. – Coş əlini yellədi. – Yaxşı getdik.
Coş avtomobilin kuzovuna qalxdı, Lyuk qapını bağladı. Pit, Lyuk və Robbo mühərriki yandırdı və mikroavtobus meşə yolu ilə silkələnə-silkələnə getməyə başladı. Tezliklə o, sağa döndü, onlar düz yola çıxdılar.
Robbo ratsiyanı yandırdı.
– İşlər necədir, Maykl?
– Uşaqlar bəsdirin! Sizin zarafatınız mənim qətiyyən xoşuma gəlmir.
– Doğrudan? – Robbo rişxəndlə güldü. – Bizim isə əksinə çox xoşumuza gəlir.
Lyuk onun əlindən ratsiyanı aldı
– Maykl, sən indi başa düşürsən ki, “borc qaytarılanda yandırır?”
Dördü də birdən qəhqəhə çəkdi. Ratsiyanı Coş götürdü:
– Salam Maykl, dostum! Biz əla kluba gedirik, orada başgicəlləndirici çılpaq qızlar rəqs edir. Təsəvvür edirəm, indi necə dəli olursan. Təəssüf, belə şeyi qaçırmaq olar…?!
Mayklın boğuq səsi eşidildi.
– Yaxşı kişilər! – Mənə elə indi də hər şey murdar görünür.
Robbo avtomobilin şüşəsindən yolun bir hissəsinin qazıldığını gördü. Görünür, orada təmir işləri gedirdi.
Ancaq işıqforda yaşıl işıq yanmışdı və o sürəti artırdı. Ötüb keçərik.
Lyuk Coşun çiyni üstündən qışqırdı:
– Maykl, fikir eləmə! Bir neçə saatdan sonra biz sənin dalınca qayıdacağıq!
– Bir neçə saat nə deməkdi? Mən o vaxta qədər ölərəm!
Bu anda yaşıl işıq qırmızıya dəyişdi. Əyləci basmağa vaxt olmadı. Robbo sürəti artırdı və ötüb keçdi.
– Verin bura görüm! – Bir əli ilə sükanı fırladaraq, digər əli ilə ratsiyanı aldı. Bir saniyəlik gözlərini aşağı dikərək “çağırış” düyməsini axtardı – Qulaq as, Maykl..
– Robbo! – Coş əsəblə çığırdı
Qarşıda parlaq işıq – kiminsə faraları düz onların üstünə düşürdü. Gözqamaşdırıcı işıq… Siqnal səsi – zəif, güclü, şiddətli…
– Robboooo! – Lyuk zingildədi.
Robbo həyəcan içində ratsiyanı əlindən saldı, var gücü ilə əyləci sona qədər sıxdı, avtomobil o anda sükana tabe olmadı. Robbo ümidsizliklə ətrafa baxıb avtomobili döndərməyə yer axtardı. Sağda ağaclar, solda “JCB”yol təmir edən maşın, qarşıda isə, nəhəng kometin quyruğu kimi yağış örtüyünün altından üzüb gələn nəhəng parlaq dairələr…
2
Mayklın başı hərlənirdi. O, qışqırıq, sonra küt zərbə eşitdi – elə bil kimsə ratsiyanı əlindən saldı. Və səssizlik.
O, çağırış düyməsini basdı
– Alo!
Ona cavab yalnız gurultu oldu.
– Alo, uşaqlar, hardasız?
Sakitlik. O dəqiqə ötürücüyə baxdı. Görkəmcə möhkəm, etibarlı plastik qabda bir tərəfi qısa, digər tərəfi isə bir az uzun antenası olan təchizat cədvəlində ”Motorolla” loqotipi olan əşya. Söndürmə düyməsi, səs ucaldıcı düymə, kanalların dəyişdirilməsi və xırdaca sayrışan yaşıl nöqtə. Ratsiyanın üzərindəki lənətə gəlmiş ağ ipək isə lap yaxınlıqda idi. Maykl fəryadını zorla saxladı. Ürəyi dəlicəsinə döyünürdü. Ayaqyoluna istəyirdi. Dəhşətli dərəcədə istəyirdi… Artıq gözləməyə halı yox idi.
– Lənət şeytana axı o hardadı? Coş, Pit, Lyuk və Robbo hara yoxa çıxdılar? Yəqin indi ətrafda durub qəhqəhə ilə gülürlər. Yoxsa bu gicbəsərlər, həqiqətən də, kluba sivişiblər.
İçkinin təsiri yenə də Mayklın beyninə vurdu və elə bil biraz yüngülləşdi.
Hər şey elə bil dumana büründü, göz qapaqları ağırlaşdı, sonra isə gözlərini yumaraq ləzzətli yuxuya qərq oldu. Maykl özünə gələndə gözünün önündə uzaqdan görünən ağ ləkə oynayırdı. İpək. Gözlənilmədən ürəkbulanma başladı – sanki kimsə onu yuxarı qaldırdı və yenidən aşağıya saldı. Yenə yuxarı. Yenə aşağı. O, ağzının suyunu uddu və yenidən gözlərini qıydı. Ona elə gəlirdi ki, tabut üzür, yellənərək, o yan, bu yana aşaraq. O üzür. Sanki böyük bir beşikdədir. Gözləri yumuldu, Maykl daş kimi dərin yuxuya qərq oldu.
3
Roy Qreys tıxacda dayanmışdı. Yağış köhnə “Alfa-Romeo” avtomobilinin damına vururdu, barmaqlarını əsəbi halda sükanın üstündə döyəcləyirdi. Qulağının ucu ilə Daydokun diskinə qulaq asırdı. Qətiyyən kefi yox idi. Daha dəqiqi, bərbad demək olardı. Sabah o məhkəmədə olmalıdır. Orada isə xoşagəlməz hallardan qaçmaq mümkün deyil. Qreys “Ebuak” mineral suyundan bir qurtum içdi, qapağını bağladı və şüşəni qapıdakı xüsusi yerə qoydu.
– Hə, niyə durmusuz tərpənin! – O, əvvəlkindən də bərk sükanı döyəcləyərək, qarşıdakı avtomobilləri tələsdirdi. O, artıq qırx dəqiqə idi ki, görüşə gecikirdi, halbuki, gecikməyi sevmirdi. Çünki, hörmətsizlik əlaməti hesab edirdi.
Gecikən adam sanki deyir: “Mənim vaxtım səninkindən daha dəyərlidir, odur ki, gözləyə bilərsən”. Əgər o otaqdan bir dəqiqə tez çıxsaydı, hər yerə çatdıra bilərdi. Zəngi kimsə başqası qəbul edərdi, bax elə o adamı da Braytonda, zərgərlik dükanını qarət edən, iynələnmiş iki gicbəsəri yoxlamağa göndərərdilər. Sizə polis işinin bir narahatlığını deyim: əclaflar oğurluq etmək, öldürmək və soyğunçuluq etmək üçün vaxt seçmirlər. Ancaq iş vaxtı cinayət törətsəydilər, nə olardı ki? Qreys başa düşürdü ki, bu gün ona heç yerə getmək lazım deyildi. Evdə qalıb sabahı gün üçün hazırlaşmaq olardı. O bir az da su içdi. Boğazı qurumuşdu, dodaqları yanırdı. Qarnında sanki qurğuşun qanadlı kəpənəklər var idi. Son bir neçə il ərzində dostları dəfələrlə onu yola gətirməyə çalışırdılar ki, görüşə kor-koranə şəkildə getsin. Hər dəfə də, əsəb tuluğuna çevrilirdi. Bu gün isə hər şey həmişəkindən daha pis idi: duş qəbul etməyə və əynini dəyişməyə vaxt qalmamışdı, narahat idi ki, abırlı görünmür. Dünən o hər şeyi dəqiqliklə düşünmüşdü. Bu gün isə hansısa iki axmağa görə planları alt-üst oldu. Onlardan birində qırma tüfəngi olub və növbədən qayıdan patrulu vurub. Patrul dükana çox yaxın gəlib, amma xoşbəxtlikdən çox dərin olmayıb. Roy tüfəngdən açılan 12 kalibrlik atəşin nəticəsini görüb. Yaxın məsafədən onunla əl və yaxud qolu atəşlə vurub qopartmaq olar, sinədə isə, futbol topu ölçüsündə deşik açmaq olar. O, yaralı polis Bill Qrini yaxşı tanıyırdı. Onlar bir neçə dəfə eyni komandada reqbi oynamışdılar. Güllə Qrinə 30 yard6 uzaqdan dəymişdi. Bu məsafədən qırma ilə, qırqovul və ya dovşanı öldürmək olar. Sağlam bədənli reqbi ustasını, hələ üstəlik qoruma rolunu oynayan dəri gödəkcə geyinmiş birini isə sadəcə yaralaya bilər. Bill Qrin yetərincə canını yaxşı qurtarmışdı, lakin bir neçə qırma onun üzünə, biri isə sol gözünə dəymişdi. Qreys hadisə yerinə çatanda artıq alçaqları həbs etmişdilər. Onların minib aradan çıxmaq istədikləri cip idarəetməni itirmişdi və yoldan çıxmışdı. Silahlı oğurluqdan başqa, Roy insan həyatına sui-qəsd günahını da onların boynuna qoymaq istəyirdi. Onu Böyük Britaniyada cinayətkarların silahla gəzməsi, buna görə də polislərin tabel silahı gəzdirməyə məcbur qalması gündən-günə daha çox hövsələdən çıxarırıdı. İndi isə bir neçə şəhərdə polislər top lüləsi ilə gəzirdilər. Qreys xasiyyətcə qisascıl deyildi, ancaq belə hesab edirdi ki, hər bir qanun keşikçisinə və ya günahsız insana güllə atanı asmaq lazımdır.
Tıxac heç cürə açılmırdı. Cihaz lövhəsindəki saata baxdı, yağışa, yenə də saata, sonra qarşıda dayanan avtomobilin yanan qırmızı arxa işıqlarına baxdı. Hansısa axmaq dumana qarşı fənərləri yandırmışdı. Roy qol saatına baxdı ki, bəlkə avtomobilin saatı irəlidir. Onlar düz işləyirdi. On dəqiqə keçdi, avtomobillər isə bir dyüm də yerindən tərpənməmişdi. Qarşıya bir dənə də olsun avtomobil keçməmişdi.
Qəfildən Qreys həyəcan siqnalı eşitdi. Arxa şüşədə, sonra isə yan şüşələrdə göy qığılcımlar sayrışdı, yaxınlıqdan gurultu ilə patrul avtomobilləri keçdi. Onun arxasınca “Təcili yardım”. Daha bir yüksək sürətli patrul avtomobili, onun arxasınca isə iki yanğınsöndürən.
Lənət sənə kor şeytan! Bir neçə gün əvvəl Qreys burdan keçəndə, şossenin bu hissəsində yol işləri gedirdi və əvvəlcə o elə fikirləşdi ki, bu gün də nəqliyyat axını bu səbəbdən dayanıb. Lakin indi Roy anladı ki, görünür hardasa irəlidə yol nəqliyyat hadisəsi baş verib. Əgər ora yanğınsöndürənlər gedirsə, deməli, vəziyyət pisdir. Daha bir yanğınsöndürən maşın, arxasınca isə bütün gücü ilə həyəcan siqnalını və işıqlarını yandırmış təcili yardım keçdi. Sonra isə xilasetmə xidmətinin maşını keçdi. Qreys yenidən saata baxdı. Ona iyirmi dəqiqə işləyir. O, qızın dalınca Tanbric Uelsə qırx beş dəqiqə əvvəl getməli idi, ora isə iyirmi dəqiqəlik yol var.
Terri Miller Qreysin şöbəsindən olan yenicə boşanmış müvəkkil, özünün məhəbbət macəralarını danışıb öyünməkdən yorulmurdu. O, inandırırdı ki, internetdə ürəyin istəyən qədər tanışlıq saytları var. Qreysi tez-tez ora baxmaq üçün həvəsləndirirdi. Roy təkidlə boyun qaçırırdı, sonra isə onun elektron adresinə müxtəlif qadınlardan məktublar gəlməyə başladı. O, biləndə ki, Terri Miller onun icazəsi omadan “kor-koranə görüş” saytına Royun adından məktub göndərib, sözün əsl mənasında özündən çıxdı. O, axır ki, səbəbini bilmədən məktublardan birinə cavab verdi. Tənhalıqdanmı? Ehtirasdanmı? Demək çətindir. Son səkkiz ildə Roy sabah haqqında düşünməməyə vərdiş edib. O, hərdən unutmağa çalışırdı, hərdən isə, günahkarlıqla əziyyət çəkirdi ki, çox nadir hallarda gələcəyi yadına salır.
Sendi!
Qreys qəfildən görüşə getdiyinə görə özünü günahkar hiss etdi.
Xanım çox qəşəng görünürdü. Ən azından şəkildə belə idi. Adını da bəyənmişdi – Klodin. Fransızsayağı, nəsə ekzotik bir ad idi. Şəkildə bir görkəmi var idi… Kəhrəba rəngli saçları, diribaş xoşagəlimli üzü, əyninə kip oturan köynəyinin altından nəzərə çarpan orta ölçülü sinəsi… Qız çarpayının kənarında əyləşmişdi. Əynində qəsdən yuxarı çəkilmiş qısa ətək var idi. Yuxarı hissəsi qıyqacı corablar geyindiyini göstərmək istəyirdi, onların altında isə, bəlkə də heç nə yox idi.
Onlar cəmi bir dəfə telefonla danışmışdılar və belə demək mümkünsə, Klodin Royu yoldan çıxartmağa çalışırdı. Yanındakı sərnişin oturacağında benzindoldurma məntəqəsindəki dükandan alınmış gül dəstəsi qoyulmuşdu.
Qırmızı qızılgüllər – hə, müasir deyil, ancaq Roy Qreys köhnə dəbli romantikadan uzaq deyildi. Uşaqlar düz deyirlər, ona, həqiqətən, silkələnmək lazımdır. Keçən səkkiz il doqquz ay ərzində onun neçə qadınla görüşdüyünü barmaqla saymaq olar. O, sadəcə düşünə bimirdi ki, onların içərisində birdən ikinci ideal ola bilər. Onlardan hansısa Sendi ilə müqayisə oluna bilər.
Bəlkə, bu gün hər şey dəyişəcək? Klodin Lamart. Əla ad, əla səs! Bu zəhrimara qalmış duman üçün fənərləri söndür artıq.
O, çiçəklərin şirin ətrini içinə çəkdi. Ümid edirəm ki, məndən də pis ətir gəlmir. “Alfa”nın cihaz lövhəsinin işığı və qarşıdakı avtomobilin arxa fənərlərinin işığının köməyi ilə o, güzgüdə özünə baxdı. Maraqlıdır, sən orada nə görmək istəyirsən? Ona kədərin özü baxırdı. Çoxdan getməlisən.
O, yenidən su içdi. Cəmi iki aydan sonra onun otuz doqquz yaşı tamam olacaqdı. Daha bir tarix–yenə də iki aydan sonra 26 iyul Sendinin getdiyinin 9 ili tamam olacaq. Onun otuzuncu doğum günündə kağız belə qoymadan yoxa çıxdı, buxarlandı, qeyb oldu. Qadın əl çantasından başqa onun bütün əşyaları hələ də dolabdadır.
Qanuna əsasən xəbərsiz yoxa çıxan şəxs yeddi ildən sonra ölmüş hesab olunur. Royun Xaspisdə xərçəngdən dünyasını dəyişən anası da, bacısı da, dostları da bir nəfər kimi ona da belə etməyi təkid edirdilər.
Lakin, faydasız idi! Coş Lennon bir dəfə demışdi: –“Həyat, sən bir şey planlaşdırdığın zaman, sənin başına gələn tamamilə başqa bir şeydir”. Lənət şeytana, düz qeyd olunub. Qreys həmişə hesab edirdi ki, otuz altı yaşı tamam olanda, onların Sendi ilə övladları dünyaya gələcək. O üç uşağı olacağını hesab edirdi – iki oğlan və bir qız. İstirahət günləri onlarla necə məşğul olacağını təsəvvür edirdi.
Ailə şənlikləri təşkil etmək, çimərliyə getmək. Bütün günü luna parkda uşaqların dalınca sürünmək. Futbol oynamaq. Sınmış oyuncaqları təmir etmək. Axşamlar dərsləri hazırlamağa kömək etmək. Onları yuyundurmaq. Bir sözlə, öz valideynləri ilə yaşadığı kimi rahat və xoş yaşamaq. Ancaq indi bu həyatdır? O, yuxuda belə rahatlıq nə olduğunu bilmir. O yaşayır ya ölüb? Səkkiz il doqquz ay. O, Sendi haqqında nə isə öyrənməyə çalışırdı, lakin indi başlanğıcda olduğu kimi tərpənmirdi. İşi nəzərə almasaq Royun həyatı boş idi. O, təzə tanışlıqları ya istəmirdi, ya da başlaya bilmirdi. Hansı görüşə getsə uğursuzluqla nəticələnirdi. Zamanla adama elə gəlirdi ki, Qreysin həyatında yeganə daimi yol yoldaşı onun Marlan adlı qızıl balığıdır. Onu doqquz il əvvəl yarmarkada tir atışında qazanmışdı. Bir neçə dəfə Roy başqa balıqlar da alırdı ki, Marlon tək qalmasın, ancaq o, qaraqabaq idi və xeyirxah məxluq olmadığı üçün hər dəfə onları parçalayırdı. Roy hesab edirdi ki, elə bu xüsusiyyətlərinə görə də onlar bir-birinin xoşuna gəlirlər. Çəkmənin iki tayı kimi.
Hərdən, Qreys polis olduğu üçün təəssüflənirdi. O, indi daha az vaxt və güc tələb edən başqa bir işlə məşğul olmaq istəyərdi. Xoş işdir. Saat beşdə işdən çıxırsan, pivəxanaya gedirsən, sonra evə addımlayırsan, ayaqlarını stolun üstünə qoyub televizora baxırsan. Adi həyat tərzi – sadə və heç nə ilə maraqlanmayan. Ancaq o özü ilə bacarmırdı. Görünür, ona atasının genindən narahatçılıq keçib, həqiqəti aşkara çıxarmaq üçün sonuna qədər gedirdi. Elə bu vəziyyətə görə də Qreys işdə çox tez irəliyə getdi və cinayət polisində superintendent oldu. Lakin bu genlər ürək rahatlığını artırmırdı.
Qəmgin sima yenə güzgüdən ona baxdı. Qreys üzünü turşutdu. Lələk kimi yüngül qısa kəsilmiş saçlar, hələ o vaxtlar patrul olan zaman sınmış, əyilmiş burnu, onu köhnə boksçuya bənzədirdi.
İlk görüşdə Sendi ona demişdi ki, gözləri Pol Nyumenin gözləri kimidir. Onda xoşuna gələn çox şey kimi müqayisə də onun çox xoşuna gəlmişdi. Əsas o idi ki, Sendi sözsüz onu bütünlüklə, başdan ayağa qədər sevirdi.
Roy Qreys bilirdi ki, xarici görünüşü yetərincə cazibəli deyil. Boyu 5 fut, 10 dyüm polis üçün minimal ölçüdən cəmi iki dyüm çox idi. Ancaq baxmayaraq ki, o içkini sevirdi, siqaret çəkməmək üçün uğursuz mübarizə aparırdı, idman zalındakı həvəsli məşqləri nəticəsində əzələlərini şişirtmişdi, özünü daim formada saxlayırdı. Roy həftədə iyirmi mil qaçırdı və indiyə qədər hərdən reqbi oynayırdı, adətən yan hücumçu olurdu.
9:20…
Görüm bunların hamısını yoxa çıxsınlar!!!
Qreys bu gün gec yatmaq istəmirdi. Ona yuxusuz qalmaq olmazdı. O buna imkan verməzdi. Sabah məhkəməyə getməlidir və orada ən yaxşı görkəmdə olmaq lazımdır. Onu gözləyən çarpaz sorğu-sual yadına düşən kimi Royun qanı qaraldı. Gözlənilmədən hər yer işıqlandı, yolun üstündən vertolyot keçdi. Bir saniyədən sonra projektorun işığı irəliyə düşdü və Qreys gördü ki, vertolyot aşağı enir.
Cib telefonunu çıxardaraq nömrə yığdı. O an da cavab verdilər.
– Salam, danışan superintendent Qreysdir. Mən A-26 cənub Kroubor şosesində tıxacda qalmışam. Deyəsən, qarşıda yol nəqliyyat hadisəsi baş verib. Bilmirsiz orada nə olub? Onu baş qərargahla calaşdırdılar.
– Salam superintendent – Kişi səsi eşidildi. Orada məsələ ciddidir. Xəbərlərə əsasən, tələfat var. Yol hələ bir müddət bağlı olacaq. Yaxşısı budur, siz geri dönün və başqa çıxış axtarın. – Roy Qreys təşəkkür etdi və əlaqəni kəsdi. Sonra köynəyinin döş cibindən peyceri çıxartdı, Klodinin nömrəsini tapdı və məktub göndərdi. Cavab o dəqiqə gəldi. Narahat olmamasını, nə vaxt bacarsa onda gəlməsini yazırdı. Bu cavaba görə, qız Royun daha çox xoşuna gəldi. O, bir müddət sabahkı günü unutdu.
4
Belə səyahətlər çox olmurdu, ancaq hər dəfə olanda Devi sevinirdi. O, atasının yanında sərnişin oturacağında ehtiyat kəmərini bağlayaraq əyləşmişdi, polis mühafizə dəstəsi isə qarşıdan gələn xətt ilə şütüyürdü. Mayak yanıb-sönür, sirena vıyıldayırdı və bir qayda olaraq adi avtomobilləri ötüb keçirdilər. Hə, bu amerikan təpələrindən sürüşməkdən daha sürətli idi, hətta atasının apardığı Oltontouers parkındakı yelləncəklərdən də möhkəm gedirdilər, hansı ki, bu yelləncəklər ən sürətlilər hesab olunurdu.
Devi özünü saxlaya bilməyib “A-ya –yehu!”– deyə qışqırdı. O amerikan polislərin seriallarının güclü həvəskarı idi. Tez-tez Amerika, hərdən Nyu-york, hərdən Missuri, hərdən Florida, ən çox Los-Anceles ləhcəsində danışırdı.
Fil Uiler sükanı fırladan yekəqarın, qəhvəyi iş şalvarı və köhnəlmiş çəkmə, dairəvi qara papaq qoymuş kişi oğluna gülümsədi. Bir neçə il əvvəl, Devi ilə bağlı çətinliklərə dözməyən arvadı qaçmışdı. Axırıncı on yeddi ildə oğlanı atası tərbiyə etmişdi.
Ağır aqreqatın7 yanından ötərkən patrul avtomobili sürəti azaltdı. Onların yük maşının hər iki yanını, damı kəhrəba rəngli stroboskoplarla8 “Uilerin emalatxanası. Texniki yardım. “Avtotəmir işləri” yazıları bəzəyirdi. Qarşıda şüşələrdən fənərlərin şüası və projektorlardan düşən işıqda “Ford Tranzit”in sement aparan qurğunun qarşı banperinə yapışması, sonra isə kola bankası kimi əzilmiş mikroavtobusun özü göründü. Mikroavtobus yanı üstə uçmuş hasarın üstündə qalmışdı.
Göy rəngli zəif işığın şüaları altında yaş beton və yağışdan parıldayan yaşıl ot aydın görünürdü. Yanğınsöndürən və patrul avtomobilləri, təcili yardım maşını, hələ də hadisə yerində dayanmışdılar, ətrafda əsasən işıqəksetdirən jilet geyinmiş yanğınsöndürənlər və polislər gəzirdilər. Patrullardan biri yoldan şüşə qırıqlarını süpürürdü.
– İşıq yanıb-söndü – Hadisə yerində fotoqraf-polis işləyirdi. Yol müfəttişliyinin iki nəfər nümayəndəsi ölçü lenti ilə ölçmələr aparırdılar.
Hər tərəfdə metal parçaları və sınmış şüşələr var idi. Fil Uiler qayka açarı, idman ayaqqabıları, xalça və gödəkçəni görmüşdü.
– Cəfəngiyyata oxşayır ata, – Devi Missuri ləhcəsi ilə dedi:
– İşlər qəlizdi
Fil Uiler işlədiyi illər ərzində sərtləşmişdi və onu artıq heç nə dəhşətə gətirmirdi. O müxtəlif hadisələrlə üzləşmişdi – yolda isə hər şey baş verə bilər.
Parlaq xatirələrdən biri “Ferrari”də sıxılmış, kostyumlu, köynəkli, qalstuklu və başsız olan iş adamı idi.
Yenicə iyirmi altı yaşı tamam olmuş Devinin başında, günlüyü arxaya qatlanmış “Nyu york yankiz” firmasının beyzbol papağı, əynində isə, yuxarısı xovlu parçadan gödəkcə, damalı köynək, cins şalvar və kobud çəkmələr var idi. Devi televizordakı amerikalılar kimi geyinməyi sevirdi. Əqli inkişafa görə oğlanın altı yaşı var idi və bunu artıq dəyişmək mümkün deyildi. Əvəzində isə, gücü sanki insan gücü, qüvvəti deyildi və hərdən bu çətin çağırışlarda kömək edirdi. Devi yalın əlləri ilə qalın metal parçalarını əyməyi bacarırdı, bir dəfə isə motosikletin üstünə çıxmış avtomobilin qarşı bamperini təkbaşına qaldırmışdı.
– Hə, həqiqətən, işlər qəlizdi, – Devi razılaşdı. – Necə bilirsən ata ölənlər var?
– Ümid edirəm ki, yoxdur, oğul.
– Ancaq ola bilər hə?
Yol polisinin furajka və sarı fluossensiyalı jilet geyinmiş işçisi sürücünün qapısına yaxınlaşdı. Şüşəni endirən Fill zabiti tanıdı.
– Axşamın xeyir Brayn, deyəsən, həmin soyuqdur yenə?
– Yük avtomobilinin dalınca kran gəlir. Sən mikroavtobusla məşğul ola bilərsən.
– Problem yoxdur. Nə hadisə baş verib?
– Toqquşma. Ford tranzit və yük avtomobili. Forddan qalan hər şeyi yığışdırmaq lazımdır.
– Edərik.
Fil polislə söhbət edənə qədər, Devi fənəri götürdü, kabindən çıxdı və ətrafı işıqlandırdı. Yolda mazut və köpük ləkələri qaralırdı. Sonra o, maraqla təcili yardım maşınına baxdı. Pərdəli pəncərələrin arxasında işıq yanırdı. Maraqlıdır, görəsən, indi orada nə baş verir?
Tranzitin bütün qırıntılarını yığıb, öz yük maşınlarının platformasına yükləyənə qədər iki saat keçdi. Atası və Brayan adlı polis kənara çəkildilər. Fil hər havada yanan alışqanını çıxardı və siqaretini yandırdı. Alışqan hətta tufanda da sönmürdü. Devi sürətlə dönərək, onlara yaxınlaşdı və “Zippo” markalı alışqanda eşmə papirosunu yandırdı. “Təcili yardım” və demək olar ki, bütün digər avtomobillər getmişdilər, iri kran isə, sürücü tərəfdən o qabağı qabarmış və əzilmiş sementdaşıyan qurğunu qaldırırdı.
Yağış zəifləmişdi və buludlardakı dəliklərdən solğun ay baxırdı. Devidin atası Brayan ilə balıq ovundan danışırdılar – indi hansı yem ilə çəki balığını daha yaxşı tutmaq olar? Devi darıxdı: ayaqyoluna istəyirdi, tələsmədən yavaş-yavaş eşmə papirosunu çəkərək və göydə yarasaların olub-olmadığına baxaraq, asta-asta irəli addımladı. Devi yarasaları, adi siçanları, çöl siçanlarını və ümumiyyətlə heyvanları çox sevirdi. O, məktəbə gedərkən, heyvanlar insanlardan fərqli olaraq onu ələ salmırdılar.. İş bitən zaman, porsuq yuvasına gedib balaca heyvanların ay işığı altında necə oynadığına baxırdı. Yolunu fənərlə işıqlandıraraq Devi kolluğa girdi, cins şalvarın düyməsini açdı və gicitkənliyi islatdı. İşini bitirməyə macal tapmamış, qəflətən aşağıdan səs eşitdi. Oğlan az qala qışqıracaqdı.
– Ey, allo!
– Metal, cansız səs.
Devi tullandı.
Səs yenə gəldi:
– Alo!
– Oy, – Devi fənərlə kolluğu işıqlandırdı, lakin yenə də heç kimi görmədi. Cavabında qışqırdı: – Alo!
– Alo! – Səs cavab verdi.
– Ey, Alo, Coş, Lyuk! Pit! Robbo!
Devi solu, sağı, qarşısını işıqlandırdı. Xışıltı eşitdi, bir anlıq fənərin şüası görünüb itən dovşan quyruğuna düşdü – Alo? Kimdir?
Səssizlik… Titrəyiş… Xışıltı… Sonra bir neçə fut sağda yenidən:
– Alo, alo, alo.
Kolun altından nə isə ağardı. Devi dizləri üstündə oturdu və antenalı ratsiyanı gördü. Diqqətlə baxdıqdan sonra o, həyəcanla anladı, onun qarşısında uoki-toki yəni, əl ratsiyasıdır.
Devi fənərin şüasını ona doğru yönəltdi və bir müddət sadəcə baxdı. Nə isə qorxulu idi. Nəhayət, onu əlinə aldı. Soyuq və yaş ratsiya gözlənilməz ağır oldu. Böyük yaşıl düymənin altında “çağırış” yazısını gördü.
Düyməni basaraq, Devi dedi: – Alo.
– Kimdir?– Ratsiya o saat cavab verdi.
– Devi – Uzaqdan digər səs cavab verdi.
– Ata, gəlirəm! – O, qışqıraraq, cavab verdi.
Oğlan yola çıxaraq yenidən yaşıl düyməni basdı və dedi.
– Mən Deviyəm. Sən kimsən?
Yenidən atası:
– Deevi!
Həyəcana düşən Devi ratsiyanı əlindən saldı və o boğuq səsli tıqqıltı ilə yerə düşdü. Korpus tərpəndi və batareyalar yola töküldü.
– Gəlirəm, gəlirəm! – O, tələsik qışqırdı, dizləri üstə endi uoki-tokini götürdü və gödəkcəsinin cibinə basdı. Sonra batareyaları götürdü və digər cibinə qoydu. – Gəlirəm ata! Ayaqyoluna getmişdim! – Əli ilə şişmiş cibini göstərərək, Devi yük maşınının yanına getdi.
5
Maykl mikrofonu açdı.
– Devi!
Səssizlik
O, yenidən düyməni basdı.
– Devi! Alo! Devi!
Səssizlik və ağ ipək… Yuxarıdan aşağıya qədər ölü səssizlik. O, daxildən qalxırdı və hər tərəfdən sıxırdı. Maykl əllərini tərpətmək istədi, lakin onları yana aça bilmədi-tabutun divarları mane olurdu. O, ayaqları ilə təpiklədi, amma eyni dərəcədə möhkəm olan qəbir divarlarına dəydi. Uoki-tokini sinəsinin üstünə qoyaraq yüngülcə başını qaldırdı və ağ ipəyə bürünmüş qəbrinin qapağına vurdu: bu alnın betona dəyməsi ilə eyni hal idi. Maykl mümkün qədər yuxarı qalxaraq, bayırdan tərpənən qırmızı rezin borunu tutdu, gözünün birini qıyaraq baxdı, lakin heç nə görmədi. Borunu əli ilə tutaraq onu dodaqlarına yaxınlaşdırdı və fit çalmağa cəhd etdi. Lakin fit səsi yazıq və güclə eşidilər oldu. Maykl arxaya söykəndi. Başının ənsə hissəsi bərk dəydi. Yenidən dəhşətli dərəcədə ayaqyoluna istədi. O “çağırış” düyməsini basdı.
– Devi, Devi, mən ayaqyoluna getməliyəm! Devi!
Cavab səssizlik
Yaxtalarda üzdüyü illər ərzində Maykl ratsiyalardan istifadə qaydasını pis öyrənməmişdi. Belə qərara gəldi ki, digər kanala qoşulmaq lazımdır və uyğun gələn düyməyə toxundu. O tərpənmədi. Maykl onun üzərinə daha güclü basdı… təəssüf, nəticə dəyişmədi. O anda o, vəziyyəti anladı, kanalı dəyişən düymə yapışqanla doldurulmuşdu. Deməli, başqa kanala məsələn, on altıncı Beynəlxalq xilasetmə kanalına keçmək mümkün olmayacaq.
– Ey, yaramazlar, alçaqlar, heyvanlar! Cavab verin! Artıq sona gəlmişəm! – Hərəkət etməyin ümidsizliyindən yaranan ümidsiz cəhdlə Maykl ratsiyanı qulağına yaxınlaşdırdı və qulaq asdı. Heç nə. O ratsiyanı sinəsinin üstünə qoydu, yavaş-yavaş çox böyük çətinliklə sağ əlini bədəni boyunca uzadaraq, dəri gödəkcənin cibindəki, Eşlinin hədiyyəsi olan sukeçirməyən korpuslu cib telefonuna toxundu. Xüsusi olaraq, dəniz gəzintiləri üçün idi. Cib telefonlarından fərqləndiyinə görə Maykl onu sevirdi. Düyməni basdı və displey işıqlandı. Ümid parıldadı və o an da söndü, siqnal yoxdur.
– Zibil!
Telefon qeyd kitabçasında öz şəriki Markın nömrəsini axtardı.
– Mark Mob.
Baxmayaraq ki, siqnal yox idi, Maykl çağırış düyməsini basdı. Eybi yox. Getdikcə artan həyəcan hissinə fikir verməməyə çalışaraq o, sıra ilə Robu, Pitin, Lyuk və Coşun nömrələrini yığmağa çalışdı. Sonra yenidən uoki-tokini götürdü.
– Kişilər! Siz məni eşidirsiz? Sizin ananızı! Bilirəm ki, məni eşidirsiz.
Sakitlik.
Onun “Erikson” cib telefonunda saat 23:14 idi.
Axırıncı dəfə nə vaxt saata baxıb? İki dolu saat keçib.
Maykl gözlərini yumaraq fikrə getdi, nə baş verdiyini anlamağa çalışırdı. Fənərin parlaq, demək olar ki, güclə ayırd edilə biləcək işığında ətraf tutqun görünürdü. Maykl jurnalı yuxarıya doğru qaldırdı, parlaq döşlər gözlərini örtənə qədər oyan-buyana fırlatdı. Onlar o qədər yaxın idi ki, Mayklın gözləri qarşısında yayılırdılar.
– Necə alçaqdılar! – O, yenidən ratsiyanı götürüb çağırış düyməsini basdı.
– Bəsdir, bəsdir daha, şənləndiyiniz yetər! Buraxın məni buraxın. Xoşluqla deyirəm!
Sakitlik.
– Maraqlıdır, görəsən, bu Devi kimdir?
Boğazı qurudu. Bir qurtum su olsaydı! Başı hərlənirdi. O, evə, yatağa, Eşlinin yanına getmək istəyirdi. Onlar indi onun arxasınca gələcəklər, bir neçə dəqiqədən sonra. Sadəcə gözləmək lazımdır. Sabah isə onların cavabını verəcək.
Əvvəl hiss etdiyi ürəkbulanma qayıtdı. Maykl üzünü turşutdu. Gözləri önündə hər şey hərlənirdi və üzürdü. O, yenə də yuxuya getdi.
6
Uçuş necə pis keçmişdisə, eləcə də başa çatdı. Şassinin9 təkərləri uçuş-enmə zolağının betonu ilə elə güclü toxundu ki, təyyarə titrədi. Mark Uorren çətinliklə nəfəs aldı. O, yorulmuşdu, oturacaq basılıb əyilmişdi, təhlükəsizlik kəməri qarnına batmışdı, mədəsi duzlu xörəkdən yanırdı. Yeməkdən imtina etmədiyinə görə peşman olmuşdu. Axırıncı dəfə avtomobil jurnalında “Ferrari-365”in şəklinə bir nəzər saldı.–Mən səni istəyirəm, – deyə fikirləşdi. – Ah, səni necə istəyirəm, dəhşət istəyirəm.!
Kiçik pəncərədən aramsız yağışdan yuyulmuş uçuş enmə zolağının işıqları yanıb-sönürdü. Təyyarə sürəti azaltdı. Salonda təyyarəçinin dumanlı hava ilə əlaqədar olaraq gecikməyə görə üzr istəyən səsi eşidildi.
– Lənətə gəlmiş duman! İyrənc ingilis havası! – Mark qırmızı “ferrari”, Marbeldə villa, isti günəş və rəfiqə arzulayırdı. Elə-belə rəfiqə yox, füsunkar bir rəfiqə arzulayırdı. Əgər Lidsə gəlmə səbəbi olan müqaviləni bağlamağı alınsa, onda villa və “ferrari” yə bir addım yaxınlaşacaq. Rəfiqə isə artıq ikinci məsələdir.
Mark çətinliklə kəməri açdı, diplomatını oturacağın altından çıxardı, jurnalı onun içərisinə qoydu, qalxdı və yük yerindən plaşını götürdü. Sərnişinlər salonun girişində toplaşmışdılar, lakin onun üçün fərqi yox idi. O qədər yorğun idi ki, hətta yana əyimiş qalstukunu da düzəltmədi. Səliqəsiz geyinən şərikindən fərqli olaraq, Mark öz xarici görünüşünə çox diqqət edirdi. O, həmişə özünün açıq rəngli saçlarını qısa kəsdirir və iyirmi səkkiz yaşdan daha böyük göstərən ciddi kostyumlar geyinirdi. Onun geyimi nöqsansız təmizliyi ilə seçilirdi. Sanki indicə dükandan alınıb. Mark özünü tipik gənc uğurlu iş adamı kimi göstərmək istəyirdi, əslində isə istənilən insan qrupunda ticarət agenti kimi seçilirdi.
Onun saatı 23:48 dəqiqəni göstərirdi. Mark mobil telefonu yandırıb, nömrəni yığmağa macal tapmamış telefon cırıldadı və displey söndü. O, əlini cibinə saldı və fikirləşdi ki, zənglər üçün artıq çox gecdir. İndi o yalnız evə getmək və yatmaq istəyir. Bir saatdan sonra gümüşü “BMW X5” -ni arxaya verərək yeraltı qaraja saldı. Liftlə beçinci mərtəbəyə qalxaraq mənzilinə daxil oldu.
Dəbdəbəli “Van Alen”də mənzil almaq üçün nəmərləri bərk sıxmaq lazım gəldi, ancaq əvəzində cəmiyyət pilləsində öz növbəti addımını atdı.
Braytonun sahil kənarında ar-deko üslubunda müasir, əzəmətli bina. Sakinlərin arasında bir çox məşhurlar var idi. Əla ev idi. Əgər sən “Van Allen”də yaşayırsansa, deməli, nə isə ifadə edirsən. Əgər belədirsə, deməli, sən varlısan. Varlanmaq bütün həyatı boyu Markın yeganə arzusu olub.
O, geniş qonaq otağına daxil olanda, telefonun avtocavablayıcısında çağırış işığı yanıb-sönürdü.
Mark keysi döşəməyə tullayıb, tez özünə “Balveni” viskisi süzüb pəncərəyə yaxınlaşdı. Saatın gec olmasına və yağışa baxmayaraq aşağıdakı park adamla dolu idi. Uzaqda sahil işıqları və tünd-mürəkkəb rəngli dəniz görünürdü. Gözlənilmədən əl telefonu cırıldadı. Mark ekrana baxdı. Bax hələ! On dörd yeni məlumat. Telefonu enerji mənbəyindən ayırmadan avtocavablayıcıya zəng vurdu. İlk məlumat axşam saat yeddidə Pitdən gəlib hansı cəhənnəmdə olduğunu soruşurdu. İkincisi 7:45 də Robbodan– bu qoyun da lütfkarlıqla “Yağlı quzu” adlı digər pivəxanaya getdiklərini bildirirdi. Doqquzun yarısında hədsiz sərxoş olan Lyuk və Coş zəng vurublar. Ona məlumat veriblər ki, “Quzu”dan Akfildroudda yerləşən “Əjdaha”pivəxanasına gedirlər.
Növbəti iki məlumat Lidsdə olacaq müqavilə ilə bağlı əmlak agentliyindən və onların hüquqşünasından idi.
Altıncı məlumatı saat 23:05-də son dərəcə qanı qaralmış Eşli göndərib. Onun səsi o qədər üzgün idi ki, Mark təəccüb etdi. Eşli hər zaman sakit və soyuqqanlı idi.
– Mark, xahiş edirəm mənə zəng vur, xahiş edirəm nə vaxt alınsa zəng vur. –Mark onun açıq amerikan ləhcəli ahəngdar səsini eşitdi.
O, cəsarətsiz halda növbəti məlumata keçdi. Yenə Eşli idi. Səsində həyəcan var idi. Ardınca biri. Daha biri. Sonra yenə biri. O, hər on dəqiqədən bir zəng vurub. Onuncu məlumat Mayklın anasından idi. Onun səsi də kefsiz idi: Mark hardasan? Xahiş edirəm, mümkün olan kimi zəng vur. Mark pauzanı basdı. Görəsən, orda nə baş verib? Növbəti zəng yenə də Eşlidəndir. Az qala isterika vəziyyətində idi: Mark dəhşətli qəza baş verib. Pit, Robbo və Lyuk həlak olublar. Coş reanimasiya şöbəsindədir. Mayklın harada olduğunu heç kəs bilmir. Ya Rəbbim, Mark, xahiş edirəm mənə zəng vur! Mark qulaqlarına inanmayaraq məlumatı bir daha dinlədi və ağır halda divanın qoltuq yerinə çökdü.
– Mərhəmətli Allahım. O, yenidən avtocavablayıcının qeyd hissəsini yandırdı. Eşli ilə Mayklın anası təxminən eyni şeylər deyirdilər. Zəng vur. Xahiş edirəm, zəng vur.
Mark viskini içdi, daha üç barmaqlıq süzüb pəncərəyə yaxınlaşdı. Öz əksinin arasından bir müddət baxışları ilə maşınları ötürərək, bulvara baxdı sonra isə diqqətini dənizə tərəf yönəltdi. Uzaqda üfüqün lap yaxınlığında iki xırdaca parlaq nöqtə yanıb-sönürdü. Ola bilsin ki, Lamanşdan neft daşıyan qurğu və ya quru mal daşıyan maşın gəlir. Onun fikirləri qarışırdı. Əgər təyyarə vaxtında gəlib çatsaydı mən də qəzaya uğrayardım.
Ancaq bu artıq xüsusi məna kəsb etmirdi. Mark viskidən bir qurtum içib, divana əyləşdi. Demək olar ki, o anda telefon yenidən zəng çaldı. Mark aparata yaxınlaşdı və gözlərini ekrandakı nömrəyə zillədi. Eşli! Tərəddüdlə, qəbuletmə düyməsini basdı və telefonu avtocavablayıcıya keçirtdi. Sonra telefonu atıb, arxasını divana söykəyərək və ayaqlarını uzadaraq, oturdu. Buz parçaları cingildədi. Mark başa düşdü ki, əlləri əsir. O, başdan ayağa əsirdi. O Banq və Olufsen adlı musiqi mərkəzinə yaxınlaşdı və Motsartın əsərlərindən ibarət yığma kompakt diski qoydu. Motsartın təsiri altında o, həmişə yaxşı fikirləşə bilirdi. Fikirləşməyə isə çox şey var idi.
Mark yenidən diqqətini stəkandakı buz parçalarında cəmləşdirdi. Sanki oyun sümükləri idi. O, dəstəyi götürüb nömrə yığana qədər bir saatdan artıq vaxt keçdi.
7
Spazmalar sürətlənirdi. Maykl ayaqlarını möhkəm sıxaraq və gözlərini bağlayıb, nəfəsini saxlayaraq son gücü ilə dözürdü. O alçaqlar qayıdıb görəndə ki, o altını isladıb, necə qaqqıldayacaqlar.
Dar, qapalı məkanda klaustofobiya tutması özünü bütünlüklə göstərirdi. Maykla elə gəlirdi ki, onun ətrafındakı ağ ipək sıxılır və onun üzünü əzir.
O, fənərlə saatı işıqlandırdı. 2:47.
Görüm onları batsınlar. Nə oldu onlara? 2:47-dir. Hara yoxa çıxdılar? Deyəsən, hansısa gecə klubunda başlarını təmiz itiriblər. Maykl ağ ipəyə baxdı. Başının içində uğultu var idi, dodaqları qızarmış, ayaqları sanki yapışmışdı. Tam dolmuş sidik kisəsi dözülməz ağrı verirdi. O bilmirdi ki, hələ nə qədər dözə biləcək. Əlacsızlıqdan Maykl barmaqlarının sümüyü ilə qəbirin qapağını döyəclədi və bağırdı.
– Ey, siz, alçaqlar!
O yenidən əl telefonuna baxdı. Tam sakitlik. Hər ehtimala qarşı o qeyd kitabçasında Lyukun nömrəsini tapdı və düyməni basdı. Telefon zırıldadı və ekranda “əlaqə yoxdur” yazıları göründü. Maykl ratsiyanı axtardı, onu yenidən yandırdı və dostlarının adını qışqırıb çağırmağa başladı. Bir də səsini qarışıq xatırladığı o bir nəfəri.
– Devi, alo Devi!
Cavab yalnız yüngül silkələnmə oldu.
Maykl hədsiz dərəcədə su içmək istəyirdi, dodaqları qurumuşdu. Yəni ona heç su da saxlamayıblar? O başını qaldırdı qəbirin qapağı ilə toqquşdu, birdən qaranlıqda şüşənin boğazı parıldadı. Məşhur Qraus viskisi. O, ümidsiz şüşənin başındakı hörməni açıb çıxartdı və bir qurtum içdi. İlk əvvəl maye ona məlhəm kimi göründü, sonra isə alov kimi dilini və qida borusunu yandırdı. Lakin demək olar ki, o an da bir az yüngülləşdi. O, yenidən şüşəyə girişdi. Daha çox yüngülləşdi.
Qapağı bağlamazdan əvvəl Maykl üçüncü və daha samballı bir qurtum aldı və gözlərini yumdu. Başı artıq o qədər də fırlanmırdı. Sidik kisəsi də elə bil sakitləşmişdi.
– İyrənclər, – deyə o, deyindi.
8
Eşli xəyalətə bənzəyirdi. Onun uzun şabalıdı saçları ilə haşiyələnmiş üzü arxa tərəfində, otaqlarda borular, məftil, hava dəyişən və monitorlar xaosunda uzanan xəstələrdən seçilmirdi. O, Susseks sahə xəstəxanasının intensiv terapiya şöbəsinin növbətçi tibb bacısının gözlətmə yerinə söykənərək gözləyirdi. Mark heç vaxt onu belə köməksiz görməmişdi. Lakin bu cür, o, daha da gözəl görünürdü. Üzücü, yuxusuz keçən gecəyə baxmayaraq, Mark ciddi iş kostyumu və “Gucci”dən olan tərtəmiz qara dəri ayaqqabılarını geyinməyi unutmamışdı. O, Eşliyə yaxınlaşaraq onu özünə tərəf çəkdi və qucaqladı. Eyni zamanda ətrafı da nəzərdən keçirdi. Sendviçlər olan satış avtomatı, içməli su aparatı, plastmas şüşədən şəffaf gümbəzin altında avtomat telefon.
Mark həmişə xəstəxanalarda özünü pis hiss edirdi. O ağır ürəktutması keçirdikdən sonra sağalmaqda olan atasını görməyə gələrkən anladı ki, hələ yaxın vaxtlarda belə güclü olan insan yazıq, köməksiz, kövrək, qorxudan əsən birinə çevrilib. İndi o, Eşlini təsəlli vermək üçün qucaqlamırdı, yox, onun özünə sakitləşmək lazım idi. Onun başının yanındakı yaşıl monitorda kursor parıldayırdı. Qız ona elə yapışmışdı ki, elə bil tufanlı dənizdə onun yeganə xilası idi.
– Mark, ya Rəbbim, necə xoşbəxtlikdir ki, sən burdasan!
Tibb bacılarından biri telefonla danışırdı. Hansısa xəstənin qohumuna təskinlik verirdi, digər biri isə onların yanındakı yerdə əyləşib bilgisayarın düymələrini döyəcləyirdi.
– Necə dəhşətlidir! – Mark dilləndi. – İnanmaq olmur..
Eşli udqunaraq başını tərpətdi.
– Əgər sənin danışıqların olmasaydı sən də…
– Bilirəm.. Özüm bu barədə fikirləşirəm. Coş necədir?
Eşlinin təzə yuyulmuş saçlarından xoş ətir gəlirdi, özündən isə azca hiss olunan sarımsaq qoxusu gəlirdi. Dünən gecə ona rəfiqələri ilə hansısa italyan restoranında qız qonaqlığı təşkil edilmişdi.
– Pis. Zoyi onunladır. – Mark onlardan bir neçə çarpayı o tərəfə, palatanın sonunda, fışıldayan havadəyişənlər və parıldayan monitorların əhatəsində, stulda oturmuş Coşun həyat yoldaşını gördü. Onun əynində ağ futbol maykası, idman formasının gödəkcəsi və torbaya oxşar şalvar var idi. Başı aşağı, çiyinləri düşmüş, saçının dalğalanan buruqları isə üzünü örtmüşdü.
– Maykl, indiyə qədər gəlib çıxmayıb. Mark, o hardadır? Axı sən yəqin ki, bilirsən?
Tibb bacısı yenicə dəstəyi yerinə qoymuşdu ki, telefon yenidən səsləndi və o növbəti danışığa başladı.
– Xəbərim yoxdur, – Mark qaşqabağını tökdü. – Heç bir fikrim yoxdur.
Eşli gözlərini qırpmadan sərt baxışla ona baxdı.
– Siz ki, əvvəldən hazırlaşırdınız. Lyusi dedi ki, siz Maykldan toyqabağı etdiyi bütün axmaq zarafatların əvəzini çıxmağa hazırlaşırdınız. – Qız bir addım geri çəkildi, saçlarını alnından çəkdi və Mark gördü ki, onun gözünün sürməsi axıb. O, paltarının qolu ilə gözünü quruladı.
–Yəqin uşaqlar son anda fikirlərindən dönüblər, – deyərək qollarını yellədi. – Əlbəttə uşaqlar müxtəlif fikirlər yürüdürdülər, məsələn: onu hissiyyatsız dərəcəyə çatana qədər içirdib təyyarəyə mindirmək istəyirdilər, lakin mən onları fikirlərindən döndərə bildim. Ən azından mənə elə gəlir ki, döndərə bildim.
Eşlinin dodaqlarında təbəssüm yarandı.
Mark çiyinlərini çəkdi.
– Mən başa düşürdüm ki, sən narahat olacaqsan. Daha axmaq bir şey çıxardacağımızdan narahat idim.
– Elə də oldu. Mən dəhşət narahat idim.– Qız tibb bacısına nəzər salıb burnunu çəkərək: – Hanı o?
– O dəqiq avtomobildə olmayıb? Dəqiq. Mən artıq polisə zəng vurmuşam. Onlar deyirlər ki, onlar…
– Axı nə deyirlər onlar?
– Deyirlər ki, heç nə edə bilməzlər, – o var qüvvəsi ilə göz yaşlarını saxlamağa çalışaraq acıqla dedi: – Onlar dedilər ki, qəza yerində hər tərəfi araşdırıblar, lakin heç kimi tapmayıblar. Yəqin o, hardasa sərxoşluqdan yatıb qalıb.
Mark susdu. Ümid edirdi ki, Eşli sakitləşəcək, lakin o ağlamağa davam edirdi.
– Bəlkə də elədir.
Eşli ümidsizliklə başını yellədi.
– O mənə söz vermişdi ki, çox içməyəcək!
Mark onun gözlərinə baxdı və qız başı ilə təsdiqlədi.
– Mən bilirəm ki, siz oğlan qonaqlığında çox içirsiniz. Özünüzdən gedənə qədər. – Mark gözlərini aşağı saldı və xalça örtüyünün üzərindəki boz dördbucaqlara baxmağa başladı.
– Gəl, Zoyinin yanına yaxınlaşaq, – deyə təklif etdi və otağa tərəf yönəldi. Eşli bir az məsafə saxlayaraq onun ardınca addımladı. Zoyi həmişə qamətli olub, lakin bu gün Marka elə gəldi ki, o bir az da arıqlayıb. O əlini Eşlinin çiyninə qoydu. İlahi o necə də arıqdır.
– Zoyi mən çox təəssüf edirəm!
O, güclə sezilən hərəkətlə çiynini çəkdi.
– O necədir? – Mark soruşdu. Ümid edirdi ki, səsindəki həyəcan həqiqətə yetərincə uyğundur.
Zoyi döndü və aşağıdan yuxarıya doğru ona baxdı. Yanaqlarından gözyaşları süzülürdü, bənzərsiz siması saf görünürdü.
– Onlar var güclərini ortaya qoyublar, lakin artıq heç nə eləyə bilmirlər. – Zoyi pıçıldadı. – Onu əməliyyat etdilər, indi sadəcə gözləmək qalır.
Mark çarpayının yanında donub qaldı. Elə təsəvvür yaratmaq istəyirdi ki, diqqətlə seyr edir. Dostunun gözləri bağlıdır, üzü isə ləkələr və sıyrıq halındadır, ətraf cihazlarla doludur. Ağzında nəfəs almaq üçün boru, burundan qidalanmaq üçün boru… Mələfənin altından silsilə məftillər bilgisayarın monitoruna ləkələrlə dolu ürək, beyin və başqa orqanlar haqqında məlumat ötürürdü. Uzun sözün qısası dostu amansız laboratoriya eksperimentinin qurbanını xatırladırdı.
Lakin Maykl demək olar ki, Coşa baxmırdı. Displeylərə baxırdı, onun əyri xətlərinin nə məna daşıdığını açmağa çalışırdı. Və yaxınlarda ölüm ayağında olan atasının çarpayısı yanında durduğunu xatırladı. Bir monitor ürəyin vəziyyətini göstərir, digəri təzyiq, üçüncüsü isə qanda oksigenin miqdarını göstərirdi. Mark gərgin halda fikirləşdi. Coş həmişə hər şeyi qamarlayırdı. Yaraşıqlı görkəmi, zəngin valideynləri, sığorta şirkətində sığorta ziyanlarının ölçülərinin qiymətləndirilməsi üzrə mütəxəssis işləyirdi. Həmişə hər şeyi əvvəlcədən fikirləşirdi və hesablayırdı, əvvəlcədən beşillik və onillik planlar məqsədə tez çatma üsulları haqqında danışırdı. Onların dəstəsindən birinci evlənən də o oldu. Çünki tez uşaq sahibi olmaq istəyirdi, onlar böyüyəndə hələ də cavan qalsın və həyatdan ləzzət ala bilsin. Özünə çox gözəl varlı ailənin şöhrətli qızı ilə ailə qurdu. O da öz növbəsində nəsil artırmaq qabiliyyətli oldu və Coşa fikirlərini gerçəkləşdirməyə kömək etdi. Bir-birinin ardınca iki heyranedici sağlam uşaq dünyaya gətirdi.
Mark oğrun baxışlarla otağa, həkimlər və tibb bacılarına nəzər saldı, kimin harda dayandığını gördü. Sonra Coşun soyadı asılmış birkanın yanında, əlinin üstündə tərpənən oksigen borusuna diqqət yetirdi. Sərinkeşə diqqət elədi, sonra isə elektrokardioqramına baxdı. Əgər ürək döyüntülərinin sürəti aşağı düşsə və ya qanda oksigenin miqdarı azalsa cihaz o an siqnal verəcək…
Buna baxmayaraq əgər Coş sağ qalsa onun üçün yəni Mark üçün o qədər də asan olmayacaq. O bütün gecəni demək olar ki, yatmayıb bunları fikirləşib. Nəticə xoşagələn olmasa da özündən çıxırdı. Xeyirli çıxarış onu qane etmirdi.
9
Məhkəmə binasının bir neçə zalı var idi, lakin bu gürcü üslublu hündür tağlı tavan digərlərindən daha çox nəzərə çarpırdı. Palıd panellərlə haşiyələnmiş divarlar, qaraldılmış palıddan müttəhimlər üçün oturacaqlar, alçaq divarların arxasında ifadə vermək üçün yerlər. İndi parik geyinmiş hakim sədrlik edirdi. Hakim çoxdan o dünyalıq idi. O parlaq qırmızı rənglə üzlənmiş “Diluet mon droit” yazılı kresloda mürgüləyirdi. İclas zalı köhnə teatr dekorasiyasını xatırladırdı, çoxdan yığışdırılmamış sinif otağının ətri yayılırdı.
Qreys şahidlər üçün olan yerdə durmuşdu. Həmişəki kimi məhkəməyə hazırlaşarkən o səliqəli geyinmişdi: göy kostyum, ağ köynək, açıq rəngli qalstuk və əsaslı diqqətlə təmizlənmiş qara çəkmələr. Roy pis görünmürdü, lakin özünü iyrənc hiss edirdi: qismən dünənki görüşlə bağlı idi. Həmin görüş növbəti faciəyə çevrilmişdi. Qismən də həyəcandan. Əlində Bibliyanı tutaraq və ətrafa göz gəzdirərək o artıq mininci dəfə idi ki, böyük Allaha doğrunu və yalnız doğrunu deyəcəyinə and içirdi. Andlılar adəti üzrə vağzalda itmiş bir dəstə turist kimi görünürdülər. Əlvan rəngli sviter, qalstuksuz və əzilmiş köynəklər geyinmiş ala-bəzək dəstə, onların üstündə isə iki sıra heç nə ifadə etməyən solğun simalar. Andlıların qarşısındakı masalarda su qrafinləri, stəkanlar və necə gəldi səpələnmiş yazılı vərəqlər vardı. Hakimin qarşısında texnika üst-üstə yığılıb – videopleyr, slayd-proyektor və nəhəng maqnitofon. Elektrik avadanlıqları ilə dolu olan masanın qarşısında isə zabitəli stenoqrafist qadın əyləşmişdi. Stulun üzərindəki elektrik sərinkeşi də gah sağa, gah da sola fırlanırdı. Demək olar ki, yarım gün ərzində ağırlaşmış havanı sərinlətmirdi. Gələnləri heç nə qətldə ittihamı qədər maraqlandırmır. Bu proses isə yerli hadisə idi.
Roy Qreys bütün olanları özünün böyük qələbəsi hesab edirdi. Müttəhimlər kürsüsündə Sureş Xosseyn oturmuşdu-çopur sifətli, gombul arxaya daranmış saçları, əynində qəhvəyi rəngli nazik xətləri olan kostyum və al-qırmızı rəngli qalstuk. O, bütün zalı elə müşahidə edirdi ki, sanki bütün zalın sahibi idi və bütün bunlar onun şəxsi zövqü üçün düzəldilmişdi. Əclaf, alçaq, yaramaz. Xarabalıqlardakı zavallı zirzibil sahibi. Axır on ildə onu ələ keçirmək mümkün deyildi, lakin Roy Qreys onu sübut ilə tutmağa müəssər oldu. Daha ağır cinayət üçün cinayət sazişi. Belə də ki, öldürülən Reymond Koen, Xosseynin rəqibi, heç də ondan az alçaq deyildi. Əgər proses lazım olduğu qaydada gedərsə onda Xosseyn taleyin ona verdiyi yaşdan da çox oturacaq, Brayton və Houven sıravi vətəndaşları isə nəhayət ki, onun az qala hər saat həyatlarını cəhənnəmə döndərən əlaltılarının əlindən rahat nəfəs alacaqdılar.
Qreys xəyalən dünənki axşama qayıtdı. Klodin.
– Klodin Lamont, görüm səni…! Hə o günahkardır, 45 dəqiqə gecikdi, lakin onun, veb-saytda qoyulmuş şəkli də ən azından 10 il əvvəl çəkilmişdi. Bundan əlavə xəbərdarlıq etməmişdi ki, içki içmir, ət yemir və polislərə nifrət edir, həyatda isə onu küçədən götürdüyü 9 pişikdən başqa heç nə maraqlandırmır. Qreys isə itləri sevir. Yox onun pişiklərə qarşı heç bir əks fikri yoxdur lakin istənilən itdən fərqli olaraq hələ elə bir pişiyə rast gəlməmişdi ki, onunla o dəqiqə dostluq münasibətləri yaransın. İki saat yarımı o, yarıqaranlıq vegetarian Gilford restoranında keçirərək pişiklərin azadlıq sevər xasiyyətləri ingilis polisinin törətdikləri iyrəncliklər haqqında ətraflı məlumat və qadınlara yalnız seksual hədəf kimi baxan kişilər haqqında mühazirə dinlədi. Klodin Lomontdan canını qurtaranda Roy rahatlıqla dərindən nəfəs aldı.
Gecəni pis yatmışdı, dayanmadan o tərəf, bu tərəfə çevrilirdi, səhəri isə məhkəmədə onu çağıracaqlarını gözləməklə keçirdi. Onun vəziyyəti ağır olacaq. Yağış dayanmaq bilmirdi, lakin nəm hava yetərincə qızmışdı və Qreys kürəyindən tər damcılarının axdığını hiss edirdi.
Müttəhimin vəkili qalxdı. Qreysi şahid kimi çağırması hakimin təəccübünə səbəb oldu. Qısa boz parikdə və geniş qara mantiyada10 vəkilin görkəmi olduqca lovğa idi. O, dodaqlarını nifrətlə sıxaraq dayanmışdı. Riçard Çaruel kral vəkili: Qreys artıq onunla əvvəllər də görüşüb, lakin bu görüşlər xoş xatirələrlə yadda qalmayıb. O, məhkəməyə yalnız oyun kimi baxan vəkilləri qəbul edə bilmirdi. Onlar cinayətkarları tutmaq üçün həyatlarını təhlükəyə atmırlar. Və onlar üçün tamamilə maraqsızdır ki, müdafiə etdikləri şəxs hansı cinayəti törədib. – Susseks-Haus Hollinqberi, Braytonun cinayət axtarışları idarəsindən detektiv-superintendent Roy Qreyssiniz? – Vəkil sifətini turşutdu.
– Bəli, – Qreys cavab verdi. Nəyə görə isə həmişəki səsindən fərqli olaraq bu dəfə onun boğazından xırıltı eşidildi.
– Və verilən iş üzərində axtarışı siz aparırdınız?
– Bəli, – Roy yenidən xırıldadı.
– Məhkəməyə şahidi təqdim edirəm.
Qısa ara oldu. Hamı susurdu ki, kral vəkili Riçard Çaruell bütün zalın diqqətini özünə çəkmişdi. Qüsursuz görünüşlü təcrübəli vəkil bilərəkdən fasiləni uzadırdı. Çaruell danışmağa başlayanda səsindəki qəfildən ton dəyişikliyi onun –Roy Qreysin gözlənilmədən yaxın dostuna çevrildiyini nümayiş etdirməli idi.
–Superintendent, mən bir məsələyə aydınlıq gətirmək üçün sizin köməyinizi istəyirəm. Sizə cinayətdə istifadə olunan dəlil qəhvəyi rəngli timsah dərisindən olan qızıl zəncirli mokasin11 tanışdırmı?
Cavab verməzdən əvvəl Qreys bir neçə saniyə vəkilin gözlərinə baxdı.
– Bəli, tanışdır. – Onu həyəcan bürüdü. Çaruell növbəti ifadəni deməmiş detektivdə dəhşətli vahiməli hissiyat yarandı. O anladı ki, vəkil hara söz atır.
– Xahiş edirik, bizi könüllü olaraq məlumatlandırasınız, siz mokasini kimə göstərmisiniz? Əks təqdirdə mən bunu sizdən sıxıb çıxartmalı olacam.
– Ser, mən o qədər də anlamıram ki, siz nəyə işarə edirsiniz.
– Mənə isə elə gəlir ki, superintendent, siz nədən söhbət getdiyini çox gözəl anlayırsınız.
– Cənab Çaruell, xahiş edirəm məsələyə keçin, – yuxudan ayılmış ayı kimi əsəbi olan hakim Driskoll müdaxilə etdi:
– Biz bütün günü uzada bilmərik.
– Baş üstə, hörmətli hakim, – vəkil riyakarlıq dolu səsini uzatdı və yenidən Qreysə tərəf döndü. – Superintendent, doğrudur ki, siz bu vacib dəlili daha doğrusu mokasini öz şəxsi məqsədləriniz üçün istifadə etmisiniz?
Çaruell ayaqqabını masanın üstündən götürdü və başının üstündə yeni qazanılmış idman kuboku kimi yellədi.
– Mən öz hərəkətlərimin təsvirində “işlətmək” sözünü istifadə etməzdim. – Qreys deyindi. Vəkilin yekəxanalığından qıcıqlanırdı. Eyni zamanda çox gözəl anlayırdı ki, vəkil onu bilərəkdən əsəbiləşdirir, özündən çıxartmaq istəyir.
Çaruell tələsmədən mokasini yerinə qoydu.
– Aydındır. Deməli, siz dəlildən istifadə etdiyinizi düşünmürsünüz. – Qreysin etirazlarını gözləmədən davam etdi: – Bəyan edirəm ki, siz vəzifə səlahiyyətinizdən sui-istifadə edərək dəlili özünüzə götürmüş və qara magiya sevənlərə aparmısınız.
Vəkil hakim Driskola tərəf dönərək davam etdi:
–Hörmətli hakim sizə bu ayaqqabıdan DNT analizi üçün götürülmüş qazıntını göstərmək məcburiyyətindəyəm. Belə ki, superintendent Qreys bir neçə müddət dəlili icazəsiz götürüb və onun üzərində istənilən hiylə və kələkləri törədə bilərdi.
O, yenidən Qreys tərəfə döndü:
– Superintendent əgər mən səhv edirəmsə səhvimi düzəldin. Bu ilin doqquz mart tarixində çərşənbə axşamı siz göstərilən maddi sübutu Qastinqsə xanım Stemp adlı mediumun12 yanına aparmısız. Çox güman ki, siz indi bəyan edəcəksiz ki, makosin digər dünyada da olub elə deyil? Maddi olmayan dünya.
–Xanım Stemp elə bir xanımdır ki, mən onun haqqında yüksək fikirdəyəm. – Deyərək Qreys etirazını bildirdi. – O…
– Superintendent, bizi sizin fikriniz maraqlandırmır. Bizi yalnız faktlar, sübutlar maraqlandırır.
– Mənə elə gəlir ki, verilən sual haqqında onun fikri böyük əhəmiyyət kəsb edir. – Birdən vəkil canlandı.
Bir neçə saniyəlik susqunluq duelindən sonra Çaruell istəmədən təsdiqlədi.
– Keçmişdə o mənə bir sıra təhqiqatlarda kömək edib. –Qreys davam etdi, – üç il əvvəl Merri Stemp məni vacib məlumatlarla bilgiləndirdi. Onların köməyi ilə qətldə şübhəli şəxsin adını dəqiqləşdirmək oldu. Qadının köməyi onun həbsinə və növbəti mühakiməsinə gətirib çıxardı.
Roy görəndə ki, andlılar və camaat öz gərgin baxışlarını ondan çəkmirlər, sanki özünə gəldi və müdafiəçiyə müraciət edərək dedi:
– İcazə verin sizin dəlili guya ki, icazəsiz götürməyim haqqında günahlandırılmağıma cavab verim. Əgər siz diqqətlə qeydləri oxusaydınız və bağlamaya baxsaydınız onda görərdiniz ki, yarlıqda mənim əşyanı götürdüyüm və onu yenə qaytardığım vaxt qeyd olunub. Müdafiə əvvəldən verilmiş dəlil haqqında bilirdi. Ayaqqabını cənab Koen yoxa çıxan gecə onun evində aşkar ediblər. Lakin müdafiə bir dəfə də olsun dəlili bu cür yoxlama üçün təqdim etməyi istəməyib.
– Belə çıxır ki, siz superintendent Qreys baş polis zabiti öz işinizdə davamlı qara qüvvələrin köməyinə müraciət edirsiniz?
Zalda istehzalı gülüş səsləri eşidildi.
– Mən bunu “qara qüvvələr” adlandırmazdım, – Qreys etiraz etdi. – Daha doğrusu bunlar əlavə məlumat qaynaqlarıdır. Polisin borcu isə cinayətin açılması üçün bütün mümkün vasitələrdən istifadə etməkdir.
– Deməli, siz bütün əsaslara görə okkulistsiz,13 – Çaruell qaşqabağını salladı. – Siz fövqəltəbii qüvvələrə inanırsınız?
Qreys hakim Driskola baxdı. O baxışı ilə Royu elə incitdi ki, sanki Roy özü prosesdə müttəhim rolunda idi. Ümidsizliklə layiqli cavab axtarmağa çalışaraq Roy andlıları, dəhlizi nəzərdən keçirdi, sonra isə yenidən vəkilə baxdı. Və bu an qəflətən ağlına gəldi:
– Mən şahidlər üçün kabinədə yer alanda birinci iş olaraq nə tələb edilmişdi? – Ruhlanaraq Qreys bir az səsini qaldırdı və vəkilin cavabını gözləmədən davam etdi.
– Məndən müqəddəs İncilə and içməyi tələb etdilər. – O nəfəsini dərdi. –Allah fövqəltəbii qüvvədir. Daha dəqiq desək fövqəltəbii yüksək varlıqdır. Və məhkəmə fövqəltəbii varlığa and içmiş şahidləri qəbul edirsə bu zalda olan başqaları kimi mənim də fövqəltəbiiliyə inanmamağımı israr etməyim qəribə olardı.
–Daha sualım yoxdur, – vəkil əyləşərək deyindi.
Parikdə və ipək mantiyada olan ittihamçı qalxdı və hakim Driskola müraciət etdi.
– Hörmətli hakim, xahiş edirəm ki, məsələnin müzakirəsini sizin otaqda keçirək.
– Bütün bunlar yetərincə qəribədir. – Hakim Driskol çiyinlərini çəkdi, lakin mən şadam ki, iş lazımi şəkildə həll olundu. Ancaq ümid edirəm ki, mənim apardığım işlər həqiqi dəlillərə əsaslanıb, hansısa cadugərin dediklərinə yox.– Deyərək nəzərlərini Qreysə yönəltdi.
Zal gülüşə qərq oldu. Proses davam edirdi. Müdafiə tərəfinin daha bir şahidini çağırdılar. Bu Sureş Xosseyin üçün sakinlərdən ev haqqı yığan Rubiro Valyente idi. Roy Qreys qaldı ki, görsün bu italyan nə yalan danışacaq. İttihamçı alıcı quş kimi şahidin üstünə şığıdı və nahar fasiləsinə qədər onun ifadələrində daş daş üstündə qalmamışdı. Qreys yalnız ümid edə bilərdi ki, Valentinin yalanı makosinlə bağlı hekayəni örtər. Lakin küçəyə çıxıb bir az hava alıb sendviç yedikdən sonra ümidləri öldü. Küçənin qarşı tərəfindəki hissəsində yerli qəzet olan “Arqus”da gedən məqalələr bütün dünyanı məlumatlandırırdı.
– Baş polis zabiti – okkulistdir.
Birdən Qreys dözülməz dərəcədə içməyi və siqaret çəkməyi arzuladı.
10
Maykl hər vəchlə yemək haqda fikirləri özündən uzaqlaşdırmağa çalışsa da mədəsini küt ağrı incidirdi, sanki daxilini yandırırdı. Başı hərlənirdi, əlləri əsirdi, gözlərinin qarşısına qızardılmış qalın kartoflar və ketçuplu ləzzətli qamburgerlər gəlirdi. Kartofdan canını qurtarmamış onu bişmiş omarlar14, sonra yaxşı qızardılmış qarğıdalı, onun ardınca sarımsaq sousunda göbələk yumurta… sosiska… tavada fışıldaşan bekon…
Qəbirin qapağı üzünü əzirdi. Mayklı yenidən təlaş bürüdü. Nəbzi sürətləndi, havası çatışmırdı. O gözlərini yumdu və təsəvvür etməyə çalışdı ki, hər şey yaxşıdır, isti ölkələrdədir, məsələn, hardasa Aralıq dənizi tərəflərdə, yaxtada ətrafda dalğalar rəqs edir, başının üstündə qağayılar fırlanır, o duzlu və ətirli havanı udur. Lakin hər iki tərəfdən qəbirin divarları sıxırdı, boğurdu, əzirdi… Sinəsində fənəri axtarıb tapdı və yandırdı. Batareya ölürdü, tezliklə tamamilə sönəcək. Maykl əsən əlləri ilə ehtiyatla şüşənin qapağını açdı, dodaqlarına yaxınlaşdırdı və bir az viski içdi. O, hər damcını uzadırdı və bu anlardan ləzzət alırdı. Tezliklə həyəcan keçdi və Maykl düzgün nəfəs almağa başladı. Mayeni içməsindən bir neçə dəqiqə keçdi və qida borusu ilə sürüşərək aşağıya mədəyə getdi və yalnız onda yadına düşdü ki, qapağı bağlamaq lazımdır. Yarım şüşə qalmışdı, saata bir qurtum.
Hər şeydə qayda-qanun lazımdır. Ona görə də Maykl batareyanı qorumaq məqsədilə fənəri söndürdü. İstənilən hərəkət çətinlik yaradırdı. Əlləri və ayaqları keyimişdi. Gah soyuqdan əsirdi, gah da isti, yapışqan tər bürüyürdü. Başı ağrıdan uğuldayırdı. – İndi parasetamol dərmanı necə yerinə düşərdi! – Ümidsizliklə yuxarıdan hansısa səs-küy eşitmək istəyirdi. Səs… burdan çıxmaq… Və yemək.
Hansısa möcüzədən əl ratsiyasının batareyaları fənərin batareyalarının eynisindən idi. Ən son anda onlar ehtiyat üçün qalır. Yenə də bir şeydir. Yeganə yaxşı xəbər. Bir də hər saat başı o bir qurtum viski içə bilər. Nizam-intizam təlaşı aradan qaldırır.
Əgər məşğul olmağa bir şey varsa, ağlın başında qalır. Beş il əvvəl Maykl otuz səkkiz futluq gəmi ilə Atlantikada Çiçisterdən Barbadosa qədər keçmişdi, 27 gün açıq dənizdə keçirmişdi. Onlardan 15-ni əsasən yeddi ballıq fırtınalarda keçirib, hərdən on və on bir ballıq fırtınalar da olurdu. Cəhənnəmdə 15 gün. Gəmiçilər hər dörd saatdan bir dəyişirdilər. Dalğalar bütün sümükləri titrədirdi, gəmini gah yuxarı, gah da aşağı atırdı. Arakəsmələr əsirdi, zəncir və avadanlıqlar göyərtəyə və dor ağacına çırpılırdı. Qaşıqlar, çəngəllər və bıçaqlar aralıqda cingildəyirdilər. Dəstə çətinliklərin öhdəsindən sarsılmaz qaydalara riayət edərək gəldi. Onlar hər bir günü saatlara, saatları isə daha qısa vaxt bölgüsünə ayırdılar. Hər biri şokoladdan kiçik hissələr qoparır, su qurtumlarını ölçür, müəyyən qədər səhifələr oxuyurdular. Kompasla istiqamətlərini tutuşdururdular. Növbə ilə anbardan nasosla suyu çəkirdilər.
Nizam-intizam güc və əminlik verir.
Maykl belə qərara gəldi ki, hər saatın əvvəlini bir qurtum viski ilə qeyd etsin. Yarım şüşə içki qalmışdı, onun “üfüqü” isə nazik saat əqrəbi idi. Saatı ona Eşli bağışlayıb. İsveç firması “Lonjin”dən gümüşlə haşiyələnmiş xronometrli, parıldayan Roma rəqəmləri ilə tərtib olunmuşdu. Saatlarının ən yaxşısı idi. Eşlinin heyranedici zövqü var. O, ümumiyyətlə heyranedicidir. Onda hər şey gözəldir-ucları dalğalanan qəhvəyi saçları üzünün klassik və dəqiqliklə yonulmuş cizgiləri, yerişi, nitqindəki özünə inam. Maykl onunla harasa getməyi sevirdi. Harada olmaqlarından asılı olmayaraq kütlənin bütün diqqəti qıza istiqamətlənirdi. Ya rəbb, bu onu necə də qızışdırırdı.
Eşli başqaları kimi deyil. O, nadirdir.
Anası da elə fikirləşirdi. Baxmayaraq ki, çox vaxt onun rəfiqələrini bəyənmirdi. Ancaq Eşli – o tamamilə başqadır. O var gücü ilə çalışdı və anasını heyran etdi. Bax, onu sevməyinin bir səbəbi də budur ki, o, istənilən insanı heyran etməyi bacarır. Hətta ən yazıq müştərini belə. Maykl Eşliyə həmin gün, Markın kabinetinə iş üçün söhbətə gələndə vurulmuşdu. Cəmi yarım il ötdü və budur, onlar evlənirlər.
Qasığı və yanı dəhşət qaşınırdı. Dermatit!15 O, çoxdan bütün ədəb qaydalarına tüpürərək sidik kisəsini boşaldıb. Artıq iyirmi altı saat keçib.
Yəqin ki, nə isə hadisə baş verib, amma Maykl təsəvvür etmir ki, nə. İyirmi altı saatdır ki, o lənətə gəlmiş ratsiyaya qışqırır, əl telefonundakı düymələri basır və eyni cavabı alır: əlaqə yoxdur.
Çərşənbə axşamı…
Eşli istəyirdi ki, oğlan məclisini toydan çox əvvəl keçirtsinlər. “Sən içəcəksən və özünü çox pis hiss edəcəksən. Mən isə istəmirəm ki, toy günü sənin ürəyin bulansın. Əvvəlcədən gəzib qurtarın və sən toya qədər özünə gələrsən”.
Maykl yüzüncü, bəlkə də, mininci dəfə qapağı döyəclədi. Nə fərqi var? Heç bir fərqi yoxdur. O, artıq sərəncamında yeganə möhkəm alət olan ratsiyanın köməyi ilə qəbirin qapağında deşik açmağa çalışıb. Əl telefonu və fənər plastikdən idi. Lakin uoki-tokinin də metal korpusu işə yaramadı. Maykl ratsiyanı yandırdı.
– Alo, cavab verin, kimsə cavab versin, Alo!
Maneələrin cırıltısı… Mayklı qəfildən qorxunc şübhə bürüdü. Bəlkə, Eşlinin xəbəri var? Buna görə də təkid edirdi ki, oğlan məclisini daha tez – çərşənbə axşamı təşkil etsinlər. Onu bura salsınlar və sutkalarla bişirsinlər, və heç kim axtarmasın.
Yox, ola bilməz. Eşli bilir ki, onda klaustrofobiya var və o, heç də qəddar deyil. O, həmişə birinci növbədə başqaları haqqında düşünür. Təəccüblüdür anası ilə onun üçün nə qədər hədiyyələr alıb. Və nəsə cındır yox, anasının sevimli ətri… anasının çox sevdiyi Robbi Uilyamın kompakt diski, vitrində gördüyü həmin, kəşmirdən sviter. “Bouz” firmasının radiosu hansını ki, Maykl gizlincə arzulayırdı. Görəsən, Eşli hardan bilir ki, nə hədiyyə etmək lazımdır. Bu təsadüf deyil, bu onda bir vergidir. Onu möcüzəvi edən saysız-hesabsız bacarıqlarının siyahısı kimi. Maykl isə dünyanın ən xoşbəxt insanı idi.
Fənərin şüası hiss olunacaq dərəcədə tutqunlaşdı. Maykl batareyanı qorumaq üçün fənəri söndürdü və yenidən qaranlıqda qaldı. O uzanıb özünün sürətlənən nəfəsinə qulaq asırdı. Birdən… Birdən onlar qayıtmasalar necə olacaq?
Demək olar ki 12-nin yarısıdır. Maykl gərgin halda qaranlığa qulaq asdı. Bax indi… İndi gülüş səsləri gələcək və o, onun ardınca gəlmiş dostlarının səsini eşidəcək. İlahi, mənə burdan çıxmağa güc ver. Onlar bu axmaq hərəkətlərinə necə lazımdır peşman olacaqlar. Maykl yenidən saata baxdı: 12-yə 25 dəqiqə qalıb. Yəqin ki, bu dəqiqə gəlib çıxacaqlar. Onlar gəlməyə bilməzlər.
11
Sendi qəsdən onun başının üstündə dayanıb işığın qarşısını kəsərək ona sataşırdı. Onun açıq rəngli sallanmış saçları yanaqlarını qıdıqlayırdı.
– Bəsdir, mən bu raportu oxuyub bitirməliyəm. Mən…
– Qreys, sən necə də zəhlətökənsən, həmişə nə isə oxuyursan, oxuyursan, işləyirsən, işləyirsən. – O, yenidən Qreysi öpdü. – Nədir, məni daha sevmirsən?!
Əynində qısa yay paltarı var idi və döşləri demək olar ki, bayıra çıxmışdı. Roy ötəri onun gündən qaralmış ayaqlarına, ombalarına qədər çəkilmiş paltarın ətəyinə diqqət yetirdi və birdən onu ehtirasla istədi. Onun üzünü sığallamaq, sinəsinə sıxmaq və sadəlövh mavi gözlərinə baxmaq üçün əllərini uzatdı. İnanılmazdır. O, necə ehtirasla onu sevir.
– Mən səni çox sevirəm.– O, pıçıldadı.
– Doğrudan, Qreys? – Sendi sataşdı. –Sən məni lap işindən də çox istəyirsən hə? – O, kənara çəkildi və zarafatyana dodaqlarını şişirtdi.
– Mən səni sevirəm… Çox..
Birdən qaranlıq çökdü, sanki kimsə işığı söndürdü. Qreys soyuq və boş otaqda öz səsinin əks-sədasını eşitdi.
– Sendi, – deyərək çağırdı, ancaq boğazını qəhər tutdu. Günəşin parıltısı zərif narıncı zəif işartıya çevrilmişdi. Nazik pərdədən küçə fənərinin işığı içəriyə keçirdi. Saatın elektron ekranında səhər 3:02-ni göstərirdi. Bütün bədəni tər içərisində idi. Gözlərini geniş açmışdı, ürəyi dəli kimi döyünürdü, dalğalar üzərindəki siqnal üzgəci kimi atılıb-düşürdü. Qreys zibil qabının şaqqıltısını eşitdi. Görünür, ora çöl pişiyi və ya tülkü çıxmışdı. Bir anlıq mühərrik səsi gəldi, yəqin ki, üç ev o tərəfdəki qonşu idi. O, taksi sürücüsüdür və işdən evə gec qayıdır. Bir müddət Qreys tərpənmədən uzandı. Gözlərini yumaraq nəfəsini dərdi, var qüvvəsiylə xatirələrdən yapışaraq yuxuya getməyə çalışdı. Bugün baş verən hər iş kimi Sendi haqqında da təkrarlanan yuxular… Bugünki lap canlı idi. Sanki onlar hələ də birlikdədirlər, lakin başqa şəkildə. Əgər o, portalı tapa bilsəydi, aradakı sərhədi keçə bilsəydi, onunla birləşərdilər və onlar bir yerdə xoşbəxt olardılar. Dəlicəsinə xoşbəxt olardılar!
Roy dözülməz dərəcədə kədərləndi, sonra isə dünənki murdarlıq yadına düşdü, bütün bədənini soyuq tər basdı. O lənətə gəlmiş qəzet! Dünənki “Arqus”dakı murdar başlıq. Roy reallığa qayıtdı: İlahi, Ah İlahi! Səhər buraxılışlarında daha hansı iyrəncliklər çıxacaq?
Hökm ilə birtəhər yoluna qoyardı. İstehzalar daha pis idi. Onsuz da iş yoldaşlarının yarıdan çoxu onu mistikaya meyilli olduğuna görə ələ salırlar. Fövqəltəbii qüvvələrə marağı olan əvvəlki krallığın polis rəisi Qreysə məsləhət bilirdi ki, öz maraq və həvəsləri haqqında elan verməsin, yoxsa, işdə irəliləyişi heç vaxt görməyəcək.
– Roy, hamı bilir ki, səninki xüsusi məsələdir. Sən Sendini itirmisən. Heç kim səni daşa basmayacaq ki, Sendini axtarıb tapmaq üçün bütün üsullardan istifadə edirsən. Sənin yerində biz də olsaydıq eyni cür hərəkət edərdik. Lakin sən öz maraqlarını özündə saxla. İşi bura qatmaq olmaz. – Zamanla gücü özünə qayıdanda Roya elə gəlirdi ki, Sendini itirmək fikrinə alışıb. Lakin, belə yuxulardan sonra o başa düşürdü ki, çətin o, nə vaxtsa düzələr. O, elə ehtirasla Sendinin çiyinlərini qucaqlamaq, ona sığınmaq, hər şeyi danışmaq istəyirdi… O həmişə optimist idi. Əgər stəkan yarımçıq idisə, yarısı boşdur yox, yarısı doludur deyərdi. İnamla sabaha baxırdı və heç vaxt şübhə etmirdi ki, hər şey yaxşı olacaq. Sendi ona işinin başlanğıcında keçirilən inzibati məhkəməyə davam gətirməyə kömək etmişdi. Hansı ki, Roy işdən atıla bilərdi. O zaman Sendinin məsləhətlərinin köməyi ilə ona çox məsələdə haqq qazandırdılar. İndi də… O, nə etmək lazım olduğunu dəqiq bilərdi. Hərdən ona elə gəlirdi ki, bu yuxular Sendinin onunla o biri dünyadan əlaqə yaratmaq üçün təşəbbüsüdür. Harda olur-olsun.
Bacısı Codi, Royu inandırmağa çalışırdı ki, həyat davam edir. Məsləhət görürdü ki, Sendinin ölüm həqiqətini qəbul etsin, səsini avtocavablayıcıdan silsin, paltarlarını dolabdan, diş fırçasını isə vanna otağından yığışdırsın.
Qısacası, Codi hərdən çox sərt danışırdı: “Sendiyə hansısa müqəddəs kimi səcdə etməyi qurtarmalısan. Hər şeyə sıfırdan başlamaq lazımdır”. Ancaq, necə sıfırdan başlayasan? Bəlkə Sendi sağdır və hansısa manyak onu girov saxlayır? Roy onu axtarmağa davam edirdi, saytı bağlamırdı, şəkilləri daim yeniləyirdi ki, Sendinin indi necə görünəcəyi haqda təsəvvürü olsun, küçədə diqqətlə insanların üzünə baxırdı ki, bəlkə o olar.
Yox, Qreys o zamana qədər axtaracaq, nə qədər ki… Nə qədər ki, nə?…
Müzakirə bitmişdir. Otuzuncu ad günündə Sendi Royu oyatdı, içərisində kiçik tort, üzərində yeganə yanan şam, bir qədəh şampan və ən sadə təbrik açıqcası olan məcməyi gətirmişdi. Onda hədiyyələri açdı, sonra onlar sevişdilər. Qreys evdən həmişəkindən gec çıxdı. 10-a 20 dəqiqə işləmişdi və Brayton idarəsinə onun yarısından sonra gəlib çatdı. Ölümlə bağlı iş iclasına gecikmişdi. O, Sendiyə söz vermişdi ki, evə tez gələcək ki, ad gününü dostları ilə qeyd etsinlər. O zamanlar onun ən yaxın dostu Dik Roup və onun Sendi ilə çox yaxşı ünsiyyət quran həyat yoldaşı idi. Dik də onun kimi cinayət şöbəsinin əməkdaşı idi. Lakin gün yorucu keçdi və Roy evə fikirləşdiyindən iki saat gec gəldi. Sendi heç yerdə yox idi.
Əvvəlcə düşündü ki, bu yolla Sendi gecikdiyi üçün Roya necə əsəbiləşdiyini göstərir. Həmişəki kimi evdə səliqə hökm sürürdü, ancaq onun avtomobili və çantası yoxa çıxmışdı. Roy heç bir zorakılıq izinə rast gəlmədi. Bir sutkadan sonra Sendinin avtomobilini Qautik hava limanının dayanacağında tapdılar. Sendi yoxa çıxdığı gün onun kredit kartından iki əməliyyat aparılmışdı. Buta aptekində 75 funt-sterlinqlik ödəmə və bir də 16:42-də Tesko yanacaqdoldurma məntəqəsində edilmiş ödəniş. Həyat yoldaşı özü ilə nə paltar, nə də başqa əşyalar götürmüşdü. Onların dənizə aparan sakit küçələrindəki qonşular heç nə görməmişdilər. Onların evinin bir istiqamətində nadir mehribanlığa malik olan yunan ailəsi yaşayırdı. Onlar iki kafenin sahibi idilər. Lakin həmin zamanlarda onlar məzuniyyətdə idilər. Sol tərəfdəki qonşu qulaqdan zəif olan yaşlı dul qadın idi. O, televizorun səsini yüksək həddə qaldıraraq yuxulayırdı. İndi Roy onun evindən hansısa amerikan polis serialının səsinin yayıldığını eşidirdi: silah səsləri, təkər səsləri, sirenaların uğultusu… Dul qadın da heç nə görməmişdi.
Yeganə nə isə öyrənməyə ümid etdiyi şəxs qarşı tərəfdə yaşayan Norrin Qrinsted idi. Diqqətli və ürkək, yaşı 60-ı çoxdan keçmiş qonşu qadın hər zaman kimin nə işlə məşğul olduğunu bilirdi. Əgər Lorin şiddətli hafizə itkisi xəstəliyinin əldən saldığı həyat yoldaşı Lensə qulluq etmədiyi vaxtlarda küçədə görünürdü, əllərində sarı rezin əlcək öz gümüşü rəngli “Nissan”nı təmizləyir, yolu sulayır, süpürür, pəncərələri və ya başqa bir şeyləri yuyurdu. Lazım olsa da, olmasa da. O, hətta xalçaları da çıxarıb evin qarşısında çırpırdı. Norinin iti gözlərindən heç nə yayınmırdı, Lakin necə olubsa Sendini, Sendini gözdən qaçırıb.
Qreys işığı yandıraraq yataqdan qalxdı. Gecə masanın üzərindəki şəkillərə nəzər saldı. Onlar bu şəkildə Sendi ilə birgə Oksford hotellərindən birində, DNT və barmaq izlərinə həsr olunmuş problemlər konfransına gedərkən çəkdirmişdilər. Bu onun itməsindən bir neçə ay əvvəl olmuşdu. Qreys kostyum və qalstukda kresloda yayılıb. Sendi qara rəngli gecə paltarında ona sıxılmış, sarı buruqları və üzündə, onların şəklini çəkən ofisianta ünvanlanmış hər zamanki təbəssüm… Sonra isə o yatdığı futbol maykasında da yavaş-yavaş aşağı düşdü.
Sendinin o qədər gözəl zövqü var idi ki! Onların evi, daha doğrusu evlərinin yarısı keçən əsrin 30-cu illərində saxta Tüdor dövrünün üslubunda tikilmiş sadə mənzil idi. Yalnız Sendinin təşəbbüsü ilə burda rahatlıq yarandı. O, qəzetlərə bazar əlavələrini, qadın və dizayner jurnallarını çox sevirdi, bəzi hissələri kəsib götürürdü, diqqətini çəkən şəkilləri onunla müzakirə edirdi. Onlar saatlarla interyer üzərində çalışırdılar, özləri divar kağızları yapışdırır, döşəməni hamarlayır, laklayır, rəngləyirdilər…
Sendi “fen-şuy”la maraqlanırdı və şəlaləsi olan kiçik bağça düzəltmişdi. Evi şamlarla doldurmuşdu. Yalnız təbii ərzaqlar alırdı. O, hər şeylə maraqlanırdı, hər şey barədə soruşurdu və hər şeyə şübhə ilə yanaşırdı. Elə buna görə də Sendini sevirdi. Gələcəklə bağlı planlar qurmaq necə də gözəl idi. Üstəlik Sendi çox gözəl bağban idi: gülləri, kol və ağacları araşdırırdı, nəyi nə vaxt əkmək lazım olduğunu bilirdi. Qreys qazonları16 kəsməyi bacarırdı, bununla da onun bacarıqları bitirdi. İndi onların bağçası baxımsız idi və Qreys bu haldan vicdan əzabı çəkirdi. Hərdən o, özünə sual verirdi: Sendi birdən qayıtsaydı nə deyərdi? Sendinin avtomobili indiyə qədər qarajda durur. Avtomobili qaytardıqdan sonra məhkəmə ekspertləri onu demək olar ki, mikroskop altında axtardılar. Sonra isə o avtomobili evə gətirdi və qarajda saxladı. Neçə ildir ki, mühərriki hər ehtimala qarşı işə salır hər etimala qarşı… Yataq otağında Sendinin paltarlarını, başmaqlarını, stəkanda diş fırçasını saxladığı kimi…
O, hələ də Sendinin nə vaxtsa qayıdacağını gözləyir. Qreys tamam oyanaraq özünə “qlenfiddiş” süzüb şappıltı ilə qonaq otağındakı kresloya oturdu. Pulta basaraq televizoru yandırdı, üç film izlədi, sonra bir neçə peyk kanallarını axtardı. Lakin heç biri bir neçə dəqiqədən artıq diqqətini çəkmədi. “Beatles”, “Maylz Devis”, “Sofi-Ellis-Bakster”in musiqilərini dinlədi və pletri söndürdü. Sevimli kitablarından olan Kolin Uilsonun “Məxfi” əsərini əlinə aldı. Paranormal görüntülərə həsr olunmuş kitablar, qalın cərgə ilə kitab şkafını aşağıdan yuxarı doldurmuşdu. Qreys həvəssizcəsinə səhifələri vərəqləyir, az-az viski içirdi. Və bir neçə başlıqdan artıq fikrini cəmləşdirə bilmirdi.
Necə də murdardır bu vəkil! Bu gün o ləzzətlə məhkəmədə Royu ələ saldı və Roy bu fikirdən qurtula bilmirdi. – Ay səni qancığın oğlu! Riçard Çarruell! Təmtəraqlı zibil! – Ən pisi də odur ki, müdafiəçi onu minib çapdı. Aldatdı. Məharətlə aldatdı. Əsl incidiyi də bu idi.
O yenidən pultu götürdü və telemətnə keçdi. Sırağagünki iylənmiş xəbərlər idi. Nə bir geniş siyasət qalmaqalı, nə bir terrorist çıxışı, nə bir zəlzələ, nə bir aviafəlakət…
Qreys heç kimə pislik arzulamırdı, lakin ümid edirdi ki, səhər hansısa şad xəbər olacaq və qəzet və radioların ilk sırasına düşəcək. Bu Sureş Xosseynin məhkəməsindən daha maraqlı hadisə olacaq.
12
Onun bəxti gətirmədi. Məşhur bulvar qəzetlərindən ikisi və bir mötəbər qəzet Xosseyin üzərində gedən prosesin hesabatı-nı ilk zolaqda qalanları isə ikinci, üçüncü zolaqlarda yerləşdirmişdilər. Əsas maraq doğuran məhkəmə araşdırması yox, cinayət axtarışlar polisi, superintendent Roy Qreysin şahid ifadəsi idi.
Səhər saat 9-un yarısında onu rəhbərliyin hüzuruna çağırdılar. Roy öz müdiri Elison Vosperin qarşısında dayanmışdı və oa elə gəlirdi ki, zaman geriyə qayıdıb və o yenidən məktəb direktorunun kabinetində bir ayağını qaldırıb, birini yerə qoyur. Royun əməkdaşlarından biri müdiri “27 Nömrə” adlandırıb və bu təxəllüs ona ölənə qədər yapışıb. Çatdırılma ilə alver edən yerli çin restoranının menyusunda 27 nömrənin altında “turş-şirin sousda hazırlanmış donuz” qeyd olunmuşdu. İndi kimsə 27 nömrəli yemək sifariş edəndə “Elison Vosper” deyirdilər.
Bugün də cinayət işləri üzrə müdir müavini polis Elison Vosper, qırxdan bir az artıq yaşı, seyrək qısa kəsilmiş sarısaçlı, arıq, lakin yenə də öz cazibəsini itirməyən siması olan qadının ovqatı təlx idi. Royu hətta onun kəskin gül ətri olan ətri də qıcıqlandırırdı.
Onun əynində ciddi qara kostyum və nişastalanmış ağ nazik köynək var idi. Elison cilalanmış polisandrdan17 olan yazı masasının arxasında əyləşmişdi. Onun qüsursuz təmizlik hökm sürən otağı kraliça Annanın dövründən qalma xudmani evi Leyisdəki polis idarəsinin birinci mərtəbəsində yerləşirdi. Pəncərələr kəsilmiş qazonlara açılırdı. Masanın üstü boş idi, əgər içərisində üç al qırmızı zanbaq olan büllur güldanı və ammonyak rəngli qələm qabını saymasaq. Masanın kənarında kənarı çərçivəyə salınmış ailə şəkli: həyat yoldaşı və iki uşağı. Elisonun həyat yoldaşı da polisdə işləyirdi və baxmayarq ki yoldaşlarından bir neçə yaş böyük, üç rütbə ondan aşağı idi. Royun nəzərləri səhər qəzetlərinin qalağına yönəldi. Açıq poker kartlarına bənzər şəkildə yelpik kimi səpələnmişdilər. Hərdən Qreys heyrətlənirdi ki, rəhbərlik öz kabinet və yazı masalarını səliqədə saxlamağı necə bacarır. Onun şəxsi iş yeri zibilxananı xatırladır. Yarıdağınıq qovluq yığını, cavabsız qalmış məktublar, itmiş qələmlər, qəbzlər, çıxarış kağızları hansılar ki, heç cür daxil olanlarla düz gəlmirdi. Roy qərara aldı ki, ən yüksəyə çıxmaq üçün mütləq dəftərxana işlərinin təcrübəsindən yararlanmaq lazımdır. Deyəsən, onda bu bacarıqlar yoxdur. Genetik səviyyədə şayiə gəzirdi ki, guya üç il öncə Elison Vosperin döşündə xərçəngi əməliyyat ediblər. Qreys anlayırdı ki, bunlar çox güman ki, nağıldır, belə ki, milis rəhbərinin müavini öz şəxsi həyatının ətrafında əsl divar ucaltmışdı. Buna baxmayaraq onda qəribə bir kiçilmə var idi. Açıq desək hərdən müdir Royda maraq doğururdu. Əsasən də onun qonur ağıllı gözlərində şən qığılcımlar alovlananda. O zaman ona elə gəlirdi ki, az qalsın Elison onunla dilxoşluq edir. Ancaq bu gün səhər o dəqiq eşqbazlıq havasında deyildi. O əlini uzatmadı, hətta salamlaşmadı belə, sadəcə soyuq halda başı ilə masanın qarşısındakı hündür stullardan birinə işarə etdi və o anda öküzü buynuzundan tutdu.
Onun baxışında həm qınaq, həm də açıq qəzəb oxunurdu.
– Lənət şeytana Roy, bu nə deməkdir?
– Bağışla.
– Bağışla?
O, təsdiqlədi:
– Mən.... iş ondadır ki, mənim sözlərim konteksdən götürülmüşdür.
– Sən başa düşürsən ki, sənin diqqətsizliyinə görə bütün iş məhv ola bilər? – İfadəsini bitirməyə imkan verməyərək sözünü kəsdi.
– Mənə elə gəlir ki, biz bunu yoluna qoya bilərik.
– Bu gün səhər müxbirlər məni zəngləri ilə bezdiriblər. Sən gülüş hədəfinə çevrilmisən. Sənə görə biz hamımız axmaq yığınına oxşayırıq. Sən niyə belə ağılsızlıq törətmisən?
Qreys fikirlərini toplamaq üçün bir neçə saniyə susdu.
– O medium-qadın əsl möcüzədir. O, artıq, bizə əvvəllər kömək edib. Mənim heç ağlıma da gəməzdi ki, kimsə onun haqqında öyrənə bilər.
Vosper kürsünün arxasına söykənərək Qreysin gözlərinə baxaraq asta-asta başını yellədi.
– Mənim səninlə bağlı böyük planım var idi. Sənin rütbəni də mənə görə qaldırıblar. Mən sənə kömək edirdim. Roy, sən bilirsən ki, mən sənə necə yanaşıram, düzdür?
İşlər o qədər də göründüyü kimi deyildi, lakin indi mübahisə üçün əlverişli məqam deyildi.
– Bilirəm, – Roy təsdiqlədi. – Və təşəkkür edirəm.
“27 Nömrə” barmağı ilə qəzetlərə vurdu.
– Və sən mənə belə təşəkkür etdin? Bax, sən mənə necə qarşılıq verdin?
– Bəsdir, Elison, mən axı Xosseyni yaxaladım.
– İndi isə onun vəkilinə böyük dəlil verdin, hansı ki onlar ittihamnaməni məhv edə bilərlər.
– Elə deyil, – Roy özünü saxlaya bilmədi. – Ekspertlər artıq ayaqqabıya baxıblar. Mən, onu götürəndə də, qaytaranda da qol çəkmişəm. Onlar özlərindən qondarma dəlilləri mənə tikə bilməzlər. Mən hərdən qeyri-ənənəvi üsullara qaçıram, lakin onlar araşdırmanın gedişatına təsir etməyib.
Elison Vosper öz manikür olunmuş dırnaqlarına baxmağa başladı. Roy gördü ki, onun barmaqlarının ucu tipoqraf rənglərdən qaralıb. Ona elə gəldi ki, Elisondan gələn ətir daha da kəskinləşdi, sanki, o, hansısa zəhərli heyvan idi.
– Sən baş zabitsən, sən iş aparırdın. Və etibardan düşməyə şərait yaratsan, nəticələr çox ciddi ola bilər. Lənət şeytana! Niyə axı, sən belə ağılsızlıq törətmisən?
– Qətl işi üzrə proses ən qızğın yerindədir. Biz dəqiq bilirik ki, Xosseyin Reymond Koeni sifariş edib, lakin meyit yoxdur, düzdür? Meyitin olmaması həmişə zəif hissədir – O, çiyinlərini çəkdi. – Əvvəllər dəfələrlə ekstrasenslərin köməyindən istifadə etmişik-bizim ölkənin bütün polisləri kimi. Heç olmasa Lesli Uitti xatırlayaq…
Lesli Uitlin yoxa çıxması barədə iş bütün ölkəyə səs salmışdı. 1975-ci ildə 17 yaşlı varlı varisi oğurladılar və o, yoxa çıxdı, sanki havada əridi. Polis cəsədi tapa bilmədiyinə görə xəfiyyələr nəhayət ki, bir məşhur ekstrasensin sözlərinə qulaq asdılar. Məhz bu tənək çubuğu kanalizasiya lyukunu göstərdi. Bədbəxt boğulmuş qızı orada gizlətmişdilər.
– Roy, Lesli Uitlin işini çətin polisin qələbəsi saymaq olar.
– Başqa hadisələr də var idi. – O, etirazını bildirdi.
Elison Volter susaraq gözlərini superintendentə zillədi. Birdən onun yanaqlarında çuxurlar əmələ gəldi. Elə görünə bilərdi ki, o qəzəbi hörmətlə əvəzləyib, lakin onun səsi əvvəlki kimi soyuq və sərt səslənirdi.
–Ekstrasenslərin köməyi ilə bizim uğur qazandığımız halları barmaqla saymaq olar.
– Düz deyil və sən bunu çox gözəl başa düşürsən.
– Roy, mən bircə şey başa düşürəm. Sən ağıllı adamsan. Mən bilirəm ki, sən qeyri-normal təzahürləri öyrənməyə çox vaxt sərf edirsən və buna inanırsan. Mən sənin otağında kitabları görmüşəm və standart düşünməyən polis zabitlərinə hörmət edirəm. Lakin bizim cəmiyyət qarşısında borcumuz var. Bağlı qapı arxasında baş verənlər bir şeydir, bizim kütləyə təqdim etdiyimiz isə tamamilə başqadır.
– Elison, axı camaat da inanır! 1925-ci ildə alimlər arasında sorğu apardılar. Onlar soruşurdular: Allaha inanırsınız? 43 faiz bəli cavabı verdi. Eyni sorğunu 1998-ci idə də keçirdilər. Bilirsən nəticə necə oldu? Müsbət cavabı yenə də həmin 43 faiz verdi. Yeganə fərq o idi ki, inananlar içərisində daha az bioloq var idi. Əvəzinə riyaziyyatçilar və fiziklər üstünlük təşkil edirdi. Başqa bir sorğu da keçirildi, lakin keçən il. İnsanlardan soruşurdular ki, onların həyatına hansısa fövqəltəbii hadisə baş verib ya yox. 90 faizi bəli cavabı verib, –Roy masaya tərəf əyildi.
–Roy, sakinlər inanmaq istəyir ki, polis cinayətlərin axtarışı üçün vergi verənlərin pulunu cinayətkarların ənənəvi üsulla axtarışına sərf edir. İnsanlara düşünmək xoşdur ki, biz lupa ilə DNT nümunələri və barmaq izləri tapmaq üçün sürünürük, bizim çoxlu ekspertlər olan laboratoriyalarımız var. Biz gecə və gündüz tarlaları təmizləyirik, bataqlıqları quruduruq və qapıları döyərək şahidləri dindiririk. Onlara bilmək vacib deyil ki, biz Brayton körpüsünün yanında müştəri qəbul edən xanım Arkata ilə məsləhətləşirik. Büllur şara baxırıq və boşqab fırladırıq. Vergi verənlər elə güman edirlər ki, digər dünyaya müraciət edərkən biz boş yerə öz qızıl vaxtımızı itiririk. Qədim xarabalıqları gəzən Hamlet kimi ruhlarla danışan polis güvən vermir. Başa düşürsən sözü nəyə gətirirəm?
– Bəli, başa düşürəm. İcazə ver, səninlə razılaşmayım.
– Bizim işimiz cinayəti araşdırmaqdır. Və biz istənilən əl altında olan vasitələrdən istifadə etməliyik.
Elison inadla başını buladı:
– Onsuz da, biz bütün cinayətləri aça bilmərik və bununla razılaşmalıyıq. Lakin cəmiyyətə əminlik təlqin etmək lazımdır. Lazımdır ki, insanlar öz evlərində rahat yatsınlar və küçələrdə qorxmadan gəzsinlər.
– Boş söhbətdir. – Qreys hiddətləndi. – Sən çox gözəl anlayırsan ki, statistikanı manipulyasiya etmək asandan da asandır. – Sözünü bitirməmiş artıq özünü saxlaya bilmədiyi üçün peşman oldu.
Müdir ona soyuq və kinli bir təbəssüm bəxş etdi.
– Qoy hökumət daha 100 milyon funt ayırsın ki, biz Sukkensdə cinayətin kökünü kəsək. Hələlik isə, bizə bir şey qalır, o da daha ağıllı tərzdə vəsaitləri bölüşdürək.
– Mediumların qiyməti ucuzdur, – Qreys yenə çiyinlərini çəkdi.
– Əvəzində onlar bizə güvən verirlər. – Elison Vosper nəzərlərini qəzetlərə çevirdi. – Ekstrasenslər məhkəmə tədqiqatlarının nəticələrini təhlükə altında qoyanda onlar çox baha başa gəlir. Mən yetərincə aydın danışıram?
– Aydın olmasa da yetərincə yüksəkdən danışırsan, – Roy özünü kobudluqdan saxlaya bilmədi. İndi Elison onu qıcıqlandırırdı.
Əgər ona qadın tərəfindən qurulmuş sorğu-sual bu qədər dözülməz idisə, yəqin o, islaholunmaz şovinist idi.
– İcazə ver, mən daha aydın ifadə edim. Bu gün sənin bəxtin çox gətirib ki, səni işdən atmayıblar. Şef sənin hərəkətinə heyran deyil. O qədər əsəbiləşib ki, səni birdəfəlik aktiv işdən kənarlaşdırıb və işinin sonuna qədər yazı stoluna mıxlayacağı ilə təhdid etdi. Sən buna çalışırsan?
– Yox.
– Onda gic əməllərindən əl çək və unutma ki, sən polis işçisisən.
13
Polisə gəldiyi müddətdən Roy Qreys birinci dəfə idi ki, özünə belə bir sual verirdi: Qanun keşikçisi olmaq bu qədər vacibdir? Uşaqlıqdan o, başqa heç nə arzulamırdı, elə böyüdükcə də başqa bir sənət haqqında da düşünməyib.
Atası Cek cinayət işləri üzrə polis müfəttişi vəzifəsinə qədər yüksəldi. Zabitlərdən yaşca böyük olan bir nəfər qocanı hələ də xatırlayırdı və onu mehribanlıqla yad edirdi. Uşaqlıqda Qreys atasını çox sevirdi. Onun hekayələrini dinləməyi, polis avtomobilində gəzməyi, onunla işə getməyi sevirdi. Körpə Roya atasının sənəti parlaq və macəralarla dolu görünürdü-başqa oğlanların atalarının işlərindən çox maraqlı.
Onda Qreys bütün polis seriallarına baxır, mümkün olan detektiv və döyüş kitablarını oxuyurdu. Şerlok Holmsdan Ed Makbeynə qədər. Demək olar ki, fotoqrafik yaddaşa malik idi. O, tapmacaları, başsındran, bağlamaları çözməyi sevirdi və bununla da nadir güclü oğlan kimi böyüyüb. Atasının söhbətlərindən sonra Roy dəqiq əmin idi ki, guya polislər bir ailədir və bu ailədən güclü dostluq və yoldaşlıq hissi inkişaf etmişdir.
Lakin bu günkü kimi günlərdə o başa düşürdü ki polislərin işi yalnız imkanları çərçivəsində iş aparmaq deyil, həm də heç yerə qaçılmayacaq uğursuzluqlara uyğunlaşmaqdır.
Müasir siyasi dünyada hüquq-müdafiə orqanları zabiti tez-tez özünü siyasi piyada kimi hiss etmək məcburiyyətindədir. Cinayət axtarış şöbəsində bütün gənc superintendentlər arasında Royun vəzifəsinin ikinci pilləyə qədər qaldırılması axırıncı üç ayda ona zövq verirdi. İndi isə yüksək rütbə ona zəhər dolu fincan kimi görünürdü.
Xidmətdə yüksəliş Braytonun mərkəzindəki səs-küylü, Royun demək olar ki, bütün dostları işlədiyi bölmədən nisbətən daha sakit yerə şəhər kənarında yerləşən yaxın zamanlarda təmir edilmiş və Susseks polisinə qərargah olaraq verilmiş keçmiş sənaye zavoduna keçirilmişdi.
Otuz il xidmətdən sonra təqaüdə getmək olar. Necə işlədiyin vacib deyil, əgər bu üç onilliyi dözə bilsən ömrünün qalan hissəsini ac qalmayacaqsan. Lakin Roy öz kariyerasını bu cür təsəvvür etmirdi. Hər halda adətən o buna başqa cür yanaşırdı. Lakin bu günkü gün onun qanadlarını xeyli sındırdı və göstərdi ki, əslində işlər nə yerdədir. Masanın arxasında beli bükülmüş vəziyyətdə oturaraq elekton poçtuna yeni məktubun gəldiyini bildirən səsə belə fikir vermədən, Roy düşünürdü ki, qaydalar dəyişib. Qara çörəkdən hazırlanmış içərisində yumurta və vəzəri olan sendviçi yeyərək Roy Sureş Xosseynin məhkəmə işinin stenoqramlarına baxırdı. Həyat yerində durmur. Gah yaxşıya doğru, gah da o qədər də yaxşı olmayan istiqamətə dönür. Bircə il də keçsin 40 yaşı tamam olacaq. Saçlarında artıq ağlar yaranıb.
Onun yeni kabineti isə çox darısqaldır. Üç yığın dəbli firma alışqanlarının kolleksiyası pəncərə ilə masa arasındakı rəfdə birtəhər səpələnmişdi. Mənzərə isə Elison Vosperdə olduğu kimi çəmənliyə deyil, İƏK-in kameralarına və dayanacağa açılırdı. Kürəyinin arxasındakı divarda böyük dairəvi taxta saat yerləşirdi.
London İst-Endinin bölməsi haqqında çəkilmiş məşhur polis işi teleserialında çəkilmişdi. İyirmi altı yaşı tamam olanda saatı ona Sendi hədiyyə etmişdi. Saatın altında bir neçə il əvvəl İrlandiyada tutduğu min yeddi yüz funtluq və altı unsiya18 ala balıq müqəvvası nəzərə çarpırdı.
Qreys bilərəkdən onu saatın altından asmışdı ki, iş tabeçiliyində olanları nəzarətdə yaxşı saxlasın, zəhmətsiz göldən balıq çıxarmaq olmaz misalı.
Müqəvvanın hər iki tərəfində çərçivəyə salınmış bir neçə sənəd və “Bramsxil polis kolleci Ağır və silsilə cinayətlər bölməsi 1997-ci il” yazılan qrup rəsmi operativ bölmənin işçilərindən doğuşdan rəssam olan biri tərəfindən şəklə çəkilmiş iki karikatura… Qarşı tərəfdəki divar isə kitab dolu rəflər (əsasən də məxfi kitablar) və sənəd qovluqları tutmuşdu.
“L” hərfi formalı yazı masasına bilgisayarlar, daxil olan və göndərilən sənədlərlə dolu tabaqlar, vacib və o qədər də vacib sayılmayan məktub yığınları və nəhayət, kalambur adlandırılan “Coşdurulmuş dünya” adlı daktiles-kopislərin jurnal nömrəsi doldurmuşdu. Bütün bu qarmaqarışıqlığın üzərində isə çərçivəyə alınmış kəlam hakimlik edirdi: “Biz öz imkanlarımız səviyyəsinə qalxmırıq, öz bəhanələrimiz səviyyəsinə enirik”.
Qalan yeri isə televizor, videopleyr, dairəvi masa, dörd stul, bir yığın qovluq, sadə kağız bir də içərisində cinayətə baxmaq üçün bütün vasitələr olan dəri yol çantası tuturdu. Masanın üstündə açıq keys, yanında cib telefonu, diktofon və bir yığın dünən evə gətirdiyi şifrələri açılmış stenoqramlar var idi.
Roy yeyib qurtarmadığı sendviçi zibil səbətinə atdı, iştahı qaçmışdı. O kiçik qurtumlarla fincandan qəhvə içərək axırıncı elektron məktublara baxırdı, sonra isə Susseks polisinin saytına daxil oldu və sələfləri tərəfindən araşdırıldıqdan sonra ona çatdırılan iş siyahısının fayllarını açdı.
Hər birində açılmamış qətllərin təfsilatı olan və bəlkə də, daha artıq qovluq dolu qutulardan yığcam idi. Əks təqdirdə bu qovluqlar elə döşəmədə də qalaqlanıb qalacaqdılar, dolablardan töküləcəkdi və ya qətl törədilmiş bölgədəki qarajda kif basmış halda olacaqdılar. Qovluqlarda cinayət yerindən çəkilmiş şəkillər, ekspertlərin hesabatı, toplanmış dəlillər şahidlərin ifadələri və digər məlumatlardan ayrılmış və rəngli lentlə bağlanmış məhkəmə zalında olan stenoqramlar var idi. Yeni öhdəliklərə qraflığın ərazisində baş vermiş açılmamış qətllərin yenidən öyrənilməsi bu və ya digər araşdırmalar ilə məşğul olan polis bölmələri ilə əlaqə yaratmaq daxil idi. Ola bilər ki, keçən illər ərzində hansısa dəyişikliklər baş verib və onların nəticəsi olaraq işləri yenidən açmaq olardı. Bir çox qovluqların tərkibini Roy Qreys ona məktəbdə və polis kollecində imtahanları verməyə kömək etmiş fotoqrafik yaddaşın hesabını əzbər bilirdi. Qovluqdakılar onun üçün sadəcə alınmış insan həyatları indiyə qədər azadlıqda gəzən cinayətkarlar deyildi. Hər bir açılmamış iş Qreysin zəif damarı idi: axı qətlə yetirilmiş insanın ailəsi keçmişi basdıra bilməzdi və sirr açılmamış qalırdı və haqq-ədalət öz yerini tapmamışdı. Belə ki bəzi işlərin artıq otuzdan yuxarı yaşı var idi. Roy başa düşürdü ki, ümid yalnız qətlə yetirilənlərin qohumlarına qalır. Riçard Ventnor homoseksual-heyvan həkimi öz otağında on iki il əvvəl ölənə qədər döyülüb. Syuzan Dauni-gözəl gənc qız zorlanmış və boğulmuşdur, 15 il əvvəl onun meyitini kilsə qəbiristanlığından tapıblar. Pamela Çizxolm varlı dul qadın xarab edilmiş avtomobildə ölmüş halda tapılmışdı, lakin zədələr heç də yol qəzası hadisəsinə xas deyildi. 9 yaşlı hindli oğlan Pratar Qokalın yoxa çıxmış şübhəli bilinən pedofilin mənzilindən döşəmənin altından tapılmış skeleti. Uzun siyahıdan cəmi bir neçə iş....
Qurbanların cənazəsi dəfn edildi və şərtlər onlar üçün də dəyişdi. Təhqiqat metodikasında əsaslı dəyişikliklər baş verib, indi DNT analizinin köməyilə yeni şübhəliləri və yeni dəlilləri üzə çıxarmaq olar.
İnternet ünsiyyəti yetərincə sadələşdirib və genişləndirib. Qanunlar dəyişib. Yeni şahidlər peyda olur. İnsanlar boşanır, dostları ilə dalaşır. İyirmi il əvvəl bir-birinin əleyhinə ifadə vermək istəməyən evli cütlüklər indi bir-birilərinə nifrət etməyə başlayıblar. Qətl haqqında işləri heç vaxt bağlamırlar. Sadəcə onları “sallaq” adlandırırlar.
Telefon zəng çaldı. Ona kömək edən rəhbər köməkçisi həm də bilavasitə rəis olan Elison Vosperə kömək edən xanım, məlumat verdi ki, operativ bölmədən zəng vurublar. Detektivlə birləşdirsin, ya yox? Siyasət getdikcə Roy Qreysi daha çox qıcıqlandırırdı, əsasən də polisdə. Yaxın vaxtlara qədər onları sadəcə katibə adlandırırdılar, indi isə rəhbər köməkçisi. O calaşdırmağı xahiş etdi və bir saniyədən sonra telefonda Qlen Brensonun tanış səsi eşidlidi. Ağıllı, fanatikcəsinə öz işinə sadiq olan çavuş detektivlə Qreys əvvəllər dəfələrlə bir yerdə işləyib. Hər şeydən əlavə olaraq filmə aid olan hər şeydə Qlen canlı ensiklopediya idi. Qlen Brenson Qreysin xoşuna gəlirdi, bəlkə də çavuş onun ən yaxın dostu idi.
– Roy, işlər necədi? Sənin haqqında oxudum, oxudum…
– Daha səsini kəs. Nə lazımdır? Necəsən? Yaxşısan?
– Sən indi məşğulsan?
– O baxır sən nəyi nəzərdə tutursan?
– Heç olmasa bir dəfə suala sualla cavab verməməyə səy göstərmisən?
Qreys gülümsədi:
– Bəs sən?
– Qulaq as, burda bir xanım məni bezdirib. Onun nişanlısı yoxa çıxıb. Guya oğlan toyu olub, orda nəsə baş verib. Qısası çərşənbə axşamından yoxdur, yoxa çıxıb.
Qreys alnını qırışdıraraq, bu gün hansı gün olduğunu yadına saldı. “Aha, cümə axşamı. Hə nə olsun”.
– Mən elə bildim ki, sən məhkəmədəsən. Cib telefonuna zəng vurdum lakin o, söndürülmüşdü.
– Mən nahar edirəm. Məhkəmədə fasilədir. Hakim Driskol müdafiənin təqdim etdiyi sənədlərə baxır.
Məhkəmə prosesinin əsas çatışmazlığı odur ki, çox vaxt alır. Qreysin rəhbərlik etdiyi istintaq bütün təhqiqat zamanında daim ya məhkəmə binasında, ya da əlaqədə olmalıdır. Bu prosesin isə üç ay uzanma ehtimalı var və vaxtın çox hissəsini də məsələnin ətrafında fırlanmaq aparacaq.
– Mənə elə gəlir ki, itkin düşmək sadə məsələ deyil – Qlen Brenson davam etdi. Mən sənin beynini də tərpətmək istəyirəm. Bu gün axşam boşsan?
İstənilən başqa birinə Qreys “yox” cavabı verərdi, lakin o bilirdi ki, Qlen Brenson avara deyil. Bundan əlavə, lənət şeytana, indi o, nə bəhanə ilə olur-olsun, bu kabinetdən qaçmaq istəyirdi, hətta murdar havaya baxmayaraq.
– Əlbəttə, mən bir az vaxt oğurlayaram.
– Əla. – Bir az susaraq Qlen Brenson davam etdi: qulaq as, o oğlanın mənzilində görüşək. Mənə elə gəir ki, sən ora baxmalısan. Mən açarı taparam və səni orda gözləyərəm.– Brenson ünvanı söylədi. Qreys saata baxdı, orqanayzerlə tutuşdurdu.
– Gəl beşin yarısı görüşək oldu? Bir-iki qədəh də içərik.
– Məgər sənə üç saat lazımdır ki… Ancaq bağışla, sənin yaşlarında çətin ki, tapmaq olsun. Sağ ol.
Qreys diksindi. O, kimsə qarşıdan gələn qırxilliyi yadına salanda sevmirdi. Roy bu cizgini təsəvvür etmirdi. Bu yaşda yekun vurmaq qəbul olunub. Haradansa oxuyub ki, insan 40 yaşdan sonra müəyyən quruluş-forma alır və sona qədər də bu cür gedir. Otuz səkkiz – bu hələ yaxşı idi. Lakin 39 yaş özündən asılı olmayaraq artıq qarşıdan gələn yubiley haqqında düşünməyə vadar edirdi. Amma bu yaxınlara qədər qırx yaşlıları qoca hesab edirdi. Lənət şeytana! Qreys yenidən “sallaqların” siyahısına baxdı. Hərdən açılmamış cinayətlərin qurbanları ona canlı insanlardan daha yaxın olurdu. Ondan əl çəkməyən iyirmi ruh onların qatillərini cavab verməyə məcbur etməsi üçün yalvarırdı. Onlar daim oyaq olanda Royun düşüncəsində yığışırdılar, hərdən isə yuxusuna da girirdilər.
14
Qreysin iş maşınından istifadə etmək hüququ var idi. Lakin özünün “Alfa-Romeo 147”-sinə üstünlük verirdi. O, öz avtomobilini sevirdi: cod oturacaqlar, rəvan keçid, dözümlü salon, funksionallığı, qulaqbatırıcı səslə işlənmiş qazın çıxması, dəqiqlik hissi, ləvazimat lövhəsində parlaq daimi ləvazimat komplekti. Avtomobili onun xasiyyətinə uyğun gəlirdi.
Enli, qalın fırçalar ön şüşədəki su şırnağını təmizləyirdi, təkərlər yaş yolda xışıldayırdı, stereomaqnitofondan Elvis Kostelin öz-özünə danışığı eşidilirdi. Bort bilgisayarının göstərişlərinə əsaslanaraq Qreys təpədə yolu kəsdi, sonra isə aşağıya, vadiyə doğru endi.
Yağış örtüyünün arxasında Brayton və Houvun dənizkənarı şəhərətrafı kurort qəsəbələri başlayırdı. Uzaqda köhnə səmt Şorem elektrik stansiyasının borusu yüksəlirdi. Bir az uzaqda isə demək olar ki, səma ilə birləşən La-Manşın boz zolağı parıldayırdı. Burada Breyton küçələrində də elə o böyüyüb. Olurdu ki, atası ona yerli tör-töküntülərin adlarını çəkirdi: narkotika alverçilərinin, massaj salonlarının sahiblərinin, bəzənib düzənmiş antikaların, mebel və şəkillərin, möhtəkirlərinin. Vaxtilə bu yerdə qaçaqmalçıların kəndi yerləşib. Sonra 4-cü Georgi burada, öz sevgilisinin evindən bir neçə yüz yard aralıda saray tikdirib. Hansısa üsulla Brayton bir tərəfdən öz cinayət aləmində öz şöhrətini saxlayıb, bir tərəfdən isə şəhər imicini qoruyub. İstirahət günləri sevgililərinin yanına qaçmaq xoş idi. Qreysin fikrinə görə bu özünəməxsusluqlar Brayton və Houva kömək edirdi ki, adi ingilis kurort əyalətinə çevrilməsinlər. O, dönmə işığını yandırdı və bort bilgisayarını bağladı.
Qrassmir-Kort qırmızı kərpicdən çoxmənzilli bina idi. Zəngin və dəbli Houv rayonunda 30 il əvvəl tikilmişdi. Fasad yola çıxırdı, arxada tennis klubu yerləşirdi. Sakinlərin orta yaş həddi 25-35 yaş arası dəyişirdi. Əsasən, burada uğurlu kariyera quran subaylar yaşayırdılar, lakin gənc imkanlı təqaüdçülər də nəzərə çarpırdı. Daşınmaz əmlak agentliyi Qrassmir-kort yaşayış kompleksini biznes klasa aid edirdilər.
Hündür və keçəl, qara dərili Qlen Brenson qalın uzun papaqlı gödəkcədə, meteorit kimi, artırmada gözləyirdi. Qreys çatanda o, cib telefonu ilə danışırdı. İndi o, polisdən daha çox narkotik alverçisinə bənzəyirdi. Qreys gülümsündü. İllər uzunu məşq zalında keçirdiyi məşğələlər nəticəsində nəzərəçarpan əzələlər, ona, teleaparıcı Klayv Ceymsin, Arni Şvastneqer haqqında dediyi sözləri xatırlatdı: “yunan qozu ilə doldurulmuş prezervativ”.
– Salam qoca! – Brenson onu salamladı.
– Kəs səsini mən səndən cəmi 7 yaş böyüyəm, – Qreys güldü. – Vaxt gələcək sənin də 39 yaşın olacaq onda anlayacaqsan ki, bu gülməli deyil.
Onlar əllə görüşdülər, sonra Brenson üzünü turşutdu.
– Pis gündə görünürsən, ciddi deyirəm.
– Açıq olmaq hamıya yaraşır
– Hə, ancaq səhər qəzetlərində sənin soyadını böyük hərflərlə dərc ediblər və mən istər-istəməz gördüm.
– Yer üzünün başqa sakinləri kimi.
– Bilirsən dostum, sən qoca olmaq üçün ağılsızsan.
– Nə, nə? Ağılsız?
– Qreys sən ağıllanmırsan. Hasarın arxasından boylanmağa davam et və bir dəfə sənin başını üzəcəklər. Hərdən mənə elə gəlir ki, sən mənim tanışlarım arasında nadir ağılsızsan. – Çavuş giriş qapısını aralayaraq tamamilə açdı.
– Çox sağ ol, sən təsəlli verməyi çox yaxşı bacarırsan. –Qreys dostunun arxasınca küçə qapısına yaxınlaşaraq dedi. O an da üzünü turşutdu. Hətta gözləri bağlı da köhnə binanın girişinə daxil olduğunu müəyyənləşdirmək çətin deyil.
Eyni iyrənc çırpılmış xalça, köhnə rəng, bişmiş kələm qoxusu… Lifti gözləyənə qədər o soruşdu, yoldaşın necədir?
– Yaxşıdır.
– Bəs uşaqlar?
– Semmi əla oğlandır. Remi isə fərsizdir. – Brenson zəngi basdı.
– Qlen, heç nə elə deyildi. Müxbirlər hər şeyi yalan yazıblar.
– Bilirəm qoca, çünki mən səni tanıyıram, müxbirlər isə tanımırlar. Tanısaydılar onlar sənə tüpürməzdilər də. Onlara bişmiş dəlillər lazımdır. Sən isə o qədər səfeh oldun ki, onları dadlı tikə ilə yedizdirdin.
Onlar 7-ci mərtəbədə kabinədən çıxdılar. Mənzil dəhlizin sonunda yerləşirdi. Brenson qapını açdı. Mənzil böyük deyildi: birləşdirilmiş qonaq-yemək otağı, nazik qranit lövhə ilə örtülmüş paslanmayan qabyuyulan və iş masası olan mətbəx, iki yataq otağı, birini ev sahibi iş otağına çevirmişdi. Orada yazı masası və “İ Mac” bilgisayarı dururdu. Kabinetin qalan hissəsini kitab rəfləri tuturdu. Əsasını ucuz tərtibatlı üz qabıqları təşkil edirdi. Binanın hüznlü fasadı və ağardılmış pilləkənləri ilə müqayisədə Mayklın evi içəridən təmiz və müasir görünürdü. Boz qatqılı ağ rənglə rənglənmiş divarlar, avadanlıq moderndir. Görünür, ev sahibi yapon dizaynı ilə maraqlanır. Yastı divarlar, divarlarda sadə qravürlər, düz ekranlı televizor, altında DVD pleyr və qəribə uzun və qısa səsucaldıcı sütunları olan musiqi mərkəzi. Yataq otağında yığışdırılmamış yumşaq taxt, qəşəng yana sürüşdürülən qapıları olan dolab, televizor və alçaq çarpayı tumboları, müasir xay-tek dəbli lampalarla bəzədilimşdi. Döşəmədə “Nike” firmasının id-man ayaqqabıları atılmışdı.
Qreys:
– Pis daxma deyil.
– Aha, – Brenson təsdiqlədi, – “Həyat gözəldir”.
Qreys təəccüblə dostuna baxdı.
– Belə bir film var. – Brenson izah etdi.
– Mən bu filmə baxmışam. Kabel televiziyası ilə baxdım.
– Bu əla bir şeydir.
– Sən bu filmi görmüsən ?
Qreys başını tərpətdi. Hadisələr həbs düşərgəsində baş verir. Ata oğluna deyir ki, bu belə bir oyundur. Əgər onlar qalib gəlsələr onda onlara əsl tank hədiyyə edəcəkər. “Şindlerin siyahısı” və “Pianoçu” filmlərindən daha çox tanınır.
– Məlumatım yoxdur.
– Hərdən düşünürəm ki, sən hansı planetdən gəlmisən?
Qreys çarpayının yanındakı çərçivədəki şəklə baxdı. Yaraşıqlı sarışın 28 yaşlarında gənc adam qara futbol maykası və cins şalvarda, təxminən öz yaşlarında olan qara tünd saçlı qızın çiyinlərindən qucaqlamışdı.
– Bu odur?
– Hə, onlar Maykl Harrison və Eşli Harper. Gözəl cütlükdür, düzdür?
Qreys şəkli nəzədən keçirərək təsdiqlədi.
– Onlar şənbə günü ailə qurmalı idilər. Ən azından hazırlaşırdılar.
– Yəni?
– Əgər o peyda olsa. Hələ ki, işlər o qədər də yaxşı deyil.
– Deyirsən onu çərşənbə axşamının gecəsindən görməyiblər? – Qreys pəncərədən baxdı. Geniş yaş yol maşınla dolu idi. Avtobus tıxacda asta-asta manevr edirdi. – Onun haqqında sənə nə məlumdur?
– O yerlidir. Tərbiyəli ədəbli vətəndaşdır, iş icraçısıdır. İşləri pis getmir. Şirkət “W M Properties” adlanır. Mark Uorren adlı şəriki var. Bu yaxınlarda Şorem yaxınlarında mövcud olan köhnə uçulmuş anbarı yenidən tikiblər. Otuz iki mənzillik bina tikiblər və bütün mənzillər hələ tikinti bitməmiş sürətlə satılıb. Artıq 17 ildir ki, biznesdədirlər, xeyli yer tikiblər, hərdən söküb yenidən təmir ediblər, bəzən isə sıfırdan başlayıblar. Qız isə Mayklın katibəsidir, ağıllı və əsl gözəlçə.
– Səncə, o qaçıb?
Brenson başını tərpətdi.
– Çətin ki.
Qreys masanın üstündən şəkli götürdü və baxdı.
– Hm… belə biri ilə mən də evlənərdim!
– Mən də eyni fikri deyirəm.
Qreys qaşqabağını tökdü.
– Bağışla, mənim fikrim bir az dağınıqdı, günüm ağır keçib.
– Sən onunla evlənərdin?
– Mən subay olsaydım… İstənilən kişi onun arxasından dünyanın axırına belə gedərdi, düzdür?
– Qız sadəcə əladır.
– Necə yəni?
Qreys heyrətli halda dostuna baxdı.
– İlahi, qoca, sən tutma qabiliyyətini itirirsən.
Özünü əsəbi göstərərək Brenson nərildədi: – Nədi? Heç siçan tuta bilmirsən?
– Ola bilər, – Qreys razılaşdı.
– Nəyə işarə edirsən?
Brenson başını tərpətdi.
– Əgər sən şənbə günü bu balaca boyla evlənməli olsaydın qaçardın?
– Mən dəliyəm?
– Əgər o qaçmayıbsa onda hardadır?
Qreys fikrə getdi.
– Telefonda sən hansısa oğlan məclisindən danışırdın, hansısa zarafat alınmamışdı elə bil.
– Nişanlısı mənə elə dedi.
– Mən də o an bu barədə düşündüm. Olur ki, bəyin dostlarının təxəyyülü genişlənir. O dünən peyda olmayanda mənim ağlıma bu gəldi. Lakin iki gün yoxa çıxmaq…
– Bəlkə qorxub? Ya da başqası var?
– Hər şey ola bilər gedək, mən sənə başqa bir şey də göstərəcəm.
Qreys dostunun arxasınca qonaq otağına keçdi. Brenson monitorun arxasında əyləşdi və klaviaturanı taqqıldatdı. Bilgisayarın ustası idi. Qreysin də texnika və müxtəlif alətlərdən başı pis çıxmırdı, lakin Brenson bir neçə il ondan irəli idi.
Ekrana belə bir yazı gəldi: “şifrəni daxil edin”. Brenson klaviaturaya lap bərk döyəclədi və bir saniyə sonra monitor rəqəmlərlə doldu.
– Sən bunu necə edirsən? – Qreys təəccübləndi. – Şifrə səndə hardandır?
Brenson rişxəndlə ona baxdı.
– Heç bir şifrə yoxdur. İnsanların çoxu şifrə daxil etmək tələbini görürlər və ona uyğun olmağa çalışırlar. Lakin o, bilgisayarı tək işlədirsə, şifrə onun nəyinə lazımdır?
– Mən heyrət içindəyəm. Sən əsl bilgisayar dahisisən.
Tərifi qulaq ardına vuraraq, Brenson dedi:
– Mən istəyirəm ki, sən buna baxasan. Qreys əmrə tabe olaraq ekranın qarşısında əyləşdi.
15
Cəmi bir neçə mil onlardan aralıda Mark Uorran da bilgisayarın arxasında əyləşmişdi. Monitorun sağ aşağı küncündə saat 18:10 dəqiqəni göstərirdi. Köynəyin qolu qatlanmış, yanında unudulmuş südlü köpüyü olan kapuçino fincanı.
Adətən boş olan kabinetdəki masa, hansını ki, o, Maykl Harrisonla bölüşürdü 7 il idi ki, sənəd qalağı ilə doldurulmuşdu. “W M Properties” şirkəti hökumət naibliyi dövrünün altımərtəbəli dar binanın 4-cü mərtəbəsini tutmuşdu. Brayton dəmiryol vağzalının yaxınlığında yerləşirdi. Bu ev onların ilk layihəsi idi. İş otağını nəzərə almasaq həmin mərtəbədə müştərilər üçün zal, çox da böyük olmayan qəbul otağı, kiçik mətbəx var. Avadanlıq müasir və funksionaldır. Divarlarda Mayklla birgə sahibi olduqları üç yarış yaxtasının rəsmləri asılmışdı. Yaxtaların görünüşünə əsasən şəriklərin yaxşı güzəran keçirdiklərini anlamaq olardı. Əvvəlcə onlar daha sadə olan “Nikolson-27” yaxtasını, “kontessa 33” və nəhayət, təmtəraqlı “Oyster-42” ni əldə ediblər. Hansı ilə ki, son vaxtlar yazılmış kisə kimi rəftar edirdilər. Divarları həm də onların layihələrinin rəsmləri də bəzəyirdi. Şorem limanında Pakqouz 32 mənzilli yaşayış binası, 10 mənzilli evə düzəldilmiş hökumət naibliyi dövrünün Keyptaundakı dənizkənarı köhnə hoteli, arxa həyətindəki iki tövlə və son layihələri – ən iddialısı, beş akrlıq mənzərəli meşə sahəsi – şəriklər burada 20 ev tikmək üçün icazə almışdılar.
İki yuxusuz gecədən sonra qarşıda kazino və ucuzlaşdırılmış xalçalar satılan dükan var idi. Günəşli günlərdə qəşəng qızların necə gəzməsinə buradan tamaşa etmək gözəl olurdu. Lakin indi dayanmadan yağış yağırdı, keçənlər işlərinin ardınca tələsirdilər, çətir və yaxası qaldırılmış gödəkçələrin altında əllərini ciblərinə salaraq gizlənirdilər. Lakin Mark qarşısında duran məsələdən başqa heç nə haqqında fikirləşə bilmirdi.
Bütün gün hər 10 dəqiqədən bir o, Maykılın cib telefonuna zəng vururdu və hər dəfə də avtocavablayıcı ilə qarşılaşırdı. Əgər telefon söndürülməyib və ya batareya zəifləməyibsə, bu o deməkdir ki, Maykl hələ də oradadır. Heç kəs, heç nə eşitmirdi.
Qəzanın vaxtlarını nəzərə alsaq, dostları onu srağagün basdırıblar, saat 10 radələrində. Artıq 48 saat keçib.
Şəhər telefonunun boğuq səsi gəldi. Mark axırıncı iki sutka ərzində əsəb sarsıntıları və səsindəki titrəyişi gizlədərək dəstəyi götürdü.
–“W M Properties”
– Salam, – tanımadığı kişi onu salamladı.
– Mən Eşdaun Flidzzdə tikinti ilə əlaqədar zəng edirəm. Sizdə prospekt, yaxud qiymət vərəqi var?
– Təəssüf ki, cənab hələ də yoxdur. – Mark cavab verdi. – İki həftədən sonra olacaq. Bizim internet saytımızda məlumat var, yoxsa artıq görmüsünüz? Əgər istəyirsinizsə özünüzü təqdim edin, sizə zəng vurarlar. – Adətən kimsə əvvəlcədən tikinti ilə maraqlanırdısa o, qürur hissi keçirirdi. Lakin hazırki satış onu maraqlandırmırdı.
Daxil olanlar. Göndərilənlər. Səbət. Qalan bütün qovluqlar. Bütün elektron məktubların mətnini silmək mümükün deyildi. Onlar onsuz da serverin yaddaşında hardasa aralardan kiberməkanda qalır. Bax ora baxmaq kiminsə ağlına gəlməz. Birdən gəlsə?
O, axtarış proqramının açar sözlərini sözbəsöz yığırdı. Maykl. Oğlan məclisi. Coş. Pit. Robbo. Lyuk. Eşli. Planlar. Cəza əməliyyatı. Bütün ehtimalları nəzərə alaraq, o, lazım olan bütün faylları silirdi. Coş reanimasiyada ağır vəziyyətdədir, yəqin ki, ciddi şəkildə beynindən zədələnib. Əgər sağ qalsa, çox güman ki, iflicdi. Mark boğazına dirənmiş qəhər dolu düyünü uddu. O, Coşu 13 yaşından tanıyır. Onlar bir yerdə Varandin məktəbində oxuyublar. Əlbəttə ki, Lyuk və Mayklla birgə. Pit və Robbo onların dəstəsinə sonradan qoşulublar. Onlar Brayton barlarının birində, 18 yaşları tamam olanda görüşmüşdülər. Mark kimi Coş da pedant və şöhrətpərəst idi. Hələ üstəlik də çox yaraşıqlı idi. Qadınlar həmişə onun ətrafında dolanırdılar, necə ki Mayklın ətrafında. Bəzilərinə hayatda hər şey hədiyyə olunur, başqaları isə onlar kimi olmaq üçün mübarizə aparmalı olurlar. Baxmayaraq ki, Mark hələ yaşlı deyil – 28 yaşı var, həyatı yetərincə bilir və anlayır ki, heç nə əbədi deyil. Ən yaxşı yırtıcılar ən səbirlilərdir. Səbrini toplasan və gözləməyi bacarsan gec-tez sənin də bəxtin gətirəcək.
Cənubi Amerikada yarasalar haqqında çəkilmiş sənədli film Markda böyük təəssürat yaratmışdı. Hansısa kiçik mikroorqanizmlər mağaranın döşəməsində bu heyvanların peyini ilə qidalanır. Sürfə mikroorqanizmi, böcək sürfəni, hörümçək böcəyi, yarasa isə hörümçəyi yedi. İdeal qidalanma zənciridir.
Yarasa ağıllıdır, ona lazım olan sadəcə qarnını boşaltmaq və gözləməkdir. Cib telefonu çağırdı. Mayklın anası bu gün üçüncü dəfədir zəng vururdu. Mark həmişəki kimi ədəblə və mehribanlıqla cavab verdi. Maykl haqqında hələ heç bir xəbər yoxdur deyə məlumatlandırdı. Dəhşətlidir, ancaq onun harda olduğu, ona nə olduğu təsəvvürünə gəlmir. Onlar sadəcə barları gəzəcəkdilər. O təsəvvür etmir ki, onun harda olduğu haqda məlumatı yoxdur.
– Sən düşünmürsənmi ki, o, başqa bir qadının yanında ola bilər? – Cill Harrison utancaqlıqla, öz xırıltılı səsi ilə soruşdu. Onunla həmişə pis yola getmirdi, mümkün olduğu qədər əlbəttə. Onun həyat yoldaşı hələ onlar Mayklla tanış olmamışdan qabaq qazdan zəhərlənmişdi. Maykl deyirdi ki, atasının ölümündən sonra özünə qapanıb mətbəxə çəkilib, orada da qalıb. Onların evlərindəki şəkillərlə müəyyən etsək, Cill Harrison gəncliyində əsl gözəl olub, son dərəcə qəşəng və sarışın. Amma Mark onu artıq başqa cür görmüşdü. Sarsılmış, vaxtından əvvəl saçları ağarmış, quru və dayanmadan çəkilən siqaretlərdən qırışmış üz dərisi.
– Mən hər şeyi mümkün hesab edirəm, xanım Harrison,– Mark cavab verdi, yavaşıdı, diqqətlə sözləri seçərək dedi. – Lakin o, Eşliyə heyran idi.
– O çox yaxşı qızdır.
– Hə çox təəssüf ki, o, işi atır. Bizim ondan yaxşı katibimiz olmayıb. Bir müddət şəkildə siçanla oynadaraq kursoru ekranda oynadırdı. Ancaq başa düşürsünüz, kişilər içkili olanda istənilən ağılsız hərəkətlərə qadirdir. – O anda da dediklərinə peşman oldu. Axı Maykl danışmışdı ki, atası özünü öldürəndə sərxoş olub. Dəstəkdə uzun müddət səssizlik oldu. Sonra isə Cill sakit halda dedi:
– Məncə yetərincə vaxt keçib və o, artıq, ayılmalı idi. Maykl xeyirxah və düzgün insandır. İçkili halda nə törətsə də heç vaxt Eşlini incitməz. Yəqin ki, ona nə isə olub, yoxsa mütləq zəng vurardı. Mən öz oğlumu tanıyıram – O, bir müddət susdu – Eşli dəhşətli haldadır. Sən ona göz qoy.
– Əlbəttə.
– Coş necədir?
– Dəyişiklik yoxdur. Zoyi daim xəstəxanadadır. İşlərimi bitirib ora gedəcəm, bir az onunla olacam.
– Sən bir məlumat əldə edən kimi mənə zəng vuracaqsan, elə deyilmi?
– Əlbəttə. – Mark dəstəyi asdı. Nəzərlərini masaya çevirdi, hansısa sənədi götürdü və birdən sənədin altındakı əşyaya diqqət elədi. Onun cib bilgisayarı. Marreni soyuq tər basdı… Lənət şeytana, fikirləşdi. Lənət şeytana! Lənət şeytana, lənət şeytana!
16
Superintendent Qreyslə ayrıldıqdan sonra “Voksnol”da yerləşən xidməti şəhərə geri qayıtdı. Salonda dezinfeksiya qoxusu gəlirdi: keçən dəfə avtomobildən istifadə edərkən orada ya yaralı olub, ya da kimsə qaytarıb. O, Brayton polisinin qəşəng, lakin təsiredici binasının arxasındakı adəti yerində avtomobilini saxlayıb, daxili xidmət qapısını itələdi və daş pilləkənlə onlarla həmkarları ilə birgə oturduğu otağa qalxdı. Yeddiyə 20 dəqiqə işləyirdi. Ciddi desək, onun bu həftə növbəsi saat 6-da bitirdi. Lakin narkotik yuvasına basqından sonra onun bir yığın kağız işi var idi və o işdən sonra qalmaq üçün icazə almışdı. Artıq pul da mane olmazdı. Ancaq bu gün bir saat 7-yə qədər oturmağı planlaşdırırdı. Eri növbəti özünütəkmilləşdirmə kursundadır. Bazar ertələri ingilis ədəbiyyatından mühazirələr dinləyir, cümə axşamları isə memarlıqla məşğul olur. Onların qızı Merri dünyaya gəldikdən sonra Eri dəli olmağa başladı, guya onun savadı çatmır və o uşaqlar böyüyəndən sonra onların suallarını cavablandıra bilməyəcək.
Baxmayaraq ki, bütün monitorlar söndürülmüşdü, heç bir masada səliqə görünmürdü. Hər bir iş şöbəsi elə görünürdü ki elə bil sahibi tələsik tərk edib və indicə qayıdacaq. İşdə cəmi iki işçi qalıb. Hündür və arıq detektiv konstembl19 Nik Nikoll zəhmətkeş və sürətli futbol hücumçusunu və detektiv-serjant 35 yaşlı ifadəli simalı, uzun qarışıq saçlı Bella Moy.
Heç kəs onu sevincli səs-küylə qarşılamadı. O, bütünlüklə hansısa anketin doldurulmasına qapanmış Nik Nikolun yanından keçdi. Dodaqlarını sıxaraq o, sanki imtahanda olan oğlan kimi diyircəkli qələmlə çap hərflərini boş damalara yazırdı. Bella gözünü bilgisayardan çəkmirdi. Onun sol əli avtomatik olaraq qutudan drajeləri20 götürüb ağzına qoyurdu. Qamətli bədən quruluşuna baxmayaraq, o, Qlen Brensona məlum olan istənilən insani varlıqdan çox yeyirdi.
Masanın arxasına keçəndə həmişəki kimi, o yenə məktub işarəsinin yanıb-söndüyünü gördü. Həyat yoldaşı Eri, 8 yaşlı oğlu Semmi və 3 yaşlı qızı Remmi çəçivədəki şəkildən ona gülümsəyirdilər.
Brenson saata baxdı. Hər an vaxta nəzarət etmək lazımdır. Əgər məşğələnin başlanğıcını ötürsə Eri özündən çıxacaq. Bir də ki, bu onun üçün çətin deyil, o uşaqlarla məşğul olmağı çox sevirdi. Bu an telefon çağırdı.
Qəbul otağından zəng vururdular. Bir qadın onu bir saatdan artıqdır gözləyir və getmək istəmir. Bəlkə onunla danışsın, qalanlar hamısı məşğuldur.
– Sanki mən məşğul deyiləm! – Qlen öz qıcıqlanmasını gizlətməyərək deyindi.– O nə istəyir?
– Bu ikinci gün olmuş qəza ilə bağlıdır…itmiş bəy…
Brenson o dəqiqə sakitləşdi.
– Yaxşı gəlirəm.
Solğun olmasına baxmayaraq Eşli Harper həyatda, Mayklın mənzilindəki şəkildəki kimi gözəl idi. Onun əynində enli kəmərli dizayner cinsi var idi, çiynində isə bahalı çanta asılmışdı. Onu sorğu otağına ötürərək Qlen hərəsinə bir fincan qəhvə süzdü, qapını örtdü və qarşı tərəfdə əyləşdi. Oxşar başqa məkanlar kimi bu yer də kiçik və pəncərəsiz idi, tünd sarılı-yaşıl rəngdə boyanmış divarlar, döşəmə isə qəhvəyi gecçirklənən xalça ilə örtülmüşdü. Otağın mərkəzini metal masa və stullar tuturdu, havada aydın şəkildə siqaret tüstüsündən qalmış qoxu hiss olunurdu.
Eşli çantasını döşəməyə qoydu. Solğun sifətdən çavuşa tuş izi olan iki göz baxırdı. Şabalıdı saçının bir hissəsi çiyinlərinə və alnına düşmüşdü. Dırnaqları qüsursuz idi, sanki manikür salonundan çıxan kimi bura gəlib. Qızın qüsursuz görkəmi biraz Brensonu təəccübləndirdi. O, sadəcə inanılmaz görünürdü, axı belə vəziyyətlərdə insanlar adətən xarici görkəmləri barədə unudurlar. Eyni zamanda Brenson bilirdi ki, qadınları tanımaq asan deyil. Bir dəfə onun ailə həyatında ağır günlər yaşananda Eri ona “Kişilər Marsdan, qadınlar Veneradan gəlib” adlı kitab vermişdi. Kitab ona az-çox kişi və qadın psixologiyası fərqləri müəyyən etməkdə kömək etmişdi, lakin sona qədər yox.
– Sizi tapmaq asan deyil, – Eşli alnından uzun şabalıdı saç topasını çəkərək bəyan etdi. – Mən sizə dörd məktub göndərmişəm.
– Bəli bağışlayın. – O, əllərini açdı. Tabeliyimdə olan iki nəfər xəstəxana rejimində, daha iki nəfər isə məzuniyyətdədirlər. Təsəvvür edirəm, siz indi nə hiss edirsiniz.
– Doğrudan, siz təsəvvür edirsiniz mən indi nə hiss edirəm? Şənbə günü mən ərə getməliyəm, mənim nişanlım isə çərşənbə axşamından yoxa çıxıb. Biz keşişlə danışmışıq, mən gəlinlik paltarı geyinib baxmalıyam, 200 nəfərdən artıq qonaq çağırılıb, toy hədiyyələri göndərilib… Yox, siz dəqiq bunun necə bir hiss olduğunu təsəvvür etmirsiniz! – Qızın gözlərindən yaş axmağa başladı. O burnunu çəkdi, çantasını axtarıb, kağız salfet çıxartdı.
– Qulaq asın, mən çox təəssüf edirəm. Mən sizinlə danışdığımız günün səhərindən sizin… Mayklın yoxa çıxması işi ilə məşğul oluram.
– Və nə? – O, gözlərini quruladı.
Brenson əlindəki qəhvə stəkanını oynatdı, içmək üçün hələ çox istidir. Qoy soyusun.
– Təəssüf ki, mənim sizə verəcək məlumatım yoxdur.
Bu həqiqətə o qədər də uyğun gəlmədi, lakin Brenson Eşlinin ona nə demək istədiyini öyrənmək niyyətində idi.
– Dəqiq olaraq siz nə ilə məşğul idiniz?
– Sizə səhər telefonda dediyim kimi adətən kimsə itəndə…
– Anlayın, bizdə adi hadisə deyil. – Eşli onun sözünü kəsdi. – Maykl çərşənbə axşamı gecəsi yoxa çıxıb. Biz onunla gün ərzində bir yerdə olmayanda o, mənə 10 dəfə zəng vurur. Artıq iki gün keçib, başa düşürsüz iki bütöv gün…
Brenson dəqiqliklə onun üz cizgilərini izləyirdi ki, o, özünü ələ verəcəkmi, lakin elə bir şey baş vermədi. Onun qarşısında sevdiyinin hara itdiyini öyrənmək istəyən gənc qadın əyləşmişdi. Bəlkə… Çavuşun beynində ədəbsiz fikir canlandı, o əla aktrisadır.
– Xahiş edirəm, məni dinləyin. Ümumilikdə iki gün qəribə deyil. Ancaq mən sizinlə razıyam, bütün bu olanlar çox qəribə görünür.
– Ona nə isə olub, başa düşürsünüz? O hamı kimi yoxa çıxmayıb. Dostları ona nə isə ediblər, haradasa bağlayıblar, ya da harasa salıblar, bilmirəm… mən… – Qız başını aşağı saldı, elə bil gözyaşlarını gizlətməyə çalışırdı, çantasını axtararaq yeni salfet çıxardı və başını yelləyərək gözlərini sildi.
Qlen təsirlənmişdi. Onun təsəvvürü belə yox idi. Deməli, hələ ki, məntiqli söhbət olmayacaq.
– Biz Mayklı tapmaq üçün əlimizdən gələni edirik.
– Nə məsələn? Nə edirsiniz?
Onun kədəri harasa itdi, sanki onu duvaq kimi gəzdirirdi. Sonra yeni acı gözyaşları və hıçqırıq dolu hönkürtülər başladı.
– Biz qəza yerinə yaxın olan rayonu axtardıq, bizim adamlarımız hələ də oradadır, hərdən avtoqəzadan sonra zərər çəkənlər məkanda istiqaməti itirirlər və biz ətrafdakı hər yeri axtarırıq. İndi isə biz tammiqyaslı axtarış elan etmişik. Sizin nişanlınızın rəsmi bütün polis bölmələrinə göndərilib. Bütün hava və dəniz limanları…
– Siz düşünmürsünüz ki, o qaçıb? – Eşli yenidən onun sözünü kəsdi – İlahi, niyə?
Brenson qərara gəldi ki, Roy Qreysdən öyrəndiyi fəndi təkrar etsin. Bu üsulla insanın yalan danışıb danışmadığını bilmək olar.
– Siz bu gün naharda nə yemisiniz? – O, gözlənilmədən soruşdu.
Qız təəccüblə ona baxdı:
– Naharda nə yemişəm?
– Bəli, – Brenson diqqətlə onun bəbəklərini izləyirdi. Onlar sağa istiqamətlənirdi. Yaddaş rejimi!
İnsanın beyni sağ və sol yarımkürələrə ayrılır. Bir yarımkürə yaxınmüddətli yaddaş qabıdır, digərində isə yaradıcı proseslər gedir. İnsana sual verərkən onun bəbəkləri demək olar ki, həmişə cavab üçün hazırlanmış istiqamətə yönəlir. Bəzilərində yaddaşı sağ yarımkürə tutur, bəzilərində isə sol – yaradıcı yarım-kürə. İnsan doğru danışan zaman göz bəbəkləri yaddaş yarımkürəsində hərlənir, yalan danışanda isə yaradıcı istiqamətə yönəlir.
Brenson insanda hansı yarımkürənin harada yerləşdiyini tapmağı öyrənib. Əvvəlcə, o, sadə yoxlama sualları verirdi. İndi verdiyi sual kimi. Belə hallarda yalan danışmaq lazım deyil.
– Mən bugün ümumiyyətlə nahar etməmişəm.
Çavuş anladı ki, yeni gediş etməyin vaxtıdır.
– Xanım Harper, siz nişanlınızın işlərindən nə dərəcədə xəbərdarsınız?
– Bilirsiniz ki, mən yarım il onun katibəsi olmuşam. Çətin ki, mən bilmədiyim nə isə tapılsın.
– Deməli, onun Kayman adalarındakı şirkəti haqqında sizin məlumatınız var?
Qızın sifətində saxta heyrət canlandı. Bəbəkləri sola istiqamətləndi. Uydurma rejimi. Demək ki, yalan danışır.
– Kayman adalarında?– Qız soruşdu.
– O və onun şəriki, – yavaşlayaraq Brenson qeyd kitabçasını çıxartdı, bir neçə səhifə çevirdi – Mark Marren sizə onların orada hərraclıq şirkəti olduğunu bildiribmi? “H V Properties İnternational”
Eşli susaraq çavuşa baxırdı.
–“H V Properties İnternational”!?
– Tamamilə doğrudur.
– Xeyr, mən bu barədə ilk dəfədir eşidirəm.– Brenson cavab verdi. – Yaxşı…
Onun səs ahəngi azca hiss olunacaq dərəcədə dəyişdi. Roy Qreysin sayəsində niyə belə olduğunu anladı.
– Siz mənə başqa nəsə də danışacaqsınız?
– Mən başqa heç nə bilmirəm.
– Mən ümid edirəm ki, siz mənə aydınlıq gətirəcəksiniz.
Eşlinin göz bəbəkləri yenə sola dartıldı.Yenə uydurur.
– Xeyr, – o başını tərpətdi. – Mən çox təəssüf edirəm, lakin…
– Ola bilər ki, iş “yeyilmiş yumurtaya dəymir”– Brenson heyrətləndi, – nəhayətində kim vergidən qaçmaq istəmir?.
– Maykl işgüzar insandır və yaxşı biznesmendir. Lakin o, heç vaxt qanundankənar heç nə etməyib.
– Mən isə xanım Harper bunu iddia etmirəm. Mən sadəcə olaraq demək istəyirəm ki, ola bilsin, sizin ərə getməyə hazırlaşdığınız insanı sonadək tanımırsınız. Ancaq bu..
– Siz nəyi nəzərdə tutursunuz?
Çavuş yenidən razılıq əlaməti olaraq qollarını qaldırdı. Yeddiyə beş dəqiqə işləyir. O, artıq getməlidir.
17
Devinin yaşadığı inanılmaz zibillənmiş treyler atasının Luisin kənarında olan evi ilə yan-yana idi. Devi köhnə titrəyən ekranlı televizorunda “Qanun və nizam intizam” adlı amerikan polis serialına baxırdı. Onun sevimli personajı – güclü detektiv Reynaldo Kertis dələduzun yaxasında yapışaraq onu zəhmli baxışla süzdü.
– “Mən yaxandan əl çəkməyəcəm anladın?– Reynoldo nərildədi. Əynində torbayaoxşar şalvar və günlüyü arxaya çevrilmiş beysbol papağı olan Devi sındırılmış divana yıxıldı və “tuinkler” adlanan şokolad batona girişdi, hansıları ki, o hər həftə poçtla ştatlardan sifariş edirdi.
– Hə, əclaf – o, öz kumirinə tərəf çıxdı. –Mən səndən əl çəkməyəcəm bildin?
Devinin ayağının altındakı yırtıq linoleniumun üstündə yemək qırıntıları səpələnmişdi: qızardılmış kartofdan bifşteks, bununla belə başqa zibillər də taya kimi idi. Atası ilə işləyən zaman o, gözünə görünən hər şeyi evə gətirirdi. Bu zirzibil demək olar ki, onun bütün evini tutmuşdu, masa və rəfləri də. Yanında bir neçə gecə əvvəl götürdüyü ratsiyanın da qalıqları var idi. Devi onu düzəltmək istəyirdi, lakin necə alınırdısa əli qalxmırdı. O, tənbəlliklə əlində uoki-tokinin korpusunu fırlatdı. Korpus boyunca dərin yarıq uzanıb gedirdi. Onun üstündən iki batareya düşüb. Devi onları düşdükləri yoldan götürüb. Həqiqətən, ratsiyanı düzəltmək istəyirdi, lakin necə olurdusa unudurdu. Yaddaşı həqiqətən, yerində deyildi. O, demək olar ki, hər şeyi unudurdu. Demək olar ki, hər şeyi. Ətrafda daim ona tamamilə mənasız gələn nə isə baş verirdi. Həyat tapmacanı xatırladırdı, harada ki, daim bir hissə çatışmır. Həm də ən vacib hissə. Hal-hazırda onun qarşısında ratsiya adlı tapmaca dururdu, hansı ki 4 hissədən ibarət idi: çatlamış korpus, iki batareya, bir də qapaq kimi bir şey.
Devi batonu yedi, kağızı yaladı və döşəməyə tulladı.
– Başa düşdün?– O, boşluğa təkrar etdi. Əyilərək qamburgerin altından plastik qutunu qaldırdı və barmağı ilə ketçup qalıqlarını təmizlədi.
– Hə, mən səndən əl çəkməyəcəm, anladın?
O, güldü. Televizorda reklam çarxı gedirdi. Xalçanın üzərində bir körpə iməkləyirdi, nə üçünsə başda yoğun kişi səsi danışırdı. Bir neçə saniyə Devi reklamı izlədi. Necə də cəfəngiyatdır? Körpə böyük səsi ilə danışa bilməz axı. Sonra onun diqqəti ratsiyaya yönəldi. Korpusdan teleantena görünürdü. Onu bütünlüklə dartıb çıxararaq Devi diqqətlə nəzərdən keçirdi, sonra yenidən yerinə yığdı.
– Çırık.– O, antenanı yenidən dartaraq, mızıldandı. – Çırık!
Onu silah kimi televizorun ekranına tuşladı. O anda ki, se-rial yenidən davam etməyə başladı.
Devi atasının dünən doğum gününə hədiyyə etdiyi saata baxdı. Belə saatlarla avtoyarışlara baxmaq əladır. Onun üzərində çoxlu düymələr, rəqəmlər və displey var. O, hələ də nəyin, nə üçün olduğunu bilmirdi. Çünki hələ göstərişdən baş çıxarmamışdı. Atası ona göstəriş vərəqəsini oxuyacağına, bütün çətin sözləri izah edəcəyinə söz vermişdi.
Bazar gününə qədər ona hər şeyin işləməsi lazımdır. Bazar günü Monako Qran-Prisini göstərəcəklər, buna da əvvəlcədən hazırlaşmaq lazımdır.
Qapı döyüldü və bir az aralandı. Qapının girəcəyində qulaqları endirilmiş küləkdən qorunmaq üçün köhnə ovçu gödəkcəsi və uzunboğaz çəkmələrdə atası durmuşdu.
– Devi, hazırlaşmaq lazımdır, beş dəqiqəyə.
– Oy! Axı indi “Qanun və nizam-intizam” gedir. Olmaz ki, 15 dəqiqədən sonra olsun?
Otağı tütün buludu doldurdu. Devi qırmızı alov gördü: atası ləngiyirdi.
–Əgər dovşan ovuna getmək istəyirsənsə, 5 dəqiqədən sonra çıxmaq lazımdır. Sən az qala ki, öz “Qanun və nizam-intizam” serialının bütün bölmələrini əzbər öyrənmisən.
Növbəti reklam fasiləsindən sonra serial davam edirdi… Devi barmaqlarını dodaqlarına tərəf apardı. Zarafatyana kədərlə başını tərpədərək Fil Uiler otaqdan çıxdı.
– Beş dəqiqə. – O, qapıdan çıxarkən təkrarladı.
– On, – amerikan ləhcəsi ilə Devi onun ardınca qışqırdı.–Kompromis! Anladın?
O, diqqətini ratsiyaya yönəltdi. Onu özünlə ova götürmək əla olar. Batareyaların yerinə baxaraq o, mənfi və müsbətin yerini müəyyənləşdirdi və onları yerinə qoydu. Sonra yandakı iki düyməni basdı və o anda səs-küy eşitdi. Devi ratsiyanı qulağına yaxınlaşdırdı və dinlədi. Sadəcə səs-küy və birdən gözlənilmədən kişi səsi elə bərkdən gəlirdi ki, elə bil onunla danışan eyni otaqdadı.
– Alo!
Qorxudan Devi ratsiyanı döşəməyə saldı.
– Alo! Alo!
O, sevincdən işıq salaraq qutuya baxdı, ancaq bu anda qapı döyüldü və atası çağırdı:
– Gedək, mən artıq sənin silahını götürmüşəm. – Devi qorxdu. Atası ratsiyanı görüb hirslənsə, nə olacaq? Axı ona qəza məkanından nə isə aparmağa icazə verilmirdi. Devi çömələrək oturdu və digər düyməni basdı. Belə qərara gəldi ki, bu cür danışmaq təhlükəlidir və sakitcə amerikan ləhcəsi ilə dedi:
– Bağışla danışa bilmirəm. O, məndən əl çəkməyəcək anladın? – Sonra ratsiyanı çarpayısının altına soxdu və televizoru açıq qoyaraq otaqdan qaçdı. Qoy detektiv Reynaldo Kertis onun köməyi olmadan öhdəsindən gəlsin.
18
– Ey. Alo, Alo! Alo! – Sakitlik və fil sümüyü rəngli ipək.
– Xahiş edirəm, kömək edin. – Hıçqıraraq Maykl bir neçə dəfə ardıcıl olaraq çağırış düyməsini basdı.
– Xahiş edirəm. Xahiş edirəm sizdən.
Lakin cavab olaraq yalnız səs-küy gəldi. Necə də qəribə səsdir, ancaq sanki çox pis aktyor amerikan qanqsterini canlandırır. Bəlkə bu da oyunun bir hissəsidir? Mayklın gözlərindən duzlu yaşlar çatlamış dodaqlarında diyirləndi. Bir anlıq o, nəmlik hiss etdi, sonra isə qurutma kağızı kimi onu dili ilə özünə çəkdi.
O, saata baxdı. Doqquza 10 dəqiqə qalır. Bu işgəncə daha nə qədər çəkəcək? İndiyə qədər bunu sirr kimi saxlamağı necə bacarırlar? Axı yəqin ki, Eşli, onun anası, bütün qalanlar uşaqlardan hara itməyi barədə soruşurlar. O isə burada atılıb artıq…
Onu yeni həyəcan dalğası basdı. İndi 9-a 10 dəqiqə qalıb, lakin nə vaxtın? Axşamın ya səhərin?
– Bir az əvvəl günorta idi düzdür? O saatbasaat ölçərək izləyirdi. Yəni o, bu qədər özünü unudub ki, bütün günləri ötürüb? Bu gün gecə olmalıdır, bu günkü gecə, sabahkı səhər yox!
– Deməli 48 saat keçib. Onlar hara yoxa çıxıblar?
O ovcunu tabutun dibinə sıxdı və yüngülcə yuxarı qalxdı. Keyləşmiş belini ovxalamaq istəyirdi. Qozbel kimi oturduğuna görə çiyinləri ağrıyırdı, oynaqları hərəkətsizlikdən keyimiş, və susuzluqdan… Təcrübəsinə əsasən Maykl bilirdi ki, uzun müddət susuz və hərəkətsiz qalmaq necə qorxuludur, axı, o, üzmək üçün dəfələrlə dənizə atılmışdı. Başağrısı azalmırdı. Baş barmaqları ilə gicgahlarını sıxanda bir neçə saniyəlik ağrı keçirdi, əllərini aşağı salan kimi əvvəlki şiddətlə geri qayıdırdı.
– İlahi, şənbə günü mən evlənirəm, eşidirsiniz, qoyunlar? Məni buradan çıxarın! – Ciyərlərinin bütün gücü ilə qışqırdı və yumruqları ilə tabutun qapaqlarını döyəclədi.
Ağılsızlar! Sabah cümə günüdür. Toyqabağı! O, kostyumunu götürməlidir, bərbərə getməlidir. Şənbə günü axşam onlar Eşli ilə Taylanda toy səyahətinə gedəcəklər, uçuşdan əvvəl isə o qədər iş var ki. Axı onlar iki həftəlik gedirlər. Toy nitqi yazmaq lazımdır.
– Oğlanlar buraxın məni, mən hələ o qədər iş görməliyəm. Artıq məndən qisas aldınız bəsdir! Bütün əməllərimin əvəzini ödədim. Hər şeyin əvəzini çıxdınız.
Əlini qarnının üstünə qoyaraq, Maykl fənəri axtardı və batareyaya qənaət edərək, cəmi bir neçə saniyəlik yandırdı. Ona elə gəldi ki, ağ ipək daha da yaxınlaşdı. Axırıncı dəfə baxanda tabutun qapağı altı dyüm məsafədə idi. İndi isə üç dyümdən çox deyil, sanki tabut yavaş-yavaş və durmadan daralır. Maykl gözünün qarşısında tərpənən nəfəs borucuğunu tutdu, gözlərini yenidən qıyaraq ona baxmağa çalışdı. Lakin, yenə də heç nə görmədi. Sonra ratsiyada düzgün düyməni basıb basmadığını yoxladı. Çağırış düyməsini basdı və var gücü ilə çığırdı. Səssizlik. Onda Maykl qəbul düyməsini basdı və qulaq asdı. Heç nə…
Gözlərinin önündə səhnə canlandı: anasının mətbəxində qaz piltəsinin üstündə tava. Tavada sosislər qızarır, yumurta pomidorlar cızıldayır, fışıldayır, şişir… O, demək olar ki, ətri hiss edirdi. Lənət şeytana, bir də qonşu tavada qızaran çörək, yanında da bankada qızdırılan lobya ətri gəlirdi.
– İlahi, mən necə də yemək istəyirəm.
O, çalışırdı ki, yemək haqqında düşünməsin və ağrıları unutsun, lakin sancılar dözülməz idi. Sanki, turşuluq mədəsinin divarlarını yeyirdi. Başındakı bərk döyünən ağrı örtüyünün arxasında nə vaxtsa oxuduğu kitabın xatirələri sayrışırdı. Bu qurbağalar, ya da quru qurbağaları haqqında kitab idi. Bu canlı məxluqlar öz övladlarını uşaqlıqda yox, mədədə daşıyırlar. Hansısa səbəbdən mədə şirəsi çömçəquyruqlara zərər vermirdi. Necə bir möcüzə baş verməlidir ki, biz insanlar öz mədəmizi korlamayaq. Gözlənilmədən Maykl bunu fikirləşdi. Gözlərinin qarşısındakı duman yüngülcə çəkilirdi və ağlına müxtəlif cəfəngiyyatlar dolurdu.
Bir neçə il əvvəl o gündəlik bioritmlər haqqında nəzəriyyə oxumuşdu. İnsandan başqa yer üzündəki bütün canlı orqanizmlər 24 saatlıq dövrəyə tabedir. Bizim dövrə 24 saat 20 dəqiqə təşkil edir. Sınaq gedişatında insanları qaranlıq otağa salırdılar və saat vermirdilər. Bütün sınaqdan keçənlərə elə gəlirdi ki, onlar qaranlıqda, əslində olduqlarından az vaxt keçiriblər.
Əla, mən indi onların təcrübə dovşanlarından biri ola bilərəm. Ağzı o qədər qurumuşdu ki, dodaqları yapışmışdı. O, ağzını açanda elə ağrıdı ki, sanki dərisini soydular.
Maykl fənərlə yuxarını işıqlandırdı. Üzərində işlədiyi kiçik qanov21 getdikcə dərinləşirdi. O, qayışı qaldırdı və yenidən onun küncü ilə tabutun qapağını qaşımağa başladı. Maykl ağac növlərindən yaxşı anlayırdı və başa düşürdü ki, qapaq hind ağacından hazırlanıb, yəni, ən möhkəm ağacdan. Gözlərini qıyırdı ki, yonqar gözlərinə düşməsin. Toqqa getdikcə daha çox qızırdı. Nəhayət, o qədər qaynarlaşdı ki, kəmərin bir az soyuması üçün işini dayandırdı.
– Bağışla, mən danışa bilmirəm. O, məndən əl çəkməyəcək, anladın? – Maykl qaşqabağını tökdü. Bu amerikan ləhcəli səfeh nə danışırdı görəsən? Yəni onlardan hansınasa bu gülməli gəlir? Görəsən, Eşliyə və anama hansı yalanı uydurublar?
Bir neçə dəqiqədən sonra Maykl fasilə vermək qərarına gəldi, lakin anlayırdı ki, olmaz.
Susuzluqdan tez yorulursan. Yorğunluğa fikir vermədən mübarizə aparmaq lazımdır. Bacardıqca lənətlənmiş tabutdan tez çıxmaq lazımdır. Bayıra çıxıb, o axmaqların necə lazımdır payını vermək. O, onlara nələr edəcək!
Maykl ara-ara barmaqlarının sümüklərini ağaca toxunduraraq, daha bir neçə dəqiqə qapağı cırmaqladı. Ən əsası gözünü açmamaqdır ki, xırda yonqar və oduncağın tozu gözünə dolmasın. Nəhayət, o qədər yoruldu ki, işləməyə gücü qalmadı. Əlləri gücsüz halda düşdü, endirilmiş boyun əzələləri taqətdən düşmüşdü, başı ixtiyarsız olaraq arxaya gedirdi. Nəhayət, haldan düşmüş Maykıl yuxuladı.
19
Həmin axşam adətdən fərqli olaraq hava tez qaraldı. Avtobus dayanacağının arxasında avtomobilini saxlayan Mark mühərriki söndürüb bir neçə saniyə hərəkətsiz dayandı. Dayanmadan yağan yağışdan parıldayan geniş küçə boş idi, avtomobillər çox nadir hallarda keçirdilər. Piyadalar, deyəsən, ümumiyyətlə yox idi, belə görünürdü ki, onu heç kim görməyəcək.
O, papağını gözünün üstünə basdı, gödəkcəsinin yaxasını qaldırdı və evin ətrafında olan bütün avtomobillərə baxaraq Mayklın evinin giriş qapısına qaçdı. Onu qaranlıqda görəsən, heç kim güdməyib ki? Maykl həmişə inanırdı ki, Mark işlərdə hər bir şeyi xırdalığa qədər götür-qoy edir. Düzdür, sonra isə hər dəfə əlavə edirdi: “Ancaq olmayacaq dərəcədə bezdiricisən”, bu da dəhşətli dərəcədə şərikini əsəbiləşdirirdi.
Maykl əslində düz deyir. Öz uğuruna görə onların şirkəti çox işdə ona, Marka borcludur. Ona görə ki, bütün ağır işləri o, könüllü olaraq öz üzərinə götürüb. Dəqiqliklə bütün smetaları22 yoxlayır, tikinti meydanında gecələyir və sabahlayır, şəxsən özü alınmış materialların keyfiyyətini yoxlayır, vaxtlara riayət edir, iş cədvəlinə göz qoyur və xərcləri axırıncı qəpiyə kimi hesablayır. O vaxt ərzində Maykl qızların ardınca gəzməyə yarım ömrünü sərf edir və çox nadir hallarda nəyisə ciddi qəbul edir. Onların şirkəti təkcə Markın hesabına inkişaf edir, çiçəklənir. Ancaq səhmlərin nəzarət paketi Mayklda idi. Elə alındı ki, hələ onlar işə başlayanda, daha çox nəğd pul Mayklda oldu.
Binanın panel fonunda 42 mənzil qeyd olunurdu. O, düşünmədən düymələrdən birini basdı. Əsas odur ki, mənzil başqa mərtəbədə olsun. Heç kim cavab vermədi. O, “Manarello” yazılan lövhəcikdəki düyməni basdı. Bir neçə saniyə sonra ona qalın səsli, güclü italyan ləhcəsi olan kişi cavab verdi:
– Alo, Bəli! Alo!
– Çatdırılma xidmətidir, – Mark qışqırdı.
– Hansı çatdırılma?
– Poçt “Federal ekspress”, Amerikadan Monorello üçün.
– Nəə? Poçt? Mən… mənə?
Lakin qısa fasilədən sonra elektron qıfılın açılma səsi eşidildi. Mark qapını itələdi, daxil oldu, liftlə 7-ci mərtəbəyə qalxaraq Mayklın mənzilinə doğru getdi. O bilirdi ki, Maykl ehtiyat açarı xalçanın altında saxlayır ki, birdən qapı örtülər və bağlanar. Bir dəfə artıq belə bir hadisə baş vermişdi. Maykl lül-qənbər, lüt dəhlizə qaçmışdı. Xalçanın altını axtararaq rahatlıqla nəfəs aldı: açar yerində idi. Budur, bütünlüklə toz içində olan sadə qıfıl açarı.
Buna baxmayaraq hər ehtimala qarşı, o qapının zəngini çaldı və bir müddət ətrafa göz gəzdirərək sakit dayandı. Kaş ki, qonşulardan heç kim onu görməyəydi. Açarı qıfılda fırladaraq Mark girişə keçdi, tez arxasınca qapını bağladı və fənəri cibindən çıxartdı. Mayklın mənzilinin pəncərələri küçəyə açılırdı, daha dəqiq desək, qarşı tərəfdəki yaşayış binasının ön tərəfinə. Yəqin ki, işığı yandırsa qorxulu heç nə baş verməyəcək, lakin Mark hər bir şeyə xırdalığına qədər diqqət etməyə çalışırdı. Birdən onu pəncərədən kimsə görər.
İslanmış gödəkcə və papağını çıxardaraq asılqandan asdı və donaraq qulaq asdı. Əsəbiləşmək lazım deyil! Qonşu divarın arxasından marşa bənzər səslər gəlirdi. Yəqin qonşular televizorun səsini yüksək açıblar. Əmin olduqdan sonra ki, mənzildə heç kim yoxdur, Mark fənəri yandırdı və axtarışa başladı.
O, qonaq otağından başladı: yuyulmamış qab-qacaq qalağı, tam içilməmiş şərab şüşəsi, içərisində yanıb qurtarmış şam görünən şüşə fincan, televizor pultu… GQ, FHM, yaxtalar və yelkən idmanı adlı jurnalların qalıqları. Yanında avtocavablayıcının qırmızı işığı yanıb-sönürdü.
Mark xəbəri dinlədi. Onlardan biri cəmi bir saat əvvəl Mayklın anası tərəfindən qoyulub.
– Salam, Maykl, – onun səsi haldan düşmüşdü. –Mən hər ehtimala qarşı zəng vururam, bəlkə, sən qayıtmısan?
Eşlidən də xəbər var idi. Görünür, o, hardansa uzaqdan cib telefonu ilə zəng vurub, çünki əlaqə yaxşı deyildi.
– Maykl, əzizim, zəng vururam ki, yoxlayım. Bəlkə, sən evdəsən? Xahiş edirəm səndən, qayıdan kimi zəng vur. Səni sevirəm.
Berkliz-bankdan daha bir zəng: Maykl bankın öz müştəriləri üçün verdiyi kredit sistemindən istifadə etmək istəyir, ya yox.
Özü üçün maraqlı heç nə tapmayan Mark, iki divan, stullar və jurnal masasına baxdı və sonra kabinetə keçdi. Masanın üzərində, bilgisayarın qarşısında klaviatura, naqilsiz siçan, kiçik xalça, onun üzərində lampa, ürək formalı şüşədən papye press, kalkulyator, mobil telefon üçün enerji aləti, qələm və karandaşlar olan hündür qara stəkan. Markın axtardığı burada yox idi. Eləcə də, kitab rəflərində. Mayklın yığışdırılmamış yataq otağından isə heç bir söhbət gedə bilməzdi.
– Lənət şeytana!
Lənət, lənət, lənət şeytana! Qapını bağlayaraq Mark yanğın pilləkənləri ilə düşdü və arxa çıxışdan qaranlıq avtodayanacağa çıxdı. Küçə ilə tələsərək addımladı. O fikirləşdi ki, işlər çox pisdir. On beş dəqiqədən sonra onun BMW-X-5-i artıq təpənin yamacı ilə qalxırdı harda ki, Susseks sahə xəstəxanasının nəhəng kompleksi yerləşirdi. Avtomobilini qəbul otağının girişində saxlayaraq və iki təcili yardım mikroavtobusunu keçərək Mark artıq, dünənki gəlişdən sonra tanış parlaq işıqlandırılmış vestibülə23daxil oldu. Sağlamlıq haqqında arayışın üç saat ərzində verilməsi elanı yazılan otağın qarşısında plastik stullarda əyləşənlərin yanından ötərək uzun keçidlə liftə gedib çıxdı və beşinci mərtəbəyə qalxdı.
Mark “reanimasiya” yazılmış işıqlanan lövhəcikli qapıya tərəf yönəldi. Burun dəliklərinə kəskin xlor iyi dolurdu. O, küncdən döndü və sendviç avtomatı ilə plastik yarımkürənin altındakı taksafonun yanından keçərək qarşıda intensiv terapiyanın növbətçi postunu gördü. Orada iki tibb bacısı oturmuşdu. Biri telefonla danışırdı, digəri isə ağlayan yaşlı qadını sakitləşdirirdi.
Palataya daxil olaraq Mark küncə tərəf yönəldi. Coşun dünən uzandığı istiqamətdə. O, burada Zoyini görməyə ümid edirdi, lakin əvəzində ağarmış saçları və çuxura düşmüş saralmış yanaqları olan oksigen borucuqları qoşulmuş qoca gördü. Çarpayının yanında süni nəfəs aləti dururdu. Mark tələsik nəzərləri ilə digər çarpayıları da axtardı, lakin Coş burada ümumiyyətlə yox idi. O dəhşətə gəldi. Birdən oğlan özünü yaxşı hiss edər və onu başqa palataya köçürərlər. Mark çaparaq növbətçı yerinə atıldı və telefonda asılmış zirək, gombul 30 yaşlarında uzun saçlı və yaxa-sında “BİT bölməsi “Meriqold Yotts” Tibb bacısı” yazılmış tibb bacısına yaxınlaşdı. Belə görünürdü ki, o öz sevgilisi ilə danışırdı.
Mark taxta çəpərə söykənərək və çoxsaylı ağ-qara və rəngli monitorlara baxaraq səbirsizliklə gözləyirdi. O, bir neçə dəfə başını çevirərək tibb bacısının da diqqətini çəkməyə ümid etdi, lakin tibb bacısını görünürdü ki, yalnız harada şam edəcəyi maraqlandırır.
–Hə, nə isə çin yeməyi istəyərdim. Pekinsayağı ördək. Bilirsən harda Pekinsayağı ördək hazırlayırlar, blinçiklərlə və… Nəhayət, çərənçi qız ona diqqət yetirməyə lütf etdi. – Qulaq as, mən getməliyəm. Mən sənə zəng vuraram. Hə, mən də səni sevirəm.
O, təbəssümlə Maykla tərəf çevrildi:
– Eşidirəm sizi! Sizə necə kömək edə bilərəm?
– Coş Uoker, – Mark əli ilə palatanı göstərdi.
– O burada yatırdı… mmm dünən.
– Zəhmət olmasa deyin, onu hansı palataya köçürüblər?
Tibb bacısının üzü dondu, sanki, ona güclü miqdarda keyləşdirici iynə vurdular.
– Siz qohumsunuz?
– Xeyr mən onun şərikiyəm. – Mark o andaca təəssüf etdi ki, özünü Coşun qardaşı kimi təqdim etmədi. Onsuz da tibb bacısı bunu yoxlamayacaqdı.
– Üzr istəyirəm, – tibb bacısı fasilə verdi, yəqin ki, ona görə söhbətini yarımçıq saxladığına peşman olmuşdu, – lakin biz bu tipli məlumatı yalnız qohumlara veririk.
– Sadəcə deyin, onu hara köçürüblər?
Cırıltı eşidildi. Tibb bacısı monitora baxdı. Onun üzərində qırmızı lampa yanırdı.
– Bağışlayın, mən getməliyəm, – elan edərək az qala qaça-qaça qız palataya tələsdi. Mark cib telefonunu çıxartdı, ancaq o anda elanı gördü: ”Bölmədə cib telefonundan istifadə etmək qəti qadağandır”.
Qorxu bürümüş halda, o liftə qaçdı, birinci mərtəbəyə düşərək, dəhlizlərin labirinti ilə əsas çıxışa çatana qədər getdi. Administratorun piştaxtasına yaxınlaşan zaman, Mark, möhkəm, demək olar ki, isterik fəryad eşitdi və Zoyini gördü. Onun üzündən yaşlar süzülürdü, sarı saçları isə tamamilə qarışmışdı.
– Bunun hamısını sən eləmisən, sənin dostun Maykl və sizin səfeh zarafatlarınız, – deyərək qışqırdı. –Bədbəxtlər, ağılsızlar, ağıldankəmlər…
O, sakitcə Zoyiyə baxırdı, qız saxlaya bilmədiyi gözyaşlarının təsirindən onun qollarına düşdü.
– O öldü, Mark! İndicə! İlahi! Öldü! Coş öldü! Mənə kömək et, xahiş edirəm! Mən nə edim? – Mark qızı daha bərk qucaqladı.
– Mən fikirləşdim ki, o sağalır… və ayağa qalxacaq, – o, dili dolaşaraq dedi.
– Onlar dedilər ki, heç nə ilə kömək edə bilmədilər. Yaşasaydı da, huşsuz olacaqdı. İlahi, Mark, xahiş edirəm, kömək et. Nə edək? Mən uşaqlara necə deyəcəm ki, onların atası daha evə qayıtmayacaq? Mən onlara necə deyəcəm?
– Sən… çay, yaxud başqa bir şey istəyirsən?
– Mən çay istəmirəm! – Zoyi hönkürdü. – Mən öz Coşumu istəyirəm! İlahi, onu morqa apardılar. İlahi, mən nə edim?
Mark gənc qadını möhkəm qucaqlayaraq və kürəyini sığallayaraq, səssizcə dayanmışdı. O ümid edirdi ki, heç kim onun necə rahatlıq hiss etdiyini görməyəcək.
20
Maykl aldığı zərbədən oyanan kimi durdu, oturmağa çalışdı, ancaq o anda da başı tabutun qapağına dəydi. Ağrıdan qışqıraraq dartındı, ancaq çiyinləri ipəyə bürünmüş divarlara ilişdi. Maykl əzabverici qarşısıalınmaz klaustrofobiya tutması içərisində vurnuxurdu.
– Buraxın məni burdan, – o, özünə hava çəkərək, eyni zamanda həm tərləyərək, həm də soyuqdan əsərək fəryad etdi.– Yalvarıram məni buraxın!
Maykl gücsüz halda susdu. Onu heç kim eşitmir. Səsi kəsilib, onun özü ilə bir yerdə basdırılıb.
O, fənəri axtarmaq üçün ətrafı qarışdırdı, lakin çaşqınlıqdan, o dəqiqə tapmadı. Fənəri yandırdı, yuxarını işıqlandırdı, sonra öz zindanının divarlarını işıqlandırdı. Saata nəzər saldı 11:15. Gecə? Ya artıq səhər açılıb? Yox, indi gecə olmalıdır, cümə axşamı gecəsi.
Kürəyindən və sinəsindən axan tər onun altında gölməçə yaratmışdı. Əyilərək Maykl fənərlə çiyninin arxasını işıqlandırdı və aşağıda nə isə parıldadı. Su… O, dəhşətlə gözlərini tabutun dibinə zillədi. Yox, bu mümkün deyil! Qətiyyən mümkün deyil ki, tər gölməçəsi yaransın.
Maykl əlini aşağı saldı, fənərlə işıqlandıraraq, çeçələ barmağını lota24 oxşar şəkildə uzatdı. Su ikinci oynağa qədər qalxırdı. Hə, o, belə tərləyə bilməzdi. Ovuclarını qayıq kimi düzəldərək Maykl suyu yığdı və görməmişliklə duzlu lehməni içməyə başladı. O içdi, içdi… ona elə gəlirdi ki, nə qədər çox içirsə, o qədər də çox istəyir. Susuzluğunu yatızdıran kimi Maykl anladı ki, yeni təhlükə yarandı. Su qalxır! O, kəməri götürərək qapağı qaşımağa başladı, lakin bir neçə dəqiqədən sonra metal o qədər qızdı ki, barmaqlarını yandırmağa başladı.
– İt oğlu!
Maykl viski şüşəsini qaldırdı. Üçdə biri qalıb. O, şüşənin boğazı ilə başının üstündəki ağaca vurdu. Heç bir nəticə yoxdur! Bir daha! Şaqqıltı eşidildi, şüşədən xırda bir qırıntı qopdu. Yox, ancaq dəli viskini boş yerə dağıdar. Maykl şüşəni dodaqlarına yaxınlaşdırdı, əydi və ağzını yandırıcı maye ilə doldurdu. İlahi, necə yaxşıdır! O, yenidən uzandı və şüşəyə girişdi. İçdi, içdi, içdi…– boğulana qədər içdi. Şüşə ilə söhbət edərək onu fənərlə işıqlandırdı. Fikrini cəmləmək çətin idi, başı fırlanırdı. Viski demək olar ki, qalmamışdı. Əgər…
Nə isə bərk bir şey tabutun qapağına dəydi və Maykl hiss etdi ki, lənətə gəlmiş qutu tərpənir. Daha bir zərbə… Sanki kimsə ayağı ilə tabutu vururdu. Tabutun qapağının üstünə çıxıb, düz onun başının üstündə oynayır. Ümid hər bir əsəb telini tərpədirdi. İlahi, nəhayət ki, onlar məni buradan çıxardırlar!
Darmowy fragment się skończył.