Czytaj książkę: «Qatardakı qız»

Czcionka:

Bir kədərə, iki sevincə, üç qıza… Üç qıza.

Üçdə ilişib qalmışdım, davam eləyə bilmirdim.

Qulağım küylə dolmuşdu, ağzım qan içində idi. Üç qıza…

Sağsağanların səsini eşidirdim. Gülürdülər, mənimlə

əylənirdilər. Səsləri kobud idi. Bu bir işarə idi. Həm də pis xəbərə işarə edirdi… Artıq onları görə bilirdim, günəş şüaları altında qapqara görünürdülər. Elə bil quş deyil, tamam başqa bir şey idilər. Kimsə mənə tərəf gəlirdi. Kimsə

mənimlə danışırdı. Bax… Bax sənin ucbatından nə etdim…

P a u l a H o k İ n s

Qatardakı qız

detektiv roman

1

Hər gün qarşısından keçdiyiniz evlərdə, əslində, nələr baş verir?

1

ƏZİZ OXUCU

Hər birimiz tamaşaçıyıq. Qatar səyahətləri dünyanın hər yerində eyni cürdür: hər səhər, yaxud axşam o qatara minir, qəzet oxuyur, yaxud musiqiyə

qulaq asırıq; boş-boş eyni küçələrə baxır və aradabir kiminsə həyatından qısa fraqmentlərə rast gəlir, daha da yaxşı görmək üçün ba-şımızı irəli uzadırıq.

Başqalarının həyatına tamaşa etməyin cəlbedici bir tərəfi var: hər şey qıcıqlandırıcı dərəcədə ani, ancaq bir o qədər də açıq-aydındır. Düşəcəyiniz dayanacaqdan qabaqkı binanın ən üst mərtəbəsində yaşayanlarla güman ki, heç vaxt qarşılaşmamısınız. Onları tanımırsınız və necə göründükləri haqda heç bir fikriniz yoxdur. Ancaq oğullarının idealının Ronaldo olduğunu, qızlarının “One Direction” əvəzinə “Arctic Monkeys”ə

qulaq asdığını, modern skandinav mebelinə, yaxud sürrealist incəsənətə heyran olduqlarını bilirsiniz.

Bu adamları tanıyırsınız. Bu adamları sevirsiniz.

Onların da sizi sevəcəyindən əminsiniz. Dost ola bilərsiniz.

Tənhalıq və mücərrədləşmə şəhər həyatının olduğu kimi, gündəlik səyahətlərin də bir hissəsinə çevrilə

bilər. “Qatardakı qız”ın baş qəhrəmanı Reyçlın vəziyyəti də, şübhəsiz, eynidir. Reyçlın həyatı gözlənilmədən reysindən çıxıb, birdən-birə xoşbəxtlikdən bəd-bəxtliyə sürüklənib. Çarəsiz şəkildə keçmiş həyatının qoyduğu boşluğu doldurmağa çalışaraq hər gün qatardan gördüyü bir cütlüklə arasında platonik bir əlaqə

yaradır. Bu yad adamlar ona elə yaxın olmağa başlayır ki, onları tanıdığını, onları anladığını hiss etməyə baş-1

layır; onlarla bağlı bir əhvalat yaradır, fikrində onlarla dost olur. Əslində isə bu adamların həyatına dair cüzi bir şey də bilmədiyinə görə qeyri-adi və gözlənilməz hadisəni görən kimi necə bir işə qarışdığını bilmədən taleyini müəyyənləşdirən o qərarı, sərnişinlikdən əhvalatın bir hissəsi olmağa keçid qərarını verir.

Ancaq o sərhədi bir dəfə keçəndən sonra geri qayıtmaq qeyri-mümkündür.

Ümid edirəm ki, “Qatardakı qız”ı yazanda aldığım zövqü siz də oxuyanda alacaqsınız.

Paula Hokins

1

REYÇL

5 iyul 2013, Cümə

Səhər

Qatar relslərinin kənarında bir yığın paltar var idi.

Köynəyə oxşayan açıq mavi rəngli parça, ağ, çirkli başqa bir şeylə birlikdə bürmələnib atılmışdı. Çox güman ki, sahilin yuxarısındakı kolluqlarla dolu kiçik meşəyə

gizlicə tökülən zibilliyin bir parçası idi – gəlib bura düşmüşdü. Bəlkə də işləmək üçün tez-tez yolun bu ta-yına gələn mühəndislər atmışdılar. Ya da bu zibil yığını başqa bir səbəbdən burda idi. Anam həmişə deyərdi ki, yaxşı təxəyyülüm var, Tom da eyni fikirdə idi. Məndən asılı deyildi, yerdə çirkli bir köynək, ya da bir tayı atılmış ayaqqabı görəndə o dəqiqə ağlıma gələn ilk şey ayaqqabının o biri tayı, ya da vaxtilə onu geyən ayaqlar olurdu.

Qatar yırğalana-yırğalana cırıltıyla hərəkət etməyə

başlayanda paltar yığını gözdən itdi. Bir qaçışçı sürəti-lə Londona doğru yola düşdük. Arxamdakı oturacaqda əyləşmiş bir nəfər qəzəb içində çarəsizcə ah çəkdi.

08:04-də Eşburidən Yustona asta hərəkətlə yola düşən qatar bir çox təcrübəli sərnişinin belə səbrini sınaya-caqdı. Əlli dörd dəqiqə davam etməli olan yolçuluq nadir hallarda vaxtında bitirdi. Yolun bu köhnə, çök-1

müş hissəsi siqnalizasiya problemləri və bitib-tükən-məyən təmir işləri ilə dolu idi.

Qatar tənbəl-tənbəl irəliləyir, anbarların, su dəyir-manlarının, körpülərin, daxmaların, arxa tərəfi yola baxan viktorian üslublu evlərin yanından silkələnərək keçirdi.

Başımı vaqonun pəncərəsinə dayayaraq filmlər-dəki sürətli kadrlartək gözüm önündən axıb gedən evləri seyr edirdim. Onlara başqalarının baxmadığı nəzərlərlə baxırdım; çox güman ki, öz sahibləri belə onları bu cür görmürdü. Mənə gündə iki dəfə, bir anlıq da olsa başqalarının həyatından hansısa səhnəni görmək nəsib olurdu. Öz evlərində əmin-amanlıq içində

oturan bu adamları izləməyin insana rahatlıq verən bir təsiri var idi.

Kiminsə telefonu qatarın ab-havasına uyğun olmayan şən və oynaq bir musiqiylə səsləndi. Cavab verməyə tələsilmədiyinə görə səs bir müddət beynimin içində əks-səda verdi. Digər sərnişinlərin oturacaqlarında necə tərpəndiklərini, əllərindəki qəzetləri xışıldatdıqla-rını, kompüterin düymələrini yavaşca taqqıldatdıqla-rını eşidirdim. Qatar silkələnib döngədən keçəndən sonra qırmızı işığa yaxınlaşıb sürətini azaltdı. Başımı qaldırmadan stansiyada sərnişinlərə pulsuz paylanılan qəzeti oxumağa çalışsam da, sözlər gözümün qarşısında bulanıqlaşır, heç biri məndə maraq oyada bilmirdi.

Fikrim hələ də yolun kənarına atılmış paltar yığınında idi.

1

Axşam

Elə cin toniki ağzıma aparıb bir qurtum içmək istəyirdim ki, dəmir qab ağzına qədər köpüklə doldu.

2005-ci ildə Tomla Bask sahilində, bir balıqçı qəsəbə-sində olduğumuz ilk tətilimiz kimi kəskin və soyuq idi. Səhərlər kənddəki kiçik adaya qədər təxminən bir kilometrə yaxın məsafəni üzüb adam ayağı dəyməyən sahillərdə sevişmiş, günortadan sonra isə barlardan birində oturub sərt və acı cin toniki içə-içə dənizin çə-kilməsilə üzə çıxan qumun üstündə cürbəcür oyunlar oynayan çimərlik futbolçularına tamaşa etmişdik.

Bir qurtum, sonra yenə də bir qurtum içdim. Dəmir qutu demək olar ki, boşalmışdı, amma eybi yox, küncdə, ayağımın yanındakı paketdə hələ üç dənə də

vardı. Cümə günü idi və qatarda içdiyimə görə özümü narahat hiss etməmə heç bir səbəb yox idi. Tanrıya şükür ki, bu gün cümədir! Əyləncə burada başlayırdı.

Deyilənə görə, gözəl bir həftə sonu olmalı idi. Günəş parlaq, səma buludsuz olacaqdı. Əvvəllər belə ha-valarda qəzetlərimizi götürüb Korli meşəsinə piknikə

gedər, bütün axşamı ağacların arasından süzülən günəş şüalarının isitdiyi adyalın üstündə şərab içərək ke-çirərdik. Dostlarla barbekü bişirər, ya da “The Rose”a gedib bütün axşamı üzümüz günəşdən və içkidən qızarana qədər pivə bağçasında oturar, sonra da qol-qola girib səndələyə-səndələyə evə qayıdıb divanda yuxuya gedərdik.

Günəş parlaq, səma buludsuz, vaxt keçirməyə

kimsə, məşğul olmağa nəsə yoxdu. Günün bu vaxtı, havanın belə işıqlı və nisbətən daha az tutqun olduğu, 1

insanların küçələrə çıxıb qanqaraldıcı və adamın əsəbi-nə işləyəcək dərəcədə xoşbəxt olduğu yay günlərində

bu cür yaşamaq – indi yaşadığım kimi – daha da çətin idi. Bu çox yorucu idi və onlara qoşulmadığınız təqdir-də özünüzü daha da pis hiss edəcəkdiniz.

Qarşıda uzun həftə sonu, doldurulacaq qırx səkkiz boş saat vardı. Dəmir qutunu təzədən ağzıma apardım, amma içində bir damcı da qalmamışdı…

8 İyul 2013, bazar ertəsi

Səhər

Yenidən 08:04 qatarında olmaq məni sakitləşdirmişdi. Səbəb yeni həftəyə başlamaq üçün tez bir zamanda Londona getmək üçün səbirsizliklə gözləmə-yim deyildi. Hətta Londonda olmaq belə istəmirdim.

Yeganə istəyim yumşaq, içəriyə doğru çökmüş məx-mər oturacağa yayxanıb pəncərədən süzülən günəş

şüalarının istisini, vaqonun fasiləsiz irəli-geri yellən-məsini, relslərin üstündə hərəkət edən təkərlərin sakitləşdirici ritmini hiss etmək idi. Başqa yerdə olmaqdan-sa, burda oturub yolun kənarındakı evlərə baxmağı üstün tuturdum.

Bu xətt üstündə, yolumun təxminən yarısında yanan xətalı bir işıq vardı. Daha doğrusu, mənə elə gəlirdi ki, xətalıdı, çünki demək olar ki, qıpqırmızı idi. Çox vaxt ora çatanda dayanırdıq, bu bəzən saniyələrlə, bəzən də sonu görünməyən dəqiqələrlə davam edirdi. D

vaqonunda otururdumsa – adətən orda oturardım – və

1

qatar həmin işığa çatanda dayanırdısa – adətən daya-nardı – yolun kənarındakı on beş nömrəli sevimli evimə doyunca tamaşa edə bilirdim.

On beş nömrəli ev yolun kənarında yerləşən digər evlərə çox oxşayırdı: yarı viktorian üslublu, ikimərtə-bəli bu evin arxası dəmir yoluna qədər davam edən, bir neçə metrlik sahibsiz torpağı dəmir hasara kimi 20

futa1 qədər uzanan, dar, baxımlı bir bağçaya baxırdı.

Artıq bu evin hər daşını əzbərləmişdim. Hər kərpicinin yerini, ikinci mərtəbədəki yataq otağının pərdələrinin rəngini (krem rəngi, üst tərəfi tünd mavi naxışlı), ha-mamdakı nəfəsliyin boyasının soyulduğunu və damın sağ tərəfində 4 kirəmitin əskik olduğunu bilirdim.

Bilirdim ki, isti yay günlərində evin sakinləri Ceyson və Cess arabir siyirmə pəncərədən çıxaraq mətbəxin üzərindəki dərmə-çatma eyvana qalxırlar. Mükəmməl cütlük idilər. Kişi tünd saçlı, əzələli, güclü, himayədar və nəzakətli idi. Möhtəşəm gülüşü vardı. Qadın isə incə, gözəl, ağdərili idi, sarı saçları qısa kəsilmişdi.

Mütənasib bədən quruluşu, çillərlə bəzənmiş sivri yanaqları, gözəl çənəsi vardı.

Qırmızı işıqda gözləyərkən həmişə gözlərim onları axtarırdı. Cess səhərlər, xüsusən də yay günlərində

qəhvəsini həyətdə içərdi. Bəzən onu görəndə mənə elə

gələrdi ki, o da mənə baxır; ona əl yelləmək istəyərdim. Çox utancaq idim. Ceysonu isə nadir hallarda gö-rərdim, işlədiyinə görə adətən evdə olmurdu. Evdə ol-masalar da nəylə məşğul olduqlarını təsəvvür etməyə

çalışardım. Bəlkə də bu gün ikisi də icazəli idi və səhər Cess hələ də çarpayıda olanda Ceyson da səhər yeməyi 1 1 fut = 30,48 sm

1

hazırlayırdı, ya da bir yerdə qaçmağa getmişdilər, çünki qaçmağı çox sevirdilər. (Tomla mən də bazar günləri qaçmağa gedərdik, adət etdiyim sürəti bir az artırar, Tom isə özününkünü yarıya qədər azaldardı, beləcə

yan-yana qaça bilirdik). Bəlkə də Cess yuxarı mərtəbədəki ehtiyat otaqda rəsm çəkir, ya da birlikdə çimir-dilər. Cessin əlləri kafellərdə, Ceysonunkular isə Cessin ombasında idi.

Axşam

Arxamı vaqondakılara çevirib yüngülcə pəncərəyə

tərəf dönərək Yustondakı “Vistleşop”dan aldığım kiçik

“Cenin Blank” şüşələrindən birini açdım. Soyuq olmasa da, eybi yoxdu. Plastik stəkana bir qədər süzəndən sonra qapağını bağlayıb şüşəni çantama qoydum. Bazar ertələri qatarda içmək – əgər kiminləsə birlikdə iç-mirdinsə – mən adətən belə etmirdim – elə də xoş qar-şılanmırdı.

Bu qatarlarda tanış, hər həftə gördüyüm, harasa gedən və ya qayıdan üzlər olurdu. Güman ki, mənim onları tanıdığım kimi onlar da məni tanıyırdılar. Bununla belə yenə də əslində kim olduğumu görüb-görmədiklərini bilmirdim.

Qeyri-adi bir axşam idi, isti olsa da boğanaq deyildi. Günəş tənbəl-tənbəl batmaqda, kölgələr böyümək-də, işıq ağacları qızılı rəngə bürüməkdə idi. Qatar taqqıltıyla irəliləyirdi. Evlərin önündən sürətlə keçərkən Ceyson və Cess axşam günəşinin solğun şüaları altında itib yox oldular. Tez-tez olmasa da bəzən onları yolun bu tərəfində görmək olurdu. Əks tərəfə gedən qatar 1

yox idisə və qatarımız nisbətən yavaş gedirdisə, bir anlıq da olsa onları eyvanda görə bilirdim. Əgər bugün-kü kimi görə bilmirdimsə, xəyalımda canlandırmağa çalışırdım. Cess əlində bir qədəh şərab, ayaqlarını masaya qoyaraq eyvanda uzanıb, Ceyson da əlini Cessin çiyinlərinə qoyaraq başının üstündə dayanıb. Əllərinin toxunuşunun, ağırlığının sakitləşdirici və himayədar təsirini təsəvvür edə bilirdim. Bəzən özümü qucaqlamaq və əllə görüşmək də daxil olmaqla axırıncı dəfə nə zaman kiminləsə fiziki təmas qurduğumu yada salmağa çalışdığımı anlayır, ürəyim sıxılırdı.

9 iyul 2013, Çərşənbə axşamı

Səhər

Keçən həftə gördüyüm paltar yığını hələ də orda idi və bir neçə gün əvvələ nisbətən daha tozlu, daha pərişan vəziyyətdə görünürdü. Hardasa oxumuşdum ki, qatar vurduğu zaman paltarlarımız da cırıla bilərmiş. Qatar vurmasıyla ölüm elə də qeyri-adi hadisə

deyildi. Deyilənə görə, ildə iki yüz, ya üç yüz nəfər bu cür ölürdü. Yəni ən az iki gündən bir. Bunların nə qə-dərinin qəza olduğunu bilmirdim. Qatar asta sürətlə

irəliləyərkən paltarlarda qan ləkəsi olub-olmadığına diqqətlə baxdım, amma heç nə görə bilmədim.

Qatar həmişəki kimi işığa çatanda durdu. Cessin iki qanadlı qapının önündəki eyvanda dayandığını gö-rə bilirdim. Əynində parlaq, naxışlı paltar vardı, ayaqları yalın idi. Başını yüngülcə arxaya ataraq evə tamaşa 1

edirdi, yəqin ki, səhər yeməyi hazırlayan Ceysonla danışırdı. Qatar hərəkətə başlayanda gözümü Cessdən və evindən ayırmadım. O biri evləri görmək istəmirdim, xüsusən də dörd ev o yanda yerləşən və mənim əvvəllər yaşadığım evi…

Beş il ərzində Blenheym küçəsindəki iyirmi üç nömrəli evdə olduqca xoşbəxt və başdan ayağa səfalət içində yaşamışdım. İndi ona baxmaq belə istəmirdim.

Ora mənim ilk evim idi. Ailəm, ya da başqa tələbələrlə

paylaşdığım ev deyil, mənim ilk evim. Baxmağa dözə

bilmirdim. Yəni baxa bilərdim, baxardım, baxmaq istəyərdim, istəməzdim, baxmamağa çalışardım. Hər gün özümü baxmamalı olduğuma inandırmağa çalışar, am-ma hər gün də baxardım. Orda görmək istədiyim heç bir şey olmasa belə, gördüyüm hər şey məni incitsə be-lə, özümlə bacara bilmirdim.

Bir dəfə başımı qaldırıb baxarkən yuxarıdakı yataq otağının krem rəngli kətan pərdələrinin yumşaq, açıq çəhrayı bir şeylə əvəz edildiyini görəndə özümü necə

hiss etdiyimi, Annanın böyümüş qarnına qədər uzanan geniş köynəkdə çəpərin dibindəki gülləri suladı-ğını görəndə duyduğum kədəri olduqca aydın xatırlayıram. Geyilməkdən genişlənmiş köynəyi qarnına qədər sallanmışdı. Dodağımı elə möhkəm dişləmişdim ki, qanamışdı.

Gözlərimi bərk-bərk yumdum və ona, on beşə, iyirmiyə qədər saydım. Və budur, nəhayət, keçib getmişdik, görməli heç nə yox idi. Uitni stansiyasına girib çıxdıq. Yaşayış massivi Şimali Londonun çirkinə qarı-şıb əriyəndə, geniş eyvanlı evləri qrafitdən tikilmiş

körpülər və qırıq pəncərəli boş binalar əvəz edəndə

1

qatar sürətini artırdı. Yustona yaxınlaşdıqca narahatlığım artır, özümü gərgin hiss edirdim: bu gün necə keçəcəkdi? Yustona girməyə təxminən beş yüz metr qalmış, vaqonun sağ tərəfindən görünən çirkin, alçaq, beton bir bina vardı. Kimsə üstündə boyalarla: “HƏYAT

BİR PARAQRAF DEYİL” – yazmışdı. Yolun kənarındakı paltar yığınını düşündüm və elə bildim ki boğuluram. Həyat bir paraqraf, ölüm də mötərizə içi deyil.

Axşam

Axşam mindiyim 17:59 qatarı sabahkı qatara nisbətən asta hərəkət edirdi. Bir saat bir dəqiqəlik yolumuz vardı. Yəni əlavə olaraq hansısa stansiyada da-yanmasaydı, səhərkinə nisbətən yeddi dəqiqə daha uzun olacaqdı. Mənimçün elə də fərq etmirdi, çünki səhər Londona getməyə tələsmədiyim kimi axşam da Eşburiyə qayıtmaq üçün can atmırdım. 1960-cı ildə qu-rulan və Bekingemşirin mərkəzində xərçəng kimi şaxə-lənmiş Eşburi nə qədər pis yer olsa da, səbəbi bu deyildi. Buraya bənzəyən, mərkəzi kafelər, mobil telefon mağazaları, “JD Sports” filialları ilə dolub daşan, yaşayış massivi ilə əhatə olunmuş və arxasında çoxmərtə-bəli kinoteatr və qəsəbədənkənar Tesko əyaləti olan onlarla başqa qəsəbədən daha pis, ya da daha yaxşı deyildi. Ticarət mərkəzlərinin qəsəbənin ətəklərinə yayıl-mağa başladığı ərazidə salınan yaxşı(ca) tikilmiş, yeni-

(cə) bir binada yaşayırdım, amma bura mənim evim deyildi. Mənim evim qismən sahibi olduğum, yol kənarında yerləşən yarı viktorian üslublu ev idi. Eşburidə ev sahibi deyildim, hətta kirayənişin belə deyil-1

dim. Bir müddətlik Ketinin sakit və gözəgörünməz dubleksinin ikinci yataq otağında, onun mərhəmətinin və lütfkarlığının göstəricisi olaraq yaşayırdım.

Keti ilə universitetdən bəri dost idik. Yoldaş demək daha düzgün olardı, çünki heç vaxt bir elə yaxın olmamışdıq. Birinci kursda dəhlizin üzbəüz otaqların-da qalırdıq və ikimiz də eyni dərsləri keçdiyimizə gö-rə, gözümüzü qorxudan ilk həftələrdəncə bir-birimizə

yaxınlaşdıq. Sonralar ortaq cəhətimiz olan daha çox insanla tanış olduq. İlk il və istisna hallar olan toyları çıxarsaq, universiteti bitirdikdən sonra bir-birimizlə elə

də görüşməmişdik. Amma mənə lazım olduğu zaman onun evində boş bir otağın olduğunu bildim və orada qalmaq mənə məntiqli gəldi. Cəmi bir neçə ay, maksi-mum, altı ay qalacağıma əmin idim və başqa nə edə

biləcəyimi də təsəvvür etmirdim. Heç vaxt tək yaşa-mamışdım, ailəmdən sonra ev yoldaşları ilə, sonra da Tomla qalırdım. Tək yaşamaq fikri darıxdırıcı gəldiyinə görə onunla yaşamağa razılıq verdim. O vaxtdan demək olar ki, iki il keçib.

Qorxulu deyildi. Keti sözün əsl mənasında yaxşı adam idi. Bu cəhətini dərhal gözə çarpdırırdı. Yaxşı olduğu ortada idi, hətta bu onun ən əsas xüsusiyyəti olduğundan bunun demək olar ki, hər gün gözə görün-məsini istəyirdi. Bu da insanı çox yorurdu. Amma ye-nə də pis deyildi, ev yoldaşında bundan daha pis xü-susiyyətlərin olması mümkündür. Yox, bu yeni həyatımın (üstündən iki il keçməsinə baxmayaraq, hələ də

yeni təsiri bağışlayır) usandırıcı tərəfi Keti, hətta Eşburi də deyildi. Özümə nəzarəti itirməyim idi. Ketinin evində, onun nəzakətli olmasına baxmayaraq, daim 1

özümü qonaq kimi hiss edirdim. Bunu mətbəxdə axşam yeməyi hazırlarkən bir-birimizi itələyəndə hiss edirdim. Divanda onun arxasında oturarkən əlindəki pultdan möhkəm-möhkəm yapışdığında hiss edirdim.

Özümə aid olduğunu hiss etdiyim yeganə yer kiçik yataq otağım idi. İçinə zorla dürtülmüş çarpayı ilə stolun arasından güclə keçirdim. Kifayət qədər rahat olsa da, insanın arzuladığı kimi bir yer deyildi. Bu-na görə də qonaq otağında, ya da mətbəx masasında narahatlıq və yorğun şəkildə qurcalanırdım. Hər şeyə, hətta ağlıma belə nəzarəti itirmişdim.

1

10 iyul 2013, Çərşənbə

Səhər

Hava yavaş-yavaş isinirdi. Saat təxminən 9-un yarısı olmuş və gün çoxdan darıxdırıcı hal almış, hava nəmdən ağırlaşmışdı. Fırtına olmasını arzulasam da səma israrla boş, solğun və açıq mavi rəngə çalırdı. Üst dodağımdakı təri sildim. Su götürməyi unutduğuma görə peşman olmuşdum.

Həmin səhər Ceyson ilə Cessini görmədiyimə görə

çox təəssüflənirdim. Bunun axmaqlıq olduğunu bilirdim. Evi diqqətlə gözdən keçirməyimə baxmayaraq, heç kim görünmürdü. Aşağı mərtəbənin qapısı açıq ol-sa da, iki qanadlı digər qapı bağlı idi və günəş şüaları pəncərədə əks olunurdu. Yuxarıdakı siyirmə pəncərə

isə qapalıydı. Yəqin Ceyson işə getmişdi. Mənə elə gəlirdi ki, həkimdi və çox güman, xarici şirkətlərdən birində işləyirdi. Daim işə hazır vəziyyətdə olurdu, qarderobun üstündə hazır gözləyən bir çantası da vardı; İranda zəlzələ, yaxud Asiyada sunami olan kimi hər şeyi atıb çantasını alaraq həyat xilas etmək üçün göz açıb-yumunca Hitrovda olurdu.

Cəlbedici naxışlı paltarı, konvers ayaqqabıları olan, gözəl və cazibəli Cess isə moda sahəsində çalışırdı. Ya da ola bilsin ki, musiqi, ya da reklam sahəsində.

Stilist, yaxud fotoqraf da ola bilərdi. Eyni zamanda olduqca istedadlı, bacarıqlı bir rəssam idi. İndi onu yuxarı mərtəbədəki açıq pəncərəsindən musiqi sədaları yayılan otaqda, əlində fırça divara söykənmiş kətan lövhəyə şəkil çəkən vəziyyətdə görə bilirdim. Axşam üs-1

tünə qədər orda olacaqdı, Ceyson bilirdi ki, işləyəndə

onu narahat etmək olmaz.

Əlbəttə, əslində, onu görə bilmirdim. Rəsm çəkib -

çəkmədiyini, ya da Ceysonun mükəmməl gülüşü olub-olmadığını, Cessin yanaqlarının gözəl görünüb-görün-mədiyini də dəqiq bilmirdim. Burdan onun bədən qu-ruluşunu da ayırd etmək olmurdu və Ceysonun səsini də heç vaxt eşitməmişdim. Onları heç vaxt yaxından görməmişdim, mən yolun o tərəfində yaşayanda onlar bu evdə qalmırdılar. Mən iki il qabaq ordan köçəndən qısa müddət sonra isə onlar həmin evə köçmüşdülər.

Dəqiq hansı gün olduğunu bilmirdim, amma deyəsən, onları ilk dəfə təxminən bir il əvvəl görmüşdüm və

aylar keçib-getdikcə mənim üçün önəm kəsb etməyə

başlamışdılar.

Adlarını da bilmədiyimə görə, onları özüm adlan-dırmalı olmuşdum. Kişiyə Ceyson adını qoymuşdum, çünki ingilis aktyorları kimi yaraşıqlı idi. Conni Depə, ya da Bred Pitə yox, daha çox Kolin Fortə, yaxud Ceyson Ayzeksə oxşayırdı. Cess də Ceyson adı ilə uyğun olduğundan, bir də ona yaraşdığından ağlıma gəlmişdi. Qızın gözəl, qayğısız görünüşü ilə uyuşurdu. Onlar cütlük idi, komanda idi. Elə düşünürdüm ki, xoşbəxt-dirlər. Mənim keçmişdə olduğum kimi… Beş il əvvəlki Tomla mənə bənzəyirdilər. Mənim itirdiklərim onlarda idi, mən istəyən hər şeyə sahib idilər.

1

Axşam

Düymələri sinəmi sıxan, narahat, dar köynəyimin qoltuqlarının altında nəm ləkələr əmələ gəlmişdi. Gözlərim və boğazım ağrıyırdı. Bu axşam yolun uzanması-nı heç istəmirdim, evə tez çatmaq, soyunub duşa girmək, məni heç kimin görmədiyi bir yerdə olmaq arzu-sundaydım.

Üzbəüz oturacaqda oturan kişiyə baxdım. Təxminən mənimlə yaşıd olardı; otuzuncu onilliyinin ya əv-vəlini, ya da ortalarını yaşayırdı; saçları tünd rəngdəy-di, gicgahlarına doğru ağarmağa başlamışdı. Bənizi solğun görünürdü. Əyninə kostyum geyinmiş, pencəyini çıxarıb yanındakı oturacağa atmışdı. Qabağındakı açıq “MacBook” kağız kimi napnazik idi. Asta-asta yazırdı. Sağ biləyində iri, gümüş bir saat vardı. Bahalıya oxşayırdı, deyəsən, “Breitling” idi. Dodağını çeynəyirdi. Gərgin görünürdü. Bəlkə də nə haqqındasa dərindən düşünür, baş sındırırdı. Bəlkə Nyu-Yorkdakı ofisdə olan iş yoldaşlarından birinə vacib bir e-mail, ya da sevgilisinə kəlmələrini ustalıqla seçdiyi ayrılıq mesajı yazırdı. Birdən başını qaldırdı və baxışlarımız toqquşdu. Gözləri əvvəlcə məni, sonra da qarşımdakı stolun üstünə qoyduğum şərab şüşəsini süzdü. Üzünü çevirdi. Dodaqlarının bir-birinə sıxılmasından qınayıcı dü-şüncələrini hiss etmək olurdu. Məndən iyrənmişdi.

Əvvəlki kimi deyildim. Artıq arzulanan insan deyildim, insanları özümdən qaçırırdım. Buna səbəb kö-kəlməyim, ya da üzümün içkidən və yuxusuzluqdan şişməsi deyildi. Elə bil, insanlar mənə baxanda yarala-1

rımı da görürdülər. Sanki bu yaralar mənim üzümdə, davranışlarımda, hərəkətlərimdə yazılmışdı.

Keçən həftə, gecələrin birində, su içmək üçün otağımdan çıxanda Ketinin qonşu otaqda sevgilisi Demienlə danışığını eşitdim. Dəhlizdə dayanıb qulaq asmağa başladım. “Qız təkdi, – Keti deyirdi, – ona görə

çox narahatam. İşdən, ya da reqbi klubundan uyğun bir adam yoxdu?” Demien isə, – “Reyçlə görə? Ket, səmimi deyim, o qədər çarəsiz vəziyyətdə olan kimisə ta-nımıram”, – dedi.

11 iyul 2013, Cümə axşamı

Səhər

Şəhadət barmağımdakı sarğının qıraqlarını didiş-dirirdim. Səhər fincanımı yuyanda yaş olmuşdu, üstü yapışqan və çirkli görünürdü, halbuki səhər tərtəmiz idi. Kəsik dərin olduğuna görə çıxarmaq istəmirdim.

Evə çatanda Keti bayırda idi, mən də içki almağa gedib iki şüşə şərabla qayıtdım. Birincini içəndən sonra onun evdə olmamasından istifadə edib özümə bifşteks bişirmək, qırmızı soğan sousu hazırlamaq və yaşıl salatla birgə yemək istədim. Soğanları doğrayanda barmağımı kəsdim. Yumaq üçün vanna otağına getdim; sonra bir müddət hər şeyi unudub yatmışam, saat 10-a yaxın oyandım, Keti və Demienin danışığını eşitdim. Demien mətbəxi bu cür qoyub getməyimin murdarçılıq olduğunu deyirdi. Keti mənə dəymək üçün yuxarı çıxdı, yavaşca qapını döydü və yüngülcə açdı. Başını içəri uzadıb halımı soruşdu. Niyə olduğunu tam bilməsəm 1

də, üzr istədim. “Narahat olma”, – dedi, amma ardınca təmizləyə bilib-bilməyəcəyimi də soruşdu. Mətbəx tax-tasının üzərində qan var idi; içərini çiy ət iyi bürümüşdü, bifşteks piştaxtanın üstündə qalmışdı. Demien mə-ni görən kimi salam belə vermədən başını yelləyib yuxarı çıxdı; Ketinin yataq otağına girdi.

İkisi də yatmağa gedəndən sonra ikinci şüşəni iç-mədiyimi xatırlayıb ağzını açdım. Divana oturub eşit-məsinlər deyə səsini azaldıb televizora baxmağa başladım. Nəyə baxdığım yadımda deyil, amma bir anlıq özümü xoşbəxt, ya da ona oxşar bir halda hiss etdim; içimdə kiminləsə danışmaq arzusu oyandı. Həmin an kiminləsə təmas qurmaq arzusuyla dolub daşırdım; zəng etməyə isə Tomdan başqa heç kimim yox idi.

Əslində, Tomdan başqa heç kimlə danışmaq da istəmirdim. Telefonumun “Gedən zənglər” bölməsində

ona dörd dəfə – saat 11:02-də, 11:12-də, 11:54-də və

12:09-da zəng elədiyim görünürdü. Zənglərin müddə-tindən bilinirdi ki, iki səsli mesaj da qoymuşam. Bəlkə

də telefona cavab vermişdi, amma onunla danışdığım yadıma gəlmir. İlk mesajı qoymağım yadımdadı, deyəsən, sadəcə, mənə zəng etməsini xahiş etmişdim. Ola bilər ki, mesajların ikisində də eyni şeyi demişəm və

bu elə də pis deyildi.

Qatar silkələnib qırmızı işıqda dayananda başımı qaldırdım. Cess eyvanda oturub qəhvə içirdi. Ayaqlarını stolun üstünə qoymuşdu, kürəyini stula dayayıb özünü günəşə verirdi. Mənə elə gəldi ki, onun arxasında hərəkət edən kimisə gördüm: Ceysonu. Onu görməyi, yaraşıqlı simasına nəzər salmağı çox arzulayırdım. Eyvana çıxmasını, xəyalımda canlandırdığım ki-1

mi Cessin arxasında dayanmasını, saçlarını öpməsini istəyirdim.

Amma çölə çıxmadı və Cessin başı önünə doğru əyildi. Bugünkü hərəkətləri nisbətən fərqli idi; daha tənbəl və ləng idi. Ceysonun onun yanına gəlməsini istəyirdim, amma qatar silkələnib irəliləməyə başladı; Ceyson isə hələ də görünmürdü. Cess tək idi. Bu dəfə

gözlərim qeyri-ixtiyari əvvəlki evimə zilləndi və nə

qədər çalışsam da baxışlarımı qaçıra bilmədim. İki qanadlı qapı taybatay açıq idi və işıq mətbəxə doğru süzülürdü. Bunu doğrudan da görürdümmü, yoxsa hər şey yenə də təxəyyülümünmü məhsulu idi, bilmirdim.

Cess doğrudan da orda, mətbəxdə qabmı yuyurdu?

Həqiqətən də mətbəx masasının üstündə, yellənən beşikdə balaca bir qız oturmuşdumu? Bilmirəm.

Gözlərimi yumdum və özümü qaranlığın ixtiya-rına verdim, məyusluğumun daha da pis bir şeyə çev-rilməsini gözlədim: bir xatirə, keçmişə bir səyahət. Ondan sadəcə mənə zəng etməsini xahiş etməmişdim.

İndi yadıma düşdü, ağlayırdım. Onu hələ də sevdiyimi, həmişə sevəcəyimi demişdim. “Xahiş edirəm, Tom, xahiş edirəm, səninlə danışmalıyam. Darıxmışam”. Yox, yox, yox, yox, yox, yox, yox…

Qəbul etməliydim ki, onu düşüncələrimdən uzaq-laşdırmağın mənası yoxdur. Bütün gün özümü dəhşətli dərəcədə pis hiss edəcəkdim. Qarın boşluğumdakı bu sancı, utanc hissindən yaranan kədər üzümü yan-dıran alovla dalğalanacaqdı; əvvəl güclü, sonra zəif, sonra yenə güclü… Gözlərimi elə yummuşdum ki, elə

bil, bu yolla hər şeyi silə biləcəkdim. Bütün gün öz-özümə ən pis şeyin bu olmadığını təkrarlayıb duracaq-1

dım. Elədiyim ən pis şey bu deyildi; bu, hamının qarşısında yıxılmaq, ya da küçədə tanımadığım bir adamın üstünə qışqırmaq kimi deyildi. Yayda barbekü bişirər-kən ərimin dostlarından birinin arvadına təhqirlər yağ-dıraraq alçaltmaq kimi deyildi. Gecələrin birində evdə

dalaşarkən qolf çubuğu ilə ona hücum edib dəhliz divarının suvağını dağıtmaq kimi deyildi. Üç saatlıq nahar fasiləsindən sonra işə qayıdıb ofisdəkilərin baxışları altında səndələyərək içəri girmək kimi deyildi.

Martin Maylz məni kənara çəkib – “Məncə, indi evə

getsən daha yaxşı olar, Reyçl”, – demişdi. Bir dəfə, Londonun izdihamlı mərkəz küçələrindən birində, qısa müddət əvvəl restoranda tanış olduğu iki nəfərlə

oral sekslə məşğul olmasından danışan bir içki düş-kününün yazdığı kitabı oxumuşdum. Onu oxuyanda fikirləşmişdim ki, mən elə də pis deyiləm. Sərhəddimi bu nöqtədə cızmışdım.

Axşam

Bütün gün diqqətimi səhər gördüklərimdən başqa heç nəyə yönləndirə bilmədim, oturub-durub Cessi fikirləşdim. Niyə mənə elə gəlirdi ki, nə isə qaydasında deyil? Uzaqdan üzünün ifadəsini görmürdüm, amma ona baxan kimi başa düşmüşdüm ki, özünü tənha hiss edir. Hətta hiss edir yox, tənha idi. Bəlkə də elə idi, bəlkə də Ceyson evdə deyildi, insanları xilas etmək üçün təhlükəli ölkələrdən birinə getmişdi. Və Cess onun üçün darıxır, getməsinin vacib olduğunu qəbul etsə də, ona görə narahat olurdu.

1

Əlbəttə ki, onunçün darıxırdı, eynilə mənim kimi.

O nəzakətli və güclü idi, bir ərdə ola biləcək bütün xüsusiyyətlərə sahib idi. Üstəgəl, onlar arasında uyum da vardı. Ceysonun gücü, himayədarlığı Cessin zəif olduğunu göstərmirdi. Onun da güclü olduğu yerlər vardı, Ceysonu təəccübdən ağzıaçıq qoyan intellektual sıçrayışları vardı. Hər hansı problemi kəsib xırda his-sələrə ayıraraq “salam” vermək üçün sərf olunan vaxt ərzində həll edə bilirdi. İllərdir birlikdə olmalarına baxmayaraq, Ceyson yığıncaqlarda Cessin əlini burax-mazdı. Bir-birilərinə hörmət edir, alçaltmırdılar.

Bu axşam özümü yorğun hiss edirdim. Tamamilə

ayıq idim. Bəzi günlərdə özümü elə pis hiss edirdim ki, heç içə də bilmirdim. Bu gün isə içki haqqında düşü-nəndə ürəyim bulandı. Amma axşam qatarında ayıq olmaq çətin başa gəlirdi, xüsusən də indi, bu cür istidə.

Dərimin hər santimetrində tər puçurlanır, ağzımın içi gicişir, gözlərim ağrıyırdı; ovuşdurmaqdan bütün makiyajım yayılmışdı.

Çantamdan telefonumun vibrasiyasını eşidən kimi yerimdən sıçradım. Vaqonun digər tərəfində oturan qızlar əvvəl mənə, sonra bir-birinə baxıb qımışdılar.

Haqqımda nə düşündüklərini dəqiq bilməsəm də, yaxşı bir şey olmadığını başa düşmək çətin deyildi. Telefona doğru əyilərkən ürəyimin sürətlə döyündüyünü duydum. Bu zəngin yaxşı nəticələnməyəcəyini bilirdim: bu, bir gecəlik içkiyə ara verməyi tapşırmaq üçün zəng edən Keti də ola bilərdi. Ya da gələn həftə Londona gələcəyini, ofisimə dəyəcəyini və axşam birlikdə

şam edə biləcəyimizi deyən anamın da olması müm-1

kün idi. Ekrana baxdım. Zəng Tomdan idi. Bir saniyə

düşünüb, telefonu açdım.

– Reyçl?

Onu tanıdığım ilk beş il ərzində heç vaxt Reyçl olmamışdım, həmişə Reyç idim. Bəzən “Şelli” deyərdi, çünki bu addan zəhləm gedirdi və nə qədər əsəbiləş-səm də, gülüşünə dözməyib ona qoşulmağım onu da-ha çox güldürərdi.

– Reyçl, mənəm, – səsi boğuq idi, yorğun olduğu hiss olunurdu. – Qulaq as, bunu qurtarmalısan, eşidir-sən?

Cavab vermədim.

Qatar sürətini azaldırdı və demək olar, evin yanına çatmışdıq; köhnə evimin. Ona, – “bayıra çıx, çəmənlikdə dayan, sənə bir dəfə də olsa baxım”, – demək istədim.

– Xahiş edirəm, Reyçl, mənə zəng etməyin düzgün deyil. Özünü toplamalısan.

Boğazımda sanki çay daşı boyda bir şey düyünlən-mişdi, hamar və inadcıl idi. Udquna bilmirdim. Danışa bilmirdim.

– Reyçl? Eşidirsən? Bilirəm ki, vəziyyətin yaxşı deyil, buna görə təəssüf edirəm, doğrudan da… Amma mən sənə kömək edə bilmərəm; bu ardı-arası kəsilmə-yən zənglərin Annanı çox məyus edir. Yaxşı? Daha sə-nə kömək edə bilmərəm. AA2ya filan get. Xahiş edirəm, Reyçl. Bu gün işdən sonra AA toplantısına dəy.

Çirkli sarğını barmağımdan çıxarıb altındakı solğun, qırışmış ətə baxdım. Dırnağımın küncündəki qan qurumuşdu. Sağ əlimin baş barmağını kəsiyin ortasına 2 Adsız Alkoqoliklər

1

basan kimi yara açıldı, ağrı kəskin və güclü idi. Nəfəs aldım. Yaradan qan axmağa başladı. Vaqonun digər tərəfindəki qızlar mənasız baxışlarla mənə baxırdılar.

MEQAN

Bir il əvvəl

1

16 may 2012, Çərşənbə

Səhər

Qatarın gəldiyini eşidirdim, ritmini əzbərləmişdim. “Norzkout” stansiyasından çıxan kimi sürəti artırır, döngədən taqqıltıyla dönüb uğuldamağa başlayandan sonra isə azaldırdı. Bəzən isə evdən təxminən iki yüz yard3 irəlidəki işıqda dayananda qatarın əyləcinin səsi eşidilirdi. Qəhvəm masanın üstündə soyu-muşdu, amma mən çox tərləmişdim və durub qəhvəmi təzələməyə tənbəllik edirdim.

Bəzən heç keçib gedən qatarlara baxmırdım da, sadəcə səslərinə qulaq asırdım. Səhərlər gözlərimi yumub burda otururdum, göz qapaqlarıma dəyən isti günəş şüası narıncı rəngə çalırdı. İndi başqa bir yerdə də

ola bilərdim. Məsələn, İspaniyanın cənubunda, sahildə; ya da İtaliyada, o gözəl, rəngbərəng evlərin və turistlər üçün nəzərdə tutulmuş qatarların olduğu Çink-ve Terredə… Holkamda olub ağzımda duz dadını, qu-lağımda qağayıların səsini hiss edə bilərdim və beş yüz metr uzaqdakı paslanmış dəmir yolundan bir qatar keçib gedərdi.

Qatar bu gün dayanmır, yavaş hərəkətlə irəliləyirdi. Təkərlərin relslərə sürtünüb cırıldadığını eşidirdim, həmçinin silkələnməyini də duya bilirdim. Sərnişinlərin üzlərini görməsəm də onlar haqqında yeganə bildiyim şey oturacaqlarına söykənmiş Yuston sərnişinləri olmaları idi, amma təsəvvür edə bilərdim; daha ekzo-tik səyahətlərin, reysin sonunda və ondan irəlidəki ma-cəraların xəyalını… Holkama yenidən səfər etmək fikri-3 1 yard = 0,9144

1

ni özüm üçün dəqiqləşdirmişdim, bunu, bu cür səhər-ləri hələ də bu cür ürəklə, bu qədər həvəslə düşünmə-yim qəribə olsa da, vəziyyət belə idi. Otları titrədən külək, qumluqların üzərindəki səma, siçanların qaçış-dığı şam, çirkab və musiqiylə əhatə olunan daxmalar…

İndi mənə yuxu kimi gəlirdi.

Ürək döyüntülərimin sürətləndiyini hiss etdim.

Pilləkənlərdən gələn ayaq səslərini eşidirdim, mə-ni çağırırdı.

“Bir dənə də qəhvə istəyirsən, Meqs?”

Yuxu bitdi, oyandım.

Axşam

Küləkdən bir az üşüsəm də martinimə əlavə etdiyim iki barmaq vodka məni tərlətmişdi. Eyvanda idim və Skotun evə gəlməsini gözləyirdim. Məni Kinqli küçəsindəki italyan restoranına şam yeməyinə aparması üçün razı salmaq fikrində idim. Neçə ildir evdən kənarda şam etmirdik.

Bu gün elə də çox iş görməmişdim. St.Martinsdəki toxuculuq kursuna müraciət məktubu yazmalı idim.

Başlamışdım, amma mətbəxdə işləyərkən təsadüfən bir qadının çığırtılarını eşitdim; səsi tükürpədici idi; elə

bildim ki, kimisə öldürürlər. Qaçıb özümü həyətə atdım, amma heç nə görmədim.

Qadının səsi hələ də gəlir, arasıkəsilmədən qula-ğımda əks-səda verirdi; doğrudan da şiddətli və çarəsiz idi.

“Neynirsən? Ona neynirsən? Ver mənə onu, ver mənə!”

1

Çıxandan sonra bir neçə saniyə də olsa davam etmişdi.

Yuxarı mərtəbəyə qaçıb eyvana çıxdım. Ağacların arasından bir neçə həyət uzaqlıqda – kolluğun yanında iki qadın gördüm. Biri qışqırırdı – bəlkə ikisi də birdən qışqırırdı – və yanlarında var gücü ilə çığıran bir uşaq da vardı.

Polisə zəng etmək ağlıma gəlsə də sonradan elə bil vəziyyət sakitləşdi. Qışqıran qadın qucağındakı uşaqla birgə evin içinə qaçdı. O biri isə bayırda qaldı. Evə tərəf qaçan qadın büdrədi, amma qamətini düzəltdi və

həyətdə qaça-qaça dövrə vurmağa başladı. Bu doğrudan da qəribə mənzərə idi. Allah bilir nə baş vermişdi!

Amma düzünü deyim ki, bu, bir neçə həftədir yaşadığım ən böyük həyəcan idi.

Daha getmək üçün qalereyam qalmadığına görə

günlərim də boş-bekar keçirdi. Qalereyam üçün darıxırdım. Hətta əllərində “Starbucks”ları ilə gəlib şəkillərə baxaraq dostlarına balaca Cessinin bağçada çəkdiyi şəkillərin bundan daha qəşəng olduğunu deyən darıxdırıcı, mükəmməl analar üçün belə darıxırdım.

Bəzən, – “keçmişdəkilərdən kimisə tapmağa çalı-şımmı görəsən”, – deyə fikirləşirəm, amma onlarla nə

danışa bilərdim ki? Evlənib xoşbəxt olan Meqanı heç tanımayacaqdılar. Onsuz da dönüb keçmişə baxmaq kimi bir riskə gedə bilməzdim, bu istənilən zaman üçün pis ideya idi. Yayın bitməsini gözləyirdim, sonra iş axtarmağa başlayacaqdım. Bu uzun yay günlərini boş keçirsəm, heyif olardı. Burda, bu yaxınlarda bir məşğuliyyət tapacaqdım, bunu bilirdim.

1

14 avqust 2012, Çərşənbə axşamı

Səhər

Bir də gördüm ki, qarderobun qarşısında dayanıb, az qala yüzüncü dəfə gözəl geyimlərimin olduğu rəfə

baxıram. Bu kiçik, amma modern incəsənət qalereya-sının müdiri üçün əla qarderob idi. Ordakı heç bir geyim dayəyə uyğun gəlməzdi. Aman Allah, bu sözün özü belə ürəyimi bulandırırdı. Cins şalvar və köynək geyinib saçlarımı arxaya daradım. Hətta makiyaja belə

ehtiyac duymadım. Bütün günümü bir körpəylə keçi-rəcəyəm deyə gözəlləşməyin nə mənası vardı ki?

Hirsimi tökməyə yer axtararaq sürətlə aşağı düşdüm. Skott mətbəxdə qəhvə hazırlayırdı. Gülümsəyib mənə baxan kimi əhvalım dəyişdi. Qaşqabağım gülümsəmə ilə əvəz olundu. O, qəhvəmi verib məni öp-dü.

Buna görə onu qınamağın mənası yox idi, mənim fikrim idi. Eyni küçədə yaşayan qonşunun uşağına dayəlik etməyi mən özüm istəmişdim. Onda fikirləşirdim ki, maraqlı ola bilər. Bu tamamilə dəlilik idi, doğrudan da, yəqin sərsəmləmişdim. Darıxırdım, havalanmış-dım, maraqdan dəli olurdum. Görmək istəyirdim. Deyəsən, bu fikir onun həyətdə ağlamasını eşidəndən sonra ağlıma gəlmişdi. Nə baş verdiyini bilmək istəyirdim. Əlbəttə ki, bunu soruşmamışdım. Belə bir şeyi ne-cə soruşmaq olardı ki?

Skott məni cəsarətləndirmişdi. Bunu təklif edəndə

sevincindən uçmuşdu. Körpələrlə vaxt keçirməyin 1

məni sakitləşdirəcəyini güman edirdi. Əslində isə tamamilə əks təsir göstərirdi; işim qurtaran kimi qaçaraq evə gəlir, tələsik paltarlarımı soyunub özümü vanna otağına atır, üstümdən gələn uşaq qoxusundan canımı qurtarmağa çalışırdım.

Baxımlı, saçları düzəldilmiş halda qalereyaya gedib, yetkin insanlarla incəsənət, kino və ya hər hansı mövzuda müzakirələr etdiyim günlər üçün darıxırdım.

Heç nə Anna ilə etdiyim söhbətlərdən pis ola bilməzdi.

Aman Allah, o qadın necə də darıxdırıcı idi! Əvvəllər bəlkə də özüylə bağlı nəsə danışardı, amma artıq yeganə mövzusu uşağı idi. Üşümür, elə deyil? Tərləməyib ki? Nə qədər su içib? Üstəgəl, həmişə də evdə idi; ona görə də çox vaxt özümü ehtiyatda qalmış adam kimi hiss edirdim. Mənim işim Anna dincələndə uşaqla məşğul olmaq idi. Hansı səbəbə görə dincəlirdi ki? Bu azmış kimi həm də çox gərgin idi. Fasiləsiz olaraq evdə

ora-bura fırlanıb öz varlığını hiss etdirirdi. Nə vaxt bir qatar keçsə diksinir, telefon zəng çalanda isə gözlənilmədən yerindən sıçrayırdı. “Necə də həssasdırlar, elə

deyil?” – deyirdi və bu barədə onunla razı idim.

Evdən çıxıb ağırlaşmış ayaqlarımla Blenheym küçəsindəki evlərinə qədər 50 metrə yaxın yolu piyada getdim. Addımlarımı sürətləndirə bilməzdim.

Bu gün qapını Anna yox, əri açdı. Tom kostyum və ayaqqabılarını geyinmiş, işə getməyə hazır vəziyyətdə dayanmışdı. Kostyum ona çox yaraşırdı. Əlbəttə, Skotta yaraşan qədər yox, çünki o, nisbətən daha bəstəboy idi, daha solğun dərisi vardı və diqqətlə baxanda gözlərinin bir-birinə bir az yaxın olduğu hiss olunurdu; amma elə də pis deyildi. O, mənə geniş bir 1

“Tom Kruz gülüşü” göstərib getdi. Evdə mən, Anna və

uşaq qalmışdıq.

16 Avqust 2012, Cümə axşamı

Günortadan sonra

İşi atdım!

Özümü indi daha yaxşı hiss edirdim, elə bil, artıq hər şey mümkün idi.

Eyvanda oturub yağışı gözləyirdim. Başımın üstündəki səma bozarmışdı; dairələr çəkərək burulur, buludları ağuşuna alırdı, hava nəmdən ağırlaşmışdı.

Skott təxminən bir saata evdə olacaqdı və mən hər şeyi ona deməli idim. Ancaq bir-iki dəqiqəlik hirslənəcəkdi; könlünü necə alacağımı bilirdim. Bütün günümü evdə

keçirməyi planlaşdırmırdım: bir müddətdir ki, müəyyən planlar qururdum. Fotoqraflıq kursuna gedə bilərdim, ya da bir mağazada yer götürüb zərgərlik məmu-latları sata bilərdim. Yemək bişirməyi də öyrənmək olardı…

Məktəbdə müəllimlərimdən biri mənə bir dəfə demişdi ki, özümü davamlı olaraq yenidən kəşf edə bilirəm. Onda nə demək istədiyini tam başa düşməmiş, sözlərini ciddi qəbul etməmişdim, amma indi bu fikri bəyənməyə başlayırdım. Qaçaq, sevgili, həyat yoldaşı, ofisiant, qalereya müdiri, dayə və daha nələr… Bəs sabah kim olmağı arzulayırdım?

İşdən çıxmağı doğrudan da istəmirdim, amma sözlər ağzımdan qeyri-ixtiyari çıxdı.

1

Mətbəx stolunun arxasında oturmuşduq, Anna uşağı qucağında tutmuşdu və Tom da evdən bir şey götürməyə gəldiyi üçün mətbəxdə idi – qəhvə içirdi.

Əslində, bu çox gülünc idi; mənim orada olmağımın heç bir mənası yox idi. Ən pisi də o idi ki, özümü çağırılmamış qonaq kimi yersiz hiss edirdim.

Birdən ağzımdan, – “başqa bir iş tapmışam”, – kəlməsi çıxdı, – “ona görə daha bu işi görə bilmərəm”.

Anna mənə tərəf çevrildi, deyəsən, inanmamışdı.

Sadəcə olaraq, – “çox təəssüf”, – dedi. Amma sözləri elə də səmimi alınmamışdı. Elə bil rahatlanmışdı. Məndən nə iş tapdığımı belə soruşmadı. Buna görə mən də

rahat olmuşdum, çünki inandırıcı bir yalan fikirləşməyə fürsət tapmamışdım.

Tom isə elə bil bir az çaşmışdı. – “Səninçün darıxa-cağıq”, – dedi, amma təbii ki, yalan danışırdı.

Əslində, məyus olacaq yeganə insan Skott idi, ona demək üçün nəsə fikirləşməli idim. Məsələn, Tomun məndə gözü olduğunu deyə bilərdim. Və bu hər şeyə

nöqtə qoyardı.

20 Sentyabr 2012, Cümə axşamı

Səhər

Saat təzəcə yeddi olmuşdu, sərin idi, amma bura –

yan-yana düzülmüş, yaşıl və soyuq, bitdikləri cığırlar-dan canlarını qurtarıb onlara həyat verəcək günəş

şüalarına qovuşmağa can atan bu bağ-bağça çox gözəl idi. Neçə saatdır oyaq idim, yata bilmirdim. Neçə gün idi ki, gözümə yuxu getmirdi. Bu vəziyyətdən zəhləm 1

gedirdi, yuxusuzluğa heç nəyə olmadığı qədər nifrət edirdim. Sadəcə olaraq, burda uzanmışdım; beynimin içindəki səsləri dinləyirdim: tık, tık, tık, tık… Hər yerim qaşınırdı. Başımı qırxdırmaq istəyirdim.

Qaçmaq istəyirdim. Üstü açıq maşınla uzun bir sə-yahətə çıxmaq istəyirdim. Maşınımı sahilə sürmək istəyirdim; hər hansı bir sahilə. Sahildə gəzmək istəyirdim. Qardaşımla mən davamlı olaraq maşınla səyahət edəcəkdik. Benlə belə bir planımız var idi. Əslinə qalsa, planın çox hissəsini Ben qurmuşdu, o əsl xəyalpərəst idi. Motosikletlə Parisdən Kot-d'Azura, ya da Amerikaya gedib, Sakit okean sahillərinə düşəcəkdik; Sietldən Los-Ancelesə gedəcəkdik, Buenos Ayresdən Karakasa doğru Çe Gevaranın yolunu izləyəcəkdik.

Bəlkə bütün bunları eləsəydim, indi nə edəcəyimi bilmədən burada oturmazdım. Bəlkə də bunları eləsəydim, məhz burda, vəziyyətimdən məmnun halda oturardım. Amma edə bilməmişdim, çünki Ben Parisə qədər gedə bilmədi. Hətta Kembricə qədər belə gedib çıxmağı bacarmadı. A10-da4 öldü, kəllə sümüyü təkərlərin altında əzildi.

Hər gün onunçün darıxırdım. Məncə, hamıdan da-ha çox… Həyatımdakı, ruhumun mərkəzindəki ən böyük boşluq o idi. Bəlkə də sadəcə olaraq bir başlanğıc idi. Dəqiq bilmirdim. Bütün bunların Benlə əlaqəli olub-olmadığına da əmin deyildim. Hər şeyin ondan sonra və ondan əvvəl baş verənlərlə əlaqəli olub-olmadığını da anlamırdım… Bildiyim yeganə bir şey vardı: bir anlıq hər şey qaydasına düşür, həyat gözəlləşir, heç 4 İngiltərənin şimalıyla cənubunu birləşdirən əsas yol 1

bir şeyə ehtiyac duymur, sonra birdən tamamilə uzaqlaşmağa can atır və alt-üst olurdum.

Onda psixoloqa getməli idim. Bu, eyni zamanda həm qəribə, həm də maraqlı ola bilərdi. Həmişə fikirləşirdim ki, katolik olmaq, günahlardan arınmağa getmək, yüklərdən xilas olmaq və səni bağışladığını, keçmişə bir xətt çəkdiyini deyən kiminsə olması əyləncəli ola bilər.

Bu, əlbəttə ki, eyni şey deyildi. Bir az gərgin idim, amma son vaxtlar yata bilmirdim və Skott da eynilə

mənim kimi görünürdü. Ona demişdim ki, tanıdığım insanlarla bu barədə danışmaq mənimçün çətindir, hətta bunu səninlə belə danışa bilmirəm. O da mənə

problemin elə bunda olduğunu, tanımadıqlarımla hər şeyi danışa biləcəyimi söyləyirdi. Amma bu elə də düz deyildi. Birdən-birə hər şeyi danışa bilməzdim. Yazıq Skott. Məsələnin heç yarısını da bilmirdi. Məni o qədər sevirdi ki, bu məni çox pərişan edirdi. Bunu necə bacara bilirdi, bilmirdim. Öz-özümü dəli edəcəkdim.

Amma nəsə etməli idim və ən azından bu nəyəsə

çalışmaq sayılırdı. Bütün planlarım – fotoqraflıq kursu, aşpazlıq dərsləri – doğrudan da indi fikirləşəndə bir az mənasız gəlirdi; elə bil reallığı qəbul edib yaşamaq əvəzinə rol oynayırdım. Özümə bir məşğuliyyət tapmalı idim, məsrəfli bir məşğuliyyət. Mən bunu edə bilməzdim – sadəcə həyat yoldaşı olmaqla kifayətlənə bilməzdim. İnsanların günlərini necə boş-bekar keçir-diklərini başa düşə bilmirdim. Kişilərin evə gəlməsini və onları sevməsini gözləyirdilər. Ya da günlərini keçirmək üçün müvəqqəti nəsə axtarırdılar.

1

Axşam

Gözləməli oldum. Seansım yarım saat əvvəl başlamalı idi, amma hələ da burda, gözləmə otağında oturmuş, “Vogue”un səhifələrini çevirərək çıxıb getmək haqqında fikirləşirdim. Həkimlərin qəbullarının gecikə biləcəyini bilirdim, amma psixoloqların?! Filmlər-dən öyrəndiyim qədəri ilə otuz dəqiqəniz bitən kimi sizi yola salmalıdırlar. Deyəsən, Hollivud Dövlət Sağlamlıq Mərkəzindəki psixoloqları nəzərdə tutmamışdı.

Elə həkimin qapısında kifayət qədər gözlədildiyi-mi, daha artıq gözləməyəcəyimi deməyə hazırlaşırdım ki, ofisin qapısı açıldı və çox hündür, caydaq bir adam içəridən çıxıb üzrxahlıqla mənə əlini uzatdı.

– Missis Hipvel, sizi gözlətdiyimə görə üzr istəyirəm, – dedi.

Gülümsədim və narahat olmamasını xahiş etdim.

Onda doğrudan da bir narahatçılıq olmadığını düşünürdüm, çünki hələ sadəcə iki dəqiqədir yanında olmağıma baxmayaraq, artıq özümü yüngülləşmiş hiss edirdim.

Deyəsən, buna səbəb səsi idi: mülayim və ahəstə

bir səs. Gözlədiyim kimi, yüngül ləhcəsi vardı, çünki adı Dr. Kamal Abdik idi. Tünd bal rəngli dərisinin onu cavan göstərməsinə baxmayaraq, otuz yaşlarında olduğunu güman etmək olardı. Üzərimdə olduğunu təsəvvür etdiyim əlləri vardı, barmaqları uzun və incə idi, sanki dərimə toxunduğunu hiss edirdim.

Elə əhəmiyyətli bir şey danışmadıq; sadəcə giriş

verdik, tanış olma mərhələsini keçdik, məndən problemin nə olduğunu soruşanda qarabasmalarımdan, yu-1

xusuzluqdan, gecələri yuxuya getməkdən qorxub gö-züaçıq uzanmağımdan danışdım. Bu mövzu haqda bir az da aydın danışmağımı xahiş etdi, ancaq mən hələ

buna hazır deyildim. Narkotik və alkoqoldan istifadə

edib-etmədiyimi soruşdu. Ona bu yaxınlarda başqa günahlar işlətdiyimi deyərək gözlərinin içinə baxdım.

Deyəsən, nə haqda danışdığımı başa düşmüşdü. Sonra, elə bil, məsələyə daha ciddi yanaşmalı olduğumu hiss etdiyimə görə qalereyamın bağlanmasından, özümü davamlı olaraq boşluqda hiss etməyimdən, istiqa-mətimi itirməyimdən, vaxtımın çoxunu reallıqla yox, düşünməklə keçirməyimdən danışdım. Elə də çox danışmır, arada bəzi cavablar verirdi; amma danışığını eşitmək istədiyimə görə seans bitəndə ondan haralı olduğunu soruşdum.

– Meidstondanam, – dedi, – Kentdən. Ancaq bir neçə il əvvəl Korliyə köçmüşəm, – deyə əlavə etsə də, sualıma cavabın bu olmadığını anladı və hiyləgərcəsi-nə gülümsədi.

Skott evdə məni gözləyirdi; əlimə bir içki verdi, seans haqda ətraflı öyrənmək istəyirdi. Hər şeyin qaydasında olduğunu dedim. Psixoloq haqda suallar verdi: Ondan xoşum gəldimi? Necə adam idi? Yaxşı olduğunu dedim, çünki çox həvəsli görünmək istəmirdim.

Ben haqda danışıb-danışmadığımızı soruşdu. Skott elə

hesab edirdi ki, hər şeyin səbəbi Bendi. Bəlkə də haqlı idi. Bəlkə də məni düşündüyümdən daha yaxşı tanıyırdı.

1

25 Sentyabr 2012, Çərşənbə axşamı

Səhər

Bu gün tezdən durmuşdum; cəmi bir neçə saat ya-ta bilmişdim, amma bu son həftədə irəliləmə hesab oluna bilərdi. Yerimdən duranda özümü demək olar, yenilənmiş hiss etdim və eyvanda oturmaq əvəzinə piyada gəzintiyə çıxmaq qərarına gəldim.

Özüm də fərqinə varmadan uzun müddətdir özümü evə qapatmışdım. Bu günlərdə getdiyim yeganə

yer mağazalar, pilates dərslərim və psixoloqum idi. Bəzən də Taragilə gedirdim. Qalan vaxtımı isə evdə keçi-rirdim. Narahatçılığım təəccüblü deyildi.

Evdən çıxıb sağa döndüm, “Kinqli” küçəsinə gedən yola çıxdım. “The Rose” adlı barı keçdim. Ora tez-tez gedirdik, artıq niyə getmədiyimiz belə yadımda deyildi. Əslində, oranı elə də sevmirdim, qırx yaşlarına yaxın çoxlu cütlük sərxoş olana qədər içib, daha yaxşı seçimlərinin olub-olmadığını öyrənmək və cəsarətlə-rini yoxlamaq üçün ora-bura boylanırdılar. Bəlkə də

ora getməyə buna görə son qoymuşduq, çünki bu xoşuma gəlmirdi. Barı və mağazaları keçdim. Çox uzaqlaşmaq istəmirdim, məqsədim bir az ayaqlarımı açmaq idi.

Səhər tezdən, dərs başlamamış, işə tələsənlərin izdihamı yaranmamışdan evdən çıxmaq yaxşı idi; bu vaxt küçələr boş və təmiz, gün gözlənilməzliklərlə do-lu olurdu. Yenidən sola döndüm və bizim yeganə yaşıllıq ərazimizə – kiçik oyun parkına tərəf yollandım.

İndi boş idi, amma bir neçə saata təzə yeriməyə başlamış körpələr, analar, dayələrlə dolacaqdı. Pilatesdəki 1

qızların yarısı – elastik, gözəl formalı bədənlərdən və

“Starbucks”larına bükülmüş manikürlü əllərdən ibarət qızlar, – bura gəlib “Sweaty Betty”ə tərəf yola düşəcək-dilər.

Parkı keçərək yoluma davam etdim, Rozberi Bul-varına doğru irəlilədim. Ora dönsəm qalereyamın –

bir vaxtlar mənim olan və artıq boş bir mağaza pəncərəsinə çevrilmiş qalereyamın yanından keçməli olacaqdım, amma bunu etmək istəmirdim, çünki hələ də

yadıma düşəndə dilxor olurdum. Uğur əldə etmək üçün çox çalışmışdım. Yanlış yer, yanlış vaxt – bu cür yaşayış massivində incəsənətə ehtiyac yox idi; bu cür maddi vəziyyət ilə mümkün ola bilməzdi. Əvəzində

sağa dönüb “Tesco Express”in və ev alqı-satqı ofisindən tanıdıqlarımın getdiyi digər bir barın yanından öt-dum. Sonra da evimizə qayıdan yola girdim. Artıq uçuşan kəpənəkləri hiss edirdim, narahat olmağa başlamışdım. Uotsonlarla üzbəüz gəlmək istəmirdim, çünki onları görəndə qəribə vəziyyət yaranırdı; təzə iş tap-mamağım, onlarla işləmək istəmədiyimə görə yalan danışmağım açıq-aydın ortada idi.

Sadəcə olaraq Annanı görəndə də qəribə olurdum.

Tom özünü görməməzliyə vururdu. Anna hər şeyi öz üzərinə götürürdü. Bəlkə də elə düşünürdü ki, qısa dayəlik karyeram onun, ya da uşağının ucbatından bit-məli olub. Uşağın tez-tez ağlamağı onu sevməyi çətin-ləşdirirdisə də, bu, mənimçün problem deyildi. Əslində, vəziyyət tamam qarışıq idi; təbii ki, bunu ona deyə

bilməzdim. Nə isə… Deyəsən, özümü evə qapamağı-mın səbəblərindən biri də Uotsonları görmək istəməməyim idi. Ürəyimdə burdan köçmələrini arzulayır-1

dım. Annanın burdan xoşu gəlmədiyini bilirdim.

Onun bu evdən, ərinin keçmiş arvadından və qatarlar-dan zəhləsi gedirdi.

Tində dayanıb yeraltı keçidə baxdım. Soyuq və

nəm iyi həmişə tüklərimi biz-biz edirdi. Bu, altında-kıları görmək üçün qayanı tərsinə çevirməyə bənzəyirdi: nəm, qurdlar və torpaq…

Bütün bunlar mənə uşaqlıqda həyətdə oynayarkən Benlə birgə gölməçəyə gedib qurbağa axtarmağımızı xatırladırdı. Yeriməyə davam etdim. Küçə təmiz idi –

Tom və Anna görünmürdü – əslinə qalsa hər şeyi dra-matikləşdirməyə meyilli tərəfim olduqca təəssüflənirdi.

Axşam

Skott zəng edib işi gec bitəcəyinə görə gecikəcəyini xəbər vermişdi və bu məni məyus etdi. Onsuz da özümü bütün gün narahat hiss etmişdim və bu hal hələ də

davam edirdi. Rahatlaşa bilmirdim. Evə gəlib məni sakitləşdirməsinə ehtiyacım vardı. Halbuki gəlməsinə

saatlar qalmışdı və fikrimdə yenə nələrsə fırlanır, fırlanır, fırlanırdı; məni yenə də yuxusuz gecələrdən birinin gözlədiyini bilirdim.

Burda elə-belə oturub qatarlara tamaşa eləyə bilməzdim. Çox gərgin idim. Ürəyim qəfəsdəki quş kimi çırpınırdı. Başmaqlarımı geyinib aşağı düşdüm. Qabaq qapıdan Blenheym küçəsinə çıxdım. Saat haradasa 8-in yarısı olardı, işdən qayıdan izdihamdan sadəcə bir ne-çə nəfər qalmışdı. Ətrafda başqa adam olmasa da şam yeməyi üçün içəri çağırılmamışdan qabaq həyətlərində

1

oynayaraq yay günəşinin son şəfəqlərindən həzz alan uşaqların səs-küyü eşidilirdi.

Küçə boyunca stansiyaya qədər piyada getdim. Bir anlıq iyirmi üç nömrəli evin qarşısında dayanıb zəngi basmaq haqqında düşündüm. Nə deyə bilərdim ki?

Qəndim qurtarıb? Söhbət etmək istəyirdim? Nə?

Jalüzlər yuxarıya qədər çəkilmişdi, amma içəridə

heç kim görünmürdü.

Döngəyə qədər gedib çox fikirləşmədən yeraltı keçidə düşdüm. Yolun yarısına çatmışdım ki, qatar gəldi

– olduqca cah-calallı görünürdü. Zəlzələ kimi idi; onu bədəninizin mərkəzində hiss edə bilərdiniz, qanınızı sürətləndirirdi.

Yerdə bir şey gözümə dəydi. Bənövşəyi rəngdə, genəlmiş, çox istifadə olunmuş saç rezini idi. Çox güman qaçmağa gələnlərdən birindən düşmüşdü. Amma nəyə görəsə tüklərim biz-biz oldu və tez bir zamanda günəş işığına çıxmaq istədim.

Evə doğru gedərkən yanımdan maşınla keçdi, bir anlıq gözlərimiz toqquşdu və mənə baxıb gülümsədi.

1

1

REYÇL

12 İyul 2013, Cümə

Səhər

Çox yorğun idim, yatmaqdan başım ağırlaşmışdı.

İçdiyim vaxtlar demək olar ki, yata bilmirdim. Bir-iki saat gözümü yumandan sonra diksinir, özümdən bezgin halda yuxudan oyanırdım. İçmədiyim günlər isə

çox dərin yuxuya dalır, bihuş vəziyyətdə olurdum; səhər açılanda da yaxşı ayıla, yuxululuqdan canımı qurtara bilmirdim. Bu hal bəzən bütün gün davam edirdi.

Bu gün vaqonumdakıların sayı bir əlin barmaqlarını keçməzdi; heç biri də yaxınımda deyildi. Mənə baxan olmadığına görə başımı pəncərəyə dayayıb gözümü yumdum.

Qatarın əyləcinin səsinə oyandım. İşığa çıxmışdıq.

Səhərin bu vaxtı, ilin bu vaxtı günəş şüaları birbaşa dəmir yolunun kənarındakı evlərin üzərinə düşür, onları işıq selinə qərq edirdi. Səhər yeməyi süfrəsində oturub həmişə mənimkilərdən daha isti olduğuna görə ayaqlarımı ayaqlarının üstünə qoyub gözümü qəzetə zillə-yərək Tomun qabağında oturduğum o gün günəş

şüalarının istiliyini üzümdə və qollarımda hiss edirdim. Mənə gülümsədiyini, mənalı baxışlarının nəticəsi kimi sinəmdən boynuma qədər qızardığımı hiss edirdim.

1

Gözlərimi qırpdım və Tom yoxa çıxdı. Hələ də

işıqda idik. Cessin həyətdə olduğunu gördüm. Arxasındakı kişi evdən çıxırdı. Əlində nəsə vardı – yəqin ki, qəhvə fincanı – və diqqətlə baxanda onun Ceyson olmadığını gördüm. Bu kişi daha uzun və daha arıq idi; dərisinin rəngi də daha tünd görünürdü. Bəlkə də ailə

dostlarından biri idi, ya da Cessin, yaxud Ceysonun qardaşı ola bilərdi. Əyilib fincanları eyvandakı metal stolun üstünə qoydu. Onun Avstraliyadan bir neçə

həftəliyinə gəlmiş qohum da olması ağlıma gəldi; ya da Ceysonun köhnə dostu, toylarındakı sağdışı ola bilərdi… Cess ona tərəf gedib əllərini belinə doladı, uzun və ehtiraslı şəkildə öpdü. Qatar hərəkətə gəldi.

İnana bilmirdim. Ciyərlərimi havayla doldurdum, bir də ayıldım ki, sən demə, bayaqdan nəfəsimi tut-muşam. Niyə belə bir şey etmişdi görəsən? Ceyson onu sevirdi, bu aydın idi, xoşbəxt idilər. Onun belə bir şeyi etdiyinə inanmaq istəmirdim; axı buna layiq deyildi.

Doğrudan da həddindən artıq məyus olmuşdum, elə bil, xəyanətə məruz qalan Ceyson yox, mən idim.

Döş qəfəsimdə tanış bir ağrı hiss etdim. Əvvəllər də bu cür ağrını yaşamışdım. Əlbəttə, o zaman o, daha dərin və daha güclü idi, lakin kədərin hansı qəbildən olduğunu dəqiq xatırlayıram. Belə şeylər unudulmur.

O vaxt, bu günlərdə hamının tez-tez düşdüyü tələyə düşdüm – elektron tələyə. Buna bəzi hallarda bir yazılı, bəzən isə bir səsli mesajı misal göstərmək olar.

Mən müasir dövrümüzdə “yaxalıqda pomada izi”

rolunu oynayan e-maili tapmışdım.

Bu təsadüfən baş vermişdi; doğrudan da, onun kompüterini eşələmək məqsədim yox idi. Ümumiy-1

yətlə mən Tomun kompüterinə yaxın düşməməli idim; qorxurdu ki, səhvən lazım olmayan bir şeyə basıb

“Troyan”, ya da onun kimi bir virus salaram.

Bilmədən e-mail adresindəki bütün kontaktları siləndə, – ”Texnologiya ilə aran elə də yaxşı deyil, hə

Reyç?” – demişdi. Yəni, bu o demək idi ki, kompüterə

daha əl vurmamalı idim. Amma əslində, yaxşı bir iş

görməyə çalışırdım; son vaxtlar miskin və çətin yola gedilən biri olduğuma görə üzrxahlıq etmək üçün xüsusi olaraq dördüncü ildönümü səyahəti planlaşdırırdım və mənim fikrimə görə, bununla da əvvəlki günlərimizi xatırlayacaqdıq.

Sürpriz etmək istədiyim üçün ondan gizli iş təqviminə baxmalı idim.

Eşələməyə çalışmırdım, gizli bir şey axtarmırdım, bu cür şeylər edən adamlardan deyildim. Ərlərinin ciblərini eşələyən özündənşübhəli qadınlardan olmaq fikrim də yox idi.

Bir dəfə o vanna otağında olanda telefonuna cavab vermişdim; bu onu çox məyus etmiş, məni ona güvən-məməklə təqsirləndirmişdi. Hərəkətimin ona belə təsir etdiyinə görə özümü çox pis hiss etmişdim.

İndi isə iş təqviminə baxmalı idim və iclasa getmək üçün evdən çıxanda noutbukunun açıq qaldığını gördüm. Mənim üçün əla fürsət idi, təqvimə baxıb bəzi tarixləri özüm üçün qeyd etdim. Təqvimlərlə birgə

brauzerini də bağlayandan sonra gözümə açıq qalmış

e-mail adresi dəydi. Ən axırıncı e-mail aboyd@cinna-mon.com-dan gəlmişdi. Üzərinə basdım. XXXXX. Sadəcə olaraq, bunlar var idi, bir dolu sətir X. Əvvəl elə

1

bildim ki, spamdır; sonra anladım ki, öpüş mənasında-dır.

Bu, Tomun bir neçə saat əvvəl, saat yeddidən sonra, mən hələ yerimizdə uzanıb mürgüləyərkən göndərdiyi e-mailə cavab olaraq yazılmışdı:

Dünən gecə səni düşünərək yatdım,

Dodaqlarını, döşlərini, qasığını öpdüyümü təsəvvür etdim,

Bu səhər fikrimdə səninlə oyandım, Sənə toxunmaq üçün alışıb-yanıram, Məndə şüur axtarma, sən varsansa o olmaz.

Mesajlarını oxudum, onlarla idi. “Admin” adlı bir qovluqda gizlədilmişdilər. Adının Anna Boyd olduğunu və ərimin ona vurulduğunu başa düşdüm. Ona bu-nu tez-tez deyirdi. Əvvəl heç vaxt belə bir şey hiss etmədiyini, birgə olacağı günü səbirsizliklə gözlədiyini yazmışdı.

Həmin gün nə hiss etdiyimi izah etməyə söz tapa bilmirdim, amma indi bu qatarda əsəbdən dodaqlarımı çeynəyir, dırnaqlarımı əllərimə batırırdım. Gözlərim yaşarmışdı. Hiss etdiyim qəzəb həmişəkindən daha böyük idi. Elə bil, məndən nəsə oğurlamışdılar. Bunu necə edə bilmişdi? Cess bunu necə edə bilmişdi? Nə

olmuşdu ona? Onların həyatlarına bir bax, necə də

gözəl idi! Heç vaxt başa düşmürdüm ki, insanlar ürək-lərini dinləyərək qırdıqları qəlblərə necə bu qədər laqeydcəsinə yanaşırlar. Kim deyirdi ki, ürəyin səsini dinləmək yaxşı şeydi? Bu əsl eqoizm, hər şeyi əldə etməyə çalışan bir insanın xudpəsəndliyi idi. Daxilim nifrətlə dolmuşdu. İndi o qadını görsəm, Cessi deyi-1

rəm, indi görsəm, üzünə tüpürərdim. Gözlərini çıxa-rardım.

Axşam

Xətdə nə isə problem olmuşdu. Stoka gedən 17:56

sürət qatarı ləğv edildiyinə görə sərnişinləri mənim olduğum qatara doluşmuşdular. Vaqonda ancaq ayaq üstə dayanmaq üçün yer qalmışdı. Yaxşı ki, oturmuşdum; amma pəncərə qırağında yox, dəhlizdə idim.

Çiynimə, dizimə söykənən bədənlər yerimi daraldırdı.

Onları itələmək, ayağa durub acıqla arxaya sıxmaq istəyirdim. Hərarət gün ərzində daha da artmış, məni ağuşuna almışdı; elə bil, üzümə nəfəs almağıma mane olan maska taxmışdım. Bütün pəncərələrin açıq olmasına baxmayaraq, hərəkətdə olarkən belə ağzı bağlı sandığı xatırladan vaqona hava girmirdi. Ciyərlərimə

lazımi qədər oksigen ötürə bilmirdim. Ürəyim bulanırdı. Səhər qəhvə dükanında baş verən hadisə gözümün qabağından getmirdi; özümü hələ də oradaymı-şam kimi hiss edirdim; baxışlarından canımı qurtara bilmirdim.

Hər şey Cessin təqsiri idi. Bu səhər ancaq Cess və

Ceyson barədə, Cessin etdiyi şeyin qarşısında – Ceyson bunu biləndə – onun reaksiyası, eynilə məndə baş

verdiyi kimi həyatının alt-üst olması barədə düşünürdüm. Heyrət içində çaşıb qalmışdım; hara gedəcəyimlə

bağlı diqqətimi cəmləyə bilmir, ora-bura fırlanırdım.

Düşünmədən Hantinqdon Uaytlidə çox adamın istifadə etdiyi qəhvə dükanına girdim. Qapıya təzəcə

çatmışdım ki, onları gördüm və geri qayıtmaq üçün 1

gecikdiyimi başa düşməyim çox çəkmədi; mənə baxırdılar, baxışlarına bir gülümsəmə əlavə etmək ağıllarına gələnəcən, gözlərini qırpmadan bir müddət baxmağa davam etdilər. Əl-qol işarələri ilə məni yanlarına çağıran Martin Maylz, Saşa və Harritdən ibarət may-maq kişilərin triosu…

– Reyçl! – deyərək Martin qollarını uzadıb məni qucaqladı. Bunu gözləmirdim, əllərim aramızda ilişib qaldı, gülməli formada bədəninə toxundu. Saşa ilə

Harrit gülümsədilər, çox yaxınlaşmamağa çalışaraq hava öpüşləri göndərdilər. – Burda neyləyirsən?

Uzun müddət, olduqca uzun müddət susub dayandım. Döşəməyə baxdım, qıpqırmızı qızardığımı hiss etdim. Bununla vəziyyəti daha çıxılmaz hala saldı-ğımı başa düşüb süni şəkildə gülümsədim, ancaq və

ancaq, – Görüş… görüşüm var, – deyə bildim.

– Hə, – Martin təəccübünü gizlədə bilməsə də, Sa-şa və Harrit başlarını yelləyib gülümsədilər, – Kiminlə?

Ağlıma heç bir ictimaiyyətlə əlaqə şirkətinin adı gəlmirdi. Bircə dənə belə! Alqı-satqı şirkətlərinin də

adları uçub getmişdi; işçi qəbul edən bir şirkətin belə

adını yadıma sala bilmirdim.

Bir müddət hərəkətsiz dayanıb sonra işarə barma-ğımla alt dodağımı qaşımağa başladım. Nəhayət, Martin, – O qədər gizlidi? Bəzi şirkətlər belə qəribə olur da!

Müqavilə bağlanıb, iş rəsmiləşənə kimi heç kimə heç nə deməyə icazə vermirlər, – dedi.

Bu, cəfəngiyyat idi və o da bunu bilirdi; məni vəziyyətdən çıxarmaq üçün demişdi; amma təbii ki, heç kim buna inanmamışdı. Bununla belə hamı özünü inanmış kimi göstərib başını yellədi.

1

Harrit və Saşa gözlərini arxamdakı qapıya zillə-mişdilər, mənim yerimə utanmış və bundan can qurtarmaq üçün yollar fikirləşməklə məşğul idilər.

– Yaxşısı budur, gedim qəhvəmi sifariş verim, –

dedim, – gecikmək istəmirəm.

Martin əlini qoluma toxundurub, – Səni görməyimə şadam, Reyçl, – dedi. Açıq-aydın mənə yazığı gəlirdi. Həyatımın son bir-iki ilinə qədər bu cür acınacaqlı halda olmağın necə utandırıcı bir şey olmasının fərqinə

belə varmamışdım.

Planımda Tiobalds küçəsində yerləşən Holborn ki-tabxanasına getmək vardı, amma riskə getmək istəmədim, onun əvəzinə Recents parkına getdim. Ən uzağa, zooparka qədər piyada addımladım. Bir çinarın kölgəsində oturub qarşıdakı boş saatlar haqda fikirləşərkən qəhvə dükanındakı söhbəti yenidən təsəvvürümdə

canlandırdım; mənlə sağollaşanda Martinin üzündə

yaranan mənasız ifadəni xatırladım.

Mobil telefonum zəng çalanda artıq yarım saata yaxın idi ki, orda otururdum. Zəng yenə də Tomdan idi; bu dəfə ev telefonundan zəng etmişdi. Onu xəyalımda günəşli mətbəximizdə oturub, noutbukunda işləyərkən canlandırdım, amma bu səhnə yeni həyatının hücumu ilə darmadağın oldu. Annanın kölgəsi də bir küncdə çay dəmləyərkən, ya da körpə qızlarını yediz-dirərkən Tomun üstünə düşəcəkdi. Telefonun zəng çalıb, avtocavablayıcıya keçməyini gözlədim. Çantama qoyub unutmağa cəhd etdim. Daha eşitmək istəmirdim; hər halda, bu gün yox! Bu gün onsuz da kifayət qədər dəhşətli gün oldu; halbuki saat hələ səhər 11-in yarısı belə olmamışdı.

1

Üç dəqiqəyə yaxın gözləyib telefonu əlimə aldım.

Özümü əvvəllər danışığı qəhqəhələrlə müşayiət olunan, indi isə ancaq nəsihət vermək, təsəlli vermək, ya da yazığı gəlmək üçün zəng edən Tomun səsinin verdiyi əzaba hazırladım, amma mesaj ondan gəlməmişdi.

– Reyçl, Annadı, – zəngi sonlandırdım!

Nəfəsim daralırdı, ağlımdan keçənlərə və bunun təsiri altında hər yerimin qaşınmasına mane ola bilmirdim.

Ayağa durdum, Titçfild küçəsindəki mağazalardan birinə girib özümə dörd qutu cin tonik alaraq parkdakı yerimə qayıtdım. Birincini açıb bacardığım qədər tez içdim, sonra ikincisini açdım. Qaçanları, uşaq arabası ilə gəzintiyə çıxanları və turistləri görməyim deyə, arxamı onlara çevirmişdim. Uşaq kimi, elə bilirdim ki, mən onları görmürəmsə, onlar da məni gör-mürlər. Təzədən avtocavablayıcını yığdım.

– Reyçl, Annadı, – uzun fasilə, – Səninlə zənglərin haqda danışmalıyam. – Daha bir uzun fasilə… Eynilə

bir neçə işi eyni vaxtda görən, həm ortalığı təmizləyib, həm də paltar maşınını boşaldan məşğul arvadlar və

ev qadınlarının danışdığı kimi bir tərəfdən mənlə danışıb bir yandan da başqa bir iş görürdü.

– Qulaq as, bilirəm, çətin dövrdür səninçün, – de-di, elə bil, mənim çətinliyimin bununla əlaqəsi yox idi,

– amma davamlı olaraq gecələr bizə zəng etməyin düzgün deyil. – Sürətli və qıcıqlandırıcı danışığı var idi. –

Zəng edib bizi oyatmağın az deyilmiş kimi, hələ bir İvini də oyadırsan, bununla razılaşa bilmərəm. Onsuz da güclə yatırdırıq. – “Onsuz da güclə yatırdırıq”. “Biz”.

1

“Biz”. “Bizim mehriban ailəmiz”. “Problemlərimiz və adət-lərimiz” .

“Qancıq! Mənim yuvama yumurtasını qoyan ququ quşundan fərqin yoxdu!”.

Hər şeyimi əlimdən almışdı. Hər şeyimi əlimdən almışdı, hələ bir durub mənə kədərimin onu narahat etdiyini deyirdi?

İkinci qutunu da bitirib üçüncüyə başladım. Qan dövranıma təsirini göstərən alkoqolun xoşbəxtliyi cəmi bir neçə dəqiqə davam etdi, mədəm bulanmağa başladı. Çox sürətli içirdim; bu, mənim üçün belə sürətli idi; sürəti azaltmalı idim, azaltmasam nəsə pis şey baş verəcəkdi. Sonradan peşman olacağım nəsə edəcəkdim.

Annaya zəng edəcək, özünün də, ailəsinin də, uşağının da gecəni rahat yatıb-yatmadıqlarının vecimə olmadığını deyəcəkdim. Ona yazdığı həmin misranı, – “məndə

şüur axtarma”, – ilk dəfə görüşməyə təzə başladığımız vaxtlarda özünün sonsuz ehtirasını ifadə edən məktu-bunda mənə yazdığını açıb deyəcəkdim. Üstəgəl bu misra heç ona da aid deyildi. Henri Millerdən oğurlamışdı. Annanın sahib olduğu hər şey ikinci əl idi. Bunları biləndən sonra özünü necə hiss edəcəyi maraqlı idi. Ona zəng edib, – “Anna, dörd bir yanı mənim aldığım əşyalarla dolu olan evimdə yaşamaq, illərlə Tomun mənimlə bölüşdüyü yataqda yatmaq, mənimlə

sevişdiyi mətbəx masasının üstündə uşağını yedizdir-mək necə hissdi?” – deyə soruşmaq istəyirdim.

Hələ də orda, o evdə, mənim evimdə yaşamağı seçmələri mənə qəribə gəlirdi. Bunu deyəndə Toma inana bilməmişdim. O evi çox sevirdim. Yerinə baxmayaraq almaq üçün təkid edən də mən olmuşdum. Də-1

mir yoluna yaxın olub, qatarlara tamaşa etmək xoşuma gəlirdi; şəhərdaxili ekspress qatarların köhnəsayaq səslərini çox sevirdim. Tom belə davam etməyəcəyini, əvvəl-axır xətləri qaydasına salacaqlarını, o zaman sürət qatarlarının uğultu ilə gəlib keçəcəyini söyləyir, amma mən bunun olacağına inana bilmirdim. Burda qalmaq qərarına gəlmişdim, pulum olsaydı, onun payına düşə-ni ödəyib bu evi alacaqdım. Ancaq pulum yox idi və

boşanarkən evə uyğun qiymət təklif edən müştəri də

tapa bilməmişdik; ona görə də payımı ödəyib, uyğun müştəri tapana qədər burda yaşayacağını söylədi. Am-ma o uyğun müştəri heç vaxt tapılmadı və arvadı ilə

birgə bura köçdü. Arvadı da mənim kimi evi bəyən-mişdi və onlar burada qalmaq qərarına gəldilər.

O, özündən və münasibətlərindən o qədər arxayın idi ki, başqa bir qadının gəzdiyi yerlərdə gəzmək onu narahat etmirdi. Məlum məsələdir ki, məni ailəsi üçün təhlükə kimi qəbul etmirdi. Plat ilə birgə yaşadıqları evə Asia Uevillə birgə köçüb yaşayan Ted Hyus yadıma düşdü. Silviyanın geyimlərini geyinir, saçlarını onun darağı ilə darayırdı. Annaya zəng edib Asiyanın da eynilə Silviya kimi başını sobanın içinə salıb intihar etdiyini demək istəyirdim.

Mürgüləmişdim, deyəsən, cin və isti günəşdən ke-yimişdim. Birdən oyanıb təlaşla çantamı axtardım. Or-da idi. Tüklərim biz-biz oldu, qarışqaların hücumuna məruz qalmışdım. Saçlarım, boynum, sinəm, hər yerim qarışqa idi. Ayağa durub silkələndim. Təxmini iyirmi metr uzaqlıqda topla oynayan iki yeniyetmə oyunu saxlayıb, gülməkdən ikiqat oldular.

1

Qatar dayandı. Demək olar, Cess və Ceysonun evinin qabağında idik, amma vaqon və relsin bu tərəfində olmağım onları görməyə mane olurdu. Adam çox idi. Orda olub-olmadıqlarını, Ceysonun məsələni bilib-bilmədiyini, evdən gedib-getmədiyini, ya da ya-lanın var olduğu bir həyatda yaşadığını hələ anlayıb-anlamadığını bilmək istəyirdim.

13 İyul 2013, Şənbə

Səhər

Saata baxmamış yeddiyə on beş dəqiqə qalmışla səkkizə on beş dəqiqə işləmiş arası bir vaxt olduğunu başa düşdüm. Bunu işığın düşməsindən, pəncərənin o tayındakı küçədən gələn səslərdən, otağımın qarşısındakı dəhlizi süpürən Ketinin səs-küyündən başa düşmək olurdu. Nə olursa-olsun, Keti hər şənbə evi təmizləmək üçün tezdən dururdu. Ad günü, yaxud köçmə5

sabahı olsun – fərqi yox idi, Keti ev təmizləmək üçün tezdən oyanmalı idi. O deyirdi ki, bu bir növ inanc ki-midir, onu gözəl bir həftə sonuna hazırlayır və evi aerobik hərəkətlərlə təmizlədiyinə görə idmana getməyə də ehtiyac qalmır.

Səhər tezdən başlayan təmizlik zamanı tozsoranın səsi məni darıxdırmırdı, çünki onsuz da yata bilməyəcəkdim. Səhərlər yata bilmirdim, günortaya kimi rahat-rahat mürgüləməyə çalışsam da, bacarmırdım. Bir-5 Xristian inancına görə, İsanın dünyaya enib xristianları cənnətə

aparması

1

dən-birə oyanır, nəfəsimin daraldığını, ağzımın acılaş-dığını, ürəyimin sürətlə döyündüyünü hiss edirdim. O

dəqiqə başa düşürdüm ki, oyanmışdım. Nə qədər unutqan olmaq istəsəm də, əlimdən gəlmirdi. Həyat və

işıq buna icazə vermirdi. Uzanıb Ketinin tələskən, şən məşğuliyyəti zamanı çıxan səslərə qulaq asırdım ki, elə

bu vaxt qatar relslərinə düşmüş paltarlar və Cessin sevgilisini öpməyi yadıma düşdü.

Qarşımda uzun bir gün var idi, lakin bir dəqiqəsi belə dolu olmayacaqdı.

Broaddakı bazara gedə, maral əti və bekon ala və

bütün günümü yemək bişirməyə sərf edə bilərdim.

Bir stəkan çayla divana oturub televizorda “Satur-day Kitchen”i də izləmək olardı.

İdmana da gedə bilərdim.

CV-mi təzədən yazmaq da bir cür məşğuliyyət idi.

Ya da Ketinin evdən çıxmasını gözləyib içki almağa gedər, iki şüşə “Sauvignon Blanc” alıb qayıdardım.

Başqa bir həyatda isə 08:04 qatarının səsi ilə çox tezdən oyandım, gözlərimi açıb pəncərəyə dəyən yağış

damcılarının səsini dinlədim. Onun arxamda olduğunu hiss etdim, yuxulu, isti və güclü idi. Sonra qəzet almağa getdi, mən isə qayğanaq bişirdim. Mətbəxdə oturub çay içdik, gecikmiş nahar üçün bara getdik, televizorun qarşısında bir-birimizə sarmaşıb yuxuya daldıq.

İndi hər şey onun üçün daha fərqli idi. Tənbəl şənbə

seksi, yaxud qayğanaq yox idi, əvəzində daha fərqli bir sevinci – sivişib arvadı ilə aralarına girmiş balaca qızı vardı. Danışmağı hələ təzə öyrənəcəkdi, ana, ata və onlardan başqa heç kimin başa düşmədiyi gizli bir dildə

sözlər deyəcəkdi.

1

Kədər çox sərt və ağır idi, sinəmin düz ortasına çökmüşdü. Ketinin evdən çıxmasını gözləyə bilmədim.

Axşam

Ceysonu görməyə gedəcəkdim.

Bütün gün otağımda oturub, içki ala bilmək üçün Ketinin evdən çıxmasını gözləmişdim. Amma çıxmamışdı. Ümumi otaqda qətiyyətli və hərəkətsiz halda oturmuş, “gecikmiş bir neçə işi” görməklə məşğul olmuşdu. Axşamtərəfi artıq əsirlik və sıxıntıya dözə bilməyib ona gəzintiyə çıxacağımı dedim. “Hay Strit”-

dən kənarda yerləşən böyük barlardan birinə – “The Wheatsheaf”ə gedib üç iri qədəh şərab içdim. İki qədəh də “Jack Daniels” ötürdüm. Sonra stansiyaya doğru yönəldim, bir neçə qutu cin alıb qatara mindim.

Ceysonu görəcəkdim.

Onunla görüşməyəcəkdim, evinə gedib qapısını döyməyəcəkdim. Elə bir şey etmək fikrində deyildim.

Dəlilik eləmək yox idi. Sadəcə evin qabağından qatarla keçmək istəyirdim. Onları görmək istəyirdim.

Bu elə də yaxşı fikir deyildi. Yaxşı fikir olmadığı dəqiq idi.

Amma nə ziyanı olacaqdı ki?

Yustona gedəcəkdim, bir dəfə fırlanıb yenidən geri qayıdacaqdım. (Qatarlardan xoşum gəlirdi, burda yanlış nə vardı ki? Qatarlar möhtəşəmdir).

Əvvəllər, hələ mən mən ikən, xəyalən Tomla birgə

qatarla romantik səyahətlərə çıxardım. (Beşilliyimiz şə-rəfinə “The Bergen Line” səfərinə, qırxilliyimiz şərəfi-nə isə “The Blue Train” səfərinə çıxmalı idik).

1

Bir dəqiqə, indi ordan keçəcəyik.

İşıq parlaq idi, amma heç nə görə bilmirdim. (Hər şeyi cüt görürdüm. Bir gözümü bağladım. Nisbətən yaxşı oldu).

Budur, orda idilər! Bu odur? Eyvanda oturmuşdular. Yoxsa onlar deyil? O Ceyson deyildi? Cessdi o?

Yaxınlaşmaq istəyirdim. Onlara daha yaxın olmaq istəyirdim.

Yustona getməmək qərarına gəldim. Uitniyə tərəf düşəcəkdim. (Uitniyə getməməli idim, ora getmək təhlükəli idi, Tom, ya da Anna məni görsə nə baş verərdi?)

Uitnidə düşəcəkdim.

Bu yaxşı fikir deyildi.

Bu çox pis fikir idi.

Qatarın digər tərəfində zəncəfilə çalan sarısaçlı bir kişi oturmuşdu. Mənə baxıb gülümsəyirdi. Ona nəsə

demək istədim, amma deməyə fürsət tapmamış sözlər ağzımda əriyib getdi. Sözlərin dadını hiss edə bilirdim, amma şirin, ya da turş olduqlarını müəyyən etməyə

çətinlik çəkirdim.

Mənə gülümsəyirdi, ya dodağını büzürdü? Başa düşə bilmədim.

14 İyul 2013, Bazar

Səhər

Ürəyim yerindən çıxacaqmış kimi narahat və gur səslə döyünürdü. Ağzım qurumuşdu, udquna bilmirdim. Yan tərəfə dönüb üzümü pəncərəyə çevirdim.

1

Pərdələr bağlı idi, ancaq işıq yenə də gözümü ağrıdır-dı. Əlimi üzümə aparıb barmaqlarımla göz qapaqları-mı sıxaraq ağrını azaltmağa çalışdım. Dırnaqlarım çirk içində qalmışdı.

Nəsə qaydasında deyildi. Bir anlıq elə bildim ki, yıxılıram, çarpayı altımdan çəkilir. Dünən gecə nəsə

baş vermişdi. Hava kəskin şəkildə ciyərlərimə doldu və cəld dikəldim. Ürəyim sürətlə döyündü, nəbzim ən yüksək ritmlə atmağa başladı.

Yadıma salmağa çalışdım. Bu bir az vaxt apardı.

Baş verənlərdən gözümün qabağına nəsə gəlməsi üçün saniyələr keçirdi. Arada belə şeylər olurdu. Amma bəzən heç bir şey xatırlaya bilmirdim.

Nəsə pis bir şey baş vermişdi. Münaqişə olmuşdu.

Səs-küy var idi. Yumruqlar? Bacarmırdım, yadıma sala bilmirdim. Bara getmişdim, qatara minmişdim, stansiyada idim, küçədəydim. Blenheym küçəsi. Blenheym küçəsinə getmişdim.

Bu qaranlıq qorxu mərhələ-mərhələ yadıma gəlirdi.

Nəsə baş vermişdi, bunu dəqiq bilirdim. Təsəvvür edə bilməsəm də, hiss edirdim. Yanağım dişlənmişdi elə bil, ağzım ağrıyırdı, dilimdə metal tamlı qan dadı vardı. Ürəyim bulanır, başım gicəllənirdi. Əllərimi saç-larımın arasından başıma sürtməyimlə çəkməyim bir oldu. Başımın sağ tərəfində ağrıyan, həssas bir şiş var idi. Saçım qandan keçə kimi olmuşdu.

Yıxılmışdım, məsələ bu idi. Pilləkənlərdən, Uitni stansiyasında. Başımı harasa vurmuşdum? Qatara mindiyim yadıma gəlirdi, sonrası böyük bir qaranlıq, böyük bir boşluq idi. Dərindən nəfəs alır, ürək döyün-1

tülərimi sakitləşdirməyə çalışırdım. Fikirləş. Neyləmi-şəm? Bara getmişəm, qatara minmişəm. Orda bir kişi var idi. İndi yadıma düşdü, kürənsaçlı idi. Mənə baxıb gülümsəmişdi. Deyəsən, mənlə danışmışdı, ancaq nə

dediyi yadımda deyil. Onunla bağlı başqa bir şey də

var idi, şüuraltımda onunla bağlı başqa şeylər də vardı, amma ona çata bilmir, qaranlıqdan çəkib çıxara bilmirdim.

Qorxurdum və səbəbini bilməmək qorxumu daha da artırırdı. Qorxmalı bir şey olub-olmadığını da dəqiq dərk etmirdim. Otağa göz gəzdirdim. Telefonum ka-modun üstündə yox idi. Çantam yerdə deyildi, adətən qoyduğum stolun başından da asılmamışdı. Çox güman ki, gətirmişdim, çünki evdə idim, bu da o demək idi ki, açarım var imiş.

Çarpayıdan durdum, çılpaq idim. Özümü qarderobun güzgüsündə gördüm. Əllərim titrəyirdi. Göz makiyajım yanaqlarıma doğru axmışdı, alt dodağım isə kəsilmişdi. Ayaqlarımda göyərtilər vardı. Durma-dan ürəyim bulanırdı. Yerimə qayıdıb başımı dizlərimin arasına salaraq bulantının keçməsini gözlədim.

Ayağa durdum, xələtimi götürdüm və yataq otağımın qapısını araladım. Evdə sakitlik idi. Nədənsə Ketinin evdə olmadığından əmin idim. Demienin evində qalacağını demişdi? Elə bil axı demişdi, amma yadıma gəlmirdi. Bu, mən evdən çıxmamışdan əvvəl idi? Yoxsa sonradan onunla danışmışdım? Bacardığım qədər sakit halda dəhliz boyu addımladım. Ketinin yataq otağının qapısının açıq olduğunu gördüm. İçəri baxdım. Yeri yığılmışdı. Çoxdan durub yığmış ola bilərdi, amma məncə, gecəni burda qalmamışdı və bu məni bir az sa-1

kitləşdirdi. Burda deyildisə, dünən gec gəldiyimi görməmiş, səsimi də eşitməmişdi; bu da o demək idi ki, pis vəziyyətdə olduğumdan xəbərsizdi. Bunun mənimçün fərqi olmamalı idi, lakin var idi: belə bir hadisədən qaynaqlanan xəcalət hissi, vəziyyətin ciddiyyəti ilə

bağlı olduğu kimi, bunu bilənlərin sayından da asılı idi.

Ən üst pilləkəndə yenə başım gicəlləndi, məhəc-cərdən möhkəm yapışdım. Ən böyük qorxularımdan biri (axırda qaraciyərimin məhv olmasilə qarnıma qan dolması da bura daxildir), pilləkənlərdən düşüb boynumu sındırmaq idi. Bu haqda düşünmək təzədən ürəyimi bulandırdı. Uzanmaq istəyirdim, amma çantamı tapıb telefonuma baxmalı idim. Heç olmasa kartlarımı itirmədiyimi, kimə nə vaxt zəng etdiyimi öyrənmək lazım idi. Çantamı dəhlizə, düz giriş qapısının ağzına atmışdım. Şalvarım və alt paltarlarım da yanındaydı, sidik iyini pilləkənin başından hiss etmək olurdu. Telefonumu tapmaq üçün çantamı götürdüm. Şükür Allaha, içində idi, yanında da əzilmiş bir iyirmi dollar-lıq kağız və qanlı bir salfet vardı. Ürəkbulanmam təzədən başladı və bu dəfə daha güclü oldu; ağzıma qədər gələn ödümün tamını hiss etdim. Qaçdım, amma vanna otağına çatmamış, pilləkənlərin ortasına, xalçanın üstünə qaytardım.

Mütləq uzanmalı idim. Uzanmasaydım elə bura-daca ürəyim gedəcəkdi. Yeri sonra da təmizləyə bilərdim.

Yuxarı çıxıb telefonumu enerji yığmağa qoydum və yerimə uzandım. Ayaqlarıma, qollarıma baxmaq üçün astaca onları yuxarı qaldırdım. Ayaqlarımda, diz-1

lərimin üstündə içkidən qaynaqlanan, harasa yıxılmaqdan, yaxud çırpılmaqdan əmələ gələn standart göyərtilər var idi. Qollarımdakı yaralar daha ciddi idi. Tünd rəngli, barmaq izlərinə bənzəyən ovalşəkilli izlərdi bunlar. Mütləq şəkildə pis nəyəsə işarə etmirdi, əvvəl də olmuşdu; adətən yıxıldığım zaman kimsə durmaq üçün mənə yardım edəndə yaranırdı. Başımdakı yara isə çox ağrıyırdı, amma maşına oturmaq kimi xətərsiz bir səbəbi də ola bilərdi. Yəqin evə qayıdarkən taksiyə

minmişdim.

Telefonu götürdüm. İki mesaj gəlmişdi. Birincisi Ketidən idi, saat beşdən sonraya aid idi; harda olduğumu soruşurdu. Gecə Demienin evində qalacağını və

sabah görüşəcəyimizi deyirdi. Tək oturub içmədiyimə

ümidvar olduğunu da əlavə etmişdi. İkinci mesaj Tomdan idi və gecə on birə on beş dəqiqə işləmiş göndəril-mişdi. Səsini eşidəndə qorxudan az qala telefonu yerə

salacaqdım, qışqırırdı:

– Aman Allah, Reyçl, sənə nə olub? Bezdim daha bundan, başa düşürsən? Bir saata yaxın vaxtımı sənin dalınca maşın sürərək keçirmişəm. Bilirsən, Annanı ne-cə qorxutmusan? Elə bilib ki… elə bilib ki sən… Polisə

zəng etməməsi üçün əlimdən gələn yeganə şey bu idi.

Bizdən əl çək. Daha mənə zəng etmə, daha yaxınlıqda fırlanma, bizdən əl çək! Səninlə danışmaq istəmirəm.

Başa düşürsən məni? Səninlə danışmaq, səni görmək istəmirəm, ailəmə yaxın gəlməyini istəmirəm. İstəyir-sənsə öz həyatını məhv elə, amma mənimkini məhv etməyinə icazə verməyəcəm. Bəsdir daha! Daha səninlə danışmayacam, başa düşdün? Bizdən uzaq ol, bəsdir.

1

Nə etdiyimi bilmirdim. Neyləmişdim? Saat beşlə

ona on beş dəqiqə işləmiş vaxt kəsiyində nə ilə məşğul olmuşdum? Tom niyə mənə zəng eləmişdi? Annaya neyləmişdim?

Başımı yorğanın içinə salıb gözlərimi bərk-bərk yumdum. Özümü evə gedərkən, onların həyəti ilə qonşu həyət arasındakı dar yol ilə yeriyərkən, hasara dır-maşarkən təsəvvür etdim. Şüşə qapıları itələyib açma-ğımı, gizlicə sürünərək mətbəxə girməyimi gözlərim qarşısında canlandırdım. Anna stolun arxasında oturub. Arxadan hücum edib əlimi onun uzun saçlarına dolayıram, başını arxaya tərəf çəkərək, onu yerə yıxıb başını açıq-mavi kafellərə vururam.

Axşam

Kimsə qışqırırdı. Yataq otağının pəncərəsindən içəri düşən işığa baxıb nə qədər yatdığımı başa düşdüm; günortanın son, axşamın isə ilk saatları idi.

Başım ağrıyırdı. Balışımda qan var idi. Aşağıda kiminsə qısqırdığını eşidirdim.

– İnana bilmirəm! Aman Allah! Reyçl! Reyçl!

Yatıb qalmışdım. İlahi, pilləkənlərdəki qusuntunu təmizləməmişdim. Paltarlarım da dəhlizin ortasına atılıb qalmışdı. İlahi, İlahi!

Əynimə şalvar və köynək keçirdim. Yataq otağının qapısını açanda Keti düz qarşımda idi. Elə bil məni görəndə qorxdu.

– Sənə nə olub? – dedi, sonra əlini qaldırıb, – Qulaq as, Reyçl, bağışla, ancaq əslinə qalsa bu haqda heç 1

nə eşitmək istəmirəm. Evimdə daha bundan sonra belə

şeylər görmək fikrim də yoxdur. Bunu istəmirəm…

Sonra yavaş-yavaş sakitləşdi, ancaq dəhlizə, pilləkənlərə tərəf baxırdı.

– Bağışla, – dedim, – bağışla, doğrudan çox pis xəstələnmişdim, təmizləyəcəkdim.

– Xəstə zad deyildin, hə? Sərxoş idin. İçmişdin. Bağışla, Reyçl. Buna icazə verə bilmərəm. Bu cür yaşaya bilmərəm. Getməlisən, başa düşdün? Sənə başqa yer tapmağın üçün dörd həftə vaxt verirəm, sonra gedə-cəksən burdan, – çevrildi və yataq otağına tərəf getdi. –

Sən Allah, bu iyrəncliyi təmizlə! – Qapını arxasınca çırparaq bağladı.

Təmizlik bitəndən sonra otağıma qayıtdım. Ketinin yataq otağının qapısı hələ də bağlı idi. Amma arxasından yayılan səssiz əsəbini hiss etmək çətin deyildi. Onu qınamaq üçün əsasım yox idi. Evə girən kimi sidikli bir şalvar və qusuntu ilə dolu pilləkən görsəydim mən də hiddətlənərdim.

Çarpayıda oturub noutbukumu açdım, e-mail ad-resimə girib anama mesaj yazmağa başladım. Nəhayət, vaxtı gəlmişdi. Ondan kömək istəməli idim. Evə köç-səm bu cür davam etmək olmazdı, dəyişməli, düzəl-məli idim. Amma düzgün kəlmələri seçə bilmirdim, necə danışmaq lazım gəldiyini də anlamırdım. Kömək istədiyimi oxuyanda üzündə yaranacaq məyusluğu, yorğunluğu əvvəlcədən görürdüm. Sanki hətta ”ah”

çəkməyini belə eşidirdim.

Telefonumun səsi eşidildi. Mesajım var idi, bir ne-çə saat əvvəl gəlmişdi. Yenə də Tom idi. Dediklərini eşitmək istəməsəm də, mütləq eşitməli idim; ona mə-1

həl qoymaya bilməzdim. Avtocavablayıcını yığıb özümü eşidə biləcəyim ən pis sözlərə hazırlayarkən ürək döyüntülərim sürətləndi.

– Reyçl, mümkünsə mənə zəng elə, – səsi bayaqkı kimi əsəbi deyildi. – Bu sözləri eşidəndə ürək döyüntülərim bir az sakitləşdi. – Sağ-salamat evə çatdığını bilmək istəyirəm. Dünən gecə çox pis vəziyyətdə idin, –

bu vaxt dərindən ah çəkdi. – Qulaq as, dünən gecə üstünə qışqırdığıma görə, bir az özümdən çıxdığıma görə

üzr istəyirəm. Sənə görə çox pis oluram. Reyçl, doğrudan deyirəm, buna artıq son qoyulmalıdı.

Mesaja bir də qulaq asdım, səsindəki nəzakət işar-tısı məni göz yaşlarına boğdu. “Üzr istəyirəm, indi ev-dəyəm”, – deyən mesajı göndərməmişdən qabaq uzun müddət ağladım. Başqa şey deyə bilmirdim, çünki əslində niyə üzr istədiyimi də tam şəkildə anlamırdım.

Annaya neylədiyimi, onu necə qorxutduğumu bilmirdim. Əslinə qalsa, bu elə də vecimə deyildi, amma To-mu dilxor etmək istəməzdim. Etdiklərinə baxmayaraq, xoşbəxt olmağa layiq idi. Ona xoşbəxtliyi çox görmürdüm, sadəcə olaraq, mənimlə xoşbəxt olmasını istəyirdim.

Çarpayıya uzanıb yorğanın altına girdim. Nə baş

verdiyini, niyə üzr istədiyimi anlamaq arzusunday-dım. Çarəsiz vəziyyətdə gözümün qabağına gələn qeyri-müəyyən bir səhnədən vəziyyəti anlamağa çalışırdım. Bir münaqişəyə düşdüyümə, ya da belə bir şeyin şahidi olduğuma əmin idim. Bəs bu Anna ilə baş vermişdi? Barmaqlarımı başımdakı yarada, dodağımdakı kəsikdə gəzdirdim. Az qala hər şeyi görür, sözləri eşidirdim, amma yenə də hər şey bir anın içindəcə gözlə-1

rim önündən buxarlanıb gedirdi. Alınmırdı. O anı təsəvvür etməyə yaxınlaşan kimi, hər şey yenidən əlçat-maz halda qaranlığa qərq olurdu.

MEQAN

2 Oktyabr 2012, Çərşənbə axşamı

Səhər

Tezliklə yağış yağmalı idi, yaxınlaşdığını sezirdim.

Dişlərim bir-birinə dəyirdi, barmaqlarımın ucu maviyə

çalan ağ rəngə çalırdı.

İçəri girmək fikrim yox idi. Həyət yaxşı idi; eynilə

buz vannasındakı kimi arındığımı, təmizləndiyimi hiss edirdim. Onsuz da bir azdan Skott gəlib məni içəri aparacaq, uşaq kimi yorğana bürüyəcəkdi.

Dünən gecə evə qayıdanda sarsıntı keçirmişdim.

Bir motosiklet sürəti artırmış, artırmış, artırmışdı; qırmızı bir maşın isə fahişə axtarırmış kimi yavaş hərəkət 1

edirdi. Bu dəm, uşaq arabasıyla keçən iki qadın yolumu kəsdi. Səkidə onları keçmək mümkün olmadığına görə, maşın yoluna düşdüm və digər tərəfdən gələn bir maşın bu zaman az qala məni vuracaqdı.

Sürücü siqnalı verib qışqırdı. Nəfəsim təngimişdi, ürəyim sürətlə döyünürdü, mədəmdəki silkələnmə

dərman içəndə hələ tam təsirini göstərmədiyi zaman duyulan ürəkbulanma kimi idi; həyəcan və qorxunun qarışığını birdən hiss etdirən adrenalin selinə bənzəyirdi. Evə tərəf qaçıb dəmir yoluna doğru irəlilədim.

Qatarın gəlməsini, taqqıltıyla daxilimdən keçməsini və

ordakı bütün səslərə son qoymasını gözləyirdim. Skottun gəlib məni sakitləşdirməsini istəyirdim, ancaq ev-də deyildi. Çəpərə dırmaşmağa çalışdım; bir müddət heç kimin olmadığı digər tərəfdə oturmaq istəyirdim.

Əlimi kəsəndən sonra içəri girdim. Onda Skott qayıtdı və nə baş verdiyini soruşdu. Qabları yuyanda stəkan-ların yerə düşdüyünü söylədim. Mənə inanmadı, am-ma məyus olmuşdu.

Gecə oyandım, yatmaqda olan Skottu qoyub gizlicə eyvana çıxdım. Nömrəsini yığıb səsinə qulaq asdım.

Əvvəl yuxulu kimi idi, sonradan səsi daha hündürdən, təmkinli, narahat və yorğun gəlməyə başladı. Telefonu bağlayıb zəng edib-etməyəcəyini gözləməyə başladım.

Nömrəni gizlətmədiyimə görə fikirləşirdim ki, zəng edər. Etmədi, mən də yenidən zəng etdim, yenidən və

yenidən. Sonra bir səsli mesaj gəldi, təmkinli və ciddi idi, əlverişli vaxtda mənə zəng edəcəyinə söz verirdi.

Sağlamlıq mərkəzinə zəng edib görüşümün vaxtını da-ha əvvələ dəyişmək istədim, amma avtomatik sistem-1

lərin gecənin bir yarısı işləmədiyi ağlıma gəlmədiyi üçün yerimə qayıtmalı oldum. Yata bilmədim.

Səhər şəkil çəkmək üçün Korli meşəsinə gedə bilərdim; ora dumanlı, qaranlıq təmiz havalı ola bilərdi; qəşəng fotoların alınması üçün hər cür imkan var idi.

Bəlkə də balaca kartlar düzəldib Kinqli küçəsində yerləşən hədiyyə dükanlarından birinə satmaq da olardı.

Skott iş məsələsinə görə narahat olmamağımı, dincəl-məyimi məsləhət görürdü. Eynilə şikəstlərə edildiyi kimi! Dincəlmək indi ehtiyacım olan axırıncı şey idi.

Günlərimi doldurmaq üçün nəsə bir məşğuliyyət tapmalı idim. Tapa bilməsəm, artıq nə baş verəcəyini bilirdim.

Axşam

Dr.Abdik – Kamal onu belə çağırmağımı xahiş etmişdi, – günortadan sonrakı seansda gündəlik tutmağı məsləhət gördü. Bunu edə bilməyəcəyimi, ərimin oxu-mayacağına inanmadığımı demək istədim. Amma de-yə bilmədim, çünki desəydim, Skotta sadiq olmadığımı hiss edəcəkdim. Lakin bu, həqiqət idi. Hiss etdiyim, fikirləşdiyim, etdiyim şeyləri yaza bilməzdim. Adi bir misal: Axşam evə gələndə noutbukum isti idi. Brauzerdən tarixçəni necə silməli olduğunu bilirdi, izlərini ustalıqla gizlətməsi mümkün idi, amma evdən çıxmamışdan kompüterimi bağladığımı dəqiq bilirdim. Bu o demək idi ki, yenə də e-maillərimi oxumuşdu.

Əslində, elə də vecimə deyildi, oxuyası bir şey yox idi ( İşədüzəltmə şirkətlərindən gələn onlarla spam və

pilatesdən tanıdığım Cenninin cümə axşamı dostlarıy-1

la bir-birinə növbəylə yemək bişirdikləri yemək klubuna qoşulmaq istəyib-istəmədiyimi soruşan e-maili vardı. Ölsəm, bundan yaxşı idi).

Vecimə deyildi, çünki heç nə baş vermədiyini, heç bir gizli iş görmədiyimi bilmək onu sakitləşdirirdi. Bu həqiqət olmasa belə, mənimçün yaxşı şey idi. Ona doğrudan da əsəbiləşə bilməzdim, çünki şübhələnmək üçün tutarlı səbəbləri var idi. Keçmişdə bu səbəbi ona mən vermişdim və görünür, bunu bir dəfə də edəcəkdim. Mən ideal həyat yoldaşı deyildim. Ola bilməzdim. Onu nə qədər sevsəm də, bu, kifayət etmirdi.

13 Oktyabr 2012, Şənbə

Dünən gecə 5 saat yatmışdım və bu, illərlə yata bildiyim ən uzun müddət idi. Qəribəsi o idi ki, o qədər gərgin idim, elə bilirdim saatlarla o tərəf-bu tərəfə çev-riləcəyəm. Özümə bunu bir də etməyəcəyimə söz verdim; sonra onu gördüm, onu istədim və “niyə də yox”,

– deyə düşündüm. Özümü saxlamaq üçün heç bir səbəb görmürdüm; kifayət qədər insan görmürdü. Kişilər görmürdü. Heç kimin xətrinə dəymək istəmirdim, amma özünə qarşı dürüst olmalısan, elə deyilmi? Elədiyim yeganə şey, əsl mənə, heç kimin – nə Skottun, nə

Kamalın, – heç kimin tanımadığı mənə qarşı dürüst olmaq idi.

Dünən axşam pilates dərsindən sonra Taradan soruşdum ki, qarşıdakı həftənin bir gününü mənimlə kinoda keçirirmiş kimi davrana bilərmi: 1

– Əgər zəng eləsə, sənlə birgə olduğumu, yenicə

tualetə getdiyimi və gələn kimi ona zəng edəcəyimi deyərsən. Sonra mənə zəng elə, mən onu yığaram və

heç bir problem olmaz.

Gülümsəyib çiyinlərini çəkdi və “oldu” dedi. Ha-ra, ya da kiminlə gedəcəyimi belə soruşmadı. Doğrudan da mənimlə dostlaşmaq istəyirdi.

Onunla Korlidəki “The Swan”da görüşdüm. Bizim üçün otaq təşkil etmişdi. Diqqətli olmalı idik, ələ keçmək olmazdı. Çünki bu, onun üçün çox pis nəticələnə

bilərdi, həyatı alt-üst olardı. Mənimçün isə müsibət hal idi.

Skottun nə edəcəyini düşünmək belə istəmirdim.

Sonradan cavan olanda və Norveçdə yaşayanda nə baş verdiyi haqda mənlə danışmaq istəmişdi. Bu mövzu haqda üstüqapalı formada da olsa, danışmışdım, amma dünən gecə əhvalatın bütün detallarını istədi. Ona bəzi şeylər dedim, amma bunlar həqiqət deyildi. Yalan demişdim, uydurmuşdum, eşitmək istədiyi iyrənc şeyləri danışmışdım. Çox maraqlı idi. Yalan danışdığıma görə özümü pis hiss etmirdim, onsuz da böyük bir hissəsinə inanıb-inanmadığını dəqiq bilmirdim. Eyni zamanda onun da müəyyən məsələlər ilə

bağlı yalan dediyini dəqiq bilirdim.

Yataqda uzanıb geyinməyimi izləyirdi: “Bu bir də

olmayacaq, Meqan. Bilirsən ki, olmayacaq. Bunu davam edə bilmərik”.

Haqlı idi. Davam edə bilməyəcəyimizi mən də bilirdim. Etməməli idik, etməməyimiz lazım idi, amma edəcəkdik. Bu, sonuncu olmayacaqdı. Mənə “yox“ deməyəcəkdi.

1

Evə qayıdanda bu haqda düşünürdüm. Ən çox xoşuma gələn tərəfi kiminsə üzərində gücə sahib olmaq idi. Bu insanı sərxoş edir…

Axşam

Başım mətbəxdə şərab açmağa qarışanda Skott mənə yaxınlaşdı, arxama keçib əllərini çiyinlərimə qoyub sıxdı, – Seans necə keçdi? – deyə soruşdu.

Yaxşı keçdiyini, nisbətən irəliləyiş olduğunu dedim. Artıq məsələnin detallarını söyləmədiyimə öyrəşmişdi.

Sonra, – Dünən gecə Tarayla maraqlı oldu? – soruşdu.

Kürəyim ona dönük olduğuna görə bunu doğru-danmı soruşur, yoxsa nədənsə şübhələnirmi deyə başa düşə bilməmişdim. Səsi onu ələ vermirdi.

– Doğrudan, yaxşı qızdı, – dedim. – İkiniz çox yaxşı yola gedərsiniz. Gələn həftə də kinoya gedəcəyik.

Bəlkə sonra da yeməyə evə dəvət edim, hə?

– Mən kinoya dəvətli deyiləm? – deyə soruşdu.

– Əlbəttə, gələ bilərsən, – dedim. Ona tərəf çevrilib dodaqlarından öpdüm, – Amma Sandra Bullokun oynadığı kinoya getmək istəyir və…

– Başa düşdüm! Onda kinodan sonra şam yeməyinə gətir, – dedi və əllərini incə hərəkətlə belimə doladı.

1

Şərabları süzdüm, birlikdə eyvana çıxdıq. Eyvanın kənarında yan-yana oturduq, ayaq barmaqlarımız otla-ra toxunurdu.

– Evlidi? – deyə soruşdu.

– Tara? Yox, subaydı.

– Sevgilisi yoxdu?

– Məncə, yox.

– Bəs rəfiqəsi? – qaşını qaldırıb soruşdu. Güldüm,

– Neçə yaşı var, yaxşı?

– Bilmirəm, – dedim, – qırxa yaxın olar.

– Eh… Həm də tənhadı. Bir az kədərlidi.

– Hmmm. Məncə, tənhadı.

– Bu tənhalar həmişə səni tapır, hə? Harda olsan, səni tapırlar.

– Səncə elədi?

– Yəqin uşağı yoxdu, hə? – soruşdu.

Özümdən quraşdırırdım, bilmirdim, amma uşaq mövzusu açılan kimi səsindəki vurğunu sezdim və bir mübahisənin yaxınlaşdığını hiss etdim. Bunu heç istəmirdim; bacara bilməzdim; ona görə də ayağa durdum və ona qədəhlərini götürməsini tapşıraraq yataq otağına gedəcəyimizi dedim.

Arxamca gəldi. Pilləkənlərlə qalxdıqca əynimdə-kiləri soyunurdum. Otağa çatanda və məni yatağa itələyəndə, onun haqda düşünmürdüm belə; amma vacib deyildi, əsas odur ki, o bunu bilmirdi. Fikrimdə yalnız-ca onun olduğuna inandıracaq qədər məharətli idim.

1

REYÇL

15 İyul 2013, Bazar ertəsi

Səhər

Səhər evdən çıxanda Keti məni çağırdı və soyuq bir şəkildə qucaqladı. Elə bilirdim ki, məni evdən qov-mayacağını deyəcək, amma əvəzində əlimə kompüter-də yazılmış, içində çıxış tarixi də olmaqla, rəsmi aza-detmə kağızı hesab olunacaq sənəd verdi. Üzümə baxa bilmirdi. Ona görə məyus olmuşdum; doğrudan da; amma özüm üçün olduğum qədər yox.

Dilxor halda gülümsəyib, – Sənə bunu etməyi heç istəmirəm, Reyçl, heç, – dedi.

Vəziyyət çox qəribə idi. Ağardıcı vasitə ilə etdiyim bütün cəhdlərə baxmayaraq dəhlizdə hələ də bir az qusuntu qoxusu qalmışdı. Ağlamaq istəyirdim, am-ma özümü olduğumdan daha pis hiss etməyim deyə

etmirdim.

1

Şən halda gülümsəyib, – Eybi yoxdu, doğrudan da problem deyil, – dedim, elə bil məndən onunçün bir şey etməyimi xahiş etmişdi.

Qatara minəndə göz yaşlarımı saxlaya bilmədim.

Adamların mənə baxıb-baxmadıqları vecimə belə deyildi; istəyirlərsə, itimin öldüyünü fikirləşsinlər. Ölüm-cül xəstəliyə düçar ola bilərdim. Sonsuz, boşanmış, qı-sa müddətə evsiz qalacaq əyyaş ola bilərdim.

Bunu düşünmək belə gülünc idi. Bu hala necə gəlib çıxmışdım axı? Tənəzzülüm harda başlamışdı, ona nə vaxt son qoymalı idim? Harada səhv etmişdim? Hər halda, bu, məni atamın ölümündən sonrakı kədərdən xilas edən Tom ilə tanış olanda deyildi. Yeddi il əvvəl qayğısız halda, xoşbəxtlikdən göyə uçaraq qəribə halda buz kimi soyuq bir may günü evlənəndə deyildi.

Xoşbəxt, bacarıqlı və uğurlu insan idim. İyirmi altı kimi həssas bir yaşda xəyallarımdakından daha üstün, daha geniş və daha gözəl ev olan iyirmi üç nömrəyə

köçəndə də deyildi.

İlk günlər çox dəqiq yadımdadır. Ayaqqabılarımı çıxarıb ortalıqda fırlanır, taxta döşəmənin istiliyindən məst olur, genişlikdən, dolmağı gözləyən otaqların boşluğundan həzz alırdım. Tomla birgə planlar qurur-duq: Həyətə nə əkəcəyimizi, divarlardan nə asacağı-mızı, ehtiyat otağı nə rəngə boyayacağımızı planlaş-dırırdıq. Hələ o vaxtlardan o otağı uşaq otağı etməyi düşünürdüm.

Bəlkə də o vaxt idi. Hər şeyin nəzarətdən çıxdığı vaxt; artıq bizi bir cütlük yox, ailə kimi görməyə başladığım vaxtlar… O zaman fikrimdə o şəkli yaratdığım an ikimiz kifayət etmirdik artıq. Görəsən, onda Tom 1

mənə başqa cürə baxmağa başlamışdımı? Onun məyusluğu idimi məndəki məyusluğu doğuran? İkimizin birgə yaşaya bilməsi üçün imtina etdiyi o qədər şeydən sonra ona bütün bunların kifayət olmadığını düşün-dürmüşdüm.

Norzkout yaxınlığında göz yaşlarına boğuldum, sonra özümü toplayıb gözlərimi sildim və Ketinin aza-detmə məktubunun arxasına həmin günkü planlarımın siyahısını yazmağa başladım:

Holborn kitabxanası

Anama e-mail yaz

Martinə e-mail yaz, rəy???

AA görüşləri haqda araşdır – mərkəz London/

Eşburi

Ketiyə iş barədə danış?

Qatar işıqda dayananda başımı qaldırdım və Ceysonun eyvanda durub relslərə baxdığını gördüm. Elə

bil, gözləri düz mənə zillənmişdi. Qəribə hiss idi, sanki əvvəllər də mənə belə baxmışdı. Gülümsədiyini təsəvvür etdim və nəyə görəsə qorxdum.

Sonra o, üzünü başqa tərəfə çevirdi və qatar hərəkət etdi.

Axşam

Universitet xəstəxanasının təcili yardım otağında oturmuşdum. Qreys küçəsindən keçəndə taksi vurmuşdu. Nə qədər pis əhvalda, diqqətsiz və tələskən halda olsam da, tamamilə ayıq idim. Sağ gözümün üstündəki təxminən üç santimetrə yaxın kəsik olduqca yaraşıqlı, amma adamı təəccübləndirəcək dərəcədə ko-1

bud və işgüzar assistent həkim tərəfindən tikilmək-dəydi.

Həkim tikişi bitirəndən sonra başımdakı şişi gördü.

– Təzə deyil.

– Çox təzə görünür.

– Yəni bu gün olmayıb.

– Dava etmişik, hə?

– Maşına minəndə olub.

Başımı bir neçə saniyə müayinə edəndən sonra, –

Doğrudan? – dedi. Arxaya çəkildi və gözümün içinə

baxdı. – Heç də elə görünmür, elə bil, kimsə nə iləsə

başınıza vurub, – dedi və bu sözlərin qarşısında quruyub qaldım. Zərbədən qaçmaq üçün başımı əydiyim, əllərimi qaldırdığım yadıma düşdü. Bu, görəsən, doğrudan da baş vermişdi?

Həkim təzədən yaxınlaşdı və yaraya daha yaxından baxdı. – İti bir şeylə, dilikli bəlkə də…

– Yox, – dedim, – maşına dəyib, – belə söylədiyim zaman onunla birgə özümü də inandırmağa çalışırdım.

– Yaxşı, – gülümsədi və yenə də bir addım arxaya çəkildi, gözlərimizin eyni səviyyədə olması üçün bir az əyildi. – Yaxşısız? – qeydlərinə baxdı, – Reyçl?

– Bəli.

Uzun müddət mənə baxdı, inanmamışdı. Narahat olmuşdu. Bəlkə də əri tərəfindən döyülən bir qadın bilmişdi məni.

– Yaxşı, indi bu yaranı təmizləyəcəm, çünki çox pis vəziyyətdə olduğu görünür. Kiməsə zəng etməyimi istəyirsinizmi? Ərinizə?

– Boşanmışam.

1

– Bəlkə bir başqası? – Boşanmış olmağım vecinə də

deyildi.

– Rəfiqəm var, mümkünsə ona zəng edin, mənə

görə narahat olub yəqin, – ona Ketinin adını və nömrəsini dedim. Keti narahat olan deyildi.

Evə hələ heç gecikməmişdim də, amma məni taksi vurduğunu eşitsə bəlkə yazığı gələr, dünənkilərə görə

məni bağışlayardı. Yəqin ki, başıma gələnə də içkinin səbəb olduğunu fikirləşəcəkdi. Həkimdən qan testi istəyə, beləcə ayıq olduğumu sübut edə bilərdim. Gülümsədim. Amma mənə tərəf baxmırdı, qeydlər edirdi.

Onsuz da bu gülünc fikir idi.

Mənim səhvim idi, taksi şoferini qınaya bilməzdim. Yola, taksinin düz qabağına çıxmışdım, hətta qaçmışdım. Hara qaçdığımı fikirləşirdim, bilmirəm. Əslində, deyəsən, heç nə fikirləşmirdim, heç olmasa özüm haqda belə fikirləşmirdim. Cessi düşünürdüm. Cess yox, Meqan Hipvel adlı adamı fikirləşirdim və o itkin düşmüşdü.

Tiobalds küçəsindəki kitabxanada idim. Bir az qabaq anama “Yahoo” adresimdən e-mail göndərmişdim (Ona dəqiq bir şey deməmişdim, sadəcə vəziyyəti yoxlayır, hazırda mənə qarşı bəslədiyi analıq hislərinin nə səviyyədə olduğunu bilmək istəyirdim). “Yahoo”-

nun ana səhifəsində poçt koduna görə sıralanmış xəbərlər olurdu. Allah bilir poçt kodumu necə tapırdılar, amma nəticədə tapmışdılar. “UİTNİLİ İTKİN QADIN

ÜÇÜN NARAHATLIQ ARTIR” başlığının yanında onun fotosu var idi, Cessin, mənim Cessimin, cazibədar sarışının.

1

Əvvəl inana bilmədim. Ona oxşayırdı, eynilə təsəvvür etdiyim kimi idi, amma yenə də özümdən şüb-hələndim. Sonra xəbəri oxudum və küçə adını görəndə

başa düşdüm.

“Bakingemşir polisi Blenheym prospekti, Uitni

küçəsində yaşayan iyirmi doqquz yaşlı itkin qadın

Meqan Hipvelin həyatıyla bağlı narahatdır. Missis

Hipvel sonuncu dəfə şənbə günü bir dostuna baş çək-

mək üçün saat yeddi radələrində evdən çıxarkən əri

Skott Hipvel tərəfindən görülüb. Mister Hipvel həyat

yoldaşının itkin düşməsini “tamamilə xasiyyətindən-

kənar” olduğunu dedi. Missis Hipvelin əynində cins

şalvar və qırmızı köynək olduğu qeyd olundu. 1,62 bo-

yu olan, incə bədənli, sarısaçlı və mavi gözlü missis

Hipveli görənlərdən Bakingemşir polisi ilə əlaqə yarat-

maq xahiş olunur”.

İtkin düşmüşdü. Cess itkin düşmüşdü. Meqan itkin düşmüşdü. Şənbə günündən. “Google”dan baxanda xəbərin “Whitney Argus”da yayımlandığını görmüşdüm, amma başqa detal yox idi. Bu səhər Ceysonu

– Skottu eyvanda dayanıb mənə baxıb gülümsəyərkən gördüyüm yadımdadır. Çantamı götürüb ayağa durdum və kitabxanadan çıxıb qaçarkən özümü qara taksinin düz qabağına atdım.

– Reyçl? Reyçl? – Yaraşıqlı həkim diqqətimi çəkməyə çalışırdı. – Rəfiqən səni götürməyə gəlib.

1

MEQAN

10 Yanvar 2013, Cümə axşamı

Səhər

Bəzən heç yerə getmək istəmirdim, deyəsən, bir də ayağımı evdən bayıra atmasam, xoşbəxt olacaqdım.

Hətta işləmək üçün belə darıxmırdım. Sadəcə olaraq, Skottla birgə təhlükəsiz və isti cənnətimizdə narahat edilmədən yaşamaq istəyirdim.

Havanın qaranlıq, soyuq və çirkli olması xoşuma gəlirdi. Yağışın fasiləsiz olaraq həftələrlə yağması ürə-yimcə idi. Bu sazaqlı, acı yağışın ağacların uğultusuy-la ittifaqı qatarın səsini belə batırırdı. Məni yoldan çıxaran, başqa yerlərə səyahət etməyə şirnikləndirən rels səslərini eşidə bilmirdim.

Bu gün heç yerə getmək istəmirdim; nəinki qaçmaq, küçəyə belə çıxmaq fikrində deyildim. Burda qalıb günorta sevişmək üçün ərimi işdən evə vaxtından tez çağırandan sonra qucaq-qucağa oturub televizora baxmaq, dondurma yemək istəyirdim.

Əlbəttə, sonra gərək evdən çıxaydım, çünki bu gün “Kamal günüm” idi. Son vaxtlar Skotta qarşı etdiyim bütün səhvlər və həyat yoldaşı olmaqla bağlı mü-vəffəqiyyətsizliyim barədə onunla çox danışırdım. Kamal xoşbəxt olmağın bir yolunu tapmağımı və xoş-1

bəxtliyi başqa yerlərdə axtarmağa son qoymağımı məsləhət görmüşdü. Düz deyirdi, bunu etməli idim; bilirdim ki, etməliyəm. Amma sonra “rədd olsun hər şey, həyat qısadı”, – deyə düşünürdüm.

Məktəbdə oxuduğum vaxt Pasxa bayramı üçün ailəmlə Santa Marqaritaya getdiyimiz vaxtları xatırladım. Hələ on beş yaşım vardı və sahildə çox güman ki, otuz yaşlarında, hətta bəlkə qırxa belə adlamış bir nəfərlə tanış olmuşdum. Səhəri gün məni qayıqla gəzməyə dəvət etdi. Ben də mənimlə idi və o da dəvətli hesab olunurdu; ancaq himayədar qardaş olaraq getməməli olduğumuzu, ona güvənə bilmədiyini, avara tip hesab etdiyini dedi. Doğrudan da elə idi. Amma dediyinə əsəbiləşmişdim, bir də nə vaxt kiminsə yaxta-sında dəniz gəzintisinə çıxacaqdıq ki?

Ben bu cür fürsətlərin hələ çox qarşımıza çıxacağını, həyatımızın macəralarla dolu olacağını söylədi.

Amma elə olmadı. Həmin yay Ben A10-da motosikletə

nəzarəti itirdi və biz heç vaxt dənizə gəzintiyə çıxa bilmədik.

Benlə birgə olduğumuz vaxtlar üçün çox darıxırdım. Qorxusuz idik.

Kamala Ben haqda danışmışdım, ancaq getdikcə

başqa mövzulara, həqiqətə, bütün həqiqətə, Makla nə

baş verdiyinə, ondan qabaq və sonra olanlara doğru yaxınlaşmaqda idik. Ona doğrudan da güvənirdim.

Gülməli idi, amma ona hər şeyi danışmağıma mane olan şey, başqalarına deməyindən, ya da qınanaca-ğımdan qorxmağım deyildi, Skott idi. Elə bil, Skotta demədiklərimi Kamala desəydim Skotta xəyanət edəcəkdim. Etdiyim bütün şeylərin, sədaqətsizliyimin ya-1

nında bu heç bir şey kimi görünürdü; amma elə deyildi. Nəyə görəsə mənə elə gəlirdi ki, bu daha pisdir; çünki əslində, əsas məsələ mənim ürəyim idi və onu heç kimlə bölüşə bilmirdim.

İndi isə bütün açıqlığıma baxmayaraq, yenə də

özümü saxlayırdım, çünki hiss etdiyim hər şeyi deyə

bilməzdim. Psixoloqla söhbət etməyimin əslində, elə

bu məqsədə xidmət etdiyini bilməyimə baxmayaraq, yenə də edə bilmirdim. Bəzi məsələləri qeyri-müəyyən saxlamalı, bütün kişiləri, sevgililəri, keçmiş sevgililəri də söhbətə daxil etməməli idim; amma özümü inandırmağa çalışırdım ki, bunun üçün narahat olmağa dəyməz, çünki onların kim olduqları vacib deyil. Sadəcə mənim onlarla bağlı nə hiss etdiyim vacib idi. Gərgin, narahat, ac… Əsas o idi ki, niyə istədiyim şeyi əldə

edə bilmirdim? Bunu niyə mənə vermirdilər?

Əslinə qalsa, bəzən verirdilər. Amma bəzi hallarda ehtiyacım olan yeganə şey Skott olurdu. Hazırda hiss etdiyim bu duyğudan necə yapışmağı, diqqətimi bu xoşbəxtliyə cəmləməyi, hazırkı durumdan həzz almağı və növbəti problemin hardan gələcəyi haqda düşünməyə son qoymağı öyrənə bilsəydim, hər şey qaydasına düşərdi.

Axşam

Kamalla danışanda diqqətimi cəmləməli idim. O, mənə qartal baxışları ilə baxanda, əllərini qoynunda birləşdirəndə, uzun ayaqlarını bir-birinin üzərinə aşı-randa özümü güclə saxlayırdım. Birgə edə biləcəkləri-mizi fikirləşməməyə çalışmaq olduqca çətin idi.

1

Diqqətimi cəmləməli idim. Benin yasından qaçandan sonra nə baş verdiyi haqda danışırdıq. Çox yox, qısa bir müddət İpsviçdə qalmışdım. Makı ilk dəfə

orda görmüşdüm. Bara bənzər bir yerdə işləyirdi. Evə

gedəndə məni də özü ilə aparmışdı. Mənə görə məyus olurdu.

– O, hətta şey də istəməmişdi… başa düşdün də, –

gülməyə başladım. – Evinə getdik və ondan pul istədim. Mənə havalı adama baxan kimi baxdı. Yaşımın kifayət olduğunu dedim, inanmadı. On altıncı ad günümə qədər gözlədi. O müddətdə Holkam yaxınlığında yerləşən köhnə evinə köçmüşdü. Heç bir yerə gedib çıxmayan bir yolun sonunda tikilmiş, köhnə bir daş

daxma idi. Qabağında kiçik həyəti var idi və sahildən təxmini bir kilometr uzaqda yerləşirdi. Evin bir tərəfindən köhnə dəmiryolu keçirdi. Gecələr uzanıb – o vaxtlar tez-tez kefli olurdum – çoxlu siqaret çəkirdik; o vaxtlarda qatarların səsini eşitdiyimi təsəvvür edərdim. Bu o qədər inandırıcı olurdu ki, durub bayıra çıxaraq qatar işıqlarını axtarırdım.

Kamal yerində qurdalandı, asta hərəkətlə, razılaş-dığını bildirirmiş kimi başını yellədi. Heç nə demədi.

Bu da o demək idi ki, davam etməliyəm, mən də davam etdim:

– Orda Makla birgə xoşbəxt idim. Onunla birgə…

Aman Allah, cəmi üç il yaşadım, deyəsən. Mən gedəndə… on doqquz yaşım var idi. Hə. On doqquz idi.

– Əgər orda xoşbəxt idinsə, niyə qalmadın? –soruşdu.

Budur, həmin yerə çatmışdım, elə də çox çəkməmişdi. Bütün bunları özüm də hələ qəbul edə, özümə

1

izah edə bilməmişdim. Bunu edə bilməzdim. Hər şey çox tez baş vermişdi.

– Mak məndən ayrıldı. Ürəyimə dəydi, – dedim.

Bu eyni zamanda həm həqiqət, həm də yalan idi.

Hələ həqiqəti tam deməyə hazır deyildim.

Evə qayıdanda Skott evdə yox idi, mən də kompüterimi götürüb “Google”da ilk dəfə adını axtarışa verdim. On ildir ilk dəfə idi ki, Makı axtarırdım. Tapa bilmədim. Dünyada yüzlərlə Kreyq Makkenzi var idi, heç biri də mənimkinə oxşamırdı.

8 Fevral 2013, Cümə

Səhər

Meşədə gəzirdim. Hava açılmağa başlayandan bayırda idim, artıq dan yeri ağarırdı və arada başımın üstündəki ağaclardan gələn sağsağan səslərini çıxsaq, ətrafda ölüm sükutu hökm sürürdü. Diqqətlə mənə

baxdıqlarını, məkrli planlar qurduqlarını hiss edirdim.

Sağsağan mahnısı. Bir kədərə, iki sevincə, üç qıza, dörd oğlana, beş gümüşə, altı qızıla, yeddi də danışmaq mümkün olmayan sirlərə.

Və məndə onlardan bir nəçəsi var idi.

Skott Sasseksə konfransa getmişdi. Evdən dünən səhər çıxmışdı və gecə qayıdacaqdı. İstədiyimi edə bilərdim.

Getməmişdən ona seansdan sonra Tarayla kinoya gedəcəyimi demişdim. Telefonum bağlı olacaqdı və bu barədə Taraya məlumat vermişdim. Skottun yoxlamaq üçün zəng edə biləcəyini də söyləmişdim.

1

Bu dəfə məndən nə işlə məşğul olduğumu soruşdu. Sadəcə olaraq göz vurub gülümsəməklə kifayət-ləndim. Güldü. Bəlkə də tənha idi və həyatını maraqlı etmək üçün bir az fitnəyə ehtiyac duyurdu.

Kamalla olan seansda Skott və kompüterlə bağlı hadisə haqqında danışmışdıq. Bir həftə qabaq idi. Ma-kı axtarırdım. Çoxlu araşdırmışdım, yeganə bilmək istədiyim şey harda və necə olduğu idi. Son vaxtlar İnternetdə demək olar, hamının şəkli var idi, sadəcə

onun şəklini görmək istəyirdim.

Tapa bilmədim. O gecə yerimə tezdən girdim.

Skott televizora baxırdı və brauzerdən tarixçəni silmə-yi yaddan çıxarmışdım. Sadəlövh bir səhv…

Nəyə baxmağımdan asılı olmayaraq, kompüterimi söndürməmişdən mütləq bunu edirdim. Skott proqramçı olduğuna görə adətən etdiklərimi axtarıb tapa bilirdi, amma bu çox vaxt aparırdı, ona görə çox da üstünə düşmürdü.

İstənilən halda, yaddan çıxarmışdım. Səhəri gün dava etdik. Şiddətli davalardan. Kreyqin kim olduğunu, onunla nə qədər vaxtdır görüşdüyümü, mənim üçün Skottun edə bilmədiyi nəyi etdiyini bilmək istəyirdi. Axmaq kimi Skotta onun keçmiş tanıdıqlarım-dan biri olduğunu deyəndə vəziyyət daha da pisləşdi.

Kamal məndən Skottdan qorxub-qorxmadığımı soruşanda olduqca hirslənmişdim.

– O mənim ərimdi, – deyə kəskin cavab verdim, –

əlbəttə ki, ondan qorxmuram.

Kamal elə bil çaşmışdı. Əslinə qalsa, mən də bir az təəccüblənmişdim. Qəzəbimin gücünü, Skotta qarşı 1

bəslədiyim himayədarlığın dərəcəsini əvvəllər bilmirdim. Bu mənim özümə belə sürpriz olmuşdu.

– Təəssüf ki, ərindən qorxan qadınlar çoxdu, Meqan, – nəsə deməyə çalışsam da əlini qaldıraraq mane oldu. – Dediyin davranışlarını, e-maillərini oxumağını, brauzerin tarixçəsini yoxlamağını, elə bil, normal hal kimi göstərirsən. Normal deyil, Meqan. Kiminsə özəli-nə bu qədər müdaxilə etmək normal deyil. Bu, çox tez-tez müşahidə olunan mənəvi zorakılıq nümunəsidir.

Güldüm, çünki çox melodramatik səslənirdi.

– Bu, zorakılıq deyil, – dedim, – Əgər vecinə alma-san, deyil. Və mənim vecimə gəlmir. Vecimə gəlmir.

Gülümsədi, amma gülüşündə məyusluq hiss olunurdu:

– Səncə vecinə olmalı deyil?

Çiyinlərimi çəkdim.

– Bəlkə də olmalıdır, amma deyil də. O qısqanc, sahiblənməyi sevən adamdı. Onun xasiyyəti belədi. Bu onu sevməyim üçün maneə deyil və bəzi döyüşlər mü-barizəyə dəyməz. Adətən diqqətli oluram. İzlərimi sil-diyimə görə çox vaxt problem yaşamıram.

Qeyri-müəyyən halda başını yellədi:

– Burada olmağımızın məni mühakimə etmək məqsədilə olduğunu fikirləşmirdim.

Seans bitəndə mənlə nəsə içməyə getmək istəyib-istəmədiyini soruşdum. “Yox”, – dedi, edə bilməzmiş, uyğun olmazmış. Mən də onu evəcən izlədim.

Mərkəzi küçələrdən birində bina evində yaşayırdı.

Qapısını döydüm. Açanda, – “Bəs bu uyğundu?” – deyib əlimi boynuna dolayaraq barmaqlarımın ucuna qalxıb dodaqlarından öpdüm.

1

– Meqan, – dedi, yumşaq səsilə. – Eləmə. Bu düzgün deyil. Yox.

Məni özündən uzaqlaşdırmağı, ehtirasını gizlətməyə çalışmağı əla idi. Bu hissdən uzaqlaşmaq yox, ondan yapışmaq istəyirdim.

Səhər tezdən oyandım. Başım saysız-hesabsız he-kayələrlə dolu idi. Yerimdə tək-tənha uzanıb qala bilməzdim. Fikrimdə qəbul edəcəyim və imtina edəcəyim bütün seçimləri götür-qoy edirdim. Ayağa durub geyindim, piyada gəzməyə yollandım. Özümü burda tapdım. Gəzə-gəzə hər şeyi fikrimdə yenidən canlandırdım. O elə dedi, mən belə dedim, ehtiras, azad ol-ma; bir şeydə qərar tutsam, ondan yapışıb buraxma-sam necə yaxşı olardı. Birdən axtardığımı heç vaxt ta-pa bilməsəm? Əgər bu, ümumiyyətlə, mümkün deyilsə?

Ciyərlərimə çəkdiyim hava soyuq idi, barmaqlarımın ucu yenə göyərməyə başlamışdı. Bir tərəfim yarpaqların arasına uzanıb soyuğa təslim olmaq istəyirdi.

Edə bilməzdim. Getməliydim.

Blenheym küçəsinə çatanda saat hardasa doqquz olardı. Tini dönəndə uşaq arabası ilə mənə tərəf gəldiyini gördüm. Uşaq çox sakit idi. Mənə baxaraq başını tərpətdi, yüngülcə gülümsədi. Cavab vermədim. Adətən nəzakətli görünməyə çalışırdım, amma bu səhər özümü fərqli hiss edirdim. Sərxoş kimi idim və istəsəm də süni halda gülümsəyə bilməzdim.

Günortadan sonra

1

Günortadan sonra yatıb qalmışdım. Oyananda qızdırmam qalxmışdı və çox təlaşlı idim. Özümü günahkar hiss edirdim. Amma kifayət qədər yox.

Gecənin bir yarısı yenə bunun axırıncı olduğunu, ən son olduğunu və bir də belə etməyəcəyimizi deyib getməyi ağlıma gəldi. Geyinirdi, cins şalvarını geyi-nirdi. Mən çarpayıda uzanıb gülürdüm, çünki bundan qabaqkında da eyni şeyləri demişdi, ondan qabaq və

ondan da qabaqkında həmçinin.

Mənə baxdı. Bu baxışı necə izah edəcəyimi bilmirdim; tamamilə əsəbilik hesab etmək olmazdı, alçaltmaq da deyildi, xəbərdarlıq idi.

Özümü narahat hiss etdim. Evin içində gəzişir-dim, sakitləşə bilmirdim; elə bil, mən yatanda otağa başqası girmişdi. Heç nəyin yerinin dəyişmədiyinə

baxmayaraq evdə fərqli nəsə var idi. Elə bil, nəyəsə to-xunmuş, ehtiyatla yerindən tərpətmişdilər. Elə bil, ye-riyəndə burda məndən başqa kiminsə olduğunu hiss edirdim. Həyətə açılan iki qanadlı qapını üç dəfə yoxladım, amma bağlı idi. Skottun evə gəlməsini səbirsizliklə gözləyirdim. Ona ehtiyacım var idi.

REYÇL

16 İyul 2013, Çərşənbə axşamı

Səhər

1

Londona gedən 08:04 qatarına minmişdim. Amma Uitniyə gedirdim. Orda olsam, yaddaşımın təzələnəcə-yinə ümid edirdim. Stansiyaya çatıb hər şeyi açıq-aydın görəndən sonra başa düşəcəkdim. Çox bel bağla-masam da, əlimdən başqa heç nə gəlmirdi. Toma zəng edə bilməzdim. Çox utanırdım, onsuz da hər şeyə aydınlıq gətirmişdi. Həyatında mənimlə bağlı heç nə istəmirdi.

Meqan hələ də tapılmamışdı, artıq altmış saat keçmişdi və artıq beynəlxalq xəbərlərə çıxmışdı. Səhər BBC-nin saytında, “Daily Mail”də və bir neçə başqa saytlarda görmüşdüm.

BBC və “Daily Mail”in yayımladığı xəbərləri printerdən çıxarıb özümlə götürdüm. Onlardan aşağıdakı məlumatları toplaya bilmişdim:

Meqan və Skott şənbə günü axşam dava etmişdilər. Qonşulardan biri səslərini eşitdiyini demişdi.

Skott dava etdiklərini qəbul etmiş, arvadının gecəni Korlidə yaşayan Tara Epsteyn adlı rəfiqəsinin evində

keçirəcəyini hesab etdiyini bildirmişdi.

Meqan Taranın evinə getməmişdi. Taranın dediyinə görə, Meqanı axırıncı dəfə cümə günü günortadan sonra pilates dərsində görmüşdü. (Meqanın pilatesə

gedəcəyini bilirdim). Missis Epsteynə görə, yaxşı, normal görünürdü: “Əhvalı yaxşı idi, qarşıdan gələn otuzuncu ad günü üçün xüsusi bir şey etmək istədiyini dedi”.

Meqan şənbə günü axşam saat səkkizə on beş dəqiqə işləmiş Uitni stansiyasına tərəf gedərkən şahid-lərdən biri onu görmüşdü.

1

Meqanın yaxınlıqda yaşayan ailəsi də yox idi.

Anası da, atası da ölmüşdü.

O işləmirdi. Uitnidə balaca bir incəsənət qalereya-sını idarə edirmiş, amma o da keçən aprel bağlanmışdı. (Meqanın incəsənətə yaxın olduğunu bilirdim).

Skott öz qurduğu işdə işləyən proqramçı idi.

(Skottun proqramçı olduğuna inana bilmirəm!) Meqan və Skott üç ildir ki, evli imişlər, Blenheym küçəsindəki evdə isə 2012-ci ilin yanvarından yaşayır-mışlar.

“Daily Mail”in yazdığına görə, evlərinin qiyməti 400.000 funt sterlinq imiş.

Bunu oxuyanda Skott üçün vəziyyətin elə də yaxşı olmadığının fərqinə vardım. Bunun yeganə səbəbi da-va etmələri deyildi, hadisələrin gedişatı idi. Bir qadının başına pis hadisə gələndə polis əvvəlcə ərini, sonra isə sevgilisini sorğu-sual edir. İndiki vəziyyətdə isə polis həqiqəti tam bilmirdi. Güman ki, sevgilisindən xəbərsiz olduqlarına görə ancaq əri ilə danışa bilmişdilər.

Sevgilisinin varlığını bilən yeganə adam ola bilərdim.

Kağız tapmaq üçün çantamı eşələdim. İki şüşə şərab aldığım vaxtdan qalan çekin arxa tərəfində Meqan Hipvelin yoxa çıxması ilə bağlı əsas məlumatları yazdım:

1.Sevgilisi ilə birgə qaçmışdı, bundan sonra onu B

adlandıracaqdım.

2.B ona xətər yetirmişdi.

3.Skott ona xətər yetirmişdi.

4.Ərini atıb başqa yerdə yaşamağa getmişdi.

5.B, ya da Skottdan başqası ona xətər yetirmişdi.

1

Məncə, birinci ehtimal daha inandırıcı səslənirdi, dördüncü ehtimal da güclü rəqib idi, çünki Meqan müstəqil və tərs qadın idi, bundan əmindim. Əgər kimləsə münasibət yaşayırdısa, fikrini toplamaq üçün qaçmış ola bilərdi. Beşinci ehtimal, düzü, elə də inandırıcı görünmürdü, çünki yad bir adam tərəfindən öl-dürülmək elə də geniş yayılmış hadisə deyildi.

Başımdakı şiş zoqquldayırdı. Gördüyüm, təsəvvür etdiyim, ya da yuxuda gördüyüm şənbə günündəki münaqişəni fikrimdən çıxara bilmirdim. Meqan və

Skottun evinin qarşısından keçəndə başımı qaldırıb baxdım. Həmin an başımın içində hərəkət edən qanın necə dövran etdiyini belə hiss edirdim. Həyəcanlan-mışdım. Qorxurdum. Səhər şüalarının əks olunduğu on beş nömrəli evin pəncərələri bir cüt kor göz kimi görünürdü.

1

Axşam

Elə təzəcə yerimi rahatlamışdım ki, telefonum zəng çalındı. Zəng edən Keti idi. Avtocavabı gözlədim.

Mesaj qoydu:

– Salam, Reyçl, necə olduğunu bilmək istəyirdim,

– taksi ilə bağlı başıma gələnlərə görə mənimçün narahat olurdu. – Sadəcə olaraq, o günkülərə görə, evdən köçməyinlə bağlı dediklərimə görə üzr istəyirəm. Elə

deməyim düzgün deyildi. Kəskin reaksiya verdim. İstədiyin qədər qala bilərsən, – uzun fasilədən sonra, –

Məni yığ, yaxşı? Və dərhal evə gəl, bara getmə, – dedi.

Elə fikrim yox idi. Nahar fasiləsində nəsə içmək fikrim var idi; səhər Uitnidə baş verənlərdən sonra ürəyim istəyirdi. Amma içmədim, ayıq olmalı idim.

Yəqin ki, ayıq olmaq üçün əlimdə bir səbəb var idi, çünki xeyli vaxt idi ki, ola bilmirdim.

Səhərki Uitni səfərim çox qəribə idi. Üstündən cə-mi bir neçə gün keçməsinə baxmayaraq, elə bil, neçə

ildir orda olmamışdım. Əlbəttə, tamamilə fərqli bir yerə getmiş də ola bilərdim, başqa bir qəsəbədə yerləşən başqa bir stansiyaya da getməyim mümkün idi.

Amma şənbə günü ora gedən adam deyildim. Bu gün sərt və ayıq idim, səs-küyün, işığın, kəşfetmə qorxusu-nun tamamilə fərqinə vara bilirdim.

Qəsbkarlıq edirdim. Bu səhər mənə elə gəlmişdi, çünki ora artıq Tom və Annanın, Skott və Meqanın evi idi. Mən kənarda qalmışdım. Ora aid deyildim, amma hər şey mənə çox tanış gəlirdi. Stansiyanın beton pilləkənlərini düşdüm, Rozberi bulvarındakı qəzet köşkü-nü keçdim, qovşağın bitməsinə bir az qalmış sağdakı 1

dəmir yolunun altındakı nəm piyada keçidinə çıxan sütunlu keçidə döndüm və viktorian üslublu gözəl ey-vanlarla dolu, dar, sırayla ağacların əkildiyi Blenheym küçəsinə çıxdım. Bu, evə qayıtmaq kimi idi: hər hansı bir evə yox, uşaqlığını keçirtdiyin, qalan bütün həyatın boyunca keçmişdə qoyduğun ev; pilləkənləri çıxmağın belə tanış gəldiyi, hansının cırıldayacağını bildiyin ev…

Bu doğmalıq ancaq fikrimdə deyildi, sümüklərimə

qədər işləmişdi; sanki əzələ yaddaşı idi.

Səhər tunelin qapqara girişinin qarşısından keçərkən yeraltı keçidə doğru addımlarım sürətlənmişdi.

Bununla bağlı düşünməyə ehtiyac duymadım, çünki ora çatanda həmişə sürətli gedərdim. Hər gecə evə qayıdanda – xüsusən də, qışda – addımlarımı sürətlən-dirər, əmin olmaq üçün cəld sağa baxardım. Heç vaxt heç kim olmurdu – nə o gecələr, nə də bu gün, – ancaq bu gün qaranlığa baxanda quruyub qaldım, çünki orda özümü gördüm. Bir neçə metr içəridə, divarın küncündə yerə çöküb qan içindəki başımı əllərimin arasına almışdım.

Ürəyim az qala döş qəfəsimi yarıb çıxacaqmış kimi döyünürdü. Orda hərəkətsiz dayanarkən stansiyaya doğru gedən sərnişinlər qabağımdan keçib gedirdi.

Bir-ikisi hərəkətsiz dayandığıma görə çevrilib baxdılar.

Bunun düzgün olub-olmadığını bilmirdim. Niyə o keçidə düşdüm ki? Qaranlıq, nəm və sidik iyi verən o keçidə məni aparan nə idi?

Geri dönüb stansiyaya tərəf getdim. Daha orda olmaq, Skott və Meqanın qapısına getmək istəmirdim.

Ordan uzaqlaşmaq lazım olduğunu hiss edirdim. Orda nəsə pis hadisə baş vermişdi, bunu dəqiq bilirdim.

1

Biletimi alıb stansiyanın pilləkənləri ilə sürətlə

perronun başqa hissəsinə keçdim. Bu müddətdə beynimdə yeni bir səhnə canlandı: bu dəfə yeraltı keçid deyil, pilləkənlər idi; büdrəyib yıxılmışdım və bir nəfər ayağa durmağa kömək etmişdi – qatardakı kürənsaçlı kişi idi. Bulanıq da olsa onu görürdüm; aramızda heç bir dialoq olmamışdı. Özümə, ya da kişinin dediyi nəyəsə güldüyüm yadımdadır. Mənə qarşı olduqca nəzakətli idi, bundan əmin idim. Demək olar ki… Nəsə pis hadisə baş vermişdi, amma məncə, bu onunla əlaqəli deyildi.

Qatara minib Londona getdim. Kitabxanaya çatıb kompüter bölməsinə oturdum, Meqan haqqında çıxan xəbərləri araşdırdım. “Telegraph”ın saytında qısa bir xəbər var idi; otuz yaşlarında bir kişinin polisə kömək etdiyini yazırdı, güman ki, Skott idi. Ona xətər yetirə

biləcəyinə inana bilmirdim. Bunu etməyəcəyinə əmin idim. Onları bir yerdə görmüşdüm, bir yerdə olanda necə göründüklərini bilirdim.

Xəbərdə, əgər bir məlumatımız varsa zəng etmək üçün Crimestoppers6 nömrəsi də yazmışdılar. Evə qayıdanda ödənişli telefonların birindən həmin nömrəyə

zəng edib onlara B haqda məlumat verməyi planlaşdırırdım.

Eşburiyə çatana yaxın telefonum zəng çaldı. Zəng edən yenə də Keti idi. Yazıq qız mənim üçün doğrudan da narahat idi.

– Reyç, evdəsən? Evə qayıdırsan? – səsi narahat gəlirdi.

6 İngiltərədə cinayətlərin qarşısını almaq üçün yaradılmış, müstəqil fəaliyyət göstərən xeyriyyə təşkilatı.

1

– Hə, evə qayıdıram, – dedim. – On beş dəqiqəyə

çatıram.

– Polis gəlib, Reyçl, – deməyilə bütün bədənim qıc oldu, – sənlə danışmaq istəyirlər.

17 İyul 2013, Çərşənbə

Səhər

Meqan hələ də tapılmamışdı və mən polisə ardıcıl olaraq yalanlar demişdim.

Dünən gecə evə qayıdanda təşviş içərisində idim.

Evə gəlmələrinin taksi qəzası ilə əlaqədar olduğuna özümü inandırmağa çalışırdım, amma mənasız yerə.

Başıma gələnləri polisə hadisə yerində danışmışdım, tamamilə mənim səhvim idi. Güman ki, şənbə

gecəsi ilə bağlı idi. Həmin gün nəsə etmişdim. Dəhşətli bir iş görmüşdüm və sonra onu tamamilə unutmuşdum.

Bunun elə də inandırıcı səslənmədiyini bilirəm.

Neyləmişdim, görəsən? Blenheym küçəsinə gedib Meqan Hipvelə hücum etmiş, cəsədini hardasa basdır-mış, sonra da hər şeyi yaddan çıxarmışdım? Gülünc səslənirdi. Gülünc idi. Amma şənbə günü nəsə baş verdiyinə əmin idim. Bunu dəmir yolundakı qaranlıq tu-nelə baxanda başa düşmüşdüm. Damarlarımda qanım donmuşdu.

Hər şey silinib getmişdi. Kiçik yaddaş pozuntula-rının olması normal idi. Amma bu, gecə klubundan qayıdanda özündə olmamaq, ya da kiminləsə söhbət edəndə nəyə güldüyünü yada sala bilməmək deyildi.

1

Bu, fərqli idi. Qapqara idi; saatlar bir daha qayıtmamaq şərtilə itib getmişdi.

Tom mənə bununla bağlı bir kitab almışdı. Elə də

romantik olmasa da, səhərlər niyə etdiyimi bilmədən ondan üzr istəməyimdən bezmişdi. Deyəsən, gətirdi-yim xələli və gələcəkdə edə biləcəklərimi bilməyimi istəyirdi. Müəllif həkim idi, amma bunun həqiqət olub-olmadığını bilmirdim. Müəllifə görə, yaddaşın itirilməsi sadəcə olaraq, xatirələrini unutmaq deyil, əvvəlcədən onsuz da unutmağa xatirənin olmaması deməkdir.

Onun nəzəriyyəsinə görə, belə bir vəziyyət beyin artıq baş verən heç bir şeyi qısamüddətli yaddaşa yaza bilməyəndə yaranır. Və belə bir dərin qaranlığa düşəndə, həmişə olduğu kimi davranmırsınız, çünki ən son baş verən hadisəyə reaksiya verirsiniz; qısamüddətli yaddaşınız silindiyinə görə, bir az qabaq nə baş verdiyini bilə bilmirsiniz.

Kitabda yaddaşını itirənlərə xəbərdarlıq üçün ləti-fələr də verilmişdi: Bir nəfər Nyu-Cersidəki 4 iyul şən-liyində sərxoş olur. Sonra maşınına minir, düzgün olmayan istiqamətdə kilometrlərlə yol qət edir və içində

yeddi nəfər olan yük maşını ilə toqquşur. Yük maşınını od götürür, altı nəfər ölür. Həmin adam isə salamat qalır. Onsuz da həmişə salamat qalırlar. Və onun maşınına mindiyi belə yadında deyilmiş.

Nyu-Yorkda da bir kişi olur. Bardan çıxıb maşınla böyüdüyü evə gedir, içəridəkiləri bıçaqlayıb öldürür, sonra soyunub maşına minir, evə gedib yatır. Səhəri gün yuxudan duranda özünü çox pis hiss edir, paltar-larının harda olduğunu, evə necə gəlib çıxdığını bilmir.

1

Heç bir səbəbi olmadığı halda iki nəfəri öldürdüyünü polisdən öyrənir.

Gülünc səslənirdi, ancaq qeyri-mümkün də deyildi. Dünən gecə evə gələndə Meqanın itkisində necəsə

payım olduğuna özümü inandırmışdım.

Polislər ümumi zaldakı divanda oturmuşdular. Bi-ri qırx yaşlarında, sadə geyimli idi, o biri isə ona nisbətən cavan və formada idi, boynunda sızanaqlar vardı.

Keti pəncərənin yanında dayanıb əllərini ovuşdu-rurdu. Dəhşətə gəldiyi hər hərəkətindən görünürdü.

Polislər ayağa qalxdılar. Sadə geyimli, hündürboy-lu və bir az donqar olanı əlimi sıxıb özünü təqdim etdi: Detektiv Qaskill.

O biri polisin də adını demişdi, amma yadıma gəlmir. Diqqətimi cəmləyə bilmirdim. Hətta nəfəs belə almaqda çətinlik çəkirdim.

– Nə baş verir? – deyə bağırdım. – Nəsə olub?

Anama? Toma?

– Hamı yaxşıdır, Missis Uotson, biz, sadəcə olaraq, şənbə gecəsi nə ilə məşğul olduğunuzu bilmək is-təyirik, – eynilə televizorda gördüklərimiz kimi idi, elə

bil həqiqi deyildi. Şənbə gecəsi nə etdiyimi bilmək istəyirdilər. Neyləmişdim mən bu şənbə gecəsi?

– Oturmalıyam, – dedim.

Detektiv divanda onun yerində, sızanaqboyunun yanında oturmağımı işarə etdi. Keti ağırlığını gah sağ

ayağının, gah da sol ayağının üstünə salır, bir tərəfdən də alt dodağını dişləyirdi. Qəzəbli görünürdü.

– Yaxşısız, missis Uotson? – Qaskill soruşdu. Gözümün altındakı kəsiyə işarə etdi.

1

– Taksi vurub, – dedim. Dünən günortadan sonra Londonda. Xəstəxanaya getmişəm. Yoxlaya bilərsiniz.

– Yaxşı, – başını yüngülcə yellədi. – Bəs şənbə axşamı?

– Uitniyə getmişdim, – dedim, səsimdəki qeyri-əminliyi gizlətməyə çalışaraq.

– Nə üçün?

Sızanaqboyun bloknotunu və qələmini çıxarmışdı.

– Ərimi görmək istəyirdim.

– Eh, Reyçl, – Keti ah çəkdi.

Detektiv onu eşitmirmiş kimi davam etdi:

– Ərinizi? – soruşdu. – Yəni keçmiş ərinizi? Tom Uotsonu?

Hə, hələ də soyadını daşıyırdım. Bu daha uyğun idi. Kredit kartlarımı, e-mail adreslərimi dəyişməyə, təzə şəxsiyyət vəsiqəsi almağa ehtiyac qalmamışdı.

– Bəli. Onu görmək istəyirdim, amma sonra bunun yaxşı fikir olmadığını fikirləşib evə qayıtdım.

– Saat neçə idi? – Qaskilin səsi sakit, çöhrəsi tamamilə ifadəsiz idi. Elə bil, danışanda dodaqları tərpənmirdi. Sızanaqboyun qeydlər edərkən qələmin kağız üzərindəki səsini də, sürətlə atan nəbzimin səsini də eşidə bilirdim.

– Demək… Mmm… Deyəsən, axşam yeddinin yarısı idi. Yəni, məncə, altıda qatara minmişdim.

– Və evə çatanda..?

– Bəlkə də səkkizin yarısı…

Başımı qaldıranda Ketiylə gözlərimiz toqquşdu.

Baxışından yalan dediyimi bildiyini başa düşmək olurdu.

1

– Ola bilsin, daha gec idi. Bəlkə də səkkizə yaxınlaşırdı. Aha, indi yadıma düşdü, deyəsən, evə səkkiz-dən bir az gec gəlmişdim, – yanaqlarımın qızarmağa başladığını hiss edirdim; əgər yalan danışdığımı başa düşmədisə, polis olmaq onluq deyildi.

Detektiv arxaya çevrildi, küncdəki stolun altına itələnmiş stullardan birini tutub cəld, bəlkə də əsəbi hərəkətlə özünə tərəf çəkdi. Məndən bir neçə metr uzaqda, mənlə üzbəüz oturub əllərini dizlərinə qoydu, başını yana əydi.

– Yaxşı, – dedi, – deməli, altı radələrində çıxdınız, təxminən yeddinin yarısı Uitnidə oldunuz. Səkkiz radələrində də bura qayıtdınız, bu o deməkdir ki, təxminən səkkizin yarısı Uitnidən çıxdınız. Düzdür?

– Bəli, düzdür, – dedim, səsimdəki qərarsızlıq mənə xəyanət edərək qayıtmışdı.

Bir iki saniyəyə məndən bu bir saat içində nəylə

məşğul olduğumu soruşacaqdı və mənim bu suala cavabım yox idi.

– Yəni, demək ərinizi görməyə getmədiniz. Onda bir saat ərzində Uitnidə nəylə məşğul idiniz?

– Bir az gəzdim.

Detallara girib girməyəcəyimi gözlədi. Ona bara getdiyimi deyə bilərdim, amma bu axmaqlıq olardı, əksi sübut oluna bilərdi. Hansı bar olduğunu, orda kimləsə danışıb-danışmadığımı soruşacaqdı. Ona nə

deyəcəyim haqda fikirləşərkən, şənbə gecəsi harda olduğumla niyə maraqlandığını soruşmaq yaddan çıxmışdı. Bu belə öz-özlüyündə qəribə görünürdü. Mənim günahkar təsiri bağışlamağıma səbəb ola bilərdi.

Darmowy fragment się skończył.

6,71 zł
13,41 zł
−50%
Ograniczenie wiekowe:
0+
Data wydania na Litres:
16 listopada 2022
Objętość:
320 str. 1 ilustracja
Właściciel praw:
Hədəf nəşrləri
Format pobierania:

Podobne książki