Czytaj książkę: «Azadlığa uçan türk»
MÜQƏDDİMƏ
“Tarixdə azadlığa uçan ilk insan”… Belə idi kitabının adı. Bu kitab eyni zamanda 75 il ömür sürüb və bir sıra tarixi hadisələrin canlı şahidi olan bir şəxsin həm də qısa tərcümeyi-halı idi.
Bütün həyatı boyu kommunizm quruluşunun iç üzünü azad dünyanın azad insanlarına açıb-göstərməyə çalışan bu böyük, hürriyyətsevər insan, tarixdə kommunist Rusiyasından azadlığa qanadlanan ilk azərbaycanlı şəxs – həyat yoldaşım Məmməd Altunbay bu kitabı bitirdikdən iki ay sonra ikinci dəfə keçirdiyi infarktdan əbədi olaraq gözlərini yumdu.
1987-ci il dekabrın 28-də onu dəfn edərkən əsər hələ tam hazır deyildi, əlyazması hələ makinada yazılıb qurtarmamışdır. Sağlığında kitabının azad insanlara yetişdiyini görmək qismət olmadı Məmmədə.
Azərbaycanı və doğma torpağı Gəncəni azad Məmməd Altunbay arzulandığı kimi azad görə bilmədi. Vətəninə torpağına olan məhəbbətinin, həsrətini, ona qovuşmaq istəyini ömrünün sonuna kimi qəlbində gəzdirdi, hətta məzara da özü ilə bircə apardı.
Məmməd, sən rahat uyu! Azad ölkələrin azad insanları sənin hürriyyət uğrundakı mübarizəni təqdir və ibrətlə qarşılayacaq. Sən buna əmin ol. Qoy ruhun şad olsun!
Aprel, 1998-ci il
Məlahət Altunbay.
MƏMMƏD ALTUNBAY
(Gəncə 1911-İstanbul 1987)
Sevimli oxucular mən Məmməd Altunbay Azərbaycan türklərindənəm. 1911-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuşam. Anamın adı Bəyim, atamınkı isə İbrahim idi. Tarixdə azadlığa qanadlanan ilk türkəm desəm, yanılmaram. Hətta dünyada ilk dəfə baş vermiş bu tarixi hadisəni türklüyümüzün yüksək qüruruna əlavə etmiş olsam, o zaman deyə bilərəm ki, mən tarixdə kommunist Rusiyasından azadlığa uçan ilk türk yox, həm də ilk insanam.
Atamın, əmilərimin və dayılarımın kommunistlər tərəfindən güllələnməsi illərlə mənliyimi gəmirən düşüncələrimi həyata keçirmək fikrini gündən-günə möhkəmləndirdiyi üçün mən oxuduğum Bakı Neft Universitetindən çıxıb Hərbi Hava Məktəbinə daxil oldum.
1933-cü ildə Odessa Ali Hərbi Hava Məktəbini bitirdikdən sonra Sovet İtiffaqının bir sıra yerlərində təyyarəçi kimi çalışdım. İşimdəki müvəffəqiyyətlərimlə əlaqədar olaraq Moskva, Gürcüstan və Azərbaycan Kommunist Partiyaları tərəfindən üç dəfə “Fövqəladə” fəxri fərmanlarla təltif edildim.
1939-cu ildə Azərbaycanın paytaxtı Bakıda Təyyarəçilik Məktəbinin uçuş birliyi komandiri vəzifəsində işləyərkən burada kommunist rejimində, xüsusilə türklərə qarşı tətbiq edilən amansız zülm və işgəncələr dözülməz dərəcədə həddini aşmışdı. İnsanlığa yaraşmayan bu faciələrin az da olsa qarşısını almaq məqsədilə bir dəstə yoldaşımla bərabər kommunist zülmünə qarşı gizli fəaliyyətə başladıq. Fəqət, nəticədə kommunist zülmü illərlə həsrətini çəkdiyimiz azadlığa qalib gəldi. Azadlıq aşiqi mücahid yoldaşlarımızın bir çoxu güllələndi. Sağ qalan 22 yoldaşımla bərabər kommunist cəhənnəmindən qacmağı qərara aldıq. Lakin planlarımızı həyata keçirmək istədiyimiz vaxt basqına məruz qaldıq. Toqquşmada 14 yoldaşımız həlak oldu. Sağ qalan 7 mücahid qaçış planımızın müvəffəqiyyətli olacağına şübhə etdiklərini bəhanə gətirib izlərini itirmək üçün ölkənin müxtəlif vilayətlərinə dağıldılar.
Bu müvəffəqiyyətsizlikdən sonra mənim yalnız iki yolum vardı: ya ölmək, ya qalmaq. Mən yoldaşlarımın belə inanmadığı, həyata keçirilməsi mümkün olmayan ikinci yolu seçdim. Lakin kommunist rejiminin dəmir pəncəsindən qaçmaq tək adamın işi deyildi. Mən bu quruluşa çox yaxşı bələd idim və bu rejimə dözmək artıq mənim üçün mümkün deyildi. Həyatda hər şeyimi, hətta övladlarımı belə azad və insan kimi yaşamaq uğrunda fəda etdim. Çox keçmədi ki, bu yolda can qoyan, lazım gələrsə azadlıq uğrunda həyatlarından keçməyə hazır olan iki dost tapdım. İllərlə apardığım mübarizənin sonunda kommunist cəhənnəmindən (bəzi cahil, satqın və xainlərin fikrincə dünyanın cənnətidir, ancaq necə cənnətdir ki, hamı oradan qaçmağa çalışır) təyyarə ilə qaçmağı qərara aldıq. Çünki başqa hec cür yolla qaçmaq mümkün deyildi. Qaçım planımızı həyata keçirəkən kommunist təyyarəçiləri öldürməyə məcbur olduq, onsuz da biz onları öldürməsəydik, onlar bizi öldürəcəkdi. Təyyarəni Türkiyəyə doğru yönəltdik. Lakin bir az sonra sovet sərhədçilərinin atəş yağışına məruz qalan təyyarəmiz son dərəcə təhlükəli zədə aldı. Təyyarə havada alışıb yanmağa başlayanda onu İran torpağına endirməyə məcbur oldum. Beləliklə də, mən tarixdə ilk təyyarə qaçıran adam və kommunist rejimindən azadlığa doğru qanadlanan ilk insan oldum.
İrana qaçdığımız ilk gündən etibarən bütün xahiş və tələblərimizə baxmayaraq İran hökuməti bizi nədəncə Türkiyəyə göndərmək istəmədi və əksinə 9 ay Təbriz həbsxanasında, sonra da Tehranda polis nəzarətində saxladı. Bu müddət də Tehrandakı Türk elçiliyi ilə əlaqə yaratmağımıza qəti mane oldu.
1941-ci ildə bütün İran Azərbaycanı və Tehranın isə yarısı kommunist orduları tərəfindən işğal edildi. İran şahı öz ölkəsini tərk etmək məcburiyyətində qaldıqda ordu və parlament dağıdıldı. Beləliklə ölkə iflic vəziyyətinə düşdü. Tehran rəhbərliyi gizli kommunist polisinin əlinə keçəndə hər cəmiyyətdə olduğu kimi kommunistlərə qulluq etmək, yarınmaq istəyən xain və rafil Tehran polisləri bizi onlara təslim etmək istədilər. Əslində isə o vaxta kimi bizim Sovet İttifaqına qaytarılmağımız üçün İran şahına bir neçə dəfə nota verilmişdi, lakin nə səbəbdənsə şah bizi qaytarmamaqda inad edirdi. O vaxt Tehranda olan sabiq Buxara katibi və son vaxtlarda Türk elçiliyi ilə aramızda gizli əlaqə yaradan mərhum Osman Koca oğlu İran polis təşkilatının haqqımızdakı qərarını elçilik vasitəsilə öyrənib vəziyyəti bizə çatdırdı. Biz bu xəbəri alan kimi nəyin bahasına olursa-olsun Türk elçiliyinə sığınmağı qərara aldıq. Ancaq çox təəssüf olsun ki, tətbiqi olduqca çətin olan planımızı həyata keçirdiyimizə vaxt yoldaşlarımızdan biri kommunist terror təşkilatı tərəfindən küçədə güllələnib öldürüldü. Həmin gecə Türk elçiliyinin köməyilə biz iki yoldaş Tehrandan qaçdıq. Qaçarkən kommunist dəstələri tərəfindən yaxalanmaq ehtimalını nəzərə alaraq üstümüzdəki səfirliyin guya pasportlarımızı itirməyimiz haqqında bizə verdiyi sənəddən başqa heç nə yox idi. Sovet əsgərləri bu kağıza inanıb bizi buraxdılar. Səkkiz həftə davam edən gecəli-gündüzlü bir çox qorxulu təhlükələrdən, ölüm-dirim mübarizəsindən sonra dağlarda, meşələrdə aclıq, susuzluq və mənliyimizi rəhimsizcəsinə gəmirən səfalətlə boğuşa-boğuşa Bağdada yetişəndə saç-saqqalımız uzanmış, yazıq və əyin-başı tökülmüş bir dilənçidən fərqlənmirdik.
Bağdaddakı Türk elçisi hörmətli Sahib İlkin bəyin alicənablığı, qonaqpərvərliyi və köməyi sayəsində Türkiyəyə yola düşəndə Bağdadın kiçik Teleqraf qatar dayanacağında ingilis zabitləri tərəfindən beşinci alman polkuna mənsub casus damğası ilə həbs olunduq. İngilislər üstümüzdəki Türk elçiliyinə məxsus sənədlərdən şübhələndilər və bizi nahaq yerə bir həftə müntəzəm olaraq döyüb, işgəncə verdikdən sonra yenidən Bağdada gətirdilər. İki ay yarım Bağdad həbsxanalarında ən alçaq üsullarla işgəncə gördükdən sonra Bağdad ingilis qarnizonu komandirinin əmri ilə ölümə məhkum edildik.
Bir gün səhər günəş doğarkən Bağdadın naməlum bir səmtində gülələnmək üçün aparılacağımızı gözlədiyimiz vaxt vəziyyətdən xəbər tutan Türk səfiri Sahib İlkin bəyin istər ingilis qarnizon komandiri, istərsə də İraq Xarici İşlər Nazirliyini kəskin tənqid etməsi bizi nəinki güllələnməkdən xilas etdi, eyni zamanda Türkiyəyə sığınmağımıza da imkan yaratdı. Beləliklə, çox çətinlik və əziyyətlərdən sonra, nəhayət, 1941-ci ildə ana vətən Türkiyəyə gəlib çıxdıq.
Kommunist rejimindən qaçdıqdan sonra (Sovet İttifaqından sürgün edilən İran kökənlərinin dediyinə görə) bütün ailə və uzaq-yaxın qohum-əqrəbalarımın hamısı on il Sibirə sürgün edilmiş, göndərilənlərin yarıdan çoxu Sibir çöllərində soyuqdan, xəstəlikdən ölmüş və ya öldürülmüşdü. Qoca anamın ağlamaqdan gözləri kor olmuş, etiraf etməyə məcbur edilən arvadım 2 yaşlı qızımın gözləri qarşısında qırmancla döyülüb öldürülmüş, qızım itkin düşmüşdü. Bütün bunlar o qədər ürək ağrıdıcı, o qədər qorxunc, elə insanlıqdan xaric əməllər idi ki, danışmaqla qurtaran deyil.
Düzdür, mən tarixdə kommunist cəhənnəmindən azadlığa uçan ilk türk, daha doğrusu ilk insan kimi türklüyümlə fəxr edirəm, ancaq bunun üçün yüzlərlə adamın fəlakətə sürüklənməsi, rəhimsizcəsinə işgəncə verilməsi və xunxarcasına qətlə yetirilməsinə dəyərdimi? Bu suala hələ də cavab tapa bilmirəm. Mənim bildiyim bir şey varsa, o da budur:
Çırpınırkən Qara dəniz, baxıb Türkün bayrağına,
Ah, ölmədən bir görsəydim, düşə bilsəm torpağına.
Misraları ilə milyonlarla türk gözünü qırpmadan Türkiyə üçün canını verməyə hazırdır. Elə mən də bu sevginin, bu hislərin əsiri olduğum üçündür ki, bu qədər fəlakətləri və bu qədər qanlı hadisələri gözümə almaqdan zərrə qədər də çəkinmədim və Türkiyəyə gəldiyim gündən etibarən də hər dəfə imkan tapanda türk birliyinin müdafiə edib, kommunizimlə mübarizə aparmışam.
Türkiyədə təyyarəçi işləmək üçün 1943-cü ildə Baş qərargahın sədrinə müraciət etdim. Bununla əlaqədə Əskişəhər təyyarəçilik məktəbinə göndərildim. İmtahanları müvəffəqiyyətlə verdikdən sonra təyyarəçi işləyə bilməyim haqqında sənəd aldım. 1945-1960-cı illər ərzində Türkiyə hava yollarında təyyarəçi işlədim.
1953-54-cü illərdə, yəni Stalinin ölümü ilə əlaqədar İstanbulda “Hürriyyət” və “Yeni səhər” qəzetləri xatirələrimin “Türk təyyarəçisi Məmməd Altunbay Rusiyadan necə qaçdı?” və “Cəhənnəmdə gördüklərim” başlıqları ilə 8-9 ay ərzində çap etdirdi.
1960-63-cü illər arasında Amerikanın mərkəzi Avropada yerləşən “Azadlıq” radiostansiyasının Azərbaycan şöbəsində əməkdaşlıq etdim. 1963-cü ildə yenidən Türkiyəyə qayıtdım.
Xatirələrimi ssenari şəklinə salıb Baş qərargahın sədrliyinə təqdim etdim. Tədqiqat nəticəsində 1966-cı il dekabrın 6-da Baş qərargah sədrinin əmrilə Türk silahlı qüvvələrinin milli və əxlaqı tərbiyəsi üçün faydalı hesab edilən, milli məqsəd və milli mənfəət baxımından heyətin diqqətini cəlb edən ssenarim əsasında “501 No-li kamera” filminin çəkilməsi məsləhət görüldü. Mərhum Camal Tural paşanın yaxından köməyi nəticəsində kommunist cəhənnəmindəki həyatım şanlı ordumuzun zabitləri tərəfindən; Aytən Köçər, Güneyt Köçər və digər Dövlət teatrlarının tanınmış artistlərinin iştirakı ilə kinoya çəkildi. Film bütün əsgər qarnizonlarında və mülki kinoteatrlarda göstərildi, 6 milyon yarım vətəndaşımız bu filmə baxdı. Film 1971-ci il aprelin 29-da Ankara televiziyası ilə göstəriləndə həyatda gördüm bütün dəhşət və ürək ağrıdan fəlakətlərimə baxmayaraq türk insanına, xüsusilə də gələcəyimiz olan gənc və körpə balalara kommunizmi geniş miqyasda tanıtdıra bildiyim üçün kədərimi nisbətən azalmış hesab etdim.
“Düşmən gəlir” başlığı ilə dörd İstanbul qəzetində nəşr olunan uşaqlıq illərimə aid xatirələrim İstanbul Universiteti gənclərinin arzusu ilə 1974-cü ildə 55 səhifəlik broşura hamısı universitet və lisey tələbələri tərəfindən alındı.
İndiyə qədər 33 vilayətdə keçirilmiş 180-dən artıq konfransda çıxış edib, kommunist quruluşunun həqiqətlərini, çatışmazlıqlarını və azadlığın qiymətini xalqımıza çatdırmağa çalışmışam. Bu işlərimdə qədirbilən türk nəşriyyatı həmişə köməyimə çatıb. Başda İstanbul, Ankara və İzmir olmaqla bütün Anadolu mətbuatı mənimlə birlikdə mübarizə aparırdı. Bu mövzü ilə əlaqədar 175 qəzetin sütunları dolusu yazılarından kəsib düzəltdiyim albom dediklərimə ən yaxşı nümunədir. İndi isə yorğun azadlıq döyüşçüsü kimi özümü türk mədəniyyətini, tarixi və elmi xəzinələrini tədqiq etmək, tapmaq və türk xalqını bu xəzinələrlə tanış etməklə məşğulam. Bu mənə azacıq da olsa sevinc gətirir.
Türkiyədən kənarda yaşayan türkdilli xalqların mədəniyyət və sənətkarlığını da Türkiyədə tanıtdırmağa cəhd göstərirəm.”İbn Sina” adlı özbək filmini, “Dədə Qorqud” və “Nəsimi” adlı Azərbaycan filimlərini, “Yaşamaq eşqilə dolu bir qadının həyatı” və “ Könüllər şahı” adlı üzqur filmlərini tamaşaçılara təqdim etmişəm. Hazırda xidmətlərimin davamlı olan “Tarixdə azadlığa uçan ilk türk” adlı roman üzərində işləyirəm. Bu əsər indiyə kimi nə dünya, nə də türk nəşriyyatlarında çap olunmamış həqiqətlərlə doludur. Ölkəmizdə geniş oxucu kütləsinin maraqla oxuyacağını ümid etdiyim romanımı xəstə ürəyim hələ dayanmamış bitirmək istəyirəm.
Taledəndirmi deyim, yoxsa qismətdənmi? Bilmirəm, hər halda bu qədər ağlagəlməz macəra və mübarizələrindən sonra hələ də sağam və yaşayıram.
Türkiyəyə gələndən sonra yenidən evləndim. Ankaralı Tiftikçizadələrin ailəsindən Məlahət xanımla xoşbəxt bir ailə qurdum. Bu isti yuvada hələ də türklük üçün yaşayır və işləyirəm. İstəyim bütün insanlığın zəncirlərdən qurtulub, azad olmasıdır. Dünyanın ən böyük həbsxanası sayılan Rusiyada yaşayan bütün insanların azad yaşaması üçün hər gün uca Allaha dua edirəm.
Türk milləti, unutma ki, sən azadlıq və müstəqilliyin timsalısan. Şirin sözlərə, yalana, fırıldağa çalış ki, dustaq olma, kommunistlərə nəbadə nökər olasan. Azadlığın dadını bil və əbədiyyətə qədər onunla nəfəs al. Ayıq ol, kommunizimdən qurtuluş olmaz, başqalarının ardınca qaçma. Kamalizmin ışıqlandırdığı yolda Atatürkün izilə get və böyük Atatürkün bu sözlərini hec vaxt yaddan çıxarma: “Türk aləminin ən böyük düşməni kommunizimdir. Harda baş qaldırsa əzilməlidir”.
HÖRMƏTLƏ:
Məmməd Altunbay
I HİSSƏ
TALEYİN HÖKMÜ BELƏ İMİŞ
Atamın üzünü artıq xatırlaya bilmirəm. Leninin əsgərləri onu gözümün qabağında güllələyəndə çox kiçik idim, ancaq buna baxmayaraq o qorxunc ölüm səhnəsi heç vaxt yadımdan çıxmır. O vaxt elə qorxmuşdum ki, indi də bu sətirləri yazarkən həmin səhnə dumanlı şəkildə gözlərim qarşısında canlanır, ürəyim ağrıdan sızlayır, dəhşətdən tüklərim biz-biz olur, gözlərimdən axan yaşı saxlaya bilmirəm, bu yaşlar küskün və yaralı qəlbimin dərinliklərindən çağlayıb gəlir.
Daxilimdəki səs: “Mənim mərd, əziz atam, kaş üzünü xatırlaya biləydim. Sən səni çox sevən anama və övladlarına bir şəkil belə yadigar qoymadan bu vəfazsız dünyadan köç etdin” – deyir.
Bəli, atacan, sən anamı və bizi Leylinin qanlı mizraqlarına tapşırıb getdin. İnsanları məhkum edən, bəşəriyyətə üz qarası olan belə bir quruluşda yetim böyüməyin qorxuncluğunu sən heç bir zaman görə bilmədin və bilməzdin də, çünki sən yoxdun o vaxt bu dünyada.
Atacan, sən şəhid olduğun gündən neçə-neçə illər sonra da mən bu sətirləri yazarkən gözyaşlarım ixtiyarsız olaraq axır. Ürəyim elə doludur ki, uşaqlığımdan, səni itirdiyim gündən bəri bircə dəfə olsa belə həyatımda sevincli gün axtardım. Ürəyimdə “adam bu qədər dərdə dözə biməz” – deyirəm, amma yenə də illərin bitməz-tükənməz ağrı-acısını, hətta bir günün kecici sevincini də taleyin hökmü kimi qəbul edirəm. Bəli, əziz ata, əlvan güllərin, min bir rəngli çiçəklərin, ucsuz-bucaqsız meşələrin, zümrüd yaylaqların, qarlı və dumanlı dağların, şır-şır axan, cənnət suyu misalı şəfalı bulaqların və ağla gələn hər cür zənginliklərin diyarı olan Azərbaycanımıza “vətənim” deyərək könüldən bağlanmışdın… deyərdi anam. Amma əfsus ki, uca tanrının yurdumuza bəxş etdiyi bütün gözəlliklər iki yüz ilə yaxındır ki, əsirdir, heç gülü də əsarətə məhkum etmək olarmı?
Ata, Məcnun kimi vurğunu olduğun güllər ölkəsi olan yurdunun azad olması üçün sən həyatının sonuna qədər qeyrətlə mübarizə apardın və bunu bacardın da. İgid vətən qəhrəmanlarının qanı bahasına yurdumuzun gözlərinə ucalan üç rəngli şanlı bayrağımıza “azadlıq uğrunda canından keçən igidlərin əsəridir” – dedin. Fəqət 1918-ci il mayın 27-də yenidən 10 min şəhid verərək itirməyimiz nə qədər də ağırdır. O mənfur gecədən 15 gün sonra sən ölümə gedərkən “ Azərbaycan yenə də bir vaxt azad olacaq” dediyini xatırlayırsanmı, ata? Ancaq, atacan, mən yaxşı xatırlayıram. O gün ölümün qorxuncluğunu elə hiss edirdim ki, ürək dağlayan hiçqırıqlarla ayaqlarına, bir az sonra isə mübarək vücuduna sarılaraq “ölmə, atacan!”-deyərək bütün günü ağladım və hələ də ağlayıram.
Bəli, atacan, o gün Leninin ölüm yağdıran güllələri və rusların qanlı mizraqları qarşısında sənin, şanlı vətən qəhrəmanının odlu bir ürəklə ölümə meydan oxuduğunu bugünkü kimi xatırlayıram. Sonra isə gur səsinin bütün şirinliyi ilə “ balalarım, gözyaşı tökməyin. Bəşəriyyətə üz qarası olan düşmənimizin qarşısında alçalmayın. Allahın hökmü belə imiş”-deyərək qorxudan tir-tir titrəyən balalarının yanaqlarından öpüb, səni çox sevən cəsur, mərd və dəyanətli anamın saçlarını oxşarkən “səni və balalarımı Allaha əmanət edirəm” – dedin. Düşmənin üzünə lənətlər yağdıraraq “Yaşasın azadlıq!… Yaşasın Azərbaycan!” – deyərək yeri-göyü titrədən gur səsilə nərə çəkib şəhidlik mərtəbəsinə qalxdın.
Əziz ata, qadir Allah səndən və o gün səninlə birlikdə şəhid olan qəhrəmanlardan rəhmətini əsirgəməsin. (Amin).
Yaşadığı illər boyu mübarək cəsədinin önündə hörmətlə baş əyən oğlunu bağışla, ata. Bəlkə də sənin vətən üçün etdiklərinin heç birini mən edə bilməyəcəm, lakin mən də özümü sənin “azad insan” və “azad vətən” yolunu seçdim. Bu müqəddəs amal uğrunda sənin kimi həyatda hər şeyimi və yenə sənin kimi övladlarımı, ailəmi, qardaşlarımı və sevimli anamı belə Leninin qızıl cəhənnəmindən buraxaraq, heç bir insan ağlına sığa bilməyəcək qədər ağrı-acılara və zülmlərə qatlandım.
Sevimli atam, lütfən azadlıq eşqilə, azad vətən eşqilə ölümlərin belə ən qorxuncunu gözünə alan oğlunu “sən nə etdiyini düşündünmü? Düşmənin pəncəsindən qaçmaqla həyatda yaxın-uzaq nə qədər günahsız qohum-əqrəbamızın 10 il Sibir deyilən cəhənnəmdə ölümlə pəncə-pəncə gəlməsinə səbəb oldun” – deyərək məni qınama. Çünki mən insan qəlbinin, insan idealının ən yüksək zirvəsi olan azadlıq arzusuna sarılmaqla vətənimə daha faydalı olaram inamına elə möhkəm inanmışdım ki, nə həyatımı, nə də öz qanımdan, öz canımdan olanların həyatını düşünməmişdim. Bəli, bəlkə də bir çoxları bu hərəkətimin yanlış olduğunu söyləyərək məni təqsirləndirəcək, lakin mən “ey azadlıq, sənin yolunda miliyonlarla adam ölmədimi?” –deyib bəşəriyyət tarixinin ölümsüz həqiqətlərinin illərcə mənliyimdə yaşadaraq bu yolu, daha doğrusu, əziz atam, sənin seçdiyin yolu seçdim və bu yolda başıma gəlməyən fəlakət qalmadı.
Ata, indi lütfən bir dəqiqə məni dinlə, sənə səslənirəm.
Atama səslənirəm
Mən Məmməd Altunbay, azadlığından məhrum bir ölkədə doğulmuşam. Orada azadlğın, müstəqilliyin həqiqi mənasının nə olduğunu mənə öyrətmədilər. Yaşadığım cəmiyyətdə insanlar həmişə bir-birindən qorxur, 24 saat ərzində kimin kimi satacağını düşünürdü. Hamımız qorxusuz yaşamaq arzusunda idik. İkimizi vulkan kimi təlatümə gətirən bu hislər günün birində orada yaşayan insanların çörək və su ehtiyacı qədər əziz bir şeyə çevrildi.
Hamımız bu bulaqdan su içdik. Biz azadlıq aşiqi, müstəqillik və xoşbəxtliyə susamış insanlar Stalin diktatorluğunun o qorxunc rejiminə boyun əyə bilməzdik. Ardı-arası kəsilməyən iftiralar, təhdidlər, bitib-tükənməyən zülm və işgəncə üsulları bir-birinin əvəz edirdi. Orada müstəqillikdən söz açan kəsləri gecə içən yatağından götrüb ya sürgün edir, ya da güllə yağışı altında ölümün qucağına atırdılar.
O vaxt çox kiçikdim. Lakin sənin və dayımın güllələndiyiniz o dəhşətli günləri heç cür unuda bilmirəm. O gün neçə-neçə azadlıq mücahidi səninlə bərabər güləlləndi. Arvadlarını və uşaqlarını da onlarla birlikdə öldürdülər. Ogünkü azadlıq qəhrəmanlarımızın indi məzarı belə məlum deyil. Çünki, ata, orada adamlar məhkəməsiz, kütləvi halda güllələnirdi. Orada edamsız və sürgünsüz günümüz yoxdu, ata. Nəhayət, Bir gün ölümün astanasından adlayaraq özümü ana vətən Türkiyədə azad insanların yaşadığı müstəqilliyin qucağında gördüm. Lakin bu o qədər də asan başa gəlmədi. Məqsədə çatmaq yolunda zindanlarda zəncirlərə vuruldum. Saysız-hesabsız işgəncənin ağrı-acısını çəkdim. Bütün təhlükə və çətinliklərə baxmayaraq qüvvəmi daxilimdə odlanan azadlıq məşəlindən aldım və bu məşəl mənə müstəqillik və azadlıq yolunda işıq oldu.
Müstəqillik üçün yaşadım. Yaşadım ki, iyrənc və qorxunu Lenin rejiminin iç üzünü azad dünyanın azad insanlarına göstərim, ata Bəli, ata bu gün sənə səslənərkən ölümündən neçə il sonra Leninin bayrağı altında yaşayan türk yurdlarını qarış-qarış gəzmişdim. Gördüyüm və hiss etdiyim pərişanlıq, bəşəriyyətə üz qarası və dizə qədər səfalət tablosundan başqa bir şey deyildi. Bu səfillər dünyasının gözüyaşlı insanları ilə aylarla birlikdə yaşadığım üçün özümü onların bir parçası kimi görüb və deyirəm: “mən azadlıq aşiqi, azərbaycanlı, mən şimali qafqazlı, mən türküstanlı, mən urallı, krımlıyam” və bu səslənməni eyni zamanda səninlə birlikdə şəhid olan aslan ürəkli vətən övladlarının və azadlıq yolunda şəhid olan bütün dostlarımızın və adsız qəhrəmanlarımızın əziz ruhuna ithaf edirəm.
Bəli, atacan, bu qədər acı və bu qədər insanlıqdan kənar zülmlərdən sonra buz kimi zindanlarda ölümü gözlədim. “Öldürmək istəmədiyini Allah öldürməz” – deyiblər. Mən buna inanıram. Çünki mən də qadir Allahın bir lütfü sayəsində üç dəfə ölümdən qurtarmışam, lakin yenə də sənin etdiklərinin mində birini edə bilməmişəm. Düzdür, bu gün sənin ömrün boyu arzuladığın, lakin hç vaxt görə bilmədiyin, azad insan kimi yaşamadığın azad dünyada, daha doğrusu, ana vətənim Türkiyənin müşfiq qoynunda yaşayır və bu torpaqlarda da dərdlərimə, ağrı və acılarıma, azad insan kimi yaşamaq təşnəsinə şərik olan son dərəcə anlayışlı, nəcib və azadlıq aşiqi vətənpərvər insanlarla bərabərəm, lakin inan, atacan, qəlbimin iztirabı heç vaxt sakitləşmir, ruhum müdhiş bir əzab içindədir. Çünki ata və oğul vətənimiz azərbaycan uğrunda apardığımız azadlıq mübarizəsi heyf ki, sənin iyrəndiyin, nifrət etdiyin və “bəşəriyyətə üz qarası” – deyərək lənətlədiyin, Leninin əsgər və yoldaşları tərəfindən orta əsrin yonulmamış xunxar zehniyəti ilə həm gəmirilir, həm də əsarət zəncirində saxlanılır.
Bəli, atacan, qadir Allahın insanlara verdiyi səbrin, deyəsən, həddi-hüdudu yoxdur. Olsaydı, indiyədək min dəfə ölməliydim. Lakin mən hələ də yaşayıram və lənətə gəlmiş qırmızı istilaçıların zülmü qarşısında heç vaxt ümidsiz olmamışam sən həmişə “bir gün ilahi ədalət mütləq surətdə təcəlli edəcək” – demirdinmi? İndi budur, mən də eyni ümidlə yaşamış və yaşayıram.
Bəli, sevimli oxucularım!
Düşmən kimdir? – sualının geniş izahı və şəhid atamın qorxunc ölüm səhnəsinin necə, harada və hansı şəraitdə oynanıldığı barədə sonra danışacağam. İndi təkrar uşaqlıq xatirələrimə dönməzdən əvvəl mühüm bir həqiqəti bilməyinizin əhəmiyyəti var. Belə ki, danışacağım hadisələrin heç bir yerində kiçik bir şişirtmə və mübaliğə yoxdur. Əksinə, çox kiçik olduğum üçün bir çox hadisələri unutmuş, fəqət kiçik beynimin unutduqlarını, yenə də kiçik olduğum üçün anlamadığım sözlərin boşluğunu qismən mərhum anamı və səksən yaşına çatmasına baxmayaraq mənimlə məktublaşmaqdan böyük qardaşım Cəmilin hekayələrinin doldurmuş olduğunu söyləməliyəm.
Anam gizli-gizli ağlayırdı.
Atamın uzun müddət idi ki, gecələr evə gəlməməsi anamı çox üzür və bizi də boynubükük, kimsəsiz, yetim halına salırdı. Qonşuların, daha doğrusu, bu bizə elə gəlirdi, xüsusilə əd evimizin yanındakı erməni dığalarının bizi “qaçaq İbrahimin balaları” – deyə çağırmasını sataşmaq kimi qəbul edərdik. Böyük qardaşım Cəmil həmişə bizi belə çağırıb, lağ edən dığaları o ki var döyərdi. Mən də ona qoşulardım. Buna görə də qonşumuz Haykanuş tez-tez anamın yanına gəlib Cəmildən şikayət edərdi. Anam isə Cəmilin qulağını çəkərək ona təpinərdi:
– Bir də uşaqlarla dalaşsan atana deyəcəyəm. Qulaqlarını kəsəcəyəm sənin, bildin?
Qardaşım heç vaxt “bildim, başa düşdüm” deməzdi. Yalnız sadəcə razılıq mənasında başını tərpətməklə kifayətlənər, lakin yenə də qovğadan əl çəkməzdi. Anam çox əsəbiləşdiyi vaxt bizi günlərlə küçəyə buraxmazdı.
Məhəllə uşaqları Cəmildən çəkinirdilər. O hər gün mütləq iki-üç uşağı döyməli idi. Anam isə şikayətə gələn qadınlarla üz-göz olmağı sevməzdi.
Axşamlar evdə yalqız qalarkən anamın tez-tez gizli göz yaşı axıtması qardaşımı da, məni də çox narahat edirdi. Yalnız bəzən axşamlar nənəmlə babam biz gələndə anam çox xoşbəxt və şən görünməyə çalışardı. Hətta ürəkdən gülərkə elə gözəlləşirdi ki, nənəm hər dəfə özünü saxlaya bilməyib:
– Qızım, sənə axırda göz dəyəcək. Kəm gözlərdən uzaq olmağın üçün gərək məhləmizdəki Molla Kərimə deyəm sənə bir dua yazsın, boynundan asasan – deyərdi.
Amma dua da gəlib çıxmazdı ki, çıxmazdı.
Anam həddindən artıq hər şeyin yerini bilən, ciddi və intizamlı bir qadındı. Küçədə biz uşaqlarla dalaşanda bərk hirslənirdi. Elə vaxt olurdu ki, cəza olaraq bizi bir həftə küçəyə buraxmazdı. Anamdan qorxmazdıq, ancaq çəkinərdik. Onun hirslənməsini, əsəbiləşməsini, xüsusilə də bizim hərəkətlərimizə görə fikir çəkməsini istəməzdik.
Anam çox gözəl qadındı. Bizə gələn bütün qadınlar ona həsəd aparardı. Uca boyu, düz qaməti, incə belinə qədər enən gur qara saçları, iri qəhvəyi badamı gözləri, ətli dodaqları, gülərkən adamı tilsimləyən baxışları və inci kimi düzülmüş dişləri, sanki heç gün görməmiş, qüzey qarı kimi ağ üzünə elə yaraşırdı ki, qonşu qadınlar anamın bu gözəlliyinə heyran qalır və xətrini çox istəyirdilər. Hamı onu Sultan Bəyim deyə çağırardı. Anamın əsl adı Seyid Bəyim idi.
Bir gecə yenə evimizdə yalqızdıq. Anam kiçik qardaşım Habili yatırarkən üzünü divara çevirib ağlayırdı. O dərd çəkməyək deyə həmişə göz yaşlarını bizdən gizlədərdi. Qardaşım dözə bilmədi:
– Ana, yenə niyə ağlayırsan? – deyə soruşdu. Anam bizə tərəf baxmadan cavab verdi:
– Sizin taleyinizi fikirləşirəm, bala.
Cəmil:
– Yenə nə olub ki, ana? Bizim taleyimizi nə üçün fikirləşirsən?
Anam:
– Balalarım atasız qalsa, mən nə edərəm? – deyə cava verdi.
Qardaşım tutuldu, ancaq özünü saxlayıb ağlamadı. Danışarkən səsi titrəyirdi:
– Nə üçün atasız qalmalıyıq ki, ana? Atamız aslan kimi güclü bir adamdır. Heç bir uşağın atası bizim atamız qədər qüvvətli ola bilməz, – deyən qardaşımın üzünə uzun müddət yaşlı gözlərlə baxan anam onu yanına çağırıb yanaqlarından öpdü. Saçlarını oxşayarkən gül rəngli yanaqlarına damlayan göz yaşlarını ona ilahi gözəllik verən örpəyilə silərək sözə başladı:
– Bir az da böyüyün, sonra hər şeyi özünüz daha yaxşı görüb, daha yaxşı başa düşəcəksiniz.
O daha ağlamırdı. Mən də sözə qarışdım:
– Ana, nə üçün bizim atamız da başqa uşaqların atası kimi hər axşam evə gəlmir?
– Atanızın işi çox olduğu üçün tez-tez səfərə gedir, oğlum – deyə anam cavab verdi.
Lakin anamın dodaqlarından tökülən bu kəlmələr o qədər soyuq, o qədər qeyri-inandırıcı səsləndi ki, heç özü də dediklərinə inanmadı.
Qardaşım cəld:
– Ana, sənin nə isə bir dərdin var, ancaq fikir çəkməyək deyə bizə bildirmirsən. atama görə fikir çəkdiyini bilirəm. Çünki onun kim olduğunu, hətta küçədəki dığalar belə bilir.
Anam qardaşımın sözünü kəsərək:
– Sus! – dedi – heç nə danışdığını bilirsən? Küçədəki dığalar kimdir kimdir ki, atanızın adını ağzına alır?
– Anamın iyirmi dörd yaşı olmasına baxmayaraq oxuyub-yazmağı bacarmırdı. Onun hər şeyi özünə dərd edən incə ruhunda Allah sevgisi və dinə inam o qədər qüvvətli idi ki, Allahın və rəsulunun mübarək adını ağzına alan kimi gözləri dolardı. Düzdür, anam oxuyub yazmağ bacarmırdı, ancaq ölkədə nə baş verdiyindən çox gözəl xəbəri vardı. Çünki hər cümə günü mütləq qonşu qadınların növbə ilə təşkil etdiyi ev yığıncaqlarına gedərdi. Anamın dediyinə görə bu yığıncaqlarda çıxış edən din xadimləri vətənimizdə cərəyan edən hər cür gündəlik və həftəlik məsələlri, olub-keçən hadisələri və hətta dost kimdir, düşmən kim məsələlərini bütün təfərratı ilə qadınlara başa salırdılar.
1918-ci il mayın 28-də istiqlaliyyətini dünyaya elan edən Azərbaycan Respublikası hələlik qadınların dünyagörüşünü inkişaf etdirmək üçün belə bir təhsil üsulundan istifadə edirdi. Anam hər cümə axşamı yeməkdən sonra uzun müddət başımızın üstündə durub həyətimizdəki buz kimi soyuq su ilə əl-üzümüzü, ayaqlarımızı yuyar və deyərdi:
– Ayıq fikirli olun, bala, tənbəl və miskin pıspısalar kimi özünüzü çox yatmağa alışdırmayın. Həmişə nəsə öyrənməyə çalışın. Böyüyəndə yaxşı insan və atanız kimi cəsur olun. Vətəninizi, torpağınızı sevin. Sonra isə qardaşımla məni qarşısında oturdub o gün qadınlar yığıncağında din xadimlərindən eşitdikləriniməhəbbət dolu gözəl səsilə hafizəmizə həkk etmək üçün sözləri uzada-uzada, bizə başa salardı. Biz də hədsiz həvəslə dinləyərdik onu, hətta son vaxtlar anam cümə gecəsi söhbətlərini elə nizama salmışdı ki, zehni və fiziki cəhətdən yorulmayaq deyə həmin gün ya bizi küçəyə buraxmaz, ya da məhəllə uşaqları ilə yalnız bir-iki saat oynamağımıza icazə verərdi.
Hərçənd anam din xadimlərindən çox şey öyrəndiyini söyləyir və bizə də çox şey öyrətməyə çalışırdı, lakin yaşımız az olduğundan bu qədər geniş məlumatı kiçik beynimizə yerləşdirə bilməyəcəyimizi də başa düşürdü. Buna baxmayaraq yenə də özünə çox əhəmiyyətli görünən sözləri bizə əzbərlətməyə çalışırdı. Hər cümə axşamı soyuq su ilə yuyunma işi bitdikdən və kiçik qardaşım Habili yatırdıqdan sonra anam:
– Haydı, əziz balalarım, hərə öz döşəyində otursun – deyərdi. Oturardıq və ən azı bir saat əziz anamızın böyük həyəcanla təkrarladığı sözləri sevə-sevə əzbərləməyə çalışardıq. Bu sözlər qısa müddətdə beynimizə elə girmişdi ki, məhəllə yoldaşlarımıza da fəxrlə öyrətməyə başlamışdıq.
Anam deyərdi ki…
1918-ci ilin 28 May tarixini yaxşı yadınızda saxlayın. Bu tarix vətənimiz Azərbaycanın hakimiyyəti orta əsr düşüncəsi ilə idarə edən çar Rusiyasının üsul-idarəsindən qurtuluşu və əslən türk soylu millətimizin yenidən yaranma günüdür.
1918-ci il 28 May günü yüz ildən artıq rus çarlarının zülmü altında yaşamış millətimizin əsarətdən qurtararaq öz azadlıq və istiqlaliyyətini dünyaya elan etdiyi gündür. 1918-ci ilin 28 May günü üç rəngli istiqlal bayrağımızın vətənimizin göylərində dalğalandığı gündür. Nəhayət, 28 may 1918-ci il tarixində, vəfalı və fədakar Anadolu igidləri ilə qardaş Azərbaycan igidlərinin əl-ələ, çiyin-çiyinə, könül-könülə verərək xain və alçaq düşmənin qarşısında ölümə meydan oxuyan qəhrəman şəhidlərimizin qanı ilə yüksələn Azərbaycan Respublikasının milli istiqlal bayrağı türk və islam dünyasının ilk abidəsidir.
Anamın əzbərlətdiyi bu sözlərin mənası neçə il sonra ağlım kəsndən beynimi, qəlbimi və bütün mənliyimi sardı. Bu gün kommunist chənnnəmində deyil, azad bir dünyada, daha doqrusu, ana vətən sandığım Türkiyənin qoynunda yaşamağımın da səbəbi budur.
Babamın vicdanı
Qapı qonşumuz olan Haykanuşun uşaqları ilə heç dolanmazdıq. Qardaşım fürsət düşən kimi onları döyərdi. Mən də ona kömək edərdim. On oğlan və üç qız anası olan haykanuşa qonşular “cins yorğun inək” dını qoymuşdular. Çünki hər il bir uşaq, hətta qonşu qadınların dediyinə görə üç il dalbadal əkiz, bir ildə üç uşaq doğmuşdu. Haykanuş əslində cavan olmasına baxmayaraq o qədər kök idi ki, oturduğu yerdə tərpənə bilmirdi. Əri Mkrtıç isə tamamilə onun əksinə arıq, cansız, bir dəri, bir də sümük idi. Buna görə də uşaqlar ona “skelet Mkrtıç” adını qoymuşdular. Cılızlığına baxmayaraq çox diribaş adam idi. Bəzən məhəllə uşalarının təşkil etdiyi qaçışma yarışlarına da qoşulardı.
Mkrtıçın böyük qardaşı Ambarsum babamın mehmanxanasında uzun müddət nökərçilik, xadimlik, sonra isə katiblik etmişdi. Can-başla işlədiyi üçün babam son vaxtlar hər iki mehmanxananın müdirliyini ona tapşırmışdı. Ancaq anamı dediyinə görə bu atamı bərk əsəbləşdirsə də babama çox hörmət etdiyindən ona heç bir söz deməmişdi.
Gəncənin ən böyük iki mehmanxanası babam məxsus idi, bundan başqa şəhərin bir neçə yüz min metr sahəsini əhatə edən “Sərdar bağı” adı ilə məşhur parkında da restoranı vardı. Parkı dolaşmaq üçün saat yarımdan çox vaxt lazım idi. hər tərəfi gül və çiçəklərlə bəzənmiş parkın içərisini ana təbiət çoxəsirlik çinar ağacları ilə bəzəmişdi. Gül və çiçək kollarının arasında isə azı min adamı qarşılayıb- yola sala bilən bir restoran vardı, – babamın restoranı. Fəncənin adlı-sanlı və varlı ailələri ilboyu bu restoranda əylənərdilər. şəhərimizin ən dəbdəbəli və xüsusilə də Qarabağın bülbül kimi cəh-cəh vuran xanəndələri ilboyu bu restoranda oxuyardılar.
Babam boyca çox alçaqdı. Elə buna görə də şəhərdə onu “Bala Seyid” – deyə çağırar və böyükdə-kiçiyə hamı tanıyıb, hörmət edərdi. Xızır peyğəmbər kimi bir adamdı. Milliyyətindən asılı olmayaraq maddi çətinlik çəkən hər kəsə təmənnasız kömək əlini uzadardı. Babam elə xeyirxah insan idi ki, hər həftənin cümə günü evimizin yaxınlığındakı “Zərrabi” məscidinin böyük həyətində qoyunlar kəsdirər, on-on dənə böyük qazanda xörək asdırar, öz nəzarəti altında bütün günü fağır-füqəraya payladardı. Bir əngəl, bir haqsızlıq olmasın deyə həmin gün babam səhərdən-axşamadək oradan ayrılmazdı.
“Kor taleye bir bax” – deyərdi anam, – kimin ağlına gələrdi ki, on minlərlə adamı doyduran, fağır, yoxsul və yetim-yesir atası olan, Gəncədə hamının sevib, hörmət etdiyi Bala Seyid bir gün gələcək ki, insanlığın düşməni Lenin rejiminin qurbanı olacaq. Hamı kimi onun da malı-mülkü talan olunacaq. Günlərlə ac qalacaq, evinə bir kilo çörək almaq üçün qaçaqların İrandan gətirdikləri çayı bazarda satarkən tutularaq yüz on yaşına kimi həbsxanalarda çürüyəcək. On doqquz il sonra beş yaşında qoyub getdiyi nəvəsini iyirmi dörd yaşında həbsxaa qapısında görəndə fiziki cəhətdən deyil, qəlbən möhtəşəm çinarı andıran “Bala Seyid” onun qarşısında hönkür-hönkür ağlayaraq:
– Məni bu cəhənnəmdən qurtar, ay bala. Həbsxanada ölmək istəmirəm – deyə yalvaracaq.
Lakin istilaçı azğın düşmən elə mərhəmətsiz, elə zalımdır ki, yüz on yaşlı Bala Seyidi 50 qramlıq çay üçün ölümə məhkum edəcəklər. Şərəfli, adlı-sanlı həyatın sonunda yetimlər atası Bala seyid günlərlə xəstə yatdığı həbsxana daşlarının üstündə can verərkən belə sevdiyi adamlardan heç kim yanında olmayacaq. Ertəsi gün Leninin həbsxana gözətçiləri Bala Seyidin cəsədini döşəkağının içində it ölüsü kimi sürüyüb ailəsinə çatdıracaqlar.
Belə idi Lenin quruluşunun həqiqətləri… İnsanlıq anlayışı… Halbuki Bala Seyid yüzlərlə ac rusu doydurduğu üçün çarın Qafqazdakı baş valisindən neçə dəfə təşəkkür almışdı.
Anam bütün bunları danışarkən gözlərindən ixtiyarsız yaş axardı. Hər dəfə babamı xatırlayanda anam:
– Babanız istəsəydi çuval dolusu qızıl gizlədə bilərdi, heç ac və düşmənin ruhu belə xəbər tutmazdı. Amma o “bütün sərvətimiz vətənimizə və xalqımıza fəda olsun” – dedi. Mən deyəndə ki, ata heç olmasa başımızın bəlası olan rusun qarnını doydurma, həmişə “haqlısan, qızım”, – deyərdi, ancaq yenə də öz bildiyində əl çəkməzdi. Onun fikrincə rus da, erməni də, yəhudi də, hər hansı bir qaraçı da insan idi, onlar da Allahın qulu idi. elə “Sərdar bağı”ndakı o böyük restoranın müdirliyini Ambarsumla qardaşı Mkrtıça tapşırmasının da səbəbi düşüncəsindəki insanlıq anlayışından irəli gəlirdi.
Ah, bu ermənilər, ah bu ermənilər
Bir axşam babam arvadı, qarabağlı Məşədi Sara ilə bizə gəlmişdi. Bir az keçəndən sonra atamla Mirhəsən dauım da gəldilər. Yeməkdən sonra böyük otağımızdan sözləşirmişlər kimi ucadan səsləri eşidilməyə başladı. Nə barədəsə, deyəsən, mübahisə edirdilər.
Atam:
– Ata, bağışla ki, sənə məsləhət verirəm, amma Ambarsuma çox da bel bağlama. Çünki mən ermənilərə çox yaxşı bələdəm. Onlara yüz il çörək verib bir il verməsən səndən pisi olmayacaq. Ata, inan ki, əllərinə fürsət düşsə, xəncəri hamımızın kürəyinə saplarlar. Hələ üstəlik, Ambarsum haqqında yaxşı danışmırlar. Ata, bir özün fikirləş ki, ermənilər əsrlərdən bəridir torpağımızda yaşayır, çörəyimizi, duzumuzu onlarla bölüşməyimiz azmış kimi şəhərimizin də yarısını onlara verib adını da “erməni kəndi” qoymuşuq. Ömürləri yerdə heç yerdə, hətta öz vətənləri Yerovanda belə görmədikləri, istifadə edə bilmədikləriimkanları vermişik onlara, ancaq buna baxmayaraq yenə də yüzlərlə erməni ailəsi onlara verdiyimiz yerlərdə oturmayıb, gəlib bizim içimizdə, bizimlə burun-buruna yaşayırlar. Üstəlik beş quruşa dəyməyən düşmənimiz çar Rusiyasına nökərlik və casusluq da edirlər. İnan ata, ruslara bizim əvəzimizə fitva verən, xalqımıza zülm etdirən, minlərlə, hətta on minlərlə adamın zindanlarda çürüməsinə, Sibirə sürgün edilməsinə səbəb ermənilərdir. Ata, indi sizə aydın oldumu ki, ermənilərin Azərbaycanda nə işi var? Onların doğma yeri Yerevandır. Nə üçün Ermənistanda oturmayıb qaça-qaça azərbaycana gəlirlər. məqsədləri məlumdur, ata. Onlar hiyləgər və əclaf planları ilə türkləri rusların əli ilə yox etmək və ya azaltmaq, sonra da alçaq terror üsulları ilə xalqı qorxudaraq Azərbaycana sahib olmaq niyyətindədirlər.
– Yaxşı, oğlum, bəs ermənilər öz hiyləgər planlarını necə həyata keçirirlər? – deyə babam atamın sözünü kəsib soruşdu.
– Çox asanlıqla, ata. Bildiyiniz kimi ermənilərin daşnaq partiyası son dərəcə kinli, intiqamçı və qana susamış fəal bir təşkilatdır. Bu təşkilatda ələ alınmış bir neçə yüz cahil və qafil erməni gənci vardır. Həmin gənclər çoxlu pul və gözəl qadınların vasitəsilə ələ alınmışdır. Silahlanmış və təlim görmüş, maskalı erməni gəncləri tez-tez rus hərbbi postlarına, poçtlara və hətta şəhərdəki varlı rus evlərinə gecə basqınları təşkil edir, adamları rəhmsizcəsinə öldürür, sonra da bu cinayətlərin azərbaycanlılar tərəfindən törədildiyini axmaq rus generalı, Qafqaz baş valisinə xəbər verirlər. Daşnaq partiyasının əlində oyuncaq olan baş vali də vəziyyəti öyrənmədən çara bildirir. Ölkəni idarə etməkdə aciz olan, ağılsız rus çarı da elə türkləri qırmaq üçün belə bir bəhanə axtarır. Ermənilər öz alçaq niyyətlərinə müvəffəq olan kimi bu tərəfdən də rusların qılınc və süngüsü türkləri qırmaq üçün işə düşür. Azərbaycanda türkün qanı sel kimi axarkən ermənilər də öz satqınlıqlarını ruslarla qədəh-qədəhə toqquşdurmaqla qeyd edirər. bəli, ata, biz ya çox sadəlövh, ya da hədsiz dərəcədə təmiz ürəkli olduğumuzdandır ki, əsrlərdən bəri heç özümüz də bilmədən qoynumuzda ilan bəsləmiş, onların bizi zəhərləməsini heç vecimizə də almamışıq. Ancaq heç şübhəsiz ki, bu saflıq və səhvlərimizin bəlasını lap bu yaxınlarda millətlə birlikdə çəkəcəyik. Çünki ermənilər bir tərəfdən çarın Qafqazdakı baş valisi ilə qədəh toqquşdurarkən, digər tərəfdən də gizli yığıncaqlarda Leninin gətirdiyi azadlığı alqışlayırlar. Düzdür, yaxşılıq edib sonra onu dilə gətirmək qəbahət hesab ounsa da, mən təkrar edirəm ki, əsrlərdən bəri məmləkətimizdə, evimizdə oturub, çörəyimizi yeyib, duzumuzu yalayan ermənilər əsrlər boyu ruslara nökərçilik eməkdən usanmamışlar. Halbuki ruslar indiyə kimi öz torpaqlarından bir qarış olsa belə ermənilərə verməyib və verməzlər də, çünki onların necə nankor, fitnə-fəsad dağarcığı olduqlarını yaxşı bilirlər. mən yalnız bir şeyi başa düşə bilmirəm ki, bu necə hissdir ki, ermənilər ruslar tərəfindən alçaldıqlarını bilə-bilə yenə də onlara köləlik etmək və zövq verməkdən əl çəkmirlər.
– Agah ol, ata, əlimizdə qəti dəlillər var. Təkrar edirəm, dünənə qədər çar Rusiyasına nökərçilik və casusluq edən ermənilər bu dəfə həmin xidməti Leninin məsləkdaşlarına göstərirlər.
– Nə demək istəyirsən? – deyə babam soruşub, ciddi bir tövrlə əlavə etdi:
– Yəni erməni dostlarımız dünyaya elə nökər gəliblər?
– Nökərmi gəlib, yoxsa yox, onu bilmirəm, amma bunu sizə qəti söyləyə bilərəm ki, ermənilər rusarın həm nökəri, həm də casusudur. Rusların nökəri və casusu olan bir millət də şübhəsiz ki, türklərin düşmənidir və həmişə də düşməni olaraq qalacaq. Çünki ruslar türkləri əzəli düşmənidir, – deyən atam köks ötürüb davam etdi:
– Ah bu ermənilər, ah bu ermənilər!.. Heç olmasa bədbəxtlər bir balaca başlarını işlətsələr, başa düşərlər ki, dünyada onların türklərdən başqa yaxın dostları yoxdur. Bir millət kimi öz şərəf və heysiyyətlərini ayaq altına ataraq ruslara nökərlik və casusluq etmələri isə heç cür bağışlanası günah deyil. Ruslar onları heç insan yerinə belə qoymur, yalnız onlardan türklərə qarşı vasitə kimi istifadə edirlər. Bəli, bir az əvvəl dediklərimi təkrar etmək məcburiyyətindəyəm, ata. Heç gör ruslar onlara bir parça öz torpaqlarından verərmi? Əsla! Lakin türklər əsrlər boyu vətənlərinin bağrında yaşadıb erməniləri, amma yenə də bütün bunlara baxmayaraq türklərə qarşı pislik və xəyanətlərindən əl çəkməmiçlər. Bir sözlə, ata, onlar özlərini kor-koranə və alçaq cinayət macəralarına sürükləyən hiyləgər qüvvələrin təzyiqi altında qaldıqlarını, dost və düşmənlərinin kim olduğunu ayırd etməyən qafil və nakorlardır. Halbuki ağılları olsa, “kimdir düşmən?” sualına asanlıqla cavab tapa bilərlər.
Ruslar türklərlə ermənilərin sakit yaşamasını əsla istəmir. Çünki bu iki millətin dost kimi yaşaması rusların istilaçı əmələrini çətinləşdirir. Ruslar ermənilərdən xain və alçaq əməllərini həyata keçirməkdə istifadə edə biləcəklərini başa düşdükləri üçün dindən istifadə edərək xristianlıq maskası altında ermənilərə sözdə guya onları qoruduqlarını bildirir. əfsus ki, ermənilər də onların gizli və hiyləgər “dostluq” planlarına inanırlar. əslində yer üzündə azlıq təşkil edən ermənilər özlərindən güclü bir millətin kölgəsinə sığınmağın milli heysiyyətsizlik olduğunun belə fərqinə varmadılar. Nəticə etibarilə ruslar əsrlər boyu ermənilərdən öz mənfəətləri üçün, yəni gah casus, gah terrorist, gah da vəhşi bir cani kimi istifadə etmişlər. bütün bu insanlıqdan kənar alçaqlıqlar müqabilində isə ruslar ermənilərə bol-bol, yəni əsli-kökü olmayan vədlər verdilər. “Türk torpaqlarının bir hissəsini sizə verəcəyik” – eyərək erməniləri həmişəlik türklərə qarşı qaldırdılar. əslində isəbütün türk torpaqlarına sahib olmaq rusların özlərinin əl çəkə bilmədiyi arzudur. Bədbəxt ermənilər isə bu işdə yalnız vasitədir. Indi lütfən, ata, özünüz deyin görək rusların dostcasına hiyləsinə, dostcasına xəyanətinə inanan ermənilərin minlərlə deyil, on minlərlə insanın qanına səbəb olmasını cənnətdə oturan korun düşmən gəlir deyə sağa-sola qılınc çalmasında başqa nə adlandırmaq olar? Ermənilərin türklərə qarşı düşmənçiliyi də cənnətdəki korun düşmənçiliyinə bənzəyir. Yaxşı, bu qədər cinayətin nəticəsi nə oldu? Və nə də ola bilərdi? Ermənilər nə əldə etdilər? Təbii ki, heç bir şey. Ruslar türkün hansı torpağını ermənilərə verdi? İşğal etdikləri yurdumuzda özləri yerləşmədimi? Türklər əsrlər boyu insanpərvərlik hisslərilə öz torpaqlarında ermənilərə yer verməyibmi? Türklər istəsəydi onları qova bilməzdimi. əlbəttə, qovar və heç kimin bir kəlmə söz deməyə belə haqqı çatmazdı. Lakin türklər belə etmədi, çünki onlar əsilli-köklü bir xalqdır. Türklərin insani duyğuları köklərinə bağlıdır və ürəkləri şəfqətlə doludur. Kasıb olsalar belə ürəyiyumşaqdırlar. əslində yoxsulun ürəyiaçıqlığı nankor və harın varlının pulundan qat-qat üstündür. Indi bildinmi, ata, düşmən kimdir? Bəli, ata, nə qədər ki, bu düşmən var, daha doğrusu, ermənilər bu düşmənin əlində bir vasitə, onun casusu, terroristi və canisidir, türkün ermənilərlə səmimi dostluğu heç vaxt mümkün deyil.
O gecə atamın sıxıldığını neçə il sonra bizə nağıl edən anamın həmin günləri yenidən yaşayırmış kimi səsi titrəyirdi. Anam deyirdi:
– Atanız ilk dəfə idi ki, babanzın yanında ucadan danışırdı. O deyirdi: “Ata, mümkün qədər ermənilərdən uzaq gəzmək lazım gəldiyi halda Siz bütün işlərinizi Ambarsumla qardaşına tapşırmısınız. Ambarsumun oğluna və qızına dəbdəbə ilə toy etdiniz. Bunlar azmış kimi indi də xəbər tuturuq ki, Ambarsumun qardaşı Mkrtıçın yaşadığı evi onun üçün hədiyyə almısınız. Başa düşmürəm, ata, bu ermənilərin artıqlığı nədədir? Sizin aslan kimi üç oğlunuz var, işlərinizi onlara nə üçün tapşırmırsınız?..
Atanız söhbətini çox əsəbi bitirdi, ancaq babanız olduqca soyuqqanlı idi, heç tövrünü pozmamışdı. Bir qəədr dərindən fikirləşdikdən sonra belə cavab verdi:
– Haqlısan, oğlum, baxelə böyük oğlumun yanında deyirəm. Neçə dəfə onlara təklif etdim. Dedim gəlin işin başında oturun, mən daha yaşlanmışam. Heç biri gəlmədi, çünki övladlarım mənim yolumu yox, sənin yolunu, vətənimzi və xalqımızı müstəqil görmək yolunu seçdilər. bəli oğlum, həqiqət bundadır ki, çar Rusiyasının əsarəti altında yaşayan xalqımızın azadlıq uğrunda mübarizəsi, insan kimi yaşamaq uğrunda mübarizəsi elə şərəfli, elə müqəddəs bir vəzifədir ki, təkcə pul yox, bu yolla gedənləri ölüm belə yollarından döndərə bilməz. Kaş ki mən də özümü ticarətə deyil, vətənimizin azadlıq mübarizəsinə həsr etmiş olaydım, amma artıq gecdir. Həm əldən düşmüşəm, həm də qocalmışam. Maddi cəhətdən sizə azca da olsa köməyim dəyirsə, inanın ki, elə bu da məni sevindirir. Mən sizinlə fəxr edirəm və sizə vəsiyyətim var: bu vətən keçmişi və gələcəyi ilə, əsrlər boyu gələn tarixilə bizimdr. Onu türklərin əzəli düşməni rusların əlindən qurtarın. Oğlum, Ambarsumla Mkrtıça gəlincə sən haqlısan. Bunlar əsi ermənidir və ermənilərin də xain və nankor olduqlarını ən azı səksən illik həyat və iş təcrübəmdə çox yaxşı bilirəm. Ancaq mən günahkarın qafil ermənilər yox, əslən ruslar olduğunu də başa düşürəm. Çünki tarixin ən qədim dövrlərindən bəri qapı qonşu, iki dost olan türklər və ermənilər iç-içə yaşamış, qaynayıb qarışmışlar. Hətta ermənilər milli musiqi, bir çox adət-ənənələrini də türklərdən almışlar. Fəqət, işin içinə rus hiyləsi, rus mənfəəti qarışınca heyf ki, ermənilər onların tələsinə düşdü və beləcə bir ovuc erməni rusların əlində vasitəyə çevrildi. Hə, oğlum, heç ermənilər də əsrlər boyu türk yurdarının hər yerində sultan, paşa və bəy kimi azad, xoşbəxt həyat sürdüklərini inkar edə biləzlər. bizim Ambarsumun dediyi kimi “türklərin verdiyi bu nemətin əvəzində ermənilər onlara çox böyük nankorluq etdi və əfsuslar olsun ki, ruslara kor-koranə nökərçilik etmək eşqinə düşdülər”. hətta söhbətlərimizdən birində Ambarsum mənə eynilə bu cür demişdi: “Düzdür, bizim ermənilər türklərə qarşı casusluq,xəyanət və nankorluq kimi insana yaraşmayan alçaq günahlar işlədi və bu günahları işlərkən öz mili şərəf və heysiyyətlərinin də rusun qanlı çəkmələri altındatapdandığını anlamamaları onların nə qədər qafil olduğuna sübutdur”. Ambarsum öz ermənilərini balığa bənzədib deyirdi ki, balıq sudan çıxandan sonra yaşaya bilmədiyi kimi bizim ermənilər də türklərin torpaqlarından çıxan kimi özlərini həyatın boşluğunda sanacaqlar. Lakin belə bir sevgi, belə bir həsrət hissinə baxmayaraq bizimkilərin nə üçün türklərə qarşı pislik və xəyanətlərindən əl çəkmədiklərini mən heç cür anlaya bilmirəm.
Anam deyərdi ki, Ambarsumla Mkrtıçı həmişə müdafiə edən babanız hər cəhətdən mərhəmətli və xoşniyyət br adamdır. O deyərdi:
– Ambarsumla Mkrtıçı mən erməni saymıram. Çünki qırx il əvvəl onları qaranlıq bir gecədə ac, səfil və pəjmürdə halda küçədən tapıb evə gətirdiyim gündən balalarımdan ayırmamışam. Özləri deyirdi ki, iki erməni ailəsinin düşmənçiliyi üzündə ata-anaları öldürülüb, evləriyandırılı, heç bir erməni ailəsi onlara yiyə durmayıb. Aylarla küçə-küçə gəzib diləniblər. günlərlə, həftələrlə dillərinə quru çörəkdən savayı heç bir şey dəyməyib. Bir qış gecəsi restoranımızın küncündə, buz kimi mərmər daşların üstündə tapdım onları. Günlərlə ağızlarına bir tikə dəymədiyi üçün huşlarını itirmişdilər. yetimləri tapan vaxt qarlı gecənin dondurucu şaxtası adamı yaxıb-yandırırdı. Ev həkimimiz Şeyxzamanlının qayğıkeşliyi sayəsində yalnız altı həftədən sonra özlərinə gəldilər. ondan sonra da Allah şahddir ki, onları öz uşaqlarımdan ayırmamışam. əslində o vaxt iki qızımdan başqa uşağım yox idi. Üç oğlum və qızım Seyidbəyim bu hadisədən neçə il keçəndən sonra dünyaya gəldi. Övladlığa götürmüşdüm böyüyəndə bəlkə müsəlmanlığı qəbul etdiləer fikrilə axundla məsləhətləşib onları sünnət də etdirdim. Dinimizi qəbul etsinlər deyə heç vaxt onlara təzyiq göstərməmişəm. Fikirləşmişəm ki, böyüyəndə ağıları kəsər, özləri hansı dini istəsələr, ona da qulluq edərlər. bu illər ərzində öz övladlarıma nə vermişəmsə, nə almışamsa, onlara da ondan almışam. Onları oxudub adam eləmişəm, xülasə yoxdan Allahın izni ilə iki insan yaratmışam, böyüdüb başa çatdırmışam. Bütün deyilənlərə baxmayaraq Ambarsumla Mkrtıçın xain və nankor ola biləcəyinə heç cür inanmıram. Axı onlar da insandır, onlar da Allahın quludur. Yəni bir şey olmuş olsa, Ambarsumla Mkrtıç çörəyimi tapdayıb mənə pislik edərlər? nə bilim, vallah. Insan çiy süd əmib, ancaq heç inana bilmirəm.
– Anam deyirdi ki, babanızın bu sözləri müqabilində atanız susmağa məcbur oldu. Yalnız bunu deməklə kifayətləndi:
– Uca Tanrı vətənimizi və xalqımızı rusların zülmündən, ermənilərin isə şər və xəyanətlərindən hifz etsin, ata.
– Atanızın bu sözlərinə hamımız “Amin” deyərkən babanız da Ambarsumla Mkrtıç üçün “onlar da insandır, onlar da Allahın quludur” – deyirdi. Ancaq bu vaxt babanız haradan biləydi ki, Ambarsum əvvəllər Qafqaz baş valisi axmaq rus generalının, sonra isə Leninin yoldaçlarının ən güclü casusu, qırx il ona çörək verən bir ailənin qatı düşmənidir?
Qurbağa ilə ölüm-dirim savaşı
Heç yadımdan çıxmır. Bir gün bağçamızın mərkəzi küçəyə açıla bayır qapısında qonşu uşaqlarla güləş təşkil etmişdik. Güləşdə 20-30 uşaq iştirak edirdi. Haykanuşun on bir oğlu ilə iki qızı da yanımızda idi. məhəllə qızlarının hərdəbir belə yarışlarda əl çalıb qalbləri alqışlaması üçün oyunlarımıza baxmasına icazə verirdik. Haykanuşun məndən iki yaş böyük olan ən kiçik oğlu Sərkisin əcayib səsi olduğuna görə yoldaşlarımız “qurbağa” deyə çağırardılar. Sərkis bu ada elə öyrəşmişdi ki, onu öz adı ilə çağıranlara acığı tutar, “mənim adım Qurbağadır” – deyə cavab verərdi. Kimin kimlə güləşəcəyini bilmək üçün püşk atmışdıq. Gləşin hakimi qardaşım Cəmillə, Haykanuşun on üç yaşlı ən böyük oğlu Vartan idi.oyun qızğı keçirdi. Qaliblər alqışlanır, məğlublar isə ağlayırdı. Kimimizin başı yarılır, kiminin əli, üzü qana bulaşırdı. Qardaşım Cəmil Haykanuşu özündən üç yaş böyük olan oğlu şişman Akapu motal kimi elə yerə sərmişdi ki, onu özünə gətirmək üçün uşaqlar başına bir bardaq soyuq su tökməli oldular. Növbə mənə çatanda ürəyimin gup-gup guppuldadığını hiss etdim. Qardaşım görünür qorxduğumu anlamışdı. Odur ki, yanıma gəldi, əyilib astadan qulağıma pıçıldadı:
– Bax, nəbadə qorxasan, qurbağa səndən iki qurban böyük olsa da içi boşdur. Sən mütləq ona qalib gələcəksən. cəsur ol. Güləş başlandı. Qrdaşımın sözü məni xeyli ürəkləndirmişdi. Ətrafımızdakı uşaqlar:
– Hə, Məmməd, hə, Qurbağanın işini bitir – deyə qışqırıb qüvvəmi körükləyirdilər.
Eyni şəkildə Qurbağanın tərəfini saxlayanlar və hər hansı bir hərəkətinə görəsə:
– Əhsən, Qurbağa, əhsən – deyə qışqıranlar vardı.
– Mən güləş başlayanda qardaşımın dediyini elədim, qəflətən hücum eləyib Qurbağanın ayaqlarından yapşmaq istədim, ancaq müvəffəq olmadım. Qurbağa həm ayaqlarını xilas etdi, həm də boynumu qoltuğunun altına alıb elə sıxdı ki, gözlərim qaraldı. Ağrıda qışqırmaq istəyirdim, amma utandığımdan səsim çıxmırdı. Uşaqların səsi mənə bir uğultu kimi gəlirdi. Uşaqların bir qismi yenə də:
– Gə, Qurbağa, bitir Məmmədin işini – deyir, bir qismi isə, xüsusilə qardaşım:
– Badalaq vur, badalaq vur, yıx Qurbağanı – deyə gur səslə bağıraraq mənə ilham verməyə çalışırdı. Heç bilmirəm necə oldu, boynumu Qurbağanın qoltuğundan çıxarar-çıxarmaz ayaqlarında elə yapışdım ki, bir anda küt deyə arxasıüstə yerə yıxıldı. Tərslikdən başı daşa dəyib yarıldı. Elə həmin anda da qiyamət qopdu. Qurbağanın cır səsinə oturduğu yerdən qalxa bilməyən və məhəllədəki qadınların “yorğun inək” deyə çağırdıqları Haykanuş ildırım kimi cumub gəldi. Oğlunu qan içində görüncə fəryad qopardı:
– Vay, zavallı balam, vay, canım oğul, vay. Kim səni bu kökə saldı?
– Haykanuşun böyük oğlu Vartan məni anasına göstərər-göstərməz Haykanuş üzümə elə bir yumruq ilişdirdi ki, gözlərim qaraldı, yerə dəydim. Əsil qiyamət də bundan sonra başladı. Qardaşımın köməyilə yerdən qalxarkən məhəllə uşaqlarının əllərinə keçən daşla, ordan-burdan tapdıqları zopalarla bir-birinə hücum etdiklərini gördüm. Bir neçə dəqiqənin içində evimizin qabağı ata-analarla doldu. Uşaqları çöldə oynayan analar küçələrə töküldülər. başı yaralanan, ağzı-burnu qan içində olan, döyüldüyü üçün ağlayan uşaqların hay-küyü, bir-birinin saçını yolan arvadların çığır-bağırı həm iyrənc, həm də qorxunc bir mənzərə yaratmışdı. Nəhayət, küçədən keçən səs-küyə özünü küçəyə atan yekə-yekə kişilərin araya girməsilə məhəlləmizdəki dava-dalaş sakitləşdi. Haykanuş uşaqlarını quzu sürüsü kimi qabağına qatıb evinə doğru gedərkən acıqla dediyi sözləri eşitdim:
– Sizə neçə dəfə demişəm ki, qaçaq İbrahimin balaları ilə oynamayın. Onun uşaqları da ataları kimi quldurdur.
Bu vaxt camaatın arasından anamın ipək kimi yumşaq, lakin qarşısındakını o dəqiqə susduran gur səsini eşitdim:
– Ey, keçə arvadı, ağzının sözünü bil, İbrahimin adını ağzına alma. Yadından çıxarma ki, uşaqları dünyaya gələndən onun süfrəsindən dolanıb.
– Haykanuş bir kəlmə belə cavab verməyib uşaqları ilə birlikdə tələsik özünü həyətlərinə saldı.
– Döyüşdə başım üç yerdən yarılmışdı. Üz-gözüm qan içində idi, amma atamın tez-tez dediyi “kişi ağlamaz” sözlərini xatırlayıb ağlamırdım. Anam bu halımı görəndə:
– Vay, vay, ay bala, bu nə haldır? – deyib məni bağrına basdı.
– Cəmil, – deyə qardaşıı çağırdı.
Cəmil qaça-qaça bizə yaxınlaşdı. Anam ondan soruşdu:
– Hardaydın, oğlum? Nə üçün qardaşına göz-qulaq olmadın? Yenə niyə dalaşmısınız?
Cəmil:
– Ana, vallah biz başlamadıq davanı. Məhəllə uşaqları ilə güləşirdik, Haykanuşun oğlu Qurbağanın təsadüfən başı daşa dəyib yarıldı. Onun səsinə Haykanuş gəldi. Məmmədlə güləşdiyini eşidəndə ona elə bir yumruq ilişdirdi ki, qardaşım yıxıldı. Dava da bax bundan sonra başladı.
Anam məni qucağına alıb qardaşıma tərəf döndü.
– Yeri get evə. Bir daha küçəyə çıxdı yoxdur. Başa düşdünüzmü? – dedi.
– Cəmil etiraz etdi:
– Ana, axı bizim heç br günahımız yoxdur.
– Yeri get, dedim, artıq danışma.
Evə gələndə anam başımın yarılan yerlərinin ətrafındakı tükləri qayçı ilə götürdü. Spirtlə siləndən sonra qardaşımın divarların deşiyindən yığdığı hörümçək torlarını yaranın üstünə qoyub başımı sarıdı. Anam bütün bunları edərkən qardaşım da Haykanuşdan intiqam almaq üçün onun acığına dalaşanda uşaqlarından üçünün başını yardığını, qızlarından birinin üzünü tikanla yırtdığını qürurla anama danışırdı.
Anam ona acıqlandı:
– Çox da dil-dil ötüb durma qarşımda. Bəs qardaşın ölsəydi, onda necə olacaqdı?
Anamın danlağına baxmayaraq Cəmil elə ocaq idi ki, heç bir yara almamışdı.
Mən həm həsəd, həm də fəxrlə Cəmilə baxdım. Mən də onun kimi olmaq istəyirdim.
– Ana, neçə yaşımız var?
Bu sualı bir gün Cəmil anama verdi. Böyük bir vaveyla ilə qurtaran güləş səhnəsində on beş-on altı gün keçməsinə baxmayaraq başımın yarası hələ də sağalmamışdı. Atam evə gəlmədiyindən anam qonşumuz Hacı Əhmədin oğlu Mirzə bəyi çağırdı. Həkimin verdiyi məlhəmi anam hər gün yarama sürtürdü. Bu müddətdə istər qonşu və istərsə də anamı yaxından tanıyan qadınlar mənə dəyməyə gəlirdi. Nənəmin gəlişi ilə sönməkdə olan dava-dalaş yenidən qızışmaq üçün kifayət idi. Haykanuşun “qaçaq İbrahimin balaları da ataları kimi quldurdur” sözündən hədsiz dərəcədə əsəbiləşən nənəm evdən elə çıxdı ki, nəfəsini bir də Haykanuşun həyətində aldı. Bir az sonra isə Haykanuşun saçlarından tutaraq sürükləyə-sürükləyə həyət qapımızdan içəri girdi. Arvada bir neçə yumruq ilişdirəndən sonra:
– Ay erməni zibili, ay bazar arvadı, nə cəsarətlə sən kürəkənimin adını ağzını adına alırsan? Sən qaçaq İbrahimin kim olduğunu bilirsən? bir de görüm, səni bu evdə kim gəlin eləyib? ərin dəyyus Mkrtıç bunları sənə deməyibmi? Nənəm bunları deyə-deyə həm də Haykanuşu var gücü ilə yumruqlayırdı. Elə bu vaxt Mkrtıç təngnəfəs halda özünü həyətə saldı. Qaça-qaça nənəmə yaxınlaşıb yazıq səslə ona yalvarmağa başladı.
– Çox xahiş edirəm, Məşədi Sara bacı hadisəni eşidəndə inanın ki, çox pis oldum. Sizdən və qızınızdan üzr istəmək üçün gələcəkdim, ancaq inanın ki, çox pis oldum. Sizdən və qızınızdan üzr istəmək üçün gələcəkdim, ancaq inanın ki, cəsarət edib gələ bilmədim. Biz ailəliklə həyatımız üçün sizə borcluyuq. Övladlarımızın hamısını yolunuzda qurban kəssəm belə yenə də yaxşılığınızdan çıxa bilmərəm. Çox rica edirəm, arvadımın yekəbaşlığını bağışlayasınız.
Anamın dediyinə görə Mkrıtıçın nəmli gözləri nənəmin mərhəmət hisslərini elə titrətdi ki, bir az əvvəl hidətindən köpüb-daşa nənəm o qədər keçməmiş şəfqətli baxışlarla Haykanuşun günahından keçdi.
Atam həmişə deyərdi: “ermənilər onlara necə acımağın yolunu çox yaxşı bilirlər, amma onlara inanmayın, çünki ermənilərin yalvarmağı əsla ürəkdən deyil”.
Anamı görməyə gələn rəfiqələri bizim yaşımızı soruşanda anamın verdiyi cavab beynimizdə heç çıxmırdı.
Yenə bir gün anamla baş-başa qalmışdıq. Kiçik qardaşım Habil beşiyində mışıl-mışıl yatırdı. Anam bizə nağıl danışırdı. Arada Cəmil:
– Ana, icazə ver, səndən bir şey soruşum – dedi.
– Buyur.
– Amma xahiş edirəm, həmişəki cavabı verməyəcəm, çünki yoldaşlarımızdan utanıram.
– Yenə də yaşınızı soruşacaqsınız məndən? Bəli, ana, – deyə qardaşım cavab verdi.
– Mən nə bilim neçə yaşındasınız, ay bala, Molla Əhməd sənin bir, Məmmədin isə üç qurban bayramından sonra məktəbə gedəcəyinizi söyləmişdi atanıza.
– Yaxşı, bəs atam nə deyirdi mollabın sözlərinə:
– Nə deyəcək atanız. Atanız onun sözlərinə elə gülərdi.
– Yaxşı, bəs molla Əhməd haradan bilir bizim yaşımızı?
– Necə hardan bilir? Sənin, Məmmədin və Habilin doğum gününü molla Əhməd öz əli ilə yazmışdı. Allahın kitabının arxasına.
– Ana, bəs Allahın kitabı haradadır?
– Anam böyük otağımızı divarında kərpiclə hörülmüş, olduqca yüksək rəfi göstərərək dedi:
– Baxın, Allahın kitabı oradakı kiçik sandığın içindədir. Anamın göstərdiyi rəfdəki sandıq nədənsə indiyə kimi heç diqqətimizi cəlb etməmişdi. Sandıq par-par yanırdı.
– Ana, sandıq qızıldan düzəldilib? – deyə qardaşım soruşdu.
– Əlbəttə, oğlum, Allahın kitabı qzıl sandıqda deyil, bəs harada saxlana bilər? atanız o sandıqı yalnız Allahın kitabını qoymaq üçün düzəltdirib.
– Ana, sandıq qıfıllıdır?
– Hə, qıfıllıdır.
– Bəs açarı hardadır?
– Sandığın qızıl açarı qızıl zəncirlə qulpuna bağlanıb. Deyəsən anamın sözləri Cəmilin xoşuna gəlmişdi. Onun gözləri parıldayır, xəfif-xəfif gülümsəyirdi.
– Ana, elə isəicazə ver indi biz Məmmədlə gedib bağçadakı nərdivanı gətirək. Allahın kitabını götürüb birlikdə molla Əhmədin yanına gedək. O da yaşımızı Allahın kitabının harasına yazmışsa, oxuyub söyləsin. Bundan sonra iz də yaşımızı bilmədiyimiz üçün yoldaşlarımızın yanında utanmayaq.
Anam məhəbət dolu bir səslə:
– Qulaq as, bala, balaca uşaqlar Allahın kitabına əl vura bilməz. Qoy atanız gəlsin, ona deyək. O istər özü baxar, istər molla Əhmədin yanına aparar, siz dəyaşınızı öyrənərsiniz – dedi.
Qardaşım heç cür razılaşmaq istəmirdi:
– Eee, ay ana, mən indi öyrənmək istəyirəm yaşımızı. Qonşunun qızı Leyla ilə nərdivanı gətirəcəyəm. – dedikdə anam hiddətlə:
– Bax, eləməyəsən ha. Allahın kitabına uşaqların əl vurması günahdır dedim sənə. atanız xəbər tutsa hamımızı öldürər.
– Atam haradan xəbər tutacaq ki, ana? Yaşımızı biləndən sonra Allahın kitabını da qoyacağıq yerinə.
– Yox, – deyə anam qəti etiraz etdi. Nə belə bir şeyə icazə verə bilərəm, nə də atanıza yalan deyib günaha batmanıza razı olmaram. Yalan söyləməyin özü də Allahın hüzürunda günahdır.
– Nədənsə həmin gün Cəmil elə hey anamla söz güləşdirməyə çalışırdı. Yaşımızı mütləq bu gün öyrənəcəyin söyləyib əl çəkməyəndə anam həddindən artıq əsəbiləşib onun üzünə elə bir sillə vurdu ki, qardaşım bir an nıə baş verdiyini anlamadı. Anamın qəfil hərəkətindən özünü itirən Cəmil bir kəlmə belə demədən qaçıb çölə çıxdı. Anamın Allahın kitabına nə qədər hörmət etdiyi həmin gün bir daha bizə aydın oldu.
Ağzından alov püskürən Yeddibaşlı canavarlar
Başımdakı yaralar artıq tamam sağalmışdı, ancaq anam hələ də küçəyə çıxmağımıza icazə vermirdi. Bu isə Cəmili o qədər darıxdırmışdı ki, tez-tez müxtəlif bəhanələrlə məni gizlicə şapalaqlayırdı. Əlbəttə, şapalaq yediyimi anama deyə bilmirdim, çünki qardaşımı həm çox sevir, həm də ondan çəkinirdim.
Gecələr anam bizə insanları müdafiə edən mərd və təmizürəkli şahzadələrlə, gözəl niyyətli, xoxasiyyətli şahzadə qızlar haqqında nağıllar danışardı. Ancaq nədənsə fikir çəkdiyi bəzi gecələrdə anam bizə ağızdan alov püskürən yeddibaşlı canavarlardan, onların xoşbəxt yaşayan adamların yurd-yuvasına hücum etmələrindən, onlarla döyüşənlərin burun-qulağını qoparıb, tez ölsünlər deyə iti dişləri ilə boğazlarını gəmirdiklərindən danışırdı. Anam deyərdi:
– Bu canavarlar elə vəhşi və insanlara zülm etməyi elə xoşlayan idilər ki, parçaladıqları adamların gözlərini çıxarıb ipə keçirərə və bir-birinə göstərib: “inanmırsan gəl özün ipdəki gözləri say, gör ki, mən səndən çox adam parçalamışam” – deyər, bu vəhşilikləri ilə hələ bir öyünərdilər də. Yeddibaşlı canavarlar acıyanda körpə uşaqları iti dişlərilə çeynəyib ləzzətlə yeyər, qarınları doyandan sonra isə nəşələnmək üçün kiçik yaşlı, yeniyetmə qızları çılpaq soyundurub bir-birinin qucağına atar, qızlar qorxub dəhşət içində qışqırdıqda isə yeddibaşlı canavarlar aldıqları zövqdən dəlicəsinə qəhqəhə çəkib gülərdilər.
Bir dəfə anam nağıl danışarkən qorxudan necə hıçqıra-hıçqıra ağladığım yadımdadır. Ancaq anamın şəfqət və məhəbbətlə dolu səsi məni ürəkləndirdi. Anam dedi:
– Qorxmayın, balalarım, insanlar arasınd elə igidlər var ki, bu yeddibaşlı canavarlar onları görəndə tir-tir əsir.
Qardaşım həyəcan dolu səslə soruşdu:
– Ana, yeddibaşlı canavarlar nə üçün onları görəndə titrəyirdi.
Anam:
– Çünki bu qəhrəmanların qolu elə güclü, qılıncları elə kəskin imiş ki, bir dəfə vurmaqla yeddibaşlı canavarın başını yeddi yerə bölərlərmiş. Fəqət bu qəhrəmanlar sürü ilə gələn yeddibaşlı canavarlarla tək-tək vuruşduqlarından həmişə məğlub olarmışlar. Amma bir gün heç bilirsiz nə olur, balalarım? Qardaşımın həyəcanlı qışqırığı qulaqlarımı cingildətdi:
– Ana, tez danış da, nə olur, nə olur axı?
Anam davam etdi:
– Bir gün qəhrəmanlar bir yerə toplaşıb birlik yaradırlar. Yurd-yuvamıza basqın edən, ocaqlarımızı söndürən, xalqa zülm edən və uşaqlarımızı iti dişlərilə parçalayan yeddibaşlı canavarları yox etmək qərarına gəlirlər. şir kimi caavarlara hücum edib qırx gün-qırx gecə vuruşurlar. Nəhayət, yer üzündə bir dənə olsun belə canavar qalmır. Ondan sonra yer üzünün bütün adamları qırx gün-qırx gecə toy-bayram edib, yeyib-içib əylənir, ömürlərinin axırına kimi xoşbəxt həyat sürürlər.
Nağıl bitəndə qardaşımla birlikdə sevindiyimizdən necə qışqırdığımız indiki kimi yadımdadır. Anam saçlarımı oxşayaraq gözlərimin içinə baxıb:
– Canım-ciyərim, balam, Allah özü o günü mənə də göstərsin, – deyərək gül rəngli yanaqlarına süzülə bir neçə damla gözyaşını gül rəngli örpəyi ilə sildi.
Cəmil anamdan nə üçün ağladığını soruşdu. Anam heç bir cavab verməyib, yalnız başını tərpətdi.
Düşmən və barbar sözündən qorxunc bir canavardan qorxan kimi qorxurdum.
Anamın küçəyə çıxmağımızı qadağan etməsi hələ də davam edirdi. Bağçamızdakı çeşmənin buz kimi suyu ilə yuyunduqdan sonra axundların, din xadimlərinin öyrətdiyi kəlmələri ağır-ağır təkrar edərək başa salan anamı diqqətlə dinləyirdik. Doğrusunu deyim ki, anamın dediklərindən çoxunu başa düşmürdüm, lakin onun tez-tez təkrarladığı “düşmənimiz Leninin soyğunçu əsgərləri vəhşi və barbardır” sözlərini əzbərləmişdim. Yaxşıca əzbərləməyimə baxmayaraq nə düşmən, nə də barbar sözünün mənasını anlamırdım. Ancaq anamın söylədikləri kiki beynimə elə yerləşmişdi ki,hər dəfə bu sözlər yadıma düşəndə gözümün qabağında yeddibaşlı canavarlar peyda olurdu. Ona görə də “düşmən” və “barbar” sözlərindən qorxunc bir canavardan qorxduğum kimi qorxurdum.
Hərdən düşünürəm ki, nə qədər acı, nə qədər qəmli və qorxunc taleyim varmış mənim. Hələ kiçik yaşlarımdan hər cür dəhşəti göüb yaşadım və düşmənimin kim olduğunu ağlım kəsəndən sonra yox, elə kiçik yaşlarımdan öyrəndim.
Bəli, dostlar, Leninin əsgərlərini yeddibaşlı canavarlara bənzətməkdə nə qədər haqlı imişəm. Çünki bu əsgərlər milyonlarla ailənin ocağını söndürdü, evini-eşiyini yxıb-yandırdı, yağmaladı və talan etdi. Gözlərim qarşısında minlərlə adamın burun-qulağını, dilini kəsdilər. yenə gözlərim qarşısında acı fəryadı göylərə dirənən neçə-neçə adamın sivri qəmələrlə bir neçə saniyədə gözləri çıxarıldı. Körpə uşaqlar, hamilə qadınlar gözlərim önündə dəlik-deşik edildi. Yeniyetmə qızlar çılpaq soyundurulub camaatın gözü qabağında iyrənc, şəhvətli istəklərə qurban verildi. Onların bu iyrənc hərəkətlərinə qarşı çıxan anaların körpələrini süngüyə taxıb göydə fırladarkən, həm də “ura” deyə qışqıraraq qələbələrini qeyd etdilər. Lap anamın danışdığı yeddibaşlı canavarlar kimi.
Leninin əsgərləri ilə təmiz niyyətli azad insanlar arasındakı mübarizə tam şiddəti ilə davam etdi. Güclü və könüllü qəhrəmanların ürəkaçan azadlıq çağırışları artdıqca zalımların da zülmü ərşə dayanırdı.
– Tez olun, nə durmusunuz, atəş açın. Kim sağ qalsa, azadlığa qovuşacaq, – deyərəl or etdikləri insanları bir-birinə qırdıran Leninin yeddibaşlı canavarları özlərini min il əvvəl yaşamış Neronun manejindəki kimi hiss edərək əylənirdilər. Ətrafdakıların bəzisi lənət yağdırır, bəzisi də tir-tir əsirdi. Bəli, bütün bunları mən öz gözərimlə görmüşəm. Bir sözlə, həyatım qorxu üzərində bina edildi. Qorxu ilə doğuldum, qorxu ilə yaşadım və yenə də qorxu ilə böyüyüb özümə həyatda yaşamaq üçün zəmin hazırladım. Bu zəmin mənə yeddibaşlı canavarların zülmündən qurtarmaq üçün imkan verdi. Bu gün yazdığım “Tarixdə azadlığa uçan ilk insan” romanını azad insanlıq dünyasına təqdim etmək imkanını mənə verdiyi üçün yaradanıma min dəfə şükr edirəm. Bu əsərimdə söylədiyim həqiqətləri, inanın ki, indiyə qədər əlkə də heç kəs qorxusundan söyləyə bilməmişdir.
Qardaşım hıçqıra-hıçqıra ağlayır və “ana, atamız kimdir?” – deyə soruşur.
Yenə bir gün səhər yerimizdə qalxıb həmişəki kimi bağçamızda şır-şır axan çeşmənin buz kimi suyu ilə yuyunmuşduq. Kiçik qardaşım Habil hələ də yatırdı. Anamın qabağımıza qoyduğu qynar südü Gəncənin çiçək ətirli balı və camış qaymağı ilə içib, qarnımızı möhkəmcə doydurandan sonra anam dedi:
– Bu gün cümə günüdür. Küçəyə çıxmağınızı qadağan etdiyim vaxt bitdi. Bu gün çıxıb uşaqlarla oynaya bilərsiniz, ancaq bir də dəcəllik edib dalaşsanız, daha atanız gələnə qəədr siz heç yerə buraxmayacağam, hələ üstəlik bütün etdiklərinizi də ona xəbər verəcəyəm. Başa düşdünüzmü?
– Başa düşdük, anacan, ancaq sən də bu gün müqəddəs cümə günü olduğu üçün bizə acıqlanmayacağınıza söz versən, bir şey deyəcəyəm – Cəmil ağlamsınaraq dedi.
Anam xəfif təbəssümlə:
– Yaxşı, de görüm, yoxsa köhnə dalaşmalarından, uşaqları necə döydüyündən danışacaqsan? – dedi.
– Hə, keçmiş bir davadan danışacağam. Ancaq bu dava mənim ürəyimi elə yaralamışdı ki, ana, neçə gün gözümə yuxu getmədi. Gecələr yatağımda səssiz-səssiz ağlayırdım. Üstümüzə hirslənib, acıqlanacağından qorxduğum üçün bu vaxta qədər sənə deməmişəm, amma indi hirslənməyəcəyinə söz ver, danışım, – deyən Cəmilin səsi titrəyirdi.
– Yaxşı, acıqlanmaram, ancaq düzünü de.
Cəmilin gözləri dolmuşdu. O:
– Allah özü şahiddir ki, düzünü deyəcəyəm.
O bir an dayandı, udqundu və birdən-birə sanki yenidən cəsarətlənərək sözünə başladı:
– Bax, ana, o güləşdiyimiz, dalaşdığımız gün var ha…
Anamın səbri tükəndi:
– Hə, nə olub axı?
– O gündən dörd gün qabaq günortadan sonra həyət qapımızın qabağında yoldaşlarımızla oynayarkə yanımıza qonşu məhəllədən iki oğlan gəldi. Onlardan birinin adı Həsən, o birininki isə Əli idi. oğlanlar bizə sataşır, söyürdülər. mən hirsləndim və onlarla dalaşmağa başladım. Elə bu vaxt yanımızdan keçən bir əmi bizi ayırdı. Sonra da hamımızın yaşını soruşdu. Həsən doqquz, Əli də yeddi yaşında olduğunu dedi. Mənim yaşımı soruşanda doğrusu utandım, çünki mən bir qurban bayramından sonra məktəbə gedəcəyimi deyəndə kişi qəhqəhə ilə gülməyə başladı. Məmmədi göstərib “Bu kiçik oğlan da sənin qardaşındır?” – deyə soruşdu. “Bəli” – dedim. “Onun neçə yaşı var”. “O da üç qurban bayramından sonra məktəbə gedəcək” – deyəndə əmi daha çox güldü. Sonra Həsənlə Əliyə dönüb “Yaşca özünüzdən kiçik uşaqlarla dalaşmağınızdan heç utanmırsınız?” İndi də tez rədd olub gedin evinizə” – deyərək onlara təpindi. Həsənlə Əli gedndən sonra adımızı və evimizin harada olduğunu soruşdu. Adımızı deyəndə duruxdu. “Yaxşı, bəs harada olursunuz” – deyə təkrar etdi. Həyət qpsını göstərəndə əminin heyrət dolu baxışları altında sıxılmağa başladım. Bizə bir pislik edəcəyindən qorxdum. “Nə üçün bizə elə baxırsınız? Biz ki, bir şey eləməmişik”, – dedim. “Qorxmayın” – dedi kişi. “Məndən sizə pislik gəlməz, ancaq ananıza deyin bu günlər sizi təkbaşına küçəyə buraxmasın. Atanız özbaşına küçədə oynadığınızı görsə, hirslənər”. “Axı nə üçün?” – deyə soruşdu əmidən. “Onu ananızdan soruşun” – deyib əyildi, saçlarımızı oxşayıb, yanaqlarımızda öpdü və “Allah əmanətində, uşaqlar” – deyib yoluna düzəldi. “Siz atmı tanıyırsınız?” – deyə arxasınca qışqırdım. “Dərvişoğlu qaçaq İbrahimi Gəncədə kim tanımır ki, oğlum?” – deyə cavab verib uzaqlaşdı. Biz on gözdən itənə kimi müşayiət etdik.
Qardaşım titrəyən səsini bir az ucaldıb:
– Ana, – dedi – Yadındamı dalaşdığıız gün Haykanuş da “qaçaq İbrahimin balaları da ataları kimi quldurdur” – dedi? Məhəlləmizdəki bizdən böyük uşaqların hamısının “Qaçaq İbrahimin balaları” – deyərək bizdən qorxduqlarını sənə demişdim, deyilmi? Yaxşı, anacan, indi de görək “qaçaq” sözünün mənası nədir? “Qaçaq” pis sözür məgər? bizi atamız pis adamdır? Axı üzünü az-az görüyümüz atamın kim olduğunu nə üçün bizə demirsən? məhəlləmizdəki uşaqların yanında bizim də başımızın dik, alnızmızın açıq olmasını istəmirsən məgər? nə üçün hamı bizə yan baxır? Bizdən çəkinir? Bütün uşaqlar neçə yaşında olduqlarını bilirlər, amma sən və ya atam nə üçün bizə neçə yaşında olduğumuzu söyləmək istəmirsiniz?
Cəmil bu sözləri deyəndə artıq hönkür-hönkür ağlayırdı. Onun ağlaması məni də kövrəltdi. Mən də ağlaya-ağlaya anamın boynuna sarıldım və:
– Nə olar, anacan, nə olar, heç olmasa, atamın kim olduğunu bizə de, – deyə yalvarmağa başladım. Anam hər ikimizi bağrına basdı, yanaqlarımızdan öpərkən o da göz yaşlarını saxlaya bilmirdi. Anamın bizimlə birlikdə ağladığını ilk dəfə görürdük. O gün hamımız birlikdə acı taleyimizə ağladıq. İnsanların nə qədər zalım və barbar olduğuna ağladıq. Atalı olub, lakin ata üzünə həsrət qalan, boynubükük, zavallı, yetim uşaqlar kimi ağladıq. Ağladıq, ağladıq, ağladıq.
Anam atam haqqında danışır
– Düzdür, oğlum, siz Dərvişoğlu qaçaq İbrahimin oğlusunuz – dedi anam. – Atanız mərd, nəcib, vətənini sevən və millətinə qəlbdən bağlı, dini bütöv bir müsəlmandır, həm də cəsur adamlardan biridir. O, rus çarının zülm üzərində qurulmuş qanunlarına heç vaxt boyun əymədiyi üçün özü kimi bir dəstə igidi ətrafına toplayıb ölkəmizin rus boyunduruğundan qurtularaq azad yaşamsı üçün illərdən bəridir ki, ölüm-dirim mübarizəsinə qalxmışdır. Hə, balalarım, bu gözütox igidlər ölkəmizin meşə, dərə, dağ və daşlarını özlərinə məskən ediblər.
Üç il əvvəl rus çarının Qafqazdakı baş valisi atanızla birlikdə vuruşan igidlərin hər birinin başını gətirənlərə torba dolusu qızıl verəcəyini vəd etmişdi qəzetlərdə.
– Yaxşı, ana, madam ki, atamız belə qəhrəmandır, bəs nə üçün ona “qaçaq” deyirlər? – deyə qardaşım səbr etməyi soruşdu.
– Azərbaycan xalqı vətəninin qurtuluşu yolunda mübarizə aparan və rus boyunduruğunu qəbul etməyən mücahidlərinə “qaçaq” adı verib. Sizin başa düşdüyünüz “qaçaq” sözü xalqın öz qəhrəmanlarına verdiyi şanlı, şərəfli bir addır. Ona görə də siz utanıb, ağlayıb-sızlamamalı, əksinə belə bir atanın övladı olduğunuz üçün fəxr etməlisiniz. Böyüyəndə siz də atanız kimi mərd nəcib və cəsur olun, vətənimizin, xalqımızın dostu ilə dost düşməni ilə də düşmən olun.
Anamın sözləri qardaşımı dərindən-dərinə düşündürdü. O yenidən soruşdu:
– Yaxşı, ana, bəs rusların boyunduruğu altına girməyən qaçaqlar harada, necə döyüşürlər?
– Qaçaqlar rus ordularının yerləşdikləri yerlərə gecələr basqın edir, yurdumuzun balını, qaymağını yeyib, neftini, bütün zənginliklərini əlimizdən zorla alan, xalqımızı Sibirin buzlu çöllrinə sürgün edən rus çarının əsgərlərini öldürürdülər, cəbbəxanalarını atəşə tuturdular. Xülasə, onları torpaqlarımızdan qovmaq üçün durmadan, dincəlmədən neçə illərdir ki, mübarizə aparırlar. Bundan başqa qaçaqlar məmləkətimizi qarət edən rusların banklarına basqın edir, əllərinə keçən bütün pul və qızılları yoxsul kəndlilərə paylayırdılar. Kəndlilər əvəzində qəhrəmanlarını həm gizlədir, həm də onları yemək-içməklə təmin edirdi. Ruslar kəndlilərə olmazın zülm edər, hətta tez-tez kəndləri orada qaçaqların olduğunu eşidəndə atəşə tutardılar. Kəndlilərdən yalnız kişiləri deyil, lap o yeddibaşlı canavarlar kimi qadın və uşaqları da dəlik-düşik edərək öldürərdilər. lakin bütün bu zülmlərə baxmayaraq kəndlilərimiz öz qəhrəmanlarının gizləndiyi yerləri rus əsgərlərinə deməz, göstərməzdilər.
Qardaşım anamın sözünü kəsərək:
– Yaxşı, anacan, əgər ruslar bizim yurdumuzdan rədd olub getsələr onda nə olacaq? – deyə soruşdu.
– Bax, o zaman vətənimiz güllük, gülüstanlıq, xalqımız da azad olar. Nahaq yerə heç kəs heç kəsə zülm etməz. Rus qanunlarını bəyənməyənlər öldürülməz. Sibir çöllərinə sürgün edilməzdi. Başa düşürsən, oğlum? O zaman yurdumuz dünyanın cənnətinə çevrilərdi. Bax, elə atanız vətənimizin bu cür cənnət görməyi arzuladığı üçün uzun müddətdir ki, ölüm-dirim mübarizəsi aparır ruslarla, amma heyif ki, qəhrəmanlarımız onlara heç cür qalib gələ bilmir.
– Nə üçün bacarmırlar onlarla? Bəs sən özün deyirdin ki, qəhrəmanlar yeddibaşlı canavarlara qalib gəldilər? yəni bu ruslar yeddibaşlı canavarlardan da qüvvətlidir, ana?
– Yox, oğlum, ruslar qüvvətli deyil. Ancaq bizdən demək olar ki, iyiri-otuz dəfə çoxdurlar. Bizim hər qəhrəmanımız iyirmi-otuz rus əsgəri ilə vuruşduğu üçün onlar nə qəədr igidimizi öldürüblər.
– Ana, atam neçə ildir ruslarla döyüşür deyirsən? o heç döyüşlərdə yaralanmayıb? – deyə soruşan qardaşımın səsi elə titrəyrdi ki, bu dəqiqə ağlayacağını düşündüm.
– Bəs nə, heç yaralanmamış olarmı? Özü də bir neçə yaralanıb, ancaq ən böyük yaranı üç il əvvəl almışdı. O vaxt rus çarının Qafqaz valisi atanızın və silah dostlarının başlarını gətirənlərə torba dolusu qızıl verəcəyini qəzetlərdə elan etdi. O gündən başımıza fəlakət yağdı. Çünki onda ermənilər də işə qarışdı. Ermənilər atanızın və dostlarının haradansa gizləndiyi yerləri öyrənib gedib rus əsgərlərinin komandirlərinə xəbər vermişdilər. səhərin alatoranlığında yüzlərlə rus əsgəri bizimkilərin üstünə hücum edir. Atanızgil cəmi 35 nəfər imiş. Mirhəsən dayınız da onlarla birlikdə idi. saatlarla davam edən döyüşdə yetmişdən artıq rus və erməni öldürülmüşdü. O döyüşdə atanız səkkiz güllə yarası almışdı. Döyüş uzandıqca ruslara əlavə qüələr gəlirmiş. Beləcə get-gedə çoxalan rus əsgərlərinin qabağında durmağın çox təhlükəli olduğunu görən bizimkilər geri çəkilməyə məcbur olurlar. Geri çəkilərkən öz başçılarını, yəni atanızı özlərilə qaçırırlar. Həmin gün ölüm halında olan atanızı dostlarının köməyilə gizli yollarla Qara Musalı kəndindəki əkin yerimizə apardıq. O vaxt siz kiçik idiniz. Habil isə hələ dünyaya gəlməmişdi. Mirhəsən dayınız babanızın çox yaxşı tanıdığı və etimad göstərdiyi iki həkimi sahəmizə gətirdi. Hər iki həkim bizimlə bərabər dörd ay orada qalıb atanızı müalicə etdi. Yalnız dörd aydan sonra atanız özünə gəldi. Qara Musalıda olarkən öyrəndik ki, erməni casuaları ruslardan mükafat olaraq xeyli qızıl alıb müqabilində də atanızın və yoldaşlarının yerini bildiriblərmiş. Bu xəbəri babanızın sadiq adamları – Ambarsumla Mkrtıç söyləyibmiş babanıza. Atanız tamamilə yaxşılaşıb şəhərə qayıdandan sonra ətrafına qırx-əlli adam toplayıb yenə dağda-daşda rus əsgərləri ilə çırpışmağa başladı.
Darmowy fragment się skończył.